destiobiotin
Vitamin B
6
və ya piridoksin - bir çox göbələklərin
böyüməsi və inkişafı üçün lazımdır. Onun quruluşu aşağıdakı
kimidir.
Bu vitaminin göbələk orqanizmindəki rolu, onun amin-
turşularının, xüsusilə də, alaninin sintezində iştirak etməsindən
ibarətdir. Vitamin B
6
-ya ən çox tələbatı olanlar kisəli və maya
göbələkləridir.
Suda həll olan və göbələklərin metabolizmində mühüm rol
oynayan vitaminlərdən nikotin və pantoten turşularını da
göstərmək olar. Bunlardan nikotin turşusu NAD və NADF-in
tərkibində, pantoten turşusu isə pivə mayasının böyümə amili
kimi fəaliyyət göstərir. Digər vitaminlərdən biri də para-
aminobenzoy turşusudur. Bu turşu, çəhrayı maya
göbələklərinin inkişafı üçün lazımdır. Onun 0,03/l. qatılığı
maya göbələklərinin inkişafına müsbət təsir edir. Bu turşunun
quruluşu aşağıdakı kimidir.
Çəhrayı maya göbələklərinin inkişafına müsbət təsirdən
başqa, para-aminobenzoy turşusu həm də, qırmızı piqmentin
əmələ gəlməsinə də səbəb olur.
Yağda həll olan vitaminlər içərisində ilk dəfə öyrəniləni vi-
tamin A-dır. O, quruluşuna görə karotinin törəməsidir. A - vi-
tamini,
β
- karotinin molekulundakı karbohidrogen zəncirinin
tən ortadan bölünməsi yolu ilə əmələ gəlir. Məlumdur ki,
karotinoidlər göbələklərin çoxunda rast gəlinir. Onlar
göbələklərə (məsələn, pas, papaqlı və s. göbələklər) rəng
verirlər. Bundan başqa, karotinoidlər mukor göbələklərinin
çoxalma orqanlarında xeyli miqdarda olur. Karotinoidlərin
göbələklər üçün əhəmiyyəti tam öyrənilməmişdir. Amma
güman edilir ki, onlar hüceyrənin oksidləşmə-reduksiya
sistemlərinin bir hissəsini təşkil edir.
Dostları ilə paylaş: |