Üfüqi inteqrasiya- “zəncirin” eyni səviyyəsində əlavə işgüzar fəaliyyət növlərinin qazanılması üfüqi inteqrasiya adlanır. Üfüqi genişlənmə oxşar məhsulların və ya xidmətlərin daxili genişlənməsi; əlavə firmaların yaradılması və ya xarici genişlənmə ilə həyata keçirilə bilər. Məsələn: Bir media şirkəti qəzet, radio, televiziya, jurnal, kitab kimi çoxsahəli şəbəkəni əhatə etməsi üfüqi inteqrasiyadır.
Üfüqi inteqrasiyanın üstünlükləri aşağıdakılardan ibarətdir:
Miqyas effektliyi-Məhsul istehsal həcmini və ya əhatə dairəsini genişləndirmək;
Görünüş dairəsi-Ümumi məhsulu bir neçə yeni məhsula bölmək.
Artırılmış bazar şəraiti ( Bazarda mövqe, tədarükçülər üzərində hakimiyyət)
Xarici bazarın idarə olunması ilə beynəlxalq ticarətin maya dəyərini aşağı salmaq
Üfüqi inteqrasiyanın tələləri -Rəqibləri üstələməklə üfüqi inteqrasiya qurumun bazarda payını artırır ki bu da davamlı hal aldıqda anti-monopoliya problemlər meydana çıxa bilər.
Hüquqi problemlərdən savayı bəzən gözlənilməz problemlər də meydana çıxa bilər ki, bu da üfüqi inteqrasiyanın mənfi nəticələrindədir. Üfüqi inteqrasiyanın ümumi görünüşdən əvvəl rəhbər şəxs qarşılaşacağı problemləri bilməlidir.
Bəzən üfüqi inteqrasiyanın həyata keçirilməsi zamanı çoxlu kobud səhvlərə yol verilir ki bunun da düzəldilməsi çətin olur. Bunu aradan qaldırmaq üçün bazara daxil olarkən müəyyən analazi aparılamalıdır. Məsələn: Komputer proqramları istehsal edən şirkət bazara daxil olmazdan əvvəl həm proqram istehsalçıları həm də komputer avadanlıq istehsalçıları ilə əlaqə yaratmalıdır. Çünki yalnız bunlardan birinin araşdırılması həqiqi inteqrasiyanın həyata keçirilməsini uğurlu edə bilməz.
Nəhayət üfüqi inteqrasiyanın mövcud faydaları real olsa da onların həyata keçirilməsi özbaşına mümkün deyil. Bura da əsas xüxusiyyət aşkar üfüqi strategiyanın var olmasıdır. Bu strategiya qısamüddətli, asan həyata keçiriləbilən olmalıdır.
Dostları ilə paylaş: |