3. Beynəlxalq şirkətlərin daxili normaları.
Bu gün dünyada beynəlxalq şirkətlər qədər fəaliyyət göstərdikləri ölkələrin milli qanunvericiliyinə, eləcə də beynəlxalq hüquq normalarına etinasızlıq göstərən ikinci bir qüvvə çətin ki, tapılsın. Beynəlxalq şirkətlərin iqtisadi qüdrətini və dünya siyasətinə ciddi təsirini nəzərə alaraq bəzi qərb dövlətlərində bu qurumlara beynəlxalq hüququn subyekti statusunun verilməsi haqda fikirlər söyləyirlər. Bu fikirləri irəli sürənlərin arqumentləri şəksiz ki, kifayət qədər əsaslıdır, ən azı bu baxımdan ki, bu gün Beynəlxalq şirkətlərin beynəlxalq arenadakı istər iqtisadi, istərsə də siyasi təsir qüvvəsi dünyanın əksər dövlətlərinin təsir qüvvəsindən qat-qat üstündür. Lakin bu fikirlərə əks fikirlər də söylənilməkdədir. Belə ki, digər tərəflər hesab edir ki, Beynəlxalq şirkətlərin fəaliyyəti beynəlxalq hüquqla deyil, beynəlxalq xüsusi hüquqla tənzim olunur və bu baxımdan onlar beynəlxalq hüququn subyekti ola bilməzlər.
Dünya praktikasında beynəlxalq şirkət dedikdə doğrudan da dünya əmtəə və istehsal amilləri bazarlarına əhəmiyyətli təsir göstərə bilən iri şirkətlər başa düşülür. Bir qayda olaraq onların sırasına aşağıdakılara malik şirkətlər aid edilir:
satışın illik həcmi 1 milyard ABŞ dollarından az olmamalıdır;
ümumi dövriyyənin 1/5-dən 1/3-nə qədəri xarici əməliyyatların payına düşür;
xarici aktivlərin payı 25%-dən az deyildir;
ən azı altı ölkədə filialları mövcuddur.
Beləliklə, beynəlxalq şirkətlərin əsas keyfiyyət əlaməti kimi birbaşa xarici investisiyalar prosesi çıxış edir. Bununla əlaqədar, beynəlxalq şirkətlərin yaranması prosesini xaricdə birbaşa investisiyaların yerləşdirilməsinin motivləri (satış bazarlarının genişləndirilməsi, ucuz resurslara çıxışın əldə edilməsi, mülkiyyətin alınması) ilə izah etmək olar.
Bununla yanaşı, bu zaman beynəlxalq sahibkarlıq fəaliyyətinin daha konkret motiv və məqsədlərini də nəzərə almaq lazımdır.
Baş firma və onun xarici filialları arasında qarşılıqlı faydalı uzunmüddətli işgüzar əlaqələrin məcmu müsbət potensialı aşağıdakılardan irəli gəlir:
nəqliyyat xərclərinin qənaətinə imkan verən qarşılıqlı çatdırma sisteminin inkişafı;
şaquli əlaqələr əsasında ümumi satış şəbəkəsinin təşkil edilməsi;
ümumi inkişaf strategiyası və idarəetmə sistemi çərçivəsində maliyyə, kadr, informasiya resursları ilə mübadilə;
şirkətin gəlirlərinin məqsədəmüvafiq differensasiyası məqsədilə şirkətdaxili qiymətlərin və əmək münasibətlərinin harmonlaşdırılması;
Dostları ilə paylaş: |