AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Müəllifin kulturoloji idarəetmə modeli haqqında



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 

Müəllifin kulturoloji idarəetmə modeli haqqında 

 

Məlumdur ki, təbiətdə qeyri-müəyyənlik var. Hələ 1927-ci ildə kvant 

mexanikasının yaradıcılarından biri olan Nobel mükafatı Laureatı Verner 

Heyzenberq elektron, proton və materiyanın digər hissəciklərinin ikili kor-

puskulyar dalğalı  təbiətini  əks etdirən kvant nəzəriyyəsinin fundamental 

müddəası olan qeyri-müəyyənlik prinsipini formalaşdırmışdır. Bu prinsipə 

uyğun olaraq, fiziki sistemi xarakterizə edən əlavə fiziki kəmiyyətlər (mə-

sələn, koordinat və impuls) eyni vaxtda dəqiq qiymət ala bilməz. Belə bir 



İdarəetmə mədəniyyəti 

 

89



qeyri-müəyyənlik tam sosial sistem olan mədəniyyətdə də, amma daha bö-

yük miqyaslarda mövcuddur. Burada qeyri-müəyyənlik amilləri qismində, 

ayrı-ayrı insanlarda müxtəlif olan əhval-ruhiyyə, enerji, xarakter, bilik, ira-

də  və sosial, habelə  təbii  şəraitdən asılı olaraq dəyişə bilən insanın digər 

mədəniyyət göstəriciləri çıxış edə bilər.  

Kollektiv və cəmiyyət səviyyəsində qeyri-müəyyənlik daha çox artır, bu 

da insanların idarə edilməsi mürəkkəbliyini göstərir. Bir çox dəyişən kə-

miyyətlər kimi, böyük kollektiv və sosial qrupların davranışını proqnozlaş-

dırmaq çətin məsələ olur. Əgər bu problemə “insanın davranışı onun mədə-

niyyətinin dəyişməsi ilə dəyişilir” formulunu müəyyənləşdirən L.A. Uaytın 

prizmasından yanaşsaq, onda cəmiyyətdə və kollektivdə yüksək ruhi mədə-

niyyətin formalaşmasının nə qədər vacib olduğu aydın olur ki, onun norma-

larına sadiqlik, konkret situasiyalarda insanların davranışının proqnozlaşdı-

rılması və əvvəlcədən xəbər verilməsi imkanlarını genişləndirir. Bu, xüsusi-

lə,  əgər insan kapitalının və ictimai əməyin məhsuldarlığının artmasının 

əsasını  təşkil edən intellektual mədəniyyət ilk olaraq inkişaf etdirilərsə, 

dövlətin sosial- mədəni inkişafının böyük ehtiyatıdır, çünki maddi rifah is-

tehsalçılarının başlıca mənbəyi intellektdədir.  

Dövlət idarəçiliyi proseslərinin təkmilləşdirilməsi maraqlarını  nəzərə 

alaraq, müəllif tərəfindən innovativ effektiv idarəetmə modelinin qurulma-

sına imkan verən “kulturoloji piramida”

10

 universal metodu hazırlanmışdır. 



Bu, universal biliklərə, düzgün anlama və yaradıcılıq fəaliyyətinin səmərəli 

istifadəsi və cəmiyyətin və dövlətin layiqli gələcəyinin qurulmasının effek- 

tiv idarə edilməsi üçün yeni imkanlar açan texnologiyalara aparan, üçsəviy-

yəli, çoxpilləli “kulturologiya piramidası”dır. O, tərəfimizdən təklif olunan 

bir sıra metodoloji prinsiplərin və ifadə edilən baza kulturoloji anlayışların 

və kateqoriyaların istifadəsini nəzərdə tutur. Metodoloji prinsiplərə: məntiq, 

tarixilik prinsipi və dialektika aiddir. Baza anlayışlarına: mədəniyyətin elmi 

anlamı, mədəniyyətin bütöv sosial sistem kimi başa düşülməsi, mədəni in-

san formulu, mədəniyyətin inkişafının obyektiv tarixi amilləri, sosial-mədə-

ni tərəqqi formulu, mədəniyyətin effektivlik formulu, istehsalın effektivlik 

formulu, idarəetmənin effektivlik formulu və nəhayət, kulturoloji piramida-

nın üç: öyrənmə, dərk etmə, və yaratma səviyyəsinin anlaşılmasını nəzərdə 

tutan yaradıcılıq formulunu ehtimal edir. Öyrənilən obyektin sistemli kultu-

roloji təhlili məqsədilə  tərəfimizdən, mürəkkəb və sistemyaradıcı dövlət 

idarəçiliyi problemlərinin düzgün və daha səmərəli həllinin hazırlanması və 

əsaslandırılması üçün 12 tədqiqat metodu məcmusu təklif edilmişdir.

11

 

                                                            



10 

Bax. bölmə: “Kulturoloji piramida” universal metodu 

11

 Bax. bölmə: Mədəniyyətin əsas tədqiqat metodları və prinsipləri  



Fuad Məmmədov

 

 

90



Bu metodların birgə istifadə edilməsi dövlət qərarlarının qəbul edilməsi 

və həyata keçirilməsi proseslərində yarana bilən sabit və dəyişən kəmiyyət-

ləri, real situasiya amillərini və qarşılıqlı əlaqələrini nəzərə alan optimal, ta-

razlaşdırılmış idarəetmə modelinin qurulmasına imkan verir. Universal kul-

turoloji model çərçivəsində  rəhbərə, - konkret şəraitlərə operativ reaksiya 

verərək və mövcud qeyri-müəyyənliklərin xarakterini öyrənərək, dəyişən 

situasiyanın tələblərinə hansı idarəetmə strukturları  və metodlarının daha 

çox cavab verəcəyini, hansı idarəetmə innovasiyalarının təşkilatın və ya 

dövlətin effektivliyini və rəqabət qabiliyyətini təmin edə biləcəyini perma-

nent müəyyən etməyə imkan verən situativ təhlil xüsusi yer tutur. Müvəffə-

qiyyət, situasiyanın obyektiv şərhi, əsas daxili və xarici “situativ dəyişənlə-

rin”, qoyulmuş məsələnin həlli üçün vacib, məntiqi cəhətdən nöqsansız və 

effektiv (verilmiş şəraitdə) olan tədqiqat metodlarının düzgün seçimi, qəbul 

ediləcək qərarların ehtimal edilən nəticələrini qabaqcadan görmək bacarığı 

ilə müəyyən edilir. Daxili dəyişənlərə - idarəetmə sisteminin məqsədləri, 

vəzifələri, strukturu, texnologiyaları,  əməkdaşları aiddir. Xarici dəyişənlərə - 

siyasi proses, iqtisadiyyatın vəziyyəti, elmi-texniki tərəqqi, sosial-mədəni 

dəyişikliklər, qrup maraqlarının təsiri aiddir.  

Müəllif tərəfindən təklif edilən kulturoloji model, idarəetmə texnologi-

yalarının təkmilləşdirilməsinin institusional və bihevioral konsepsiyalarının 

üstünlüklərini özündə birləşdirən, Qərb ölkələri və Rusiyanın dövlət idarə-

çiliyinin  əsas konsepsiyalarının elmi və praktik dəyərinin qəbul edilməsi, 

universal yanaşma yaradılması məqsədilə onların nailiyyətlərinin analizi və 

sintezi  əsasında qurulmuşdur. O, insan fəaliyyətinin strateji sahəsi kimi, 

cəmdə idarəetmə prosesini səciyyələndirən amillərin spektrlərinin tədqiq 

edilməsi imkanını verir. Model bir çox sosioloq, politoloq, psixoloq, iqti-

sadçılar və əsərləri dövlət idarəçiliyi problemlərinə həsr edilmiş digər mütə-

xəssislərin elmi nailiyyətlərini özündə birləşdirir. Bu sistemli kulturoloji 

yanaşma, effektiv qərarlar üçün zəruri olan problemlərin mahiyyətini ob-

yektiv aşkarlamağa, daha uğurlu metodları və konsepsiyaları birləşdirməyə, 

elmi  əsaslandırılmış  nəticələri ifadə etməyə imkan verir. Tərəfimizdən ilk 

dəfə irəli sürülən, triada kimi yaradıcı prosesi, onun nəticələri və texnologi-

yalarını özündə birləşdirən mədəniyyətin elmi anlamı konsepsiyası – mədə-

niyyət fenomeninə yeni yanaşmadır. O bütövlükdə mədəniyyəti yalnız təd-

qiq etmək deyil, həm də onun ayrı-ayrı sosial institutlarını təhlil etmək və 

modelləşdirməyə imkan verən məntiqi metod kimi istifadə oluna bilər. 

“Kulturoloji piramidanın” universal metodları ilə birləşmədə mədəniyyətin 

elmi anlamı - siyasətdə, iqtisadiyyatda, elm, təhsil, hüquq, beynəlxalq əla-

qələr və sosial-mədəni fəaliyyətin digər sahələrində, bu institutların effektiv 

idarə edilməsi üçün yeni imkanlar açaraq, inkişafın mahyyətinin, xüsusiy-



İdarəetmə mədəniyyəti 

 

91



yətləri, mexanizmləri,  əlaqələrinin, qanunları  və texnologiyalarının dərin-

dən açılmasına yardım edir.  

Universal və xüsusi biliklərə  əsaslanmış  təklif edilən modelin praktik 

tətbiqi, nəinki milli mədəniyyətin  ənənəvi xüsusiyyətlərinin “nəzərə alın-

masını”, həm də tənqidi təhlili və yeni şəraitlərdə öz proqressiv əhəmiyyəti-

ni itirmiş sosial-mədəni stereotiplərdən imtina edilməsini nəzərdə tutan mil-

li və beynəlxalq inkişaf təcrübəsinin  yeni oxunuşunu  nəzərdən keçirir. Bu 

səbəbdən, o, həm də beynəlxalq idarəçilik üçün zəruri olan sistemli kulturo-

loji tədqiqatda və dünya təcrübəsi üzrə siyasi, inzibati, iqtisadi və sosial 

idarəetmənin yaradıcı istifadəsində faydalı ola bilər. Bununla bərabər təklif 

edilən model qabaqlamaya işləyərək dünya prosesi tendensiyalarından, si-

tuasiyalardan, daxili və xarici şəraitin fasiləsiz dəyişikliklərindən asılı ola-

raq, milli səviyyədə fəaliyyətin bütün istiqamətləri və sahələrində effektiv 

idarəetmənin yeni kreativ imkanlarının yaradılmasına kömək edə bilərdi. 

Onun istifadəsi, demokratik sistem şəraitində özünün yüksək effektivliyini 

sübut etmiş geniş profilli peşəkar idarəçilərin - ceneralistlərin” və “cene-



ralist” idarəetmə üslubunun hazırlanması və inkişafı üçün də məqsədəuy-

ğun hesab edilir.  

Deyilənlər, inkişaf etməkdə olan ölkələr üçün yeni kulturoloji idarəetmə 

texnologiyaları və modellərinin hazırlanması və tətbiqinin aktuallığını, kul-

turologiyanın inkişafının hüquqi təminatının, idarəçi kadrların hazırlanma-

sının universal elmi əsası kimi kulturologiyanın institutlaşdırılması haqqın-

da müvafiq qanunun qəbul edilməsinin, dövlət siyasəti və dövlət idarəçiliyi 

sisteminin inkişafının, həmçinin insanların həyat fəaliyyətinin təkmilləşdi-

rilməsinin əhəmiyyətini bir daha təsdiq edir. 

 

Milli idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi üzrə 



müəllifin tövsiyələri 

 

Yüksək milli idarəetmə keyfiyyətini təmin edən şərtlərdən biri - dövlət fəa-

liyyətinin müxtəlif sahələrinə məsul rəhbərlərin və liderlərin universal elmi və 

peşə bilikləri səviyyəsinin daim yüksəldilməsidir. Kulturoloji tədqiqatların və 

onların milli maraqlarda effektivliyinin təmin edlməsi üçün kulturoloq-alimlə-

rin dövlət quruculuğu və idarəçiliyi praktikası ilə sıx əlaqəsi mühüm əhəmiyyə-

tə malikdir. Demokratik dövlətdə mütərəqqi düşünən alimlərin innovativ fəa-

liyyəti siyasi hakimiyyət tərəfindən dəstəklənir və təşviq edilir. Dövlət idarəçi-

liyi sahəsində innovativ fəaliyyətin həyata keçirilməsi və milli inkişafın məh-

suldar antiböhran proqramlarının hazırlanması üçün sosial-mədəni inkişafın 

mürəkkəb proseslərinin müstəqil kulturoloji ekspertizaya əsaslanan, real ger-

çəkliyin obyektiv dərk edilməsini təmin edən məqsədli kulturoloji tədqiqatların 



Fuad Məmmədov

 

 

92



təşkil edilməsi və hüquqi təminati zəruridir. Birləşmiş Krallıq, ABŞ, Fransa, 

Almaniya və başqa aparıcı demokratik dövlətlərin dövlət idarəçiliyi təcrübəsi-

nin komparativ təhlili inkişaf etməkdə olan ölkələrin dövlət idarəçiliyi sistemi-

nə kulturoloqların fəal cəlb edilməsinin məqsədəuyğunluğunu göstərir. Univer-

sal biliklərə malik “ceneralistlərin” (kulturoloqların - F.M.) mənəvi və maddi 

mədəniyyətin konkret istiqamətlərindən yaxşı baş çıxaran ekspertlərdən üstün-

lüyü, - “ceneralistlərin” problemləri və strateji perspektivləri, idarəetmə fəaliy-

yətinin daha effektiv koordinasiyalarını və gələcəyin qurulmasını bütöv şəkildə 

görmə bacarığından ibarətdir. Onların daha universal imkanları, ekspert rəylə-

rini proqram və layihələrə dəyişmək bacarığı, dövlətin mənafeyi və məqsədlə-

rinə cavab verən tarazlaşdırılmış siyasi, iqtisadi və sosial qərarların qəbul edil-

məsinə yardım edir. 

Bu təcrübəni nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrin bütün ali və 

orta məktəblərində kulturoloji təhsili nəinki təşkil etmək, habelə “yeni de-

mokratiyalarda” dövlət idarəçiliyi sahəsində istifadə üçün hazırlanan mə-

murlara xüsusi kulturoloji hazırlığın, kulturologiya və idarəetmə mədəniy-

yəti üzrə mühazirə və interaktiv treninqlərin keçirilməsini təmin etmək zə-

ruriliyi meydana çıxır. İdarəçilik əməyinin düzgün stimullaşdırılması məq-

sədilə, idarəçiliyin “klassik” və “neoklassik” məktəblərinin nailiyyətləri 

təhlilinə  əsaslanaraq, tərəfimizdən mütəxəssislərin idarəetmə  mədəniyyəti 

səviyyəsinin, onların peşə keyfiyyətləri, qabiliyyətləri və xidmətlərinin 

prinsipləri və qiymətləndirilmə meyarları təklif edilmişdir:  

 Ümumi elmi və xüsusi biliklər. 

 Ciddi peşə təcrübəsi. 

 Təşkilati-idarəçilik qabiliyyətləri. 

 Yüksək etik mədəniyyət. 

 Korporativ etika. 

 İdarəçilik fəaliyyətinin konkret nəticələri. 

 İnnovativ fəaliyyət sahəsində nailiyyətlərinin milli və beynəlxalq 

aləmdə tanınması. 

Hər bir ölkənin milli mənafeyini nəzərə alaraq, siyasətçilərin və liderlə-

rin ali korpusundan - nazirlər, icra hakimiyyəti başçıları, parlament komis-

siyalarının sədrləri, hüquqi strukturların rəhbərlərindən başlayaraq, haki-

miyyətin müxtəlif sahələrini təmsil edən bütün səviyyələrdə bürokratlar 

üçün sistemli şəkildə idarəetmə mədəniyyəti üzrə interaktiv treninqlərin ke-

çirilməsi zəruridir. Onlar tərəfindən idarəetmə mədəniyyəti sahəsində bey-

nəlxalq standartlara uyğun universal biliklərin mənimsənilməsi, cəmiyyətin 

tələbatları və dünya sivilizasiyasında baş verən dəyişikliklərə müvafiq döv-

lət idarəçiliyi keyfiyyətinin fasiləsiz inkişafını təmin edə bilərdi. Bu zaman 

müsabiqə sisteminin yayıldığı orta korpuslu məmurların kulturoloji hazırlı-



İdarəetmə mədəniyyəti 

 

93



ğı, idarəçi personalın beynəlxalq sertifikatlar metodlarının köməyi ilə qo-

yulmuş vaxt ərzində onların peşə  səriştəsinin və ümumi mədəniyyətinin 

dövlət yoxlanışı ilə başa çatmalıdır. Bununla yanaşı idarəetmə  və liderlik 

mədəniyyətinin  əsaslarını istedadlı  gənclərə  də öyrətmək lazımdır. Dövlət 

quruculuğu və idarəçiliyi üçün kulturologiyanın artan strateji əhəmiyyətini 

nəzərə alaraq, milli və beynəlxalq idarəetmə, insanın və təbiətin ekologiya-

sı, beynəlxalq münasibətlər, informasiya və s. sahələrdə çalışmaq üçün xü-

susi ekspert-kulturoloqların hazırlanması, həmçinin kulturologiya sahəsində 

siyasətçilərin və ali korpus məmurlarının yenidən hazırlanması məqsədi ilə 

müxtəlif Qərb və Şərq ölkələrində kulturologiya Ali məktəbləri və ya Aka-

demiyalarının

12

 açılması haqqında düşünməyin vaxtı çatmışdır. Bu məktəb-



lərin nəzdində, cəmiyyətin daxili siyasətinin və sosial təhlükəsizliyinin uğurları 

üçün mühüm olan vətəndaşların müxtəlif kateqoriyalarının və gənclərin de-

mokratiya mədəniyyəti və hüquqi dövlətin əsaslarına kulturoloji təlimini və 

maarifini təşkil etmək olardı.  

Demokratik idarəetmə sisteminin prinsipləri, dəyərləri, texnologiyaları 

və üstünlüklərinin mahiyyətinin kulturoloji anlamı, inkişaf etməkdə olan öl-

kələrin davamlı milli inkişafı və onların yüksək inkişaf etmiş dövlətlərin si-

vil dünyasına dərin inteqrasiyası üçün geniş imkanlar açan dövlət və sosial 

idarəçiliyinin fəal və yüksək effektli islahatlarının həyata keçirilməsi üçün 

məmurların daxili motivasiyasını stimullaşdırır. 

Bununla  əlaqədar, “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının, 

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən bəyənilmiş, inkişaf etmək-

də olan ölkələrin dövlət quruculuğunda yararlı ola biləcək bir sıra kulturoloji 

innovasiyalara diqqət yetirmək istərdik. Onlardan bəziləri bunlardır:  

1.  İntellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin qabaqlayıcı 

inkişafının dövlət prioritetlərinin müəyyənləşdirilməsi. 

2.  Milli və beynəlxalq strateji inkişaf problemlərinin sistemli tədqiqinin 

həyata keçirilməsi üçün dövlət səviyyəsində kulturologiyanın milli mərkəzləri-

nin və ya institutlarının yaradılması. 

3.  İnkişaf etməkdə olan dövlətlərdə dövlət qərarlarının qəbul edilməsi 

və reallaşdırılmasına məsul siyasətçi və  məmurların ali korpusunu təmsil 

edən, nazirlərdən, icra hakimiyyəti başçıları  və digər vəzifəli  şəxslərdən 

başlayaraq, bütün səviyyələrdə siyasətçi və idarəçilər üşün daimi fəaliyyət 

göstərən kulturologiya və demokratik idarəçilik mədəniyyəti üzrə geniş tre-

ninqlər şəbəkəsinin təşkil edilməsi.  

                                                            

12

 Yuxarıda adı  çəkilən Dünya mədəniyyəti Beynəlxalq Universiteti də bu rolda çıxış edə 



bilər.  

Fuad Məmmədov

 

 

94



4.  Kulturologiyanın bütün səviyyələrdə məktəblərin təlim proqramla-

rına ayrıca daxil edilməsi, bütün ali məktəblərdə kulturologiya kafedraları 

və mərkəzlərinin açılması. 

5.  Əhalinin müxtəlif kateqoriyaları üçün geniş kulturoloji maariflən-

dirmə şəbəkəsinin təşkili. Regionlarda lokal elmi-maarifləndirici kulturoloji 

mərkəzlərin yaradılması.  

6.  BMT nəzdində, konsepsiyası hələ 1995-ci ildə bir çox Azərbaycan 

alimləri və xarici diplomatlar, həmçinin bir sıra xarici ölkə  səfirlikləri və 

BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən bəyənilmiş, Beynəl-

xalq Dünya mədəniyyəti Universitetinin açılması.

13

 

Fikrimizcə, milli dövlət idarəçiliyi mədəniyyəti effektivliyinin yüksəl-



dilməsinə, həmçinin:  

  İnkişaf etməkdə olan ölkələrin dövlət idarəçiliyi təcrübəsində, öz 



üstünlüklərini Qərb ölkələri və Yaponiyada göstərmiş düzgün strategiya, 

texnologiya, etika, sosiologiya və estetikaya, prinsip və metodlara əsasla-

nan idarəetməyə sistemli kulturoloji yanaşmanın tətbiqi . 

  İnzibati amirlik sistemi üçün xarakterik olan hakimiyyət mədəniy-



yətindən - hakimiyyət, rol, vəzifə və şəxsiyyət mədəniyyətinin kombinasi-

yasına  əsaslanan demokratik təşkilati mədəniyyətə tamamilə  və  hər yerdə 

keçmə. 



  “Demokratik idarəetmə mədəniyyəti” haqqında milli qanunların qə-



bul edilməsi.  

  Qanunların yüksək icra mədəniyyəti mexanizmlərinin işlənib hazır-



lanması və təcrübədə tətbiqi. 

  İnkişaf etməkdə olan ölkələrin alimləri və mütəxəssisləri tərəfin-



dən, idarəetmə mədəniyyəti üzrə milli dövlət idarəçiliyi sisteminin davamlı 

inkişafı və təkmilləşdirilməsi məqsədilə, qərb idarəçilik təcrübəsindən yara-

dıcılıqla istifadə edilməsinə yardım edən ədəbiyyatın hazırlanması və nəşr 

edilməsi. 

   Müstəqil milli və xarici ekspertlərin iştirakı ilə dövlət idarəçiliyi 



sisteminin permanent islahatı prosesinin ictimai monitorinqinin həyata ke-

çirilməsi. 

Dövlət quruculuğu və idarəçiliyinin strateji resursu kimi intellektual 

mədəniyyətin qabaqlayıcı inkişafının zəruriliyi haqqında irəli sürdüyü-

müz müddəanın hüquqiliyi dövlətin yalnız məkan və zaman daxilində 

innovativ inkişafının aktual tələbatları ilə deyil, həmçinin “qızıl mil-

yard konsepsiyasının” əsas müddəaları və dünya sivilizasiyasının inki-

                                                            

13

 Bizə elə gəlir ki, müasir dünyada beynəlxalq idarəetmə effektivliyinin yüksəldilməsinə dünya 



mədəniyyəti və sivilizasiyası Beynəlxalq Parlamentinin yaradılması da yardım edə bilərdi.  

İdarəetmə mədəniyyəti 

 

95



şaf tendensiyaları ilə  də  təsdiqlənir. Futuroloqlar Piter Şvars və Piter 

Leyden tərəfindən hazırlanmış  gələcəyi görməyin pozitiv ssenarisi də 

inkişafin  əsası kimi intellektual mədəniyyətin qiymətləndirilmə  əhə-

miyyəti ilə əlaqədardır. Bu ssenariyə əsasən, iqtisadi şəbəkədə “texno-

logiyanın beş böyük dalğası” – fərdi kompüterlər, rəqəmsal telekommu-

nikasiyalar, biotexnologiyalar, nanotexnologiyalar və alternativ ener-

getika üzərində təsis edilmiş davamlı iqtisadi yüksəliş, 2020-ci ilə qə-

dər bütün dünyada yoxsulluğun aradan qaldırılmasına və daha yaxşı, 

ekoloji cəhətdən təhlükəsiz dünyanın - firavanlıq sivilizasiyasının tə-

şəkkülünə kömək edəcəkdir. Bu sahələrdə elmi-texniki tərəqqinin stra-

teji fəaliyyətinin balanslaşdırılmış koordinasiyası məqsədilə, bu istiqa-

mətlərdə qarşılıqlı  əlaqəli inkişafın nəticələrinin qiymətləndirilməsi, 

monitorinqi, koordinasiyası üçün və qlobal səviyyədə iqtisadi, sosial və 

siyasi qərarların düzgün qəbul edilməsi üçün zəruri olan demokratik 



idarəetmə  mədəniyyətindən  daha geniş istifadə etmək məqsədəuyğun 

hesab edilir.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fuad Məmmədov

 

 

96



II HISSƏ 

 

Bir sıra Şərq və Qərb ölkələrinin dövlətçilik 

və dövlət idarəçiliyinin tarixi və nəzəriyyəsinə 

kulturoloji baxış 

 

Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin tarixi və  nəzəriyyə-



sindən. Dövlətçiliyin iki tarixi forması haqqında. Bəşəriyyətin ilk sivili-

zasiyalarında dövlətçilik mədəniyyəti tarixindən. Şumer-Mesopotamiya 

sivilizasiyası. Kiçik Asiya, Aralıq dənizi, Ərəbistan, Yaxın və Orta Şərq 

dövlətləri. Türkiyə. Qədim Misir. Mərkəzi Asiya. Qədim Hindistan. Qə-

dim Çin və Qədim Koreya. Qədim Yunanıstan. Qədim Roma. Yaponiya. 

M.N. Tusi və M.F.Axundzadənin ictimai tərəqqi, insan münasibətləri 

mədəniyyəti və idarəetmə mədəniyyətinə baxışları. 

 

  

Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyəti haqqında 

 

Biz artıq bilirik ki, kulturologiyanın fundamental vəzifəsi ruhi və maddi 

mədəniyyətin müxtəlif sahələrində, müxtəlif təbii-coğrafi, tarixi, sosial və 

siyasi şəraitlərin konkret təzahüründə insanın həyat fəaliyyətinin əsas qanu-

nauyğunluqlarının aşkarlanması, düzgün dərk edilməsi və obyektiv qiymət-

ləndirilməsidir. Bu vəzifə nöqteyi-nəzərindən dünyanın müxtəlif ölkələrinin 

dövlətçilik və dövlət idarəçiliyi tarixinə də yeni tərzdə nəzər salmaq imkanı 

açılır.  

Müxtəlif ölkələrin mədəniyyət və sivilizasiyasının təşəkkül və inkişaf 

formaları  təbii-coğrafi və tarixi şəraitlə, xalqın genetik kodu ilə, mədəni 

mübadilə səviyyəsi və mədəniyyətə həssaslığı ilə, sosial mühit və siyasi re-

jimlə şərtlənir. Üzvi surətdə digərləri ilə qarşılıqlı əlaqədə olan bütöv mədə-

niyyət sisteminin hər bir sosial institutu öz strukturuna, funksiyasına, ener-

jisinə, vektoruna və hərəkət səciyyəsinə malikdir. Buna görə bütün mədə-

niyyət sisteminin fəaliyyət və inkişaf qanunauyğunluqlarının düzgün başa 

düşülməsi yalnız, ümumi və xüsusi amillərin, sosial institutların, hadisələ-

rin və onların arasındakı əlaqələrin çoxölçülü tədqiqatını nəzərdə tutan sis-

temli yanaşma şərtilə mümkündür. Sistemli kulturoloji təhlilin yüksək elmi 

və praktik əhəmiyyəti ondan ibarətdir ki, o, dünya mədəniyyəti və siviliza-

siyası inkişaf tarixinin əsas nailiyyətləri və qanunauyğunluqlarını daha dol-

ğun aşkar etməyə, dərk etməyə və düzgün qiymətləndirməyə, tarixin müx-

təlif mərhələlərində, müxtəlif ölkələrdə və müxtəlif xalqlarda bu qanunauy-



İdarəetmə mədəniyyəti 

 

97



ğunluqların forma və xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Sis-

temli kulturoloji təhlil dünya sivilizasiyasının müxtəlif mərhələlərində müx-

təlif ölkələrdə dövlətçiliyin yaranması və inkişafının əsil mahiyyətini və qa-

nunauyğunluqlarını aşkar etməyə imkan yaradır. Müqayisəli təhlil müxtəlif 

dövlətçilik tipləri və dövlət idarəçiliyi sistemlərinin təşəkkül tapması və də-

yişilməsi prosesləri qanunauyğunluqlarının konkret formalarının başa dü-

şülməsinə və elmi ümumiləşdirilməsinə yardım edir. Məntiqi anlayışlardan 

və tarixi faktlardan, analiz və sintezdən istifadə etməklə, o, nəinki ictimai 

inkişafın mürəkkəb proseslərini düzgün müəyyənləşdirməyə, həm də zama-

nın tələblərinə və sonsuz hərəkətdə olan dünya dəyişikliklərinə adekvat zid-

diyyətlərin həllini, cəmiyyətin dəyişdirilməsi və mütərəqqi inkişafını təmin 

edən dövlət quruculuğu və idarəçiliyinin effektiv modellərini və innovativ 

texnologiyalarını hazırlamağa imkan verir.  

Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin mahiyyəti və xüsusiy-

yətlərinin düzgün dərk edilməsi məqsədi ilə hazırkı əsərdə, insan mədəniy-

yətinin bu vacib sahəsinin Şərq və Qərb ölkələrində təşəkkülü və inkişaf ta-

rixi və qanunauyğunluqlarını tədqiq etmək, sistemli kulturoloji yanaşmanın 

köməyi ilə bu problemin başlıca nəzəri məsələlərini nəzərdən keçirməyə tə-

rəfimizdən ilk dəfə təşəbbüs edilmişdir. Nəzərə almaq lazımdır ki, “dövlət-

çilik” anlayışı geniş məna daşıyır. Bu termin həm dövlətin sinonimi kimi, 

həm onun yaranma prosesində dövlət elementi kimi, həm hüquqi sistem da-

xil olmaqla, dövlət və ictimai-siyasi həyat institutları kimi, həm də sırf döv-

lət institutları (ictimai-siyasi institutlardan fərqli olaraq) kimi tətbiq olunur. 

Bizim tədqiqat işimizdə “dövlətçilik” anlayışı “dövlət quruluşu”, “dövlət 

qurulması”, “dövlət hakimiyyətinin qurulması” mənasında tətbiq olunur.  



Dövlətçilik mədəniyyəti və dövlət idarəçiliyi mədəniyyəti bir-biri ilə sıx 

əlaqədardır.  Əgər  dövlətçilik,  hakimiyyət orqanları  fəaliyyətinin müəyyən 

nizam və prinsiplərini nəzərdə tutan dövlət qurumunu (quldarlıq, feoda-

lizm, kapitalist, unitar, federal və s.) ifadə edirsə, onda dövlət idarəçiliyi – 

ideoloji xarakter və hakimiyyətin özü ilə şərtlənən, siyasi rejimlə sıx bağlı 

olan, dövlətin həyat fəaliyyətini təmin edən intellektual, etik və inzibati-hü-

quqi metodlar sistemidir. Dövlətçilik – müəyyən idarə formasının, dövlət 

aparatının, hüquqi və etik sistemin, ictimai münasibətlər mədəniyyətinin 

aid olduğu ideologiyaya əsaslanan dövlət təşkilatıdır. Dövlətçilik mədəniy-

yəti bir çox cəhətdən mədəniyyətin - cəmiyyət, hakimiyyət, siyasi rejim, 

mülkiyyət, hüquq, əxlaq, siniflər, silklər, sosial münasibətlər, siyasi partiya-

lar, ictimai təşkilatlar və s. kimi sosial institutlarının inkişaf səviyyəsindən 

asılı olmuşdur və asılıdır. Qədim və orta əsrlər dünyasında dövlətçiliyin və 

dövlət idarəçiliyinin bu və ya digər yaranma fərziyyələrini əks etdirən müx-

təlif konsepsiyalar L.Morqan, F.Engels, N.K.Mixaylovski, Henri Men, Ru-


Fuad Məmmədov

 

 

98



dolf Pampiriye, J.Hezertin və elmin bir çox digər etnoloq, sosioloq, tarixçi 

və nəzəriyyəçilərinin tədqiqatlarında öz əksini tapmışdır. Dövlətçilik mədə-

niyyəti məsələləri yalnız xüsusi tarixi, o cümlədən, milli dövlətlərin yara-

dılmasına həsr edilmiş  əsərlərdə (N.S.Derjavin, Y.V Qotye, V.İ.Piçet, 

Z.R.Neyedla və b.) deyil, həm də “ilahiyyət təlimləri”, “müqavilə”, ”coğra-

fi”, “psixoloji” nəzəriyyələri, “sosial darvinizm”, “ictimai münasibətlər”, 

“zorakılıq və işğalçılıq” nəzəriyyələri, ”fenomenoloji”, “marksist” konsep-

siyaları adı ilə məlum olan və dövlətçiliyin yaradılma səbəbləri, şərtləri və 

üsullarının müxtəlif nöqteyi-nəzərlərini şərh edən digər bir sıra nəzəri əsər-

lər və konsepsiyalarda öz əksini tapmışdır. Cəmiyyətin siyasi təşkilatı olan 

dövlət, müxtəlif siniflərin və sosial qrupların maraqları ilə  sıx bağlıdır. 

Müxtəlif sinfi cəmiyyətlərə ayrı-ayrı dövlətçilik tipləri uyğun gəlir - quldar-

lıq, feodal, kapitalist, sosialist. Tarixi tipindən asılı olmayaraq, hər bir döv-

lət - vasitəsilə cəmiyyətin idarə edilməsini həyata keçirən siyasi təşkilat ki-

mi, öz məzmunu, funksiyalarının qarşılıqlı  əlaqəsi, fəaliyyətinin forma və 

metodları ilə fərqlənir.  

Ölkənin dövlətçilik mədəniyyətinə  hər bir xalqın ümumilikdə mədəniy-

yətini müəyyən edən eyni əsas amillər təsir göstərir. Bu, təbii-coğrafi şərait, 

xalqın genetik kodu, sosial mühit, tarixi şərait və mədəni mübadilədir. Biz 

burada, yuxarıda adı  çəkilən, beş obyektiv-tarixi amillə müəyyən edilən 

dövlətçilik mədəniyyətinin, onun formaları  və texnologiyalarının inkişaf 

vektoruna uyğun ümumi qanunauyğunluğunun təzahürünü görürük ki, bun-

lardan sonuncu ikisi beynəlxalq münasibətlərlə sıx bağlıdır. Eyni zamanda 

bu prosesdə subyektiv insan amili - insanın mədəniyyəti, öz zəmanəsini qa-

baqlayan, ağıllı siyasət və düzgün idarəetməni həyata keçirən görkəmli şəx-

siyyətlərin və liderlərin şüurlu təsiri həlledici əhəmiyyət qazanır. Xalqların 

inkişaf səviyyəsi ilə diktə edilmiş bir sıra səbəblər dövlət təşkilatı və idarə-

etmə prinsiplərinin dəyişdirılməsinə imkan yaratdı. Həyat göstərdi ki, ida-

rəetmə bacarıqları heç də  həmişə irsən ötürülmürdü, xalq hər hakimə eti-

mad göstərmirdi. Avropa dövlətlərində əcdadlarının hökmdar olduğunu gü-

man edən irsi kahinlərin yaranması müstəqil kahin nəsillərinin formalaşma-

sı ilə başa çatmadı, belə ki, Roma papası VII Qriqori nigahsızlıq institutunu 

tətbiq etməklə, ruhaniləri ailə qurmaq hüququndan məhrum etdi. 

Dövlətçilik mədəniyyətinin dəyəri onun sosial məzmunu və rolu ilə mü-

əyyən edilir. Demokratik ölkədə hakimiyyətin idarə və fəaliyyəti xalqın ira-

dəsi və  fəaliyyəti ilə ayrılmamalıdır. Demokratik mədəniyyət prinsipləri 

əsasında fəaliyyət göstərən müasir kapitalist dövlətində dövlət siyasəti mü-

əyyən sinif və qrupların deyil, bütün xalqın maraq və iradəsini ifadə etməyə 

qabildir. Görünür ki, belə siyasətin  ən uğurlu ifadələrindən biri - Norveç 

Krallığında qəbul edilmiş “ümumrifah dövləti” formuludur. Vaxtaşırı məq-


İdarəetmə mədəniyyəti 

 

99



sədyönlü mədəni islahatlar keçirilməsini tələb edən belə siyasətin həyata 

keçirilməsində ziyalılara, hər  şeydən  əvvəl, intellektual elitaya məsul rol 

ayrılır.  İnellektual, etik və hüquqi mədəniyyətin qabaqlayıcı inkişafını  tə-

min edən elmi əsaslı mədəni islahatlar olmadan cəmiyyətin effektiv iqtisadi 

inkişafı, milli müstəqilliyi və sosial tərəqqisi, yüksək dövlətçilik və dövlət 

idarəçiliyi mədəniyyətinə nail olma mümkün deyil. Cəmiyyətin və dövlətin 

həyat fəaliyyətini təmin edən, elm, təhsil, istehsalat, incəsənət sahəsi və di-

gər sahələrdə məşğul olan ziyalılar intellektual azadlıqdan istifadə etməli-

dirlər. Onun üçün daha artıq əlverişli rejim şəraiti yaratmaq lazımdır, çünki 

o, mədəniyyətin inkişafının başlıca hərəkətverici qüvvəsi, cəmiyyətin da-

vamlı inkişafinı, tərəqqi və təhlükəsizliyini təmin edən qüvvədir.  

Dövlətçilik mədəniyyətinin mahiyyəti və xüsusiyyətləri daha çox dövlə-

tin daxili və xarici funksiyaları ilə xarakterizə edilir. Dövlətin başlıca vəzi-

fəsi cəmiyyətin sabit inkişafının, tərəqqi və təhlükəsizliyinin təmin edilməsi, 

rifahının yüksəldilməsi, ictimai münasibətlərin öz vətəndaşlarının mədəniy-

yəti və maraqlarının harmonizasiyası  əsasında tənzimləməsindədir.  Bu 

missiyanın həyata keçirilməsinə, uğurlu daxili inkişafa nail olma üçün əlve-

rişli xarici şəraitin yaradılmasına yönəldilən dövlətin xarici siyasəti, bütün 

beynəlxalq münasibətlər sistemi də tabedir. Bu proseslərin effektivliyini tə-

min edən universal əsas və başlıca hərəkətverici qüvvə, demokratik ölkələr-

də inkişafı intellektual, etik, hüquqi və idarəetmə mədəniyyəti əsasında hə-

yata keçirilən ruhi mədəniyyətdir. Bəşəriyyətin yüksək ruhi mədəniyyətinin 

əsasında onun xeyirxahlığa, həqiqətə və ədalətə bağlılığı durur.  

Məlum olduğu kimi, dövlətin  əsas  əlamətləri: rəsmi siyasi hakimiyyət,  

vətəndaşların ərazi təşkili və ölkənin müstəqilliyidir. Rəsmi hakimiyyət ida-

rəetmə aparatı vasitəsi ilə həyata keçirilir ki, bu və ya digər maraqların qa-

nunvericiliklə  həyata keçirilməsinə imkan verən siyasi hakimiyyət onun 

əlində cəmləşmişdır. Rəsmi hakimiyyətin həyata keçirilməsi dövlətin seçil-

miş və yaradılmış orqanlar sistemi vasitəsilə baş verir, burada hər bir həlqə 

müəyyən fəaliyyət, səlahiyyət sahəsinə, öz xüsusiyyətləri ilə fərqlənən ida-

rəetmə texnologiyaları vasitəsilə dövlət adından fəaliyyət göstərmək kom-

petensiyasına malikdir.  



Dövlət orqanları  səlahiyyətlərinin xarakteri və  həcmi ilə  fərqlənirlər. 

Ümumi və xüsusi (müəyyən sahəyə aid olan) kompetensiyanın ali, regional 

və yerli orqanları mövcuddur ki, onların funksiyaları konkret idarəçilik və-

zifələri çevrəsi ilə  cızılmışdır.  Dövlət  idarəçiliyi  aparatının  bütün tərkib 

hissələri subordinasiya və koordinasiya prinsipləri  əsasında vahid mexa-

nizm kimi fəaliyyət göstərir.  



Fuad Məmmədov

 

 

100



Hakimiyyət səlahiyyətlərinə və onları təmin etmə (təşkilati-siyasi, hüqu-

qi və iqtisadi) vasitələrinə malik vahid dövlət orqanları sistemini təmsil 



edən dövlət aparatına  öz məqsəd və  vəzifələrinə, yaradılma qaydasına, 

kompetensiyasının həcmi və xarakterinə malik müxtəlif dövlət hakimiyyəti 

orqanları daxildir. Bunlar – dövlət hakimiyyətinin səlahiyyətli orqanları; 

dövlət idarəçilik orqanları, ədliyyə orqanları və prokurorluqlar; silahlı qüv-

vələr, dövlət təhlükəsizlik orqanları və ictimai asayişin mühafizəsi orqanla-

rı; diplomatik xidmət orqanlarıdır. Dövlət idarəçiliyinin mərkəzi, sahə  və 

yerli orqanları dövlət hakimiyyəti tərəfindən qəbul edilən qanunlar və digər 

normativ aktlar əsasında fəaliyyət göstərirlər, onlara hesabat verirlər və nə-

zarəti altındadırlar.  

Qanunvericiliklə hakimiyyət səlahiyyətlərinə malik dövlət idarəçilik or-

qanlarının funksiyaları  və rolunun başa düşülməsi və qiymətləndirilməsi 

aşağıdakı suallara cavab vasitəsilə həyata keçirilir: mövcud orqanın missi-

yasi nədir, öz missiyasını  həyata keçirmək üçün o hansı  məqsədləri  əldə 

rəhbər tutur, bunun üçün o nə edir, hansı texnologiyalar vasitəsilə qoyul-

muş məqsədlərə nail olur, onun strukturu necədir?  

Məlumdur ki, kapitalist dövlətçiliyi  İngiltərədə, ABŞ-da, Fransada və 

Almaniyada daha tam inkişafa nail olmuşdur. Buna görə hazırkı kitabda, 

başlıca olaraq, məhz bu ölkələrin dövlətçilik və dövlət idarəçiliyi təcrübəsi 

nəzərdən keçirilmişdir. Lakin demokratik ölkələrdə qəbul edilmiş, bizi ma-

raqlandıran konkret idarəetmə  mədəniyyəti texnologiyalarını  təhlil etməz-

dən  əvvəl, bu dünya mədəniyyəti sahəsinin təkamülünü düzgün anlamaq 

üçün, qədim və orta əsrlər dövründə  Qərb və  Şərq ölkələrində dövlətçilik 

və dövlət idarəçiliyinin formalaşması və inkişaf tarixinin bəzi xüsusiyyətlə-

ri ilə tanış olaq. 



Baxmayaraq ki, dövlətçilik və dövlət idarəçiliyi ilk dəfə quldarlıq cəmiy-

yətində meydana gəlmişdir, artıq ibtidai-icma quruluşu şəraitində mədəniy-



yətin bu sosial institutlarının yaranması üçün ilkin şərait formalaşmışdır. 

Məlum olduğu kimi, insan cəmiyyətinin heç bir təşkilati forması hakimiy-

yətsiz, idarəetmə və sosial normalarsız mövcud ola bilməz. Görkəmli Ame-

rika sosioloqu L.Morqan, özünün “Qədim cəmiyyət” fundamental əsərində 



ibtidai özünüidarə xüsusiyyətlərini göstərmişdir ki, onun əsasını əmək pro-

sesinin ümumi mülkiyyəti təşkil edirdi, hakimiyyət forması isə icbarilik 

aparatını tələb etməyən mənəvi avtoritet idi. Azadlıq, bərabərlik və qardaş-

lığa əsaslanan özünüidarə sisteminin ali orqanı ümumi yığıncaq idi ki, onun 

üçün icmanın iradəsinin izharı ilə bağlı olan ibtidai demokratizm xarakterik 

idi. Yığıncaq, müəyyən vaxt müddətinə, məhdud səlahiyyətlərlə, istənilən 

vaxt geriyə çağrıla biləcək icma məsləhətçisini seçirdi. Müharibə vaxtı sər-

kərdə seçilirdi. İcmaların birliyi, təşkilati quruluşu icmanın özünə oxşar 



İdarəetmə mədəniyyəti 

 

101



olan fratriyanı (qardaşlıq) yaradırdı. Fratriyalarn birləşməsi tayfanı forma-

laşdırırdı. Tarixi inkişaf prosesində tayfaların ictimai-iqtisadi və ideoloji 

konsolidasiyası prosesi baş verirdi, ümumi idarəetmə, torpağın birgə istifa-

dəsi və xarici sərhədlərin qorunması, adətlərin, sosial normaların, ənənələ-

rin formalaşması yaranırdı.  

İctimai əmək bölgüsü ictimai münasibətlərdə dəyişikliklərə səbəb oldu, 

istehsal qüvvələrinin inkişafını stimullaşdırdı. Heyvandarlığın ayrılması (ic-

timai  əmək bölgüsünün birinci pilləsi) sərvətin artmasına imkan verdi və 

müntəzəm mübadilə imkanı yaratdı. Bu dövrün dəyişiklikləri cəmiyyətin 

azad insanlara (ağalar) və qullara bölünməsində ifadə olundu. Sənətkarlığın 

əkinçilikdən ayrılması (ictimai əmək bölgüsünün ikinci pilləsi) mülkiyyət 

təbəqələşməsinə - azad əhalinin varlılara və yoxsullara ayrılmasına səbəb 

oldu. İnsanların xüsusi təbəqəsinin - ərzaq mübadiləsi ilə məşğul olan tacir-

lərin yaranması (ictimai əmək bölgüsünün üçüncü pilləsi) əmlak təbəqələş-

məsi prosesini dərinləşdirdi.  

İctimai münasibətlərdə olan dəyişikliklər hakimiyyətin yeni formalarını 

və cəmiyyətin yeni idarəetmə sistemlərini yaratdı: qəbilə, fratriya və tayfa-

nın demokratik özünüidarə orqanları, rəhbərlik etmə  və  həyat fəaliyyəti 

proseslərinin və yeni sosial törəmələrin - siniflərin münasibətlərini tənzim-

ləmək zəruriliyi qarşısında qalan, fərqlənən tayfa əyanının avtoritar idarəet-

mə orqanlarına çevrilirdilər. Qədim cəmiyyətin həyat fəaliyyətinin yeni for-

ması - dövlətçilik belə əmələ gəlməyə başladı ki, onun da missiyası: isteh-

sal və istehlakla bağlı ümumi maraqların təmin edilməsi, ictimai münasi-

bətlərin tənzimlənməsi və xarici düşmənlərdən müdafiəsi oldu. Dövlət ha-

kimiyyəti olmadan, özünüidarənin köhnə icma sisteminin köməyi ilə daxili 

ziddiyyətlərin həlli artıq mümkünsüz idi. Xüsusi mülkiyyətin meydana çıx-

ması  əmlak sahibliyini tənzimləyən və ictimai münasibətləri dəyişən yeni 

sosial qanunların yaradılmasını  tələb etdi. Həyata keçirilməsi və  tətbiqi 

dövlət hakimiyyəti orqanlarının səlahiyyəti olan adi hüquq belə yarandı. 

Bununla yanaşı cəmiyyətdə hüquqla deyil, insanların xeyir və şər haqqında-

kı  təsəvvürlərinə  əsaslanan etik normalarla tənzimlənən adət və  ənənələr 

saxlanılırdı. Dövlətçiliyin meydana çıxması ilə insanların hüquq düşüncəsi 

dəyişilir. Torpaq, mal-qara və qullar üzərində şəxsi mülkiyyət yarandıqca, 

müxtəlif icmaların qarşılıqlı münasibətləri arasında olan qədim qan qisası 

adəti icmanın öz daxilində tətbiq olunan hüquq normasına çevrilir. Elə bu 

dövrdə cinslərin hüqüqi bərabərsizliyi, atalıq hüququna əsaslanan yeni tipli 

ailənin bərqərar olması meydana çıxdı. 

Dövlətçiliyin inkişafı  və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi 

qanunauyğunluqlarını dərk etmək üçün quldarlıq ölkələrinin mədəniyyət ta-

rixinin, həmçinin Şərq və Qərb quldarlıq və feodal ölkələrinin sosial-mədə-


Fuad Məmmədov

 

 

102



ni təcrübəsinin vərəsəlik proseslərinin müqayisəli öyrənilməsi mühüm əhə-

miyyətə malikdir.  

Quldarlıq dövlətçiliyinin formalaşması həm daxili, həm də xarici səbəb-

lərlə  şərtlənirdi. Bir tərəfdən, qədim  əkinçi icmalarının mədəni tərəqqisi, 

sənətkarlıq və ticarətin inkişafı mülkiyyət təbəqələşməsini tezləşdirərək, 

onların mənafeyini qoruyan sarsılmaz hakimiyyətin təşəkkül tapmasında 

maraqlı olan iri mülkiyyətçilər və quldarlar sinfinin formalaşmasına imkan 

yaradırdı. Digər tərəfdən, bu proses, həm daxili təhlükələrdən və xarici təh-

didlərdən müdafiə üçün, həm də ölkənin sosial-iqtisadi zənginləşməsi vasi-

təsi kimi baxılan istilaçı müharibələrin aparılması üçün zəruri olan ordunun 

mərkəzləşdirilməsi tələbatı ilə  şərtlənirdi. Bu tələbatlar nəticəsində seçkili 

tayfa başçılarının irsi hakimiyyətli hökmdarlarla qanunauyğun əvəz edilmə-

si və insanların həyat fəaliyyətinin təşkil və idarə edilməsinin zəruri forma-

sı kimi dövlətin yaranması prosesi baş verdi.  

Bəşəriyyətin ilk sivilizasiyalarının dövlətçiliyi qeyri-məhdud hakimiy-

yətli “ilahi mənşəli” hökmdarın mərkəzləşdirilmiş istibdad monarxiyalarını 

və dövlət idarəçiliyinin mürəkkəb bürokratik sistemini ifadə edirdi. Qədim 

Şərq ölkələrinin quldarlıq dövlətçiliyinin hər bir tipi üçün öz xüsusiyyətləri 

xarakterik idi. Misir üçün bu, – mərkəzləşdirilmiş totalitar-istibdad rejim, 

Babil üçün – güclü şəhər mədəniyyəti və iqtisdiyyatda xüsusi sektorun ol-

ması, Aşşur üçün – quldarlıq cəmiyyətinin hərbiləşdirilmiş xarakteri, Persi-

ya üçün – imperiya əyalətləri idarəçiliyinin federativ xarakteri, icma-kasta 

sistemli Hindistan üçün – varnov-kasta sistemi ilə şərtlənən və ölkənin mə-

dəni bütövlüyü ilə bağlı siyasi parçalanma və dövlətçilik formalarının müx-

təlifliyi, Çin üçün – silki dərəcənin xas olduğu, sosial dərəcələrlə və konfut-

si-budda həyat fəlsəfəsi sistemi ilə  mərkəzləşdirilmiş istibdad rejimi idi. 

Şərq istibdadı ölkələrinin quldarlıq dövlətçiliyi üçün (Şumer, Babil, Aşşur, 

Misir, Het şahlığı, Mitanni, Hindistan, Çin) ibtidai icma quruluşunun azad 

əhalinin məcburi istismarı, patriarxal köləlik, torpağa kollektiv sahibliklə 

kənd icmasının saxlanması, qəbilə əyanlar şurası, qan qisası hüququ və b. 

institutların olması xarakterik idi. Uzaq keçmişlərin sinfi cəmiyyətlərinin 

ümumi mədəni tərəqqisi fonunda, istismar formaları və istehsal tələbatları 

arasındakı ziddiyyətlərin doğurduğu sosial-iqtisadi böhran, vaxtaşırı istib-

dad monarxiyalarının müvəqqəti zəifləməsinə və feodal-federal tendensiya-

larının və inkişaf formalarının güclənməsinə gətirib çıxarırdı. Müəyyən qa-

nunların tətbiqi yolu ilə quldarlıq cəmiyyəti ziddiyyətlərinin yumşaldılması 

və öz hakimiyyətinin və var-dövlət payının artırılması üçün hakim sinfin 

ayrı-ayrı qrupları arasındakı mübarizəni aradan qaldırmaq cəhdləri gözləni-

lən nəticələri vermirdi.  



İdarəetmə mədəniyyəti 

 

103



Dövlətçiliyin əmələ gəlməsi icmanın ümumi mülkiyyətindən cəmiyyətin 

xüsusi mülkiyyətinə keçməsi ilə müşayiət olunurdu. Qədim Şərq dövlətçili-

yinin xüsusiyyətlərindən biri o idi ki, quldarlıq dövlətlərində mülkiyyət yal-

nız torpaq, əmlak, istehsal vasitələri ilə deyil, həm də istehsalın canlı qüv-

vəsi - qullarla təmsil edilirdi. Bir sıra alimlərin fikrincə, intellektual mədə-

niyyətin quldarlıq cəmiyyətləri hakim siniflərinin monopoliyasına çevril-

məsi insanın qabiliyyətləri və istedadının azad istifadəsi imkanlarını  məh-

dudlaşdıraraq, bəşəriyyətin intellektual inkişafına böyük zərbə vurmuşdur. 

Bu amil, qulların öz əməyinin nəticələrində maraqlı olmaması ilə, həmçinin 

əqli və zehni əmək,  şəhər və  kənd, qullar və quldarlar arasındakı ümumi 

ziddiyyətlərlə yanaşı, Qədim dünyanın sosial-mədəni tərəqqi templərində 

mənfi əks olunurdu. Sənətkarların, kəndlilərin və əhalinin digər kateqoriya-

larının hüquqlarının qanunvericiliklə  məhdudlaşdırılması ictimai münasi-

bətlərdə özünü heç də yaxşı göstərmirdi.  

Qədim Şərq dövlətlərinin daxili və xarici siyasətinin əsasını, hər şeydən 

əvvəl, quldarların hakim sinfinin maraqları  təşkil edirdi. Daxili mühitdə 

dövlət idarəçilik aparatı əkinçilik və tikinti sahəsində ictimai işlərin təşkili 

üzrə fəaliyyəti təmin edir, mülkiyyətin qorunması, habelə qulların müqavi-

mətinin yatırılması və siyasi rejimin saxlanması məqsədilə dini müəssisələ-

rin (kahinlər dövlət aparatına daxil idilər) köməyi ilə cəmiyyətə ideoloji tə-

sir göstərmək funksiyalarını yerinə yetirirdi. Xarici siyasət sahəsində başlı-

ca idarəetmə vəzifələri: istilaçı müharibələrin həyata keçirilməsi və dövlət 

xəzinəsinin doldurulması, ölkənin müdafıə qabiliyyətinin möhkəmləndiril-

məsi üçün muzdlu ordunun döyüş gücünün artırılması, hərbi-siyasi ittifaq-

ların yaradılmasına yönəldilmiş diplomatik fəaliyyət, habelə istila edilmiş 

ərazilərin, əsasən vergi və baş vergisi yığılması yolu ilə idarə olunması idi.  

Quldarlıq dövləti aparatına inzibati məmur aparatı, dövlət hakimiyyəti 

orqanları, ordu, polis, məhkəmələr və həbsxanalar daxil idi. Dövlət idarəçi-

liyi sisteminin xüsusiyyəti bütün seçkili və təyin olunmuş vəzifələrin məva-

cibsiz olması idi və buna görə yalnız imkanlı adamlar tərəfindən tutula bi-

lərdi. Bu səbəbdən vəzifələrin tutulması yalnız  əyanlar üçün mümkün idi. 

Dövlətin əsas orqanları hərbi, maliyyə idarələri və ictimai işlər idarəsi idi.  

Dövlətçilik mədəniyyətinin xüsusiyyətləri hər bir ayrı ölkənin inkişaf 

mədəniyyətinin obyektiv-tarixi amilləri ilə şərtlənirdi. Quldarlıq dövlətçili-

yi mədəniyyətinin əsas formaları: monarxiya, zadəgan respublikası və de-

mokratik respublika idi.  

Şərqin ilk monarxiya sivilizasiyalarında, onlar üçün səciyyəvi olan tor-

pağa xüsusi sahibliyin olmaması və suvarma əkinçiliyi ilə, bütün hakimiy-

yət irsi monarxa - sağlığında və ölümündən sonra monarxın şəxsiyyətini ilahi-

ləşdirən irsi zadəganlara söykənən istibdadçıya (ağaya, sahibkara) məxsus 


Fuad Məmmədov

 

 

104



idi. İstibdad şərq monarxiya dövlətçiliyi üçün idarəetmənin mərkəzləşdiril-

məsi, dövlət başçısının təkbaşına hakimiyyətinin qeyri-məhdudluğu xarak-

terik idi. İstibdadçı idarəçilik aparatına başçılıq edirdi, təkbaşına qanunveri-

cilik, məhkəmə idarəçiliyi və orduya rəhbərlik hüququna malik idi.  

Şərq istibdad hakimiyyəti ölkələrinin monarxiya dövlətçiliyindən fərqli 

olaraq, Qədim Yunanıstanın demokratik dövlətçiliyi (Afina demokratiyası): 

hakimiyyətin ali orqanı qismində xalq məclisinin fəaliyyəti, ümumi seçki 

hüququ (vətəndaşlar üçün), hər il qanunlara yenidən səs verilməsi, vəzifəli 

şəxslərin yenidən seçilməsi, dövlət vəzifələrinin seçki üsulu və haqqının 

ödənilməsi xüsusiyyətləri ilə xarakterizə edilir. Lakin əhalinin 10-12%-ni 

təşkil edən bütün vətəndaşların heç də hamısı eyni hüquqlardan istifadə et-

mirdilər. Yoxsul kəndlilər və  sənətkarlar üçün siyasi hüquqların böyük 

məhdudiyyəti müəyyən edilmişdir. Dövlət vəzifələrinin tutulması yüksək 

əmlak senzi ilə  tənzimlənirdi. Qadınlar siyasi hüquqlardan, ümumiyyətlə, 

məhrum idilər.  

Quldarlıq dövlətçiliyinin digər tipi - klassik nümunəsi Roma və Sparta 

hesab olunan aristokratik respublika idi. Onun fərqi ondan ibarət idi ki, 

dövlət hakimiyyəti ali orqanlarının seçilməsində  iştirak etmək hüququna 

yalnız imtiyazlı quldarlarlar malik idi. Azad əhalinin qalan hissəsi bu hü-

quqdan, ümumiyyətlə, məhrum idi. Qanunverici hakimiyyət rəsmən, qul-

darların daha varlı hissəsinin daxil olduğu xalq məclisinə mənsub idi. Əs-

lində tam hakimiyyətli orqan, iri hərbi-torpaq aristokratiyasının maraqlarını 

təmsil edən senat idi. Senatorlar yüksək dövlət vəzifələrini tutan aristokrat-

lar ola bilərdilər, “senator” adının özü isə sonralar irsən ötürülürdü. Sparta-

da aristokratik respublika, həm qulları, həm də istila edilmiş vilayətlərin 

hüquqsuz əhalisi – ilotları və ətraf vilayətlərin əhalisi - periekləri istismar 

edən, ölkənin tam hüquqlu vətəndaşları olan, iri torpaq və mal-qara sahiblə-

rinin maraqlarının qanunverici ifadəsi idi. 

Əksər quldarlıq ölkələrinin dövlətçiliyi, bir qayda olaraq, unitar, yalnız bəzi 

hallarda və müəyyən zaman müddətində konfederasiya və ya federasiya xarak-

teri daşıyırdı. Unitar dövlət quruluşu, ölkənin bütün ərazisinin dövlət başçısına 

tabe olduğu mərkəzləşdirilmiş hakimiyyət demək idi. Bununla bərabər  ərazi 

bölgüsünün əsas vahidi, kənd icması ilə təmsil olunan kənd idi.  

Quldarlıq mülkiyyəti və quldarlıq istismar vasitəsi - quldarların iradəsi-

nə rəğmən qanun səviyyəsinə yüksəldilmiş, əhalinin sosial bərabərsizliyini 

açıq  şəkildə qanuniləşdirən  quldarlıq hüququnda möhkəmləndirilmişdi. 



Hüquq, quldarlıq ictimai münasibətlərini tənzimləyən müəyyən sərəncam 

və qanunları  təsdiqləyən mühüm dövlətçilik aləti oldu. Bərabər olmayan 

hüquq səlahiyyəti prinsipi, həm də azad vətəndaşların hüquqi mövqeyinin 

əmlak vəziyyəti ilə müəyyən olunmasında əks olunmuşdur. Məsələn, hüqu-



İdarəetmə mədəniyyəti 

 

105



qi məhdudiyyət Qədim Babildə “muşkenə”, Qədim Romada “plebeylərə”, 

Afinada “meteklərə”, həmçinin əcnəbilərə və qadınlara aid edilirdi. İctimai 

münasibətlərin fəaliyyətini təmin edən quldarlıq hüququnun əsasını quldar-

lıq şəxsi mülkiyyətini tənzimləyən və qoruyan normalar təşkil edirdi. Belə-

liklə, dövlət idarəçilik vasitəsi olan hüquq, tədricən kollektiv mülkiyyəti sı-

xışdırıb aradan çıxardı və quldarlıq dövlətinin dayaqlarından biri olan şəxsi 

mülkiyyəti təsdiq etdi. Qədim dünyada çoxlu qanunlar, o cümlədən, Ham-

murapi qanunları, Eşnuna qanunları, Şulqa qanunları (Mesopotamiya), Ma-

nu qanunları (Hindistan), Drakon qanunları (Yunanıstan), XII Cədvəl qa-

nunları (Roma) və başqa qanunlar yaradılmışdır. Lakin şəxsi mülkiyyətə 

əsaslanan hüququn daha mükəmməl forması, sonralar burjua vətəndaş hü-

ququnun formalaşmasına böyük təsir göstərən Roma hüququ oldu. Quldar-

lıq cəmiyyətində hüquq yaradıcılığı dövlət hakimiyyəti orqanları və ya xü-

susi vəzifəli şəxslər tərəfindən hamı üçün məcburi qərarların dərc edilməsi 

formasında həyata keçirilirdi. Romada bu funksiyalar senat və ya magistrlə-

rin ediktləri tərəfindən həyata keçirilirdi.  

Qeyd etmək maraqlıdır ki, monarxiya və respublika zaman keçdikcə öz 

sosial məzmununu dəyişərək, idarəetmə forması  kimi  feodal  və kapitalist 

ölkələrində  də saxlanılmışdır. Məsələn, müasir Küveyt monarxiyadır. 

Amma bu dövlətdə ölkənin hər bir vətəndaşı üçün sabit və  ədalətli sosial 

təchizatı təmin edən neftçıxarma istehsalı təşkilinin effektiv idarə edilməsi 

və bölgü münasibətləri mədəniyyəti hesabına vətəndaşların yüksək rifah sə-

viyyəsi əldə edilmişdir. Humanist milli ideologiya ruhi (qeyri-maddi) isteh-

salla məşğul olan müəllimlərin, həkimlərin və başqa ziyalı nümayəndələrin 

yüksək statusunu və həyat səviyyəsini təmin edir. Digər müasir monarxiya, 

həmçinin neftçıxarma dövləti - Norveç Krallığı,  əhalinin sosial təminatını 

dövlət siyasətinin başlıca prioriteti kimi elan etmişdir. Pulsuz təhsil, pulsuz 

səhiyyə, hər bir norveç ailəsi üçün fərdi yaşayış evlərinin güzəştli inşası – 

bu, ümumrifah dövlətinin üstünlüklərinin tam siyahısı deyil.  

Yeni eranın ilk yüzilliklərində dünya sivilizasiyasında, qədim zamanın 

ən iri dövlətlərinin dağılması ilə müşayiət edilən, quldarlıq dövlətçiliyinin 

böhranı müşahidə olunurdu. Bu böhranın xarakterik cəhətləri, siyasi hege-

monluq uğrunda mübarizədə istilaçı müharibələrə, zəbt edilmiş ölkələrdəki 

qarətlər hesabına gəlirlərin artırılmasına, məhsulun əlavə artımının yenidən 

zorla bölünməsinə əsaslanan beynəlxalq münasibətlər idi. Quldarlıq ölkələ-

rinin “rifaha belə yolu” onların proqressiv inkişafına kömək etmirdi. Proq-

ressiv inkişaf vektoru iqtisadi mədəniyyətin - əmtəə iqtisadiyyatının, torpa-

ğın istismarının arenda formasının, pul tədavülü və şəhərsalmanın inkişafı-

na diqqət ayırmış ölkələrdə müşahidə edilirdi. Məhz bu ölkələr feodal döv-

lətçiliyinin formalaşmasına tədricən yol açdılar.  



Fuad Məmmədov

 

 

106



Bütövlükdə, quldarlıq quruluşundan,  Şərq və  Qərb xalqları üçün yeni 

sosial-mədəni inkişaf imkanları açan feodal quruluşuna keçid, dünya mədə-



niyyəti və sivilizasiyasının inkişafında mütərəqqi addım oldu. Əgər klassik 

quldarlığı keçirmiş Hindistan, Çin, İtaliya, Fransa, İspaniya və başqa bu ki-

mi ölkələrdə feodal dövlətçiliyi mədəniyyətinə keçid xalqların formalaşma-

sı üçün yeni pilləni ifadə edirdisə, quldarlığı tanımayan, ibtidai icma quru-

luşundan birbaşa feodalizm dövrünə daxil olmuş – İngiltərə, Almaniya, Ru-

siya, Polşa, Çexoslovakiya, Skandinaviya ölkələri və digər ölkələr üçünsə, 

tayfa və tayfa birliklərindən xalqların yaranması tamamıilə yeni mədəni ha-

disə idi.  

Feodalizm dövrü üçün şəhərlərin və yeni dövlətlərin sürətli inkişafı xa-

rakterik idi. Yeni, feodal mədəniyyətinin formalaşmasının əsas amilləri: fe-

odal mülkiyyəti və feodal ictimai münasibətlərinin yaranması,  əmtəə-pul 

münasibətlərinin, daxili bazarın çox sürətli inkişafı, iri dövlət mədəni mər-

kəzlərinin yaranması, inkişaf etmiş feodalizm dövründə isə - dövlətin siyasi 

mərkəzləşməsinə artan tendensiya idi. Bununla belə, mədəni inkişafın qey-

ri-bərabər qanununa müvafiq olaraq, feodalizmə keçid dövründə dünyanın 

müxtəlif hissələrində quldarlıq dövlətçiliyi və ibtidai cəmiyyət mədəniyyəti 

mövcud olmaqda davam edirdi. Məsələn, icma mədəniyyəti  Şərqi,  Şimali 

və Mərkəzi Asiyanın bir sıra tayfalarında, Avstraliya, Sakit və Hind okeanı 

adaları əhalisində, Afrika və Latın Amerikası əhalisinin daha çox hissəsin-

də hələ uzun müddət saxlanılırdı.  

İlkin feodalizmin əsas xüsusiyyəti ifrat pərakəndəlik idi. Hər bir müstə-

qil knyazlıq, hersoqluq və ya qraflıq, qismən iri feodal malikənəsi özünün 

hərbi və inzibati aparatına malik az və ya çox dərəcədə müstəqil olan “döv-

lətdə dövləti” təmsil edirdi. Yalnız rəsmi olaraq kral hakimiyyətinə tabe 

olan belə “dövlətlərdə” ümumi hakimiyyət feodala məxsus idi, ona səlahiy-

yət isə bağışlanma, ərazinin zəbt edilməsi yolu ilə və müddətlə əldə edilirdi. 

Məsələn, alman millətinin Müqəddəs Roma İmperiyası bir-birindən asılı ol-

mayan 350-dən artıq xırda dövlətlərdən, krallıqlar, kurfürstlüklər (kurfürst - 

Müqəddəs Roma imperiyasında imperator seçkilərində iştirak edən knyaz) 

hersoqluqlar, knyazlıqlar, qraflıqlardan və azad imperiya şəhərlərindən iba-

rət idi. Tədricən feodallar içərisində ticarət və  sənaye ilə  məşğul olan 

knyazlar xüsusi müstəqil idarəetmə statusu qazandılar. Onlar vergi müəy-

yənləşdirmək və yığmaq hüququna malik idilər, özlərinin daimi ordusu var 

idi, müstəqil surətdə müharibələrə başlaya və başqa knyazlar və hökmdar-

larla sülh müqaviləsi bağlaya bilərdilər.  

XIII-XV yüzilliklərdə İngiltərə, Fransa və bir sıra digər Avropa ölkələ-

rində siyasi mərkəzləşməyə ehtiyac yarandı. O, manifakturanın inkişafı və 

əmtəə-pul münasibətlərinin natural təsərrüfatın əsasını sarsıtması ilə şərtlə-



İdarəetmə mədəniyyəti 

 

107



nirdi. Rusiyada mərkəzləşdirilmiş Rus dövləti XV əsrdə, Zemstvo yığın-

caqlı monarxiya isə XVI əsrdə yarandı. Zadəganların, ruhanilərin və şəhər 

əhlinin siyasi birləşməsi nəticəsində silki-nümayəndəli orqanlar, onların 

əsasında isə silki monarxiyalar yarandı. Silki-nümayəndəli orqanlar İngiltə-

rədə - parlamentlə, Fransada - Baş  ştatlarla, Rusiyada - Zemstvo Ali dini 

məclislərlə, İspaniyada - korteslərlə təmsil olunurdular. Dövlət idarəçiliyi-

nin bu institutlarının  əsas missiyası maliyyə yardımlarının səsə qoyulması 

və qanunvericilik xarakterli tövsiyələrin hazırlanması idi.  

Silki-nümayəndəli orqanlar zadəganlar, ruhanilər və üçüncü silk nüma-

yəndələrindən ibarət idi. Bu idarəetmə sistemi xüsusiyyətlərindən biri o idi 

ki, müəyyən müddətlərdə bu orqanların çağırılması hüquqi cəhətdən mo-

narxın vəzifəsinə aid deyildi. XV əsrdə silklərin mübarizəsi və alman və 

slavyan qaydalarının toqquşma meydanı olan Çexiyada ağası olmayan insa-

nın, ümumiyyətlə, yaşaya bilib-bilməməsi haqqında sual qoyulmuşdu. Bu 

suala mənfi cavab verilirdi. Eyni dünyagörüşünə Böyük Fransa inqilabına 

qədər mütləq hakimiyyətli Fransada rast gəlinir. Buna baxmayaraq, müxtə-

lif ölkələrin dövlətçilik mədəniyyətinin tarixi inkişaf prosesində köhnə  və 

yeni üsulun elementləri arasında, cəmiyyətin müxtəlif sosiumlarının maraq-

ları  və  mədəniyyətləri arasında,  əvvəldən zəngin torpaq mülkiyyətinə  və 

nüfuza malik olan köhnə nəsillərin imtiyazları ilə yenilərin formalaşan hü-

ququ arasında dialektik mübarizə baş verirdi. Sonuncuların üstünlükləri on-

da idi ki, onlar köhnə təsəvvürlərin və qaydaların əsarətindən azad idilər, və 

yeni  ərazilərdəki həyat  şəraiti ilə  əlaqəli idilər. Bu, şəhər  əhlinin torpaq 

mülkiyyəti sahibkarlarından asılı olmaması ilə şərtlənən, əhalinin sürətli in-

kişafı və yeni şəhər mədəniyyətinin yaradılmasına kömək edirdi.  

Bu dövrdə kral hakimiyyətinin mərkəzləşdirilməsinin əsas dayağı, göm-

rük maneələri, yerli vergilərin çoxluğu və digər məhdudiyyətlərlə bağlı 

olan, maraqları feodal üsul-idarəsi ilə  əzilən  şəhər burjuaziyasının  əmələ 

gəlməsi oldu. Dövlət idarəçiliyinin mərkəzləşdirilməsi feodalların məhkə-

mə funksiyalarının tədricən aradan götürülməsi və pulkəsmənin kral səla-

hiyyətinə çevrilməsi, həmçinin kral ordusunun texniki cəhətdən yenidən si-

lahlanması idi. Knyazların separatizmi ilə mübarizəsində kral burjuaziyanın 

dəstəyinə söykənirdi. Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi feodal öl-

kələrinin sosial-mədəni, o cümlədən, iqtisadi inkişafına müsbət təsir göstər-

di. Siyasi parçalanmanın saxlanıldığı Almaniya istisna olmaqla, Avropa öl-

kələrində ticarət-sənaye inkişafı dövlətçilik mədəniyyətinin və dövlət idarə-

çiliyinin təkmilləşdirilməsi də daxil olmaqla, ruhi və maddi mədəniyyətin 

bütün sahələrində ciddi tərəqqini təmin etdi.  

Silki monarxiyaların növbəti pilləsi mütləq monarxiya oldu. Onun əsası 

zadəganlarla burjuaziya arasındakı kompromis oldu. Zadəganların və ruha-



Fuad Məmmədov

 

 

108



nilərin siyasi cəhətdən hakim sinif kimi qalmalarına baxmayaraq, kral haki-

miyyətinə dəstək verən və kapitalist elementlərinin inkişafına yardım edən 

burjuaziya, dövlət hakimiyyətini və mühakimə üsulunu tədricən inhisara al-

dı. Burjuaziyanın iqtisadi gücü feodalları dövlətçiliyin idarəetmə, qanunve-

ricilik və  məhkəmə  fəaliyyəti kimi aparıcı mövqelərində ciddi güzəştlərə 

getməyə məcbur etdi. Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi və mütləq 

monarxiyanın qurulması müxtəlif ölkələrdə özünün milli xüsusiyyətlərinə 

malik idi. İngiltərədə silki-nümayəndəli müəssisələr tamamilə hökumətə ta-

be edilmişdi, Fransa, İspaniya və Rusiyada onlar ləğv olunmuşdu. Mütləq 

monarxiya (və ya mütləqiyyət) hakimin qeyri-məhdud hakimiyyəti demək 

idi. Monarx qanunlar verir, məmurları təyin edir və dövlətin bütün gəlirləri-

ni toplayır və sərf edirdi. Monarxiya hakimiyyəti özünün başçılıq etdiyi da-

imi orduya, dövlət idarəçiliyinin müxtəlif sahələrini əhatə edən mərkəzləş-

dirilmiş məmur aparatına, dövlət xəzinə sistemini daxil edən kral xəzinəsi-

nə istinad edirdi. 

Unitar dövlətçiliyin nisbətən proqressiv formasi kimi mütləqiyyətin ya-

ranması bir sıra səbəblərlə  şərtlənirdi ki, onların arasında alimlər, - roma 

dövlətçiliyi ideyasının bərpasını, XVI-XVII əsrlərdə  kəndlilərlə feodallar 

arasında mübarizənin kəskinləşməsi, kapitalist elementlərinin təsiri altında 

feodal münasibətlərinin dağılmasını,  şəhərlərin inkişafını, daxili bazarın 

formalaşmasını, beynəlxalq ticarətin inkişafını  və hakimiyyətə  və  məmur 

aparatına burjuaziyanın iqtisadi təsirinin güclənməsini ayırırlar.  

İnsan münasibətləri mədəniyyəti onunla şərtlənirdi ki, kapitalizmdən 

fərqli olaraq, feodal cəmiyyətində ümumi hüquq və vəzifələr yox idi, imti-

yazların siyasi xarakteri isə bir silkdən digərinə keçidi bağlayırdı. Şübhəsiz, 

feodal dövlətçiliyi və dövlət idarəçiliyi mədəniyyətinin formalaşmasında 

yaradıcı-monarxların  şəxsiyyətinin rolunu yenidən qiymətləndirmək çətin-

dir. Məsələn, Uinston Çörçill İngiltərənin siyasi inkişafında, parlament ida-

rəsi və vahid milli ingilis dövləti yaradan, feodal dünyasında ilk dəfə Bö-

yük Azadlıqlar Xartiyasını elan etmiş möhkəm və mübariz xarakterli şəx-

siyyətlərin rolunu xüsusi qeyd edir.  

Artıq Qərbi Avropanın feodal cəmiyyəti içərisində  şəhərliləri, “orta 

silk” nümayəndələrini, bürgerləri burjuaziya adlandırmağa başladılar. Za-

manla burjuaziya, feodal cəmiyyətinin ali təbəqələrinə - zadəgan və din xa-

dimlərinə qarşı dura bilən sosium kimi inkişaf etməyə başladı. Sənətkarlıq 

və ticarətlə məşğul olan burjuaziya pillə-pillə siyasi nailiyyətlər yolu ilə irə-

liləyir, azad şəhərlər və müstəqil şəhər respublikaları yaradırdı. Feodal cə-

miyyətinin inkişafı prosesində siyasi hakimiyyətə malik, lakin öz iqtisadi 

əhəmiyyətini itirmiş zadəganlarla, hakimiyyətə malik olmayan, lakin iqtisa-

di qüdrətə yetişən burjuaziya arasında obyektiv ziddiyyətlər yarandı. Bu 



İdarəetmə mədəniyyəti 

 

109



qarşıdurma və münaqişələr burjuaziyanın, feodal üsul-idarəsindən narazı 

olan xalqın ciddi rol oynadığı siyasi hakimiyyət uğrunda mübarizəsini sü-

rətləndirdi. Burjuaziyanın ciddi iqtisadi əsasına çevrilən manifakturaların 

yaranması ilə o, zadəganların siyasi nüfuzu əleyhinə rol oynamağa və varlı 

burjuaziyadan iqtisadi asılılığa düşən feodal dövlət hakimiyyətinə ciddi tə-

sir göstərməyə başladı. Orta əsrlərin sonunda yeni burjua (kapitalist) cə-

miyyəti ilə tarixi səhnədən getməkdə olan feodalizm arasında yaranan qar-

şıdurma  şəraitində “vətəndaş cəmiyyəti” anlayışı yarandı. Bu uyğunsuzlu-

ğun dərk edilməsi dəyişən cəmiyyətə uyğun yeni tipli dövlətçiliyin yaran-

masına səbəb olan burjua sosial-mədəni inqilabı üçün göndəriş oldu. Yeni 

dövr avropa dövlətçiliyinin əsas prinsipi sahibkarlıq və azad rəqabət üzərin-

də qurulan, vətəndaş  cəmiyyətinin iqtisadi həyatına dövlətin qarışmaması 

haqqında elan edən liberalizm oldu. Bu o demək idi ki, mədəniyyətin - is-

tehsal, mülkiyyət, əmək, ticarət və s. kimi sosial institutları dövlət hakimiy-

yəti və onun siyasi təşkilatının birbaşa müdaxiləsindən azad oldular. Burjua 

sosial-mədəni inqilabları nəticəsində, istehsal vasitələrinə yiyələnən burjua-

ziya kapitalist cəmiyyətlərinin hakim sinfi oldu.  

Kapitalist dövlətinin inkişafı Avropada və Asiyadakı burjua-demokratik in-

qilabları ilə  şərtlənən feodal dövlətçiliyinin, ictimai münasibətlərin və dövlət 

idarəçilik sisteminin dəyişdirilməsi yolu ilə həyata keçirilirdi. Bu proses nəticə-

sində cəmiyyətdə keyfiyyətcə yeni, demokratik mədəniyyət formalaşmağa, li-

beralizm prinsiplərinə əsaslanan demokratik dövlətçilik inkişaf etməyə başladı, 

dövlət idarəçiliyinin demokratik üsuluna keçmə üçün qabaqcadan lazım olan 

şərtlər yarandı. Yeni dövlətçiliyin və dövlət siyasətinin prioritetləri intellektual, 

etik, hüquqi və idarəetmə mədəniyyəti oldu. Elmi-texniki və sosial tərəqqiyə 

yetişmək, insanların rifahı və həyat keyfiyyətinin sabit inkişafını təmin etmək 

məhz bu prioritetlər nəticəsində gözlənilirdi. Kapitalist mədəniyyətinin inkişa-

fında iki əsas pillə meydana çıxır: birinci pillə, bir-birindən dövlətçilik mədə-

niyyətinin xüsusiyyətləri, demokratiya və vətəndaş cəmiyyəti mədəniyyətinin 

səviyyə və forması ilə fərqlənən milli dövlətlərin formalaşması ilə bağlıdır. Bu 

dövlətlər sistemi Qərbi Avropada 1789-cu ildən 1871-ci ilə qədər formalaşmış-

dır. İkinci pillə, kapitalist dövlətlərinin beynəlxalq münasibətlər mədəniyyəti-

nin intensiv inkişafı və siyasət və iqtisadiyyatı əlavə etməklə, mədəniyyətlərin 

yaxınlaşması əsasında əməkdaşlığın beynəlxalq strukturlarının yaradılması ilə 

xarakterizə edilir.  

Siyasi sabitlikdə  əhəmiyyətli dərəcədə maraqlı olan, əvvəlcə kapitalın 

əmək üzərində hakimliyi üstündə qurulan kapitalist dövləti, sonradan bütün 

cəmiyyətin iradəsi və maraqlarının ifadəçisi olmaq və dövlətçiliyin qeyri- 

sinfi xüsusiyyətinə nail olma zərurətini aşkar etdi. Bu məsələnin həlli stra-

tegiyasının  əsasına  əmək və kapitalın  əməkdaşlığı prinsipi qoyulmuşdur, 


Fuad Məmmədov

 

 

110



onun yerinə yetirilmə metodu isə şəxsiyyət və cəmiyyətin maraqlarının har-

monizasiyası, kapitalizm mədəniyyətinin sosialistləşdirilməsi, milli maraq-

lar prioritetinin qurulması əsasında ictimai münasibətlərdəki obyektiv zid-

diyyətlərin aradan qaldırılması oldu.  

Orta  əsrlərin sonu Avropa tarixi, hətta imperiya dövlətçiliyi  şəraitində 

dövlət idarəçiliyinin avtoritar sisteminin demokratlaşdırılması  məqsədi ilə 

dəyişikliklərin həyata keçirilməsinin zəruriliyini dərk edən mütərəqqi döv-

lət xadimlərinin olduğunu təsdiq edir. Onlardan biri XIX əsrin ikinci yarı-

sında Avropanın böyük dövlət xadimi, Alman imperiyasının banisi və ilk 

dövlət kansleri, bir neçə sosial islahatlar elan edən Otto Bismarkdır. Özü-

nün siyasi təcrübəsi əsasında varislərini mümkün səhvlərdən qorumağa ça-

lışaraq, Bismark “oğullarıma və nəvələrimə keçmişi dərk etmə üçün və gə-

ləcəyə nəsihət” - “Düşüncələr və xatirələr”i qoyub getmişdir. XIX əsrdə al-

man imperiyası dövlət siyasətininin Bismark tərəfindən təhlili və tövsiyələ-

ri idarəetmə mədəniyyəti nöqteyi-nəzərindən olduqca dəyərlidir.  

Almaniyada dövlət idarəçilik üsulunu təhlil edərək, Bismark patriarxal 

rejim bürokratiyasını cəmiyyətin həyat fəaliyyətinə həddən artıq nəzarətinə 

görə tənqid edirdi, amma bununla yanaşı kral hökuməti məmurlarının özlə-

rinin “düzgünlüyü, təhsilliliyi və nəzakətliyi” ilə fərqləndiklərini qeyd edir-

di. Onların xidmətlərinin qəbul edilməsinə  mənfi təsir göstərən çatışma-

mazlıqlara, o, yerli şəraitin kifayət qədər tanınmamasını, işin effektivliyinə 

təsir edən “yüksək məqsədləri” qoya bilmək bacarıqsızlığını, idarə olunan-

lara – contribuens plebs (haqq verən xalq), münasibətdə “amiranəliyi”, pe-

dantlığı  və praktik həyatdan uzaqlığı, bürokratizmi aid edirdi. Bismarkın 

tənqid obyekti, həm də  qəbul edilən qərarların kollegiallığı idi ki, bu da 

onun fikrincə, məmurların, qərarın düzgünlüyünün təminatı olan şəxsi mə-

suliyyət hissini azaldırdı. Bununla belə o, XIX əsrin sonlarında II Bilhelm 

və kansler Kaprivinin “yeni kursu” çərçivəsində baş verən, imperiya bürok-

ratiyasının siyasiləşmə prosesləri ilə bağlı yeni korpusdan fərqli olaraq, 

köhnə dövlət məmurlarının vicdanlı və ədalətli olmaq səyini qeyd edirdi.  

İdeal kimi Bismark, ölkənin “müstəqil silki və ya peşəkar nümayəndəli-

yi” tərəfindən zəruri olan dərəcədə nəzarət ediləcəyi, nə monarxın, nə par-

lamentin mövcud hüquqi vəziyyəti birtərəfli qaydada dəyişdirə bilməyəcə-

yi, dövlətdə bütün baş verənlərin yalnız communi consensus (ümumi razı-

lıqla) aşkarlıq və mətbuatın açıq tənqidi və landtaqla (yerli qanunverici seç-

kili orqan – F.M.) dəyişdirilə  bəiləcəyi” monarxiya hakimiyyətini təqdim 

edirdi. O qeyd edirdi ki, mütləqiyyət hakimdən ilk növbədə  qərəzsizlik, 

düzgünlük, öz borcuna sədaqət, işgüzarlıq və ciddilik tələb edir. Amma mo-

narx bütün bu keyfiyyətlərə  hətta malik olsa belə, “...şəxsi şöhrətpərəstlik 

və təriflərə həssaslıq, dövləti kral mərhəmətinin bəhrəsindən məhrum edir, 



İdarəetmə mədəniyyəti 

 

111



belə ki, monarx hər şeyi bilən deyil və qarşısında duran bütün vəzifələri ey-

ni dərəcədə uğurla qavraya biməz”. “Saray cərəyanları və müxalifətin sahə 

vətənpərvərliyinin” əksinə olaraq, Bismark dövlət maraqlarını müdafiə et-

məyə can atırdı. O, “...hökmdarı cilovlamağa çalışan, ona hökmdarlıq vəzi-

fələrini bütün həcmi ilə görməyə, sui-istifadənin qarşısını almağa mane 

olan saray adamları, vəzifəpərəstlər və fantaziyaçılar“ tərəfindən hökmdara 

olan təhlükə qorxusuna yol verməmək üçün parlamentdə və mətbuatda hö-

kuməti açıq tənqidin lehinə çıxış edirdi. 

Qeyd etmək maraqlıdır ki, mənşəcə zadəgan və monarxist Bismark, 

onun tərəfindən tətbiq edilən və 12 il müddətində sosialistlərə qarşı mövcud 

olan, kapitalizmin obyektiv sinfi ziddiyyətlərini aradan qaldırmağı bacar-

mayan qanunlara baxmayaraq, əmin idi ki, respublika ən səmərəli dövlətçi-

lik formasıdır.  


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin