Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq marketinqin subyektləri və onların xarakterik xüsusiyyətləri



Yüklə 0,65 Mb.
səhifə50/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   46   47   48   49   50   51   52   53   ...   160
Beynelxalq marketinq muhazire

3. Beynəlxalq marketinqin subyektləri və onların xarakterik xüsusiyyətləri.

Beynəlxalq marketinqin idarə olunması sahəsində düzgün kadr siyasətinin seçilməsi firmanın beynəlxalq bazarda müvəffəqiyyətli fəaliyyət göstərməsinin vacib şərtlərdəndir. Beynəlxalq marketinq fəaliyyətinin idarə olunmasında müvəffəqiyyət zəruri ixtisas və işgüzarlıq xüsusiyyətlərin malik olan kadrların seçilməsi sayəsində əldə edilir. Bu istənilən ticarət şöbəsinin müdiri üçün, əlalxüsus da ixrac fəaliyyəti ilə məşğul olan halda çox mürəkkəb işdir.

Kadır siyasətinin əsasını kadrların seçilməsi, yerləşdirilməsi və təriyə edilməsinin prinsipləri təşkil edir. Müəssisənin heyətinin sayı istehsalın və idarəetmə prosesinin xarakterindən, mürəkkəbliyindən, əmək tutumundan, işlərin mexanikləşdirilməsi səviyyəsindən, avtomatlaşdırılmasından, komputerləşməsindən asılıdır. Bu amillər heyətin normativ sayını müəyyənləşdirir. Daha obyektiv heyət siyahı sayı ilə, yəni müəssisədə rəsmən işləyən işçilərin sayı ilə xarakterizə olunur.

Müəsissənin kadr siyasəti dedikdə heyətlə aparılan işin əsas istiqamətlərini müəyyənləşdirən nəzəri baxışların, tələblərin, prinsiplərin, həmçinin yüksək məhsuldarlıqlı möhkəm kollektivin yaranmasına imkan yaradan bu işin üsulları sistemi başa düşülür.

Heyətin idarə edilməsi metodlarının tətbiqi əmək əmək kollektivinin norma və dəyərlərinin durumundan, həm də müəssisənin məqsədindən asılıdır. Kadr siyasəti müəssisənin təsərüffüt siyasətinin bütün sahələri ilə sıx bağlıdır. Kadr siyasəti sahəsində qəbul edilən qərarların müəssisənin bütün funksional yarım sistemlərində baş verir: elmi-texniki fəaliyyətin, istehsalın, iqtisadi fəaliyyətin və s. idarə olunması.

Kadr siyasətinin əsas məqsədləri:



  • müəssisənin, onun bölmələrini müasir və keyfiyyətli, lazımi sayda heyətlə təmin etmək;

  • kadr potensialından səmərəli istifadə etmək;

  • nəzərdə tutulmuş əmək qanunvericiliklə işçilərin hüquqvə vəzifələrinin realizə şərtlərinin təmini.

Kadr siyasətinin əsas növ müxtəlifliyinə kadr seçimi, təhsili, əməkhaqqı, müəssisədə sosial münasibətlər aiddir.

Hər bir müəssisə özünün xarakterik xüsusiyyətlərini nəzərə alan kadr siyasətini yaradır. Bütün variantlar üçün ümumi kadr siyasəti odur ki, onların yaranması və həyata keçirilməsi vahid prinsiplər əsasında aparılır. Kadr siyasəti sənədlərlə rəsmiyyətə salınır ki, bu da şöbələrin qaşılıqlı əlaqələrinin yaxşılaşmasına müəssisənin rəhbərliyinin mövqeyini görməyə, kadrlar üzrə qərarların qəbul edilməsi prosesində ardıcıllığı təyin etməyə, daxili qaşılıqlı münasibət qaydaları haqqında heyəti məlumatladırmağa, mənəvi-psixoloj mühiti yaxşılaşdırmağa imkan verir. Müəssisənin kadr siyasəti bir sıra amillərlə təyin edilir ki, bunu da xarici və daxili amillərə bölmək olar. Xarici amillərə əmək qanunvericiliyi, həmkarlarla qarşılıqlı münasibət, əmək bazarının inkişaf perespektivləri, daxili amillərə müəssisənin sturukturu və məqsədi, ərazi üzrə yerləşdirilmə, korporativ daxili mədəniyyət, kollektivdə mənəvi-psixoloji mühit aiddir.

Təşkilatlarda kadr planlaşdırılması bir qayda olaraq dörd məsələni əhatə edir. Bu, aşağıdakılardan ibarətdir: 1. Kadr strategiyası (strategiyanın, siyasətin əsaslarını işlənib hazırlanması, işçilərin yeni şəraitə uyğunlaşması, peşə irəliləyişi və s.) 2. Kadr məqsədi (işçilərlə təəşkilatların məqsəd birliyinin təmin edilməsi). 3. Kadr vəzifələri (təşkilatın müvafiq kadr təminatı). 4. Kadr tədbirləri (konkret vəzifələri icra etmək məqsədilə kadr tədbirləri planının hazırlanması)


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin