2. Beynəlxalq şirkətlərin qayda və qanunlara uyğunluğu.
Dünya iqtisadiyyatında inhisarlar təzə hadisə olmayıb uzun bir dövrün məhsuludur. Kapitalın və istehsalın təmərküzləşdirilməsinin nəticəsi kimi yaranan bu inhisar birlikləri eyni zamanda dünya iqtisadiyyatının beynəlmiləl xarakterinin artmasına güclü təsir edirlər. Bununla yanaşı həmin birliklər beynəlxalq iqtisadi münasibətlərin inkişafının da əsas amilinə çevrilmişlər. Deməli, iri inhisar birlikləri ölkə daxilində fəaliyyət göstərməklə yanaşı Milli dövlət çərçivəsindən kənarda da öz fəaliyyətlərini genişləndirirlər. Beləliklə, beynəlxalq xarakter kəsb edirlər. Beynəlxalq kompaniyalar dedikdə öz təsərrüfatçılıq fəaliyyətində milli çərçivədən kənara çıxan, istehsal, ticarət, elmi-texnoloji proseslər, maliyyə, xidmət və digər sahələrin beynəlxalq baxımdan kompleks inkişafın formalaşmasını həyata keçirən iri birliklər nəzərdə tutulur.
Əməli baxımdan bu iri kompaniyaları dörd növə ayırmaq olar: milli, transmilli, çoxmilli və qlobal kompaniyalar. Lakin, son illərin təcrübəsi göstərir ki, bu birliklər bir qayda olaraq transmilli kompaniya kimi ümumi ad altında fəaliyyət göstərirlər. Beləliklə, iri milli inhisar birlikləri bey-nəlxalq birlikbrə çevrilmişlər.
Müəyyən mənada beynəlxalq olmaq baxımından bu şirkətlər bir-birindən о qədər də fərqlənmirlər. Ancaq müxtəlif ad daşımaqla fərqlənirlər.
Transmilli şirkətlər dedikdə, xarici ölkələrdə aktiv vəsaiti olan milli inhisarlar nəzərdə tutulur.Çoxmilli şirkətlər dedikdə, müxtəlif ölkələrin milli şirkətlərini birləşdirən cəmiyyətlər nəzərdə tutulur.
Qlobal cəmiyyətlər də beynəlxalq cəmiyyətlərdən yaranır, Ümumi mənada bu şirkətlərin yaranma səbəbini istehsalın və kapitalın beynəlmilləşməsi və məhsuldar qüvvələrin inkişafı ilə xarakterizə etmək olar.
Müvafiq olaraqiqtisadi hüququn bazasında bütün ölkələrin iqtisadi münasibətlərinin beynəlxalq tənzimlənməsi həyata keçirilir. Bu və ya digər beynəlxalq normalaradan asılı olaraq bu tənzimlənmə müxtəlif səviyyələrdə baş verir:
a) ümumi (universal);
b) regional;
c) ikitərəfli.
Universal normalar bütün subyektlərin münasibətlərini tənziməlməklə ümumi beynəlxalq hüququ təşkil edir. Beynəlxalq hüquqi normalar dispozitiv və imperativ (qəti) xarakterli olurlar. Birinci halda beynəlxalq normalar ölkənin davranışının ümumi qaydalarını müəyyənləşdirir, konkret hərəkətləri isə onlar özləri təyin edirlər; ikinci halda, yəni imperativ normalarda dövlət həmin normaların tələblərini sözsüz yerinə yetirməyə borcludur. Bu normalara BMT-nin Baş Assambleyasının müqavilə və qətnamələri daxildir. Ümumi halda belə qəbul olunmuşdur ki, BMT-nin Nizamnaməsini təkzib edən istənilən müqavilə etibarsızdır və heç bir dövlət ona istinad edə və onun imtiyazlarından istifadə edə bilməz. Bu tənzimləmədə mühüm rol bütöv bir qrup beynəlxalq şirkətlərə məxsusdur.
Aydındır ki, xarici ölkələrdə beynəlxalq şirkətlərin filiallarının sürətlə artması istehsalın böyük bir qisminin xaricdə yaranması deməkdir. Bu isə beynəlxalq şirkətlərə imkan verir ki, maddi vəsaitin (istər pul şəklində və istərsə də texnologiya, avadanlıq, ixtisaslı əmək və s.) böyük qismini həmin ölkələrə yönəltsin.
Buradan da belə bir nəticəyə gəlmək olur ki, birbaşa investisiyanın xarici ölkələrə daha çox axması dünya iqtisadiyyatının bütövlüyünün vahidliyini təsdiq edən əsas cəhətlərdən biridir. Bu cəhət bir daha onu göstərir ki, dünya iqtisadiyyatının formalaşması dünya bazarı mərhələsindən dünya istehsalı (beynəlxalq istehsal) mərhələsinə keçmişdir.
Hazırda birbaşa xarici investisiyalar əsasən beynəlxalq şirkətlər tərəfindən həyata keçirilir. Odur ki, xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyanın 90 %-nə beynəlxalq şirkətlər nəzarət edirlər.
İqtisadi münasibətlərin tənzimlənməsində beynəlxalq şirkətlərin qarşısında duran əsas məsələlər aşağıdakılardır:
- dünyanın bütün regionlarında sabit və dayanıqlı iqtisadi inkişafın təmin olunması;
- ticarət–iqtisadi əməkdaşlıqda ayrı–seçkiliyin tamamilə aradan qaldırılmasına yardım etmək;
- inkişaf etməkdə olan və yeni kapitalist ölkələrində fərdi sahibkarlığın inkişafına hərtərəfli köməklik göstərmək;
- beynəlxalq iqtisadi əməkdaşlığın iştirakçısı olan ölkələrin makroiqtisadi siyasətlərinin siyasətlərinin razılaşdırılması.
Beynəlxalq şirkətlər –həyat fəaliyyətinin müxtəlif sahələrində ümumi məqsədlərə nail olunması üçün milli cəmiyyətlərin birləşməsidir. Onlar müəyyən dövr üçün yaradılır və ya daimi əsasda fəaliyyət göstərirlər. bir qayda olaraq onlar beynəlxalq müqavilələr əsasında yaradılır.
Təşəkkül tapan dünya qaydası daha çox özünü iqtisadi qayda kimi büruzə verir. Qlobal iqtisadiyyat tədricən hər yerdə hakim qüvvəyə çevrilir. Əgər əvvəllər dünya iqtisadiyyatı müstəqil dövlətlərin fəaliyyət göstərdiyi ərazi idisə, indi dünya iqtisadiyyatı milli dövlətlərin ərazisində fəaliyyət göstərən müstəqil subyektə çevrilir.
Bu zaman dünyanın vahid iqtisadi mexanizmi yaranır. Hakimiyyətin və idarəetmənin adət olunmuş üsullarının dəyişməsi baş verir: onlar hərbi-siyasi sferadan siyasi-iqtisadi sferaya keçirlər. İqtisadiyyat özünü həm siyasət və həm də ideologiya kimi göstərir. Nəticədə, geosiyasi imperativlər öz yerini geoiqtisadi siyasi imperativlər öz yerini geoiqtisadi imperativlərə verir.
Dünya təsərrüfatında bir neçə yüz kompaniyanın-nəhəngin hökmranlığı ona gətirib çıxarır ki, dünya istehsalının vı satışının əsas proporsiyaları bu kompaniyaların iqtisadi siyasətinin təsiri altındadırlar.
Bu cür təriflərin mühüm vasitəsi dünya təsərrüfatının əsas sahələrinin inkişafını faktiki olaraq müəyyən edən bir neçə firmalar-nəhənglər tərəfindən kapital qoyuluşları siyasətinin razılaşdırılması çıxış edir.
Hər bir ayrıca dövlət tərəfindən öz məqsədlərinə nail olması gedişatında onunla qalan dünya arasında məhdud yanacaq, xammal, əmək ehtiyatlarına görə mübarizə ilə əlaqədar ziddiyətlər meydana çıxır. Zaman satış bazarına görə qlobal rəqabət xüsusi olaraq mühüm əhəmiyyət kəsb edir. Beləliklə, qlobal iqtisadiyyat dövlətlərarası iqtisadi konfliktlərin hılli sahısinə çevrilir, bundan belə nətivəyə gəlmək olar ki, dövlətlərin və onların ərazisində yerləşən transmilli korporasiyaların əsaslı maraqları obyektiv olaraq üst-üstə düşür, belə ki, beynəlxalq şirkətlər onların yerləşdikləri dövlətlərə başqa ölkələrin resurslarına daxil olmağa imkan verir. Bundan başqa, öz istehsallarını xaricdə yerləşdirən beynəlxalq şirkətlər öz dövlətlərinin proteksionist sədlərinin yarandığı hallarda onlarıdəf etməkdən azad edirlər.
Beynəlxalq şirkətlər öz mülkiyyətlərinin anklavlarını filiallar və qız müəssisələri şəklində başqa ölkələrin ırazilərində yaratmaqla öz dövlətlərinin mövqeyini möhkəmləndirirlər. Xaricdə mülkiyyətin belə sistemi dövlətin beynəlxalq real nüfuzunu təmin edir. Lakin beynəlxalq şirkətlərin iqtisadi qüdrətinin artımı korporasiyaların dünya arenaında qlobal siyasi təsirinin artmadığını və müvafiq olaraq dövlətlərin hökumətlərinin zəifləməsinin səbəb olması labüddür. Beynəlxalq şirkətlərin təsir dairəsinin artması ilə güclənən transmilliləşmə prosesi ilk növbədə kapitalın iki və daha artıq ölkə arasında hərəkəti olduğundan, burada ən əsas məna kəsb edən termin investisiyadır. İnvestisiya-iqtisadiyyatın müxtəlif sahələrinin müəssisələrinə və təşkilatlarına kapital qoyuluşudur. İnvestisiyalar müddətinə görə üç cür olur: uzunmüddətli, qısamüddətli və ortamüddətli. Qoyuluş istiqamətinə görə isə, fiziki, fiktiv, insan kapitalı və texnoloji kapital kimi növlərə ayrılır. İnvestisiyalar həm yerli investorlar, həm də xarici investorlar tərəfindən həyata keçirilir. Bunlar da rezidentlər və qeyri-rezidentlərdir. Kapitalın beynəlxalq hərəkəti zamanı rəsmi və şəxsi invsetisiyalar baş verir. Rəsmi dedikdə, dövlət xətti ilə həyata keçirilən investisiyalar başa düşülür. Şəxsi investisiyal isə mikro iqtisadiyyat səviyyəsində həyata keçirilən investisiyadır.
Beynəlxalq şirkətlər bir çox problemləri həll etmək üçün yaradılır. Bunlar aşağıdakılardır:
-ticarət məhdudiyyətlərini aradan qaldırılması üçün;
- texnoloji və ekoloji tərəqqiyə nail olunması üçün vəsaitlər ayrılması;
- valyutaların sabitləşdirilməsivə onların dönərliyinə nail olunması;
- əmək şəraitinin və əmək münasibətlərinin yaxşılaşdırılmasının stimullaşdırılması;
- bütün sahələrdə ayrı –seçkiliyin aradan qaldırılması və s.
Beynəlxalq şirkətlərin əsas funksiyaları aşağıdakılardır: nəzarət; təşkilati; tənzimləmə; məlumat; müşahidə; iqtisadi əməkdaşlığa yardım.
Eyni zamanda beynəlxalq şirkətlər beynəlxalq iqtisadi əməkdaşlığın təşkili və həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətlə məşğul olurlar.
Dostları ilə paylaş: |