Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Mövzu 13. Ölkələrin iqtisadi inteqrasiya formaları: biznesin qloballaşması ənənələri



Yüklə 0,65 Mb.
səhifə129/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   125   126   127   128   129   130   131   132   ...   160
Beynelxalq marketinq muhazire

Mövzu 13. Ölkələrin iqtisadi inteqrasiya formaları: biznesin qloballaşması ənənələri.

13.1. İqtisadi inteqrasiyanın mərhələləri.

13.2. İqtisadi inteqrasiyanın formaları.

13.3. Biznesin qloballaşması ənənələri.

13.4. Şaquli və üfüqi inteqrasiya.

13.5. İqtisadi inteqrasiya təşkilatları əhəmiyyəti.

1. İqtisadi inteqrasiyanın mərhələləri.

XX əsrin ikinci yarısından sənaye ölkələrinin sürətli inkişafı nəticəsində beynəlxalq nəqliyyat və kommunikasiya vasitələrinin təkmilləşdirilməsi ilə beynəlxalq ticarətin inkişafında güclü küyfiyyət dəyişiklikləri baş vermişdir. Daha doğrusu beynəlxalq ticarətin müxtəlif istehsal amillərinin beynəlxalq hərəkəti ilə daha da tamamlanırdı. Nəticədə hazır əmtəələrin ixracı ilə yanaşı bütün istehsal amillərinin xaricə axması imkanı və yerləşdirilməsi genişlənmiş və ölkələr arası fəaliyyət artmışdır.

Bu iqtisadi fəaliyyət birliyi hər şeydən əvvəl müxtəlif ərazilərin deyil, ancaq eyni ərazinin dövlətləri arasında yaranır.Burada «Regional» və yaxud ərazi anlayışı sadəcə olaraq coğrafi sərhəddi göstərmir. Eyni ərazinin dövlətləri istər-istəməz sərhəd yaxınlığı ilə yanaşı müəyyən tarixi ümumilik, oxşarlıq, ənənəvilik, təsərrüfat-mədən eynilik, demoqrafik quruluş, və s. Kimi ümumi cəhətlərlə səciyyələnir. Bununla yanaşı:

1. İqtisadi birliyə qoşulan dövlətlər hər şeydən əvvəl iqtisadi inkişaf baxımından yaxın olmalıdırlar.

2. Bu ölkələr ümumi sərhəddə malik olmaqla tarixən onların arasında sağlam iqtisadi münasibətlər mövcud olmalıdır.

3. Hər bir qrup ölkələrdə yaranan iqtisadi problem ümumi birliyin gücü ilə həll olunmalıdır və s.

Beləliklə vaxt keçdikcə beynəlxalq miqyasda təsərrüfat həyatında beynəlmiləşmə prossesi güclənmişdir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsində əsas mərhələlərdən biri də inteqrasiya prosesidir. İnteqrasiya latın sözü olub «qovuşma», «çuğlaşma», «birləşmə» deməkdir. Lakin aydındır ki, burada sadəcə birləşmə deyil, iqtisadi fəaliyyətlərin qarşılıqlı, razılaşdırılmış birləşdirilməsi nəzərdə tutulur. Ərazi üzrə iqtisadi inteqrasiya dedikdə ən ümumi mənada ayrı-ayrı ölkələrin təsərrüfat həyatın tədricən birləşməsi prosesi nəzərdə tutulur. Bu cür birləşmə nəticəsində yeni bütöv təsərrüfat mexanizmi formalaşır və beynəlxalq regional kompleks yaranır. Bu regional komplekslər dünya iqtisadiyyatının və eləcə də BİM-in subyektinə çevrilirlər. Qeyd etməliyik ki, istər dünya iqtisadiyyatının inkişafında və istərsə də BİM-in genişlənməsində inteqrasiya prosesi daha hərtərəfli və keyfiyyət cəhətləri ilə fərqlənir. Burada sadəcə olaraq məhsulun artması deyil, xalqlar arasında hərtərəfli mübadilə münasibətləri, geniş ünsiyyət, vahid məkan psixologiyası yaranır. İqtisadi birlik, mədəni birlik, siyasi birlik fəlsəfi aşılanır.

Beləliklə inteqrasiya əmtəə itehsalçılarına bir tərəfdən daha təminatlı xammal, maliyyə, əmək, və elmi ehtiyyatlardan istifadə etmək imkanı verir, digər tərəfdən isə daha böyük bazar üçün əmtəə istehsal etməyə zəmin yaradır.

Bu inteqrasiyalaşma 2 formada təzahür edir: kəmiyyət və keyfiyyət baxımından.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin