AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

VII mühazirə 
 
 
228
erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Bir sözlə, 
Antanta ilə Dördlər  İttifaqı arasında erməniləri öz tərəflərinə 
çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı Rusiya 
səfirliyinin müşaviri Qulkeviç Birinci Dünya müharibəsinin 
başlanğıcında bəyan etdi ki, rus hökumətinin  əsas məqsəd-
lərindən biri erməniləri zülmdən xilas etmək və onlara mux-
tariyyət verməkdir. 
Osmanlı dövləti isə erməni məsələsinə aydınlıq gətirmək 
üçün  Ərzurum və yaxud Vanda Seym çağırılması haqqında 
manifest imzalamışdı. Bu addım erməni  əhalisi arasında 
ikitirəlik yaratmışdı. Belə  şəraitdə Daşnaksütyun partiyası 
«dilemma» qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı 
birini seçməkdə  çətinlik çəkirdi. Nə etməli. Antanta blokuna, 
yoxsa Almaniya-Osmanlı ittifaqına daxil olmaq. Daşnaklar bu 
məsələdə Antanta blokuna meylli olmağa üstünlük verdi.  
Bütövlükdə erməni siyasi təşkilatları Osmanlı  ərazisində 
öz dövlətlərini qurmaq istəyini reallaşdıra bilmədiyi üçün bu 
istəyini bolşevik Rusiyasının hərbi-siyasi dəstəyi ilə Azər-
baycan torpaqları hesabına həyat keçirdi. 
 
4.Antanta və Dördlər blokuna daxil olan dövlətlərin  
Azərbaycan siyasəti 
 
Sovet Rusiyasının 1918-ci il Brest-Litovski sülhünə 
uyğun olaraq Birinci Dünya müharibəsindən çıxması Həmədan-
Baltik arasında 3000 km-lik bir sahənin boşalmasına səbəb 
oldu. Rusiyada bolşeviklərin iqtidarı  ələ keçirmələri ilə bütün 
dünyanın diqqəti bu ölkəyə yönəldi. Çünki bolşevik ideyaları 
sürətlə Avropaya və oradan isə Avropa imperialistlərinin göz 
dikdiyi Asiyaya doğru irəliləyə bilərdi.  Bu hadisələr 
müsəlmanların çoxluq təşkil etdiyi ərazilərin sahibi olan 
İngiltərəni narahat edirdi. 
Ingiltərə üçün başqa bir narahatçılıq, rus ordusunun 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
229
dağılmasından yararlanan alman qüvvələrinin Qara dənizin 
şimalından irəliləyərək Ukrayna və Krıma girməsi, Gür-
cüstanda qərərgah yaratmaları idi. İngiltərə üçün digər na-
rahatçılıq türk qüvvələrinin Qafqaza daxil olub, Şimali 
Azərbaycan və  Cənubi Azərbaycanda irəliləməsi idi. Osmanlı 
dövləti  İrandan Xəzər dənizinə  qədər olan ərazidə yaşayan 
müsəlman-tük xalqlarını istiladan xilas etmək istəyirdi. Təbii 
ki, türklərin bu istəyi ingilısləri təmin edə bilməzdi. 
Hadisələr müttəfiq dövlətlərin diqqətini  Şərqə yönəltdi. 
Bolşevik cərəyanına və türk ordusunun fəallaşmasına qarşı 
çıxış etmək hüququ müttəfiqlər tərəfindən  İngiltərəyə verildi. 
İngiltərənin istəyini təmin edən bu hüquq, onlara aşağıda 
göstərilən məqsədlərə nail olmağı  vəd edirdi: Birincisi, Xəzər 
dənizinin şimalında bolşeviklərlə, Qafqazın və Xəzər dənizinin 
cənubunda isə türklərlə haqq-hesab çəkib öz planlarını tam 
həyata keçirmək; ikincisi, işğal altında saxladıqları İranın şimal 
və  şərqindən gələ  biləcək təhlükəni dəf etməyə nail olmaq; 
üçüncüsü, türk yürüşü və bolşevik cərəyanına qarşı Asiyadakı 
Hind imperatorluğu  ətrafında geniş bir güc sahəsi yaratmağa 
cəhd göstərmək; nəhayət, Qara dənizin  şərqindən Xəzər 
dənizinə  qədər olan bölgəyə nüfuz etməklə Bakı neftini ələ 
keçirmək və Qafqazda yeni iqtisadi sahələr əldə etmək.  
 
5. Cənubi Azərbaycan Birinici Dünya müharibəsi illərində 
 
 
Şimali Azərbaycanla yanaşı  Cənubi Azərbaycan da mü-
haribə aparan dövlətlərin strateji planlarında ilk yerləri tuturdu.  
Müharibə aparan tərəflərin hər biri ayrılıqda qarşısına 
məqsəd qoymuşdu. Qafqaz cəbhəsində  hərbi siyasi üstünlüyə 
nail olmaq, Cənubi Azərbaycanda hərbi  əməliyyatları 
genişləndirməklə Bakı neft rayonunu, ən başlıcası Xəzər Dənizi 
hövzəsini və Orta Asiyanı ələ keçirmək idi. 
Almaniya və Türkiyə  İran hökumətini onların tərəfində 
VII mühazirə 
 
 
230
çıxış etməyə məcbur edirdi. Türkiyə Cənubi Azərbaycanın türk 
əhalisinin imkanlarından bəhrələnmək istəyirdi. 
Rusiya komandanlığı Alman-Türk planından xəbərdar 
olan kimi buna qarşı tədbirlər həyata keçirdi. 1914-ci il noyabr 
ayının 20-də general Çernozubovun komandanlığı altında rus 
ordusu "Azərbaycan dəstəsi" kodu altında Culfada Rus İran 
sərhədini keçərək Azərbaycanın Xoy şəhərinə daxil oldu. 
Buradan cənub və  şərqə doğru Urmiya gölünə doğru 
irəliləyərək Soyuqbulaq və Təbrizdə mövqe tutdu. 
Alman-türk tərəfinin tələblərini  şah hökuməti yerinə ye-
tirmədiyi üçün 1914-cü il noyabr ayının 21-də türk-kürd hərbi 
dəstələri Mosuldan hərəkətə keçərək Cənubi Azərbaycan 
ərazisinə daxil oldu. 
Bu zaman general Çernozubov mərkəzi ordu komandan-
lığından Culfaya doğru geri çəkilmək əmri aldu. 
Beləliklə, 1914-cü il dekabr ayına türk ordusu Soyuqbu-
lağı, dekabr ayının 27-də Baçqalanı, 1915-ci il yanvar ayının 5-
də türk-kürd dəstələri Urmiyanı, yanvar ayının 8-də isə Səlmas 
və Xoyu ələ keçirdi. 
1915-ci il yanvar ayının 8-də  Əhməd Muxtar bəyin 
komandanlığı altında türk ordusu ilə eyni vaxtda general Çer-
nozubov da, yenidən Cənubi Azərbaycan istiqamətində hücum 
əmri aldı. 
Türkiyə  Cənubi Azərbaycanda mövqelərini möhkəmlən-
dirmək üçün oraya Ənvər paşanın  əmisi Xəlil bəyin ko-
mandanlığı altında əlavə hərbi dəstə göndərdi. 
1915-ci ilin mart ayında Xəlil bəyin hərbi dəstəsi Ur-
miyaya daxil oldu. Rusiya tərəfdən Xəlil bəyin ordusuna qarşı 
15 batalyondan ibarət general Çernozubovun hərbi hissəsi 
çıxarıldı. 
Sarıqamış  uğursuzluğundan sonra hərbi-psixoloji dur-
ğunluq keçirən Türkiyə Rusiyanın hərbi üstünlüyü şəraitində 
Cənubi Azərbaycandakı mövqelərini itirməklə üz-üzə qaldı. 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
231
Yaranmış  vəziyyəti nəzərə alan Almaniya və Türkiyə  qərara 
aldı ki, Cənubi Azərbaycanda hərbi  əməliyyatları genişlən-
dirsinlər. Beləliklə, 1915-ci ilin iyununda Hüseyn Rauf bəyin 
komandanlığı altında Türk hərbi hissələri  İran  ərazisinə daxil 
oldu. Eyni zamanda Əmir Hacı bəy və fon Şeybner – Rixterin 
rəhbərliyi altında ekspedisiya Cənubi Azərbaycana daxil oldu. 
Bu ekspedisiya 1915-ci ilin dekabrında Cənubi Azərbaycanın 
strateji məntəqələrindən olan Soyuqbulağı  ələ keçirdi. 1916-cı 
ilin avqustunda Əmir Hacı  bəyin vəfatı  və sentyabrın 10-da 
Şeybner- Rixterin geri çağrılması ilə Türk-Alman qrupunun 
Cənubi Azərbaycanda mövqeyi zəiflədi. 
Rusiya Cənubi Azərbaycanda möhkəmlənmək üçün 
1915-ci ilin oktyabrında general N.N.Baratovun komandanlığı 
altında atlı suvari korpusunu bu regiona göndərdi. 1916-cı il 
avqust ayının 19-da Almaniya ilə Türkiyə arasında razılaşma 
imzalandı. Bu razılaşmaya görə Cənubi Azərbaycan ərazisində 
hərbi  əməliyyatlara rəhbərlik yalnız Türk tərəfinə  həvalə 
olundu. Müharibənin sonuna yaxın Almaniya bu razılaşmanı 
pozdu və Türkiyənin Azərbaycanda mövqeyini zəiflətmək 
məqsədi ilə Rusiya ilə yaxınlaşmağa başladı. 
 İngiltərə, Xəzər hövzəsinə, xüsusən Bakı neftinə sahib 
olmaq üçün Mesopotamiyadan Ənzəliyə  qədər olan ərazidə 
müdafıə kordonu yaratmaq niyyətində idi. 
 
Osmanlı dövləti ilə müqayisədə Qafqaz əhalisinin etnik 
tərkibinə  və digər amillərə görə  İngiltərənin bu regionda im-
kanları  məhdud idi. Buna baxmayaraq, İngiltərə  İraqda olan 
qüvvələrindən bir hissəsini İran üzərindən Qafqaza yönəltməklə 
yanaşı, Hindistan ərazisindəki ingilis hərbi qüvvələrindən də 
istifadə edə bilərdi. 
Digər tərəfdən ermənilərin də ingilislərə meylli olduğu 
bəlli idi. Çünki ermənilər türklərin Qafqaza daxil olmasına 
qarşı mübarizədə ingilisləri müttəfiq qəbul edirdi. İngilislər 
həmçinin Cənubi Azərbaycandakı rus ordusı qrupunu ələ almaq 
VII mühazirə 
 
 
232
üçün onlarla gizli danışıqlar aparırdı. 1918-ci il mart ayının 
ortalarında çar zabiti Albay Biçeraxovla, General Denstervil 
arasında razılaşma  əldə olundu. General Denstervil güclü 
ingilis kəşfiyyatçısı olduğu üçün Bakının  ələ keçirilməsi 
məqsədi ilə xüsusi plan hazırlamışdı.  İngilislər Qafqaz 
yürüşünü uğurla həyata keçirməkdən ötrü general Malleson, 
Deyla və Diksonun hərbi dəstələrini Xorasana göndərdi. 
İngilislər Bakını  ələ keçirmək üçün gizli diplomatiya yolu ilə 
Almaniyaya qarşı Osmanlı ilə  də danışıqlar aparırdı. Osmanlı 
dövləti Cənubi Qafqazı  İnqiltərənin təsir dairəsi kimi qəbul 
edəcəyi təqdirdə,  İngiltərə Mesopotamiya və  Fələstinin 
türklərin nəzarəti altında qalacağına təminat verirdi. Lakin bu 
danışıqlar uğurla nəlicələnmədi.  İngilislər getdikcə  hərbi 
mövqelərini möhkəmləndirdi.  
1918-ci il aprelin 11-də fransız kəşfiyyatçısı leytenant 
Puadebar, general Denstervil ilə danışıq aparmaq məqsədi ilə 
Xorasana gəldi. Ffransız hərbi missiyasının Qafqazdakı  rəisi 
polkovnik  Şardine də general Denstervilin yanında idi. 
A.Biçeraxov general-mayor Lionel Denstervilə, o cümlədən onu 
əvəz etmiş general M.V.Tomsonla yanaşı, Cənubi Qafqazdakı 
fransız hərbi agenti polkovnik  Şardine və ABŞ nümayəndəsi 
Vilberqlə  əlaqədə idi. A.Biçeraxov həmçinin S.Şaumyanın 
şəxsində Bakı kommunası ilə də gizli sövdələşmə aparırdı. 
İngilis hökuməti fəaliyyətini gücləndirərək  Şimali Qaf-
qazda da özünə dayaq tapdı. İngilislər keçmiş çar generalları ilə 
işbirliyi qurdu. Onlar general Alekseyev vasitəsilə Kuban 
bölgəsində bolşeviklərə qarşı qüvvə yaratmağa başladı.  İngi-
lislər bütün qüvvələri öz əllərinə keçirmək istəyirdi. Kür çayı-
nın cənubunda və  Lənkəran limanında da bir qədər ingilis 
qüvvələri var idi. İngiltərənin bütün məqsədlərinin arxasında 
Bakı neftini ələ keçirmək niyyəti dururdu. Birinci dünya mü-
haribəsində iştirak edən dövlətlərin Azərbaycan siyasətində Çar 
Rusiyasının, o cümlədən Sovet Rusiyasının mövqeyi xüsusi 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
233
əhəmiyyət kəsb edirdi. 
 
 
VII mühazirə 
 
 
234
6. Oktyabr çevrilişindən sonra sovet Rusiyasının  
Azərbaycanla bağlı siyasəti 
 
1914-cü ilin avqustunda Rusiyanın Antanta blokunun 
tərkibində müharibəyə girməsi çarizmin işğalçılıq siyasətinin 
məntiqi nəticəsi idi. Çar Rusiyası imperiyanın sərhədlərini 
genişləndirməklə Dardanel və Bosfor boğazlarına yiyələnmək 
istəyirdi. 
Oktyabr çevrilişindən sonra Sovet Rusiyası 100 il əsarəti 
altında saxladığı  Cənubi Qafqaz regionunu itirmək təhlükəsi 
qarşısında qaldı. Həm Çar Rusiyası, həm Müvəqqəti Hökumət, 
həm də bolşevik Rusiyası Azərbaycanın itirilməsi faktı ilə 
razılaşmırdı. Azərbaycan Rusiya üçün mövqeyinə görə mühüm 
iqtisadi və  hərbi-strateji  əhəmiyyətə malik bir region idi. 
Qafqazın təbii ehliyatları, xüsusən Bakı nefti dünya 
dövlətlərinin maraq dairəsinə çoxdan daxil olmuşdu. Bununla 
yanaşı, Bakı Yaxın  Şərqlə  Mərkəzi Asiyanın kəsişdiyi bir 
mərkəz rolunu oynayırdı. 
Azərbaycanın Rusiyadan ayrılması Rusiya üçün iqtisadi 
və  hərbi-stralejı  əhəmiyyətinə görə mühüm bir ərazinin 
itirilməsi demək idi. Əvvəla, Azərbaycan Rusiyanın mühüm 
enerji bazası idi. Təbii ki, burada Bakı nefti başlıca yer tuturdu. 
Bu bazanın başqa dövlətlər tərəfindən ələ keçirilməsi Rusiyanı 
yanacaq sarıdan ağır vəziyyətdə qoyardı. 
İkincisi, 
Azərbaycanın zəbt  olunması Rusiyanın Xəzər dənizi höv-
zəsində mövqeyini sarsıdır, Həştərxan və Orta Asiya istiqa-
mətində Rusiyaya qarşı  hərbi yürüşləri asanlaşdırırdı. Bütöv-
lükdə, Azərbaycanın itirilməsi Rusiya ilə Yaxın  Şərq arasında 
yaranmış tarixi, iqtisadi və siyasi əlaqələrin pozulması demək 
idi. Ona görə  də, Rusiyanın Azərbaycan siyasəti daha irticaçı 
xarakter daşıyırdı. Ruslar Bakını kiməsə vermək niyyətində 
deyildi. 
Birinci Dünya müharibəsi və bolşevik istilası nəticəsində 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
235
iqtisadi cəhətdən tənəzzülə uğrayan Rusiyanı yalnız Bakı nefti 
xilas edə bilərdi. Rusiyada hakimiyyəti  ələ almış bolşeviklər 
necə olur olsun, Bakı neftini öz əllərində saxlamaq istəyirdilər. 
Bu məqsədlə erməni əsilli bolşevik S.Şaumyan xüsusi tapşırıqla 
Bakıya göndərildi. S.Şaumyan Cənubi Qafqazda bolşevik 
hakimiyyətini qurmaq imkanında olmadığını  dərk edərək 
fəaliyyətini Bakı ilə  məhdudlaşdırmaq məcburiyyətində qaldı. 
Bakıda çalışan minlərlə rus işçiləri və Daşnaksütyun partiyası 
birləşərək bir bolşevik hökuməti qurdular. Bakıda yaşayan 
ermənilərlə ruslar siyasi baxışlarında fərqlər olmaşına 
baxmayaraq müsəlmanlara qarşı vahid cəbhədə birləşdi. 
S.Şaumyan başda olmaqla bolşeviklər Bakının türk əhalisinə 
amansız divan tutdu. Bolşeviklər Moskva hökumətinin neftə 
olan ehtiyacını təmin edirdi. Yaranmış vəziyyəti nəzərə alaraq 
Azərbaycanın vətənpərvər qüvvələri Osmanlı türklərinin 
köməyi ilə Bakını bolşevik-daşnak irticasından xilas etmək 
məsləsini ön plana keçirdi. Moskvadakı  mərkəzi kommunist 
hökuməti Bakıda bolşevik hakimiyyətini saxlamaq üçün var 
qüvvəsi ilə çalışırdı. Sovet Rusiyası Qafqazda onun siyasətinə 
əngəl törədən səbəb kimi Osmanlı dövlətini və Almaniyanı 
göstərirdi. Odur ki, Brest-Litovski sövdələşmə-sindən sonrakı 
dövrdə, yəni 1918-ci il martından başlayaraq bolşevik hökuməti 
Azərbaycana qarşı çevik siyasət həyata keçirməyə başladı.  
Sovet Rusiyası Qafqazı itirməmək üçün mühüm tədbirlər 
həyata keçirdi. 1918-ci il iyulun 13-də V.İ.Lenin hərbi və dəniz 
işləri xalq komissarına Bakıya 8-10 hərbi gəmi göndərməsi 
haqqında göstəriş verdi. 
1918-ci il iyulun 19-da Şimali Qafqaz dairəsi Hərbi  Şu-
rası yaradıldı. Bundan əlavə 1918-ci il iyulun 20-də, Sovet hö-
kuməti Bakıya canlı qüvvə, o cümlədən silah və  hərbi sursat 
göndərdi. V.İ.Leninin göstərişi ilə hərbi inqilab Şurasında onun 
yaxın silahdaşlarından olan Ter-Arutunyantsın rəhbərliyi 
altında Bakıya göndərmək üçün hərbi dəstə  təşkil edildi. 
VII mühazirə 
 
 
236
Həmçinin,  İvanov-Qafqazskinin komandanlığı altında Bakıya 
ilk üç batalyon göndərildi. Ter-Arutunyantsın rəhbərliyi ilə 
təşkil olunan hərbi hissənin  əsasını Moskva, Petroqrad və 
İvanov-Voznesenskidə yaşayan erməni fəhlələri təşkil edirdi. 
 
 
7. Müharibənin ikinci mərhələsində  
Bakı nefti uğrunda gegən mübarizə 
 
Brest-Litovsk sülh müqavibsinin VII maddəsinə uyğun 
olaraq rus qoşunlarının bir hissəsi 1918-ci il martın 23-də İranı 
tərk etdi. Moskva hökuməti Qafqaza, xüsusən Bakıya hərbi 
hissələr göndərməklə Brest sülh müqaviləsinin şərtlərini pozdu. 
Brest-Litovsk sülh müqaviləsinin VII maddəsinə uyğun olaraq 
Qafqaz cəbhəsini tərk edən rus əsgərləri müqaviləni pozaraq 
hərbi sursat və silahlarını ermənilərə verib gedirdi. Qafqaz 
cəbhəsi komandanlığının  əmrinə  əsasən «arxa cəbhəni» 
qorumaq üçün xüsusi dəstələr yaradıldı. Artıq Baş 
komandanlığın 1918-ci il 5, 11 və 18 fevral tarixli əmrinə 
əsasən  əksəriyyəti ermənilər olmaqla, nəzərdə tutulan xüsusi 
hərbi dəstələr təşkil olundu. Eyni zamanda Rusiyanın müxtəlif 
yerlərində erməni komilələri fəaliyyət göstərirdi. Məqsəd 
erməni zabit və  gənclərini səfərbər edib Qafqaza göndərmək 
idi. 
1917-ci ilin sonu – 1918-ci ilin əvvəllərində təşkil olun-
muş erməni silahlı  dəstələri Tiflisə  və  İrəvana daxil ola bil-
mədikləri üçün Bakıda cəmləşdi. Bolşevik Rusiyası Azərbay-
canı zəbt etmək və müstəmləkəçilik siyasətini həyata keçirtmək 
üçün bu qüvvələrin köməyindən istifadə etdi. Sovet Rusiyasının 
Azərbaycan siyasətindən məharətlə istifadə edən erməni 
zabitləri gələcəkdə Azərbaycan türklərinə qarşı zorakılıq 
niyyətlərini həyata keçirmək üçün nizami ordu dəstələri 
formalaşdırdı. Ona görə də çətin vəziyyətdə qalan Azərbaycan 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
237
türkləri Osmanlı dövlətindən  əsgəri kömək istəmək 
məcburiyyətində qaldı. 
Bolşevik Rusiyası Bakı  şəhərini Rusiyanın ayrılmaz bir 
hissəsi elan etdi. Nəticədə Osmanlı hökuməti Brest-Litovsk 
sazişinin 
şərtlərini pozmaq məcburiyyətində qalaraq 
Azərbaycanı bolşeviklərin  əlindən qurtarmaq hərəkatına baş-
lamaq qərarını verdi. Sovet Rusiyası türk ordusunun Azər-
baycan hərakatını dayandırmaq üçün başqa bir faktordan 
istifadə etməyə başladı. Belə ki, Rusiya Almaniya-Osmanlı 
münasibətlərini nəzərə alıb, Bakı neftinin bir hissəsini 
Almaniyaya verməklə almanların  əli ilə türklərin Bakı 
yürüşünü dayandırmaq niyyətində idi. Odur ki, Brest-Litovsk 
sülh müqaviləsinə  əlavə olaraq 1918-ci il 27 avqust tarixli 
sovet-alman sazişi imzalandı.  Əlavə müqavilənin XIV 
maddəsinə uyğun olaraq almanlar türk ordusunun Bakı, Şamaxı 
və Quba qəzalarının sərhədlərini keçməsinə imkan verməməli 
idi. 
Digər tərəfdən, Sovet hökuməti almanların Bakıdakı 
ingilis qoşunlarına qarşı  hərbi  əməliyyatlarına reaksiya ver-
məməli idi. Almaniya bir tərəfdən Bakı neftindən pay almaq 
üçün türk ordusunun Azərbaycan hərəkatına manc olmaq is-
təyirdisə, digər tərəfdən, bütövlükdə Bakı şəhərini ələ keçirmək 
üçün türklərlə birgə hərəkat etmək məqsədi güdürdü. 
Ənvər Paşa Osmanlı ordusunun Azərbaycana hərbi 
yardımını dayandırmağa yönəlmiş alman və sovet təzyiqlərinə 
əhəmiyyət vermədən bu tarixi fürsətdən məharətlə istifadə 
edərək ordunun Azərbaycan hərəkatına ciddi yanaşdı. 
Almaniyanın təkliflərini rədd etməklə, ordunun Azərbaycan 
hərəkatına hazırlığı davam etdirdi. Almaniya-Rusiya söv-
dələşməsi bütövlükdə Osmanlı dövlətini Cənubi Qafqazdan 
çıxarmaq məqsədi daşıyırdı. 
Osmanlı ordusunun Azərbaycanda bolşeviklərə qarşı 
apardığı  uğurlu  əməlyyatlar Sovet Rusiyasını ciddi narahat 
VII mühazirə 
 
 
238
edirdi. Rusiya xalq xarici işlər komissarı Ç.Çeçerin Almani-
yadakı rus səfıri A.İoffe vasitəsilə Osmanlı əleyhinə Almaniya 
ilə diplomatik danışıqlara başladı. Xalq xarici işlər komissarı 
Çiçerin bu yolla Bakı Sovetinin sədri S.Şaumyanın kömək üçün 
ardıcıl olaraq mərkəzi hökumətə müraciətlərini nəzərə alıb 
diplomatik vədlər verdi. Sovet Rusiyasının Osmanlı  əleyhinə 
Almaniya ilə yaxınlaşması Rusiyanın Cənubi Qafqaz siyasətinə 
dəstək almaq məqsədi daşıyırdı. Digər tərəfdən bolşevik 
hökumətini Bakı Sovetində sağ  təmayüllü təşkilatların 
ingilisləri Bakıya dəvət etmək çağırışları narahat edirdi. Sovet 
Rusiyası Osmanlı əleyhinə olan mövqeyini ingilislərə də şamil 
edirdi. 
Beynəlxalq durumun gərginləşməsi  xalq  xarici  işlər 
komissarı G.Çiçerini ardıcıl olaraq səfır A.İoffeni təlimat-
landırmağa vadar etdi. Sovet Rusiyası ilə Almaniyanın dip-
lomatik əlaqələrinin genişlənməsini şərtləndirən amillərdən biri 
də Almaniyanın Osmanlının hərbi-siyasi durumu ilə bağlı dərin 
məlumata malik olması idi. 
Ənvər paşa Qafqaz İslam Ordusu komandanına gön-
dərdiyi  əmrlərdə Osmanlı ordusunu Azərbaycan hərəkatını 
dayandırmağa çağırırdısa, istər  Şərq Ordular qrupunun ko-
mandanı Xəlil paşa, istərsə də Qafqaz İslam Ordusu komandanı 
Nuru paşaya göndərdiyi gizli təlimatlarda Bakı istiqamətində 
hərbi genişləndirməyi tələb edirdi. Onun əmri qeyri-rəsmi 
xarakter daşıdığı üçün Istanbuldakı alman böyük elçisi 
Bernsdorf türklərin Azərbaycan hərəkatını qeyri-mümkün 
hesab edirdi. Çünki Bernsdorf Ənvər Paşa, Tələt paşa və xarici 
işlər naziri Nəsimi bəylə  dəfələrlə görüşlər keçirmişdi. Bu
 
görüşlərdə Osmanlı dövlət adamları türk ordusunun 
Azərbaycan hərəkatının rəsmi xarakter daşımadığını inan-
dırmağa çalışırdı. Onlar iddia edirdilər ki, olsa-olsa Nuru paşa 
şəxsi istəyindən Azərbaycan könüllülərinə kömək etmək 
niyyətindədir. Bu məsələdə isə dövlətin heç bir rolu yoxdur. 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
239
Alman səfiri Osmanlı hökumətinin bu məlumatlarını öz 
hökumətinə verirdi. 
Sovet Rusiyası Almaniya ilə olan diplomatik əlaqələrin 
nəticəsində bu məlumatı əldə edə bildi. 1918-ci il avqustun 4-
də ingilis hərbi hissələrinin Bakıya daxil olması Osmanlı 
dövlətinin mövqeyini, yəni onların Azərbaycan uğrunda heç bir 
hərəkatda olmadığını təsdiq edirdi. Lakin Moskvanın bu sahədə 
rahatlığı uzun sürmədi. Qafqaz İslam Ordusunun komandanı 
Nuru paşanın imzası ilə Bakının qeyd-şərtsiz təslim olması 
haqqında imzaladığı  bəyanat yenidən Osmanlı ordusunun 
Azərbaycan hərəkatını gündəliyə  çıxarmış oldu. Bununla 
əlaqədar olaraq, Osmanlı dövlətinin Moskvadakı  səfiri Qalib 
Kamal bəy 1918-ci il avqustun 8-də Rusiya xalq xarici işlər 
komissarlığına dəvət olundu. Çiçerinlə  səfır Kamal bəyin 
danışıqlarında hər iki tərəf Brest-Litovsk sülh müqaviləsini əsas 
götürərək biri-birinə qarşılıqlı ittiham irəli sürdü. Qalib Kamal 
bəy bildirdi ki, Rusiyanın daxili vəziyyəti çox qarışıq olduğu 
üçün Brest-Litovsk sülh müqaviləsinin  şərtlərinə  əməl 
olunmasında çətinliklər var. Ona görə  də, o belə durumda 
Moskvada qalmağın məqsədəuyğun olmadığını bildirdi. 
Moskvadakı alman səfiri Mirbaxın bir eser tərəfindən 
öldürülməsi Osmanlı səfirini daha ciddi narahat etdi. O, özünün 
və səfirliyin əməkdaşlarının belə təhlükə ilə qarşılaşdığını dərk 
edərək Moskvanı tərk etməyi qərara aldı. 1918-ci il avqustun 8-
dən etibarən Moskva ilə  İstanbul arasında diplomatik əlaqə 
kəsildi. 
Sovet Rusiyası türk ordusunun Bakı  hərəkatını qabaq-
lamaq üçün Almaniya ilə gizli danışıqları davam etdirdi. 
Rusiyanın Almaniyadakı  səfıri A.İoffe iki dövlət arasında 
müqavilə bağlanmasına nail oldu. 1918-ci il 27 avqust tarixdə 
imzalanmış Brest-Litovsk sülh müqaviləsinə əlavə olan alman-
sovet sazişi birbaşa Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı 
dövlətinə qarşı yönəlmişdi. IV bəndi Qafqaza aid olub 
VII mühazirə 
 
 
240
aşağıdakı maddələrdən ibarət idi: 
 I. Rusiya Almaniyanın müstəqil bir Gürcüstan dövlətini 
tanınmasını qəbul edirdi; 
 II. Almaniya, Gürcüstan istisna olmaqla Brest-Litovsk 
sülh müqaviləsinə görə Osmanlı dövləti xaricində üçüncü bir 
tərəfə əsgəri yardım göstərməməli idi; 
 III.  Almaniya,  Şamaxı ilə Bakı arasındakı  cəbhəni 
üçüncü bir tərəfin keçməsinə imkan verməməli idi; 
 IV. Rusiya Bakıdan çıxarılan neftin dörddə birini 
Almaniyaya verməli idi. 
 Bütövlükdə, bu müddəalar Almaniyanın müttəfıqi olan 
Osmanlı dövlətinə xəyanət idi. Almaniya həm mənəvi, həm də 
siyasi cəhətdən düzgün hərəkət etməmişdi. 
 Sovet  Rusiyasının və Almaniyanın bütün cəhdlərinə 
baxmayaraq, türk ordusu 1918-ci il sentyabrın 15-də Bakını 
bolşevik-daşnak rejimindən xilas etdi. Rusiya xalq xarici işlər 
komissarı bununla əlaqədar olaraq səfir A.İoffe vasitəsilə 
Almaniyanın diqqətinə bu fikri çatdırdı: Bakının türklər 
tərəfindən işğal olunması ilə Brest-Litovsk sülh müqaviləsi 
pozulmuş olur və Sovet hökuməti bundan sonra özünü Osmanlı 
ilə barış vəziyyətində hesab etmir. 
Rusiya Brest-Litovsk sülh müqaviləsinin Osmanlıya aid 
bəndlərinin qüvvədən düşdüyünü bəyan etdi. 1918-ci il  20 
sentyabr tarixdə Sovet Rusiyası fransız dilində notanı teleqram 
vasitəsilə yaydı. Notada bolşevik hökuməti Bakının türk ordusu 
tərəfindən zəbt olunmasına etiraz etdi. Notada Sovet Rusiyası 
türk qoşunları  tərəfindən Bakının zəbt olunmasından 
təəsüfləndiyini bildirdi... Və Brest-Litovsk müqaviləsinin 
hüquqi qüvvəsini itirdiyini bəyan etdi. Nota xalq xarici işlər 
komissarı Çiçerin tərəfindən imzalanmışdı. 
Sovet Rusiyası birtərəfli qaydada Qars, Ərdəhan və 
Batum üzərində Osmanlı dövlətinin hüququnu tanımadığını 
elan etdi. Yaranmış vəziyyətlə əlaqədar Osmanlı dövlətinin baş 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin