Yaponiya
Qədim yapon cəmiyyətinin mədəniyyəti qədim Çin salnamələri ilə yana-
şı, “Vey təsviri”, “Teyki” (“İmperator xronikaları”), “Kudzi” (“Qədim rə-
vayətlər”), “Kodziki” (“Uzaq keçmişin qeydləri”), “Nihon söki” (“Yapon
Annalları”), “Fudoki” (“Torpaqların təsviri”) və digər bu kimi yapon mən-
bələrində əks olunmuşdur. Daha geniş yayılmiş etnik mənsubiyyət nəzəriy-
yəsinə görə yaponlar Sakit okean adaları və Cənubi Çinin sahilyanı rayon-
larından Yapon adalarının cənubuna gəlmiş Şimal-Şərqi Asiyanın mançur-
tunquz tayfaları ilə malay-polineziya tayfalarının qarışığından əmələ gəl-
mişlər. Yapon milli dövlətçiliyi öz başlanğıcını “ yayoy” dövründən götü-
rür. Yaponiya, - Xan Çin imperiyasının (b.e.ə. 206 - b.e.220 əsrlər) mədəni
təsiri sayəsində daş dövründən birbaşa “dəmir əsrinə” keçmişdir. Dəmirin
və tuncun eyni vaxtda istifadə olunduğu dövrü “yayoy” dövrü hesab etmək
qəbul edilmişdir. Çin mənbələrinə görə b.e.ə. I əsrdə “vey” xalqı yüzdən ar-
tıq dövlət yaratmışdır. Çin salnamələrinə görə arxaik dövrdə “şah” sözü ilə
siyasi hakimiyyətə malik və əslində kənd icmalarının ağsaqqalları rolunda
olan şəxslər adlandırılırdı. Ehtimala görə bu adamlar icma nümayəndələri-
nin yığıncaqlarında seçkilər nəticəsində şah olurdular. Əkinçiliyin insana
tabe olmayan təbii şəraitdən asılılığı, insanların onun vasitəsilə firavanlıq
və bol məhsul əldə edilməsinə can atdıqları magiyanın rolunu şərtləndirirdi.
Bu mərasimləri yerinə yetirən kahinlər kənd icmalarının idarə edilməsində
mühüm rol oynayırdılar. Yayoy dövrünün çox da böyük olmayan qədim ya-
pon “dövlətlərində” siyasi rəhbərlik hüququnu şamanlıq verirdi. Siyasi ha-
kimiyyətin simvollarının təcəssümü tunc qılınc, nizə və zənglər idi. Sosial
təbəqələşməyə əsaslanan sinfi münasibətlərin inkişafı ilə yapon protodövlə-
tinin yaranması ilə müşayiət olunan siyasi hakimiyyət münasibətləri əmələ
gəldi. Əgər xırda dövlətlərin yaranması dövründə yapon “şahları” siyasi hökm-
dardan çox şaman idilərsə, yapon imperatorları ömrünün axırına qədər dövləti
idarə edir və ali ruhani səlahiyyətlərinə malik olurdular.
“Vey çji” Çin salnaməsi göstərir ki, b.e. III əsrində Yaponiyada Çinin
Xan imperiyasının dəstəyini almağa can atan, aralarında Yematay və Ya-
mato dövlətlərinin seçildiyi protodövlətçilik törəmələrinin birləşdirilib iri-
ləşdirilməsi baş verdi. Ematayda əsas vahidinin əyalət olduğu inzibati siste-
min mövcudluğu və onun ərazisində vahid vergiqoyma sisteminin tətbiqi
İdarəetmə mədəniyyəti
195
haqqında bilgilər məlumdur. Yamatoda təqribən IV əsrdə yaranmış kiçik
dövlətlərdən birinin “şahı” bütün Yaponiyanın hökmdarına çevrildi. Məhz
bu dövr yapon millətinin mərkəzi idarəetmə aparatına istinad edən dövlətçi-
lik çərçivəsi daxilində birləşməsi dövrü oldu. Yaponiya – imperatorun
hökmranlığını qəbul edən, lakin öz müstəqilliyini saxlayan xırda dövlətlərin
federasiyası formasında çıxış edən mərkəzləşdirilmiş dövlət oldu. Yaponi-
yada mütləqiyyət hakimiyyətinin simvolu IV-VI əsrlərdə meydana gələn
kurqanlar (kofunlar) oldu.
Qədim yapon dövlət törəmələri arasında Yamatonun xüsusi mövqeyi
şah nəslinin ilahi mənşəyi ideyası ilə şərtlənirdi: tarixə Sötoku-taysi kimi
daxil olmuş hökmdar Yamato Günəş ilahəsi – Amaterasunun nəsli hesab
edilirdi. Onun hakimiyyətinin müqəddəs simvolları - qılınc, yəşəm daşı ilə
bəzəmə və bürünc güzgü hesab edilirdi. VII əsrin əvvəllərində onun tərəfin-
dən dövlət aparatı və idarəetmə sisteminin əsas formaları yaradıldı. 603-cü
ildə onun tərəfindən məşğulluq dərəcələrinin yeni strukturu tətbiq edildi.
Ölkədə buddizm yayılsa da, 604-cü ildə vətəndaşların öz hökmdarına itaəti
Konfutsi konsepsiyasının dövlətin ideoloji əsası kimi elan edildiyi haqqında
qanun verildi. Keçmiş “şahlar” “udzi kabane” adlanan aristokratiyaya çev-
rildilər (“udzi” - onların əslini əks etdirən soyad, “kabana” isə onların sosial
mövqeyini göstərən ad idi). Yaponiyada imperator hakimiyyəti mənşəyinin
yapon konsepsiyasına uyğun olaraq, bu hakimiyyət allahlardan gəlir və on-
ların iradəsinin ifadəsidir. Bununla belə, etiraf olunurdu ki, zadəganların
əcdadları - “udzilər” öz başlanğıcını imperator ailəsindən alırlar. Beləliklə,
“Kodziki” və “Nihon söki” imperatorun və onun əhatəsində olan hakim sin-
fin tutduğu hökmranlıq mövqeyinin əsasını qoydular. İmperatorlara ehtiram
ruhu ali sinfin - udzi kabanenin əsas ideologiyası oldu. Aristokratiya özü-
nün silki mənsubiyyətini saxlayaraq, imperator hökumətinin bürokratiyası-
na çevrildi.
Yaponiyanın inkişafı kulturogenez sayəsində Çin və Koreyanın conti-
nental mədəniyyətinin stimullaşdırılmış transformasiyası yolu ilə həyata ke-
çirilirdi. Bu dövrdə yapon imperator ailəsi tərəfindən heroqlif yazısı götü-
rülmüş və yenidən işlənmişdir, astronomiya və digər elmlər sahəsində bilik-
lər, Konfutsi konsepsiyası və buddizm fəlsəfəsi mənimsənilmişdir. Yapon-
lar yapon sözlərini yazmaq məqsədi ilə Çin sözlərinin qeyd edilməsi üçün
məna işarələri olan Çin heroqliflərini Çin deyil, yapon dilində oxuyaraq,
onlardan uğurla istifadə etmişdilər. Beləliklə, heroqliflərin funksional rolu-
nu və qrafik formasını kökündən dəyişmək yolu ilə onlar yapon dilinin fo-
netik işarələri kimi istifadə edilmişdir. Yaponiyada qərb mədəniyyətinin ya-
yılmasına imkan verən, islahat yolu ilə sonralar “katakana”ya (qısaldılmış
əlifba) və “hiraqana”ya (qrafik təsvirlə işarələrin ixtisarı) dəyişdirilmiş, ya-
Fuad Məmmədov
196
pon əlifbası kana (manyöqana) belə meydana gəldi. VI əsrin sonu - VII əs-
rin əvvəlləri üçün (bəzi mənbələrə görə artıq III əsrdə) Yaponiya və Çin sə-
firliklərinin mübadiləsi başlandı. Səfirliklərin tərkibinə Çinə göndərilmiş
tələbələr və alim-rahiblər daxil idi. Onların vəzifəsinə iqtisadiyyat, fəlsəfə,
tarix və tibb sahəsində biliklər əldə etmək daxil idi. Bu dövrdə Yaponiya
üçün ən qiymətli hədiyyələr - əldə edilməsi xəzinə tapılmasına bərabərləş-
dirilən kitablar hesab olunurdu. Yapon hökumətinin Çinə göndərilmiş in-
sanların vətənə qayıtmasında maraqlı olduğunu nəzərə alaraq, onlar səxa-
vətlə mükafatlandırılır və xüsusi titullara layiq görülürdülər. 555-ci ildə
Koreya dövlətinin hökmdarı Kudar (Pyakçe) Çin mədəniyyətinin tarixinə
həsr olunmuş beş klassik kitabda birləşən alimləri yapon sarayına göndərdi.
Bu alimlər tarixdə “beş kitab doktoru” (“Hokey Hakase”) adını almışdılar.
VI-VII əsrlərdə Yaponiyada mərkəzləşdirilmiş hakimiyyətin möhkəm-
lənməsi prosesi gedirdi. Mərkəzləşdirilmiş dövlətin möhkəmlədilməsində
öz dövrünün şüur səviyyəsini qabaqlayan şahzadə Sötoku-taysi (572- 622)
xüsusi rol oynamışdır. VII əsrin birinci yarısında padşahın naibi kimi o,
şəxsi xidmətlərə uyğun olaraq verilən 12 dərəcə haqqında cədvəl tərtib etdi.
Bürokratik prinsip sisteminə əsaslanan cədvəlin tətbiqi, hakimiyyətin irsi
ötürülməsini nəzərdə tutan udzikabane ənənəvi sistemini sarsıtdı. Çin döv-
lətçiliyinin böyük pərəstişkarı kimi tanınan Sötoku-taysi 604-cü ildə dövlət
idarəçiliyinin Budda və Konfutsi prinsipləri şərh edilmiş “17 müddəadan
ibarət qanun” hazırladı. Onun hakimiyyəti dövründə imperator sarayında
“maarifçi müəllimlərin” hazırlığı üçün xüsusi məktəb yaradılmışdı. VII əs-
rin sonunda dövlət “Günəş Rişəsi” mənasını verən Nippon (Nihon) adlandı-
rılmağa başlandı.
Yapon dövlətçiliyi və dövlət idarəçiliyi mədəniyyətinin əsası hüquq idi.
Yaponiyada hakimiyyətin mərkəzləşdirilməsi Çində ruhi mədəniyyət nai-
liyyətlərinin və IX əsrə kimi missiyasına Çin dövlətçiliyinin zəngin təcrü-
bəsini öyrənmək daxil olan səfirlərin göndərilməsi davam etdirilən, Suy (VI
əsr) və Tan (VII əsr) sülalələri tərəfindən idarə olunan güclü imperator ha-
kimiyyətinin təsiri altında həyata keçirilirdi. 645-ci ildə Yaponiyada Tayk
islahatı keçirildi və ilk dəfə olaraq mənimsənilmiş Çin qanunları bazasında
hazırlanmış geniş Rutsirö qanunlar məcəlləsi sistemi yaradıldı. Ona uyğun
olaraq, ali hökumət məmurları vəzifələrinə xüsusi “Dayqaku” (klassik kon-
futsi kitablarının öyrənildiyi) məktəblərini bitirmiş və uyğun imtahanlardan
keçən şəxslər təyin olunurdular. Lakin bununla yanaşı tanınmış ailələrdən
çıxanlar vəzifələrin irsən təyin edilməsi imtiyazından istifadə edirdilər. Bu
sistemə uyğun olaraq, məmurlara Konfutsi ləyaqətlərini saxlayan fəxri ad-
lar verilirdi: daytoku (böyük yaxşılıq), sötoku (kiçik yaxşılıq), daydzin (bö-
yük xeyirxahlıq), södzin (kiçik xeyirxahlıq), dayrey (böyük ehtiram), sörey
İdarəetmə mədəniyyəti
197
(kiçik ehtiram), daysin (böyük inam), sösin (kiçik inam), dayqi (böyük əda-
lət), söqi (kiçik ədalət), dayti (böyük müdriklik), söti (kiçik müdriklik). Ad
almış şəxslər rəngli parçalardan tikilmiş papaq qoyurdular. Mədəniyyəti də-
yişdirici fəaliyyət kimi nəzərdən keçirən keçmişin ənənələrinə oriyentasiya
olunan Konfutsi mədəniyyət konsepsiyası Yaponiyada Meydzi (1867-1868-
ci illər) inqilabınadək saxlanılmışdı. Eyni zamanda yapon mədəniyyəti
üçün bütün xarici təsir və yenilikləri öz ənənəvi modellərinin ruhunda yeni-
dən işləmək bacarığı xarakterik idi.
Rutsirö qanunlar sistemi nəzəri olaraq hüququn imtiyazlar üzərində qə-
ləbəsini və mərkəzləşdirilmiş dövlət hakimiyyətinin hökmranlığının möh-
kəmlənməsini qeyd edən yeni dövlətçilik mədəniyyətinin yaradılmasını gös-
tərdi. İrsi aristokratiya dövlətin bürokratiyasına çevrildi. Ailə mədəniyyəti-
nin inkişafı məqsədi ilə Rutsirö qanunlarına, Çində patriarxal sistemə keçi-
din artıq tamamlandığı ailə münasibətlərini əks etdirən əxlaq normaları da
daxil edildi. Rutsirö dövründə torpağa ictimai sahiblik prinsipi elan edil-
mişdisə də, praktikada malikanələrin “söen” – şəxsi mülklər, aristokratların
mötəbər evləri, məbədlər və s. sistemi inkişaf etdirilirdi. Eyni zamanda
mərkəzi hakimiyyətin bürokratik idarəetmə prinsipi öz təsirini itirirdi, VII
əsrin ikinci yarısından onu 300 ildən çox davam edən Fudzivara nəslinin
təkbaşına aristokrat idarəçiliyi dövrü əvəz etdi. Onunla rəqabət aparan digər
klanları özünə tabe edən Fudzivara klanı regent (sessö) və baş nazir (kam-
paku) vəzifələrinin varisi oldu ki, bunlar mahiyyətcə bütün monarx hüquq-
larını ona verirdi. Zadəganlar sinfinin həyat fəaliyyətini və hakimiyyətini
saxlayan iqtisadi əsas malikanələrdən gələn böyük gəlirlər idi. Tanınmış
yapon kulturoloqu İenaqa Saburo hesab edir ki, Rutsiryö qanunlar sistemi
dövlətini quldarlıq dövləti kimi nəzərdən keçirmək mümkündürsə də, o, an-
tik Avropanın klassik quldarlıq cəmiyyətindən əhəmiyyətli dərəcədə fərqlə-
nirdi. Bununla bərabər alim qeyd edir ki, böyük maddi resursların və işçi
qüvvəsinin mərkəzləşdirilmiş dövlət hakimiyyətinin əlində təmərküzləşmə-
si milli mədəniyyətin inkişafı üçün geniş imkanlar yaradırdı.
Hökumət tərəfindən mövcud rejimin müdafiə vasitəsi kimi baxılan döv-
lət idarəçiliyinin ciddi amili buddizm idi. Buddizm təliminə görə öləndən
sonra insanın ruhu altı yoldan biri ilə gedə bilər: onlardan biri - cənnətə,
üçü – cəhənnəmə, ikisi – insana və ya heyvana təkrar yerləşdirilmə yolu ilə
canlılar aləminə aparır. Buddizm sinfi bölgünü inkar edirdi və hər bir insa-
nın əbədi həyat mücəssəməsi - Budda ola biləcəyini elan edirdi. Lakin bud-
dizm Yaponiyada xilas təlimi kimi deyil, bəlalardan qoruyan və xoşbəxtliyə
nail olmağa imkan verən magiya sənəti kimi yayılmışdı. Dövlətin müdafiə-
si naminə çıxış edənlərin ləyaqətinə həsr olunmuş “Qızıl şəfəq sutrası” xü-
susi ehtiramla əhatə olunmuşdu. Yapon buddizminin spesifikası o idi ki,
Fuad Məmmədov
198
Rutsiryö dövründə rahiblər məmurlara bərabər tutulurdu, ali budda ruhani-
ləri isə hökumət tərəfindən təyin edilirdi. Din xadimləri vergilərdən azad
olunurdular, onların fəaliyyəti isə qanunla nizamlanırdı. Buddizmin qorun-
ması və genişləndirilməsi hökumətin magiya vasitələri ilə dövlətdə sakitliyi
təmin etmək səyi ilə şərtlənirdi. Öz növbəsində, dini təşkilatlar himayədar
allah tərəfindən “dövlətin müdafiəsi” ideyasının yapon buddizminin spesi-
fik xüsusiyyəti olduğunu sübut etməyə çalışaraq, dövlət hakimiyyətini dəs-
təkləməyə səy göstərirdilər. Bununla bərabər himayədar allahın istəyi ilə
müdafiə olunan “dövlətin” heroqlifləri yapon dilində “mikado” – imperator
kimi oxunmalı idi. Beləliklə, “dövlət” sözü altında - siyasi hakimiyyəti və
quldarlıq dövlətinin bürokratik aparatını öz əlində cəmləşdirmiş monarx nə-
zərdə tutulurdu. Eyni zamanda ölkədə xoşbəxtliyə aparan yol kimi baxılan
sintoizm (“allahların yolu”) fəaliyyət göstərirdi.
IX əsrdə Rutsirö cəmiyyətini zadəgan cəmiyyəti əvəz etdi. Əgər Rutsirö
dövründə xalq mədəniyyəti əsaslarının bilgisini idarəetmə maraqlarında ba-
carıqla istifadə edən aristokratlar dövlətin ali bürokratiya funksiyalarını ye-
rinə yetirirdilərsə, aristokratik idarəetmə dövrünün başlaması ilə onlar öz
vəzifələrini aşağı məmurlara həvalə etdilər. Özlərinə yalnız nümayəndəlik
funksiyalarını, mərasimləri, qəbul və ziyafətləri saxlayaraq, onlar məzmun-
suz həyat tərzi keçirməyə başladılar ki, bu da onların fəaliyyətinin səmərə-
siz, istehlakçı xarakter daşımağa başlamasına gətirib çıxardı. Alimlər zənn
edirlər ki, zadəganlıq cəmiyyəti dövründə Yaponiyada bədii mədəniyyət
daha çox inkişaf etmişdir, halbuki cəmiyyətin elmi biliklərinin səviyyəsi
çox da yaxşı deyildi.
XI əsr üçün Yaponiyada əyalət əyanlarının hərbi və iqtisadi gücünün
artması müşahidə edilirdi. Zadəganların siyasəti və kəndlilərin passiv mü-
qaviməti nəticəsində “kubunden” pay sistemi dağıldı, bunun ardınca zadə-
gan cəmiyyətinin sonunu və feodal cəmiyyətinin meydana çıxmasını göstə-
rən malikanə sistemi - “söen” əmələ gəldi. İenaqa Saburonun fikrincə, qə-
dim feodal dövlətçiliyi Yaponiyada XV əsrə qədər mövcud olmuşdur. Alim
Yaponiyada feodal ictimai münasibətlərini kiçik mülklü samurayların hərbi
təbəqəsinin yaranması və onların irsi aristokratiyaya qarşı mübarizəsi ilə
bağlayır. Varlı kəndlilərin (nanusi) arasından, yeni dövlətçiliyin – feodal
cəmiyyətinin yaranmasının əsasını qoyaraq Yaponiyada hakimiyyətə gələn
hərbi təbəqənin (samurayların) formalaşması baş verdi. XIII əsrin əvvəlin-
də, “kuqe” saray aristokratiyasının və “buke” hərbi təbəqənin ikihakimiy-
yətliliyinin qurulmasını göstərən yeni idarəetmə sistemi – “buke” hərbi tə-
bəqə idarəçiliyi tətbiq olundu. 1221-ci ildən sonra “bakufu” (hərbi qərar-
gah) hökuməti ikihakimiyyətlilikdən samuraylar təbəqəsinin tam hakimiyyə-
tinə keçidin əsasını qoydu. Əgər qədim yapon cəmiyyətində hakimiyyətin
İdarəetmə mədəniyyəti
199
əsasını mərkəzləşdirilmiş dövlət hakimiyyəti (udzikabane əyanları, regent
hakimiyyəti və Rutsirö dövrü zadəganları imperator quruluşunun dövlət
strukturuna daxil idi) təşkil edirdisə, samurayların feodal hakimiyyətinin
əsasını torpaq mülkiyyəti təşkil edirdi. Bu hakimiyyəti möhkəmləndirən
institut ağanı və onların xidmətçilərini birləşdirən, irsən ötürülən vassalitet
sistemi oldu. O, samurayların iqtisadi və hərbi gücünün artmasına yardım
edirdi. Samuray əxlaqına əsaslanan və insanların sosial müdafiəsi üçün yeni
imkanlar açan vassalitet sistemi - feodal insan münasibətlərinin yeni mədə-
niyyətinin əsası oldu. Bununla bərabər ağırlıq mərkəzinin yeri dövlət ma-
raqlarından, ailələrinin saxlanmasını və gələcək nəsillərinin təmin edilməsi-
ni nəzərdə tutan feodal müqavilələri iştirakçılarının maraqlarına dəyişdiril-
mişdi. Feodal cəmiyyətinin yeni sosial mədəniyyəti, qədim yapon mədəniy-
yətinə xas olan yuxarılara münasibətdə kor-koranə qul itaətinin əvəzinə ilk
dəfə olaraq ikitərəfli vəzifələri nəzərdə tutan əxlaqi prinsiplərdə ifadə olu-
nurdu. Samurayların şəxsi şücaət və şəxsi mənfəət səyi ilə yanaşı, samuray
əxlaqı vassalların fədakar cəsurluğu və sədaqətinin süzenerlər tərəfindən
onlar və onların nəsilləri haqqında qayğı ilə harmoniyasını göstərirdi.
Feodal cəmiyyətinin inkişaf prosesi XIII-XV əsrlərdə daha da intensiv-
ləşdi. Bu dövrdə Yaponiya tərəfindən sun, yuan və min mədəniyyətlərinin
mənimsənilməsi baş verdi. Yaponiyanın özündə samurayların hakim sinfi
yapon aristokratiya mədəniyyətini fəal surətdə mənimsəyirdi. XIV əsrdə
Çindən Yaponiyaya, Konfutsi əxlaqının bərqərar edilməsinə səbəb olan Çju
Si fəlsəfəsi keçdi. Ölkədə dini mədəniyyətin, elmin və incəsənətin inkişafı-
na diqqət ayıran Dzen-buddizmin mühüm rol oynadığı dünyəvi mədəniyyə-
tə tədrici transformasiyası baş verirdi. XV əsrdə Yaponiyada feodallar üzə-
rində vahid mərkəzi hakimiyyət quruldu. XV əsrin sonu üçün “söen” mali-
kanələr sisteminin qalıqlarını və köhnə knyaz qoşun sərkərdələrinin haki-
miyyətini ləğv edən yeni “daymö” yapon knyazlıqları yaranmağa başladı.
Bu dövrdə kənddə seçkili ağsaqqallar, kəndxudalar və s. tərəfindən təmsil
edilən özünüidarəni nəzərdə tutan dövlət səviyyəsində feodal idarəçiliyinin
unitar sistemi quruldu. Ailələrdə kişilərin vahid varisliyini nəzərdə tutan ata
xaqanlığı sistemi müəyyən edildi. 1591-ci ildə samuraylar, kəndlilər, sənət-
karlar və tacirlərdən ibarət olan ciddi təbəqə bölgüsü tətbiq edildi. Bir tə-
bəqədən digərinə keçidin qadağan olunması aşağı siniflərin irəli çəkilməsi
əsasında sosial yeniləşmə və mübadilə prosesinin ləngiməsinə səbəb oldu.
Beləliklə, feodal hakimiyyətinin hərbi təbəqə sistemi və ya hərbi diktatura -
“söqunat” təsdiq edildi. XVI əsrdə Yaponiya Portuqaliya, İspaniya, Hol-
landiya və İngiltərə ilə yapon mədəniyyətinin inkişafına və onun aşkar
qərbləşməsinə səbəb olan beynəlxalq əlaqələri həyata keçirirdi. Lakin artıq
1639-cu ildə ölkəni xarici təsirdən mühafizə etmək və mövcud qaydaları
Fuad Məmmədov
200
saxlamaq, həmçinin “Avropa dövlətlərinin işğalçılıq cəhdlərindən” qoru-
maq məqsədilə “Ölkənin bağlanması haqqında fərman” verildi. Bu zaman
Bakufu hökumətinin ideologiyası üzərində qurulmuş Konfutsi-çjusian əx-
laq qaydalarına uyğun olaraq, feoadal dövlətinin saxlanmasına yönəldilmiş
elmlərin inkişafı təşviq edilməyə və maarifçi idarəçilik siyasəti həyata keçi-
rilməyə başlandı. Bu dövrdə patriarxal ailələrdə ictimai münasibətlər “yu-
xarılara hörmət - aşağılara nifrət” prinsipi üzrə qurulurdu ki, bu prinsirə gö-
rə aşağı mövqe tutan insanlar yuxarıdakılara sözsüz itaət etməli idilər.
1790-cı ildən sonra Söxeydzaki Qakumondzö çjuan məktəbi bakufu hö-
kumətinin dövlət tədris müəssisəsi oldu, çjuanlıq tərəfindən təqdim edilən
konfutsianlıq isə feodalların hakim sinfinin maraqlarına cavab verən feodal
cəmiyyətinin ortodoksal fəlsəfəsi oldu. Bu dövrdə insan davranışının əxlaq
normaları sistemindən ibarət olan ən məşhur tədris vəsaiti Kaybar Esikenin
“Amatodzokun” kitabı idi. Konfutsianlıq hökmdarlara hakimlik elmini öy-
rədirdi. Onun əsasında Yaponiyada, mahiyyətinə görə iqtisadi siyasətə ya-
xın olan “ölkənin idarəçiliyi və xalqın xilası” (“Keysey Saymin”) haqqında
elm sürətlə inkişaf edirdi. Ogyu Sorayın “Seydan” (“Siyasət haqqında söh-
bətlər”) kitabında, Dadzay Syundayın “Keydzay roku” (“İqtisadiyyat haq-
qında qeydlər”) və digər əsərlərdə sosial idarəetmə problemləri və feodal
rejimi və maarifçi idarəçilik siyasətinin qorunması maraqlarında feodal cə-
miyyətinin ziddiyyətlərini aşkar etmək cəhdləri nəzərdən keçirilmişdir. Bu
dövrdə sülh yaradılması və əmtəə iqtisadiyyatının inkişafı nəticəsində Ya-
poniyada şəhərlərin gələcək yüksəlişi, elmin, təhsilin və maarifçiliyin inki-
şafı üçün şərait yaradıldı, biliklərin xalq kütlələri arasında yayılmasına im-
kan verən kitab çapçılığı tətbiq edildi.
Söqunatın feodal dövlətçiliyi və mərkəzləşdirilmiş hakimiyyətinin möh-
kəmləndirilməsi, iqtisadiyyatın təşviqi, maliyyənin və adətlərin sağlamlaş-
dırılması məqsədi ilə XVIII əsrin sonu - XIX əsrin əvvəlində, əsasını köhnə
Yapon adətlərinə qayıdış ideyası təşkil edən Köxo (1718-ci ildən), Kansey
(1789-1800) və Tampö (1830-1843) illərinin islahatları keçirildi. Köhnə za-
manlara qayıdış siyasəti hadisələrin inkişafına qarışmama real siyasəti ilə
uyğunlaşdırılırdı və feodal cəmiyyəti ziddiyyətlərinin aradan qaldırılmasına
yönəldilmişdi. Son nəticədə bu iki təşkil edənin vektoru - əmtəə iqtisadiy-
yatının inkişafı və cəmiyyətin Yeni dövrə xas mənbələr üzərində yenidən
qurulması üçün enerjinin toplanması oldu. Siyasi istiqamətlərə uyğun ola-
raq, bu dövrdə elmin inkişafı iki əsas səmtdə həyata keçirilirdi: “kokuqaku”
(milli elm) və “ranqaku” (hollandşünaslıq) və ya “yoqaku” (avropaşünas-
lıq). “Kokuqaku”da mütərəqqi başlanğıc - “ehkamlardansa həqiqətə daha
çox hörmət etməyin” zəruriliyi haqqında olan tezis idi. Lakin bütövlükdə
milli elmin nümayəndələri başlıca olaraq klassik milli ədəbiyyat aləmi ilə
İdarəetmə mədəniyyəti
201
kifayətlənirdilər. “Kokuqaku”dan fərqli olaraq hollandşünaslıq və ya avro-
paşünaslıq Avropa mədəniyyəti və sivilizasiyasının inkişaf təcrübəsinin
tədqiqatına və yaradıcı istifadəsinə yönəldilmişdi. Bu istiqamətin prioritet
inkişaf zəruriliyi Yaponiya dövlətçiliyinin möhkəmləndirilməsi üçün müa-
sir qərb elmi və texnikası nailiyyətlərinin yaradıcılıqla istifadəsində höku-
mətin tələbatı ilə diktə edilirdi. Lakin bu dövrdə yalnız təbiyyat və tətbiqi
elmlər sahəsində tədqiqatlar üçün şərait yaradılmışdı. Azad Avropa ictimai
elmlərinin öyrənilməsi isə Yaponiyanın rəsmi feodal doktrinaları ilə məh-
dudlaşdırılmışdı və xüsusən feodal dövlətçiliyinin və ölkənin hərbi qüdrəti-
nin möhkəmləndirilməsi maraqlarında istifadə edilirdi. Bakufu hökumətinin
feodal rejiminə tənqidi münasibətin yaranmasına səbəb ola biləcək və ya
onda şübhə oyada biləcək hər şey qəbuledilməz elan edilmişdi. Bakufu
dövlət idarəçiliyinin vəzifəsi yapon feodal etikasının saxlanması şərti ilə tə-
biyyat elmləri və texnikadan istifadə edilməsini təmin etməkdən ibarət idi.
XIX əsrdə şəhərlərdə elm və incəsənət sahəsində biliklərin yayılmasına
yönəldilmiş tədbirlər həyata keçirilirdi. Bununla yanaşı daha geniş kütlənin
kulturoloji (F.M.) maarifləndirilməsi və ölkədə etik mədəniyyətin inkişafı
məqsədi ilə əhalinin müxtəlif təbəqələri üçün xüsusi mühazirələr təşkil edi-
lirdi, əyalətlərdə isə hətta xüsusi lektoriyalar təşkil edilirdi. 1857-ci ildə fe-
odal dövlətçiliyinin möhkəmləndirilməsi məqsədi ilə Yaponiyada “Bansö
sirabasö”- qərb elmlərinin öyrənilməsi üzrə Dövlət elmi-tədqiqat və peda-
qoji mərkəzi yaradıldı. İnstitut istər bilavasitə və ya dolayısı ilə hərbi məq-
sədlərə xidmət edirdisə də, o, Yaponiyada intellektual mədəniyyətin inkişa-
fına ciddi təsir göstərdi. Klan səviyyəsində analoji məktəblər qalaətrafı şə-
hərlərdə də açılmağa başladı. Bununla yanaşı klanların nəzdində “koqaku”
orta məktəbləri və “terakoya” ibtidai məktəbləri də açılırdı ki, bu da kənd
əhalisi arasında biliklərin yayılmasına kömək edirdi. Bu prosesə həm də ya-
pon hollandşünasları tərəfindən bilik mübadiləsi məqsədi ilə təşkil edilmiş
elmi cəmiyyətlər də xidmət edirdi. Lakin hərbi rejim repressiyaları feodal
cəmiyyətinə tənqidi münasibət bəsləyən yeni ideologiya kimi avropaşünas-
lıq prosesinin inkişafını dayandırdı. Buna baxmayaraq Meydzi inqilabına
qədər Yaponiyada İmmanuil Kant fəlsəfəsinin, iqtisadiyyat və siyasət sahə-
lərində qərb ölkələrinin nailiyyətlərini aşkar edən dövlət idarəçiliyinin par-
lament sisteminin danılmaz üstünlüklərinin öyrənilməsinin və təbəqə siste-
mindən imtinanın səbəb olduğu Yeni zaman ruhu yayılırdı. Avropa mədə-
niyyəti təcrübəsinə və yaponların həyat təcrübəsinə əsaslanan feodal dayaq-
larına, klan sisteminə və bakufu hökumətinə tənqidi münasibət Meydzi in-
qilabı üçün tarixi şəraitin əsasını qoydu. Lakin hətta Meydzi konstitusiyası-
nın qüvvədə olduğu illərdə Yaponiyanın hakim sinifləri dövlətçiliyə hörmə-
tin yaponların spesifik, ənənəvi xüsusiyyəti olması haqqında tezisi elan
Fuad Məmmədov
202
edərək, Yeni dövrün sosial-siyasi konsepsiyalarını yabançı, Qərbdən götü-
rülmüş kimi inkar edirdilər.
Buna baxmayaraq Edo dövrünün (XVII əsrin sonu - XVIII əsrin birinci
yarısı) islahatçılıq ideyaları yapon feodal cəmiyyətinə müəyyən təsir göstə-
rirdi. Edo dövrünün görkəmli alimi və demokratı, “Təbiətin əsl qanunları”
və “Qanunun əsl izahı” əsərlərinin müəllifi Ando Söeki feodal qanunlarına
qarşı çıxış edir və ölkənin təcrid edilməsini pisləyirdi. Radikal köklənmiş
Söeki sosial-tarixi ziddiyyətləri tənqidi təhlil edərək, bütün cinayətləri, ya-
ramazlıqları və müharibələri sosial ədalətsizlik və istismar sistemi kimi izah
edirdi. Qədim “təbii cəmiyyəti” orta əsrlərin “qanunlarla idarə edilən cə-
miyyəti ilə” müqayisə edərək, Söeki samuraylar, kəndlilər, sənətkarlar, ta-
cirlər arasındakı fərqi və ağalar və məzlumlara bölünməni istisna edən sosi-
al bərabərlik münasibətlərinin, təbii cəmiyyətin qurulmasına çağırırdı. Söe-
kinin humanist fəlsəfəsi demokratik ideyalardan ibarət idisə də və zəhmət-
keşlərin ədalətli maraqlarını ifadə edirdisə də, o, feodal təfəkkür tərzi ilə
şərtlənən utopik xarakter daşıyırdı, keçmişə yönəlmişdi və insanın həyat fə-
aliyyətinin bütün qanunauyğunluqlarını, o cümlədən, yapon cəmiyyətini
mütərəqqi dəyişikliklərə doğru aparan istehsal qüvvələri inkişafının tarixi
perspektivini nəzərə almamışdı. Söekinin əksinə olaraq, alimlər Hiraqa
Qennay, Kaibo Serö və başqaları öz məqsədini ictimai rifahın və dövlətin
xeyrinə maraqların genişləndirilməsində ticarət kapitalının inkişafı da daxil
olmaqla, Avropa innovasiyalarının istifadəsinə yönəldilmiş yaradıcı fəaliy-
yətdə görürdülər. Onlar syöqunat üçün radikal ideyaları ifadə edirdilərsə də,
lakin Söekidən fərqli olaraq bu alimlər feodalizm və absolyutizmi dövlət
forması kimi şübhə altına almırdılar. Buna baxmayaraq onların baxışlarında
tarixi inkişafın zəruriliyinin dərk edilməsi əks olunmuşdu və ona doğru ye-
ni yollar göstərilirdi. İyerarxiyanın silki əsarətinə qarşı samurayların aşağı
təbəqəsinin narazılığını əks etdirən və Meydzi inqilabının hazırlanmasına
təsir göstərən radikal ideyalar sırasına - cəmiyyətin dəyişdirilməsinə və an-
tisyöqun hərəkatının inkişafına yardım etməyə yönəldilmiş enerji mənbəyi -
“imperatora ehtiram ideyası” və “əcnəbilərin qovulması ideyası” da aid idi.
1853-cü il Yaponiyanın qərb ölkələri ilə sosial-mədəni mübadiləsi üçün
yeni imkanlar yaradan “Yaponiyanın kəşfi” ili kimi qeyd olundu. Bu dövr-
də, bir çox klanlara parçalanmış, əhalini yuxarılara və aşağılara bölən təbə-
qə sisteminin fəaliyyəti ilə şərtlənən Yaponiya dövlətçiliyi kifayət qədər zə-
if idi. Bu, feodal parçalanmasına son qoymaq iqtidarında olan, imperatorun
başçılığı ilə milli birlik dövlətçiliyi forması olan, mütləqiyyət dövləti ideya-
sına dəyişdirilən vahid milli dövlət ideyasını yaratdı. Yapon dövlətçiliyi in-
kişafının bu mərhələsinin sosial-siyasi ziddiyyəti ondan ibarət idi ki, yapon
cəmiyyətinin yeni mədəni səviyyəyə keçidini təmin edəcək dəyişdirici fəa-
İdarəetmə mədəniyyəti
203
liyyətə istiqamətlənən enerji, dövlətçiliyin antik ənənələrinin bərpasına isti-
qamətlənən ideyalar zəminində sərf olunurdu. Meydzi inqilabından əvvəlki
dövrdə şəhərlərdə əsasən fərdi mədəniyyət formalaşırdı, lakin kənd region-
ları üçün ona xas olan birlik və həmrəylik hissi ilə kollektiv mədəniyyət xa-
rakterik idi. Əlbəttə, şəhərdə və kənddə mədəniyyəti qavrama qabiliyyəti və
intellektual mədəniyyət səviyyəsi müxtəlif idi ki, bu da əmək fəaliyyətinin
xarakteri və onun daşıyıcılarının sinfi mənsubiyyətindən asılı idi. Feodal
cəmiyyətinin əmtəə istehsalının inkişafı və vergi əsarəti ilə şərtlənən zid-
diyyətlərinin ağırlığı kəndlilərin çiyninə düşdü. Bu onun feodal dövlətçili-
yinin dağılmasını sürətləndirən siyasi özünüdərkini və kənd üsyanlarını ya-
ratdı. Kənd özünüidarəsinin və yerli vəzifəli şəxslərin fəaliyyəti üzərində
nəzarət imkanları ilə kifayətlənməyərək, kəndlilər ölkədə sosial qaydanın
dəyişdirilməsi məqsədi ilə sosial islahatların keçirilməsini tələb etdilər.
Kəndə istinad edən demokratik “Azadlıq və xalq hüququ uğrunda hərəkat”
Meydzi dövrünün ikinci onilliyində inqilabi dəyişikliklərin başlıca hərəkət-
verici qüvvəsi oldu.
1867-ci ildə Yaponiyada dövlət idarəçiliyinin imperator üslubu bərpa
edildi və ölkənin xaricilər üçün açılması siyasətinin gücləndirilməsinə, Av-
ropa və Amerika mədəniyyətinin mənimsənilməsinə istiqamət alan yeni hö-
kumət yaradıldı. Meydzi inqilabından sonra ölkədə Avropa və ABŞ-ın sosi-
al-mədəni, o cümlədən idarəetmə texnologiyalarının stimullaşdırıcı trans-
formasiyası ilə şərtlənən fəal kulturogenez yer aldı. XIX əsrin sonuna doğru
aydın oldu ki, Bakufu hökuməti tərəfindən başlanan “varlı dövlətin və güc-
lü ordunun” yaradılması siyasəti intellektual mədəniyyətin qabaqlayıcı inki-
şafı mədəni, o cümlədən siyasi və iqtisadi islahatlarsız mümkün deyil. Ya-
poniya sənaye inqilabının və kapitalist sənayesinin formalaşdırılmasınıın
başa çatdığı qabaqcıl Qərb ölkələrinin xarici çağırışları qarşısında idi. Ba-
kufu hökumətindən fərqli olaraq, Meydzi hökuməti nəinki ölkənin müdafiə-
si ilə əlaqədar olan sahələri, həm də Avropanın siyasi təşkilini, Yeni dövrün
hüquq sistemini və iqtisadi strukturunu fəal surətdə mənimsəmişdi. Dəyişik-
liklərin əsas şüarı “yapon ruhu üstəgəl Avropa bilikləri” oldu. Beləliklə,
Yaponiya qabaqcıl Qərb ölkələrində baş verən - feodal dövlətçiliyinin ka-
pitalist dövlətçiliyinə dəyişdirilməsi prosesinə cəlb edilmiş oldu. XIX əsrdə
Yaponiyanın inkişaf yolu bu dövrdə Avropanın qabaqcıl ölkələrinə və
ABŞ-a görə geridə qalmış Almaniya və Rusiyanın inkişaf yoluna yaxın idi.
Bununla belə bu, Yaponiyanın dünya səhnəsində rəqabətə dözümlülüyünü
təmin edərək, nisbətən qısa müddət ərzində sosial-mədəni, o cümlədən, iq-
tisadi inkişafın kifayət qədər yüksək tempinə çatmasına imkan verən feodal
ölkəsinin fəal surətdə modernləşdirilməsi yolu idi. Meydzi hökuməti “sivi-
lizasiyanın inkişafına” (“bummey kayka”) istiqamət götürdü ki, onun da
Fuad Məmmədov
204
şərtlərindən biri təbəqə sisteminin tam ləğv olunması oldu, bu da ölkənin
demokratlaşdırılması proseslərinin və yeni demokratik idarəetmə üsulunun
yaranmasına səbəb oldu. “Azadlıq və xalq hüququ uğrunda” hərəkat xalqın
suverenliyini, azad seçkiləri və birpalatalı parlamenti nəzərdə tutan konsti-
tusiyanın tətbiqi tələbini irəli sürdü. 1889-cu ildə Meydzi hökuməti monar-
xizm prinsipinə əsaslanan Böyük Yapon İmperiyası Konstitusiyasını dərc
etdi və dövlət idarəçiliyinin konstitusiyalı formaya keçməsi haqqında elan
etdi. Ölkədə yeni siyasi sistem - əsasını imperator ayini təşkil edən impera-
tor dövlətçiliyi sistemi quruldu. Konstitusiya imperatora qeyri-məhdud hü-
quqlar verirdi, parlamentin hüquqları isə məhdudlaşdırıldı.
Kapitalist iqtisadiyyatının inkişafı ilə 1910-1920-ci illərdə Taysö dövrü
başlandı. İmperatora, məmurlara, ailə başçısına və s. könüllü itaət ruhu ölkə
gənclərinin zəruri təhsilinin fəaliyyət göstərdiyi yapon maarif sistemində də
hakim idi. Buna baxmayaraq, 1945-ci ilə qədər Yaponiyanın demokratik
mədəniyyəti Qərb ölkələrinə xas lazımi inkişafı əldə edə bilmədi. Yeni döv-
lətçilik forması və dövlət idarəçiliyinin yeni sistemi sayəsində, XX əsrin ilk
illərində Yaponiyada sənaye inqilabı əsasən başa çatdı və ölkə kapitalist
dövlətləri sırasına daxil oldu. 1919-cu ildə Paris Sülh konfransında Yaponi-
yanın dünyanın böyük dövlətlərindən biri olduğu təsdiq edildi. Bu dövrdə
inkişafın son dərəcə yüksək tempinə və əldə edilmiş nəticələrə görə dünya-
da Yaponiyaya bərabər olan az idi. Əlbəttə, bu dövrdə Yaponiyada hələ de-
mokratiya dövlətçiliyi yox idi. Avtoritar imperator dövlətinin bazasını təş-
kil edən patriarxal feodal ailəsinin ənənələri vətəndaşların şəxsi azadlıqları-
nın olmamasını cəmiyyətdə onlar tərəfindən ağrısız qəbul etməyə imkan
verirdi. Konstitusiyanın ardınca dərc edilən vətəndaş məcəlləsi kişi və qadı-
nın hüquq bərabərsizliyi mövqeyini və ailə başçısının varislik hüququ siste-
mini qanuna saldı.
Ölkənin modernləşdirilməsi, qərb ölkələri elmlərinin ən yeni nailiyyətləri-
nə əsaslanan təhsilin və maarifçiliyin effektiv sistemi, bütün xalqın varı olan
rasional biliklərin cəmiyyətdə yayılmasına, sosial mühitin, yaponların sosial-
mədəni həyatının məzmunu və keyfiyyətinin sistematik mütərəqqi dəyişilmə-
sinə kömək edirdi. Millətin intellektual mədəniyyətinin artan inkişafı Yaponi-
yanın bütün sonrakı sosial-iqtisadi nailiyyətlərinin, onun dünya sivilizasiya-
sının ən qabaqcıl ölkələri sırasına çıxmasının əsası oldu. Millətin intellektual
mədəniyyətinin tərəqqisi Yaponiya dövlət idarəçiliyinin diqqət mərkəzində
yerləşirdi. Yalnız universitet və elmi-tədqiqat institutlarının sürətli inkişafını
təmin edən dövlət siyasətinin prioritetləri deyil, həmçinin məktəb təhsili və
əhalinin müxtəlif təbəqələrinin kulturoloji maarif şəbəkəsi səviyyəsində elmi
biliklərin tətbiqi sistemi də bu strateji vəzifənin yerinə yetirilməsinə yönəldil-
mişdi. İntellektual mədəniyyətin, ilk növbədə təbiyyat və texniki elmlərin qa-
İdarəetmə mədəniyyəti
205
baqlayıcı inkişafına tələbatlar - ictimai istehsalın effektivliyinin təmin edil-
məsi, ölkənin müdafiə qabiliyyətinin inkişafı, həmçinin dünya bazarında ya-
pon məhsullarının rəqabət qabiliyyətinin zəruriliyi ilə şərtlənirdi. Sosial və
humanitar elmlərin, xüsusən effektiv dövlət idarəçiliyinin mühüm əsası olan
hüquq və iqtisadi elmlərin hərtərəfli inkişafı da aktual vəzifə idi.
İmperator Yaponiyası dövlətçiliyinin ideoloji əsası kimi, həm də feodal
cəmiyyəti ideologiyasının əsasını təşkil edən, konfutsianlığı əvəz edən qərb
ictimai elmlərindən istifadə etməyə başladılar. Əvvəlcə Avropa maarifinin,
liberalizmin və klassik burjua demokratiyasının sosial-siyasi ideyaları ge-
nişləndirildi. Lakin sonralar Yaponiyanın ictimai tədqiqatlarında, ona xas
alman anlamı etatizmi və monarxiya hakimiyyətinin inkişaf etmiş tendensi-
yaları ilə, Almaniyadan mənimsənilmüş fəlsəfə, hüquq, iqtisadiyyat və di-
gər elmlər hakim yer tuturdu. Alman etatizmi Yaponiya milli dövlətinin
“saf adətlər və gözəl ənənələr” haqqında “əbədi” ideyası və tezisi, habelə
imperator idarəetmə sistemi dayaqlarının tənqidinin və ya inkarının aradan
qaldırılmasını əsaslandırmaq üçün istifadə edilirdi. Bununla əlaqədar olaraq
1945-ci ilə qədər, xüsusilə faşizm illərində ictimai elmlərdə sərbəst elmi
tədqiqat yox idi. İlk növbədə sosial sistem və onun ziddiyyətlərini öyrənən
tarix və digər elmlər ciddi reqlamentləşdirilir, bəzi hallarda isə repressiyaya
uğradılırdı. Bu dövrdə ənənəvi incəsənət sahəsi istisna olmaqla, Yaponiya-
nın ictimai həyat fəaliyyəti sahələrinin əksəriyyəti üçün avtoritar idarəçilik
üslubu xarakterik idi. Məktəb təhsili sahəsində riyaziyyat, fizika və digər
təbiyyat elmləri sahəsində rasional elmi biliklərin formalaşdırılması ilə ya-
naşı ictimai həyat məsələlərinin sərbəst tənqidinin nəzərdən keçirilməsi qa-
dağan edilirdi və mifologiyaların köməyi ilə imperator dövlətçiliyinin qey-
ri-tənqidi mənimsənilməsi aşılanırdı. Ali məktəblərdə də elmi tədqiqatların
sərbəstliyi qəbul edilmirdi, özünüidarə hüququna təminat verilmirdi. Yapo-
niya fenomeni və onun inkişaf ziddiyyəti ondan ibarətdir ki, hətta bu dövr-
də də ölkədə, xüsusilə müdafiə sahəsində, dünyəvi əhəmiyyətə malik bir sı-
ra tədqiqatlar meydana çıxdı. Ən əhəmiyyətli nəticələr arasında yapon gə-
miqayırmasında və hərb elmi sahəsində əldə edilən mühüm nailyyətlər var
idi. Lakin İenaqa Saburonun fikrincə, elmi tədqiqatların nəticələrinin idarə
edilməsi qeyri-adekvat idi, bunun nəticəsində İkinci Dünya müharibəsi illə-
rində ölkənin inkişafına və təhlükəsizliyinə neqativ təsir göstərən bir sıra
ziddiyyətlər yarandı.
İmperator dövlətçiliyi ideologiyası öz nüfuzunu Yaponiyanın İkinci
Dünya müharibəsindəki məğlubiyyətindən sonra itirdi. XX əsrin müharibə-
dən sonrakı dövründə keçirilən islahatlar sayəsində ölkənin modernləşdiril-
məsi prosesinin deformasiyasına səbəb olan əsas şərtlər aradan qaldırıldı.
Milli dövlətçiliyin və dövlət idarəçiliyi sisteminin demokratlaşdırımasını
Fuad Məmmədov
206
stimullaşdıran tədbirlər arasında: burjua demokratiyası prinsiplərinə əsasla-
nan Yaponiyanın yeni konstitusiyasının tətbiqi, yapon ailəsində gender bə-
rabərliyinin qurulması məqsədi ilə vətəndaş məcəlləsinə yenidən baxılması
və mülkədar torpaq sahibliyinin feodal sistemini ləğv edən torpaq islahatı-
nın keçirilməsi müəyyən əhəmiyyətə malik idi. Potsdam konfransının qərarı
və ABŞ-ın fəal yardımı ilə şərtlənən demokratik islahatların keçirilməsi ta-
rixə “Yaponiyanın ikinci kəşfi” kimi daxil oldu. O, ölkənin sosial-mədəni
tərəqqisi, onun dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahının artma-
sı üçün keyfiyyətcə yeni imkanlar yaratdı. Dövlətin mühüm idarəetmə vəzi-
fəsi - xalqın ümumi mədəni səviyyəsinin yüksəlməsinə, qeyri-məhsuldar
adi təfəkkür stereotiplərinin və kütlələrin əsasən əyləncəli mədəniyyətə
bağlılığının aradan qaldırılmasına imkan verən kütləvi informasiya vasitələ-
rinin cəmiyyətdə elmi biliklərin yayılması siyasətinə istiqamətləndirilməsi
oldu. Ölkənin modernləşdirilməsi, demokratlaşdırılması, demokratik sosial
mədəniyyət və humanitar və ictimai elmlərin siyasi nəzarətdən azad olması,
mətbuatın, məktəb təhsilinin və kütlələrin kulturoloji maarifləndirilməsinin
azad inkişafı, həmçinin “əks kursun” nəticələrinin aradan qaldırılması sayə-
sində Yaponiya, intellektual mədəniyyətin qabaqlayıcı inkişafı ilə şərtlənən
dünya sivilizasiyasının mərkəzi hərəkat axınına cəlb edilmiş oldu. İntellek-
tual mədəniyyətin qabaqlayıcı inkişaf prinsipinə, sağlam milli ideyaya və
ənənəvi yapon mədəniyyətinin demokratlaşdırılmasına əsaslanan effektiv
dövlət idarəçiliyi, vətəndaşların azad və hərtərəfli inkişafı, onların yüksək
məhsuldarlı əməyinin motivasiyası və şəxsiyyətin özünün, ailəsinin, cəmiy-
yətin və dövlətin maraqlarında kreativ fəaliyyət nəticələrinin istifadəsi üçün
geniş imkanlar açdı.
Dostları ilə paylaş: |