43
- Müxtəlif oyuncaq növlərinin mənimsənilməsində yardım;
- Müxtəlif oyun növlərində oyuncaqların və digər əşyaların istifadə üsullarının öyrədilməsi.
Təlim.
Erkən dövrdə təlimin oyun- məşğələ formasında keçirilməsi məqsədəuyğundur. Oyun -
məşğələlər uşağın vaxtında və ahəngdar inkişafına kömək edir. Bunlar elə bacarıqların
formalaşmasına yönəldilir ki, həmin bacarıqlar uşağın müstəqil oyun prosesində böyüklərın
təsiri
olmadan baş verə bilməz. Bu və ya digər bacarıqlar uşaqlar tərəfindən mənimsənildikcə məşğələlər
mürəkkəbləşdirilir.
Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir:
-Sensor inkişaf (birgə oyun və təlim prosesində əşyanın forma, rəng, ölçü, az və çox
anlayışlarının müəyyənləşdirilməsi; 2-3 əlamətinə görə əşyaları qruplaşdırmaq), nitq inkişafı və ətraf
aləm haqqında ilkin təsəvvürlərin formalaşdırılması;
-Əsas hərəkətlərin (yeriş, qaçış,
tullanma, sürünmə və s.) inkişaf etdirilməsi.
Dostları ilə paylaş: