Məhəmməd Nəsirəddin Tusi
dövləti və cəmiyyəti idarəetmə mədəniyyəti haqqında
Bizə elə gəlir ki, Azərbaycanın unikal orta əsr ruhi mədəniyyət abidəsi,
XIII əsrdə yaşamış görkəmli Azərbaycan ensiklopedist-alimi Məhəmməd
Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” (“Nasir əxlaqı”) əsəri - idarəetmə mə-
dəniyyəti tədqiqatçıları üçün elmi-tarixi və praktik baxımdan maraq doğura
bilər.
“Əxlaqi-Nasiridə” Platonun, Aristotelin, ibn Məsgəvehin, ibn Sinanın,
əl-Fərəbinin və digər görkəmli antik və orta əsr alimlərinin mənəviyyat, tər-
biyə, fəlsəfə, iqtisadiyyat, ictimai münasibətlər, ailə, icma, şəhərsalma, öl-
kənin idarə edilməsi haqqında fikirləri bacarıqla istifadə edilmiş, düzgün
şərh edilmiş, elmi cəhətdən inkişaf etdirilmiş və sintezləşdirilmiş, müxtəlif
xalqların mədəni təcrübəsi, həyat qanunlarının dərk edilməsinə konseptual
İdarəetmə mədəniyyəti
207
yanaşmalar sistemləşdirilmiş və ümumiləşdirilmişdir. Bu qiymətli əsərdə
Şərqin “Kəlilə və Dimnə”, “Siyasətnamə”, “Mərzbannamə”, “Anuşirəvanın
vəsiyyəti”, “Ərdəşir Babəkan” kimi tarixi abidələrindən, Əl-Qəzəli, Əl-Bi-
runinin əsərlərindən və tərbiyə, siyasət və dövlət idarəçiliyinə həsr olunmuş
digər əsərlərdən də istifadə edilmişdir.
Tusi fəlsəfəsinin təməl daşı insan əməyinin dəyəri və əmək fəaliyyətinin
əhəmiyyəti və faydalılığından asılı olaraq, insanların mükafatlandırılması
və onlara hörmət edilməsi zərurətidir. Təbiətin və cəmiyyətin inkişaf pro-
seslərinin müqayisəli təhlilini aparan Tusi mühüm qanunauyğunluğa diqqət
yetirir: əgər təbiətdə inkişaf, müasir dildə desək, sinergetik qanunlar üzrə
gedirsə, onda cəmiyyətdəki mütərəqqi dəyişikliklər insanın yaradıcı əməyi-
nin nəticəsidir və insanların məqsədyönlü birgə fəaliyyətini tələb edir. Belə
fəaliyyət imkanı ailə, cəmiyyət və dövlətin təşkili, məqsədyönlü dövlət si-
yasətinin həyata keçirilməsi və effektiv idarəetmə sisteminin mövcudluğu
ilə şərtlənmişdir. O, dövlət quruculuğunda insanın etikasının və idarəetmə
mədəniyyətinin həlledici roluna xüsusi diqqət yetirir.
Yaşadığı feodal cəmiyyətinə uyğun ictimai həyatın obyektiv təzahürləri-
nin əlaqəsini və qarşılıqlı asılılığını diqqətlə izləyərək, Tusi insanın və cə-
miyyətin asılı olduğu bir sıra qanunauyğunluqları aşkar edir. Dövlət siyasə-
ti, ölkə və hökmdarların xarakteri ilə bağlı məsələləri təhlil edərək, Tusi
yüksək mədəniyyət dəyərlərinə, elmi biliklərin prioritetlərinə, insanların
hörmətinə, inamına, etibarına, şərəf və ləyaqətinə ehtirama, fədakarlığına
və hünərinə əsaslanan ictimai sistemin yaradılmasına imkan verən cəmiy-
yətin bütün sosial kateqoriyalarının birgə fəaliyyətinin zəruriliyini qeyd
edir. Bununla yanaşı o, həqiqətlərin aşkarlanmasının və düzgün istifadəsi-
nin, elmi biliklərin dövlətin davamlı ictimai inkişafı və tərəqqisi maraqla-
rında tətbiqi üzrə tövsiyələrin hazırlanmasının asılı olduğu alimlərin xüsusi
dəyərini qeyd edir.
Şərq mentallığının xüsusiyyətlərini nəzərə alaraq Tusi şahla ünsiyyət
mədəniyyəti üzrə müdrik məsləhətlər verir, onun geniş imkanlarını, enerjisi
və iradəsini, gözlənilən nəticələrin etik qiymətləndirilməsi yolu ilə yaradıcı
məcraya necə yönəltməyin mümkün olduğunu onun yaxınlarına izah edir.
O, təbəələrin şahla ünsiyyət mədəniyyətinin xüsusiyyətlərini təfərrüatı ilə
göstərir, saray etiketinin bütün psixoloji nüanslarını açır. Bu müdrik məslə-
hətlərin bir çoxu bu gün də öz əhəmiyyətini saxlayır, belə ki, ümumbəşəri
normaları, bütövlükdə ünsiyyət mədəniyyətinin məntiqini və psixologiyası-
nı əks etdirir.
O dövrün dövlət idarəçiliyinin etik-psixoloji xüsusiyyətlərini başa düş-
mək üçün Tusinin əl-Müqəffaninin “Ədəb” əsərinə istinad edərək şahın ya-
xınlarına verdiyi diplomatik tövsiyələrə diqqət yetirmək maraqlıdır. Şaha
Fuad Məmmədov
208
müvəffəqiyyətlə xidmət etmək və şəxsi təhlükəsizliyini qorumaq üçün av-
toritar rejim üçün səciyyəvi olan aşağıdakı şərtlərə əməl etmək lazım idi: öz
nəfsinə üstün gəlmək; öz rəyini gizlətmək; bütün işlərini və fəaliyyətini şa-
hın istəkləri əsasında qurmaq; onun sirrlərini gizli saxlamaq; icazə verilmə-
yən bir şeylə maraqlanmamaq və bu məsələlər üzrə mübahisələrə girişmə-
mək; onun sözlərini həqiqət kimi qəbul etmək və onun fikrini düzgün hesab
etmək; onun yaxşı cəhətlərini tərifləmək, pis cəhətləri haqqında susmaq; o
kimə iltifat edirsə, onları yaxınlaşdırmaq və kimdən xoşu gəlmirsə, onları
uzaqlaşdırmaq; öz xidmətlərini çox kiçiltmək və onunkunu artırmaq; hər
şeydə öz maraqlarını şahın maraqlarına tabe etmək adətini yaratmaq.
Bununla belə Tusi, siyasəti xalqın maraqlarına cavab verməyən, dövləti
məhvə aparmağa risk edən eqoist hökmdarları kəskin tənqid edir, dövlətin
inkişafı üçün düzgün kadr siyasətinin vacibliyini qeyd edir. O öz dövrünü
qabaqlayaraq, orta əsr üçün qiyam ruhlu belə bir fikir söyləyir ki, siyasətin
həyata keçirilməsi ilə şahın yaxud hakimin məşğul olması heç də vacib de-
yil.
18
Rəhbərlərin peşəkar və mənəvi keyfiyyətləri üzərində dayanan Tusi,
liderlərin cəmiyyət qarşısındakı xidmətlərindən və xalq qarşısındakı məsu-
liyyətindən asılı olaraq, onların daha layiqlilərinin seçilməsi, insanların ilk
növbədə ictimai, sonra isə şəxsi maraqlarının müdafiəsinin zəruriliyi haq-
qında danışır.
Cəmiyyəti idarə etmək üçün müdrik rəhbərlər və sosial həyat təşkilatçı-
ları lazımdır. İnkişaf proseslərinin idarə edilməsini və cəmiyyətin rifahını
təmin edən elmi Tusi “ictimaiyyətin müdrikiliyi” adlandırır. O bu elmi yük-
sək qiymətləndirərək, onun cəmiyyətin bütün üzvləri tərəfindən öyrənilmə-
sinin zəruriliyini qeyd edir, çünki xüsusi idarəetmə olmasa, intizam olma-
yacaq, deməli, cəmiyyətin düzgün inkişafı təmin edilməyəcək.
Görünür ki, “Əxlaqi-Nasiri” kitabının yazılmasında əsas məqsəd, Nəsi-
rəddin Tusinin düzgün həyat mədəniyyəti probleminin çoxtərəfli təhlilini
keçirmək və firavan və xoşbəxt ailə və dövlət quruculuğu üzrə tövsiyələri
ifadə etmək idi. Antik dövrdən başlayaraq bəşəriyyətin ən yaxşı mütəfəkkir-
lərini narahat edən bu problemi nəzərdən keçirərək, müəllif insanın əsas ni-
şanəsi və onun həyatını təmin edən başlıca amil olan əməyin mühüm rolu
haqqında, birgə ictimai əməyi yaradan qarşılıqlı yardım haqqında danışır.
Bizim tədqiqat üçün bu əsərin dəyəri ondan ibarətdir ki, burada insan mü-
nasibətləri mədəniyyətini əks etdirən bir sıra elmi-nəzəri təriflər, yanaşmalar
və müddəalar, özünüidarə və ailə qurulması məsələləri, sosial-mədəni tərəqqi-
ni təmin edən dövlət quruculuğu və idarəçiliyi təcrübəsi sintezləşdirilmişdir.
18
Görünür, bu, bəşər tarixinin sonrakı dövründə öz effektivliyini doğruldan “konstitusiya
monarxiyası” haqqında fikir idi.
İdarəetmə mədəniyyəti
209
Tusi tərəfindən öyrənilmiş mənəvi təkmilləşmə məsələləri, orta əsr ədəb qay-
dalarına onun verdiyi xarakteristika, əsas mahiyyətinin tarixi zamanın təsirin-
dən asılı olmayan ümumbəşəri xarakteri və psixologiyanı əks etdirir.
Öz əsərində ideal insan, ideal ailə və ideal cəmiyyətin formalaşdırılma-
sına yardım kimi yüksək və nəcib məqsəd qoyan Tusi dövrünün məhdud-
luqlarına və ziddiyyətlərinə baxmayaraq, mahiyyətcə, insanın, ailə və döv-
lət mədəniyyətinin inkişaf əhəmiyyəti barədə yeni söz demişdir.
Dövlət idarəçiliyi mədəniyyətinin mühüm məsələlərindən biri kimi, Tusi
vəziyyətinin bir çox cəhətdən anadangəlmə mədəni keyfiyyətlərdən və istedad-
dan, sosial-mədəni mühitdən, təhsilin və tərbiyənin keyfiyyətindən, həmçinin
peşə təcrübəsindən asılı olduğu cəmiyyətin mənəviyyatının sağlamlaşdırılması-
nı nəzərdən keçirir. Alim gənc nəslin hazırlığı və tərbiyələnməsi prosesində ai-
lə, dövlət və bəşəriyyət qarşısında duran ən şərəfli və məsuliyyətli məsələ kimi
mənəviyyatın sağlamlaşdırılmasının (etik mədəniyyətin inkişafını - F.M.) zəru-
riliyini əsaslandırır. O həmçinin, mədəniyyətsizliyin aradan qaldırılması, alçaq
insani keyfiyyətlərin kökünün kəsilməsi, insanın qabiliyyəti və əməyindən asılı
olaraq, xoşbəxtliyə nail olma məqsədilə şəraitin yaradılması üçün bu problemlə
məşğul olan elmin müstəsna əhəmiyyətini qeyd edir. Tusiyə görə yalnız elmi
biliklər və peşəkar təcrübə ilə zənginləşmiş, mənən sağlam şəxsiyyət cəmiyyət
üçün faydalı ola bilər.
İnsanın xarakterinin yaxşılığa doğru dəyişdirilməsi məsələsinə toxuna-
raq, Tusi təhsil və tərbiyənin köməyi ilə uşaqların və gənclərin xarakterinin
dəyişdirilməsi imkanını mümkün hesab edir. O, uşaq və gənclərə, bu işdə
valideynlərə və müəllimlərə həlledici rol və məsuliyyət ayıraraq, iradəyə
əsaslanan müsbət keyfiyyətlər və psixoloji istiqamət aşılamaq zəruriliyinə
diqqət yetirir. Bunlarla yanaşı o qeyd edir ki, uşağa bilikləri öyrətməkdən
və peşəkar təcrübə verməzdən əvvəl onu - həyat meyarları xeyirxahlıq, düz-
lük və vicdan olan əxlaqlı şəxsiyyət kimi formalaşdırmaq lazımdır.
O, müdrikliyi, qəhrəmanlığı, ləyaqəti və ədalətliyi cahilliyə, qorxaqlığa,
çılğınlığa və despotizmə qarşı qoyur. Tusi insanın ədalətliyini və vicdanını,
onun xeyirxahlıq bacarığını xoşbəxtliyə və kamilliyə yetişməyin başlıca
şərti kimi nəzərdən keçirir. Bununla belə, işgüzar insanların hazırlığı və
tərbiyəsi işində məqsədə çatmaq üçün o, cəzalara deyil, stimullaşdırmanın
motivasiya metodlarına üstünlük verməyi tövsiyə edir, hərçənd ki, sonuncu-
nu da inkar etmir. Ədalətə xüsusi əhəmiyyət verən Tusi cəmiyyətdə ədalətli
bölgü münasibətlərinin, düzgün qiymətləndirmənin müəyyənləşdirilməsini,
cəmiyyət qarşısındakı xidmətlərinə uyğun olaraq, “ixtisaslaşdırılmış” və adi
əməyinə görə insanların fərqli və müvafiq mükafatlandırılmasının zərurili-
yini qeyd edir.
Fuad Məmmədov
210
Xalqın idarə edilməsi - konkret həyat şəraiti nəzərə alınmaqla - ədalətin,
məharətin, cəsurluğun, şüurun və müdrikliyin mənəvi qanunları əsasında
qurulmalıdır. Əks halda qanunlar yerinə yetirilməyəcək. Rəhbərin cahilliyi
və səhlənkarlığı ölkənin dağılmasına aparır. Dövlətin stabillik şərtinin yal-
nız ədalətli idarəetmə olduğunu qeyd edərək, alim xüsusi olaraq nəzərə
çarpdırır ki, ədalətli hökmdarın birinci şərti xalqın əsas təbəqələri– ziyalı-
lar, hərbçilər, tacirlər və kəndlilər arasında düzgün sosial bərabərliyi müəy-
yənləşdirməsidir.
Dövlətin möhkəmliyi və tərəqqisi üçün lazım olan ədalətli idarənin ikin-
ci şərti kimi, Tusi əhalinin həyat fəaliyyəti haqqında qayğını, obyektiv qiy-
mətləndirilməni və insanların, onların qabiliyyəti və ləyaqətinə uyğun ola-
raq vəzifəyə təyin edilməsini təmin edən kadr siyasətinin həyata keçirilmə-
sini göstərir. Alim, hökmdar tərəfindən onların düzgün qiymətləndirilməsi
üçün məmurların beş kateqoriyasının mənəvi xarakteristikasını verir. Birin-
ci kateqoriyaya o, idarəetmədə şahın dayağı ola biləcək, diqqətə və hörmə-
tə, yüksək vəzifələrə, qiymətləndirməyə və mükafatlara layiq bildiyi təbiə-
tən xeyihxah və həyatda xeyirxah insanları aid edir. İkinci kateqoriyaya o,
təbiətən xeyirxah, real həyatda isə xeyirxah olmayan insanları aid edir. Belə
adamlara işdə, onların təbii üstünlüklərinin reallaşdırılmasında diqqət və
yardım lazımdır. Üçüncü kateqoriyaya Tusi, nə xeyirxah, nə pis olmayan
neytral təbiətli insanları aid edir. Belə insanları xeyirxahlığa süni surətdə
stimullaşdırmaq və onlara bu istiqamətdə inkişaf etməyə kömək etmək la-
zımdır. Dördüncü kateqoriyaya təbiətən zalım, lakin cinayət etməyən in-
sanlar aid edilir. Pisliyin nəticələrini aydınlaşdıraraq və onları xeyirxahlığa
stimullaşdıraraq, belə adamları tərbiyə etməyə çalışmaq lazımdır. Beşinci
kateqoriyaya alim, təbiətən pis olanları, başqa insanlara pislik edənləri aid
edir. Bu, pozitiv təsirə uymayan, təbiətən aşağı səviyyəli insanlardır. Belə
insanların bir hissəsini məcburi tədbirlərlə - məzəmmət və cəza ilə tərbiyə
etmək, tərbiyənin təsiri altına düşməyənləri isə - ümumiyyətlə, cəmiyyət-
dən təcrid etmək lazımdır.
Ədalətli idarənin üçüncü şərti kimi, Tusi insanların xidmətlərinin ob-
yektiv qiymətləndirilməsi və mükafatlandırılmasına əsaslanan nemətlərin
ədalətli bölgüsünü göstərir. Siniflər arasındakı uyğunluğun müəyyən edil-
məsindən və hər kəsin dərəcəsinin təyin edilməsindən sonra dövlət qarşısın-
dakı xidmətlərindən və qabiliyyətlərindən asılı olaraq, gəlirləri onların ara-
sında düzgün və praporsional bölmək lazımdır.
Onun tərəfindən yalnız xalqların və cəmiyyətin siniflərinin ünsiyyət mə-
dəniyyətinin mahiyyəti deyil, həm də dövlət siyasətinin xüsusiyyətləri, ma-
arıfçi və avtoritar idarəetmə üslubunun, icma rəhbərlərinin xarakteristikası-
nın interpretasiyası verilir. Burada idarəetmə üslublarının xarakteristikası
İdarəetmə mədəniyyəti
211
onların cəmiyyətin sosial-mədəni mühitinin mənəviyyata təsiri ilə əlaqədar
verilir bu və ya digər rejimin doğurduğu pozitiv və ya neqativ təzahürlər,
insan keyfiyyətləri və xarakteri təsvir edilir.
O, dövlət idarəçiliyi sistemində əməyin - biliklərin, qabiliyyətlərin və pe-
şəkar vərdişlərin iyerarxiyasına uyğun olaraq bölünməsi zəruriliyi haqqın-
da danışır, mütəxəssislərin və rəhbərlik səviyyələrinin təsnifatını verir.
Təhsilli (mədəni - F.M.) cəmiyyətdə dövlət quruculuğu prinsiplərini xa-
rakterizə edən Tusi deyir ki, o, həyatın mənasına düzgün dünyagörüşü
mövqeyinə, vahid məqsədlərə və ümumi rifaha yönəldilmiş, yaxşı təşkil
edilmiş, sağlam ictimai münasibətlərin, ədalətli qanunların və insanların
maraqlarını və nöqteyi-nəzərini hesaba alan düşünülmüş siyasətin əsasında
həyata keçirilməlidir.
İsa Peyğəmbərin ilahi nüfuzuna və Tövrat ehkamlarının təkmilləşdiril-
məsinin zəruriliyi haqqında kəlamlarına istinad edərək, Tusi proqressiv is-
lahatların həyata keçirilməsi, zamanın tələblərinə və xalqların maraqlarına
uyğun olaraq, həyat dayaqlarının təkmilləşdirilməsi zərurətini və qanuna-
uyğunluğunu əsaslandırır.
Tusinin əsərində həm humanist, həm də demokratik motivlər aşkar edi-
lir. Dövlət siyasəti məsələlərinə toxunaraq, Tusi qeyd edir ki, o, ədalətli ol-
malıdır. Bunun üçün hökmdar, xalqın maraqlarına cavab verən, cəmiyyət-
də şər qüvvələrin aradan qaldırılması və mütərəqqi dəyişikliklərin həyata
keçirilməsi imkanını verən müəyyən keyfiyyətlərə malik olmalıdır. O,
hökmdarlara - qərarları qəbul edərkən yoxlanılmış, dürüst informasiyaları
əldə rəhbər tutmağı, vətənin müdafiəçilərinə hörmət etməyi, ehtiyacı olan-
lara yardımdan imtina etməməyi, alimlərin və yüksək mədəniyyətli insanla-
rın müdrikliyinə istinad etməyi, öz nəfslərini dəf etməyi bacarmağı, böyük-
lükdən və şöhrətdən başını itirməməyi, ölkənin müqəddəratına görə öz mə-
suliyyətini unutmamağı məsləhət görür.
Orta əsr dövlət başçısının istənilən insanı yüksəltmək və ya məhv etmək
imkanını qeyd edərək, Tusi maariflənmiş hökmdarın pozitiv keyfiyyətlərini və
ədalətli idarəetmə üçün zəruri şərtləri sadalayır: təbəələrə ata münasibəti gös-
tərmək; alicənablıq; dözümlülük; qətiyyətlilik; səbr; sərvət (xalqdan maliyyə
asılılığının olmaması üçün zəruri olan); ədalətli və sədaqətli köməkçilər.
Alicənablıq, dözümlülük, qətiyyət və səbr kimi keyfiyyətləri xüsusi
qeyd edərək, Tusi göstərir ki, hökmdar onları necə qazanmalıdır. Bu zaman
o, hökmdarı cəmiyyətin sosial terapiyasını həyata keçirməli və onun ruhi
sağlamlığını qorumalı olan həkimə bənzədir. Tusi xeyirxahlıq və sosial
ədalət tərəfdarı kimi çıxış edərək, orta əsr cəmiyyətinin sosial bəlasının iki
səbəbini göstərir: hökmdarların qəddarlığı və aşağı səviyyəli və bədxah in-
sanların tərifinin və təşviqinin artması üçün şərait yaradan məmurların öz-
Fuad Məmmədov
212
başınalığı. O, xalqın rifahına məsul olan siyasətçilərə ədalətli dövlətin əsas
şərtinin - əməyə, qarşılıqlı yardıma və sosial ədalətə əsaslanan insanların
ümumi birliyi olduğunun zəruriliyini yadda saxlamaq haqqında danışır.
Dövlət idarəçiliyində etik mədəniyyətə xüsusi əhəmiyyət verən Tusi qeyd
edir ki, ölkənin sabit inkişafı üçün onun hökmdarlarının ətrafdakılara və bü-
tün xalqa nümunə olaraq, xeyirxah, iradəli və ədalətli, öz xalqı ilə birlik
şərtlərinə sadiq, hakimiyyət və sərvət hərisliyindən azad olması vacibdir.
Dövlətçiliyin qorunmasının zəruriliyini qeyd edərək və bu işdə şahın özü-
nün xüsusi rolunu göstərərək, Tusi deyir ki, əgər ölkədə təqlid etməyə layiq
alicənab lider olmasa, insanlar pisliyə doğru dəyişilə bilərlər. Cəmiyyətdə
əməyə məhəbbət və vətənpətvərlik yox ola bilər, varlanmaq ayini bərqərar
olar – lovğalıq, təkəbbür, özünü öymək və xəyanət inkişaf edər, onu nifaq-
lar və ziddiyyətlər əhatə edər. Belə dövlət daxili sosial-siyasi sarsıntıların
alovunda məhv ola bilər və ya zəif düşmən üçün asan qənimət olar. Tusi
antik sivilizasiyaların inkişaf məntiqinin diqqətli təhlili əsasında çox mü-
hüm qanunauyğunluq aşkar edir: hər hansı bir ölkənin ərazisində tayfa-qə-
bilə feodal dövlətlərinin formalaşdırılmasını şərtləndirən məşhur “parçala
və hökm et” siyasəti feodal hökmdarları arasında ixtilaflar yaradaraq, hə-
min ölkənin kənardan idarə edilməsini asanlaşdırır.
Tusi insan münasibətləri mədəniyyətinə geniş yer verir. Onun tərəfindən
həqiqi dostların seçilməsi, dostlarla və xalqın müxtəlif təbəqələrinin nüma-
yəndələri ilə münasibətə görə tövsiyələr verilir. Alim qeyd edir ki, əgər in-
san bütün dünyaya malikdirsə, amma ünsiyyət mədəniyyətindən məhrum-
dursa, həqiqi dostları seçməyi və qiymətləndirməyi bacarmırsa, onun həyatı
mənasını itirir. Əsl məhəbbəti, dostluğu və sədaqəti dünyanın bütün sərvət-
lərindən uca tutan alim deyir ki, ruhuna, dəyərlərinə və maraqlarına görə
yaxın olan insanlarla dostluq əlaqələri qurmağa çalışmaq lazımdır. Öz kol-
leqaları və həmfikirləri ilə ümumi məqsədlərlə bağlı olan xeyirxah, cəsur və
elmli insanlar daha sədaqətli dostlar ola bilərlər.
Tusi insanların qarşılıqlı dəstək tələbatını xüsusi qeyd edir. Dostluq haq-
qında danışarkən, o çoxlu sadiq dostları və əməkdaşları olanları, onları fay-
dalı işlərə cəlb edən və xoşbəxtliyə nail olmaqda özü onların köməyindən
istifadə edən, onlarla fəxr edən və uğurlarına sevinənlərı kamil və xoşbəxt
adlandırır. Belə insanlar dostluqdan zövq almağı, dostları qiymətləndirməyi
və onlara qayğı göstərməyi bacarırlar. Cəmiyyətin bütün sosial təbəqələri
və qruplarının qaydalarını onların etikasına zidd hərəkətlər etməmək üçün
bilmək lazımdır.
Kollektiv söhbətdə iştirak etikasından danışaraq Tusi məsləhət görür:
sözləri düzgün seçmək və öz fikirlərini aydın ifadə etmək; bütün iştirakçıla-
ra ünvanlanmış suala birinci cavab verməmək; başqalarının yanında gizli
İdarəetmə mədəniyyəti
213
danışmamaq; başqa adama verilən suala cavab verməmək, belə ki, bu sənin
yüngülxasiyyətliliyinə və sual verənə qarşı hörmətsizliyinə dəlalət edər və
sənin məsuliyyətini artırar.
O deyir ki, intriqaya və ədalətsizliyə qarşı ən yaxşı silah - mübahisə
vaxtı həqiqətə, sakitliyə, təmkinə və dəlillərə əsaslanan sərt və layiqli cavab
vermək bacarığıdır.
İnsan münasibətləri mədəniyyətinin üç səviyyəsini təhlil edərək, Tusi so-
sial iyerarxiyada daha yuxarıda, özünə bərabər və daha aşağıda dayananlar-
la münasibətdə öz mövqeyini düzgün müəyyənləşdirməyin zəruriliyi haq-
qında danışır. İlk olaraq o daha aşağı səviyyəyə düşməmək üçün öz mövqe-
yini qorumaq zərurətindən danışır. İkinci və üçüncü halda - daha yuxarı sə-
viyyəyə qalxmağa çalışmaq lazımdır.
Sosial səviyyədən asılı olaraq insanlarla ünsiyyət tərzini seçmək lazım-
dır. Bərabər olanlarla üç əsas mövqe qəbul oluna bilər: dostlarla rəftar, düş-
mənlərlə rəftar, bitərəf insanlarla rəftar. Zahiri dostlarla rəftarda yadda
saxlamaq lazımdır ki, alicənab insanlar, bütün insanların onlara hörmət et-
məsi və onlarla dostluq etməyə can atması üçün öz vədlərini yerinə yetir-
məlidirlər. Alicənab insanların yalançı zahiri dostlara münasibəti xeyirxah,
yumşaq, təmkinli, qeyri-laqeyd olmalıdır, lakin bu zaman onlara öz işlərin,
məqsədlərin və planların haqqında heç bir məlumat vermək olmaz. Bununla
bərabər onları yaxşılığa doğru dəyişməyə çalışmaq, onların dostlarına və
qohumlarına hörmət göstərmək, lazım olan halda onlara kömək etmək, on-
ların həyatının sevincli və kədərli hadisələrində iştirak etmək lazımdır. Ola
bilsin ki, zaman keçdikcə əgər təkmilləşsələr, onlardan bəziləri həqiqi dost-
lara çevrilə və öz dünyagörüşünü və dəyərlər sistemini dəyişə bilərlər.
Müxtəlif insanlarla münasibət qurarkən, həm onların, həm də özünün
maraqlarını nəzərə almaq lazımdır. Bu zaman hər bir kəslə onun öz dilində
danışmaq lazımdır. Nə düşmən, nə dost olan insanlarla xüsusi ünsiyyət
qaydası lazımdır. Məsləhət verməyi xoşlayan insanlarla ünsiyyətdə qərar
qəbul etməzdən əvvəl diqqətlə yoxlamaq, onların sözlərinin həqiqiliyini
müəyyənləşdirmək, niyyətlərini duymaq, ondan sonra öz maraqlarına uy-
ğun hərəkət etmək lazımdır. Sülhpərvərlərə maksimum diqqət və hörmət
göstərmək lazımdır. Davakarlarla təmkinli olmaq, onların səviyyəsinə en-
məmək və onlardan uzaq olmağa çalışmaq lazımdır. Təkəbbürlü adamlarla
da özünü təkəbbürlə, qürurla, şəxsi ləyaqət hissi ilə aparmaq, onlarla onla-
rın öz dilində danışmaq lazımdır. Onları yalnız bu yolla özünə gətirmək və
dəyişməyə təhrik etmək olar. Belə insanlarla təvazökarlıqla danışılarsa, on-
lar bunu qorxaqlıq kimi qəbul edə və təhqir edə və ya sizi lağa qoya bilər-
lər. Ləyaqətli insanlarla ünsiyyət saxlamaq, onlarla əməkdaşlığı xoşbəxtlik
hesab etmək, onların mühitinə daxil olmağa çalışmaq lazımdır. Pis qonşu-
Fuad Məmmədov
214
larla, pis xasiyyətli insanlarla yola getməyi, onlarla xoşluqla danışmağı,
onlara qarşı təmkinli olmağı bacarmaq lazımdır. Şagird və tələbələrə xeyir-
xah və təmənnasız münasibət bəsləmək lazımdır, ağıllı, qabiliyyətli və ça-
lışqanlara hər cür kömək göstərmək, istedadlarının inkişafı üçün şərait ya-
ratmaq lazımdır. Tənbəlləri tərbiyə etmək, onlarda elmə və biliklərə maraq
aşılamaq lazımdır. Kütbeyinləri, onlara həyatda gərək olacaq hər hansı bir
faydalı peşəyə öyrətmək lazımdır. Ehtiyacı və tamahkarlığı fərqləndirməyi
bacarmaq lazımdır. Ehtiyacı olanlara, özünə və öz ailəsinə ziyan vermə-
dən, maddi yardım göstərmək lazımdır. Sədəqə istəyən əlçəkməz insanları
ədəbsizliyinə görə danlamaq, onların əlinə bəhanə verməmək lazımdır, bəl-
kə bu onların dəyişilməsinə kömək edə bilər. Zəif və məzlumlara mərhəmət
və şəfqət göstərmək, onlara maddi yardım etmək, onlara qarşı saf və xeyir-
xah niyyətdə olmaq, hər şeydə xeyirxahlıq göstərmək lazımdır, bütün xeyir-
xah işlərin mənbəyi - ilahi yaradana oxşamağa can atmaq lazımdır.
Həyat təcrübəsinə istinad edərək, Tusi mənəvi sağlamlığı və qəlb rahat-
lığını qorumaq məqsədi ilə dostları düzgün seçməyi məsləhət görür, tərbi-
yəli, saf, xeyirxah, nəzakətli insanlarla ünsiyyət saxlamağı, insanın mənə-
viyyatını pozan pis insanlardan, qeyri-əxlaqi əsərlərdən və danışıqlardan
uzaqlaşmağı məsləhət görür.
Tusi, həmçinin düşmənlərlə münasibətə dair təhlükəsizlik mədəniyyəti
baxımından maraq doğuran tövsiyələr verir. Özünü düşmənlərlə necə apar-
maq barədə danışarkən, düşmənin mövqeyi haqqında həmişə informasiya-
ya malik olmaq, mümkün olan təxribatları vaxtında dəf etmək və onların
qələbəyə nail olmalarına qarşı ölçülər götürmək üçün onların işlərini nəza-
rətdə saxlamaq lazım olduğunu qeyd edərək, Tusi sayıqlığa çağırır. O gös-
tərir ki, düşmənlər yaxında və ya uzaqda, aşkar və ya gizlin olur. Aşkar
düşmənlər öz qərəzini, gizlinlər - paxıllığını göstərir. Yaxında olan düş-
mənlərlə xüsusilə ehtiyatlı və sayıq olmaq lazımdır. Eyni zamanda düşmən-
çiliyin dağıdıcı nəticələrini təsvir edərək, o, insanlarla mümkün qədər düş-
mənçilik etməməyi, ağıllı və alicənab hərəkətlərlə düşmənləri dostlara çe-
virməyə çalışmağı məsləhət görür. Başlıca qayda, onların ürəklərindəki
düşmənçiliyin kökünü kəsməyə imkan verən səbr, qayğı və rəğbət yolu ilə
düşmənləri dostlara çevirmək cəhdi olmalıdır, daha yaxşı üsul tapmaq
mümkün deyil. Burada həmin adamlar tərəfindən göstərilən zahiri hörməti
və saxta səmimiyyəti saxlamaq lazımdır. Açıq düşmənçiliyə keçidə yol ver-
mək olmaz, çünki bəşəriyyətə pisliyin aradan qaldırılmasının xeyirxahlıq-
dan qeyri yolu məlum deyil. Düşmənin intriqalarına və ağılsız hərəkətlərinə
görə təmkinini pozmaq olmaz, səbr və dözümü saxlamaq, davaya yol ver-
məmək lazımdır. Düşmənçiliyin açıq münaqişəyə keçməsi mədəniyyətin
pozulmasına, qırğına, dəyərlərin və dövlətlərin itirilməsinə, böyük bədbəxt-
İdarəetmə mədəniyyəti
215
liklərə və dağıntılara gətirib çıxarır. Belə şər işlər haqqında düşüncələr, on-
ların həyata keçirilməsi üzrə planların qurulması əbəs yerə itirilmiş həyata
aparır, dünyada və dində intriqalar və ixtilaflar yaradır.
Düşmənin intriqalarını vaxtında aradan qaldırmaq və yalanlarını ifşa et-
mək üçün onların narazılıq səbəbləri haqqında rəhbərləri və ictimaiyyəti
məlumatlandırmaq lazımdır. Düşmənin çatışmayan cəhətlərini yaxşı bil-
mək, lazım gəldikdə istifadə üçün onlar haqqında əsaslı informasiyaya ma-
lik olmaq lazımdır. Həmçinin, onları narahat edən məsələnin mahiyyətini
bilmək lazımdır, belə ki, çox zaman qələbənin açarı məhz onda olur. Birgə
fəaliyyət məsələlərində öz peşəkar səriştəliliyini və üstünlüyünü göstərmək
yaxşı olardı. Əgər nəzərdə tutulan intriqaların aşkara çıxarılması ilə şəri
aradan qaldırmaq mümkündürsə, bu üsuldan istifadə etmək lazımdır. Bu in-
formasiyanın vaxtından əvvəl açılması və elan edilməsi effekti azalda bilər
və gözlənilən nəticələrə gətirib çıxarmaz. Bu baxımdan, həqiqət həmişə
əsas şərtdir, çünki yalan - düşmənçiliyi stimullaşdıran amillərdən biridir.
Düşmənlərlə dost olmaq bacarığı, onların dostları ilə yaxşı və etibarlı
münasibətlər saxlamaq – ağıl və müdriklik əlamətidir. Bu surətlə, onların
xarakterinin nöqsanları, güclü və zəif cəhətləri haqqında asanlıqla öyrən-
mək olar. Düşmənin üzünə və ya arxasınca ləyaqətsiz sözlər, söyüşlər və
qarğışlar söyləmək ağıl və mədəniyyət nişanəsi deyil. Belə davranış onlara
hörməti əksiltməyəcək, onların sərvətini çox azaltmayacaq, lakin bunu edən
adamın adına və mövqeyinə mənəvi zərər vuracaq. Düşmənin, hər kəsin ba-
şına gələ biləcək dərdinə sevinmək və ya dərdində ona istehza etmək yaraş-
maz, çünki bu cahillik və nanəciblik nişanəsidir. Əgər düşmən kömək üçün
müraciət edərsə, yaxud öz sədaqətini göstərmək istəyərsə, yaxud hansısa bir
əşyanı saxlamaq üçün qoyarsa, ona inam və xoşqəlblik göstərmək lazımdır.
Günahın düşmənin üzərində olduğunu və onun məzəmmətə layiq olduğunu
göstərərək, öz mərdliyini izhar etmək və alicənablığını sübut etmək lazım-
dır. Həsəd aparanları, onlara müəyyən hədiyyələr bağışlamaqla, neytrallaş-
dırmaq olar. Özünü onların riyakarlığından və hiyləgərliklərindən qorumaq,
onlarda aqressiv davranış oyada biləcək hərəkətlərdən çəkinmək lazımdır.
Çalışmaq lazımdır ki, xalq onların əsl simasını tanısın.
Münaqişələr adətən hakimiyyətdən, sərvətdən, şərəf və etiqadlardan
olur. Belə münaqişələrdən uzaqlaşmaq üçün onları doğuran səbəblərdən cə-
kinmək lazımdır. Əgər barışmaz düşmən tərəfindən şəri aradan qaldırmağın
başqa yolu yoxdursa, göstərilənlər zəruridir: şəxsən və ya vasitəçinin kömə-
yi ilə onunla ümumi dil tapmağa çalışmaq; onunla bütün münasibətləri kəs-
mək və hətta, əgər bu qonşulardısa, - köçmək; başqa yolla onların hücu-
mundan müdafıə olunmaq mümkün deyilsə, - məhv etmək; onların başqa
düşmənlərin əli ilə məhv edilməsi imkanından çəkinməmək.
Fuad Məmmədov
216
Müasirlərinə nəsihət üçün Tusi öz kitabında şüurlu və ləyaqətli həyat
mədəniyyətinə dair aşağıdakı faydalı məsləhətlərin verildiyi Platonun Aris-
totelə vəsiyyətini göstərir:
Daim öyrən, bilik əldə etməklə məşğul ol. Əvvəlcə məqsədini müəy-
yən et, sonra onun əldə edilməsi üçün elmi seç.
Alimin dəyərini onun əsərlərinin praktik faydası, onun alicənablığı və
xeyirxahlığı ilə müəyyən et.
Allahdan yalnız faydalı və əbədi nemətləri istəmək lazımdır.
Həmişə sayıq ol, çünki şər insanların hiylə və kələyinin sərhədləri
yoxdur.
Mümkün olmayan şeylər haqqında xəyala qapılma.
Bil, ilahi cəza qisas deyil, tərbiyə məqsədi daşıyır.
Ləyaqətsiz həyat sürmə ki, o, ləyaqətsiz ölümlə başa çatmasın.
Xeyirxahlığa həsr olunmayan həyatı faydasız hesab et.
Sənin günahın üzündən hansısa bir bəlanın baş verib-vermədiyinin və
hansı xeyirxah işi görə biləcəyinin üzərində düşünmədən yuxuya getmə.
Xatırla, öz səhlənkarlığın səbəbindən sən nədə şansını əldən qaçırmısan.
Həqiqətdə sən nəsən və ölümündən sonra nə olacağı barədə düşün.
Heç kəsi qınama, nəzərə al ki, dünya daim dəyişir.
Öz həyatı, öz gələcəyi barədə düşünməyən bədbəxtdir.
Sənin şəxsi xidmətlərinlə əlaqədar olmayan işlə qürurlanma.
Yaxşılığa ehtiyacı olanların xahişini gözləmə, özün onlara kömək əli-
ni uzat.
Başını itirərək dünyanın ləzzətlərinə sevinən və onun bəlalarından
karıxaraq dərd çəkən kəsi müdrik hesab etmə.
Ölümü həmişə yadda saxla və “yaxşı dünyaya” gedənlərin ölümün-
dən ibrət dərsi al.
Əgər insanların rəzaləti haqqında bilmək istəsən, onların söylədiyi lü-
zumsuz sözlərin çoxluğuna, onların məsuliyyət daşımadıqları şeylər haq-
qında şayiələr yaymaqlarına diqqət yetir. Bil, başqalarına münasıbətdə pis
niyyətli olan - anadangəlmə bədbəxtdir, çünki şər qüvvələr əzəldən onun
ideyaları və əqidələrində yaşayır.
Əvvəl yaxşıca düşün, sonra danış, yaxşıca ölç-biç, sonra həyata keçir,
çünki şərait dəyişilə bilər.
Hamı ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə, çünki qəzəb vər-
dişə çevrilə bilər.
Sənə bu gün müraciət edən insana köməyi sabaha saxlama, axı sən
bilmirsən, sabah nə baş verə bilər.
Yaramaz əməllərin kölə asılılığından azad olmağa insana yardım et.
İdarəetmə mədəniyyəti
217
Rəqiblərinin sözləri və əməlləri sənə aydın deyilsə, onlara hökm ver-
mə.
Yalnız sözlərdə deyil, əməllərdə də müdrik ol, çünki söz müdrikliyi
dünyada qalacaq, müdrik əməllər isə əbədi yaşayacaq.
Əgər sən xeyirxah işlər görərkən əziyyət çəkirsənsə, əziyyətlər keçə-
cək və xeyirxahlıq qalacaq. Əgər sən yaramaz işdən zövq alırsansa, zövq
keçəcək, pislik isə qalacaq.
O gün haqqında düşün ki, səni çağıracaqlar, sən isə eşitməyəcəksən,
nitq qabiliyyətini itirəcəksən, nə eşidə, nə danışa, nə xatırlaya bilməyəcəksən.
Dəqiq bil, sən dostunun kim, düşmənin kim olduğunu tanıya bilmə-
yəcəyin yerdə ola bilərsən. Buna görə qeyri-mükəmməlliyə görə heç kəsə
həqarətlə baxma.
İnan ki, sən hamının bərabər olduğu yerə düşəcəksən, ona görə lov-
ğalıqla məşğul olma, “yola” həmişə hazır ol, axı sən bilmirsən “köç” nə za-
man olacaq.
Onu da bil ki, böyük yaradanın bizə verdiyi bütün dəyərlərin arasında
müdriklikdən yaxşısı yoxdur.
Düşüncələri, sözləri və əməlləri arasında bərabərlik olan insan müd-
rikdir.
Yaxşılığı mükafatlandır, pislikdən nəticə çıxar.
Öyrən, yadda saxla, mənasını anla.
Öz işlərini həmişə sağlam düşüncə və şəraitdən asılı olan tələblər əsa-
sında qur.
Bu dünyanın heç bir böyük işində səhlənkarlıq və tənbəlliyə yol ver-
mə, süstlük və iradəsizlik göstərmə, səxavətdə isə israfçılıq etmə.
Təmiz ad qazanmaq xatirinə qanunsuzluğa yol vermə.
Müvəqqəti ləzzət üçün ləyaqətli insanları itirmə - ləyaqətli həyatını
itirərsən. Müdrikliyə ehtiram et, müdriklərə qulaq as, dünyəvi həvəslərə
aludə olma.
Müsbət adətləri rədd etmə, vaxtı çatmamış heç bir işi başlama, hansı-
sa bir işi başlayarkən onu ağılla, vicdanla, şərəflə yerinə yetir.
Varlananda lovğalanma, ətrafdakıları alçaltma, yoxsullaşanda ruhdan
düşmə və yazıq görkəm alma.
Dostunla elə rəftar et ki, hakim qarşısında durmayasan, düşməninlə
özünü elə apar ki, məhkəmədə ondan üstün olasan.
Heç kimlə dalaşma, hamı ilə sadə ol, heç yerdə sadəlik və nəzakəti yer-
siz hesab etmə. Özünə rəva bilmədiyin şeylərdən ötrü qardaşını danlama.
Bekarçılığa sevinmə, taleyinə ümid olma, yaxşı iş üçün təəssüflənmə,
heç kimi aldatma, heç kəsi lağa qoyma, xoşbəxtliyə nail olmaq üçün həmişə
ədalət, həqiqət, xeyirxahlıq yolu ilə get. Və allahın köməyi ilə nail olacaqsan.
Fuad Məmmədov
218
Cəmiyyətdə insanın davranış mədəniyyətinə dair Tusinin tövsiyələrinin
müdrikliyi və dəyəri ondan ibarətdir ki, o - bir tərəfdən bu qaydaların, konkret
məkan və zaman şəraitindən asılı olaraq dəyişkənliyini göstərir, digər tərəfdən
isə ümumbəşəri dəyərlərin və mənəviyyatın aprior prinsiplərini müdafiə edir.
İnsanların dünya miqyasında qarşılıqlı üzvi asılılığını göstərərək, o, məskunlaş-
dığı yerdən asılı olmayaraq, insanların qarşılıqlı köməyinin zəruriliyi və insan
taleyinə biganə münasibətin yolverilməzliyi haqqında danışır.
Dostları ilə paylaş: |