Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə43/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   39   40   41   42   43   44   45   46   ...   160
Beynelxalq marketinq muhazire

Makroiqtisadi səviyyədə qloballaşma ölkələrin və ayrı-ayrı regionların öz sərhədlərindən kənarda iqtisadi fəaliyyətə səy göstərmələridir. Bu cür səylərə təkan verən amillər kimi isə liberallaşmanı, ticarət və investisiya maneələrinin aradan qaldırılmasını, azad iqtisadi zonaların yaradılmasını və s. göstərmək olar.

Mikroiqtisadi səviyyədə qloballaşma dedikdə, müəssisənin fəaliyyətinin daxili bazar çərçivəsindən kənara genişlənməsi başa düşülür. Sahibkarlıq fəaliyyətinin çoxmilli istiqamətlənməsindən fərqli olaraq qloballaşma dünya bazarının mənimsənilməsinə vahid yanaşma tələb edir.Qloballaşmanın ən sürətli inkişaf dairəsi maliyyə sferası hesab olunur. Maliyyə bazarlarında kapitalın sərbəst hərəkəti üçün maneələrin aradan qaldırılması və tənzimləmə qaydalarının unifikasiyası daha sürətlə gedir. Maliyyə sektorunun dünya iqtisadiyyatının qloballaşmasında rolunu qiymətləndirərkən qeyd etmək lazımdır ki, müasir dövrdə maliyyə sirkulyasiyaları əmtəə dövriyyəsini 20-30 dəfə üstələyir. Ekspertlərin qiymətləndirməsinə görə dünya iqtisadiyyatının real sektorunda 1 dollar gəlir gətirən kapital maliyyə sektorunda 50 dollar gəlir gətirir.Dünya iqtisadiyyatının qloballaşması prosesi heç də problemsiz ötüşmür. Qloballaşma ilk növbədə sənayecə inkişaf etmiş ölkələrin mövqelərini gücləndirir, onlara əlavə üstünlüklər verir. Əlbəttə ki, qloballaşma geridə qalmış ölkələrə də öz iqtisadiyyatlarını inkişaf etdirmək, dünya iqtisadiyyatının layiqli yer tutmaq üçün müəyyən şərait yaradır. Lakin qloballaşma prosesi mənfi nəticələrlə də müşaiyət olunur.

Qlobal problemlərin həlli üçün ölkələrin səylərinin birləşdirilməsi müxtəlif yollarla baş verə bilər: ikitərəfli və çoxtərəfli sazişlər, beynəlxalq təşkilatların yaradılması və fəaliyyəti, iqtisadiyyatın və texnologiyanın müxtəlif sahələrində layihələrin birgə maliyyələşdirilməsi və həyata keçirilməsi, beynəlxalq xeyriyyəçilik və s.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin