Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


«Dünya təsərrüfatı» və «Dünya iqtisadiyyatı» anlayışları



Yüklə 0,65 Mb.
səhifə41/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   37   38   39   40   41   42   43   44   ...   160
Beynelxalq marketinq muhazire

2. «Dünya təsərrüfatı» və «Dünya iqtisadiyyatı» anlayışları.

Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “Dünya iqtisadiyyatının” və ya “Dünya təsərrüfatının” mahiyyətinin dərk olunmasını, onun təşəkkül tarixinə və inkişaf mərhələlərinə nəzər yetirilməsini tələb edir.Dünya ölkələri təbii, maddi, iqtisadi ehtiyatlarına görə birindən olduqca fərqlənirlər. Bununla yanaşı coğrafi mövqeyinə görə, iqlim şərlərinəgörə, əmək ehtiyatlarına görə bir-birini təkrarlanırlar. Dünyanın hər bir ölkəsində iqtisadi potensial müxtəlifdir və bu fərq daim nəzərə çarpacaq şəkildə inkişaf edir.

Dünya iqtisadiyyatının subyekti kimi ayrı-ayrı dövlətlərlə ərazi və beynəlxalq əmək bölgüsü obyektiv zərurət kimi istehsal-təsərrüfat fəaliyyətini bir-birindən nə qədər ayrı təcridləşdirsə də, onların qarşılıqlı asılılığını bir o qədər gücləndirir.

Dünya təsərrüfatı özünün məxsusi qanun və qaydaları Ģəbəkəsində elementləri antaqonizm daĢımadan, yalnız bir-birinə bağlılıqda deyil, həmçinin digər (siyasi, hüquqi, biolojı, ekolojı və s.) sistem elementləri ilə də rabitə və qarşılıqlı əlaqəlikdə olan müstəqil vahid sistemdir.

Dünya iqtisadiyyatının vəhdəti ilk növbədə ölkələr arasındakı iqtisadi münasibətlərlə təyin olunur. Dünya iqtisadiyyatının bütövlüyü ehtiva edir.

iqtisadi inkişaf səviyyəsi və ya siyasi quruluşundan asılı olmayaraq bütün



  • ölkələr üçün ümumi olan iqtisadi qanunların hərəkəti;

  • dünya təsərrüfatının material bazası olaraq beynəlxalq əmək bölgüsünün mövcudluğu;

  • təsərrüfat həyatının beynəlmiləlləşməsi və inteqrasiya proseslərinin güclənməsi.

  • bütün ölkələrdə istehsal güclərinin hərtərəfliinkişafını sürətləndirən Elmi- Texniki-Tərəqqinin nailiyyətləri.

Dünya iqtisadiyyatının vəhdəti və bütövlüyü ilə yanası onun ziddiyyətliliyini də xarakterizə edən amillər mövcuddur. Bu ziddiyyətlilik əsasən ölkə qrupları arasında baş verir.

a) dünya bazarındakı rəqabətlə bağlı beynəlxalq iqtisadi inkişafın 3 mərkəzi arasında – Şimali Amerika (ABŞ başda olmaqla), Qərbi Avropa və Asiya-Sakit Okean Regionu (Yaponiya başda olmaqla);

b) sənayecə inkişaf etmiş «Şimal» və inkişaf etməkdə olan «Cənub» ölkələri arasında;

c) sənayecə inkişaf etmiş «Qərb» və keşmiş sosialist düşərgəsi «Şərq» ölkələri arasında;

d) yeni sənaye ölkələri ilə inkişaf etmiş ölkələr arasında;

e) yeni sənaye ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında.

Dünya təsərrüfatı – qarşılıqlı əlaqə və asılılıqda olan, BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur. Burada söhbət milli iqtisadiyyatların sadəcə mexaniki cəmindən getmir. Məhz beynəlxalq əmək bölgüsü və kooperasiyası və BİM sisteminə qoşularaq qarşılıqlı əlaqə və asılılıqda olan milli təsərrüfatların vəhdəti dünya iqtisadiyyatını təşkil edir. Dünya təsərrüfatı çox sürətlə dəyişən dinamik bir sistemdir və bu qlobal sistem iki alt sistemin vəhdətini təşkil edir: milli iqtisadiyyatlar və onları bütöv sistemlə əlaqələndirən BİM. Beləliklə, dünya təsərrüfatı daim hərəkdə olan, inkişaf edən beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik, bazar iqtisadiyyatının obyektiv qanunları əsasında fəaliyyət göstərən milli iqtisadiyyatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır.

Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan – istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir.

Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir.

Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının beynəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli strukturların inkişafdan qalmasına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstərmək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər. 

Təbii ki, bu proses birmənalı deyil. İqtisadiyyatın beynəlmiləlləşməsi ilə yanaşı milli iqtisadiyyatın da inkişafı vacibdir. Bu isə ayrı-ayrı ölkələrin maraqları arasında arasıkəsilməz ziddiyyətlərin meydana gəlməsinə gətirib çıxarır. 
Milli iqtisadiyyatlar arasında reallaşan müasir BİM-in xüsusiyyətlərinin öyrənilməsi ilk növbədə BİM-in nəzəriyyə və praktikasının əsas anlayışlarından olan “Dünya iqtisadiyyatının” və ya “Dünya təsərrüfatının” mahiyyətinin dərk olunmasını, onun təşəkkül tarixinə və inkişaf mərhələlərinə nəzər yetirilməsini tələb edir.

Dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi beynəlxalq əmək bölgüsü və beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri əsasında təşəkkül tapan dünya bazarı çıxış edir. Mal və xidmətlərin mübadiləsi sistemini təşkil edən dünya bazarı XVIII əsrin sonlarında ölkələr arasında ticarətin artması və beynəlxalq ticarət dövriyyəsinə bütün yeni dövlət və ərazilərin qoşulması nəticəsində formalaşmışdır. 

Özünün formalaşması və inkişafında dünya təsərrüfatı uzun və mürəkkəb yol keçmişdir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatının formalaşması və inkişafı prosesi BİM-in təkamülü ilə sıx əlaqədardır. BİM dünya təsərrüfatının təşəkkülündən xeyli əvvəl meydana gəlmiş və onun formalaşmasında mühüm rol oynamışdır. Burada dünya təsərrüfatının formalaşması dedikdə, yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının sadəcə cəmindən ibarət olan dünya təsərrüfatı deyil, dünya bazarının yaranması və inkişafı nəticəsində meydana gələn yeni iqtisadi reallığa uyğun dünya təsərrüfatı nəzərdə tutulur. Tədricən dünya ölkələri arasında BİM-in genişlənməsi və inkişafı dünya təsərrüfatını formalaşdırır və inkişaf etdirir. Beləliklə, dünya təsərrüfatının mövcudluq və inkişaf forması kimi BİM, onun reallaşma mexanizmi çıxış edir. Dünya iqtisadiyyatının inkişafı prosesində bu kifayət qədər əsaslı əks olunur.

Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma dövrünə aid edirlər. Onlar hesab edirlər ki, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təşkil etmişdir. Roma imperiyası dövründə beynəlxalq bazarların fəaliyyətini tənzimləyən qanunların mövcudluğu quldarlıq cəmiyyətində beynəlxalq ticarətin mövcud olduğunu deməyə əsas verir. Ümumiyyətlə, beynəlxalq ticarət milli iqtisadiyyatın beynəlmiləlləşməsinin tarixi və məntiqi baxımdan ilkin formasıdır. Feodalizm dövründə də əmtəələrin beynəlxalq mübadiləsi həyata keçirilmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəaliyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşflərlə əlaqələndirirlər. Naməlum ölkə və qitələrin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qurulması ölkələr arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkəçiliyin meydana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin formalaşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsərrüfat periferiyalarına (əyalət) çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəziz yolunun kəşfi dünya bazarının formalaşması üçün şərait yaratdı. 


meydana gəlməsi beynəlxalq ticarətin inkişafına təkan verdi.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin