– nişastanı parçalayan kompleks fermentlər. Ami-
gəlməsini kataliz edir; 3) dekstrinaza – dekstrinləri, qlükoza
və maltozayadək hidroliz edən fermentlər.
Amilaza, göbələklərin çox növlərində, xüsusilə Asperqillus
və Penicillium cinslərindən olan növlərdə geniş yayılmışdır.
Maya göbələklərində bu fermentlər aşkar olunmamışdır.
Sellülaza
– sellülozanı, sellobiozalara qədər parçalayır. Sel-
lobiozalar disaxaridlər olub, sonradan qlükozaya çevrilirlər. Bu
ferment göbələklərdə geniş yayılmışdır. Belə ki, ağacların
oduncaq hissəsinin çürüməsində bu fermentələrə malik olan
göbələklər böyük rol oynayır. Bu cür göbələklərə samanda və
digər bitki qalıqlarında da rast gəlinir.
Hadromaza
– sellülozanın liqninlə kompleks birləşməsini
parçalayır. Bu fermentə çox az rast gəlinir. Lakin göbələklərdə
daha çox rast gəlinən sellülaza vasiətsilə oduncaqda korroziya
çürüntüsü əmələ gəlir.
Sitaza
– hemisellülozanı parçalayan fermentdir. Pektin
fermentləri isə, pektinli maddələri parçalayır və nəticədə son
məhsullar kimi metil spirti və
α
- qalakturon turşusu alınır. Bu
fermentlər fitopatogen göbələklərin çoxunda rast gəlinir. Onlar,
hüceyrəarası lövhəni və toxumaları parçalaya bilirlər. Pektin
fermentləri bir neçə cürdür:
1) protopektinazalar – pektini, protopektinlərdən ayırmağa
imkan verirlər;
2) pektazalar –
α
- qalakturon turşusundan metoksil quru-
punu (CH
3
O
-
) qoparır. Reaksiya aşağıdakı kimi gedir:
(R·OOCCH
3
)
n
+ n H
2
O → n RCOOH + n CH
3
OH
3) pektinazalar – pektin
molekulunu tamamilə tərkib
hissələrinə qədər parçalayan fermentlərdir.
Tannaza
– bunlar da hidrolitik fermentlər qrupuna aid ol-
una bilərlər. Belə ki, bu ferment tannindən halloy turşusunun
əmələ gəlməsini kataliz edir.
tannin + H
2
O → halloy turşusu + digər maddələr
Tannaza, bir çox göbələklərdə əmələ gəlir, lakin Asperqil-
lus niqer göbələyi bu baxımdan daha aktivdir. Bu ferment adap-
tiv fermentlər qrupuna aiddir. Belə ki, mühitdə tannin və ya
onun parçalanma məhsulu olan halloy turşusu olduqda əmələ
gəlir.
Xitinaza
– digər hidrolitik fermentlərdən fərqli olaraq,
tərkibində azot birləşmələri olan xitinin parçalanmasını həyata
keçirir. Bu ferment xitin polimerini, asetilqlükozoaminə çevirir
və bazidiomitsetlərin meyvə cismində çoxlu miqdarda olur.
Göbələklərdə ferment kompleksləri, adətən onların təbiətdə
yayıldıqları yerlərə uyğun olur.
Dostları ilə paylaş: