3.3.3. Metabolizmin ferment sistemləri.
Digər
orqanizmlərdə olduğu kimi, göbələklərdə də qidalanma və
maddələr mübadiləsi fermentlərsiz həyata keçirilə bilməz.
Məlumdur ki, fermentlər, metabolik proseslərdə spesifik üzvi
katalizatorlardır. Göbələklər heterotrof qidalanma
xüsusiyyətinə malik olduqlarından onlarda çox güclü ferment
sistemləri vardır. Bu fermentlərin bəziləri xarici mühitə ifraz
olunur ki, bunlara ekzofermentlər deyilir. Göbələk hüceyrəsinin
daxilində qalan fermentlər isə endofermentlər adlanır. Bunlar
arasında fərq ondadır ki, ekzofermentlər hüceyrə membranın-
dan asanlıqla xarici mühitə çıxdıqları halda, endofermentlər isə
membrandan keçə bilmirlər. Lakin ferment sistemlərinin endo-
və ekzofermentlərə bölünməsi yalnız şərti xarakter daşıyır.
Odur ki, hüceyrə quruluşu ilə əlaqədar olan hər hansı ferment
həm endoferment, həm də ekzoferment kimi fəaliyyət göstərə
bilər. Endofermentlərin, ekzofermentələrə çevrilməsi həm fer-
ment molekulunun böyüklüyündən, həm də hüceyrə membran-
ının keçiricilik dərəcəsindən asılıdır. Ekzofermentlərə, məsələn,
amilaza aiddir. Bu ferment nişastanı maltozaya qədər, digər
ferment maltaza isə, maltozanı iki molekul qlükozaya qədər
parçalayır. Bu tipli fermentlər, mühitin komponentlərini
göbələklərin qidalanmasından ötrü bir növ hazırlayırlar.
Mitsellərdə də maddələrin əmələ gəlməsi hüceyrənin quruluş
elementləri ilə əlaqədar olan fermentlərin köməyilə həyata
keçirilir. Hüceyrənin tərkib hissələrindən müəyyən maddələrin
sintezi və ya onların parçalanması eyni fermentlər tərəfindən
də ola bilər. Sintetik proseslərin reallaşması üçün fermentin
konsentrasiyası kifayət qədər olmalıdır. Beləliklə, yağın sintez-
ini, qliserin və yağ turşularından, saxarozanı isə, qlükoza və
fruktoza vasitəsilə almaq mümkündür. Təbii halda fermentlərin
bu cür yüksək konsentrasiyası, onların hüceyrə quruluşlarında
adsorbsiya olunmaları sayəsində əldə edilir. Göbələk
fermentləri də, digər orqanizmlərdəki kimi zülali maddələrdən
ibarətdir. Mürəkkəb zülallarda – proteidlərdə spesifik zülalla
yanaşı, həm də spesifik qeyri-zülal komponenti də iştirak edir.
Zülal komponenti – apoferment, qeyri-zülal komponenti isə –
koferment adlanır. Koferment kimi, vitaminlər, nukleotidlər,
lipidlər və s. maddələr iştirak edir. Bir sıra fermentlərin
kofermentində mikroelementlər də olur. Fermentin hər iki kom-
ponenti, öz aralarında adətən ekvivalent nisbətdə meydana çıxır.
Fermentlərin bəziləri təmiz kristallik halda alınmışdır. İlk dəfə
kristallik halda alınan ferment ureaza olmuşdur. Məlumdur ki,
bu ferment sidik cövhərini CO
2
və NH
3
-ə qədər parçalayır.
Sadə, birkomponentli fermentlərə – proteinlərə: pepsin və
tripsini də aid edirlər. Hər iki ferment yalnız zülaldan ibarətdir.
Ümumiyyətlə, apofermentlərin tərkibi adi aminturşularından
təşkil olunur ki, bu da zülallar üçün xarakterikdir və proteolitik
fermentlərin təsiri altında dərhal parçalanır. Əgər koferment
digər apofermentlə birləşirsə, onda yeni ferment molekulu
əmələ gələr.
Fermentləri, quruluşlarına görə təsnifat baxımından aşa-
ğıdakı qruplara bölürlər:
1) Katalitik aktivliyi, tərkibində dissosiasiya olunan və ya
olunmayan metal ionunun olması ilə əlaqədar fermentlər;
2) Prostetik qrupu alçaqmolekulu birləşmələrdən ibarət olan
fermentlər;
3) Birkomponentli – yalnız zülaldan ibarət olan fermentlər;
4) Prostetik qrupu alçaqmolekullu olub, metalla kompleks
halında birləşən fermentlər;
5) Prostetik qrupu alçaqmolekullu olan, lakin metalla kom-
pleks halında birləşməyən fermentlər.
Əgər fiziki baxımdan fermentlər, endo-və ekzofermentlərə
bölünürsə, kimyəvi təsnifata görə onlar funksiyalarına görə
qruplara bölünür. Təsir xarakterinə görə fermentlərin əsas
sinifləri barəsində əvvəldə (tənəffüs bölməsində) ümumi və
qısa məlumat verilmişdir. Bu barədə aşağıda bir qədər ətraflı
məlumat verilməsi məqsədəuyğundur.
1)
Hidrolitik fermentlər - hidrolazalar:
a) Proteazalar və peptidazalar (zülalları və peptidləri par-
çalayanlar); b) Karbohidrazalar (karbohidratları və digər
azotsuz birləşmələri parçalayanlar); c) Lipazalar (yağları
parçalayanlar); ç) Fosfotazalar (fosfor turşuları efirlərini
parçalayanlar).
2) Oksidaza və reduktazalar:
a) Oksidazalar və dehidrazalar (oksidləşdirici fermentlər);
b) hidrogenazalar və ya reduktazalar (reduksiyaedici
fermentlər); c) Desmolazalar (substratda molekuldaxili də-
yişikliklər yaradır).
Xüsusi təyinatlı fermentlərdən isə bunları göstərmək olar:
1) Karboksilazalar (CO
2
-ni qoparan fermentlər);
2) Dezaminazalar (aminturşularından NH
2
- qrupunu
qoparan fermentlər);
3) Ureazalar (sidik cövhərini ammoniyak (NH
3
) və karbon
qazına – CO
2
parçalayan fermentlər).
Fermentlərin hər biri həm təsir etdiyi substrata, həm də
həyata keçirdikləri reaksiyalara görə spesifikdir. Fermentlərin
təsnifatında bəzən onların təsir etdikləri şərait də nəzərə alınır,
lakin bu halda fermentlərin miqdarı təxminən sonsuzluq kimi
nəzərdə tutulur. Fermentlər, konstitutiv və adaptiv olmaqla da
bir-birlərindən fərqlənir. Birincilər, qidalanma şəraitindən asılı
olmayaraq göbələk mitsellərində həmişə olurlar, yəni onların
hüceyrədaxilində sintezi tənzim olunmur. İkincilər – adartiv
fermentlər isə, mühitin müəyyən təsirləri zamanı əmələ gəlir,
məsələn, orqanizm üçün adi hesab olunan qida mənbəyi ol-
madıqda və ya həmin fermentlər üçün spesifik olan substratlar
olmayan hallarda bu tipli fermentlər sintez olunmurlar.
Dostları ilə paylaş: |