Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Dünya təsərrüfatında ölkələrin ixtisaslaşdırılması



Yüklə 0,65 Mb.
səhifə47/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   43   44   45   46   47   48   49   50   ...   160
Beynelxalq marketinq muhazire

6. Dünya təsərrüfatında ölkələrin ixtisaslaşdırılması.

Dünya təsərrüfatı uzun bir tarixi prosesin inkişafı nəticəsində bərqərar olmuş və formalaşmışdır.Bu proses tarixi qanunauyğunluqların nəticəsi kimi bütövlük təşkil etməklə yanaşı,həm də ayrı-ayrı mərhələlərdə yaranan iqtisadi münasibətləri əhatə edir.

Müasir dünya təsərrüfatının əsasında bazar münasibətləri durur və buna görə də dünya təsərrüfatının liderləri kimi bazar münasibətlərinin daha çox inkişaf etdiyi ölkələr çıxış edirlər.

Özündə hələ də çoxlu ziddiyyətləri və meylləri əks etdirən müasir dünya təsərrüfatının vahidliyi və dinamikliyi XX əsrin ortalarına nisbətən müqayisə olunmaz dərəcədə artmışdır. Müasir dünya təsərrüfatı tam olaraq bazar iqtisadiyyatı prinsiplərinə, beynəlxalq əmək bölgüsünün obyektiv qanunauyğunluqlarına, istehsalın və kapitalın beynəlmiləlləşməsinə əsaslanır. Yeni minilliyin ilk illərində dünya təsərrüfat əlaqələri iqtisadi fəaliyyətin daha intensiv inkişaf edən sahəsi kimi çıxış edir.

Bir tərəfdən iqtisadi inkişaf səviyyələrindən və siyasi quruluşlarından asılı olmayaraq bütün ölkələr üçün ümumi olan iqtisadi qanunların (məsələn, tələb və təklif qanunu) fəaliyyəti, digər tərəfdən bütün ölkələrin məhsuldar qüvvələrini inkişafa sövq edən elmi-texniki inqilabın nailiyyətləri dünya təsərrüfatının vahidliyini müəyyən edən obyektiv amillərdir.

Dünya təsərrüfat əlaqələrinin coğrafi quruluşunda da müəyyən dəyişikliklər baş verməkdədir. Belə ki, dünya təsərrüfat əlaqələrinin əsas subyektləri olan sənayecə inkişaf etmiş ölkələr bir-birləri iqtisadi əlaqələri daha da dərinləşdirirlər və bu proses özünü inteqrasiya birlikləri çərçivəsində daha aydın göstərir. İnkişaf etmiş dünyanın üç mərkəzi – NAFTA, Avropa Birliyi və Yaponiya arasında qarşılıqlı fəaliyyət aktivləşir.

İnkişaf etməkdə olan ölkələrin dünya əmtəə, xidmət, kapital və işçi qüvvəsi bazarlarında mövqeləri getdikcə güclənir. Onlar xammal və ərzaq ixracatçılarından hazır məhsul ixracatçılarına, kapital idxal edən ölkədən yavaş-yavaş kapital ixrac edən ölkəyə çevrilirlər. Onların bəziləri injinirinq və maliyyə xidmətləri ixrac etməyə başlayırlar.

Təsərrüfat həyatının beynəlmiləl xarakter alması XX əsrin ikinci yarısında dünya təsərrüfatının inkişafının əsas meylinə çevrilmişdir. Nisbətən inkişaf etmiş ölkələrin bu və ya digər formada qruplaşdırılması onların təsir dairəsini artırır. Bu isə dünya təsərrüfatının daha qlobal miqyasda beynəlmiləllşməsinə zəmin yaradır.

Bu kimi dövlətlər və ya qrup dövlətlər müəyyən mənada inteqrasiya mərkəzinə çevrilirlər. Başqa dövlətlər bunların ətrafında qruplaşmaqla dünya təsərrüfatı əlaqələri okeanında özünə məxsus qitə yaradırlar.

İqtisadi inteqrasiya da öz növbəsində bu prosesin iştirakçısı olan ölkələr arasında istehsalın və kapitalın beynəlmiləlləşməsinin sürətlənməsinə zəmin yaradır.

Bütün bu proses zəncirvari şəkildə bir-birilə sıx bağlıdır.

Deməli, məhsuldar qüvvələrin inkişafı → beynəlxalq əmək bölgüsü → istehsalın və kapitalın beynəlmiləlləşməsi → iqtisadi inteqrasiya.

Beləliklə dünya təsərrüfatında ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının yaxınlaşması və bir-birinə qovuşması prosesi vahid təsərrüfat orqanizm yaranmasına yol açır ki, bu da inteqrasiya adlanır.

İnteqrasiya təsərrüfat həyatının beynəlmiləlləşməsinin ən yüksək təzahür formasıdır. O, çox yüksək beynəlxalq əmək bölgüsünün və kooperasiya əlaqələrinin qanunauyğun nəticəsidir.

Dünya birliyinin və eləcədə vahid təsərrüfat sisteminin mövcud olması qlobal problemləri daha da artırmışdır. Bir çox obyektiv proseslər dünya təsərrüfatının gündəlik tələbatına çevrilmişdir. Bunlardan aşağıdakıları qeyd etmək olar:


  • beynəlxalq miqyasda istehsalın beynəllmiləşməsi və əlaqələrin daha da inkişafı;

  • beynəlxalq əmək bölgüsünün genişlənməsi ardınca istehsalın beynəlxlaq ixtisaslaşması və korperasiyasının dərinləşməsi;

  • beynəlxlaq iqtisadi münasibətlərin bütün formalarının intensiv inkişafı;

  • təsərrüfat həyatının beynəlmiləşməsi və milli iqtisadiyyatların dünya iqtisadiyyatların dünya iqtisadi sisteminə qoşulması;

  • müasir dövrün qlobal problemləri buradan irəli gələn ziddiyyətlər (ətraf mühit, kütləvi xəstəliklərə qarşı mübarizə, beynəlxalq terrorizmə qarşı mübarizə və s.);

  • inkişaf etməkdə olan ölkələrdə (İ.E.O.Ö.) baş verən dəyişikliklər;

  • dünya sosializmə sisteminin dağılması ilə bağlı olan yeni problemlərin yaranması.

Bütün bu kimi problemlər milli deyil, yalnız beynəlxlaq miqyasda tənzimlənə bilər. bu münasibətlərin tənzimlənməsində əsas vəzifə beynəlxalq əməkdaşlığa zəmin yarada biləcək ümumi şərtlərin hazırlanmasından ibarətdir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin