Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə166/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   162   163   164   165   166   167   168   169   ...   194
Dəmir məmulatı.  Ənənəvi metal məmulatının böyük əksəriyyəti qədim tarixə malik olub, 
əhalinin ev məişəti və təsərrüfat həyatında geniş yer tutmuşdur.  
Keçmiş ev məişətində bir sıra dəmir mə’mulatı  -  sac, sacayağı,  ərsin, qıra  (koğa),  şiş, 
qiyməkeşdudkeş, bıçaq, qırxılıq, qənd qayçısı, parça qayçısı, ilmə qayçısı, qəmə, maşa, qəndqıran, 
sacayağı, xəkəndaz, qəfəqovuran (çuqun) və s. işlənirdi. 
XIX əsrdə dəmir məmulatının başlıca istehsal mərkəzləri arasında Şamaxı qəzasının Dəmirçi 
və  Əhən kəndləri, Yelizavetpol (Gəncə) qəzasının Bayan, Quşçu, Seyid və Daşkəsən kəndləri,
62
 
Cavanşir qəzasının Kasapet kəndi, Cəbrayıl qəzasının Hadrut kəndi, Şuşa qəzasının Ağdam icması, 
Nuxa qəzasının Küsnət kəndi xüsusi yer tuturdu.
63
 
Mis qablar. Ev məişətində mis məmulatı müxtəlif məqsədlərlə işlənmişdir. İstifadə məramına 
görə mis qablar aşağıdakı tipoloji qruplara bölünür: 1) maye qabları; 2) mətbəx  qabları; 3) süfrə 
qabları; 4) ev-məişət əşyaları. 
Mis qabların  əsas hissəsini  maye  və  mətbəx qabları  təşkil edirdi. Bu qruplardan olan mis 
qabların  müxtəlif tipologi növləri yaranmışdı. 
Maye qabları  su və ağartı qabı olmaqla öz növbəsində iki yarım qrupa ayrılırdı. Su qabları 
arasında səhəng, güyüm, aftafa–ləyən, satil, dolça tayqulp, məşqəfa, çaydan, səhləbdan, qəhvədan, 
abgərdən, hamam tası, mey qazanı başlıca yer tuturdu. 
Səhəng   güyüm  tipoloji cəhətdən su qablarının  ən kütləvi növü idi. Səhəngin gövdəsi 
silindrvari güyümün gövdəsi isə girdə formada düzəldilirdi. Səhənglə su çiyində və beldə, sarıma, 
üsulu ilə daşınırdı. Güyüm isə  çiyindən sallanmaqla yançaqda gütürülürdü. Güyümün böyük və 
hündür dəndəli növü fəşir adlanırdı. 
Satıl keçmişdə bütün ailələrdə  işlənmişdir. Onun böyük, kiçik və orta ölçülərinə  təsadüf 
edilirdi. Satıl naxışlı, yazılı və yazısız olurdu. Satılın hamam və şərbət üçün nəzərdə tutulan növləri 
xeyli böyük olub forma etibarı ilə bir-birindən fərqlənirdi. Hamam satılı qapaqlı olub ağzı 
qıfıllanırdı. Toy məclislərində genağızlı böyük satıllara  şərbət töküb fincanlarda qonaqlara 
paylanılırdı.
64
 Bu halda o, «şərbət qabı» adlanırdı. 
Dolça. Müxtəlif ölçülərdə, həm də naxışlı  və naxışsız hazırlanırdı. Kübar ailələrə  məxsus 
dolçalar, hətta, daş-qaşla zərif  şəkildə  bəzədilirdi. Böyük, kiçik və orta ölçülü dolçalar müxtəlif 
məqsədlərlə istifadə olunurdu. Çox vaxt böyük dolça ilə qonaqlıq və ya yas məclisində «əl   suyu» 
paylanılırdı. 
LüləyinAftafadan bir qədər hündür olub ornamental nəqşlərlə zəngin bəzədilirdi. Çox vaxt 
onunla «əl suyu» verilirdi. Bu halda o, ləyən və fəşirlə dəst təşkil edirdi. 
Səhləb çaydanıÇaydanın bü növü samovar sayağı odluğa malik olub, lüləyinin və dəstəyinin 
böyük olması ilə seçilirdi. Əsasən, səhləb çayı qaynatmaq və onu isti saxlamaq üçün istifadə 
edilirdi. Səhləb çayı  ən çox bazarlarda satılırdı. Keçmişdə  Səhləb çaydanının qədim oxşarına 
arxeoloji abidələrdə də təsadüf olunur. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin