Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Mövzu 5. Beynəlxalq marketinqin təşkili və xidmət strukturu



Yüklə 0,65 Mb.
səhifə48/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   44   45   46   47   48   49   50   51   ...   160
Beynelxalq marketinq muhazire

Mövzu 5. Beynəlxalq marketinqin təşkili və xidmət strukturu.

5.1. Beynəlxalq marketinq idarə edilməsi.

5.2. Beynəlxalq marketinq strategiyasının və taktikasının işlənib hazırlanması.

5.3. Beynəlxalq marketinqin subyektləri və onların xarakterik xüsusiyyətləri.

5.4. Marketinq nəzarəti.

5.5. Beynəlxalq marketinq fəaliyyətinin idarə olunmasının təşkilatı quruluşu.

1. Beynəlxalq marketinq idarə edilməsi.

Marketinqin idarə olunması (marketinq management) – çoxşəhəli və mürəkkəb prosesdir. Ümumiyyətlə, marketinq fəaliyyətinin səmərəli idarəolunması digər bərabər şərtlər daxilində firmanın həm daxili, həm xarici bazarda mənfəətlə işlənməsinin mühüm amilidir. Rəhbər (idarəedici) bazarda mövcud olan ümumi problemləri tam araşdıra bilməli və onlara çoxsaylı varisiyaların təsirinin əhəmiyyətini qiymətləndirməyi bacarmalı və bunun da nəticəsində müxtəlif situasiyaların bir – birindən hansı dərəcədə fərqləndiyini, eləcə də bunların firmanın fəaliyyətinə nə dərəcədə təsir göstərdiyini müəyyənləşdirməlidir.

Marketinqin idarə olunması prosesində obyekt kimi firma, alıcılar və bazar çıxış edir. Marketinqin idarə olunması – firmanın öz əmtəə və xidmətlərini, taktika və davranış strategiyasını konkret bazarın tələbərinə uyğunlaşdırılmasıdır. Bu özü də marketinqin idarə olunması prosesinə situasiyanın idarə edilməsi sistemi kimi yanaşmağı tələb edir.

Marketinq prinsipləri əsasında firmanın dövri idarə olunmasının əsas mərhələləri aşağıdakılardır: situasiya təhlili; marketinqsintezi; strateji planlaşdırma; taktiki planlaşdırma; marketinq nəzarəti.

İdarəetmə prosesində göstərilən dövrilik həm bütövlükdə firma, həm də onun altsistemləri və əmtəələr üçün sistematik olaraq təkrarlanır.

Situasiya təhlili. Situasiya təhlilinin basilica momenti yaranmış situasiyanın araşdırılması və bu əsasda qəraq qəbul edilməsidir. Bu o deməkdir ki, hazırkı zamanda işin təşkilinə güclü təsir göstərən konkret amillər dəsti öyrənilməli və düzəlişverici tədbirlər görülməlidir.

Situasiya dəyişənlərinin davranışı daxili və xarici amillə asılı olur. Daxili amillər təşkilatın öz daxilində mövcud olub və onun qoyulan məqsədlərə nail olunmasına müxtəlif istiqamətlərdə təsir göstərən amillərdir.

Xarici amillər təşkilatın bilavasitə əlaqədə olduğu (məsələn, mal göndərənlər, rəqiblər, kooperasiya əlaqəsində olduğu təşkilatlar, marketinq vasitəçiləri, müştərilər və s.) və onu əhatə edən ətraf mühitin təsiri nəticəsində əmələ gələn amillərdir.

Firmanın marketinq yanaşması ilə idarəetməsinin mühüm prinsipi istehsal sisteminin bütün elementlərinin, eləcə də bu sistemə xidmət edən istehsal və sosial infrastrukturanın firmanın xarici bazara çıxardığı əmtəə və xidmətlərə potensial istehlakçıda baş qaldıra biləcək problemlərin həllinə yönəldilməsidir.

Marketinqin idarə edilməsi dedikdə məhsul və хidmətlərə tələbin yaradıl­ması və təkrar istehsalının intensiv­ləş­dirilməsi, mənfəətin artırılması üzrə tədbirlərin planlaşdırıl­ma­sının, təşki­linin, əlaqələndirilməsinin, ona nəzarətin, auditin və stimu­l­laş­dırıl­masının həyata keçirilməsilə əlaqədar olan idarə­etmə fəaliyyəti başa düşülür.

Marketinqin idarə edilməsi sosial-iqtisadi sistemin bütün səviyyələrində marketinq fəaliyyətinin idarə edilməsinin funksional və institusional mahiyyətini özündə birləşdirir.

Marketinqin idarə edilməsinə funksional yanaşmada o, hər hansı bir marketinq probleminin təşkili (məsələn, marketinqin planlaş­dırılması) və onun həyata keçirilməsi (məsələn, marketinq planlarının icrası və ya onun yerinə yetirilməsi üzərində nəzarət edilməsi) üzrə fəaliyyət kimi izah edilir.



Marketinqin idarə edilməsinə institusional yanaşmada marketinqin idarə edilməsinə bu fəaliyyətə rəhbərliyi həyata keçirən menecerlər və ya menecer qrupuna verilmiş hüquq və səlahiyyətlərin, həmçinin vəzifələrin ayrı-ayrı iş­çi­lər və işçi qrupları arasında bölüş­dü­rülməsi üzrə idarəetmə vasitəsi kimi baхılır.

Marketinqin idarə edilməsi, birincisi, marketinq fəaliyyətinin təhlilini və planlaşdırılmasını, planların realizasiyasını və ona nəza­rətin həyata keçirilməsini və ikincisi, bütün növ bazarları əhatə edir.

Marketinqin idarə edilməsinin əsas vəzifəsi mübadilədə iştirak edən bütün tərəflərin, subyektlərin tələbatının ödənilməsinə, heç olmasa onların rəьbətini qazanmaьa nail olmaqdır.

Marketinqin idarə edilməsi prosesi: 1) müəssisənin bazar imkanlarının təhlilini; 2) məqsəd bazarlarının seçilməsini; 3) marketinq kompleksinin, yəni marketinq - miksin hazırlanmasını və 4) marketinq tədbirlərinin həyata keçirilməsini əhatə edir.

Marketinqin idarə edilməsinin (menecmentin) aşaьıdakı fəaliyyət istiqamətləri vardır:

Marketinqin idarə edilməsi aşaьıdakı şəkildə verilən ardıcıl mərhələlərlə həyata keçirilir.






Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin