Kiçik Asiya, Aralıq dənizi, Ərəbistan,
Yaxın və Orta Şərq dövlətləri
Avropa və Asiya materikləri arasında aralıq mövqe tutan, Kiçik Asiya
ərazisində öz dövlətlərini yaradan hetlər, hürritlər, frigiyalılar, lidiyalılar və
digər xalqlar bir çox cəhətdən Şumer-Mesopotamiya və Misir mədəni eta-
lonlarını mənimsəmişdilər, amma öz xüsusiyyətlərinə də malik idilər. B.e.ə.
II minillikdə Qədim Het şahlığı zamanı şahlar idarəetməni - əyanlara, xalq
yığıncaqlarına və müntəzəm olaraq "pankus" yığıncağına toplaşan xalq yığ-
ma qoşununa arxalanaraq, həyata keçirirdilər. Aralarında şahın ailə üzvləri-
nin xüsusi rol oynadığı əyanlar, “tuliya” adlanan zadəganlar şurası yarat-
mışdılar. Şura xalq yığıncağının işinə də əhəmiyyətli dərəcədə rəhbərlik
edirdi. Tuliyada birləşən Het aristokratiyası padşahın hakimiyyətini məh-
dudlaşdırırdı. Het hüququna əsasən, əhali iki kateqoriyaya bölünürdü: zadə-
gan nümayəndələrinin, şah əyanlarının, kahinlərin və iri mülkədarların aid
edildiyi azad insanlar və qeyri-azad statuslu insanlar – vergi ödəyən əhali.
Dövlət strukturunun boşluğu və tez-tez baş verən sülalə münaqişələri güclü
monarxiya hakimiyyətinin yaradılmasına mane olurdu. Yeni Het dövründə
mixi mətnlərdə ilahiləşdirilmiş hökmdar “Günəş” adlandırılsa da, mərkəz-
dənqaçma qüvvələrinin üstünlüyü b.e.ə. XIII –XII əsrlərin hüdudunda Het
dövlətinin süqutuna gətirib çıxardı.
B.e.ə. X əsrin əvvəlində mərkəzləşdirilmiş yəhudi monarxiyası siyasəti
yürüdən David şahın kültü yaradılmış Fələstində əks mənzərə müşahidə
olunurdu. Dövləti idarə etmək üçün ali əyanın başçılıq etdiyi mərkəzi döv-
lət aparatı təşkil edilmişdi. Hökmdarın yanında şəxsən ona sadiq muzdlu-
lardan ibatət qvardiya yaradılmışdı. Davidin oğlu Solomonun idarəçiliyində
İsrail-Yəhudi çarlığı 12 dairəyə bölünmüş və şah ailəsinin xeyrinə əmək
mükəlləfiyyəti tətbiq edilmişdi. Əmtəə münasibətlərinin inkişafı və şəxsi
mülkiyyətin meydana çıxması sosial inkişaf proseslərini idarəetmə sistemi-
nin mürəkkəbləşməsinə səbəb olurdu. İdarəetməni qaydaya salmaq məqsə-
dilə b.e.ə. VIII-VI əsrlərdə Yəhudi çarlığının azad əhalisi dörd silkə bölün-
dü. Birincini kübar aristokratiya (əyanlar və knyazlar) təşkil edirdi. İkincini -
ruhani aristokratiyası (kahinlər və gələcəyi peşəkar xəbər verənlər). Üçün-
cünü - “torpaq xalqı” – icma nadellərinə malik, yığma qoşunda xidmət et-
məyə və vergiləri ödəməyə borclu olan azad əhalinin əsas kütləsi. Dördün-
cünü – hüquqlarda məhdud əcnəbilər (gəlmələr və mühacirlər).
Müqayisəli kulturoloji təhlil baxımından, Finikiya dövlətinin mədəniy-
yəti müəyyən maraq doğurur. Dünya mədəniyyətində finikiyalıların tarixi
rolunu, hər şeydən əvvəl, hələ b.e.ə. II minillikdə onlar tərəfindən icad edil-
miş və demək olar ki, dünyanın bütün məlum əlifbalarının əsasını təşkil
İdarəetmə mədəniyyəti
129
edən ilk əlifba ilə əlaqələndirmək qəbul edilmişdir. Finikiya idarəetmə mə-
dəniyyəti üçün – b.e.ə. IX əsrdə Tirdən olan finikiyalılar tərəfindən yaradıl-
mış Karfagenin (Yeni şəhər) - Şimali Afrikada yeni dövlət təcrübəsi xarak-
terikdir. B.e.ə. V əsrin ikinci yarısı – III əsrin ortalarında Karfagen Aralıq
dənizinin qərb hissəsində ən qüdrətli və bütün Aralıq dənizi boyunca ən iri
dövlət idi. Ölkənin siyasi qüdrətinin əsası – oliqarxiyanın yüksək inkişaf et-
miş iqtisadiyyatı, dinamik sosial struktur və sabit siyasi sistem idi. Oliqar-
xiya tendensiyaları, adətən, şah hakimiyyətinin təsirini məhdudlaşdıran iri
ticarətçilər və quldarların olduğu ölkələrdə üstünlük təşkil edirdi. Oliqarxi-
ya, siyasi quruluş kimi, varlı karfagen ailələrinin nisbətən məhdud qrupları-
nın maraqlarını ifadə edirdi. Dövlət idarəçiliyi, başında iki sufetin – bir il
müddətinə seçilmiş ali vəzifəli və ali vətəndaş hakimiyyətinə malik simala-
rın durduğu çoxkomponentli strukturu təşkil edirdi. Bütün dövlət işləri 30-
lar Şurası və 300 üzvün, – öz sıralarına başqa sosial qrup nümayəndələrinin
buraxılmasını məhdudlaşdıran ən zəngin və kübar ailələrin nümayəndələri-
nin daxil olduğu Ağsaqqallar surasında həll edilirdi. Vaxtaşırı olaraq, döv-
lətin siyasi sistemində əhəmiyyətsiz rol oynayan xalq yığıncağı çağırılırdı.
Ali nəzarət orqanı - hakimlik funksiyalarının məxsus olduğu 104-lərin Şu-
rası idi. Karfagen oliqarxiyası, hər hansı bir zadəgan ailəsi tərəfindən haki-
miyyətin tam ələ keçirilməsi və onun təfəfindən tiraniya formasında təkba-
şına idarəetmə yaradılmasının vaxtında qarşısını almaq üçün hakimiyyət
balansına nəzarət edirdi.
Qədim Ərəb ölkələrinin dövlətçilik mədəniyyətinin formalaşması xüsu-
siyyətləri onların coğrafi baxımdan Misir və Mesopotamiya kimi Qədim
Şərq sivilizasiya mərkəzlərindən təcrid olunması ilə şərtlənirdi. Ərəbistanın
istehsal qüvvələrinin inkişafı və ilkin sinfi cəmiyyətin formalaşması prose-
si, ərəb tayfaları arasında kahinlərin və tacirlərin meydana çıxması, b.e.ə. II
minilliyin axırı - I minilliyin əvvəlində dövlətlərin əmələ gəlməsinə və ərəb
sivilizasiyasının yaranmasına gətirib çıxardı. Qədim ərəb sivilizasiyasının
mühüm nailiyyəti yazının əlifba sisteminin yaradılması idi. Cənubi ərəb
əlifbası başlanğıcını ya finikiya, ya da protosinay əlifbasından götürür. Şi-
mal-qərbi ərəb nəbati əlifba yazısı özünün, finikiya əlifbasına gedib çıxan
aramey prototipinə malik idi. B.e.ə. II minilliyə aid olan daha məşhur maddi
mədəniyyət abidələri – Mərib bəndi (Yəmən), Katabanın paytaxtı Timna, Nə-
batey şahlığının paytaxtı Petra və başqalarıdır. Main, Kabatan, Ausan, Hadra-
mut, Səba və Himyərit şahlıqlarından ibarət Qədim Yəmən sivilizasiyasının
əmələ gəlməsi b.e.ə. IX-VIII əsrlərə aiddir, lakin artıq b.e.ə. I minilliyin əvvə-
lində ticarət yollarının dəyişməsi, mühitin pisləşməsi və irriqasiya qurğularının
tədricən dağılması nəticəsində cənubi ərəb dövlətləri tənəzzülə uğradı.
Fuad Məmmədov
130
Cənubi ərəb dövlətlərinin siyasi quruluşu və dövlət idarəetmə sistemi
üçün nümunə Səba şahlığı idi. O, 6 tayfadan ibarət idi ki, onlardan üçü im-
tiyazlı mövqe tuturdu. Bütün tayfalar, əsasını ayrı- ayrı nəsillərin təşkil et-
diyi daha xırda şaxələrə bölünürdülər. Tayfaların idarə olunması onların
başçıları, kollegial orqanı təşkil edən kübar nəslin nümayəndələri (“kəbir-
lər”) tərəfindən həyata keçirilirdi. İmtiyazlı tayfalar kübar nəsil nümayən-
dələrindən müəyyən müddətə, dövlətin - torpaq və sudan istifadə ilə bağlı
olan kahinlik və təsərrüfat, həmçinin astronomik, astroloji və təqvim müşa-
hidələri funksiyalarını yerinə yetirən vəzifəli simalarını - "eponimləri" se-
çirdilər. Dövlət və xüsusi hüquqi sənədlərin tarixini qeyd edən, tarix hesabı
aparan eponimlər vəzifəyə 30 yaşında başlayırdılar və səlahiyyət müddəti
qurtardıqda, ağsaqqallar şurasına daxil olurdular. B.e.ə. III-II əsrlərə qədər
Səba şahlığında dövlət idarəçiliyini irsi səciyyə daşıyan, icra hakimiyyətinə
malik yüksək vəzifəli simalar - “mükərriblər” həyata keçirirdilər. Mükərrib-
lərin fəaliyyət sahəsinə dini mahiyyətli və təsərrüfat funksiyaları ilə yanaşı,
tayfa ittifaqlarının vaxtaşırı təzələnməsi, dövlət sənədlərinin və hüquqi akt-
ların dərc edilməsi, şəhər ərazilərinin və şəxsi mülklərin sərhədlərinin mü-
əyyən edilməsi və s. daxil idi. Müharibə vaxtı mükərriblər yığma qoşunun
başında dayanırdılar və “məlik” (hökmdar) titulunu qəbul edirdilər. Dövlə-
tin ali orqanı dini, qanunverici, inzibati, təsərrüfat və məhkəmə funksiyala-
rına malik olan Ağsaqqallar şurası idi. Dövlətin şəhər və yaşayış məntəqə-
ləri muxtar idarəetmə sisteminə malik idi.
Artıq b.e.ə. III-II minilliklərdə İkiçayarası dövlətlərlə sıx bağlı olan
Elam sivilizasiyasında özünəməxsus dövlət mədəniyyəti formalaşdı. Elam
cəmiyyəti üçün səciyyəvi cəhət, matriarxat və qəbilə-tayfa quruluşu qalıqla-
rının xeyli saxlanmasını təsdiq edən bacılarla nigah və dövlətin üç nəfər tə-
rəfindən idarə edilməsi idi. Elamda dövlət idarəçilyi çoxpilləli sistemə ma-
lik idi. Dövlət iyerarxiyasının ən yüksək pilləsində ölkənin ali hakimi hesab
edilən və Şumerin “sukkalmah” (böyük elçi) titulunu daşıyan hökmdar du-
rurdu. Onun iqamətgahı dövlətin paytaxtında, Suz şəhərində yerləşirdi.
İkinçi pillədə, Simaşda iqamətgahı olan və hökmdarın vəfatı zamanı onun
yerini tutan müavini (adətən qardaşı) - “sukkal” (elçi) dururdu. Üçüncü iye-
rarxiya pilləsində canişin və ya Suz şəhərinin padşahı yerləşirdi. Daha aşağı
pillələri vilayətləri idarə edən və birbaşa sukkalmahın ali hakimiyyətinə ta-
be olan “addalar” (atalar) tuturdu. Addaların varisləri ana xətti üzrə qohum-
lar idi. Qohumluq əlaqələri ölkədə idarəetmə sisteminin bütün səviyyələrin-
də mühüm əhəmiyyətə malik idi. Şah ailələrində qəbul olunmuş levirat ins-
titutuna görə, şahın ölümündən sonra onun qardaşı və varisi ölənin dul qal-
mış qadınına evlənir və bununla da taxta sahiblik hüququnu əldə edirdi. Bir
neçə əsr ərzində ölkədə Hammurapi qanunları işləyirdi. Məhkəmə iclasları
İdarəetmə mədəniyyəti
131
vilayət canişinliklərinin və şəhər əhli nümayəndələrinin iştirakı ilə keçirilir-
di. Cinayətkarların cəzalandırılması amansızlığı ilə fərqlənirdi. XV əsr
üçün Elamın dövlət idarəçiliyi sistemində dəyişikliklər baş verdi. Şah taxtı
ata xətti ilə varislik üzrə əvəz edilməyə başladı ki, bu da mərkəzləşdirilmiş
monarxiyanın formalaşması prosesinin başlanğıcını qoydu. İdeoloji funksi-
yaları yerinə yetirən kahinlər xalqa təlqin edirdilər ki, şahlar allahların yer-
dəki müavinləridir və onların iradəsini yerinə yetirirlər. Elam panteonunun
başında allahların anası hesab edilən Pinekir (“Böyük ilahə”) dururdu. B.e.ə.
549-cu ilə yaxın Elam farslar tərəfindən zəbt edildi və Əhəmənilər imperi-
yasının tərkibinə daxil oldu.
B.e.ə. VII əsrin əvvəlləri üçün Babilistan və Misirlə yanaşı Yaxın Şərqin
ən iri dövləti Midiya oldu. Assuriya ilə uğurlu mübarizədən və Midiya
knyazlıqlarının tədricən birləşməsi nəticəsində, b.e.ə. 671-ci ildə Kaştariti
(Fraorta, Herodot onu belə adlandırır) dövründə Midiya ilk dəfə müstəqil
dövlət oldu. B.e.ə. 612-ci ildə Yeni Babil şahlığı ilə birlikdə Assuriyanı
darmadağın etdikdən sonra, VI əsrin əvvəli üçün Midiya Urartunu, Skif
şahlığını, Manna, Persiya, Parfiya, Girkaniya və Elamı öz hakimiyyətinə ta-
be etdi. Yüz ildən bir qədər artıq mövcud olan Midiya, b.e.ə. 550-ci ildə üs-
yan edən fars tayfaları tərəfindən ələ keçirildi, və tezliklə Əhəmənilər döv-
lətinin bir hissəsi olaraq, özünün müstəqil mövcudluğunu dayandırdı. Nəti-
cədə, Misir və Babilistandan fərqli olaraq, Midiya yetkin dövlətçilik səviy-
yəsinə çatmağa müvəffəq olmadı. Buna baxmayaraq, məlum olduğu kimi,
Midiyanın istilasından sonra farslar dövlət idarəçiliyinin midiya sistemini
mənimsədilər, amma sonralar onu islahat yolu ilə ciddi surətdə dəyişdilər.
B.e.ə. VI əsrin ortalarında Yaxın Şərqin tarixi səhnəsində, özünün inki-
şaf etmiş dövlət idarəçiliyini yaratmış yeni dövlət - qüdrətli Əhəmənilər im-
periyası meydana çıxdı. Rəsmən Misirin fironu elan edilmiş şah Kambizin
dövründə farslar tərəfindən istila edilmiş xalqların nümayəndələri dövlət
aparatında öz vəzifələrini tutmaqda davam edirdilər və onları irsən ötürür-
dülər. Qədim Şərq dövlətlərində qeyri-məhdud şah hakimiyyətinin tədricən
təsdiq olunması şahların, özünün əvvəlki imtiyazlarını inadla qoruyan qəbi-
lə əyanlarına qarşı mübarizəsi ilə müşayiət olunurdu. Qəbilə əyanları və
mərkəzləşdirilmiş monarxiyalı dövlət yaratmağa cəhd edən şah hakimiyyəti
arasındakı qarşıdurma köhnə sosial sistem olan patriarxal-qəbilə münasibət-
lərinin dağıdılmasını tələb edirdi. Midiyalı Qaumatanın ölkəni qısamüddətli
idarə etməsi zamanı yeni siyasi prinsiplərə əsaslanan dövlət islahatı keçiril-
di. İdarəetmənin qaydaya salınması məqsədilə, Qaumata, kültün mərkəzləş-
dirilməsinə, habelə fəth edilmiş ölkələrin əhalisinin müxtəlif təbəqələrinin
cəlb edilməsi hesabına imperiyanın sosial bazasını genişləndirməyə cəhd
edirdi. Tabe edilmiş xalqları Persiya daxilində saxlamaq və ölkə daxilində
Fuad Məmmədov
132
sosial-siyasi sabitliyə nail olmaq məqsədilə bütün vergilər və hərbi mükəl-
ləfiyyətlər üç il müddətinə ləğv edildi. Daxili siyasətdə islahat, fars əyanı-
nın imtiyazlarını və onun iqtisadiyyatdakı və cəmiyyətdəki hakim mövqeyi-
ni məhv etmək məqsədini güdürdü. Qəbilə fars əyanlarını imtiyazlardan
məhrum etmə cəhdi ona həyatı bahasına başa gəlsə də, bu islahatlar qəbilə-
tayfa münasibətlərinin aradan qaldırılması və I Daranın dövründə Persiyada
geniş vüsət alan mərkəzləşdirilmiş monarxiyanın formalaşması prosesi üçün
mühüm əhəmiyyət daşıyırdı.
B.e.ə. 522-ci ildə taxta qədəm qoyan I Dara dövlət idarəçiliyinin sabit
sistemini yaratmağa imkan verən inzibati-maliyyə islahatları keçirdi. O,
vergi yığımını nizamladı, ordu kontingentini genişləndirdi və zəbt edilmiş
ölkələr üzərində nəzarəti artırdı. Onun tərəfindən yaradılmış yeni inzibati
sistem, əhəmiyyətli dəyişikliklər olmadan, Əhəmənilər imperiyası devrilənə
qədər fəaliyyət göstərdi. Əyalətləri idarəetmə sisteminin yenidən qurulması
və unifikasiyası nəticəsində dövlət yeni inzibati-vergi dairələrinə - mülki və
hərbi funksiyaların dəqiq bölüşdürüldüyü satrapiyalara (“satrap” – “şahlığı
qoruyan”) ayrıldı. Satraplar şah tərəfindən vəzifəyə qeyri-məhdud müddətə
seçilirdilər. Onlar vilayətin mülki administrasiyasına başçılıq edir, təsərrü-
fat həyatına, vergilərin daxil olmasına və yerli məmurların fəaliyyətinə nə-
zarət edir, məhkəmə səlahiyyətini həyata keçirir, təhlükəsizliyi təmin edir-
dilər və gümüş sikkələr kəsmək hüququna malik idilər. Ordu, satraplardan
asılı olmayan, birbaşa şaha tabe olan sərkərdələrin rəhbərliyi altında idi.
Satrapiyaların tərkibinə daxil olan zəbt edilmiş ölkələr daxili işlərdə muxta-
riyyətdən istifadə edirdilər. Fars administrasiyası onları yerli şahlar vasitəsi
ilə idarə edirdi. Əhəməni imperiyasının paytaxtı Suzda şah dəftərxanasının
başçılığı ilə böyük mərkəzi dövlət idarəçiliyi aparatı yaradıldı. Babilistan,
Ekbatan, Memfis və digər şəhərlərdə fəaiyyət göstərən dövlət dəftərxanala-
rının fəaliyyəti onunla istiqamətləndirilirdi. Bütün satraplar və sərkərdələr
şahın və onun mərkəzi idarəetmə aparatını təşkil edən məmurlarının daimi
nəzarəti altında idilər. Dövlət idarəetmə sistemində ali nəzarət, eyni zaman-
da şahın şəxsi qvardiyasının rəisi olan “minbaşı” tərəfindən həyata keçirilir-
di. Dövlətin təhlükəsizliyi məxfi polis tərəfindən təmin edilirdi. Ölkədə bü-
tün rəhbər vəzifələr farsların əlində cəmləşmişdi. Bununla belə, zəbt edil-
miş ölkələrin yerli dövlət müəssisələrinin idarə edilməsi üçün fars administ-
rasiyası yerli xalqların nümayəndələrindən geniş istifadə edirdi. Dövlət ida-
rəçiliyinin ideoloji əsası Zərdüştlük idi, hərcənd ki, xalq kütlələri, günəş al-
lahı – Mitraya, su və məhsuldarlıq ilahəsi – Anahitə və digər arxaik allahla-
ra da sitayiş edirdilər. Fars şahları başqa dinlərə mane olmamaq müstəsnalı-
ğı ilə seçilirdilər ki, bu da möhkəm müəyyən edilmiş dini ehkamın olma-
ması ilə şərtlənirdi. Kserks tərəfindən həyata keçirilən, Ahuramazda (işıqı,
İdarəetmə mədəniyyəti
133
xeyirxahlığı, biliyi və həqiqəti rəmzləşdirən müdriklik allahı) ayininin mər-
kəzləşdirilməsinə yönəldilmiş dini islahat müvəffəqiyyətsizliyə uğramış oldu.
Dövlət idarəçiliyinin əsas alətlərindən biri hüquq idi. Yunan müəllifləri-
nə görə, hələ Əhəmənilər imperiyası yaranana qədər şah qanunlarının əsası-
nı adi hüquq təşkil edirdi. Şah yeni qanunlar tətbiq edir, daha mühüm işlə-
rin təhqiqatı üçün hakimləri təyin edirdi. Farsların hüquqi həyatında şah şu-
rasına daxil olan yeddi tanınmış qəbilə böyük rol oynayırdı. Lakin imperi-
yanın yaradılması dövlət idarəçiliyinin hüquq kimi mühüm sahəsində dəyi-
şikliklərin həyata keçirilməsini tələb edirdi. Ölkənin idarə edilməsi onun
satraplıqlarının mədəniyyətinin, həmçinin sosial-iqtisadi inkişafının qeyri-
bərabərliyi ilə mürəkkəbləşirdi. İstilaya qədər öz dövlət idarəçiliyi mədə-
niyyəti olan Misir, Babilistan, Elam, Suriya, Finikiya, Kiçik Asiya dövlətlə-
ri kimi inkişaf etmiş regionlarla yanaşı, qəbilə quruluşunun dağılma dövrü-
nü yaşayan ərəb, skif və başqa tayfalar imperiyaya daxil idi. Böyük imperi-
yanın müxtəlif regionlarında təmsil olunan, mədəniyyətin müxtəlif səviyyə
və xarakteri, müxtəlif mentallıq, dinlər, dünyagörüşü və dəyərlər sistemi ilə
şərtlənən sinkretik mədəniyyət bacarıqlı hüquqi tənzimləmə tələb edirdi. Bu
problemin həlli vahid deyil, geniş imperiyanın ərazisində mövcud olan
müxtəlif hüquqi sistemlərlə həyata keçirilirdi ki, bu da dövlət idarəçiliyinin
effektivliyində özünü göstərməyə bilməzdi. Buna görə də I Daranın döv-
ründə fəth edilmiş ölkələrin və xalqların qanunlarının Hammurapi qanunla-
rı və digər qədim qanunlar əsasında kodifikasiyası həyata keçirilirdi. İmpe-
riyada qüvvədə olan qanunlar bir formaya salındılar, zəruri hallarda isə şa-
hın siyasətinə uyğun dəyişdirilirdilər.
Dövlət idarəçiliyində mülkədarlıq məsələlərinin tənzimlənməsi mühüm
yer tuturdu. Bir çox Qədim Şərq ölkələrində olduğu kimi, fars şahları da is-
tila edilmiş xalqlardan ən məhsuldar torpaqları alır və onları, tamhakimiy-
yətli və irsi sahiblik üçün mülk halında, sahibkarları dövlət vergilərinin
ödənişindən azad edərək, şah ailəsi üzvlərinə, iri məmurlara, fars zadəgan
nümayəndələrinə verirdilər. Özlərinin məhkəmə-inzibati idarəsinə və hətta
xüsusi ordusuna malik olan iri mülkədarlar adətən torpaq sahibliyindən gə-
lən gəlirlər hesabına dolanırdılar. İmtiyazlı olmayan təbəqələr üçün I Dara
yeni dövlət vergiləri sistemini tətbiq etdi. Onun əsasında, becərilən torpağın
və onun məhsuldarlığının nəzərə alınması hesabı ilə, satraplıqlar tərəfindən,
onlar üçün ciddi surətdə müəyyən edilmiş pul vergilərinin ödənilməsi prin-
sipi dururdu. Bu sistemə uyğun olaraq farslar, hakim xalq kimi, pul vergisi
ödəmirdilər, lakin natura ilə ödəmədən azad edilməmişdilər. Ölkədə könül-
lü xarakter daşımayan və natura ilə ödənilən hədiyyələr sistemi qəbul edil-
mişdi. Real iqtisadi dəyişikliklərə baxmayaraq, mükəlləfiyyətin həcmi də-
yişmirdi ki, bu da sosial gərginlik yaradır, yoxsulluğu və əsarəti artırırdı.
Fuad Məmmədov
134
I Dara tərəfindən keçirilən pul islahatı əmtəə-pul münasibətlərinin inkişafı-
na səbəb oldu. Hərçənd ki, b.e.ə. VI-V əsrlərdə Fars imperiyasının bir çox
ölkələrinin pul tədavülündə, əsasən, yunan gümüş sikkələri idi, şah təfəfin-
dən tətbiq edilən, bütün imperiya üçün pul vahidi - “qızıl darik” - Qədim
Şərqin ticarət dünyasında bir neçə əsr ərzində əsas qızıl sikkə mövqeyini tu-
turdu.
Dövlət idarəçiliyində əsas yeri, üzərində Persiya dövləti qüdrətinin da-
yandığı ordu idarəçiliyi tuturdu. Ordunun əsasını farslar və midiyalılar və
onun özəyini müxtəlif iran qəbilələrinin və elamitlərin nümayəndələrindən
yığılmış 10 min “ölməzlər” təşkil edirdi. “Ölməzlərin” ilk min nəfəri yalniz
fars zadəgan nümayəndələrindən ibarət idi və şahın şəxsi mühafizə dəstəsi
idi. Finikiyalıların, kiprlilərin, Egey dənizi adaları sakinlərinin, misirlilərin
gəmilərindən istifadə edərək farslar, onlara dənizdə də hakim mövqe tutma-
ğa imkan verən güclü hərbi-dəniz donanması yaratdılar. Zəbt edilmiş ölkə-
lərdə yerləşən qarnizonlarda adətən həmin vilayətin sakinləri olmurdu, döv-
lət sərhədlərində yerləşdirilən əsgərlər isə torpaq sahələrindən pay alırdılar.
Zaman keçdikcə idarəetmədəki səhvlər, sistemin durğunluğu və onda
zamanın adekvat tələblərinə uyğun yeniliklərin olmaması, şah ailəsi üzvləri
arasında hakimiyyət uğrundakı daimi mübarizə, ola bilsin, dövlət idarəçiliyi
üçün liderlərin xüsusi hazırlığının olmaması - imperiyanı zəifləməyə gətirib
çıxardı. Buna həm də daxili və xarici qarşıdurmaların və münaqişələrin art-
ması, daimi müharibələr və üsyanlar, zəbt edilmiş ölkələrin müflisləşməsi,
Kiçik Asiya satraplarının separatizmi, fars ordusunun səhlənkarlığı və kifa-
yət etməyən mütəşəkkilliyi səbəb oldu. Dövlətin zəifləməsi b.e.ə. IV əsrin
ikinci yarısında yaranan yeni tarixi şəraitdə - III Daranın (Kordomanın) ha-
kimiyyəti dövründə daha aydın göründü. Siyasətin zorakı vasitələrlə davam
etdirilməsi üsulu olan müharibədə, silahlı qüvvələrin idarə edilməsi ilə ya-
naşı, ideoloji, diplomatik və iqtisadi idarəetmə metodlarından da fəal surət-
də istifadə olunur. B.e.ə. IV əsrdə özündə iki müxtəlif idarəetmə sistemləri-
ni əks etdirən Yunanıstanla Persiya arasındakı müharibə təcrübəsi sübut
edir ki, qələbənin həlledici amili, - liderin, ordunun və bütövlükdə xalqın
intellektual səviyyəsidir. Aristotelin tələbəsi - Makedoniyalı İsgəndərin ki-
çik ordusunun III Daranın böyük ordusu üzərindəki qələbəsi, gücün kəmiy-
yətdə deyil, keyfiyyətdə olduğunu göstərərək, intellektual mədəniyyətin üs-
tünlüklərini inandırıcı tərzdə nümayiş etdirdi. Ordunun igidliyi və şücaəti
ilə yanaşı, daha yüksək intellektual mədəniyyətə, daha yüksək biliklərə,
texnologiyalara, mütəşəkkilliyə, iradəyə, özlərinin daha yüksək mənəvi
ruhlu liderlərinə malik olan tərəf qalib gəlir.
Bir sıra digər ölkələrdə olduğu kimi, İranın dövlətçilik mədəniyyəti ta-
rixində hələ açılmamış və oxunmamış səhifələr çoxdur. Belə ki, 2003-cü il-
İdarəetmə mədəniyyəti
135
də cənub-qərbi İranda, Jiroft İran şəhəri yaxınlığında, Kermanda qazıntılara
başlayan İran arxeoloqu, professor Yusif Məcidzadə burada, abidələrinin
gözəlliyinə görə Misir və ya Mesopotamiya sivilizasiyalarına güzəştə get-
məyən Aratta sivilizasiyasının aşkar edilməsi haqqında məlumat verir.
Onun aşkar etdiyi mesopotamiya tipli zikkurat (dünyada ən böyüklərdən bi-
ri), hərbi istehkam, möhürlər, mifoloji süjetlərlə olan vazalar, üzərində elam
yazıları olan, b.e.ə. III minillik tarixini göstərən gil lövhəciklər, burada nə
vaxtsa qədim dövlətçiliyin mövcud olduğunu sübut edir. Professor belə fər-
ziyyə söylədi ki, bu, özünün yazısı və Şumerlə mədəni əlaqələri olan “bü-
rünc əsrinin itirilmiş krallığı - Arattadır”. Şumer hakimi Enmerkarın yazış-
masından aşkar olur ki, Şumer ilahəsi İnannanın məbədinin tikilməsi üçün
Arattadan Uruka arxitektorlar və sənətkarlar göndərilməli idilər.
Dostları ilə paylaş: |