İstehsalın ardıcıl beynəlmiləlləşməsi modeli
Mənşə ölkəsində kapital qoyuluşları vəidarəetmənin nəticələri100%
100%
Təyinat ölkəsində kapital qoyuluşları vəidarəetmənin nəticələri
Beynəlxalq şirkətləri kapitalın mənşəyinə görə şərti olaraq üç qrupa bölmək olar.
Transmilli şirkətlər baş şirkəti bir ölkənin kapitalına məxsus olan, filialları isə bütün dünya üzrə səpələnən şirkətlərə deyilir. Onlar kapitalına görə milli, fəaliyyətlərinə görə isə beynəlməliləldirlər.
Çoxmilli şirkətlər dedikdə baş şirkəti iki və ya daha çox ölkənin kapitalına məxsus olan, filialları isə müxtəlif ölkələrdə yerləşən şirkətlər başa düşülür. Bu şirkətlər həm kapitallarına, həm də fəaliyyət sferalarına görə beynəlmiləldirlər.
Ümüncü qrupa isə beynəlxalq kartelləri aid edirlər. bu zaman firmalar vahid ticarət siyasəti həyata keçirmək üçün birləşirlər. Onlar satış bazarının bölüşdürülməsi və öz məhsullarına minimal qiymətlərin müəyyənləşdirilməsi üzrə razılığa gəlirlər.
Transmilli (TMŞ) və çoxmilli (ÇMŞ) şirkətlərə beynəlxalq şirkətlərin mövcudluğu forması kimi baxılır. Beynəlxalq şirkətlərin iki yerə bölünməsi isə kifayət qədər şərtidir, çünki onların əsas keyfiyyət əlaməti kimi baş şirkəti neçə ölkənin kapitalının yaratdığı deyil, şirkətlərin fəaliyyətinin beynəlmiləl xarakteri çıxış edir. Çox zaman isə TMŞ və ÇMŞ-lər sinonimlər kimi istifadə olunurlar. Lakin, TMŞ anlayışı daha çox yayılmışdır.
Dostları ilə paylaş: |