Şaquli inteqrasiyanın üç tipi - Şaquli inteqrasiya axarboyu yuxarı-tədarükçülər və axarboyu aşağı-alıcılara malik dərəcədir. Üfüqi inteqrasiyanın əksinə olaraq şaquli inteqrasiya yeni firma və məhsullar yaratmaq deyil mövcud firmanın istehsal həcmini genişləndirməyə yönəlib (xammal həcmini artırmaq, satışı artırmaq və s aspektlərlə məsələyə daha dərin yanaşmaq).
Şaquli inteqrasiyada üç müxtəliflik özünü göstərir:
1) Geri inteqrasiya (axar boyu yuxarı)
2) İrəli inteqrasiya ( axınaşağı)
3) Tarazlaşdırılmış inteqrasiya (mövcud vəziyyəti qorumaq)
Geri şaquli inteqrasiyada şirkət yeni yeni firmalar yaradır. Bu firmalar şirkətin istehsal edəcəyi məhsulun tərkib hissələrini istehsal edir. Məsələn: Hər hansı bir komputer istehsalçı şirkəti ayrıca olaraq komputer enerji mənbəyi istehsal edən, mouse istehsal edən və s. firma qura bilər. Başqa bir misal ilə desək: Avtomobil istehsal edən şirkət şin, şüşə və metal şirkətinə malik ola bilər. Burda əsas məqsəd yaradılmış hər üç şirkətə müntzəm nəzarət etmək, təchizatı yaratmaq və keyfiyyəti qorumaqdır. 1920-ci ildə Ford və digər avtomobil şirkətlərin əsas məqsədi də bu yöndə idi: Kim ki avtomobil və avtomobil hissələri istehsal edən şirkətlər mərkəzini yarada bilir o istehsal xərclərini azaldaraq qələbə qazanır.
İrəli şaquli inteqrasiyada isə şirkət yeni filiallar açır və bunun məhsulları ilə həm alıcıların həm də öz ehtiyacların qarşılanmasında faydalanır. Buna misal olaraq bir turizm firmasını göstərmək olar ki, o həmçinin otellər şəbəkəsinə malikdir.Tarazlaşdırılmış inteqrasiya isə o deməkdir ki, Şirkət filialları qurur və bunlar həm girişləri (tədarük mallarını) həm də çıxışları ( istehsal mallarını) nəzarətdə saxlayır.
Hər üç şaquli inteqrasiya növünə açıqlıq gətirsək görərik ki, geri inteqrasiya şirkətin istehsaldan əvvəl lazım oldugu xammalın özü istehsal etməsi, irəli inteqrasiya istehsaldan sora məhsulun satışı üçün şəxsi bazar məkanları yaratmaq, tarazlaşdırılmış inteqrasiya isə irəli və geri inteqrasiyanın hər iksinə sahib olmaq deməkdir.
Məsələn: Komputer istehsalçısı olan şirkət HDD və RAM istehsal edən firmalar quraraq geri inteqrasiya, Bölgələrdə komputer dükanı və ya internet klublar açaraq irəli inteqrasiya,yox əgər bunlardan hər iksini edərsə tarazlaşdırılmış şaquli inteqrasiya həyata keçirmiş olur.
Şaquli inteqrasiya ən erkən və geniştərkibli həyata keçirən Carnegie Steel şirkəti olub. Şirkət yalnız zavodları deyil, eləcə də, polad istehsal edən fabriklər, dəmir filiz çıxarmaq üçün mədənlər, kömür şaxtaları, dəmir filizi və kömür nəql etmək üçün dəmir yolları və s, bütün təchizat sistemini formlaşadırdı. Hətta yeni şirkətlərə polad istehsal etməyin yollarını öyrətmək üçün ali tədris müəsissəi formalaşdırdı.
Dostları ilə paylaş: |