mahudistehsalına, subay davar üzəmi keçə, yapıncı, çopoz basmaq üçün, yapağı yun xalça-palaz toxuculuğuna, xüsusilə, arğac və ilmə ipinə sərf olunurdu.
Toxuma məqsədi ilə yuyulub çubuq və yayay vasitəsilə atılmış yun, əvvəlcə daraqilə
daranıb əlçimlənir və «piltə» halına salınırdı. Sonra əlçim edilmiş yun piltələri əl iyi (teşi) və ya
cəhrəilə əyrilib yalınqat ip halına salınırdı. Sonra yalınqat ip bir neçə qatdan ibarət yumaqlanıb
bükdərilirdi.
129
Azərbaycanda cəhrənin bütövvə qurama toplu olmaqla, müxtəlif tipoloji növləri
yayılmışdır. Xarrat çarxı vasitəsi ilə xüsusi peşəkar ustalar tərəfindən yonulub hazırlanan bütöv
toplu cəhrədən fərqli olaraq, qurama cəhrəni dülgərlikdən az-çox səriştəsi olan hər bir kəs özü də
düzəldə bilirdi.
Ənənəvi ipəyirmə vasitələri təkcə əl iyi və cəhrədən ibarət olmamışdır. Keçmişdə
Azərbaycanın bir sıra etnoqrafik bölgələrində vəlvələ, fırlağan, novşa, dükvə s. kimi bəsit
ipəyirmə vasitələrindən də istifadə olunduğu qeydə alınmışdır.
Yun ip toxuma prosesinə qədər daha bir sıra texniki əməliyyatlara məruz qalırdı. İlk
növbədə o, işin tələbindən asılı olaraq, ikişər, üçəm, yaxud dördqat edilməklə yumaqlanır, sonra
bükdərilib «qırtız» vasitəsilə qırtızlanır, nəhayət axırda boyanmaq üçün kələfhalına salınırdı.
130
Yun ipin təbii boyaqlar vasitəsi ilə müxtəlif rənglərə boyanması sahəsində Azərbaycan
toxucuları çox zəngin əməli təcrübə əldə etmişdilər. Nəsildən-nəslə keçərək davam edən bu
empirik xalq təcrübəsi boyaqçılıqsənətinin, xüsusilə, peşəkar küpboyaqçılığının yaranması ilə
nəticələnmişdir.
Mövcud statistik materialları nəzərdən keçirdikdə bəlli olur ki, vaxtilə Azərbaycan
əhalisinin geyim dəbində şal, mahud vəcecim tipli parçalar mühüm yer tutmuşdur. XIX əsrin
80-ci illərindən bəhs edən mənbələrdə təkcə Qazax qəzasında hər il 5000 ədəd,
131
Şamaxı və
Göyçay qəzalarında isə 5000-dən 6000-ə qədər satlıq şal
132
istehsal olunduğu xəbər verilir.
Maraqlı haldır ki, Azərbaycanın qərb, qismən də şərq və cənub bölgələrində şalı yer
hanasında qadınlar, mərkəzi (Şirvan) bölgəsində isə mütəhərrik şal dəzgahında, həm də «şalbaf»
adlanan kişi ustalar toxumuşlar. «Qafqaz təqvimi»nin 1856-cı ilə aid buraxılışından göründüyü
kimi, Bakı qəzasının 3 kəndində (Əmircan, Bülbülə və Suraxanı) cəmləşmiş parça (bez, mahud)
toxuculuğu ilə, həmçinin kişilər məşğul olurmuş.
133
Başqa bir mənbədə isə mahud (şal)
toxuculuğu ilə qəzanın digər kəndlərində qadınların məşğul olduğu xəbər verilir.
134
Bu
faktlardan belə məlum olur ki, keçmişdə Abşeronun əksər kəndlərində yer hanasında qadınlar
«qılıncı şal», Əmircan, Bülbülə və Suraxanıda isə mütəhərrik şal, yaxud mahud dəzgahında
kişilər «təpmə şal» toxumuşlar.
Zəmanəmizədək çox məhdud sayda yun parça növü gəlib çatmışdır. Həmin parça növlərini
və onların adlarını əks etdirən istilahların yeknəsəq səciyyə daşımasının səbəblərini nəzərdən
keçirdikdə aydın olur ki, bu məsələdə Azərbaycan təbiətinin çox vaxt isti keçən iqlim şəraiti ilə
yanaşı, həm də burada çox geniş çeşidə malik olan digər parça növlərinin (pambıq, ipək, kətan)
hərtərəfli inkişafı mühüm rol oynamışdır. Əlbəttə, adları yazılı mənbələrdə qalmamış, yaxud
72
yaddaşlardan silinmiş ənənəvi yun parça növləri də az deyildir. Görkəmli fransız səyyahı Jak
Şarden orta əsrlərdə Azərbaycan və İranda yüzlərlə parça növü istehsal olunduğunu xəbər
verir.
135
Onların çoxunun adı zəmanəmizədək gəlib çatmamışdır. Azərbaycanın ənənəvi yun
parçaları da bu qəbildən idi.
Şal. Orta əsr məxəzlərində, xüsusilə ərəbdilli mənbələrdə «suf» kimi təqdim edilən yun
parça növü zəmanəmizə «şal» adı ilə gəlib çatmışdır. Məlum olduğu kimi, yazılı mənbələrdə
sufun, başqa sözlə, yun parçanın müxtəlif növlərinin adları (mürəbbe, mühəttəm, təfsilə