AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİl problemləRİ İnstitutu


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ (NDU)



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix14.01.2017
ölçüsü3,82 Mb.
#5285
1   ...   33   34   35   36   37   38   39   40   41

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ (NDU). 

 

 

 

Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikasının Naxçıvan  



şəhərində yerləşir. Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvan şəhəri-

  MÜDAFİƏ MAHMUDOV 

 

470 



nin əhalisi 87 mindən çoxdur. Naxçıvan Dövlət Universiteti Naxçıvan  şəhərində 

qədim diyarın indiki dövrdə əsas elm,  təhsil və mədəniyyət mərkəzidir. Bu təhsil 

ocağının elmi-pedaqoji fəaliyyətlə  məşğul olan 356 müəllimindən 2 nəfəri aka-

demik, 5 nəfəri AMEA-nın müxbir üzvü, 32 nəfər professor və elmlər doktoru, 

192 nəfəri fəlsəfə doktorudur. 

Naxçıvan Dövlət Universiteti bu gün  Yaxın Şərqin və Avropanın ən nüfuz-

lu universitetlərindən biri hesab olunur. Naxçıvan Dövlət Universitetinin Stras-

burq Universiteti (Fransa), İstanbul, Ankara, Ərzurum, Van universitetləri (Türki-

yə), Təbriz Universiteti (İran), Qırğızıstan Beynəlxalq Universiteti (Bişkek) və s. 

əlaqələri vardır. Naxçıvan Dövlət Universiteti Azərbaycanın ən nüfuzlu və tanın-

mış dövlət ali məktəblərindən biridir. 

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə yaradılmış Azərbaycan Dövlət 

Pedaqoji Universitetinin Naxçıvan filialının, beş il sonra isə müstəqil ali məktəbə 

çevrilmiş Naxçıvan Dövlət  Pedaqoji İnstitutunun varisidir. 1990-cı ildə Naxçıvan 

Dövlət Pedaqoji İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 

Naxçıvan Dövlət Universitetinə çevrilmişdir. 

 

     


 

 

Xarici tələbələrin artımına görə Naxçıvan Dövlət Universitetinin nüfuzu il-



dən-ilə artır və  əcnəbi tələbələr Türkiyə,  İran, Rusiya, Nigeriya, Banqladeş, Cə-

nubi Koreya, Türkmənistan və s. ölkələrdəndir. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il 

tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, 

muxtariyyət hüququ verilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər 

Əliyev müxtəlif vaxtlarda (1974, 1992, 1999 və 2002-ci illərdə) dörd dəfə Naxçı-

van Dövlət Universitetində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının və konser-

vatoriyasının açılışında  iştirak etmişdir. Naxçıvan  Muxtar Respublikası Ali Məc-

lisinin Sədri Vasif Talıbov universitetin inkişafına daim böyük qayğı göstərir və 

onun göstərişi ilə Naxçıvan Dövlət Universitetinin kitabxanası üçün yeni Avropa 

standartlarına uyğun beşmərtəbəli bina inşa edilmişdir. 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

471


 

 

Universitetin sahəsi 108 hektardır. Bura 18 tədris binası, kitabxana, univer-



sitet xəstəxanası, tələbə yataqxanaları, yeməkxanalar, konservatoriya, qapalı olim-

piya tipli idman zalı, futbol meydançası, nəbatat bağı, müxtəlif muzeylər daxildir. 

Hazırda yeni komplekslərin tikilməsi nəzərdə tutulmuşdur. 

Naxçıvan Dövlət Universitetinin fakültə ixtisaslarına uyğun auditoriyaları 

kitablar, xəritələr, musiqi əsərləri, elektron lövhələr, kompyuterlər, memarlıq və 

arxeologiya materialları, eləcə də digər avadanlıqlarla təchiz olunmuşdur. 

 

 

 



 

 

Naxçıvan Dövlət Universitetinin kitabxana sisteminə 200000-dən çox artıq 



kitab daxildir. Bir çox görkəmli şəxslər kitabxanaya böyük miqdarda kitab hədiy-

yə etmişdir. 1996-2013-cü il tarixində Naxçıvan Dövlət Universitetinin rektoru 



  MÜDAFİƏ MAHMUDOV 

 

472 



olmuş, hazırda AMEA-nın həqiqi üzvü, vitse-prezidenti akademik İsa Həbibbəyli 

şəxsi kitabxanasından 5000 ədəd kitab universitetin kitabxanasına hədiyyə etmiş-

dir. İsa Həbibbəyli rəhbərlik etdiyi dövrdə özünün böyük təşkilatçılıq qabiliyyətini 

göstərmiş və idarəetmədə böyük xidmətləri olmuşdur. Akademik Budaq Budaqov

akademik Məmməd Cəfər Cəfərov, professor Zöhrab Vəliyev, professor Gültac 

Əliyeva və başqaları öz şəxsi kitab fondlarından universitetin kitabxanasına çoxlu 

sayda kitab hədiyyə etmişlər. Kitabxanadakı materiallar internet vasitəsilə geniş 

spektrdə oxucuların istifadəsinə verilib. 

Əlavə ali təhsilin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 

sentyabr 2010-cu il tarixli 163 saylı  qərarı ilə  təsdiq olunmuş  “Əlavə  təhsilin 

məzmunu, təşkili və əlavə ali təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxs-

lərə müvafiq sənədin verilməsi Qaydaları”na müvafiq olaraq aparılır. Naxçıvan 

Dövlət Universitetinin doktorantları və dissertantları üçün 2011-ci ildən etibarən 

Azərbaycan Milli Elmlər Akademiyası  İnformasiya Texnologiyaları  İnstitutu ilə 

universitet arasında distant təhsil həyata keçirilir. 

Filial kimi fəaliyyət göstərdiyi illərdə ali məktəbdə üç ixtisas, Azərbaycan 

dili və  ədəbiyyatı, tarix və riyaziyyat ixtisasları üzrə mütəxəssislər hazırlanırdı. 

1972-c ildə Naxçıvan filialının bazası əsasında Y.Məmmədəliyev adına  Naxçıvan 

Dövlət  Pedaqoji İnstitutu təşkil olunmuşdur.  İnstitutda Azərbaycan dili və  ədə-

biyyatı, tarix, fizika, riyaziyyat, kimya, biologiya, əmək ixtisasları üzrə mütəxəs-

sislər hazırlanırdı. 1990-cı ildən Dövlət Universitetinə çevrildi. Universitetdə pe-

daqoji istiqamətli mütəxəssislərdən başqa, hüquqşünaslar, avtomobil və rabitə 

mühəndisləri, iqtisadçılar və mühasiblər, bələdiyyə və gömrük işçiləri də hazırlan-

mağa başlandı. Müasir mərhələdə Naxçıvan Dövlət Universiteti mühüm elmi 

mərkəzlərdən biridir. 1992-ci ildən universitetdə aspirantura (doktorantura) şöbəsi 

və “Regionun inkişafı problemləri” adlı problem laboratoriya fəaliyyət göstərir. 

Regionun İnkişafı Problemləri Laboratoriyası Naxçıvan regionunun zəngin 

maddi və  mənəvi sərvətlərini, tarixi keçmişini, sosial-iqtisadi və mədəni inkişafı 

ilə bağlı məsələləri hərtərəfli şəkildə öyrənməklə məşğuldur. 

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra Naxçıvan Dövlət 

Universitetinin də  həyatında yeni bir inkişaf yolu başlandı. Bu inkişafın  əsas 

aparıcı xətlərindən biri də xarici tələbələrin universitetə cəlb edilməsi ilə bağlıdır. 

1992-cı ilin noyabrında universitetə xarici tələbələrin ilk qəbulu qonşu Türkiyə 

Respublikasının vətəndaşlarından ibarət oldu. 12 nəfərlik kontingentin qəbulu o 

vaxt Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində işləyən, ümummilli liderimiz 

Heydər  Əliyevin rəhbərliyi ilə Türkiyənin  əlaqədar qurumları ilə Naxçıvan MR 

Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsaslanırdı. 

Azərbaycanşünaslıq ideologiyasının təbliği, ölkəmizin və xalqımızın daha 

geniş və sistemli şəkildə tanıdılması  istiqamətində aparılan mühüm tədbirlərdən 

biri də Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsində “Azərbaycanşü-

naslıq” seçmə fənninin tədris olunması və ayrıca olaraq bu sahənin əhatəli araş-

dırılması  və öyrənilməsi üçün “Azərbaycanşünaslıq Mərkəzi”nin istifadəyə 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

473


verilməsidir. 2011-ci il sentyabr ayının 23-də Naxçıvan  Muxtar Respublikası Ali 

Məclisinin sədri  cənab Vasif Talıbov Magistratura üzrə dekanlığın nəzdində 

“Azərbaycanşünaslıq Mərkəzi”nin  açılış mərasimində iştirak etmişdir. 

       


     

 

 



 

 

Naxçıvan Dövlət Universitetində aspirantura (doktorantura) şöbəsi Azərbay-



can Respublikası Nazirlər Kabinetinin 18 avqust 1991-cu il tarixli 25 saylı qərarı ilə  

yaradılmışdır. 2010-cu ildən etibarən həmin qurum Azərbaycan Respublikasında 

yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək 

səviyyəsi olan doktorantura yolu ilə  həyata keçirilir və müvafiq elmi dərəcələrin 

(elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa 

çatır. 


Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 

aparılır. 

Doktoranturada təhsilalma əyani təhsil (istehsalatdan ayrılmaqla) və qiyabi 

təhsil (istehsalatdan ayrılmamaqla) formaları üzrə həyata keçirilir. 

Doktoranturada təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi 

təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu 

ilə də reallaşdırır. 


  MÜDAFİƏ MAHMUDOV 

 

474 



Əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin doktoranturada və disser-

tantlıq yolu ilə  təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqa-

vilələr  əsasında həyata keçirilir. Əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin 

doktoranturada və dissertantlıq yolu ilə  təhsili ödənişli  əsaslarla aparılır.  İllik 

təhsil haqqı  təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və 

elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir. Müstəsna  

hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı 

əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər. 

Xarici  dövlətlərdə  təhsil almış  əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər 

üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və 

diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktorantu-

rada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə 

doktorluq imtahanı verirlər. 

 

 



 

Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində  və 

elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni za-

manda təhsili mövcud Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun həyata 

keçirilir. 

NDU-nun adının tarixi: 

-Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan fililalı (1967-1972) 

-Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti (1972-1990) 

- Naxçıvan Dövlət Universiteti (1990) 

Rektorları: 

-Əli Əliyev (1967-1970) 

-Səfəralı Babayev (1970-1972) 

-İsrafil Məmmədov (1972-1977) 

-İsak Məmmədov (1978-1984) 

-İsgəndər Cəfərov (1985-1989) 

-Qasım Hüseynov (1989-1996) 

-İsa Həbibbəyli (1996-2013) 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

475


 

 

Hazırda Saleh Məhərrəmov (2013) Naxçıvan Dövlət Universitetinin rek-



torudur. 

Naxçıvan Dövlət Universitetində 11 fakültədə 47 ixtisas üzrə 5 min nəfərə 

yaxın tələbə  təhsil alır. Universitetdə ali təhsil bakalavr, magistratura və 

doktorantura pillələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu ali təhsil 

ocağında 10 ölkədən 200 nəfərdən çox xarici tələbə təhsil alır. 

Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və mədəni həyatında gedən 

dəyişikliklər, yeniliklər təhsil sahəsində özünü daha geniş  əks etdirir. Keçirilən 

islahatlardan irəli gələn vəzifələrin həyata  keçməsi Naxçıvan Muxtar Respub-

likasının Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən mütəmadi olaraq diqqət 

mərkəzində saxlanılır. 



Naxçıvan Müəllimlər  İnstitutu (NMİ). Naxçıvan Müəllimlər İnstitutu 13 

iyun 2000-ci ildə Naxçıvan Politexnik Texnikumunun bazasında yaradılmışdır. 

2000-2003-cü illərdə Azərbaycan Müəllimlər  İnstitutunun filialı olmuş, 2003-cü 

ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müstəqil instituta 

çevrilmişdir. 

2013-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun professor -müəllim heyəti 82

 

nəfərdən ibarət olmuşdur. Naxçıvan Müəllimlər  İnstitutunun professor-müəllim 



heyətinin tərkibi belə olmuşdur: 9 elmlər doktoru, 40 fəlsəfə doktoru, 33 elmi dərə-

cəsi olmayan müəllim. Professor-müəllim heyətinin tərkibində 5 professor və 26

 

dosent olmuşdur. Kabinet müdirləri və metodistlərin ümumi sayı 20 nəfərdən ibarət 



olmuşdur. 2012-ci illə müqayisədə 2013-cü ildə institutdakı elmlər dokrorlarının 

sayı 2 vahid, fəlsəfə doktorlarının sayı 5 vahid, dosentlərin sayı 3 vahid artmışdır. 

Naxçıvan Müəllimlər  İnstitutunda 5 ixtisas üzrə bakalavr hazırlanır. Bu 

ixtisaslar aşağıdakılardır: 



  MÜDAFİƏ MAHMUDOV 

 

476 



 

İbtidai sinif müəllimliyi (əyani, qiyabi) 



 

Riyaziyyat və informatika müəllimliyi (əyani, qiyabi) 



 

Təsviri incəsənət müəllimliyi (əyani, qiyabi) 



 

Məktəbəqədər təlim və tərbiyə (əyani) 



 

Təhsildə sosial-psixoloji xidmət (əyani) 



Magistraturada iki ixtisas üzrə magistr hazırlanır: 

 



İbtidai sinifdə tədrisin metodika və metodologiyası(əyani, qiyabi); 

 



Təhsildə sosial-psixoloji xidmət(əyani, qiyabi); 

Naxçıvan Müəllimlər  İnstitutu AMEA-nın Naxçıvan Bölməsi, AMEA-nın 

Riyaziyyat və Mexanika İnstitutu,  Şamaxı Astrofikiza Rəsədxanası ilə  sıx elmi 

əlaqələr saxlayır, birlikdə elmi-praktik konfranslar keçirir, görkəmli alimlərlə tələ-

bələrin görüşlərini təşkil edir, onların potensialından tədris prosesində istifadə 

edir. AMEA Naxçıvan Bölməsi və AMEA Riyaziyyat və Mexanika İnstitutunda  

NMİ-nin əməkdaşlarından müqavilə əsasında doktorantlar və dissertantlar fəaliy-

yətlərini davam etdirirlər. 

Naxçıvan Müəllimlər  İnstitutu Xarici Ölkələrlə elm və  təhsil sahəsində 

əməkdaşlıq məqsədilə 2013-cü ilin I kvartalında KKTC-nin Doğu Akdeniz 

Universiteti ilə, 26 noyabr 2013-cü il tarixdə isə Ərzurum Atatürk Universiteti ilə 

əməkdaşlıq müqaviləsi bağlamış və niyyət protokolu imzalamışlar. 

Naxçıvan Müəllimlər  İnstitutunda Xarici ölkələrlə elmi əməkdaşlıq daim 

diqqət mərkəzindədir. Bu məqsədlə ABŞ Riyaziyyatçılar Birliyi, Ukrayna Milli 

Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Xarkov Universiteti, Ruminiyanın 

Konstansa Universiteti, Türkiyə Respublikasının Nigde Universiteti, Kocaeli Uni-

versiteti, Kars Kafkas Universiteti, Kırşehir Ahi Evren Universiteti, Ankara Uni-

versiteti, Kuzey Kıbrız Türk Cumhuriyyətinin Doğu Akdeniz Universiteti, İngiltə-

rənin London Riyaziyyatçılar Birliyi, İran İR Marağa Astronomiya və Astrofızika 

Elmi-tədqiqat İnstitutu, Qazaxıstan Respublikasının Almaatı Milli Universiteti ilə 

əməkdaşlarımız sıx  əlaqə saxlayır, beynəlxalq konfranslarda iştirak edir, onların 

elmi jurnallarında məqalələr çap etdirir, internet vasitəsilə əlaqə yaradılır. 

Naxçıvan Müəllimlər  İnstitutunda  Əlavə  təhsilin nəzdində kurikulum 

mərkəzi yaradılmışdır. Mərkəzin əsas məqsədi müxtəlif fənnlər üzrə fənn kuriku-

lumların öyrədilməsi və tətbiq edilməsidir. Kurikulum mərkəzində kurikulum üzrə 

bank yaradılmış, informasiya mənbələri  əldə edilmişdir. Mərkəz kurikulumun 

öyrədilməsi üçün müasir təlim texnologiyaları ilə zənginləşdirilmişdir. Mərkəzin 

əməkdaşları    Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta məktəb 

müəllimləri üçün seminarlar təşkil etmiş, kurikulumun məzmunu, strukturu və 

tələblərinin öyrrədilməsi məsələləri ilə  əlaqədar onlara köməklik göstərmişlər. 

Mərkəz öz işini daha da təkmilləşdirməkdədir. 

Naxçıvan Müəllimlər  İnstitutunda tələbələr və  əmakdaşlara xidmət edən 

kitabxana fəaliyyət göstərir. 40000 kitab fonduna malik olan bu kitabxana son 

illərdə  çıxan tədris-metodiki, elmi, monoqrafık xarakterli ədəbiyyatlarla zəngin-



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

477


ləşmiş və kitabxananın kataloq sistemi avtomatalaşdırılmışdır. 1300 adda dərslik, 

dərs vəsaiti və mühazirə materiallarının və "Xəbərlər" elmi jurnalının 35 nömrəsi-

nin və institutda keçirilmiş elmi- praktik konfransların 9-nun elektron versiyaları 

hazırlanmışdır. 2013-cü ildə NMİ-nin kitabxanasına 215 adda 7000 nüsxə yeni 

ədəbiyyat daxil olmuşdur. 2013-cü ildə kitabxanaya 1200 nəfər müraciət etmiş və 

120-dən artıq kənar oxucu kitabxanadan istifadə etmişdir. 

İnstitutda 2004-cü ildən ali təhsilin magistratura pilləsinin pedaqogika 

nəzəriyyəsi və tarixi, 2006-cı ildən isə ibtidai təhsilin pedaqogikası və metodikası 

ixtisasları üzrə kadr hazırlığı aparılır. 2001-ci ildən institutun nəzdində ictimai 

əsaslarla “Heydər Əliyev lektoriyası” fəaliyyət göstərir. 

 

 

 



Azərbaycan Müəllimlər İnstitutunun  Naxçıvan filialının direktoru: 

          -Sadıx Vəliyev (2000-2003) 

Rektorları:  

-Sadıx Vəliyev (2003-2010) 

Hazırda Ocur Həsənli (2010) Naxçıvan Müəllimlər  İnstitutunun  

rektorudur. 

 

 


  MÜDAFİƏ MAHMUDOV 

 

478 



ЯДЯБИЙЙАT 

 

 

 

1.



 

Azərbaycan Milli Ensiklopediyası. Baku-2007. 

2.

 

Azərbaycan Sovet Ensiklopediyası. I-X cild. Bakı, 1976-1987.  



3.

 

Hüseyn Əhmədov. XIX əsr Азярбайcан məktəbi. “Maarif”, Bakı-1985 



4.

 

Мцдафия  Мащмудов.  Дцнйада  вя  Азярбайcанда  тящсил  системи.  Бакы:  АзТУ-



нун няшри, 2005, 52 с. 

5.

 



Misir Mяrdanov. Azяrbaycan tяhsili yeni inkiшaf mяrhяlяsindя. Bakы: Çaşıoğlu, 

2009 


6.

 

Misir Mяrdanov. Azяrbaycan tяhsili dцnяn, bugцn, sabah. Bakы, Tяhsil, 2006 



7.

 

Мцдафия Мащмудов. Болонйа просеси вя Азярбайcан. АДПУ-нун няшри, Бакы-



2008, 340 сəh. 

8.

 



Мцдафия Мащмудов. Azərbaycanın Bolonya prosesinə daxil olmasının reallığa 

çevrilməsi. Bakı-2009, 247 səh. 

9.

 

Mahmudov M. Bolonya prosesi: problemlяr, perspektivlяr, reallыqlar. Bakы: 



Elm vя tяhsil, 2010      www.bologna.mgimo.ru.  

10.


 

Qısa siyasi lüğət. Azərbaycan Dövlət nəşriyyatı. Bakı -1966. 

11.

 

Səlahəddin Xəlilov. Təhsil, təlim, tərbiyyə. “Azərbaycan Unversiteti” nəşriy-



yatı. Bakı-2005. 

12.


 

Zahid Qaralov. Elm, saf əxlaq dünyasına açılan qapı. “Hüquq  ədəbiyyat” 

nəşriyyatı Bakı-2010 

13.


 

İsaq Məmmədov, Çingiz Məmmədov. Azərbaycan tarixi. UniPrint Bakı-2009  

14.

 

İsaq Məmmədov, Çingiz Məmmədov. Siyasi tarix. “Adiloğlu” nəşriyyatı Bakı-



2004 

15.


 

XX əsr Azərbaycan tarixi.Çaşıoğlu – 2004 

16.

 

Azərbaycan tarixi. Azərbaycan dövlət nəşriyyatı Bakı-1994 



17.

 

Azərbaycan tarixi. Azərbaycan SSR elmlər Akademiyası nəşriyyatı Bakı-1958 



18.

 

Болонский процесс в России.  



19.

 

Болонский процесс. http://showwoman.ru/balonskii protsess.php 



20.

 

Ирхин Ю.В. Политическая наука в образовательной системе Канады //Соц. –



гуманит. знания. – 2004. -№ 1. – с. 234. 

21.


 

Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. “Elmi”, Bakı-2005. 

22.

 

Касевич  В.Б.,  Светлов  Р.В.,  Петров  А.В.,  Цыб  А.А.  Болонский  процесс  в 



вопросах и ответах- СПБ.: Издательство СПБГУ-2004. 

23.


 

Кобзев  А.В. «Оксфордская»  модель  развития  учебно-научноинновационного 

комплекса  университета / А.В.Кобзев,  А.Ф.Уваров // Инж.  Образование. – 

2004. - № 2. – с. 

24.

 

Коробов А.И. Наука и образование в университете Кембриджа / А.И. Коробов, 



Ю.В.Холин // Университеты. – 2005. -№1.–с.4-13. 

25.


 

Лукичёв  Г.А.  Решение  вопросов  признания  высшего  образования  в  Европей-

ском пространстве высшего образования. www.russianenic.ru/publications/12html 


DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

479


 

26.


 

Mahmudov M. Система  образования  в  Азербайджане  и  во  всем  мире.  АзТУ, 

Баку, 2006 

27.


 

Педагогическая энциклопедия. Т. 1-IV, Москва-1964. 

28.

 

Пока ещё не слишком поздно. Доклад Национальной комиссии Соединённых 



Штатов Америки по преподаванию математики и естественных наук в ХХ ве-

ке. 27  


29.

 

Пока ещё не слишком поздно. Доклад Национальной комиссии Соединённых 



Штатов Америки по преподаванию математики и естественных наук в ХХ ве-

ке. 27 сентября 2000 г. Министерство Образования США Вашингтон, 51с. 

30.

 

Проблемы  перехода  на  многоуровневую  систему  педагогического  образо-



вания: Материалы Всероссийского совещания. Калуга: КГПИ, 1992, 81 с. 

31.


 

Россия  в  Болонском  процессе.  Материалы  международной  рабочей  встречи 

М: МАЭП-2004. 

32.


 

Ростовцев  Д.М.  Пути  развития  высшего  образования  в  уcловиях  рынка 

/Тезисы  докладов  международной  научно-практической  конференции.  Выс-

шая  школа  в  нових  социально – экономических  условиях.  С.Петербург: 

СПбГМТУ, 1994, 3 с. 

33.


 

Сахарчук  Е.И.  Проблемы  магистерской  подготовки  в  педагогическом  ВУЗе. 

vspu@vspu.ru 2004, 13 с. 

34.


 

Селезнева  Н.А.,  Суббето  А.И.,  Алешин  Н.В.,  Козлов  В.Н.  Новое  качество 

высшего  образования  в  современной  России.  Концептуально–программный 

поход / Под ред. Слезневой Н.А. и Суббето А.И. Москва: Исследовательский 

центр проблем качества подготовки специалистов, 1995, 199 с. 

35.


 

Системный  анализ  проблемы  информатизации  вуза.  Пути  решения  проблем 

перехода  к  многоуровневому  высшему  образованию.  Государственная 

научная  программа  Университеты  России.  Научный  руководитель 

Вяткин Г.П. 

36.


 

Садовничий  В.  А.  Слово  об  университетском  образовании // Университеты  и 

общество.  Сотрудничество  университетов  в  ХХЫ  века:  Материалы  Второй 

междунар.  науч.–практ.  конф.  ун-тов:  МГУ  им.  М.В.Ломоносова, 27-28 нояб. 

2003 г. /Ред.кол.: В. А. Садовничий и др. – М., 2004. – с. 18-33.  

37.


 

Сенашенко В. Интеграционные процессы в сфере образования //Алма Матер. 

– 2006. -№3. –с.13-19. 

38.


 

 ЕУА  Эраз  Деcларатион 2003-Форwард  фром  Берлин:  Тще  Роле  оф  тще 

Университиес. Интернет мялуматы. 

39.


 

Mudafia Mahmudov. The education system in Azerbaijan and in the world. 

Publishing house – “AzTU” Baku -2006 

40.


 

Mичиган Универсиtеtи – www.уmижщ.еду. 

41.

 

Massaчusets Texnologiya Иnstitutu –  www.web.mit.edu 



42.

 

Çikaqo Universiteti –www.uchicago.edu 



43.

 

Prinston Universiteti – www.princeton.edu 



44.

 

Stenford Universiteti – www.stanford.edu 



45.

 

Pensilvaniya Universiteti – www.upenn.edu 



  MÜDAFİƏ MAHMUDOV 

 

480 



46.

 

Kornell Universiteti – www.cornell.edu 



47.

 

Dyuk Universiteti – www.duke.edu 



48.

 

Con Hopkins Universiteti  – www.hu.edu 



49.

 

Единбург Универсиtеtи –www.ед.аж.уk 



50.

 

Oksford Universiteti – www.ox.ac.uk  



51.

 

Mцnhen Texniki Universiteti – www.tum.de 



52.

 

Ruprext Karl Heydelberq Universiteti – www.uni-heidelberg.de    



53.

 

Leyden Universiteti – www.leiden.edu 



54.

 

Исвечря Федерал Tехнолоэийа Инсtиtуtу – www.ethz.ch  



55.

 

İsveч İnistutunun - www.si.se 



56.

 

Lozanna Federal Politexnik Mяktяbi – www.epfl.ch 



57.

 

Tоkио Универсиtеtи – у-tоkйо.аж.ъп 



58.

 

Kйоtо Универсиtеtи – www.kйоtо-у.аж.ъп 



59.

 

Tokio Texnologiya Иnstitutu – www.titech.ac.cp. 



60.

 

Osaka Universiteti – www.osaka-u.ac.cp 



61.

 

Seul Milli Universiteti – www.snu.ac.kr 



62.

 

Koreya Qabaqcıl Elmlяr vя Texnologiyalar Иnstitutu – www.kaist.edu 



63.

 

Pekin Universiteti – www.pku.edu.cn 



64.

 

Щонг Kонг Универсиtеtи – www.щkу.щk  



65.

 

Tsinxua Universiteti – www.tsinghua.edu.cn 



66.

 

Honq Konq Elm vя Texnologiya Universiteti – www.ust.hk 



67.

 

Sinqapur Milli Universiteti – www.nus.edu.sg 



68.

 

Avstraliya Milli Universiteti  – www.anu.edu.au 



69.

 

Yeni Cяnubi Uels Universiteti – www.unsw.edu.au 



70.

 

Monaш Universiteti - www.monash.edu.au 



71.

 

Kvinslend Universiteti - www.uq.edu.au 



72.

 

Sidney Universiteti - www.sydney.edu.au 



73.

 

Melburn Universiteti – www.unimelb.edu.au 



74.

 

Okland Universiteti – www.auckland.ac.nz 



75.

 

Orhus Universiteti - www.au.dk 



76.

 

Kopenhagen Universiteti - www.ku.dk   



 

 

 



 

 

 



 

 

 



 

 

 



DÜNYADA TƏHSİL SİSTEMLƏRİ 

 

481


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müdafiə Cəmil oğlu Mahmudov

pedaqogika üzrə elmlər doktoru, professor 

 

 

Дцнйада tящсил сисtеmляри 

 

Monoqrafiya 



 

Бакы – Mütərcim – 2014 

 

 


  MÜDAFİƏ MAHMUDOV 

 

482 



 

Redaktoru 



Asif Xatabala oğlu Hacıyev, 

pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

 

 



Texniki redaktor və kompyuter dizayneri Quluzadə Günel Rüstəm qızı  

və Abdullayeva Şəbnəm Qəzənfər qızına minnətdarlığımı bildirirəm. 

 

 

 



 

 

 

 

 

 

 

 

Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində 

 səhifələnmiş və çap edilmişdir. 

 

Няшриййат редактору – Ялиш АЬАМИРЗЯЙЕВ 



Kompyuter səhifələnməsi – Gövhər ALLAZOVA

 

Üz qabığının dizaynı – Cavid KİŞİYEV 

 

 

 



Чапа имзаланыб: 08.04.2014. 

Формат: 70х100 1/16. Гарнитур: Тимес. Ofset çap. 

Ofset kağızı. Щяъми: 30 ч.в. Тираж: 500. Сифариш № 69.  

Гиймяти мцгавиля иля. 

 

 

 



 

ТЯРЪЦМЯ 

ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА 

МЯРКЯЗИ

Аз 1014, Бакы, Рясул Рза кцч., 125

596 21 44; 497 06 25; (055) 715 63 99 

e-mail: mutarjim@mail.ru

 

www.mutercim.az 



 

 

Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin