3.3.2.3. Vitaminlər və digər aktiv birləşmələr.
Göbələklərin
böyümə və inkişafı üçün, karbon, azot mənbələri və kül
elementlərindən başqa, həm də vitaminlərin olması zəruridir.
Vitaminlər, əsas etibarilə, avtotrof olan yaşıl bitkilərdə əmələ
gəlir. Heyvanlar isə, vitaminləri bitki qidaları ilə birlikdə alırlar.
Bir çox xlorofilsiz orqanizmlər, o cümlədən göbələk də
vitaminlər sarıdan heterotrofdurlar, bununla belə, onlar özləri
də müstəqil olaraq bəzi vitaminləri (B
12
, A, D, E, C və s.) sintez
edib toplaya bilirlər.
Vitaminləri təsnifatlandırarkən, onların suda və ya yağda
həll olmaları nəzərə alınır. Göbələklərin bir çoxunda
vitaminləri sintez etmək qabiliyyəti, temperaturdan, mühitin
pH-dan, tərkibindən və s. asılıdır. Hal-hazırda, 15-dək suda həll
olan vitamin aşkar edilmişdir. Bunlar, əsasən B-qrupuna aid
vitaminlərdir. Vitaminlərin xarakter xüsusiyyətləri aşağıdakı-
lardan ibarətdir:
1) onlar üzvi birləşmələrdir;
2) bu maddələr, çox kiçik dozalarda effektlidir;
3) böyümə və inkişafa sürətləndirici təsir edirlər;
4) onların təsiri spesifikdir.
Vitamin B
1
və ya tiamin – göbələklərdə böyümə prosesi
üçün ən çox lazım olan vitamindir. O, taxıl bitkiləri dənlərinin
qabığında çoxlu miqdarda olur. Tiaminin pirofosforlu efiri,
karboksilazanın kofermentidir. O, iki komponentdən: piridin və
tiazoldan ibarətdir. Vitamin B
1
-ə kif göbələkləri çox
tələbkardır. Bu vitaminə tələbatına görə göbələkləri 4 qrupa
bölürlər:
1) Tamamilə tiamin molekuluna tələbatı olanlar. Bunlara
daha çox küllücə göbələklərini (fitoftor) aid edirlər;
2) Mühitdə hər iki komponent-pirimidin və tiazol olduqda
B
1
vitamini sintez edə bilən göbələk;
3) Mühitdə yalnız pirimidin olduqda böyüməyə qabil olan
göbələk. Vitamin B
1
-in tiazol hissəsini onlar özləri müstəqil
sintez edirlər;
4) Tiamin molekulunun tiazol hissəsini sintez edə bilməyən,
lakin pirimidin hissəsini sintez edən göbələk. Bunlara, torpaqda
olan kif göbələklərini və ağacçürüdən – bazidiomitsetləri aid
etmək olar.
B
1
– vitamini çörək mayasında çoxlu miqdarda olur. Odur
ki, bu cür mayadan B
1
– vitamininin mənbəyi kimi müalicə
məqsədilə tətbiq edirlər. Tiaminin spirt qıcqırmasına təsiri, kar-
boksilazanın kofermenti kimi, mühitin pH-dan asılıdır. Belə ki,
pH-ın aşağı qiymətlərində (pH<7) tiaminin spirt qıcqırmasına
sürətləndirici təsiri zəif ifadə olunur.
B
2
– vitamini və ya riboflavinə – göbələklərin çox hissəsi
tələbkar deyildir. Burada neyrosporları süni variantla alınmış
göbələk müstəsnalıq təşkil edir. Belə ki, bunlarda, 28
0
C tem-
peraturdan yuxarı olduqda göbələklərin inkişafı üçün B
2
vitamininə
tələbat vardır. Riboflavin fosforlaşdırıcı
fermentlərin kofermentidir. B
2
vitamini göbələklərin
əksəriyyətində çoxlu miqdarda sintez olunur.
Biotin və ya vitamin H - Tiamindən sonra göbələklərin
böyümə amili kimi çox böyük əhəmiyyətə malikdir. Hey-
vanlarda bu vitamin spesifik olub, dəri örtüyünün normal funk-
siyasını tənzim edir. Güman edilir ki, biotin, tənəffüs və qıc-
qırma proseslərində koferment kimi fəaliyyət göstərir. Bunsuz
ammonyakın mənimsənilməsi baş vermir. Biotinin funksiya-
larından biri də Krebs tsiklində karbon qazının fiksasiyasında
(təsbitində) iştirak edən fermentin kofermenti olmasıdır. Buna
misal, aşağıdakı reaksiyaları göstərmək olar.
biotin
CO
2
+ CH
3
·CO·COOH HOOC ·CH
2
·CO·COOH
Dostları ilə paylaş: |