AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti


XIV fəsil Professor Sədnik Paşa Pirsultanlının



Yüklə 2,86 Mb.
səhifə15/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   ...   8   9   10   11   12   13   14   15   16

XIV fəsil

Professor Sədnik Paşa Pirsultanlının

Azərbaycan türklərinin xalq rəvayətləri”



adlı kitabının elmi-nəzəri təhlili
Görkəmli folklorşünas alim, mahir pedaqoq, mə­su­liy­yətli tədqiqatçı, filologiya elmləri dok­to­ru, professor Sədnik Paşa Pirsultanlı “Azər­baycan türklərinin xalq əfsanə­ləri” adlı tədqiqat əsərinin davamı olan “Azər­bay­can türklərinin xalq rəvayətləri” adlı folklor toplusunu 2011-ci ildə Bakıda nəşr etdirib oxucuların mütaliəsinə ərməğan vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı Azərbaycan xalqının zəngin tarixini, etnoqrafiyasını, coğ­rafiyasını, təbiətin gözəlliklərini, vətənin maddi sərvət­lə­rini, qədim tarixə malik olan folklorunu, çaylar, göllər, sərin çeşmələr, başı qarlı uca dağlar və yaylaqlar, tarixi abidələr, qəhrəman­ların şərəfli adları ilə bağlı qalalar, mağaralar, bağçalar və bağlar, ümumiyyətlə, tarixə şahidlik edən abi­də­lər haqqında səmərəli axtarışlar aparmış, elmi-nəzəri ümumiləşdirmələrlə yekun­laş­dır­mış, tarixilik, elmilik, müasirlik, müqayi­səlilik, sadəlik, ardıcıllıq, pedaqoji-metodik prin­siplər əsasında təhlil etmişdir.

Folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlının “Azərbaycan türklərinin xalq rəva­yətləri” adlı folklor toplusu zəngin elmi-nəzəri və çox məsuliyyətli axtarışların nəti­cəsi, rəva­yətlərin mənbəyi, misilsiz xəzinə­sidir.

Məhz buna görə də bu möhtəşəm abidədən tarixçilər, ədəbiy­yat­şü­naslar, folklorşünaslar, dil­şünaslar, coğrafiyaşünaslar, etnoqraflar, ziyalılar, publi­sist­lər, pedaqoqlar, dissertantlar, aspirantlar, tələbələr və ümumiyyətlə, kütləvi oxucular səmə­rəli istifadə edib biliklərini, dünyagörüşlərini, nitqlərini, mənəvi aləmlərini, parlaq zəkalarını zənginləşdirə bilərlər.

Ümummilli liderimiz Heydər Əliyev demiş­dir:

“Çox böyük, dahiyanə abidələrimiz, tarixi əsərlərimiz, tarixi irsimiz var, onlardan istifadə etməliyik ki, xalqımız bundan sonra bunların ruhu ilə ya­şa­sın, bu dastanlardan, bu əsərlərdən irəliyə gələn milli-mənəvi dəyərlərlə yaşasın”.

Folklorşünas alim Sədnik Paşa Pirsultanlı bu müqəddəs ideyanı rəhbər tutmuş, ulu öndərimiz Heydər Əliyevin zəngin və müqəddəs Azərbay­can­çılıq ideyasından bəhrələnmiş, onun qarşıya qoyduğu şərəfli problemlərin həyata keçiril­məsinə səmərəli xidmət etmək üçün bu folklor salnaməsini yazmışdır.

Məlumdur ki, əsatir çoxallahlıq dövrünün totemlərini yadigar kimi yaşadır. Əsatirin əsası, təsəvvür və fantaziyadır. Ona görə ki, əsatir və əfsanə qətiyyən fantaziyasız ola bilməz.

Sirli-sehrli toponimlərlə bağlı olan rəvayətlər tarixi əhvalatlarla əlaqədardır, həm də elmin köməyi ilə şərh olunur, fantaziya ilə aşkarlanır.

Azərbaycan əsatir, əfsanə və rəvayətlərinin toplanmasında, araşdırıl­ma­sın­da, təhlil olunma­sında və nəşr edilməsində Sədnik müəllimin şərəfli əmə­yi vardır.

Professor Sədnik Paşa Pirsultanlı “Yaşayan əfsanələr” (1973), “Yurdu­mu­zun əfsanələri” (1976), “Yanardağ əfsanələri” (1978), “Azər­baycan xalq əfsanələri” (1985) adlı elmi-tədqiqat monoqrafiyalarını yazıb nəşr etdirmiş, orta və ali məktəblərə dərs vəsaiti kimi hədiyyə vermiş, parlaq uğurlar qazanmışdır.

Professor Sədnik Paşa Pirsultanlı çox məsu­liyyətli işləmiş, pedaqoji fəaliyyəti ilə kifayət­lənməmiş, 2009-cu ildə “Azərbaycan türklərinin xalq əfsanələri”, 2010-cu ildə isə Anadolu türk­cə­si ilə “Azərbaycan Türklerinin Halk Efsa­neleri” kitablarını Bakıda nəşr etdirmişdir.

Dövrü mətbuat bu kitabları haqlı olaraq yüksək qiymətləndirmiş və faydalı dərs vəsaiti adlandırmış, onun geniş yayılmasını göstər­miş­dir.

Professor Sədnik Paşa Pirsultanlı görkəmli və çox məsuliyyətli folkor­şünas alim və tədqiqatçı olduğuna görə, əsatir və əfsanələri toplamaqla kifayətlənməmiş, rəvayətləri də toplayıb çap etdirməyə çalışmışdır.

Şifahi xalq ədəbiyyatının bir nümunəsi olan rəvayətlər tarixi hadisələrin məzmununu ifadə edən, xalqın arzu və istəklərini, xatirə və yaddaşlarını real təsvir edən bədii əsərdir. Bu əsərlərdə xalqın fantastik yaradıcılığı çox təsirli ifadəsini tapır.

Azərbaycan şifahi xalq ədəbiyyatında rəva­yətlər təlim-tərbiyəvi və bədii-estetik mahiyyətli qısa, ancaq məzmunlu və ideyalı bədii əsərlərdir.

Daşlar, qayalar, yaylaqlar, bulaqlar, göllər və s. haqqında rəvayətlər bə­dii əhvalatlar, maraqlı epizodlarla zəngin olduğuna görə oxucuların mənəvi aləmini zənginləşdirir, onlara əxlaqi keyfiyyətlər aşılayır, gözəl, tərbiyəvi təsir bağış­layır.

“Koroğlu qayası”, “Qızıl qaya”, “Laçın qaya­sı”, “Gəlin qayası”, “Pirsultan dağı”, “Keyti və Mehdi dağları”, “Dəli dağ”, “Şah dağı”, “Pirsul­tan ana”, “Kəndin qayaları” kimi rəvayətlər tarixi hadisələri, insanların qədim dünya haqqında müxtəlif və maraqlı, həm də tərbiyəvi mahiyyətli görüşlərini aydın təsvir edir, oxucunun mənəvi aləmini zənginləşdirir, ona yeni duyğular aşı­layır.

Professor Sədnik Paşa Pirsultanlının topladığı və tərtib etdiyi “Bulaqlar haqqında rəvayətlər” bölməsində “Pəri bulağı”, “Nigar bulağı”, “Dam­cı bulaq”, “Tavad bulağı”, “Maral bulağı”, “Mərcan bulağı”, “Pəri çeşməsi”, “Qız bənövşə”, “Şahbulaq”, “Kərəm bulağı”, “Qoca ovçu”, “Ələs­gər su içən bulaq” adlı maraqlı rəvayətlər vardır.

Kitabdakı rəvayətlər dərin və mənalı məz­muna, tərbiyəvi və əxlaqi mahiyyətə malikdir. Müəllif topladığı rəvayətlərin üzərində çox məsuliyyətli işləmiş, rəvayətləri sözün həqiqi mənasında maraqlı bədii əsər şəklinə salmış, hadisələrin bədii və tərbiyəvi mahiyyətinə xüsusi diqqət yetirmişdir.

“Pəri bulağı” adlı rəvayət bulaq, çay və dəniz rəvayətlərinin içərisində məzmun və ideyası ilə seçilir, yüksək sənət nümunəsi kimi tərbiyəvi mahiy­yət daşıyır.

Dünyanın cənnət guşələrindən biri olan, qədim və zəngin tarixi ilə insanların qəlbini pərvazlandıran Azərbaycanın bərəkətli torpağı, başı qarlı uca dağlarının şəfalı otları, çiçəkləri, sərin bulaqları “Pəri bulağı” rəvayətində çox təsirli cilalanmışdır.

Rəvayətdə göstərilir ki, sağalmaz xəstəliyə tutulan Pəri dərdinə dərman tapmaq, sağalmaq üçün Azərbaycanın insanın qəlbini təlatümə gətirib pərvazlandıran yaylaqlarına qaçır. Dağ­ların müqəddəs və şəfalı nemətləri olan bitki­lərdən yığıb yeyir, sərin sulardan içir, təmiz havadan qəbul edib sağalır.

Pəriyə şəfa verən, onu sağaldan bulaq elin-obanın dilinin əzbəri olur, “Pəri bulağı” adlanır, aşıqların sazında və sözündə tərənnüm edilir, Azərbaycanın sərin bulaqlarının insanlara şəfa verdiyi, onların ömrünü uzatdığı cilalanır.

Nurani, ixtiyar bir qoca kişi Pərini görür, onun sağalmasına sevinir və iftixarla Pəriyə deyir ki, əziz qızım, mən bu şəfalı bulağı illər boyu axtar­mı­şam, ancaq tapa bilməmişəm. Bu şəfalı bulağı məndən əvvəl sənin tapmağın və adınla bulağın adını möhürləyib “Pəri bulağı” adlan­dırmağın sənin xoşbəxtliyindir, əbədi yaşamaq uğuru qazanmağındır. İllər keçəcək, “Pəri bula­ğı” yaşayacaq, sənin fəxrin olacaq, səni də əbədi yaşadacaqdır.

Professor Sədnik Paşa Pirsultanlı çox məsu­liyyətli və şərəfli fəaliyyəti ilə ciddi axtarışlar aparmış, Azərbaycanın cənnət guşələrini gəzmiş, elin-obanın ağbirçək anaları, nənələri və ağsaq­qal ataları, babaları ilə səmimi görüşmüş, onlar­dan xəlifələr, hökmdarlar və şahlar haqqında olan rəvayət­lərdən toplamış, səliqəli bədii əsər şəklində işləmiş, “Nadir şah və digərləri ilə bağlı rəvayətlər” adı ilə on beş rəvayət oxucuların mütaliəsinə vermişdir.

“Koroğlu qayası” və “Koroğlu qalası” adlı rəvayətlərdə həyat həqiqətləri real təsvir olunur. Koroğlu qayası Tovuz rayonunun Kirən kən­dində yerləşir. Daşın üzərində Koroğlunun şəkli, qayanın ortasında böyük bir otaq vardır.

Daşdan hörülmüş bu qayanın yuxarı hissə­sində Qalaboyun kəndi yer­ləşir.

Bu tarixi abidə insana çox maraqlı hadisələri, xüsusilə Koroğlunun qəhrəmanlıq fəaliyyətini xatırladır, xalqımızın qələbə eşqi ilə yaşamasını vurğulayır.

“Koroğlu qalası” rəvayəti maraqlı tarixi hadi­sələrin bədii ifadəsini verir. Şəmkir çayının yu­xarı hissəsindəki Qala dərəsində Koroğlu qalası yerləşir.

Rəvayətdə göstərilir ki, bu qalada Koroğlu Qırat və Dürat adlı iki atını saxlayırmış. Atların qabağına su novu çəkdiribmiş. Ancaq bu nova gələn suların mənbəyi indi də məlum deyildir, yəni bu sular hardan gəlirsə bilinmir.

Bir gün Koroğlu atların yanına gələndə görür ki, Qıratın ortasından zəncirl­ə yuxarı dartırlar. Koroğlu atına kömək edib onu yuxarı qaldırır və atı oğurlayandan soruşur ki, sən Koroğludan qorxmursanmı, onun atını oğurlayırsan?

Bu rəvayət Koroğlunun yüksək səviyyədə duran müdrik insan olduğunu, hadisələrə çox ehtiyatla yanaşdığını, insanlara, hətta atının oğrusuna da qayğı göstərməsini, onu düz və halal yola dəvət etməsini çox aydın göstərir.

Koroğlunun haqqındakı hər iki rəvayət gələ­cəyin səmərəli qurucuları olan gənc nəslə, bütün kütləvi oxuculara çox yüksək əxlaqi keyfiyyətlər aşı­layır,

Onları humanist, vətənpərvər və əməksevər olmağa çağırır.

Mahir folklorşünas alim Sədnik müəllim “Dağ­lar haqqında rəvayətlər” böl­məsində “Pir­sul­tan dağı” adlı maraqlı bir rəvayət verir. Rəvayətdə göstərilir ki, Pirsultan ananın iki oğlu olmuş, Kürün üstünə kölgə salmaq üstündə qardaşlar dalaşmış, bir-birini vurmuşdur.

Pirsultan ananın “başı zirvədən yastılanıb, kuhi-pəz olan kiçik oğlunun adına Kəpəz, dərd­dən bir gecədə başı ağarmış böyük oğlunun adına Qoşqar deyildiyinin şahidi olur.

Sədnik müəllim tarixi hadisələri bədii dillə çox məzmunlu cilalayır, bir rəvayətlə Kəpəz və Qoşqar dağlarının etimologiyası haqqında ma­raq­lı məlumat verir, bu dağların adlarının yaranması tarixini rəvayətlə bağlayır və oxu­cu­larını razı salır.

İstedadlı folklorşünas alim, mahir pedaqoq Sədnik Paşa Pirsultanlı “Azər­baycan türklərinin xalq rəvayətləri” adlı folklor toplusuna “Əsatir, əfsanə və rəvayətlər haqqında düşün­cə­lə­rim” adlı məz­mun­lu ön söz yazmış, əsatir, əfsanə və rəvayətlərin əhəmiy­yətini qısa şərh etmişdir.

“Azərbaycan türklərinin xalq rəvayətləri” kitabının əsasını, necə deyərlər, can özəyini toponimik rəvayətlər təşkil edir. Ümumiyyətlə, “Abbasbəyli”, “Oxcuoğlu”, “Türk qızı Becan”, “Həzrət baba”, “Haça qaya”, “Sultanbud”, “Eşq Ab­dal” rəvayətlərinin toponimik şərhi oxucuya gözəl təsir edir, onun marağını qüvvətləndirir, onda yeni duyğular əmələ gətirir.

“Ovçu Pirim və Xan Kəlbi”, “Ovçu Pirimin sərgüzəştləri”, “Apardı sellər Saranı”, “Yəhya bəy Dilqəm haqqında”, “Şah Abbas məscidi”, “Əhməd baba ocağı”, “Narlı Pir” rəvayətləri kitabda xüsusi yer tutur.

Bu rəvayətlərdəki hadisələrin məzmunu və ideyası sehrli-sirli hadisə­lərin şərhini verir, həm də rəvayətlərin tarixə şahidlik etdiyini aşkarlayır.

Buna görə də həmin rəvayətlərdəki bədiyyat və fantaziyalar oxucuya gözəl tərbiyəvi və estetik təsir bağışlayır, oxucu bu gözəl sənət incilərini müntəzəm mütaliə etmək istəyir.

Kitabdakı rəvayətlər Azərbaycanın cənnət guşələrindəki namuslu, zəngin mənəviyyatlı, qoçaq və qeyrətli oğul və qızların, aqil babaların və namuslu nənələrin fəaliyyətini göstərir, oxucuya Azərbaycan xalqının qəhrəman, igid, zəngin və parlaq hafizəli, bədii cəhətdən mü­kəm­məl, bilikli, müdrik xalq olduğunu təsdiqləyir.

Azərbaycan xalqının “şair xalq”, “alim xalq”, “igid xalq”, “mübariz xalq” oldu­­ğunun “İlan və bağban”, “Haqq ağacı”, “Qurd Zöhrə”, “Qız və ilan” rəva­yətləri poetik dillə maraqlı şərhini verir və oxucuya gözəl təsir bağışlayır, folklorşünas alimə parlaq uğurlar qazandırır.

Ulu öndərimiz Heydər Əliyev demişdir:

“Dağlıq Qarabağ Azərbaycan torpağıdır”.

Azərbaycan torpağı olan Dağlıq Qarabağ cənnət diyarıdır, qəhrəmanlar, şəhidlər, igidlər yetişdirən, dünya şöhrəti qazanan və dillər əzbəri olan müqəddəs guşədir.

Dağlıq Qarabağ haqqında Azərbaycan şifahi xalq ədəbiyyatında zəngin sənət inciləri yara­dılmış, Qarabağa və bu mahalın əhalisinə dərin məhəb­bət tərənnüm edilmişdir. Ona görə ki, müqəddəs mahal qəhrəmanlar və sənətkarlar vətənidir.

“Aldədə və Bəxtiyar dağı” rəvayətində Aldə­dənin fəaliyyəti göstərilir. Aldədə oğluna deyir ki, mənim ilxımdan Qəmərnişan atı tutarsan, cənazəmi onun belinə sarıyarsan. “Vətən haranı məsləhət bilsə, sevimli atım orada dayanacaqdır, məni həmin yerdə dəfn edərsən”.

Qəmərnişan Kür çayını keçir. Bir dağ dilə gəlib deyir:

“Vətənini göz bəbəyi kimi qoruyan Aldədənin yeri mənim qoynumdur. Mən onu qoynuma aldığıma görə özümü bəxtiyar sayıram”.

Aldədəni dağın zirvəsində dəfn edirlər. Dağa Bəxtiyar dağı deyirlər. Bu rəvayətdə Vətənə və xalqa şərəfli xidmət edən vətənpərvər, əməksevər və qayğıkeş insanların əbədiyaşar olduqları göstərilir.

“Aldədənin şümşad əsası” rəvayətində Bağ­dad xəlifəsi ifşa olunur. “Aldədə əlindəki şümşad əsasını daşa vurur, əsa dönüb bir qızıl ilan olur, qoşuna aman vermir”. Buna görə də ərəblər Bağdada qaçırlar.

Bu rəvayətdə vətənə və xalqa məhəbbət bəsləyən, onun keşiyində duran müdrik insan­ların parlaq uğurlar qazandığı və xalqın qəlbində əbədi yaşayacaqları göstərilir. Ona görə ki, bu müqəddəs vətənin övladları əmək­sevər və humanist insanlardır.

“Şah Abbas məscidi” rəvayətində Şah Ab­basın başqa bir şahın qızını almaq istəməsindən bəhs edilir. Qızın atasının göstərişi ilə Şah Abbas bir saray tikdirir. Qızı alır. Qız gecə saraydan qaçır. Şah Abbas qızın atasını öldürür. O vaxtdan həmin saraya Şah Abbas Sarayı deyilir.

Bu rəvayətdə sevgisinə, məhəbbətinə sadiq olmayanlar ifşa edilir. Qızın atası da fırıldaqçı olduğuna görə hamının nifrətini qazanır və məhv olur.

Professor Sədnik Paşa Pirsultanlı “Azər­bay­can türklərinin xalq rəvayət­ləri” kitabında hadisələrin düzgün şərhini verir və yazır: “Əsərdə Aldədə, Dədə Günəş və Günəş Ata haqqında silsilə rəvayətlər vardır. Fər­had, Dədə Qorqud, Nuh, Adəm Ata, Xızır bunlar türkdilli xalqlarda müştərək obrazlardır. Lakin yurdu-muzun şərq bölgəsində Aldədə adlanan bir obraz, yalnız və yalnız Azərbaycan türklərinə məxsus obrazdır.

Bir sözlə, milli zəminə, coğrafi əraziyə bağlı olan bu obraz yurdumuzda çinar kimi ucalmış, torpağımızın hər bir guşəsinə kök atmış, kökü üstündə pöhrələr yaratmışdır. Sanki, o çinar deyil, yurda keşik çəkən nurani bir qocadır.

Biz bunun həqiqi təsdiqini “Aldədə” və “Bəxtiyar dağı” rəvayətlərində daha dərindən duyur və hiss edirik. Bizə görə “Bəxtiyar dağı” odlar yurdu Azərbaycanın rəmzidir. Aldədə isə onun sahibidir, hamisidir”.

Aldədə Tovuz bölgəsinin Ağdam kəndinin yaxınlığındakı qəbristanlıqda dəfn edilmişdir. Aldədənin qadını “aybəniz” mənasını verən Mahpeykərdir.

Koroğlu haqqında mahir pedaqoq və istedadlı folklorşünas, filologiya elmləri doktoru, pro­fessor Sədnik Paşa Pirsultanlı tarixi hadisələri və şifahi xalq yaradıcılığını, klassik ədəbiyyatı və arxiv materiallarını səmərəli axtarmış, tədqiq etmiş və Koroğlunun xalq qəhrəmanı olduğunu təsdiqləyib yazmışdır:

“Azərbaycan türklərinin Koroğlusu əsatir, əfsanə, nağıl və rəvayət mərhələlərindən keçmiş, milli zəmində boy atmış, formalaşmış, yaranmış milli qəhrəmandır”.

Xalq yazıçısı Mehdi Hüseyn qeyd edir ki, Koroğlu dünyanın harasında görünür-görünsün onun başlanğıcı Azərbaycan torpağındadır. “Azər­­baycan Koroğlusu” adlı monimental, əzə­mətli bir əsərin yazılıb ortaya qoyulması üçün zəngin material vardır.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının “Azərbaycan türklərinin xalq rəvayətləri” folklor toplusunda Azərbaycan xalqının yaratdığı sənət inciləri toplanmış, təhlil edilmiş və yekunlaşdırılmışdır.

Maraqlıdır ki, müəllif həqiqətin əsasını vurğulayır və göstərir ki, bu topluda xalq incilərini təhlil və tədqiq etmək imkan xaricindədir. Ona görə ki, xalqın yaratdığı sənət inciləri çox zəngin və misilsiz bir xəzinədir. Bu xəzinə haqqında mütləq faydalı axtarışlar aparılacaq və təd­qiqat əsərləri yazılacaqdır.

Folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlının “Azərbaycan türklərinin xalq rəva­yətləri” adlı folklor toplusu bundan sonra yazı­lacaq əsərlərin mənbəyidir, zəngin və misilsiz elm xəzinəsidir.

Buna görə də bu toplu dövrü mət­buatda yüksək qiymətləndirilir, xalqın təlim-tərbiyəvi, bədii-estetik və yüksək əxlaqi keyfiy­yətlərini təmin edir, xalqa gözəl təsir bağışlayır, orta və ali məktəblərdə dərslityə olan tələbi ödəyir. Görkəmli folklorşünas, professor Sədnik Paşa Pirsultanlının “Azərbay­can türklərinin xalq rəva­yətləri” adlı folklor toplusu rəvayətlər aşağı­dakı sərlövhələr (mövzular) əsasında qrup­laşdırılmışdır:

“Dünyanın yaranması və müqəddəslər haq­qında rəvayətlər”, “Daşlar haqqında rəvayətlər”, “Qayalar haqqında rəvayətlər”, “Yaylaqlar haq­qın­da rəvayətlər”, “Dağlar haqqında rəvayətlər”, “Bulaqlar haqqında rəvayətlər”, “Göl­lər haqq­ında rəvayətlər”, “Çaylar haqqında rəvayətlər”, “Körpülər haqqında rəvayətlər”, “Quşlar haq­qında rəvayətlər”, “Heyvanlar və qeyri-bəşəri mövzular haqqında rəvayətlər”, Ağaclar və güllər haqqında rəvayətlər”, “Toponimik rəvayətlər”, “Nadir şah və digərləri ilə bağlı rəvayətlər”, “Aşıq ədəbiyyatı rəvayətləri”, “Nağılvari rəva­yətlər”, “Astronomik rəvayətlər”, “Müxtəlif mövzulu rəvayətlər”.

Professor Sədnik Paşa Pirsultanlı çox haqlı olaraq yazmışdır: “Əsa­tir­lərin, əfsanələrin və rəvayətlərin toplanması, nəşri və araşdırılması bir folklorşünas kimi mənim taleyimə yazılmışdır”.

Tarixi həqiqətdir ki, 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olmuş Sədnik Paşa Pirsultanlı 1955-ci ildə, yəni iyirmi altı yaşında “Xalq ədəbiyyatı nümunələri nə vaxt nəşr ediləcəkdir?” adlı məqaləsini yazmış və taleyini folklorla bağlamışdır.

Professor Sədnik Paşa Pirsultanlı əlli ildən artıqdır ki, canlı folklorla səmərəli məşğul olur. Onun uzun illər ərzində topladığı, tədqiq etdiyi əfsanə və epik janrlarla məşğul olması gözəl nəticə vermiş, əfsanəşünaslıq görüşlərini inkişaf etdirmiş, məşhur folklorşünas olduğunu təsdiq­ləmiş və ona parlaq uğurlar qazandırmışdır.

Professor Sədnik Paşa Pirsultanlıya Azər­baycan şifahi xalq yaradıcılığı, xüsusilə, folk­lorşünaslıq gözəl təsir etmiş, onun alovlu qəlbini pərvaz­lan­dırmış, ona yaşamaq, yaratmaq, vətənə və xalqa şərəfli xidmət etmək eşqi vermişdir.

Görkəmli folklorşünas alim Sədnik müəllim əfsanə, əsatir və rəvayətlər haqqında elmi-nəzəri problemləri özünəməxsus dahiyanə tarixilik, elmilik və pedaqoji-metodik prinsiplər əsasında çox sadə və aydın dildə şərh etmişdir.

Professor Sədnik Paşa Pirsultanlı əfsanənin həyati məzmunu, ideya mahiyyəti, xəlqiliyi, bədii quruluşu, əsatirlə əlaqəsi, tarixən dəyişməsi və həqiqətlə əlaqəsi məsələsini ətraflı təhlil edib ümumiləşdirmişdir.

Məlumdur ki, əfsanə məzmunu reallıqdan alır, bu da məzmunu dərinləş­dirir və təsir qüv­və­sinə təkan verir. Müəllif əfsanənin xüsusiy­yətlərini elmi mənbələr əsasında şərh edir, onun məzmun və ideyasını, xüsusilə təlim-tərbiyəvi və bədii estetik mahiyyətini ətraflı şərh edir.

Azərbaycan folklorşünaslıq elminin görkəmli nümayəndəsi, mahir tədqiqatçısı, professor Səd­nik Paşa Pirsultanlının folklorşünaslıq görüşləri çox zəngin və bəşəri əhəmiyyətlidir.

Tədqiqatçı alim, professor Sədnik Paşa Pirsul­tanlı folklorşünaslığı orijinal araşdırır, real­laşdırır, qruplaşdırır və tarixlə əlaqələndirib ya­zır:

“Azərbaycan folklorunun müstəqil janr­la­rından sayılan əfsanə və rəvayətlər özünəməxsus yaranma, formalaşma və yayılma mərhələləri keçmişdir.

Bu janrlar ideya-məzmun tutumuna görə yüzilliklərə yoldaşlıq etmiş, cəmiyyətdə baş ve­rən ictimai-siyasi hadisələrə biganə qalm­a­mışdır”.

Deməli, mifoloji-tarixi gerçəkliyə malik olan əfsanə və rəvayətlər epik növ ilə təkmilləşmə prosesində olmuş, maraqlı təkamül yolu keçmiş, milli epik düşüncənin əsasını təşkil etmişdir.

Folklorşünaslıq və ədəbiyyatşünaslıq dərslik­lərindən məlumdur ki, əfsa­nə və rəvayətlər ozan-aşıq sənətindən gələn epos-dastan yaradıcılığının mənbəyidir.

Azərbaycanda epos-dastan yaradıcılığı forma­laş­masında əfsanə və rəvayətlərdən bəhrələn­mişdir. Buna görə də həmin əsərlərin ideya və məzmunu bir-biri ilə vəhdətdədir, tərbiyəvi mahiyyətlidir, dərin məzmunlu və parlaq ideya­lıdır.

Epos və dastanlar bir mənalı əsərıərdir. Əfsanə və rəvayətlər epos yaradıcılığının tərkib hissəsidir. Dastanlar, nağıllar, əfsanə və rəvayət-lər epik janrın tərkibinə daxildir. Ona görə ki, epos mətn səviyyəsində dastan, nağıl, əfsanə, əsatir, rəvayət və s. epik janrlardan təşkil olunur.

Mahir folklorşünas Sədnik müəllim çox düzgün göstərir ki, əfsanə və rəvayətlər dastan­ların poetik quruluşuna daxil olur. Kollektiv yaradıcılıq məhsulu olan əfsanə və rəvayətlər şifahi xalq yaradıcılığının müstəqil və ən qədim janrlarıdır, tərbiyəvi mahiyyətlidir, oxucuya bədii-estetik zövq və yüksək əxlaqi keyfiyyətlər aşılayır.

İstedadlı folkorşünas, professor Sədnik Paşa səmərəli axtarışlarına və faydalı tədqiqatlarına əsaslanaraq elmi-nəzəri fikrini düzgün şərh edərək yazır:

“Əfsanə, əsatir və rəvayətlər arasında yaxınlıq tipoloji yox, genetik xarakterdədir. Rəvayət daha çox real həyat həqiqətlərinin təhkiyə forma­sın­dakı bədii ifadəsidir. Rəvayətdə olmuş, baş vermiş həyat hadisələri yığcam şəkildə inkişaf edib bədii ifadəsini real tapır.

Lakin əhvalatlar inkişaf etdikcə təhkiyənin də keçid mərhələləri dəyişir. Bu zaman o törəndiyi yerdən özgə bir yerə, əraziyə keçir, nəyisə itirir və ya nə isə yeni bir əhvalat, hadisə ona əlavə olunur.

Bütün bunlarla yanaşı, rəvayətlərdəki reallıq daha çox tarixi şəxsiyyət­lərin həyatı və hünərləri ilə bağlı olduğu üçün bu və ya digər tərzdə özünə­məxsusluğu qoruyub saxlayır”.

Mahir pedaqoq, professor Sədnik Paşa Pirsultanlının bu müdrik kəlamı çoxillik elmi araşdırmalarının nəticəsidir. Aydındır ki, bu janr­ların poetik mahiyyətini ətraflı təhlil etmək və gənc nəslə mənimsətmək müasir dövrün pedaqoji fikrin qarşısında qoyduğu zəruri problemlərdən biridir. Ona görə ki, bu janrları birləşdirən əsas meyar onların quruluşu, məzmun və ideyasıdır.

Əfsanə, əsatir və rəvayətlər vahid epos sisteminə aiddir, vahid epos sisteminin müxtəlif səviyyələrini təşkil edir. Rəvayət janrı tarixi şəxsiyyətlərlə daha çox əlaqədardır.

Əfsanələr mahiyyət etibarilə əsatirlə çox yaxındır. Əsatirlər insanların təbiət və həyat hadi­sələrinə baxışını xəyali şəkildə əks etdirən hekayələrdir. Əsatir və əfsanələrin əsasını möcü­zəli hadisələr təşkil edir.

Əfsanələr janr səviyyəsi cəhətdən əsatirlərin və rəvayətlərin arasında yerləşir. Azərbaycan folk­lorşünaslığında, şifahi xalq ədəbiyyatında əfsanə, əsatir və rəvayətlərin öz yeri, dərin məz­munu, əxlaqi mahiyyəti və tərbiyəvi təsiri vardır.

Sədnik müəllim tədqiqat əsərlərində göstərir ki, Azərbaycan əfsanə və rəvayətləri bəşəri-hümanist mahiyyət daşıyır, insanpərvərlik, əmək­sevərlik ideyalarına sadiqdir, milli Azərbaycan mədəniyyətinin və dünya mədəniyyətinin faydalı inciləridir.

Azərbaycan eposu əfsanə və rəvayətlərlə bağlıdır. Dastanların poetik quruluşu əfsanə və rəvayətlərin quruluşu ilə əlaqəlidir. Dastan ən iri və çox faydalı epik janrdır. Dastan dərin məzmu­na, tərbiyəvi mahiyyətə malikdir.

Professor Sədnik Paşa Pirsultanlı 1976-cı ildə “Nizami və folklor”, 1983-cü ildə “Nizami və xalq əfsanələri” adlı tədqiqat monoqrafiyalarını çap etdirib oxucuların mütaliəsinə vermişdir. Bu monoqrafiyaları dövrü mətbuat yüksək qiymət­ləndirmişdir.

Professor Sədnik müəllim bu monoqrafiyaları arxiv materialları, tarixi mənbələr, dahi Nizami Gəncəvinin “Xəmsə”si, dərsliklər, tədqiqat mo­noq­ra­fiyaları, şifahi xalq ədəbiyyatı, ozan-aşıq yaradıcılığı materialları, rəsmi döv­lət sənədləri əsasında yazmışdır.

Həmin monoqrafiyalarda Nizami Gəncəvinin Azərbaycan əsatir, əfsanə və rəvayətlərindən səmərəli faydalandığı, poemalarında Azərbaycan folklo­rundan, xalqın ictimai fikir tarixinin salnaməsi olan əfsanə, əsatir və rəva­yətlərdən səmərəli istifadə etdiyi mənbələr əsasında şərh olunur. Bu da oxucuya çox gözəl tərbiyəvi və estetik təsir bağışlayır.

“Nizami və xalq əfsanələri” haqqında faydalı tədqiqat əsəri yazan Sədnik müəllim Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirir və yazır:

“Əfsanə, rəvayət və yazılı ədəbiyyat əlaqə­lərinin öyrənilməsinə Nizami yaradıcılığı daha zəngin material verir. Azərbaycanda Nizaminin həyat və yaradıcılığı ilə bağlı yer adları, kəndlər, qalalar, arxlar və bunlarla bağlı çoxlu əfsanə və rəvayətlər indi də mövcuddur. Bunlar Nizami Gəncəvinin yaradıcılıq yolunun bir çox cəhət­lərini aydınlaşdırmaq işində əhəmiyyətli rol oynayır”

Folklorşünas, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsul­tan­lının folklor­şünaslıq görüşləri çox zəngin və rəngarəngdir. Onun folklor­şü­nas­lıq görüşlərinin zən­­gin­ləş­məsində “Azərbaycan türklərinin xalq əfsanələri” (2009) adlı dərslik mahiyyəti daşıyan, Azər­bay­can Milli Elmlər Akademiyası Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, professor Seyfəd-din Rzasoyun yüksək qiymət­ləndirdiyi bu mo­noq­rafiya əsas örnək olmuşdur.

Folklorşünas alim, professor Sədnik müəllim bu monoqrafiyasında göstərir ki, Azərbaycan türklərinin əsatir və əfsanələri çox zəngin, qərinələr, əsrlər boyunca uzun bir tarixə ma­likdir. Əfsanə əsatirdən məzmunu və ideya mahiyyəti ilə fərqlənir.

Tarixdən məlumdur ki, Azərbaycan türk­lərinin əfsanələrinin öyrənilməsi bizim eradan əvvəl Heradotla başlanır. Heradot ilk dəfə “Astiaq” və “Tomris” əfsanələrini toplamışdır. Bunlar tarixi qəhrəmanlıq əfsanələridir.

Yaxın və Orta Şərq folklorunda əfsanələr və rəvayətlər yüksək qiymət­ləndirilmiş və topla­nıl­mışdır. Sədnik müəllim bu səmərəli işin Azər­bay­can­da mütləq başlanılmasını və şərəfli şə­kil­də həyata keçirilməsini rəsmi sənədlər əsasında göstərmiş, həm də şəxsən özü bu məsuliyyətli işdə fədakar fəaliyyətini əsirgə­məmiş və indi də əsirgəmir.

Folklorşünas, professor Sədnik müəllim prob­lemin şərhi və əhəmiyyəti haqqında dövrün tələblərini çox real vurğulayır və yazır:

“Tarixi rəvayətlərlə yanaşı, yerli toponimlərə bağlı rəvayətlər dil tarixini, ayrı-ayrı sözlərin lüğəvi mənasını öyrənməkdə toponimik rəva­yətlər böyük əhəmiyyətə malikdir. Rəvayətlər gələcəkdə xüsusi tədqiqat mövzusuna çevril­məlidir.

Rəvayətlərin məziyyəti ondadır ki, tarixi şəxsiyyətlər haqqında xalqın qənaətlərini bədii şəkildə özündə ifadə edir. Əsatirlərin, əfsanələrin və rəvayətlərin toplanması, nəşri və araşdırılması bir folklorşünas kimi mənim taleyimə yazıl­mışdır”.

Xoşbəxtlikdən Sədnik müəllim bu çox məsu­liyyətli və çətin işin icrasına başlamış, “Yaşayan əfsanələr” (1973), “Yurdumuzun əfsanələri” (1976), “Yanardağ əfsanələri” (1978), “Azər­baycan xalq əfsanələri” (1985), “Azərbaycan xalq söyləmələri” (1992), “Xalqın söz mirvariləri” (1999), “Eldən-obadan eşitdiklərim” (2006), “Azərbaycan türklərinin xalq əfsanələri” (2009), “Azərbaycan türklərinin xalq rəvayətləri” (2011) adlı kitablarını nəşr etdirmişdir.

Əməkdar mədəniyyət və qabaqcıl təhsil işçisi, professor Sədnik müəl­li­min “Azərbaycan türk­lə­rinin xalq rəvayətləri” kitabındakı “Dünyanın yaran­ması və müqəddəslər haqqında rəva­yət­lər”dən bir neçə rəvayətlərin şərhini vermək çox faydalı və əhəmiyyətlidir.

“Musa və ozan” rəvayətində deyilir ki, Allahla Musa peyğəmbərin ara­sın­da olan kəla­m­ları bir ozanın oxuduğunu eşidən Musa pey-ğəmbər müqəddəs Tanrıya deyir: “Ozan bizim söhbəti nəzmə çəkmişdir”. Allah-təala deyir:

“- Musa, bil və agah ol. Sənin məndən, mənim də Ozandan gizli sirrimiz yoxdur”.

“Allah və Musa” rəvayətində Allahın bu mü­qəddəs kəlamı verilir: “Peyğəmbər Allahın vəhy­lərini düzgün yerinə yetirməli, varlını varlıdan, toxu acdan üstün tutmamalıdır”. Musa bu müqəddəs kəlama əməl etmədiyinə görə Allah-təala onun qonağı olmur.

“Allahı tanıyanı od yandırmaz” rəvayətində Allahı tanıyan İbrahimxəlil ilə Saranı od yan­dırmır. Onların hər ikisini tonqala atırlar. Ancaq İbrahimxəlil düşən yerdə yaşıl çəmənlik yaranır, Saranın ayağı dəyən yerdən bulaq qay­na­yır. Onları tonqala atan Firon möcüzəyə heyran qalır və etdiyi riyakar, yaramaz əməl­lərdən utanıb peşiman olur.

“Davud peyğəmbər” rəvayəti zəngin tərbiyəvi mahiyyətlidir. Davud peyğəmbərlə Əminəxatuna Allah-təala on iki oğul verir. Səkkiz hörüklü Əminə xanım xeyirxah insan idi. Dərya kəna­rın­dakı güllü-çiçəkli evlərində xoşbəxt yaşayırdılar.

Bir gün Şeytan Davud peyğəmbərlə Allahın arasına girir və deyir: “Ey Allah, məni də sən ya­ratmısan, amma mənə heç nə verməmisən. Dün­yada yaxşı nə varsa hamısını Davud pey­ğəmbərə vermisən. On iki oğlu, gözəl ailəsi, yarı, qoyun sürüsü, at ilxısı, dəvə karvanı, nə lazım­dırsa hər şeyi var. Ona görə o sənə şükür edir. Onun oğlanlarını əlindən al, gör sənə şükür edir­mi?”

Allah-təala Davud peyğəmbərin oğlanlarını əlindən alır. Amma peyğəmbər Allahdan dön­mür, həmişə “Şükür Allaha” deyir. Şeytan Allaha deyir ki; “Onun evi və arvadı var”. Külək onun evini uçurur. Əminəxatun saçları ilə Davud pey­ğəmbəri kürəyinə bağlayır və bir düzəngaha çı­xa­rır. Əminəxatun yaxın kəndlərdə paltar yu­yur, xidmətçi olur, bir tikə çörək qazanır, bunun­la dolanırlar.

Əminəxatun səkkiz hörüyünün birini kəsib yoxsul kişiyə verir. Davud peyğəmbərlə Əminə­xatunun yaşı doxsan olmuşdur. Allah onlara kömək edir, peyğəmbərə Süleyman adlı bir oğul verir, Davud peyğəmbər on doqquz, Əminəxatun on səkkiz yaşında olur. Oğlanları Süleyman peyğəm­bər üç yüz il ömür sürür. Ata və anası oğlanları Süleyman peyğəmbərlə fəxr edir.

Rəvayətin sonu bu müdrik kəlamla qurtarır:

“Bu dünya gəlimli-gedimli dünyadır. Atalar deyib ki, Süleyman peyğəm­bərə qalmayan dün­ya, heç kimə qalmayacaq”.

Rəvayətin sonu oxucunun yaddaşına “Kitabı-Dədə Qorqud” dastanın­dakı “Gəlimli-gedimli dün­ya, axırı ölümlü dünya” müdrik kəlamını salır. Buradan aydın olur ki, dastanların mənbəyi rəvayətlər olmuşdur.

Ədəbiyyatın “ən yüksək növü”, “incəsənətin tacı” eposdur, eposun lüğəti mənası söz, rəvayət deməkdir. Eposların, “Kitabi-Dədə Qorqud” epo­sunun məzmun, sujet və ideyasını dünyanı mifo­loji, sehrli və mübaliğəli hadisələr şərtləndirir. Dünya xalqlarının əsatir, əfsanə və rəvayətləri fikir və düşün­cənin ilk nümunələridir.

Bu dövrlərdə həyat şeir və nəsr kimi iki cəhətə ayrılmamışdır. Ona görə ki, xalqın tarixi yalnız rəvayətlər halında olmuş, dini təsəvvür­lərdən ibarət yaranmışdı.

Eposlarda həyat geniş təsvir edilir, xalqın adət və ənənəsi bədii ifadəsini tapır. Eposların məzmunu xalqların qəhrəmanlıq mübarizələrinin təsviri və tərənnümüdür.

Azərbaycan xalqının qəhrəmanlıq keçmişi “Ki­tabi-Dədə Qorqud” dastanında, XVI-XVII əsr­lərin tarixi hadisələri “Koroğlu” dastanında bədii ifadəsini tapmış, bu dastanın yaranmasına tə­kan vermişdir. Hər iki dastan qiymətli sənət incisidir.

Şifahi xalq ədəbiyyatının ən qədim janr­la­rından biri olan əsatirləri ibtidai insanların təsəv­vürü yaratmış, təbiət hadisələri, səma cism­ləri əsatirlərdə bədii ifadəsini tapmışdır. Deməli, əsa­­­tirlər əsas “bəşəriyyətin uşaqlıq dövründə ya­ran­mışdır”.

Azərbaycanda əsatir dövrünün təsviri bədii ifadəsini miflərdə, rəvayət, əfsanə, nağıl və xalq şeiri janrlarında tapmışdır. Buna görə də bədii yaradıcılıqla əsatir və əfsanələrdən səmərəli istifadə olunur.

Məlumdur ki, əsatir, əfsanə və rəvayətlər şifahi xalq ədəbiyyatının nadir inciləridir, dərin məzmuna və təlim-tərbiyəvi mahiyyətə malikdir.

Ədəbiyyat nəzəriyyəsindən məlumdur ki, əsatir əfsanəyə, əfsanə də rəvayətə oxşamır. İnkişaf prosesində bunların biri o birinə çevrilə bilir və zənginləşir.

Xalq şairi Səməd Vurğun (1906-1956) yazır ki: “Əfsanələrdə işıqla qaranlığın, xeyirlə şərin, doğma ilə yadın, düzlüklə əyriliyin mübarizəsi verilir”.

Azərbaycan xalqının əfsanələrindən biri “As­tiaq” əfsanəsidir. Onun məz­munu Midiya hökm­darı Astiaq və onun qızı Mandanın fəaliyyətilə bağlıdır. Bundan sonra “Tomris” əfsanəsi onun davamı kimi yaradılmışdır.

“Tomris” əfsanəsində Midiya hökmdarı Kir Şimali Azərbaycanı ələ keçirməkdən ötrü Tom­rislə evlənmək istəyir. Zəngin mənəviyyatlı qa­dın Tomiris aldanmır, dinclik arzusu ilə yaşayır. Tomirisin qüvvəsi artır, qələbə­si göstərilir.

Professor Sədnik müəllim göstərir ki, Azər­baycan ədəbiyyatında əsatir, əfsanə, rəvayət və nağıldan çox istifadə olunmuşdur. Nizami Gən­cə­vi ağız ədəbiyyatından istifadə etməyin ənə­nəsini yaratmışdır. Bundan sonra bu ənənə səmərəli inkişaf etmişdir.

Şifahi xalq ədəbiyyatında nağıl geniş yayılmış janrdır. Böyük rus tənqidçisi V.Q.Belinski yazır ki, “nağıllarda xalq üçün ümumi olan cəhət- onun dünyanı, kainatın sirlərini, anlayışı, cəmiy­yətə baxışı, tarixi-milli xüsusiyyətləri, yaşayışı və adət-ənənəsi təsvir edilir, nağıl söyləyənin düşün­cəsi, təəssüratı, hiss və duyğusu əsas alınır”.

Nağıllar məzmununa, ideyasına, ifadə və təsvir vasitələrinin müxtə­lif­li­yi­nə görə fərqlənir. Nağıllar heyvanlar haqqında, sehrli nağıllar, tarixi nağıllar, ailə-məişət nağılları və satirik nağıllar adlanır.

Dastan şifahi xalq ədəbiyyatının böyük həcm­li olan formasıdır. Məzmun və təsvir olunan hadisələrə görə dastanlar qəhrəmanlıq və məhəb­bət adlı iki yerə bölünür. Məhəbbət dastanlarında əsatir və əfsanələrdən istifadə olunur.

“Kitabi-Dədə Qorqud” dastanında Bayandır xan, Qazan xan, Qaraca Çoban Oğuzların ləya­qət və şərəfini qoruyur. “Koroğlu” dastanında Çənlibel vətənin nümunəsi kimi verilir. Bu dastanlarda vətənpərvərlik, qəhrəmanlıq, müba­rizlik qüvvətli bədii ifadəsini tapır.

Məhəbbət dastanları ustadnamələrlə başlayır və duvaqnamələrlə tamamlanır. Sədaqət və sevgiyə məhəbbət ətraflı bədii ifadəsini tapır.

İctimai tərbiyənin qüvvətli vasitəsi olan ədə­biyyat zəngin xəzinədir. Şifahi xalq ədəbiy­yatının tərkib hissəsi olan əfsanə, əsatir və rəvayətlərdə, həm də dastan və nağıllarda tərbi­yəvi mahiyyət qüvvətlidir. İnsanda qəm və fərəh, ağlamaq və gülmək əlaməti vardır.

Ədəbiyyatda ciddi və tənqidi gülüşdən istifadə edilir. Bu xüsusiyyətlər əfsanə, əsatir və rəvayətlərə də aiddir. Ona görə ki, bunlar əslində bədii əsərlərdir. Bu xüsusiyyətlərin ətraflı şərhini professor Sədnik müəllim təd­qiqat əsərlərində ətraflı şərh etmiş, ümumiləşdirmiş və yekun­laş­dırmışdır.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı tədqiqat əsərlərində təbiət hadisələri, təbiət qüvvələri, tarixi hadisələr və dini əfsanələrin ətraflı şərhini verir, elmi-nəzəri və bədii-estetik xüsusiyyətlərini təhlil edir.

Cəfər Cabbarlının “Qız qalası”, Səməd Vurğunun “Qız qayası” poema­larının qəhrəmanı ikisi də namuslu, zəngin mənəviyyatlı, ismətli qadınlardır. Bu azərbaycanlı qadınlar əməksevər, namuslu, tələbkar, qayğıkeş, incə, lətif insan­lardır. Buna görə də sevilirlər və parlaq uğurlar qazanırlar.

Professor Sədnik Paşa Pirsultanlı “Azərbay­can türklərinin xalq rəvayətləri” kitabında “Aşıq ədəbiyyatı rəvayətləri” mövzusunda yeddi rəva­yət verir. “Apardı Sellər Saranı” rəvayətində göstərilir ki, Soltanın qadını Gülnar ölür və qızı Saranı ona tapşırır. Sara Xançobanla evlənir. Yadelli bir şah doğma yurda basqın edir, Saranı almaq istəyir. Bu çətin vaxtda Soltan Saranı çaya tullayır.

Zaman keçdikcə obanın qızları bu mahnını dağlara tərəf uçan quşlara baxıb oxuyurdular:
Gedin deyin Xançobana,

Gəlməsin bu il Muğana.

Muğan batıbdır al qana,

Apardı sellər Saranı,

Bir uca boylu balanı.
“Əsli-Kərəm” rəvayətində Qara Keşiş ifşa olunur, ona nifrət yağdırılır. Ona görə ki, iki sevginin həyat qurmasına imkan vermir, həm də Qara Keşiş qəbirlərin tən ortasında qaratikan kolu əkir, qəbirlərin üstə bitən güllərin birləşməsinə mane olur.

Bu rəvayət dərin məzmunlu, parlaq ideyalı, tərbiyəvi mahiyyətli bədii hekayə təsiri bağış­layır. Oxucu Qara Keşişə nifrət edir, onun sevginin düşməni olduğunu təsdiqləyir və ona nifrət yağdırır.

Mahir pedaqoq Sədnik müəllim “Xarın ölsün ay bülbül”, “Oxuyan sünbüllər”, “Yəhya bəy Dil­qəm haqqında”, “Sulduzlu Bayram”, “Qaraca Çoba­nın çətən evi” və “Uğuzun təəccübü” rəva­yət­lərinin nadir sənət incisi olduğunu və tərbi­yəvi mahiyyət daşıdığını, yüksək əxlaqi key-­fiyyətlər aşıladığını düzgün və ətraflı şərh edir.

Azərbaycan şifahi xalq ədəbiyyatında əfsa-nələr, əsatirlər və rəvayətlər xüsusi əhəmiyyətə malik olmuş, bir sıra sənətkarların yaradı­cılıqlarına təkan vermişdir.

Əsatirə görə guya dirilik suyu mövcuddur, onu içən şəxs əbədi olaraq ölmür. Xalqın yaratdığı bu əfsanə hər dövrün başçılarını, sər­kərdələrini düşündürmüş, onlar əbədi yaşamaq xəyalı ilə dirilik suyunu axtarmışlar.

Xalq şairi Səməd Vurğun 1935-ci ildə yazdığı “Bulaq əfsanəsi” poema­sında oxucunu düşün­dürən bu problemdən bəhs etmişdir:


Ölüm...o matəmin pərişan səsi,

İnsanın ilk dərdi, ilk fəlsəfəsi,

Açarsız, qapısız dəniz kimi lal,

Üstündə çırpınıb, döyünmüş xəyal...

Onun dəhşətini duyduğu zaman,

Şaşırmış cəbhədə bəzən qəhrəman.


Xalq şairi Səməd Vurğun bundan sonra qədim Şamaxıda olan bir bulaqdan bəhs edir, bulağın suyunu içənin ölmədiyini göstərir. Xızır pey­ğəmbər həmin bulağın suyundan içir və qeyb olur. Guya Xızır peyğəm­bər deyir ki, islamın dar günündə gələcək və öz köməyini əsirgə­mə­yə­cəkdir.

Xalq şairi Səməd Vurğun bu poemasında həm də “İsgəndər Kəbirin axtarışları”nı təsvir edir. Oxucu poemada hadisələrin çox təsirli verildiyini və tərbiyəvi mahiyyət daşıdığını şüurlu dərk edir.

Xalq şairi Səməd Vurğun 1936-cı ildə Mosk­vada Azərbaycan ədəbiyyatı və incəsənəti nüma­yəndələrinin konfransındakı çıxışında əfsa­nədən çox məzmunlu, mənalı istifadə etmiş və demişdir:

“Əziz yoldaşlar, bizdə olan əfsanəyə görə Azərbaycanın Şamaxı rayo­nunda bir zaman əbədilik çeşməsi var imiş. Guya bu çeşmənin suyunu içən adam ölməzmiş.

Xızır peyğəmbər bu çeşmənin suyundan içmiş, lakin bütün peyğəm­bərlər kimi o dəxi xudpəsənd olduğuna görə bu çeşməni başqa­larından gizlətmiş və bu rayondan uçub gedərək demişdir ki, islamın ağır günlərində yenə də qayıdacaqdır.

Əsrlər keçmiş, azəri xalqı işğalçıların zülmü altında uzun zaman inləmiş, əfsanəvi yalançı isə qeyb olaraq gəlməmişdir. Bu əfsanəvi çeşmə həmin rayondan keçən işğalçıların atlarının ayaqları altında tapdanıb itmişdir.

Lakin əməkçi bəşəriyyət məzlum aləmin həqiqi xilaskarlarını, bütün dünya gəmisinin həqiqi və sadiq kapitanları marksizm-leninizm banilərini öz arasından, öz qanı və südü ilə yetirmiş və yaratmışdır”.

Xalq şairi Səməd Vurğunun bu dərin məz­munlu və ideyalı çıxışı istifadə etdiyi, səmərəli bəhrələndiyi əfsanənin maraqlı, ideyalı olduğunu təsdiqlə­yir.

Azərbaycan türklərinin xalq əfsanələrindən “Tomris” əfsanəsi çox məzmunlu və maraqlıdır. “Astiaq” əfsanəsinin mabədi olan “Tomiris” əfsa­­nə­sində Kirin aqibəti və fəlakəti təsvir olunur.

O, Şimali Azərbaycanı işğal etmək üçün bu ölkənin hökmdarı Tomrisi almaq istəyir. Tom­ris bu fırıldaqçını ifşa edir. Tomiris vətənin və xalqın taleyini müdafiə etməkdən ötəri öz balasını qurban verməkdən çəkinmir.

Xalq şairi Səməd Vurğun XX əsrin düşmənlərini, xalqın və Vətənin cəlladlarını ifşa edərək deyir:
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,

De, onları heç duydumu sənin o daş ürəyin?

Hər gəraylı pərdəsində min ananın qəlbi var...

Hər şikəstəm övladıdır belə müqəddəs diləyin,

De, onları heç duydumu sənin o daş ürəyin?
Bir varaqla tarixləri, utan mənim qarşımda,

Anam Tomiris kəsmədimi Keyxosrovun başını?

Koroğlunun, Səttarxanın çələngi var başımda.

Nəsillərim qoymayacaq daş üstündə daşını,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Azərbaycanın görkəmli sənətkarı C.Cab­barlı, S.Vurğun, M.Rahim və Mikayıl Müşfiq gözəl sənət inciləri olan poemalarında Bakı ilə əlaqədar əfsanələrdən səmərəli istifadə etmiş, oxuculara ərməğan vermişdir.

Folklorşünas Sədnik paşa Pirsultanlı rəva­yətlər haqqında çox ciddi və səmərəli axtarışlar aparmış, dünyanın yaranması, daşlar, qayalar, yaylaq­lar, dağlar, qalalar, bulaqlar, göllər, çaylar, körpülər, quşlar, ağaclar, güllər, heyvanlar haq­qında rəvayətləri araşdırmış, toplamış, diqqətlə nəzərdən keçirmiş, redaktə etmiş və “Azərbaycan türklərinin xalq rəvayətləri” adlı kitabında toplamışdır.

Əməkdar mədəniyyət işçisi, mahir pedaqoq Sədnik müəllim kitabın qeyri-bəşəri mövzular, toponimik rəvayətlər, “Nadir şah və digərləri ilə bağlı rəvayətlər”, “Nağılvari rəvayətlər”, “Astro­nomik rəvayətlər” və “Müxtəlif mövzulu rəva­yətlər” ilə zənginləşdirmiş, kitabın girişində bu rəvayətlərin şərhi haqqında faydalı elmi-nəzəri təhlil vermiş, oxucunun rəvayətləri şüurlu dərk etməsi üçün faydalı metodik yollar göstər­mişdir.

“Comərdi Qəssab və Həzrəti-Əli” rəvayətində Gəncə şəhərində Comərdi Qəssabın Həzrəti-Əlini sevməsindən bəhs edilir. Bir gün Həzrət-Əli onun evinə qonaq gəlir, oğlu qonağa gözəl xidmət edir. Gəncədə yəhudilərin padşahının oğlu xəstələnir. Münəccimlər padşaha deyirlər ki, sənin oğlun sağalmaq üçün yalnız Comərdi Qəssabın oğlunun qanı lazımdır.

Padşah qoşunun böyüyünü Comərdi Qəssabın evinə göndərir. O, məsələni danışır. Comərdi Qəssab oğlunun başını kəsib qanını şüşəyə yığıb ona verir. Bu zaman Həzrət-Əli onun qonağı idi. Qonaqlara mane olmamaq üçün bu hərəkəti edir.

Həzrət-Əli qonaqlıq qurtarandan sonra deyir ki, mən uşağı görməmiş getməyəcəyəm. Həzrət-Əli oğlanın otaqda başı kəsildiyini görür və onun başını bədəninə bitişdirir.

Bu zaman uşaq durub qonağın ətəyindən yapışır. Həzrəti-Əli gələn həftə qonaq gələcəyi günü bildirir. Comərdi Qəssab bütün hazırlığı görür, süfrələri bəzənir. Həzrət-Əlinin yolunu gözləyirlər.

Bu vaxt bir dilənçi gəlir, yoldaşım xəstədir, mənə kömək edin deyib yalvarır. Comərdi Qəssab deyir ki, biz əziz qonağımızı gözləyirik. Həmin adam peşiman qayıdır.

Comərdi Qəssab Həzrət-Əlini səslə çağırır. Həzrət-Əli uca səslə cavab verir: “Ey Comərdi Qəssab, mən gəlmişdim, sən heç nə vermədin”. Aydın olur ki, gələn dilənçi paltarında Həzrət-Əli olmuşdur.

Comərdi Qəssab və qonaqları çox peşiman olur. Comərdi Qəssabın hərəkəti onu ifşa edir, çünki, qapısına gələn dilənçiyə kömək etmir. Həzrət-Əli onu sınaqdan keçirir.

Əməkdar müəllim Sədnik Paşa Pirsultanlı həqiqəti vurğulayır, ədalətin, xeyirxahlığın, qay­ğı­keşliyin, həqiqətin və insanlığın keşiyində durur, yüksək əxlaqi keyfiyyətlərin müdafiəsini tələb edir.

Kitabdakı “Haça qaya” rəvayəti Tovuz rayo­nunun Şamlıq kənd sakini Əlinin qayaya qılınc vurması və qayanın iki hissəyə bölünməsi, Əlinin də keçib getməsi və “Cənab Əli Allahın adamı olduğu üçün həmin qayaya Hacıqaya deyilir.

“Düldül ayağı” rəvayətində Peyğəmbərimizin Seyfəlidən keçəndə yel atının ayağının izinin orada qalmasına görə oraya yer ocağı deyilir.

Deməli, bura müqəddəs ocaqdır, ziyarət­gahdır.

“Daşlar haqqında rəvayətlər” bölməsində “Əli pəncəsi”, “Əli daşı”, “Kotançı daşı”, “Daş qız”, “Oğlan qız daşı”, “Ayı və insan” rəvayətləri top­lanmışdır. Bu rəvayətlərdə vətənə və xalqa məhəbbətin şərhi verilir.

“Qayalar haqqında rəvayətlər” mövzusunda iyirmi dörd rəvayət toplan­mışdır. “Koroğlu qa­yası” və “Laçın qayası” adlı rəvayətlərdə və­tən məhəb­bəti yaddaşlara həkk olunmuşdur. Tovuz rayonundakı Qalaboyun kəndinin yanın­dakı qa­ya­da Koroğlunun şəkli var. “Laçın qayası” Ağdərə rayonunun Ortapəyə kəndində yerləşmiş qayanın adı Laçın qayasıdır.

Keçmişdə qızıl quş balalayan bu qayanı Laçın qayası adlandırmışlar. İndi də ziyarətgahdır. Dünyanın hər yerindən, xüsusilə, Türk ölkələ­rindən buraya ziyarətə gəlirlər.

Buradakı “Zeynəb qayası”, “Gəlin qaya”, “Sir­li qaya”, “Yaslı qaya”, “Gəlin ölən” “Qanlı qaya”, “Maral qayası”, “Didvan”, “Kəndir qaya­ları”, “Molla qa­ya­sı” adlı rəvayətlər məz­munlu və poetikdir:

Əzizinəm daşa dönər,

Bu yol çatar daşa dönər.

Bala dərdi çəkən ata,

Yol üstündə daşa dönər.


Əzizim daşa dönər,

Yol çatar daşa dönər.


Dərd çəkən yazıq ata,

Ağlayar, daşa dönər.


“Qızıl qaya” rəvayətində Poladlı kənd sakini Əli bəyin qızı Tellini çoban Hilal sevir. Qız da onu sevir. Əli bəy bunu bilir və çoban Hilalı qovur. Hilal çöllərə düşür, bir qayanın başında yaşa­mağa başlayır.

Əli bəy qızını başqa oğlana vermək istəyir. Telli Hilal ilə görüşür və əl-ələ tutub qayanın başına qaçırlar. Hadisənin məzmunu xeyli də­yişir.

Bu hadisəni bilən Əli bəy qoşun toplayıb qayanı mühasirəyə alır və Hilalı güllə ilə öldürür. Telli bu dərdə dözmür və deyir:
Əzizim qanlı qaya,

Qanlı yer, qanlı qaya.

Bu necə zəmanədir,

Yar gedə qanlı qaya?


Bu poetik misralar insanın taleyini həll edir, ona çox sarsıdıcı zərbə vurur. Bu da Tellinin məhvinə təkan verir.

Telli özünü qayadan atıb ölür. Həmin qayaya camaat o zamandan “Qanlı qaya” deyir. İndi də “Qanlı qaya” milyonlarla insanların tamaşa yeridir.

Folklorşünas, alim Sədnik Paşa Pirsultanlı qaya əfsanələrinin şərhini tarixilik, elmilik və pedaqoji-metodik prinsiplər əsasında təhlil edir, qadına, anaya, ana vətənə məhəbbəti ulu öndərimiz Heydər Əliyevin müqəddəs azərbay­cançılıq ideyası ilə bağlı aşkarlayır, oxucuya yüksək əxlaqi keyfiyyətlər aşılayır və parlaq uğurlar qazanır.

Görkəmli folklorşünas, əməkdar müəllim, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının əsərləri yalnız Azərbaycanda deyil, Amerika Birləşmiş Ştatlarında, Almaniya, Hol­landiya, Qazaxıstan, Qırğızıs­tan, Türkmənistan, Avstriya, İran, Türkiyə ölkələrinin dövrü mət­buatında dərc olunur, oxucuların mütaliəsinə verilir və müəllifə ümumxalq məhəbbəti qazan­dırır.

Bu göstərilən tarixi məlumatlar yalnız Sədnik müəllimə deyil, Azərbaycan ədəbiyyatına, mədə­niyyətinə, xüsusilə şifahi xalq yaradıcılığına dərin məhəb­bətin bədii ifadəsidir.

Azərbaycan şifahi xalq yaradıcılığında əfsanələrin, əsatirlərin və rəvayətlərin ilk mahir toplayıcısı və tədqiqatçısı, professor Sədnik Paşa Pirsul­tanlının şərəfli yaradıcılıq yolu Türkiyənin “Dədə Qorqud” ensik­lopediyasında, Moskvanın “Gündəlik” ensiklopediyasında, Azərbaycanın “Görkəmli elm və mədəniyyət” toplusunda ət­raflı şərhini tapır, ona parlaq uğurlar qazandırır.

Əməkdar müəllim Sədnik Paşa Pirsultanlının zəngin mənəviyyatlı, səmi­mi, incə, ləyaqətli ömür-gün yoldaşı Səfurə xanım Pirsultanlı vətənpərvər, əməksevər, istedadlı şair olmuş, “Seçilmiş şeirlər” kitabı nəşr edilib kütləvi oxuculara ərməğan verilmişdir. Həmin kitaba on səhifə ön söz yazmışam, Səfurə xanımın fitri istedadlı şair olmasını, zəngin mənəviyyatlı, humanist, əməksevər və qayğıkeş, müdrik, erkək­tinətli qadın olmasını göstərmişəm.

Professor Sədnik Paşa Pirsultanlı və Səfurə xanım Pirsultanlı altı ali təhsilli övlad, on üç nəvə, yeddi nəticə valideynidir.

Görkəmli folklorşünas, filologiya elmləri doktoru, əməkdar müəllim, mahir pedaqoq, professor Sədnik Paşa Pirsultanlının şərəfli əmək fəaliyyəti və zəngin ədəbi-bədii yaradıcılığı ona dərin hörmət, parlaq uğurlar qazandırır və yüzillər boyu qazandıracaqdır, ona görə ki, fitri istedadlı sənətkar, əməksevər, vətənpərvər, əbədi­­yaşar tarixi şəxsiyyətdir, gözəl insandır.

Nəticə
Görkəmli folklorşünas alim, şair, mahir pedaqoq, filologiya elmləri doktoru, “Əmək veteranı” (1988), “Əməkdar mədəniyyət işçisi” (1992), “Qabaqcıl təhsil işçisi” (2007), “Əmək­dar müəllim” (2007), professor Sədnik Paşa Pirsultanlı vətənpərvər, əməksevər, məsuliyyətli və qayğıkeş tarixi şəxsiyyətdir.

Gəncə Dövlət Universitetinin professoru Sədnik Paşa Pirsultanlı Azərbaycan Jurnalistlər Birliyinin (1960), Azərbaycan Aşıqlar Birliyinin (1989), Azərbaycan Yazıçılar Birliyinin (2004), Yeni Azərbaycan Partiyasının (2003) üzvüdür.

Əməkdar müəllim, mahir pedaqoq, professor Sədnik Paşa Pirsultanlı “Yurddan səslər” jurna­lının və “Xalq ozanı” qəzetinin təsisçisi və redaktorudur.

Professor Sədnik Paşayev haqqında Ələsgər Əlioğlu “Sədnik Paşanın yaradıcılıq yolu” (1996), Seyfəddin Rzasoy “Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa Pirsultanlı” (2008), Qasım Qırxqızlı “Sədnik Paşa Pirsultanlının bədii yaradıcılığı” (2010), Sabir Albalıyev “Sədnik Paşa Pirsultanlı poeziyasına bir baxış” (2011), “Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında” (2003) və başqa tədqiqatçılar əsərlər yazmış, onun yaradıcılıq yolunu təhlil etmişlər.

“Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası” kitabı ön söz, on dörd fəsil və nəticədən ibarətdir.

Görkəmli folklorşünas alim, mahir pedaqoq, professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyasına, humanist, vətənpərvər, əməksevər, tələbkar, qayğıkeş və müdrik fəaliyyətinə həsr olunmuş bu monoqrafiya tarixilik, elmilik, ideyalılıq, müqayisəlilik, müasirlik, pedaqoji və metodik prinsiplər əsasında yazılmış, professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası yazıb nəşr etdirdiyi əsərləri çox diqqətlə nəzər­dən keçirilmiş, tədqiq olunmuş, ətraflı şərh edilmişdir.

Monoqrafiyanın birinci fəsli “Filologiya elm­ləri doktoru, professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası”, ikinci fəsli “Azərbaycan folklorunun toplanmasında professor Sədnik Paşa Pirsultanlı salnaməsi”, üçüncü fəslində “Elm və sənətin görkəmli nümayəndələri pro­fes­sor Sədnik Paşa Pirsultanlı haqqında”, dördüncü fəslində “Professor Sədnik Paşa Pirsultanlının elmi-tədqiqat əsərləri”, beşinci fəslində “Gör­kəmli folklorşünas, mahir pedaqoq, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının Azərbaycan aşıq sənəti ilə bağlı fəaliyyəti”, altıncı fəslində “Folklorşünas, profes­sor Sədnik Paşa Pirsultanlının bayatı və “Çeşmə” folklor teatrı ilə bağlı fəaliyyəti”, yeddinci fəslində “Professor Sədnik Paşa Pirsultanlının xarici ölkələrə elmi səfərləri”, səkkizinci fəslində “Professor Sədnik Paşa Pirsultanlının Azərbay­can aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi haqqında ideyası”, doq­qu­zuncu fəslində “Professor Sədnik Paşa Pirsul­tanlının Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi haqqında ideyası”, onuncu fəsil “Görkəmli alim, mahir pedaqoq, istedadlı folklorşünas, professor Sədnik Paşa Pirsultanlının 80 illik yubleyi münasibətilə parlaq xatirə”, on birinci fəsildə “Görkəmli alim, mahir pedaqoq, istedadlı folklorşünas, professor Sədnik Paşa Pirsultanlının 80 illik yubleyi münasibətilə parlaq xatirə”, on ikinci fəsildə “Professor Sədnik Paşa Pirsultanlının tədqiqat obyekti: Sarı Aşığın bayatı zirvəsi”, on üçüncü fəsildə “Professor Sədnik Paşa Pirsultanlının poeziyasında elmi-nəzəri ideyasının tərənnümü, on dördüncü fəsildə “Professor Sədnik Paşa Pirsultanlının “Azərbaycan türklərinin xalq rəva­yətləri” adlı kitabının elmi-nəzəri təhlili” adlanır.

Azərbaycan ədəbiyyatı tarixində, eyni zamanda İran, Türkiyə, Yaxın və Orta Şərq ədəbiyyatında, ümumiyyətlə, Türk dünyasında, türkdilli xalqların yaşadıqları ölkələrdə görkəmli folklorşünas, mahir pedaqoq, əməkdar müəllim, əməkdar mədəniyyət işçisi, əmək veteranı, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının zəngin ədəbi irsi yayılmış, oxu­cuların mütaliəsinə verilmiş, onlara təlim-tərbiyəvi, bədii-estetik zövq, yüksək əxlaqi key­fiy­yətlər aşılamış, professor Sədnik Paşa Pirsul­tanlıya ümumxalq hörməti, parlaq uğurlar qazan­dırmış və qazandırır.

Böyük nüfuza malik olan görkəmli folk­lor­şünas alim Sədnik Paşa Pirsultanlının zəngin ömür və sənət yolu gənc nəsil üçün çox şərəfli örnəkdir.

Dahi Nizami Gəncəvi müdrik kəlamında deyir ki: “Elmlə, ədəblə tapılar şərəf...”:


Dünyda nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Oxudum, oxudum sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxardım.


Professor Sədnik Paşa Pirsultanlı əsərləri, həyata keçirdiyi elmi-nəzəri ideyaları, həyatı boyunca dözdüyü və ürəyində çəkdiyi iztirabları sayəsində şöhrət qazanmış və müqəddəs Azər­baycanın şərəfini uca zirvələrə yüksəltmiş görkəmli sənətkar kimi hörmət qazanmış və qazanır.

Dahi filosof Bəhmənyar yazır: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”.

Bu kitabımı mənalı ömrünü elmin, təhsilin, mədəniyyətin inkişaf etməsinə, çiçəklənməsinə həsr edən görkəmli folklorşünas alim, istedadlı şair, bacarıqlı və peşəkar publisist, mahir pe­da­qoq, əməkdar müəllim, əmək veteranı, qabaqcıl təhsil işçisi, filologiya elmləri doktoru, professor, yüksək ixtisaslı gənc nəslin hazırlanması naminə şərəfli ömrünü xərcləyən, nurani saçlarını ağar­dan müdrik şəxsiyyət Sədnik Paşa Pirsultanlının səmərəli fəaliyyətinə həsr etmişəm.

Professor Sədnik Paşa Pirsultanlı mənalı ömrünü şərəfli qurmuş, dahi Nizami Gəncəvinin bu müdrik kəlamlarına həmişə sadiq qalmış və ona əməl etmişdir:


Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz!

Elmlə, ədəblə tapılar şərəf,

Mirvari olmasa, nə lazım sədəf?


Bilik öyrətməyi ar bilən bir kəs,

Dünyada mərifət qazana bilməz.


Bir elmi öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən!


Tarixi və tarixi hadisələri şüurlu dərk etmək və qiymətləndirmək sahəsində Sədnik müəllimin səmərəli fəaliyyəti diqqəti cəlb edir. Çünki onun əsərlərində tarix düzgün qiymətləndirilir.

Ulu öndərimiz Heydər Əliyev deyir ki, “tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”.

Bu müqəddəs kəlam professor Sədnik Paşa Pirsultanlının tədqiqat əsərlərində səmərəli hə­yata keçirilir, tarixi ictimai-siyasi hadisələr ətraflı şərh edilir, tarixilik və elmilik prinsipləri əsa­sında düzgün qiymətləndirilir.

Ümummilli liderimiz Heydər Əliyev yazır: “Biz tarixi keçmişimizə nəzər salaraq ulu babalarımızın yaratdığı və indiyə qədər də yaşa­yan abidələrlə, şəhərlərlə, heykəllərlə, yollarla yaradılan hər şeylə fəxr edir və bunları yara­danları daim xatırlayır, onlara öz min­nət­dar­lığımızı bildiririk”.

Professor Sədnik Paşa Pirsultanlı qırx ildən artıq bir müddətdə Azərbaycan folklorunun toplanması, nəşri, tədqiqi və təbliği sahəsində yorulmadan şərəfli xidmət göstərir.

Folklorşünas alim Sədnik müəllim həqiqətən də Azərbaycanda ulu babalarımızın yaratdıqları abidələrə, heykəllərə, müqəddəs məzarıstanlara və onlardakı qəbir daşlarına çox səmimi yanaş­mış, qayğı göstərmiş, tədqiqat əsərlərində elmi şərhini vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı Qarabağ döyüşlərində əsgərlər arasında çox tərbiyəvi mahiyyətli mənəvi-psixoloji işlər aparmış, qəh­rəman əsgərləri Azərbaycan xalqının tarix döyüş səhnələri, qəhrəmanlıq mübarizələri ilə ətraflı tanış etmiş, tarixi mənbələrin şərhini vermiş və bu şərəfli fəaliyyətinə görə ona “fəxri müharibə veteranı” adı verilmişdir.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı müasir müstəqil dövrümüzdə yeni folklor nümunələrini səmərəli toplayır, nəşr etdirir, həm də bunların əsasında qiymətli elmi-tədqiqat əsərləri yazıb kütləvi oxuculara, orta təhsil və ali məktəblərə ərməğan verir.

Folklorşünas alim Sədnik müəllim buna görə də yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, Türk dünyasında, türkdilli ölkələrdə və bir sıra xarici ölkələrdə elm və sənət adamlarının diqqətini cəlb edir, onların hörmətini qazanır.

Sevindirici haldır ki, 2003-cü və 2011-ci ildə “Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında” adlı iki cilddən ibarət monoqrafiya çap olunub oxucuların mütaliəsinə verilmiş və Sədnik müəllimə ümumxalq məhəbbəti qazan­dırmış və qazandırır.

Qırx ildən artıq müddət ərzində Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi prob­lemləri ilə şərəfli məşğul olan folklorşünas alim Sədnik Paşa Pirsultanlını Türk dünyası gözəl sevir, ona parlaq hörmət bəsləyir.

Professor Sədnik Paşa Pirsultanlı yetmişdən artıq kitabın və yüzlərlə elmi, mənəvi mahiyyətli elmi-nəzəri məqalələrin, daha doğrusu, folklor toplularının, monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin, proqramların müəllifidir.

Elm və sənət adamlarına məlumdur ki, Azərbaycan folklorşünaslığında əsatir və əfsanə­lərin ətraflı toplanması, nəşr olunması və tədqiq edilməsi filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının adı ilə bağlıdır.

Professor Sədnik Paşa Pirsultanlı Azərbaycan aşıq yaradıcılığının mahir araşdırıcısı, tədqi­qatçısı, təbliğatçısı və elmi-nəzəri şərhini verən mütəfəkkirdir. Bu da çox təbii və inandırıcı haldır. Ona görə ki, Sədnik müəllim fitri istedadlı şairdir, çox gözəl saz çalan mütəxəssisdir. Professor Sədnik Paşa Pirsultanlı Azərbaycan aşıqlarının sənəti ilə səmərəli məşğul olmuş, Xəstə Qasım, Miskin Abdal, Aşıq Bəsti, Aşıq Şəmşir, Aşıq Ələsgər, sənətkar Abdulla, Növrəs İman, Aşıq İslam, Aşıq Qara, Aydın Şişqayalı, Aşıq Həmayıl, Aşıq Hüseyn Şəmkirli, Aşıq Çoban, Aşıq Əhməd, Aşıq Talıb, Tufarqanlı Abbas, Sarı Aşıq, Ağdabanlı Qurban, Aşıq Məhəmməd, Aşıq Məmməd, Yəhya bəy Dilqəm, Aşıq Alı, Aşıq Musa, Aşıq Əsəd, Aşıq Aqil və başqaları haqqında səmərəli axtarışlar aparmış, maraqlı əsərlər yazmışdır.

Professor Sədnik Paşa Pirsultanlı qadın aşıq yaradıcılığı haqqında səmərəli axtarışlar aparmış, Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Nabat və başqaları haqqında portret-oçerklər yazıb çap etdirmişdir.

Onun Aşıq Lələnin məzarını, bir neçə baya­tısını, “Yaxşı-Yaman” bayatılı dastanını üzə çıxartması gözəl nəticə vermişdir. O, Lələnin us­tad aşıq olduğunu, Füzuli rayonunun Əhmədallar kəndindəki “Arqalı qəbiristan­lığı”nda dəfn edil­diyini aşkarlamışdır.

Professor Sədnik Paşa Pirsultanlının dok­torluq dissertasiyası Ağdabanlı Aşıq Qurbanın yaradıcılıq yolu mövzusuna həsr edilmişdir.

Mahir pedaqoq və folklorşünas Sədnik müəl­limin Gəncədə yaratdığı “Çeşmə” folklor teatrı xalq mahnılarına təkan vermiş, həmin mahnıları “Ozan” və “Bulaq” verilişləri səviy­yəsinə yük­səlt­miş, xalqın istifadəsinə vermiş, onların mənəvi aləmini zənginləşdirməyə xidmət etmiş­dir.

Filologiya elmləri doktoru, əməkdar müəllim, əmək veteranı, qabaqcıl təhsil işçisi, professor Sədnik Paşa Pirsultanlı Gəncədə “Ozan-aşıq muzeyi” yaratmış, aşıq sənətinin inkişaf yolunu səmərəli öyrənməyə pedaqoji-metodik kömək göstərmişdir.

Folklorşünas alim Sədnik müəllim Azər­baycan aşıq yaradıcılığının inkişafı sahəsindəki səmərəli xidmətlərinə görə Respublikanın əmək­dar mədəniyyət işçisi adı ilə təltif edilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı 1990-cı ildən sonra ilk dəfə Almaniyaya səfər etmiş, orada türk və Azərbaycan kültür dərnəklərində mühazirələr oxumuş, parlaq uğurlar qazanmışdır.

Folklorşünas Sədnik müəllim Almaniyada Frankfurt, Dördmunt, Fulta, Köln və başqa şə­hər­lərdə türkdilli xalqlarla görüşmüş, məruzələr oxumuş, onların həyatı, adət-ənənələri ilə maraqlanmışdır.

O, Frankfurt şəhərində “Yunis İmrəyə sevgi ili” devizi altında türk aşıqlarının yarışında işti­rak etmiş, məruzəsi eşidilmiş və hörmət qazanmışdır. Onun burada Aşıq Reyhani ilə ta­nış­lığı gözəl olmuş, dostluğa çevrilmişdir.

Professor Sədnik Paşa Pirsultanlı Almaniya səfərindən sonra Türkiyəyə səfər etmiş, Samsun universitetində “Hacı Vəli Bəktaşi və ozan-aşıq sənəti” mövzusunda məruzə etmişdir.

Sədnik müəllim Qırşəhrdə Yunis İmrənin məzarını ziyarət etmiş və burada “Sarı çiçək” adlı şeir yazıb oxumuşdur:
Mən Qaraman dağlarını dolaşdım,

Bilməm hansı çəmənzarda bitmisən.

Ay Yunis İmrənin Sarı çiçəyi,

Necə olub ürəyimdə bitmisən?


Gözəlliyin valeh edir insanı,

İlqara düz, sənin kimi dost hanı?

Ay Yunis İmrənin dini-imanı,

Elə bilmə xəyalımdan getmisən.

Qırşəhrində boz təpənin başında,

Sarı çiçək gördüm məzar başında.

Sədnik kimi baş əyən çox qarşında,

Yunis İmrəm, xoş vüsala yetmisən.


Professor Sədnik Paşa Pirsultanlı Banaz köyünə getmiş, ulu babası Pirsultan Abdalı ziyarət etmiş, məzarın başında keçirilən mərasim zamanı Pirsultan Abdala yazdığı şeirini oxu­muşdur.

Professor Sədnik Paşa Pirsultanlı bir neçə il Hacı Vəli Bəktaşi törəninə çağırılmış, fəal iştirak etmişdir. O, Sivralanda Aşıq Veysəlin yubileyinə dəvət olunmuş, “Aşıq Veysəlin yaradıcılığının özünəməxsusluğu” mövzusunda məruzə etmiş, məruzənin mətni “Aşıq Veysəl” (1994) kitabında dərc olunmuşdur.

Professor Sədnik Paşa Pirsultanlının 1990-cı ildən “Türk dünyası”, “Milli folklor”, “Xalq ozanının səsi”, “Dost, dost” dərgisində, “Yeni düşüncə”, “Gur səs”, “Xocatəpə” qəzetlərində məqalələri dərc olunmağa başlamışdır. Bu da ona geniş oxucu kütləsinin hörmətini qazandırmışdır.

Folklorşünas alim Sədnik Paşa Pirsultanlı Türk dünyasında geniş tanınmış, onun yaradı­cılığı haqqında universitetlərdə diplom işləri yazılmışdır.

Əməkdar müəllim, əmək veteranı, professor Sədnik Paşa Pirsultanlının İrana, İraqa, Türkiyəyə, Qazaxıstana, Orta Asiyaya, Dağıstana elmi səfərləri çox mənalı və uğurlu olmuşdur. Onun əsərləri bu ölkələrin dövrü mətbuatında dərc olunmuş, oxucuların mütaliəsinə verilmiş, müəllifə sevgi və hörmət qazandırmışdır.

Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının Gəncəbasar Aşıqlar Birliyini və “Çeşmə” ansamblını yaratması, Ozan-aşıq sənəti muzeyini təşkil etməsi Gəncə şəhərinin mədəni həyatında yüksək qiymətləndirilmişdir.

Muzeydə ən nadir eksponotlar saxlanılır. Şah İsmayıl Xətainin (1487-1524) Miskin Abdala verdiyi şəhadətnaməsinin surəti, Aşıq Şenliyin və digər aşıqların şəkilləri muzeyi zənginləşdirir.

Muzeydə Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Şəmşir, Morullu Teymur, Miskin Vəli, Mikayıl Azaflı, Aşıq Barat, Aşıq Əkbər, Aşıq İmran, Bozalqanlı Aşıq Hüseyn, Almərdanlı Aşıq Nəcəf, Aşıq Əmrah, Aşıq Kamandar və başqaları üçün xüsusi guşə düzəldilmişdir.

Azərbaycanın qadın aşıqlarından Nabat, Cəvahir, Əsginaz, Qəndab, Narınc Xatun, Ulduz, Gülarə Azaflı və başqalarının şəkilləri, ümumiy­yətlə, aşıqların fəaliyyəti haqqındakı məlumatlar muzeyin gözəlliyini və elmi-nəzəri əhəmiyyətini zənginləşdirir.

Muzeyi “Çeşmə” folklor ansamblının materialları da gözəlləşdirir:


“Çeşmə” gəlir, “Çeşmə” gəlir,

Ayaq saxla, keçmə gəlir,

“Çeşmə” hara çeşməsidir,

Çeşmələrin seçməsidir,

Ruhi inci çeşməsidir,

“Çeşmə” Gəncə “Çeşmə”sidir.


Professor Sədnik Paşa Pirsultanlının “Öz səsim” adlı 1990-cı ildə nəşr olunan ilk şeirlər kitabındakı poetik nümunələr aşıq poeziyası üslubunda yazılmış sənət inciləridir. Şeirlərdə təbiətə məhəbbət qüvvətli tərənnüm edilir.

Alim-şair Sədnik müəllimin alovlu qəlbində uşaqlıq illərində gəzdiyi, bədii-estetik zövq aldığı təbiət, başı qarlı uca dağlar silinməz izlər buraxır:

Burda sevilmişəm, burda sevmişəm,

Hanı gəncliyimin odlu çağları?!

Yüz yol gəzdim gəncliyimi tapmadım,

Bəlkə tapdım, bir də gəzim dağları.


Alim-şairin şeirləri oxucunun qəlbini pərvazlandırır, ona bədii-estetik zövq verir. Onun “İnciçiçəyim” (1996), “İlahi bir səs” (1999), “Bir içim nəğmə” (2003), “Pirsultan Pinarı” (2007) adlı şeirlər kitablarını dövrü mətbuatda mütəxəssislər yüksək qiymətləndirmiş, təlim-tərbiyəvi, bədii-estetik mahiyyətli olduğunu göstərmişlər.

Folklorşünas alim Sədnik müəllimə Elxan Gözəldağlı “Sədnik”, “Səndədir”, İsmayıl Tanrıverdiyev “Gələn vaxtı”, Bəkir Musayev “Çatıbdı”, “Doğrudan”, Aslan Çıxzadə “Xoş gəldin”, Həsənxan Təhməzov “Yüz yaxşı” adlı şeirlərini həsr etmiş, onun mənalı həyatını, zəngin yaradıcılığını, şərəfli əmək fəaliyyətini yüksək qiymətləndirmişlər.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına şərəfli xidmət edən, vətənpərvər, əməksevər görkəmli şəxsiyyətlərin fəaliyyətini yüksək qiymətləndirir:

“Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir”.

Azərbaycan xalqının xilaskarı, siyasi xadim, Azərbaycan Respublikasının qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev xalqın qarşısındakı xeyirxah xidmətlərinə görə dahilik zirvəsinə yüksəlmişdir.

Azərbaycanın görkəmli şairi Hüseyn Cavid (1882-1941) gözəl yazmışdır:


Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.


Ulu öndərimiz Heydər Əliyev ədəbiyyata, mədəniyyətə, incəsənətə, şairlərə, yazıçılara, alimlərə, ədəbiyyatşünaslara, folklorşünaslara misilsiz qayğı bəsləmiş, sənətkarların və alim­lərin fəaliyyətini yüksək qiymətləndirmiş və “Müstəqillik yolunda” kitabında yazmışdır:

“Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini təbliğ edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”.

Görkəmli folklorşünas, istedadlı şair, peşəkar publisist, məsuliyyətli tədqiqatçı, mahir pedaqoq, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı elmi-nəzəri ideyası ilə cəmiyyətə, ölkəyə, xalqa şərəfli fayda gətirən ən müdrik tarixi şəxsiyyət, əbədiyaşar və ümumxalq məhəbbəti qazanan tədqiqatçı alimdir.

Filologiya elmləri doktoru, dünyaşöhrətli folklorşünas, əməkdar müəllim, əmək veteranı, qabaqcıl təhsil işçisi, professor Sədnik Paşa Pirsultanlının (Sədnik Paşayev Xəlil oğlunun) təlim-tərbiyəvi, bədii-estetik mahiyyətli, zəngin elmi-nəzəri ideyasına həsr olunmuş bu mo­noq­rafiya haqqında arzu və istəklərini, ədəbi-tənqidi qeydlərini əsirgəməyən oxuculara dərin minnət­darlığımızı bildirir, onlara uzun ömür, cansağlığı, səmərəli yaradıcılıq və əmək fəaliyyətlərində parlaq uğurlar arzulayırıq!



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin