məhsullarından biri antibiotiklərdir. Mübadilə məhsulu kimi,
antibiotiklərin yayılması bilavasitə vitaminlər və fermentlərlə
əlaqədardır. Belə ki, antibiotiklər, ferment sistemlərini spesifik
şəkildə fəaliyyətdən dayandıra bilirlər. «Antibiotik» termini
dedikdə, digər mikroorqanizmlərə görə antaqonist aktivliyə
malik olan mikrob metabolizminin məhsulları başa düşülür.
Lakin bu termini geniş mənada şərh etdikdə o zaman
antibiotiklər, həm də, ali bitkilər və heyvanlar üçün də toksiki
aktivliyə malik olan maddələrdir. Çox hallarda antibiotiklər,
müəyyən qrup mikroorqanizmlərə qarşı spesifik təsirə
malikdirlər. Antibiotiklərin yalnız mikroorqanizmlərə görə spe-
sifik təsir mexanizmi, makroorqanizmlərə, o cümlədən, hey-
vanlara olan təsir mexanizmindən fərqli ola bilər. Belə təsir
mexanizminin üç tipi məlumdur: 1) mikro- və
makroorqanizmlərin hüceyrə quruluşunun tərkibinə daxil olan
maddələr (məsələn, penisillin), 2) hüceyrənin öz quruluşu və
onun quruluş vahidlərinin keçiriciliyinə təsir elən maddələr
(məsələn, streptomitsin). Göbələk, aktinomitset və bakteriya
antibiotiklərini, onların mənşəyinə görə aşağıdakı əsas qruplara
bölmək olar: a) sirkə turşusu fraqmentlərindən təşkil olunmuş,
yalnız karbonlu skeleti olanlar, b) şəkərlərin törəmələri, 3)
aminturşularının törəmələri.
Antibiotik maddələrin kombinativ formaları da vardır ki, bu
formalar yuxarıdakı iki və ya üç yolla əmələ gələn maddələri
birləşdirir. Göbələklər arasında ən çox yayılan maddə birinci
yolla əmələ gələnlərdir ki, bu zaman, həm də benzol halqası
olan aromatik birləşmələr də yaranır. Sirkə turşusunun C
2
-
fraqmentlərindən əmələ gələn göbələk antibiotiklərini üç əsas
yarımqrupa bölmək olar:
a) aromatik və digər tsiklik birləşmələr;
b) sırf alifatik, çox vaxt doymamış birləşmələr;
c) tərkibində aromatik qrupu, uzun yan zənciri alifatik qru-
pla kombinə olunmuş birləşmələr.
Göbələk antibiotiklərinin cürbəcürlüyünə və quruluşca
mürəkkəbliyinə baxmayaraq, onların əmələgəlmə yolları nis-
bətən çox deyildir və bu yollar orqanizmlərin maddələr
mübadiləsinin ümumi sxemi ilə
əlaqədardır: 1)
monosaxaridlərin transformasiyası – çevrilməsi, prosesində; 2)
asetatın metabolizmi prosesində – anaerob olan qlikolizdə,
Krebs tsikli və ya yağ mübadiləsinin kəsişdiyi sərhəddə; 3)
aminturşuları və peptidlərin mübadilə tsikillərində.
Göbələklərdə ilk dəfə kəşf olunan və indiyədək ən geniş
yayılmış, tibbi preparat kimi istifadə olunan antibiotik penisil-
lindir. Penisillin toksiki deyildir və bütün xəstəliklərə (koklar, o
cümlədən, qram-mənfilər-honokokk və meninqokokklar) qarşı
effektivdir. O, həmçinin kokkların əmələ gətirdiyi irinləməyə,
streptokokkların yaratdığı sepsisə, anginaya, pnevmoniyaya
qarşı da çox geniş tətbiq olunur. Penisillinin molekul quruluşu
aşağıdakı kimidir.
burada: R –
radikal olub, molekulun dəyişilə bilən hissəsidir.
Penisillinlə yanaşı, kimyəvi baxımdan bir-birinə yaxın olan və
tibbdə tətbiqinə görə perspektivli hesab olunan aralıq
məhsullardan sinnematin və sefalosporini də göstərmək olar.
S
⁄ \
HOOC - CH · (CH
2
)
3
· CO - NH - CH - CH C(CH
3
)
2
| | | |
NH
2
CO-N — C — COOH
|
OH
Bu maddənin analoqu olan sinnematin antibiotikdir. Onun
tərkibi hələlik dəqiq məlum deyildir. Hazırda sinnematinin
qarın yatalığı xəstəliyinin müalicəsində effektivliyi praktiki
olaraq təsdiq olunmuşdur.
Son illərdə tibbdə və kənd təsərrüfatında kifayət qədər geniş
tətbiq olunan antibiotiklərdən biri də fumaqillindir. Tərkibində
dörd ikiqat rabitəsi olan bu maddə, polienlərə (çoxlu sayda ikiqat
rabitəsi olan maddələr) daxildir. Onun tərkibi tam aydınlaşdırıl-
mamışdır. Fumaqillin ağ rəngli maddə olub, ərimə temperaturu
190
0
C-dir. Fumaqillin stafilokokklu bakteriofaq və amöblərə
təsir etdiyindən odur ki, ondan amöblü dizenteriya ilə mübarizə
məqsədilə istifadə edirlər.
Qrizeofulvin – bu göbələk əleyhinə olan antibiotikdir. Bu
maddə, xitin təbəqəsinə malik olan göbələklərdə burulma
xarakterli böyüməni qeyri-normal şəkildə əmələ gətirir. Qrizeo-
fulvin, ali bitkilərin kökləri tərəfindən yaxşı sorulur və
təxminən üç həftə müddətində bitkinin orqanlarında kisəli, ba-
zidial və natamam göbələklərin törətdiyi xəstəliklərin qarşısını
alır. Bu, preparatın tətbiqindəki məhdudiyyətlər, onun suda pis
həll olması və antibiotik çıxımının azlığı ilə əlaqədardır.
Qrizeofulvinin ziyansızlığı aydınlaşdırıldıqdan sonra, insanları
bir sıra çətin sağalan xəstəliklərdən müalicə etmək mümkün
olmuşdur. Göbələk mənşəli digər antibiotiklər barəsində aşağı-
dakıları qeyd etmək olar.
Kampestrin – şampinion göbələklərinin meyvə cismindən
alınmışdır. Bu preparat, bağırsaq-yatalaq qruplu bakteriyalara
təsir edir.
Sitrinin – dərinin və digər orqanların irinli xəstəliklərinin
müalicəsində tətbiq edilir.
Asperqillin – Asperqillus niqer göbələyindən alınan antibi-
otikdir və o, müxtəlif irinli xəstəlikləri müalicə edərkən istifadə
olunur.
Xelenin – antivirus təsirinə malikdir və neyrotrop virusların
törətdiyi xəstəlikləri müalicə etməkdə tətbiq edilir.
Trixotesin – göbələk əleyhinə tətbiq olunan antibiotikdir.
Bu preparatın quruluşu aşağıdakı kimidir.
Dostları ilə paylaş: