Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə60/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   56   57   58   59   60   61   62   63   ...   160
Beynelxalq marketinq muhazire

Transfert qiymətləri beynəlxalq şirkətlərin daxili ticarətdə istifadə etdikləri və öz-özünə deyil (tələb və təklifin təsiri altında), şirkətin strateji məqsədlərindən çıxış edilərək müəyyən edilən daxili şərti hesablaşma qiymətləridir. Bununla əlaqədar, bu qiymətlər tətbiq məqsədlərindən və rəqabət şəraitindən asılı olaraq dünya qiymətlərindən bu və ya digər istiqamətə fərqlənə bilərlər.

Transfert qiymətlərinin beynəlxalq şirkətlərin firmadaxili ticarətində tətbiqinin əsas məqsədləri kimi aşağıdakıları göstərmək olar:



  • bazarda inhisar mövqeyinin qorunması;

  • yeni satış bazarlarının əldə edilməsi;

  • vergi və gömrük rüsumlarının minimumlaşdırılması;

  • valyuta nəzarətindən yan keçmə, valyuta möhtəkirliyi, zəif valyutadan güclü valyutaya konvertasiya;

  • inflyasiya templərində olan fərqdən istifadə;

  • mənfəətin köçürülməsi yolu ilə xarici filialın maliyyə vəziyyətinə təsir etmə;

  • qız firma tərəfindən mənfəətin real səviyyəsinin gizlədilməsi və s.

Beynəlxlaq şirkətlərin fəaliyyətinin genişlənməsi həm üfiqi, həm də şaquli istiqamətdə baş verir. Üfiqi istiqamətdə fəaliyyət göstərən xarici filiallar ana şirkətin istehsal etdiyi məhsul çeşidinə tam və ya qismən uyğun məhsullar istehsal edirlər. bu cür hərəkət etməklə beynəlxlaq şirkətlər ekspansiyanı həyata keçirir, yəni gömrük və qeyri-gömrük maneələrini aşmaqla xarici bazara daxildən girirlər. müxtəlif ölkələrdə filiallara malik olmaqla beynəlxlaq şirkətlər milli bazarların spesifik şərtlərinə asanlıqla uyğunlaşırlar. Ekspansiyanın üfiqi forması yüngül və yeyinti sənayesində daha geniş yayılmışdır.

Beynəlxlaq şirkətlərin şaquli ekspansiyası ana şirkət və ya onun məhsullarının alıcıları üçün xammal təchizatçısı rolunu oynayan filialların yaradılmasını nəzərdə tutur. Məsələn, neft sənayesində filiallar neft hasil edərək onu ana şirkətə göndərir, o isə öz növbəsində həmin nefri emal edərək hazır neft məhsullarını öz filiallarına göndərir.

Öz filiallarını idarəetmə formasına görə beynəlxlaq şirkətləri şərti olaraq üç tipə bölmək olar.

Birinci tip beynəlxlaq şirkətləri idarəetmə xarakterinə görə ekomərkəzçi hesab etmək olar. Bu idarəetmə sistemi zamanı ana şirkət xarici filiallar üzərində sərt idarəetmə nəzarəti həyata keçirir və bu filiallara ana şirkətin yerləşdiyi ölkənin nümayəndələri rəhbərlik edirlər (yəni, əgər beynəlxlaq şirkətlərin baş ofisi ABŞ-da yerləşirsə, onda onun filiallarına amerikanlar rəhbərlik edirlər).

Beynəlxlaq şirkətlər beynəlxalq əmək bölgüsü əsasında özlərinin firmadaxili beynəlxalq istehsalını yaratmışdır. Firmadaxili beynəlxalq istehsalın yaradılması beynəlxlaq şirkətlərə bir çox üstünlük verir.

Bunlardan:

1.İstehsalın beynəlxalq ixtisaslaşması ilə ayrı-ayrı ölkələrin müəyyən güzəştlərindən istifadə edirlər.

2.Xarici investrlər üçün nəzərdə tutulan vergilər və investisiya qoyuluşu sahəsindəki güzəştlərdən səmərəli istifadə etmək imkanı artır.

3.Dünya bazarının vəziyyətinə uyğun olaraq öz istehsal proqramını qurmaq və istehsal gücündən səmərəli istifadə etmək imkanı qazanırlar.

4.İnkişaf etməkdə olan ölkələrdə öz nüfuz dairəsini artırmaq üçün qız cəmiyyətlərinin fəaliyyətindən istifadə edirlər. Beynəlxlaq şirkətlər öz xarici filialları vasitəsi ilə dünya ixracını artırırlar.

5. Beynəlxlaq şirkətlər yerləşən ölkədə mənəvi cəhətdən köhnələn texnologiya və yaxud hər hansı bir məhsulun istifadə dövrünü artırmaq üçün xarici filiallarda həmin məhsulların istehsalı davam etdirilir.

Beynəlxalq hüquq dedikdə beynəlxalq münasibətlərin subyektləri olan dövlətlərin qarşılıqlı hüquq və vəzifərin müəyyən edilməsi və beynəlxalq münasibətlərin tənzimlənməsində həyata keçirilən xüsusi hüquq formaları sistemi nəzərdə tutulur.Beynəlxalq hüququn əsas məzmunu onun hüquq və vəzifələri ilə əks olunur.Beləliklə bütün bu kimi beynəlxalq problemlər milli çərçivədən üstün olan və daim fəaliyyət göstərən qurumların,mexanizmlərin yaradılmasını zəruri etmişdir.Belə mexanizmlərdən biri də beynəlxalq təşkilatların yaradılmasıdır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin