Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə81/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   244
Trixotesin 

 

 



 

 

 



Penisillin turşusu da, göbələklərdən alınan 

antibiotiklərdəndir. Bu maddə, bitkiçilikdə istifadə olunur. 

Antibiotikləri tətbiq edərkən, bitkilərin olduğu rayonun yerli 

şəraiti də nəzərə alınmalıdır. 

 

3.3.2.2. Göbələk toksinləri və piqmentləri. 

Göbələk 


toksinləri (zəhərləri), təsir spesifikliyinə  və göbələk 

orqanizmində  əmələgəlmə  şəraitinə görə antibiotiklərə yaxın-

dırlar. Bunlar arasında fərq ondan ibarətdir ki, antibiotiklərin 

təsiri, əsasən mikroorqanizmlərə qarşıdırsa, toksinlərin təsiri isə 

heyvanlara və ali bitkilərədir. Bununla belə, bir çox toksinlər

məsələn, bitkilərdə soluxma yarada bilən mikomarazmin və 

fuzarium turşusu və yaxud da adamlarda angina xəstəliyi 

törədən toksinlər geniş  təsir spektrinə malikdir. Beləliklə  də, 

toksinlər və antibiotiklər arasındakı  fərq yalnız  şərtidir. 

Göbələk toksinlərinin öyrənilməsinin çox böyük praktiki 

əhəmiyyəti vardır. Belə ki, bu toksinlər, geniş yayılmış miko-

toksikozlara səbəb olur ki, bunlar da heyvanların və insanların 

xəstələnməsinin səbəbkarıdır. 

Göbələklərdə metabolizmin məhsullarından biri də 

piqmentlərdir. Onlardan çoxu antraxinon və naftoxinonlara aid 

olub, bəzən antibiotik xassəsinə  də malik olurlar. Bir sıra 

göbələklərin hüceyrələrinin qılafında tünd rəngli piqment – 



 

  melanin olur. Bu maddə tirozinin kondensasiyası  və 

oksidləşməsinin məhsuludur. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin