Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti Tərcümə fakültəsi Tağızadə Bəyaz Natiq qızı



Yüklə 116,17 Kb.
səhifə2/11
tarix18.05.2022
ölçüsü116,17 Kb.
#58507
1   2   3   4   5   6   7   8   9   10   11
Buraxılış işi Tağızadə Bəyaz (1)

Mövzunun aktuallığı. Bildiyimiz kimi dil ünsiyyət vasitəsidir. Lakin dil sadəcə ünsiyyət vasitəsi olmaqla kifayətlənmir. Həmçinin, o, fərqli-fərqli xalqların millətlərinin xarakterlərini, xüsusiyyətlərini, tarixlərini və mədəniyyətlərini təyin edir. YUNESKO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var, lakin onların yarıdan çoxu məhv olmaq üzrədir.(19)
Əlbəttə ki, biz bu 6000-dən çox dilin hər biri ilə tanış deyilik. Lakin bir neçə işlək dil vardır ki, onları müəyyən medya vasitələri ilə araşdıra, öyrənə bilirik. Bu dillərlə bizim ana dilimiz arasındaki əsas körpü tərcümə sahəsi hesab olunur. Bu sahə göründüyündən çox geniş və mürəkkəb bir anlayışdır. Onun araşdırılması mütləq olan və aktuallığını hər daim qoruyacaq olan qolları vardır. Hansılar ki, tədqiqatçılar tərəfindən öyrənilməli, dərinliklikləri aşkarlanmalıdır. Bunlardan biri abreviaturaların tərcümə zamanı ortaya çıxan çətinlikləridir.
Abreviaturaların bu qədər əhəmiyyətli olmasının əsas səbəbi onun rəsmi görüşlərdə, tədbirlərdə və ən əsası siyasi və ictimai arenada işlək istifadəsidir. Bunu da, qeyd etmək vacibdir ki, abreviaturalara yalnız rəsmi sferada deyil, eyni zamanda gündəlik danışıq zamanı da rast gəlmək mümkündür. Xüsusən, gənc nəsil dövrümüzdə sosial şəbəkələrdən çox istifadə edir ki, bu da tərcüməçilər üçün yeni öyrənmə sahəsi yaradır. Dünya dilləri arasında ən tanınmışı və beynəlxalq dil ünvanını almış dil hesab olunan ingilis dilini ələ götürsək, abreviaturaların tərcüməsi zamanı ortaya çıxan çətinlikləri daha aydın şəkildə görmüş olarıq. Əgər qədim dillər haqqında kiçik bir araşdırma aparsaq, o zaman görərik ki, dil özünü davamlı olaraq yeniləyən bir anlayışdır. Əlbəttə ki, dil yeniləndikcə onun tərkibindəki bütün qavramlarda təzələnir, özünə yeni bir rəng qatmış olur. Abreviaturaların sayı da hər dildə çoxdur. Onları digər dillərə həm düzgün tərcümə etməyi bacarmaq, həm də ki məxəz dildə olan abreviaturaların açılışını bilmək olduqca çətindir. Elə buna görə də bu sahədə çoxlu araşdırmalar aparılmalı və abreviaturalar yaxından araşdırılmalıdı. Bu abreviaturaların düzgün tərcüməsinin aparılması tərcüməçinin dil biliyinin keyfiyyətindən olduqca asılıdır. Lakin hərhansı bir abreviaturanın düzgün tərcümə edilməməsi o mənaya gəlmir ki, tərcüməçi bu dili bilmir və yaxud zəif bilir. Elə ingilis dilində verilən abreviaturaların milli dilə olan tərcüməsinə nəzər yetirsək, burada tərcüməçilərin qarşısına çıxan əsas çətinliyin ekvivalent çatışmamazlığı olduğunu başa düşərik. Hasil olaraq, abreviaturalar ən əsası hər bir dilin lüğət xəzinəsinin inkişafında əhəmiyyətli rol oynayır .
Bu sahənin öyrənilməsi, digər dillərin abreviasiyası ilə müqayisəli şəkildə tədqiqi Azərbaycan dili ixtisarlar sisteminin özünün də gələcək böyümə yollarının işıqlandırılmasına, deməli, ana dilimizin lüğət tərkibinin yeni inkişaf perspektivlərinin açılmasına kömək edəcəkdir. (2,səh8) Məhz bu və buna bənzər səbəblərdən ötrü bu mövzu hər zaman dilşünas və tərcüməçilərin diqqət mərkəzində olmuş əsas məsələlərdən olmuşdur.

Yüklə 116,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin