Kanadanın təhsil sistemi. Şimali Amerikada yerləşən Kanadanın təhsil
sistemi dünyada mövcud olan ən mükəmməl təhsil sistemlərindən biri hesab edi-
lir. Digər ölkələrlə müqayisədə Kanada təhsilin inkişafına daha çox maliyyə və-
saiti ayırır.
Ölkədə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də fəaliyyət göstərir.
Təhsil müəssisələrinin böyük əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Təd-
ris proqramlarının məzmunu müxtəlif regionlarda fərqli olsa da, ümumilikdə ölkə
konstitusiyasının müvafiq tələblərinə uyğun hazırlanır. Bütün əyalətlərdə təhsilin
məzmununa və keyfiyyətinə ciddi dövlət nəzarəti vardır. Ölkədə hər bir əyalətin
ayrıca Təhsil Nazirliyi olsa da, federal Təhsil Nazirliyi və rəsmi akkreditasiya
sistemi mövcud deyil.
Uşaqlar bir və ya iki il könüllü olaraq məktəbəqədər təhsil müəssisələrinə
cəlb olunur. Altı yaşı olmuş uşaqlar isə birinci sinfə qəbul edilir. Dərs ili sentyabr
ayında başlayır, iyun ayında başa çatır. Müəyyən hallarda isə uşaqların məktəbə
qəbuluna yanvar ayında başlanılır. Ölkənin əyalətlərindən asılı olaraq, orta
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
13
məktəb təhsili 11 və ya 12 il davam edir. Abituriyentlər universitet, kollec və ya 3
illik peşə təhsili müəssisələrinə qəbul ola bilərlər.
Ölkədə yüksək nailiyyətləri ilə seçilən kifayət qədər çoxsaylı təhsil
müəssisəsi fəaliyyət göstərir. Şagirdlərin oxu, təbiət elmləri və riyaziyyat fənləri
üzrə beynəlxalq testlərdə yüksək nəticələr göstərməsi Kanada məktəblərindəki
keyfiyyətli təhsilin əyani təzahürüdür.
Tədris proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi Kanada təhsil mode-
linin üstün cəhətlərindəndir. Tədris planları işəgötürən müəssisələrin tövsiyələri
nəzərə alınmaqla tərtib olunur.
Kanadada yüksək texnologiyalar, aerokosmik sənaye, mikroelektronika,
biotexnologiya və digər sahələrin inkişafı yalnız tədrisin keyfiyyəti sayəsində
mümkün olub. Bütün bunlarla yanaşı, mühəndislik, biznes və təbiət elmləri
sahəsində də ciddi nəticələr əldə edilib.
Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Ali məktəb tələ-
bələri ingilis və ya fransız dilində təhsil ala bilərlər. Bəzi universitetlərdə təhsilin
iki dildə olmasına baxmayaraq, tələbələrin hər iki dili yüksək səviyyədə bilməsi
vacib deyil.
Kanadada məktəbəqədər təhsil 5 yaşdan başlayaraq icbari təhsil dövrünə
qədər olan mərhələni əhatə edir. Bəzi əyalətlərdə uşaqların məktəbəqədər təhsil
müəssisələrinə qəbul yaşı fərqlidir. Məktəbəqədər təhsil pulsuzdur. Kifayət qədər
çox olan məktəbəqədər təhsil müəssisələrində uşaqların hərtərəfli formalaşması və
məktəbə hazırlanması üçün hər cür şərait yaradılıb.
Valideynlər övladları üçün hansı məktəbəqədər tərbiyə müəssisəsini seçmək
baxımından tam sərbəstdirlər. Məktəbəqədər təhsil müəssisələrinin işi, bir qayda
olaraq, sentyabr ayında başlayır və iyul ayında başa çatır. Günüuzadılmış uşaq
bağçaları isə, demək olar ki, il ərzində fasiləsiz fəaliyyət göstərirlər.
Kanadada orta təhsil ingilis və ya fransız dillərində aparılır. Ölkədə dövlət,
özəl, böyük, kiçik, sərbəst, pansion və ali təhsil müəssisələrinin nəzdində mək-
təblər fəaliyyət göstərir. İctimaiyyət tərəfindən maliyyələşən məktəblərə də tələbat
duyulur.
Məktəblərdə təhsilin keyfiyyətinə əsasən iki assosiasiya: Sakit Okean
Ölkələrin İngilis Dilli Assosiasiyaları və Peşə məktəblərin İngilis Dilli Kanada
Assosiasiyası nəzarət edir. Şagirdlər üçün intensiv ingilis dili, inteqrasiya edilmiş
akademik və ya ingilis dili proqramları mövcuddur. İngilis dilindən bacarıqları
yüksək olan şagirdlərə və akademik proqramlar üzrə təhsil almış məzunlara
müvafiq fərqləndirici diplom verilir.
Özəl orta məktəblər Kanadanın hər bir əyalətində mövcuddur. Özəl məktəb-
lərə daxil olmaq üçün bəzən TOEFL imtahanının nəticələri də tələb olunur.
Yuxarı siniflərə daxil olmaq istəyən şagirdlər isə testlə imtahan verməlidirlər.
Kanadanın biznes və siyasət sahəsində aparıcı mövqe tutan simalarının
əksəriyyəti özəl məktəblərin məzunlarıdır. Özəl məktəblər yerləşdikləri əyalətlər
MÜDAFİƏ MAHMUDOV
14
üzrə Təhsil Nazirliyində qeydiyyatdan keçməli, vahid kurikulum və digər
standartlara cavab verməlidirlər. Valideynlər övladları üçün yalnız oğlanların və
ya qızların, o cümlədən də qızlarla oğlanların birgə oxuduğu təhsil müəssisələrini
seçə bilərlər. Bəzi özəl məktəblər dini etiqad məsələlərinə sadiq qalaraq daha çox
mənəviyyat elmlərinin tədrisinə üstünlük verir, həmçinin ciddi elmi standartları
tətbiq edirlər. Dini və dünyəvi təhsil verən orta məktəblərin təhsil proqramları
əyalətlərə görə fərqlənir.
Orta məktəblərdə əcnəbilər də oxuya bilər və belə məktəblər seçilmiş
məktəb şuraları tərəfindən idarə olunur. Bütün ictimai məktəblər yalnız gündüz
şöbəsində təhsil proqramları təklif edir. Məktəblərdə əcnəbilər üçün qəbul şərtləri
və təhsil haqları fərqli ola bilər.
Xüsusi dil məktəblərində standart (ümumi ingilis dili, biznes ingilis dili,
peşəkar proqramlar) və şagirdlərin tələblərinə uyğun ixtisaslaşmış kurslar təklif
edilir. Demək olar ki, bütün məktəblərdə əcnəbi şagirdlər üçün nəzərdə tutulmuş
"Akademik məqsədlər üçün ingilis dili" kimi uzunmüddətli kurslar təşkil olunur.
Əcnəbi şagirdlər üçün fransız dilini xarici dil kimi tədris edən mərkəzlər də vardır.
Altı yaşında birinci sinfə daxil olan uşaqlar məktəbdən, eləcə də əyalətdən
asılı olaraq, 11 və ya 12 il təhsil alır, yalnız bundan sonra universitetlərə daxil ol-
maq istəyən abituriyentlər kolleclərdə 2 illik hazırlıq bölməsində oxuyurlar. Mək-
təblərdə uşaqlara əsas (riyaziyyat, qrammatika, ədəbiyyat və düzgün yazılış, Ka-
nadanın siyasi strukturunun əsaslarından ibarət fənlər) və təbiət elmlərinə dair
(fizika, biologiya və s.) fənlər qrupu tədris olunur. Qeyd edilən fənlərlə yanaşı,
məktəblərdə kompyuter vərdişləri, xarici dil, musiqi kimi fənlər də keçirilir. Yu-
xarı siniflərdə isə qeyd edilən fənlər üzrə biliklərin möhkəmləndirilməsi davam
etdirilir.
Eyni zamanda ölkə üzrə geniş yayılmış xüsusi pansion məktəblər də
fəaliyyət göstərir. Əcnəbilərin təhsil aldığı belə tədris ocaqları, əsasən, katolik
məktəblər hesab olunur.
Kanadada təxminən 170 dövlət və xüsusi kollec fəaliyyət göstərir. Bunlar
regional kolleclərə, texniki institutlara və teniki peşə kolleclər sisteminə bölünür.
Regional kolleclərin əksəriyyəti uyğun assosiasiyalara (Kanada Kolleclər
Birliyi Assosiasiyasına) daxildir. Kanada kolleclərinin əsas vəzifəsi sənaye və
biznes sahəsi üzrə peşəkar kadrlar hazırlamaqdan ibarətdir. Bu kolleclərdə təhsil
alan tələbələr qısa müddət ərzində müəyyən peşəyə yiyələnə bilir. Kolleclərdə
tədris olunan birillik proqramların sonunda dinləyicilərə müvafiq sertifikat təqdim
olunur. Bundan əlavə, kolleclərdə ikiillik proqramlar da tədris olunur ki, bu
proqramların sonunda məzunlara diplom verilir.
Üçillik bakalavr proqramları mövcud olan kolleclər hər hansı bir ali təhsil
müəssisəsi ilə əməkdaşlıq edir. Son illərə qədər üçillik kollecləri bitirmiş məzun-
lara xüsusi bakalavr dərəcəsi verilirdi.
Kolleclərdə, əsasən, informasiya, texnologiya, dizayn, mühasibatlıq, biz-
nesin idarə olunması, mehmanxana və turizm idarəetməsi ixtisasları üzrə mü-
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
15
təxəssislər hazırlanır. Nəzəri biliklər ixtisas üzrə təcrübə məşğələləri ilə vəhdət
təşkil edir.
Kanadanın ali təhsil sistemi öz nüfuzuna görə dünyada ən üstün yerlərdən
birini tutur. Kanada universitetlərində 1,5 milyondan çox tələbə təhsil alır. Onların
1,2 milyonu dərəcə proqramlarında, 275800-ü gündüz şöbəsində oxuyur. Ali
məktəblərdə tam ştatlı 42000 professor və müəllim çalışır.
Ölkə üzrə aparılan tədqiqat işlərinin 30 faizi universitetlər tərəfindən həyata
keçirilir. Ali təhsil müəssisələrində dünya miqyasında tanınan elmi tədqiqatlara
imkan yaradan yüksək keyfiyyətli infrastruktur və unikal laboratoriya avadanlıq-
ları mövcuddur. Onu da qeyd edək ki, ölkədə həyat tərzinin yüksək olması məhz
"insan kapitalının" inkişafı ilə əlaqədardır.
Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir.
Universitetlər də daxil olmaqla, əyalət və ərazilər üzrə müvafiq dövlət orqanları
təhsilin bütün sahələrinə cavabdehdir.
Kanadada təxminən 100 universitet və onların nəzdində fəaliyyət göstərən
universitet kolleci fəaliyyət göstərir. Digər ingilisdilli ölkələrlə müqayisədə, açıq
immiqrasiya siyasətinin mövcudluğu ali məktəbləri bitirən əcnəbilərin Kanadada
qalıb işləməsi üçün geniş üfüqlər açır. Təsadüfi deyil ki, hər il 125 min əcnəbi
tələbə Kanada ali məktəblərini seçir və gələcək həyatlarını bu ölkə ilə bağlayırlar.
Digər Qərb ölkələrində olduğu kimi, Kanada ali təhsil sistemi də üç
pilləlidir. Üçillik ilk ali təhsil proqramında bakalavr dərəcəsi verilir. Bir və ya
ikiillik magistr proqramından sonra doktoranturaya qəbul olanlar fəlsəfə doktoru
dərəcəsi almaq üçün daha 4 il elmlə məşğul olmalıdırlar.
Bundan əlavə, universitetlər ixtisaslaşmış diplom və sertifikatların verilməsi
ilə bağlı bir sıra proqramlar da təklif edir. Kanada ali məktəbləri tədris proqram-
larına görə üç qrupa bölünür. Bakalavr təhsili verən ali məktəblər birinci, bakalavr
və magistr proqramları tədris edilən universitetlər ikinci qrupa daxildir. Üçüncü
qrupa isə doktor proqramları və tibb fakültələri olan ən nüfuzlu universitetlər aid
edilir.
Universitetlərə sənəd qəbulu tədris ilindən bir il əvvəl başlayır. Qəbul üçün
orta təhsil haqqında attestat, TOEFL imtahanının nəticələri və fransız dili üzrə
universitetin xüsusi testindən keçmək tələb olunur. Magistraturaya daxil olmaq
üçün testlə imtahan vermək lazımdır.
Əcnəbi tələbələrin universitetlərə daxil olmaları üçün akademik proqramlar
əsasında kurslar təşkil olunur. Əcnəbilərin qarşısında qoyulan tələblər onların
seçdiyi ixtisaslardan asılı olaraq dəyişir. Bir qayda olaraq, onlar orta təhsil
haqqında attestatı təqdim etməli və TOEFL imtahanı verməlidirlər.
Kanadada təhsil almaq istəyən əcnəbi tələbəyə il ərzində 15-20 min Kanada
dolları həcmində maliyyə vəsaiti lazımdır. Yaşayış və təhsil xərclərini ödəmək
məqsədilə əcnəbi tələbələrə həftədə 20 saat və tətil günlərində isə tam ştatda
işləmək imkanı yaradılır.
MÜDAFİƏ MAHMUDOV
16
Kanadada 3 aylıq dil kursları üçün tələbə vizası almaq tələb olunmur. Lakin
ölkədə uzunmüddətli təhsil almaq üçün tələbə vizası və təhsil üçün icazə sənədini
almaq əsas şərtlərdən biridir. Birillik tibbi sığortaya isə 700 Kanada dolları
ödənilir.
Bütün bunlarla yanaşı, tələbələrə təqaüd almaq üçün ərizə ilə dövlətə müra-
ciət etmək imkanı verilir. Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi
tərəfindən reallaşdırılan üç dövlət təqaüdü yüksək tədris uğurları olan tələbələrə
şamil edilir. Bu sıraya Kanada Hökumətinin Təqaüd Proqramı, Ali Məktəblərdə
Elmi-Tədqiqat Proqramı və Ali Məktəblərin Təkmilləşdirilməsi Proqramı daxildir.
Kanadanın ali məktəblərinin dünya elminin inkişafına verdiyi xüsusi
töhfələrdə Toronto Universiteti mühüm yer tutur. Bu təhsil ocağında ilk elektron
kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı vəzinin trans-
plantasiyası əməliyyatı, bir çox digər mürəkkəb xəstəliklərin müalicəsi həyata
keçirilib. 5000 aparıcı tədqiqatçı universitetdə hər il bir milyard dollar dəyərində
tibbi tədqiqatlar aparır. Tibb elmi tarixində önəmli hadisələrdən olan insulinin
kəşfi 1921-ci ildə bu ali məktəbdə yerinə yetirilib. 1963-cü ildə beyin sümüyünün
köçürülməsi əməliyyatının əsasını qoyarkən gövdə hüceyrələri aşkarlanıb. 1972-ci
ildə tədqiqatlar nəticəsində atmosferdə qara dəliklərin olması sübuta yetirilib.
Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və Sikoraksanı,
Andromeda I, II, III qalaktikalarını aşkar ediblər. Dünyada ilk operativ kompyu-
terlərdən biri olan UTEC və ilk kommersiya kompyuteri Toronto Universitetində
hazırlanıb. Ali məktəbdə elmi-tədqiqat sahələri günbəgün genişləndirilir və bu
istiqamətdə dünya liderliyini qazanmaq üçün səylər artırılır.
Kanadada texniki peşə təhsilinin tarixi XVII əsrin ikinci yarısına gedib çıxır.
Texniki peşə təhsilinin əsası 1668-ci ildə Kvebek şəhərində Roma Katolik Kilsəsi
tərəfindən yaradılmış sənət məktəblərinin fəaliyyətə başlaması ilə qoyulub. Bu
məktəblərdə xarrat, çilingər, çəkməçi, dərzi, heykəltəraş, rəssam, bənna və digər
peşələr öyrədilirdi.
XVIII əsrdə ilk peşə-ixtisas təhsili sahəsində təcrübə daha da genişləndi,
məktəbdə tədris olunan nəzəri və praktik fənlər arasında əlaqələr möhkəmləndi.
Dövrün tələblərinə uyğun peşələrə maraq artdı, peşə təhsili müəssisələrinin şəbə-
kəsi formalaşdı.
Peşə təhsili ümumi orta təhsil və yaxud da orta məktəbdən sonrakı peşə
hazırlığı çərçivəsində həyata keçirilir. Müasir dövrdə Kanadada peşə təhsili həm-
çinin orta məktəb təhsili çərçivəsində şagirdlərin ümumi biliklərinin zənginləş-
dirilməsini və çoxsaylı praktik vərdişləri əhatə edir. Ölkə vətəndaşları ilə yanaşı,
əcnəbilər də ödənişli şərtlərlə texniki peşə təhsili ala bilərlər.
Kanada universitetlərində aparılan elmi tədqiqatlar ölkə tarixində, eləcə də
bütün dünyada biznesin inkişafı, dövlət siyasətinin düzgün müəyyənləşdirilməsi,
bəşəriyyətin tədqiqi, mədəniyyət və incəsənətin tərəqqisinə imkan yaratmaqla
həyat səviyyəsinin yüksəldilməsini təmin edir.
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
17
Ölkədə mühüm elmi kəşfləri və ixtiraları, innovasiyaları həyata keçirən Ka-
nada İnnovasiya Mərkəzi müstəqil korporasiya kimi fəaliyyət göstərir. Bu qurum
elmi tədqiqat infrastrukturunu maliyyələşdirmək məqsədilə təsis edilib. Mərkəzin
başlıca məqsədi universitetlərin, kolleclərin və tədqiqat laboratoriyalarının fəaliy-
yətini stimullaşdırmaqdır. Bütün bunlar müsbət nəticə verərək, səhiyyə, təbii
resurslar, informasiya-kommunikasiya texnologiyaları, enerji və ətraf mühit kimi
sahələrin sürətli inkişafını təmin edib.
Universitetlər elmi tədqiqatları həyata keçirən ən böyük mərkəzlər hesab
olunur. Universitetlərin həyata keçirdiyi elmi tədqiqatların 55-60 faizi hökumət
tərəfindən maliyyələşdirilir.
Tədqiqat istiqamətində qrant agentliklərindən maliyyələşən Kanadanın So-
sial Elmlər və Bəşəriyyətin Tədqiqi Şurası və Kanada Səhiyyəsinin Tədqiqi İnsti-
tutları bakalavr və magistr təqaüdlərini ödəməklə yanaşı, tələbələrə tədqiqat işlə-
rində köməklik göstərilməsini də maliyyələşdirir.
Elmi tədqiqatlar sahəsində şöhrət qazanmış Kanada ali məktəbləri bir sıra
elmi kəşflərə və innovasiyalara imza atıb. Məsələn, 1999-cu ildə dünyada ilk dəfə
MakGil Universitetində klonlaşdırılmış keçilər yetişdirilib. Daha sonra Monsters
Universitetində üç klon buzov yaradılıb.
Digər sahələrdə də Kanadanın payına düşən elmi ixtiraları sadalamaq olar.
Bütün bunlar isə dünya elminin və bəşəriyyətin inkişafına Kanadanın verdiyi
töhfələrin aydın mənzərəsini yaradır.
Kanada təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi yer ve-
rir. Ölkə üzrə tələbələrin 10 faizini əcnəbilər təşkil edir. Kanadanın beynəlxalq
təhsil bazarındakı mövqeyini daha da möhkəmləndirmək üçün Xarici İşlər və
Beynəlxalq Ticarət üzrə Federal Departament əyalətlər və təhsil müəssisələri ilə
birgə müvafiq işlər aparır.
2011-ci ildə ikiillik yeni Beynəlxalq Təhsil Strategiyasının işlənilib hazır-
lanması üçün büdcədən təxminən 10 milyon dollar həcmində vəsait ayrılıb. Bu
strategiyada ən istedadlı əcnəbi tələbələrin Kanada universitetlərinə cəlb edilməsi
məsələsi də öz əksini tapıb. Həmin sənəddə də həmçinin tədqiqatçı tələbələrə,
tədqiqatçı alimlərə əlverişli imkanların yaradılması və ölkə hüdudlarından kənarda
yerli mütəxəssislərin fəaliyyətinə təkan verilməsi nəzərdə tutulub.
Kanada Universitetlər və Kolleclər Assosiasiyası universitet prezidentlə-
rindən ibarət nümayəndə heyyətlərini həmişə dünyanın müxtəlif ölkələrinə gön-
dərir, əcnəbi tələbələrin təhsil və karyera sahəsində seçim zamanı Kanadaya
üstünlük vermələri üçün təbliğat kampaniyaları təşkil edir. Məhz bunun nəticəsi-
dir ki, Kanada universitetlərində ilbəil sayları artan əcnəbi tələbələr təhsillərini
başa vurduqdan sonra bu ölkədə qalmağa çalışırlar.
Kanadanın universitetləri artıq əsrlər boyunca zəngin təcrübə qazanmış ali
məktəblərdən hesab olunur. Odur ki, bütün dünyada biznes, hökumət, həmçinin
MÜDAFİƏ MAHMUDOV
18
akademik dairələrdə Kanadada verilmiş dərəcə, diplom və sertifikatlar yüksək
səviyyədə qəbul edilir.
Hazırda ABŞ və Kanadada təhsil sistemi aşağıdakı pillələrdən ibarətdir:
İkiillik proqrama uyğun kollec assosiativ bakalavr dərəcəsi verir ki, bu də-
rəcə keçmiş SSRİ dövlətlərinin texnikum təhsilinə müvafiqdir (ekvivalentdir). Ali
məktəblərə qəbul imtahanı tam orta təhsil bazasındandır.
Dördillik proqramla kollec (institut, universitet) bakalavr dərəcəsi verir və bu
dərəcə ali təhsilin birinci pilləsinə (natamam ali təhsil) müvafiqdir. Ali məktəbə
qəbul həm orta məktəb bazasından, həm də assosiativ bakalavr bazasındandır.
Bir və ya ikiillik proqramla institut və universitetlərdə magistr (tam ali təh-
sil) dərəcəsi verilir və bu, keçmiş SSRİ dövlətlərinin aspiranturasına müvafiqdir.
Qəbul bakalavr bazasındandır.
Universitetlər iki-üçillik proqramla doktor dərəcəsi verir. Burada elmi-təd-
qiqat işləri və dissertasiya müdafiəsi nəzərdə tutulur. Bu isə Rusiyanın elmlər na-
mizədi elmi dərəcəsinə müvafiqdir və magistraturadan sonra olur. Ən geniş yayıl-
mış dərəcə fəlsəfə doktorudur.
Amerika ali təhsili statusuna görə son on il müddətində dünyada şöhrət
qazanmışdır. Dünya ölkələrinin ən nüfuzlu universitetləri ilə müqayisə etdikdə
Amerika universitetləri yüksək mövqe qazanmalarına görə birinci yeri tutur. Ame-
rika universitetlərinin bu qədər güclü mövqelərini aşağıdakı obyektiv cəhətlərlə
izah etmək olar:
Dövlət dəstəyi, əhəmiyyətli dərəcədə maliyyələşdirmə, güclü maddi-
texniki baza.
Dünyanın ən görkəmli alimlərini və müəllimlərini dəvət etmək imkanı.
Lider adı uğrunda universitetlərin öz aralarında rəqabətli mübarizəsi.
Çevik təhsil sistemi. Tədris prosesində universitetləri və fakültələri sərbəst
dəyişmək imkanı.
Amerika universitetlərində hər il yarım milyondan artıq əcnəbi təhsil alır.
Onların əksəriyyəti Asiya ölkələrinin vətəndaşlarıdır.
ABŞ və Kanada universitetlərinə tələbə qəbulu qaydası aşağıdakı kimidir:
sənədlərin birbaşa universitetə (və ya bir neçə universitetə) verilməsi;
kollec və peşə texniki məktəblərini qurtardıqdan sonra vaxt itirmədən
təhsili universitetdə davam etdirmək;
xüsusiləşdirilimiş ingilis dili kurslarında təhsil almaq məqsədilə “Ümumi
sınaq” proqramı üzrə qəbul olunmaq.
Bilik səviyyəsindən asılı olaraq hazırlıq proqramının müddəti bir aydan
doqquz aya qədərdir. Birinci əsas şərt seçilmiş təhsil müəssisəsi tərəfindən sizin
orta təhsil haqqında attestatınızın qəbul edilməsi və ingilis dilini bilməyinizin
təsdiq edilməsidir. İkinci və üçüncü halda orta təhsil və ingilis dilindən yüksək
səviyyədə bilik olmalıdır, çünki həmin proqramlar dillə əlavə məşğul olmağı və
lazımi səviyyəyə qədər hazırlaşmağı tələb edir. Amerika universitetlərinin bir
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
19
çoxu (20-yə qədər ən nüfuzlu universitetlər) Rusiya orta təhsil attestatını qəbul
etməyə hazırdır. Qəbul kampaniyası, adətən, aşağıdakı mərhələləri nəzərdə tutur:
- sizi maraqlandıran tədris müəssisəsinin seçilməsi və qiymətləndirilməsi
(ixtisasların reytinqi, qəbulun mürəkkəbliyi (çətinliyi), ərazi, qiymət və s.);
- seçilmiş universitetlərə əcnəbilərin qəbulunun şərtləri barədə sorğu
verilməsi, ərizə formalarının alınması;
- sənədlər paketinin hazırlanması (ərizə formalarının doldurulması, rəylər və
digər zəruri sənədlər);
-
сянядлярин универсиtеtляря эюндярилmяси, онлара бахылmасы просесиня
нязаряt едилmяси, жаваблар вя йа гябул олунmа щаггында билдиришин алынmасы;
- getmə сянядляринин щазырланmасы (виза, сыьорtа, йашайыш йеринин сечил-
mяси, авиабилеtляр).
Bцtцн mярщялялярин йериня йеtирилmяси бир ил беш айдан иkи иля гядяр вахt
tяляб едир.
Бир чох ширkяtлярин АБШ вя Kанаданын 30-дан арtыг kоллеж вя универсиtеt-
ляри иля яmяkдашлыьы, рясmи mцгавиляляри вардыр. Буна эюря дя ширkяtляр универ-
сиtеtляря гябул олунmаьы йцнэцлляшдирир вя сцряtляндирир. Onlar 1,5-2 ай mцд-
дяtиня эедишаtы апарmаьа вя гябул олунmаьа зяmаняt верилmясиня щазырдыр.
Ширkяtлярин яmяkдашлыг еtдийи универсиtеtляр бунлаrdır:
Фулtоw-Mонtэоmерй
Cоmmуниtй
Cоллеэе
Cонсtаун, Нйу
-
Йорk АБШ. Нйу
-
Йорk Дювляt
Универсиtеtи иля бирэя програmлар, сонрадан щяmин
универсиtеtя гябул олунmагла. Иллиk юдяниш гийmяtи
(йалныз tящсил) -5000 доллардыр. Бир нечя йашайыш варианtы
(tядрис или ярзиндя юдяниш 3500
-
5500 доллара гядярdir).
Эреен Ривер Cоmmуниtй
Cоллеэе
Оберн, Вашингtон Шtаtы (АБШ). Жорнелл Универсиtй, Уc
Берkелей вя Сеаttле универсиtеtи иля яmяkдашлыг едир.
Иллиk юдяниш гийmяtи (tящсил вя йашайыш)
-
13500 доллардыр.
Едmондс Cоmmуниtй
Cоллеэе
Линвуд, Вашингtон Шtаtы, АБШ. Mярkязи Вашингtон
Универсиtеtи иля яmяkдашлыг едир. Иллиk юдяниш гийmяtи
7500 доллардыр (йалныз tящсил), аилялярдя йашаmаг вя ги-
даланmа (орtа щесабла илдя 5000 доллардыр). Mянзилляри
сечиm иmkаны вардыр.
Mаласпина Универсиtй
Cоллеэе
Ванkувер, Kанада. Баkалавр програmлары (20-дян
арtыг ихtисаслар), Kанада универсиtеtляриня гябул олун-
mагла иллиk юдянишин гийmяtи 18000 доллардыр. Бурайа
tящсил, kоллеcин kорпусунда йашаmаг вя гидаланmа
дахилдир.
Авила
Cоллеэе
Kанзас Сиtи, Mиссури шtаtы, Баkалавр вя mаэисtр прог-
раmлары. Tящсил, kоллеcин kорпусунда йашаmаг вя гида-
ланmа дахил олmагла иллиk юдяниш 17500 доллардыр. Ялачы
tялябяляря kоллеc tягацд верир (илдя 2000 доллара гядяр).
MÜDAFİƏ MAHMUDOV
20
Инtернаtионал Сcщоол оф
Mанаэеmенt
Сан Дийего, Kалифорнийа (АБШ). Бизнес вя mенеcmенt
сащясиндя баkалавр, mаэисtр програmлары.
Деврй Инсtиtуtе
оф Tеcщнолоэй
Нйу
-
Йорkдан Kалифорнийайа гядяр АБШ-ын mцхtялиф
шtаtларында 13 шюбяси, Kанадада
–
Kалгаридя вя Tо-
ронtода 2 шюбяси вардыр. АБШ-ын 20 tанынmыш инсtиtуt-
unu əhatə edir. Бизнес вя tехниkи фянляр сащясиндя ба-
kалавр вя mаэисtр програmлары. Иллиk юдяниш (йалныз tящ-
сил)–ихtисасдан асылы олараг 8000-12000 доллара гядяр-
дир.
Универсиtй оф
Неw Щавен
Весt Щавен, Kоннеktиkуt шtаtы (АБШ). Баkалавр вя
mаэисtр програmлары, 60-дан арtыг ихtисасы вардыр.
Tящсил, kоллеcин kорпусунда йашаmаг вя гидаланmа да
дахил олmагла иллиk юдяниш 18500 доллардыр.
Фаирлеиэщ
Диc Kинсон Универсиtй
Mедисон, Нйу
-
Cерси шtаtы (АБШ). Баkалавр вя mаэисtр
програmлары, 50-дян арtыг ихtисасы вардыр. Tящсил,
kоллежин kорпусунда йашаmаг вя гидаланmа дахил ол-
mагла иллиk юдянишин гийmяtи 20000 доллардыр.
Сщиллер
Инtернаtионал Универсиtй
Tаmпа, Флорида шtаtы (АБШ) (щабеля Инэилtярядя,
Алmанийада, Испанийда, Франсада, Исвечрядя филиаллары
var). Баkалавр вя mаэисtр програmлары, ясас еtибары иля
бизнес исtигаmяtли 15 ихtисас вар. Иллиk юдяниш гийmяtи
(йалныз tящсил) – ихtисасдан вя юлkядян асылы олараг
10 000
-
15000 доллара гядярдир. Универсиtеtин kорпус-
ларында йашаmаг вя гидаланmа иmkаны вар.
Аmериcан
Инtер
Cонtиненtал Универсиtй
Иkи шюбяси – Аtланtа, Cорciйа шtаtы вя Лос-Анcелес,
Kалифорнийа шtаtы (АБШ) (Бюйцk Бриtанийада, Лон-
донда да филиалы вар). Ихtисаслар бизнес, kоmпyutерляр,
дизайн вя с. Иллиk юдянишин гиyməti (йалныз tящсил) 12000
доллардан башлайыр.
Цmumi sынaq xцsusi proqram vasitяsiля Amerika universиtеtlяrinя qяbul
olunma prosesiни hяyata keчiриr. Bu заmан tяляbяляrя яvvяlcя ingilis dili цzrя
hazыrlыq kursu keчmяk, zяruri imtahanlaры vя testляri vermяk tяklif edilir.
Sonra шirkяt яmяkdaшлaры iля birlikdя xaricdя universitet seчmяk vя yerindя
sяnяd vermяyя kюmяk edir. Proqramыn mцddяti tяlяbяnin ilkin sяviyyяsindяn
vя arzularынdаn asыlы olaraq bir aydan doqquz aya qяdяr ola bilяr. Tяhsil,
yaшayыш vя qidalanma daxil olmaqla proqramlaрын qiymяti orta hesabla ayda
1500 долларdаn 2000 доллара qяdяr олур. ABШ vя Kanadada mиниmуm sыnaq
proqramы цzrя шirkяtin яmяkdaшlaры ABШ-ыn 75 kollecinя vя universitetinя
qяbul olunmaьа kюmяk edir.
ABШ-ыn istяniляn шtatынda шagirdляr proqramlarы istядиkляри kиmи seчя
биляр. Mяsяlяn, aшaьыdakы kolleclяrin vя universitetляrиn bazasынda altыaylыq
hazыrlыq proqramlarы vardыr (sonra qяbul olunmaqla):
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
Dostları ilə paylaş: |