Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə151/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   147   148   149   150   151   152   153   154   ...   194
 
 Heyvan mənşəli yeməklər 
Azərbaycanın zəngin faunası və qədim tarixə malik olan maldarlıq təsərrüfatı əhalinin yemək 
rasionunda ət və süd məhsullarına üstünlük verilməsini şərtləndirmişdir. Ov heyvanları, ov quşları, 
dəniz, çay və göllərin tükənməz balıq sərvətləri qədim zamanlardan əhalinin  ətli yeməklərə olan 
tələbatını ödəmək üçün bol qida ehtiyatı yaratmışdır.  
Azərbaycan ovlaqları qədim zamanlardan tükənməz qida mənbəyi olmuş, onun əhalisini «ov 
əti» ilə təmin etmişdir. Hətta vaxtilə şahlar, hökmdarlar Azərbaycan ovlaqlarına əyləncə məqsədi ilə 
ceyran-cüyür ovuna gələrmişlər. 
Azərbaycanda kollektiv («sürək») və  fərdi ovetmənin bir sıra səmərəli üsulları 
zəmanəmizədək gəlib çatmışdır. Heyvan və quş ovunun qədim üsulları olan surək, böyrək, lağım, 
quyu, çapırtma, cələ, tor, nişanalma,  əl quşu  (tərlan ovu)  və s. XIX əsrə  qədər özünün əməli 
əhəmiyyətini itirməmişdir. 
Bununla belə, heyvanların əhliləşdirilməsindən sonra qida ehtiyatında ov ətinin nisbəti xeyli 
dəyişmişdir. 
Heyvanların  əhliləşdirilməsi və onun sərfəli təsərrüfat məşğuliyyətinə çevrilməsi Neolit 
dövründən başlayaraq, Azərbaycanın qədim sakinlərinin qida ehtiyatında ciddi təbəddülata səbəb 
olmuşdur. Ev heyvanlarının artması, xüsusilə qoyunçuluq təsərrüfatının sonrakı inkişafı qida 
ehtiyatını etibarlı etməklə yanaşı, həm də yemək rasionunun tərkibini yeni qida növləri – süd və süd 
məhsulları ilə zənginləşdirmişdir. Görünür, Neolit və Eneolit abidələ- rindən aşkar olunmuş saxsı 
məmulatının bir qismi məhz süd məhsullarının emalı və saxlanması ilə üzvi surətdə bağlı olmuşdur. 
Hətta sonralar süddan  biçimli, ağzı süzgəcli və lüləli qablardan ibarət xüsusi növ saxsı  məmulatı 
məhz bu məqsədlə yaranmışdır. Eneolit  abidələrindən tapılmış  nehrələr,  tunc dövrünün goduş  və 
xeyrələri də, həmçinin, ağartı məhsullarının emalı ilə əlaqədar meydana gəlmişdir.  
Maldarlıq təsərrüfatının genişlənməsi və yağ hasilatının artması ilə əlaqədar olaraq, saxsı, dəri 
(tuluq, çalxar) və ağac (arxıd) nehrələr yaranmışdır. Nehrələrin bu tipoloji növləri əhalinin oturaq 
və köçəbə  məişət tərzi ilə bağlı olub XIX əsrə  qədər gəlib çatmışdır. Oturaqlaşma prosesinin 
güclənməsi və elat məişətinin məhdudlaşıb aradan çıxması  nəticəsində tuluq nehrə («çalxar») 
vasitəsi ilə yağ hasiletmə üsulu özünün əməli əhəmiyyətini itirmişdir. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin