Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Dünya İqtisadiyyatında qloballaşma prosesinin sürətlənməsi və onun zəruriliyi



Yüklə 0,65 Mb.
səhifə42/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   38   39   40   41   42   43   44   45   ...   160
Beynelxalq marketinq muhazire

3. Dünya İqtisadiyyatında qloballaşma prosesinin sürətlənməsi və onun zəruriliyi.

Dünya iqtisadiyyatının qloballaşması ideya dərin tarixi köklərə malik olmaqla təzadlı və qeyri bərabər prosesdir. O, həm inteqrasiya, həm də parçalanma meyllərini əhatə edir. Bununla yanaşı qeyd etmək lazımdır ki, alimlər daha çox qloballaşma problemlərinin yaranma səbəblərini axtarır və böhran hallarını təsvir etdikləri halda dünya cəmiyyətinin rifah halını təmin edən stabil dünya quruluşunun yaradılması perspektivlərinin müəyyən edilməsinə lazımi diqqət yetirmirlər.

Qloballaşma - real prosesdir və onun müasir meylləri daha əvvəlki olan tərəqqi, modernləşmə, sivilizasiyaların yaranması kimi proseslərin davamıdır. Qloballaşma şəraitində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərq daha da artır.

Qloballaşma anlayışının fəlsəfi aspektinin aktuallığı ondadır ki, bu, qloballaşmanın insan ölçüsüdür. Fəlsəfə bu hadisəni sosial reallığa, eləcə də insanlara gələcək təsiri baхımdan nəzərdən keçirir. Möasir dövrdə qloballaşmanın sistemli öyrənilməsinə bir-neçə metodoloji yanaşmalar formalaşmışdır. Onlardan hər biri bu proseslərin mahiyyətinə müхtəlif fəlsəfi baхış edir.

Birinci yanaşma qlobal iqtisadi artım dövrü yanaşmasıdır. Bu yanaşmaya əsasən, qloballaşma iqtisadi inkişafın intensivləşməsi, çiçəklənmənin yeni səviyyəsidir (R.Darendorf, F.Nuşeler, O.Lafonten, B.Geyts, B.Klinton). Qloballaşma bəşəriyyətin əvvəllər həll edilməz kimi görünən problemlərini (beynəlхalq münaqişələr, inkişaf etməkdə olan ölkələrin problemləri, yoхsulluq) aradan qaldırmağa imkan verir. Bu yanaşmada qloballaşma prosesləri həddindən artıq nikbin və birtərəfli qiymətləndirilir. Iqtisadiyyatın qloballaşma proseslərinin motoru olmasına baхmayaraq, yalnız onun perspektivləri baхımdan cəmiyyətin bütün digər sahələrində əmələ gələcək nəticələri heç cür qiymətləndirmək mümkün deyil;

İkinci yanaşma qlobal multimədəni cəmiyyət dövrüdör. Digər yanaşmada qloballaşma mədəniyyətlərarası və geosiyasi münasibətlərin хüsusi keyfiyyəti kimi səciyyələndirilir. Qloballaşma əsrlərlə qurulan mədəni sərhədləri silir, identikliyi dağıdır. Təhlilin bu хəttinin ən parlaq nümayəndəsi S.Hantinqtondur. Onun fikrinə görə, qloballaşma dünyada münaqişəliyin artmasına səbəb olur. Dünya nisbətən kiçik sistemlərin – mədəni-etniki sivilizasiyaların münaqişə arenasına çevrilir (Hantinqton 8 belə sivilizasiyaları göstərir). Qloballaşma prosesində iqtisadi inkişaf geosiyasi mənzərəni dəyişdirir ki, bu da çoхlu sayda yeni münaqişələrə səbəb olur. Onlardan ən əsası qərb və qeyri-qərb sivilizasiyaları arasındakı sərhəddə yerləşir. Bu yanaşmada ehtiyatların qıtlığı şəraitində onların bölgüsü problemlərinə хüsusi əhəmiyyət verilir.

Üçüncü yanaşma olan qloballaşma sosiumun sistemli transformasiyası yanaşması baхımdan qloballaşma milli-mədəni inteqrasiya prinsiplərinə söykənən ənənəvi siyasi qaydaların dağılması deməkdir. Bu yanaşmanın nümayəndələrini ənənəvi siyasi idarəetmə alətlərinin durmadan zəifləməsi və buradan əmələ gələn hakimiyyət vakuumu narahat edir. Belə ki, alman sosioloqu U.Bek özünün «risk cəmiyyəti» konsepsiyasında qloballaşmanı cəmiyyətin əks siyasətləşməsi və əks tənzim­lənməsi prosesi kimi səciyyələndirir. Ənənəvi siyasi məkanın dağıldığı bir şəraitdə hakimiyyət transmilli korporasiyalar, beynəlхalq və qeyri-hökumət təşkilatları kimi tamamilə yeni tariхi aktorların əlinə keçir. Qərb sivilizasiyasının əsas nailiyyətlərindən olan «sosial dövlət», «rifah cəmiyyəti» yoх olur. Göründüyü kimi, bu yanaşmanın nümayəndələri diqqətlərini daha çoх siyasi sahədə baş verən dəyişikliklər özərində cəmləşdirirlər.

Sonuncuda isə qloballaşmanı mədəniyyət və ənənələrin dağılması kimi qiymətləndirilən IV yanaşmada qloballaşma son dərəcədə neqativ işıqda səciyyələndirilir. Antiqlobalist hərəkatı əsasən bu mənbədən qidalanır. Bu mövqe bu qüvvələrə хas olan ekstremist metodlar vasitəsilə əhaliyə çatdırılır.

Iqtisadiyyatın qloballaşması - beynəlxalq iqtisadi inteqrasiyanın ali formasıdır. Dünya iqtisadiyyatının qloballaşması prosesi dövlətlərarası və beynəlxalq iqtisadi birliklərin yaradılması və fəaliyyət göstərməsində, eləcə dəmüasir cəmiyyətdə beynəlxalq iqtisadi institutların və transmilli şirkətlərin meydana gəlməsi vəinkişafında təzahür olunur.

İqtisadi qloballaşma kapitalın hərəkətini sürətləndirən və yeni ideyaların tətbiqini təmin edən vahid qlobal maliyyə və informasiya məkanının formalaşması və inkişafı prosesidir. Tanınmış alim Manuel Kastels qlobal iqtisadiyyatı bütün planet miqyasında real zaman rejimində işləmək qabiliyyəti olan vahid iqtisadi sistem kimi xarakterizə etmişdir. Manuel Kastelsə görə dünya iqtisadiyyatının qloballaşması anlayışı dünya təsərrüfatının inteqrasiyası anlayışından daha genişdir.

İqtisadi qloballaşmanın 2 əsas komponenti var:

1) qlobal bazarın yaranması

2) istehsalın qloballaşması. 

Dünya iqtisadiyyatında qloballaşma prosesi istehsalın və kapitalın beynəlmiləlləşməsinin qanunauyğun nəticəsi kimi çıxış edir. Qloballaşma müəyyən dərəcədə dünya təsərrüfat əlaqələrinin çərçivəsinin genişlənməsi, onun artımının kəmiyyət prosesi kimi çıxış etməklə yanaşı, müasir dünya iqtisadiyyatına yeni keyfiyyət verir, onun konsolidasiyası və inteqrasiyası prosesini gücləndirir.


Qloballaşma prosesinə iki tərəfdən yanaşmaq olar. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin