Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Mövzu 6. Beynəlxalq şirkətlərin təşkili metodları



Yüklə 0,65 Mb.
səhifə53/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   49   50   51   52   53   54   55   56   ...   160
Beynelxalq marketinq muhazire

Mövzu 6. Beynəlxalq şirkətlərin təşkili metodları.

6.1.Beynəlxalq şirkətlərin yaranma mərhələləri.

6.2. Beynəlxalq şir­kət­lə­rin qayda və qanunlara uyğunluğu.

6.3.Beynəlxalq şirkətlərin daxili normaları.

6.4.Beynəlxalq şirkətlərin xarici normalara uyğunlaşması.

6.5.Bey­nəlxalq şirkətlərin beynəlxalq bazarlarda təşkili.

1. Beynəlxalq şirkətlərin yaranma mərhələləri.

Beynəlxalq şirkətlərin yaranması dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi münasibətlərin inkişafının qanunauyğun nəticəsi olmaqla yanaşı, onların inkişafının güclü amili kimi də çıxış edir.

XX əsrin sonlarında beynəlxalq şirkətlər dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi münasibətlərin inkişafının vacib elementlərindən birinə çevrilmişdilər. son onilliklərdə onların sürətli inkişafı istehsalın və kapitalın beynəlmiləlləşməsi proseslərini, dünya təsərrüfatı əlaqələrinin qloballaşmasını əks etdirir. Beynəlxalq şirkətlər dünya iqtisadiyyatının “lokomotivləri” rolunu oynamağa başlayırlar.

Beynəlxalq şirkətlər bir tərəfdən sürətlə inkişaf edən beynəlxalq iqtisadi münasibətlərin məhsulu olsa da, digər tərəfdən ona güclü təsir mexanizmi kimi də çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərə aktiv surətdə təsir göstərməklə beynəlxalq şirkətlər yeni münasibətlər formalaşdırır, artıq formalaşmış münasibətlərin mahiyyətini isə dəyişirlər.

Xaricdə satışın genişləndirilməsinə və istehsalın təşkilinə yönəlmiş bu model beynəlmiləlləşmənin tarixən və məntiqi olaraq birinci forması - əmtəə ixracının beynəlxalq sahibkarlıq fəaliyyətinin yeni formaları – lisenziyaların, ticarət markasının ixracı, birbaşa xarici investisiyalar ilə ardıcıl tamamlanmasını əks etdirir.

Ümumilikdə beynəlxalq şirkətlər bir sıra amillər kompleksinin təsiri altında yaranır ki, onların da sırasına aşağıdakıları aid etmək olar:



  • məhsuldar qüvvələrin inkişafı əsasında istehsalın və kapitalın beynəlmiləlləşməsi;

  • kapitalın xaricə ekspansiyası, xaricdə müəssisə və filialların yaradılması;

  • yüksək gəlirin əldə edilməsinə yönəlmiş səylər;

  • beynəlxalq və milli masştabda istehsalın və kapitalın təmərküzləşməsinə aparan kəskin rəqabət;

  • geoiqtisadi sərhədlərin əhəmiyyətinin azalması.

Beynəlxalq şirkətlərin yaranması birbaşa xarici investisiyalar ilə birbaşa əlaqədardır. Dünya təcrübəsində beynəlxalq şirkətə müxtəlif dünya ölkələrinə birbaşa investisiyaları həyata keçirən iri şirkətin struktur təşkili forması kimi baxılır. Beynəlxalq şirkətin birbaşa xarici investisiyasının nəticəsi müxtəlif ola bilər. Bu zaman birbaşa qeyri-rezident sərmayəçinin 50%-də az paya malik olduğu xarici müəssisə, onun payının 50%-i keçdiyi qız firmasıya tam olaraq ona məxsus olan xarici filial yarana bilər.

Dünya inkişafının təcrübəsi göstərir ki, istehsalın beynəlmiləlləşməsi prosesi beynəlxalq şirkətlərin yaranmasına təkan verən əsas amil olmuşdur. Bu prosesin əsasında ardıcıl beynəlmiləlləşmə modeli durur ki, onu da aşağıdakı sxemdə görmək olar.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin