Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə140/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   136   137   138   139   140   141   142   143   ...   160
Beynelxalq marketinq muhazire

Avropa Parlamenti ;

Avropa Zirvəsi; Avropa Şurası;

Avropa Komissiyası;

Ədalət Divanı və Bidayət Məhkəməsi;

Ali Maliyyə Məhkəməsi;

İqtisadi və Sosial Komitə və AKPB məsləhət Komitəsi;

Bölgələr Komitəsi;

Avropa İnvestisiya Bankı;

Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu;

Ombudsman.

Avropa İttifaqının əsas fəaliyyət prinsiplərini tədqiqatçılar aşağıdakı kimi qruplaşdırırlar.



  • Milli və ümumi maraqlar arasında balans yaradan dölətlərarası və dövlətüstü qrumların mövcudluğu;

  • Avropa İttifaqı İnistitutu ilə, milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü;

  • Qəbul olunan qərarların müxtəlif təsnifatı (məcburi və tövsiyyəvi qərarlar, qərarların icrası vasitəsinin dövlətlər tərəfindən azad seçimi və s.)

  • Birlik qəraraların üstünlüyü prinsipi (bu hər sahə üzrə dövlətlərarası müqavilələlə təsdiqlənir);

  • İnteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi.

Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) -NAFTA nə ya North Amerikan Free Trade Area, Amerika qitəsində inkişaf etmiş inteqrasiya qrumudur, NAFTA 1994- cü ildə təsis edilmişdir və tərkibinə üç dövlət daxildir: ABŞ, Kanada və Meksika. NAFTA hal-hazırda dünyada ən böyük regional azad ticarət zonasıdır. NAFTA ərazisində 406 milyaon əhali yaşayır. Şimali Amerika azad ticarət zonası haqqında razılaşma, kompleks razılaşmalardan ibarətdir və ticarətdən savayı bu razılaşmalar xidmət və investisiyalar sahələrini əhatə edir. NAFTA-nın məqsədi, iştirakçı ölkələr arasında iqtisadi münasibətlərin genişlənməsi, hər şeydən əvvəl isə əmtəələrin ticarəti sahəində baryerlərin aradan qaldırılmasıdır.

Şimali Amerika inteqrasiya kompleksinin srukturu, avropa inteqrasiya modeli ilə müqayisədə özünəməxsus xarakterə malikdir. Yuxarıda qeyd edildiyi kimi , NAFTA dövlətüstü qurum deyil, sadəcə azad iqtisadi zonadır. Əsas fərqlərdən biri, ABŞ, Kanada və Meksika iqtisadiyyatınınbir-birindən asılılığının assimmetrik olmasıdır. Msələn, Meksika və kanadanın təsərrüfat stukturlarının qarşılıqlı əlaqəsi və fəaliyyəti, Kanada-Amerika və Meksika-Amerika inteqrasiyasının miqyasına nisbətən azdır. Kanada və Meksika, amerika əmtəə və işçi qüvvəsi bazarında rəqibdirlər və onlar amerikan korporasiyalarının kapital və texnologiyasının cəlb edilməsi uğrunda “mübarizə” aparırlar.

NAFTA-nın stukturu mükəmməl deyil. Bu ondan irəli gəlir ki, NAFTA daxilində də yalnız bir iqtisadi güc var- ABŞ. Bu mərkəzləşmə idarəetməni asanlaşdırır ( lider ölkə daha zəif tərəfdaşlarına öz şərtlərini qəbul etdirir), lakin eyni zamanda mübahisələrə gətirib çıxarır. Buna görə də NAFTA daxilində xüsusi güclü müxanizmə malik olan qurum yoxdur. İki əsas orqan –Azad Ticarət komissiyasıKatiblikdir. Komissiya, NAFTA-nın mərkəzi təşkilati institudur. Komissiya, ticarət nazirləri səviyyəsində fəaliyyət göstərir və üçtərəfli müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı yaranan hər hansı bir mübahisəni həll edir. Əgər dövlətlərdən hər hansı biri kmissiyanın qərarı ilə razılaşmırsa, həmin dövlətə qarşı üzv dövlətlər tərəfindən ticarət və müxtəlif sanksiyalar tətbiq olunur. Katiblik isə, inzibati-texniki məsələlərin həlli ilə məşğuldur.

Baxmayaraq ki, NAFTA ticarətin liberallaşdırılmasına yönəldilmişdir, bu qurum həm də digər sahələri əhatə edir. NAFTA çərçivəsində əmək və ekoloji əməkdaşlıq sahəsində müqavilələr imzalanmışdır: NAAEC- North American Agreement on Ecological Cooperation və NAALC –North American Agreement Labour Cooperation.

NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətində deyillər. Bu onunla izah olunur ki, ABŞ xarici ticarətin 70 % qeyri-NAFTA dölətlərinin payına düşür. Buna görə də, ABŞ öz xarici siyasətində azad iqtisadi siyasət yürütmək istəyir. ABŞ-da Kanada ixracının 75-80 %-i həyata keçirilir (Kanada ÜMM 20 %). ABŞ- ın Kanada xarici investisiyalar üzrə payı 75 %-dir, Kanadanın ABŞ-da isə 9 %. Meksika ixracının 70- %-i ABŞ-a istiqamətlənib, ABŞ-dan idxal isə Meksika üçün 65 %-dir. Meksikaya qoyulan bir-başa investisiyaların ümumi payından ABŞ-ın payı 60 % təşkil edir. ABŞ ÜMM, Kanada ÜMM göstəricilərini 14,5 dəfə, Meksika ÜMM göstəricilərini isə 19 dəfə üstələyir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin