Müdafiəyə çıxarılan əsas müddəalar: Dissertasiya işində aşağıdaki müddəalar müdafiəyə təqdim olunur:
-İngilis və Azərbaycan dillərinin lüğət tərkibində yer alan abreviaturalar;
-Abreviaturaların bölgüsü;
-Abreviaturaların tərcüməsi zamanı istifadə olunan üsullar;
-Abreviaturaların tərcüməsi zamanı qarşıya çıxan problemlər və onların həlli.
Tədqiqat işinin metodları.Bu tədqiqat işinin metodu abreviaturaların nə olduğu barədə ətraflı araşdırma aparmaq, bundan sonra abreviaturaların məxəz dildən hədəf dilə olan tərcümə variantlarını detallı şəkildə nəzərdən keçirmək, hətta onu digər dillərdən edilmiş abreviatura tərcümələri ilə müqayisə etmək, uyğun situatsiyada isə öz variantımı nümayiş etdirməkdən ibarət hesab oluna bilər.
Buraxılış işinin strukturu.Buraxılış işi Giriş, 2 Fəsil, 7 Paraqraf, Nəticə və Ədəbiyyat siyahısından ibarətdir.
I FƏSİL
1.1İxtisarlar və abreviaturaların tərcüməsi lingivistik tədqiqat obyekti kimi İngilis dilindən Azərbaycan dilinə abreviaturaların tərcüməsini detallı bir şəkildə təhlil edə bilmək üçün ilkin olaraq nəzəriyyə ilə bağlı dərin biliklərə sahib olmaq lazımdır. Abreviaturaların nə olduğu, yaranma yolları, işlənmə yerləri və sairə kimi məsələlərin dərinliklərinə enmək, sonraki etapda mövzunun daha aydın şəkildə başa düşülməsinə gətirib çıxardacaq. Bu nəzəri bilikləri əldə etmək üçün bir sıra mənbələrdən istifadə etmişik.
Abreviatura nədir? Abreviatura qısa və sadəcə desək sözlərin qısaldılmış forması deməkdir. (26)Abreviatura sözünün özü latın mənşəlli “brevis” sözündən gəlib, mənası “qısa” deməkdir.(27) Bəs abreviatuaların istifadəsi niyə bu qədər genişdir? İlk əvvəl bunu bilmək lazımdır ki, abreviaturalardan keçmiş zamanlarda da istifadə edilirdi. Bu istifadəni bilmək üçünsə onun keçdiyi tarixi yollar haqqında bəzi biliklərə sahib olmaq lazımdır. Məşhur amerikalı dilçi, leksikoqraf və dil şərhçisi olan Benjamin Zimmer (28) 2010cu ildə The Nyu-york Times jurnalında çap etdirdiyi məqaləsində bu məsələyə toxunmuşdu.
Ben Zimmer öz məqaləsində inisializmin akronimlərə nisbətən köhnə termin olmasından bəhs etmiş və inisializmin bilinən ən qədim istifadəsinin 1844-cü ildə çap edilmiş bir jurnalda olduğunu qeyd etmişdir. Abreviaturaların 5 növündən olan inisializm haqqında isə gələcək paraqraflarda geniş məlumat verəcəyik. Deməli, 1844-cü ildə çap olunmuş “The Christian’s Monthly Magazine and Universal Review” jurnalında latın dilindəki “Senatus Populusque Romanus” (“Roma Senatı və Xalqı”) ifadəsinin abreviaturası olan SPQR-dən istifadə olunmuşdur. Dyuk Universitetinin tədqiqatçısı Stefan Goranson 1940-cı ildə akronimin istifadəsini kəşf etdi, hətta o daha geniş mənalarda istifadə oluna bilirdi. Bundan başqa cənab Zimmer öz məqaləsində Lion Feuchtwanger tərəfindən yazılmış “Paris Qəzeti” romanında istifadə olunan P.G.N( Paris German News) abreviaturasının doğruluğunu müzakirə edir. İēsous Christos, Theou Huios, Söter ("İsa Məsih, Allahın Oğlu, Xilaskar") sözlərinin abbreviaturası kimi "balıq" mənasını verən yunan “ ixthys” sözünün erkən xristian istifadəsi ilə təsvir olunduğu kimi, qısaltma qədim köklərə malikdir. İngilis dilində ilk məlum abreviaturalar (sadə köhnə inisializmlərdən fərqli olaraq 1879-cu ildə Uolter P.Philips tərəfindən Birləşmiş Mətbuat Birliyi üçün hazırlanmış teleqraf kodunda istifafə olunmuşdur. “Supreme Court of the United States”, yəni Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi burada SCOTUS kimi qısaldılmışdır. İndilərdə də FLOTUS qısaltmasından istifadə olunur ki, bunun mənası “Birləşmiş Ştatların birinci xanımı” deməkdir. (29) İllər boyu aparılmış tədqiqatlar göstərir ki, abreviasiya dünya dillərində yazı əsasında meydana gəlmişdir.(9, səh 364 ) Yeri gəlmişkən, abreviasiya haqqında məlumat vermək lazımdır. Abreviasiya dildə qənaət problemləri ilə bağlı təşəkkül tapmış ixtisar hadisələrdən biridir. Fonetik, morfoloji, elliptik ixtisarlardan fərqli olaraq, abreviasiyanın obyekti sözün söz birləşmələrinin bütövlükdə strukturudur. Abreviasiya özünəməxsus mexanizmə fonetik, morfoloji, elliptik ixtisar elementlərini də daxil edir və mövcud korelyat əsasında yeni və daha qısa formalı sözləri formalaşdırır. Abreviasiya ədəbi dildə artıq sözçülüyü aradan qaldırmaqla nitqin intellektual və elmi-informativlik tutumunu qüvvətləndirərək, bir tərəfdən, ədəbi dildə, digər tərəfdən, həm də danışıq dilində xüsusi üslubi məqamlarda və artikulyasiya enerjisinə qənaət məqsədi ilə istifadə edilən konvensial ixtisar hadisəsidir.(2, səh9) Əsrlər boyu, dillər, dillərin quruluşu və onların inkişaf yolları ilə bağlı bütün informasiyalar bizə yazı vasitəsilə ötürülmüşdür. Elə abreviaturalar haqqında araşdırmalar aparılarkən məlum olur ki, abreviaturaların yaranma tarixi çox keçmişə söykənir. Müasir ixtisarların ilk toxumları qədim dini kitablarda, papirus və perqamentlərdə, müxtəlif tarixi abidələrdə, herblərdə, döyüş ləvazimatlarında, sikkələrdə, qəbir daşlarında və s. üzərində yazılarda təsadüf edir. Bu qəbildən ibtidai ixtisarların yaranması yazılı nitqin irəli sürüldüyü dilə qənaət və lakonizm tələbləri ilə izah edilir. Çox sonralar formalaşmış spesfik qanunauyğunluqlar əsasında dillərdə ümumməqbul hal alan abreviatur söz yaradıcılığının ilkin ünsürləri və ibtidai prinsipləri hələ o dövrlərdən özünü göstərməyə başlamışdır. (2, səh 3,4) Biz bilirik ki, Azərbaycan yazısı öz tarixində ərəb, latın, və rus qrafikalarına əsaslanıb. Əslində, ərəb qrafikası yazı tarixində daha geniş vaxtı əhatə etsə də, bu dövrdə digər türk dillərinin əksinə ixtisar hadisəsi meydana gəlməmişdi. Orta əsr əlyazmaları göstərir ki, həmin dövrlərdən əsrimizin 20-ci illərinə kimi Azərbaycan-türk dilli yazılarda yalnız ərəb dilindən götürülmüş ixtisarlardan istifadə olunmuşdur ki, bu da dilin leksik baxımdan inkişafının qarşısını almışdır. Nəzərə alsaq ki, abreviaturaların dilin lüğət fonunda və lüğət tərkibinin zənginləşdirilməsində inkişafı əvəzsizdir, keçmiş dövrdə rus dilindən abreviaturaların dilimizə müvafiq şəkildə tərcümə edilməsi abreviasiyanın özünün zənginləşmə və inkişaf dövrünü keçirməsinə gətirib çıxarmışdır. XX əsrin əvvəllərində hələ ərəb qrafikasının hökmran olduğu müddətdə mətbuatımızda rast gəldiyimiz ixtisarların demək olar ki, hamısı rus dilinin təsiri altında meydana gəlmişdir. Məsələn, A.M.İ Komitəsi- Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi, A.K.F. si – Azərbaycan Kommunist Firqəsi, A.L.K.G.İ- Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı və s.
Uzun müddət bu cür ixtisarlar Azərbaycan dilində qrafik abreviatura mahiyyəti daşımış tamamilə leksikləşə bilməmişdir. Məsələ burasındadır ki, bu cür vahidlərin ixtisar olunmuş hər bir komponentindən sonra nöqtə qoyulurdu və bu durğu işarəsi ixtisarın leksik abreviatura-yəni sözə çevrilməsinə maneçilik törədirdi. Ərəb qrafikasının rəsmi işlədilməsi dövrünün sonlarında bir sıra rus dili abbreviaturaları Azərbaycan dilinə hazır leksik vahid şəklində keçmişdi. Likbez, rabfak, kolxoz, sovxoz, komsomol, sovnarkom, kommunxoz, NEP, ÇEKA, QOELRO kimi sözlərin alınması milli abbreviasiya sisteminin təşəkkül tapmasında sonralar müsbət rol oynasa da, Azərbaycan dilinin öz sözləri əsasında ixtisar qısaltmaların yaranmasını gecikdirirdi.(9, səh 364-365) H. Zeynallı öz çıxışında demişdi ki, “bizim ədəbiyyatımızda Azmik, Azərittifaq, Azərnəşr, Azərbalıq, Azərneft kimi kombinasiyalar işlədilir ki, bunların sayı olduqca azdır və yalnız müəyyən müəssisələrin adını əks etdirir.”