AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


III HİSSƏ    Kulturologiya - idarəetmə mədəniyyətinin mahiy-



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

III HİSSƏ 

 

Kulturologiya - idarəetmə mədəniyyətinin mahiy- 



yəti və xüsusiyyətlərinin dərk edilməsinə, şəxsiyyət və 

liderlərin formalaşdırılmasına, dövlətçilik mədəniyyəti 

və strateji idarəçiliyin təkmilləşdirilməsinə metodoloji 

açar kimi 

 

Fəsil 1. Mədəniyyət və kulturologiya haqqında anlayış. 

Kulturologiya - inkişaf qanunları, insanın həyat fəaliyyəti  

texnologiyaları və imkanları haqqında elm kimi  

 

Kulturologiyanın baza anlayışları və kateqoriyaları. L.A.Uaytın 

və A.Maslounun konsepsiyaları. Kulturogenez. Mədəniyyətin “Şaqu-

lisi” və “Üfqisi”. Sosial mədəniyyətin sistemyaradıcı komponentləri. 

“Ruhi istehsal” sistemləri. Mədəniyyətin yaradıcıları. Mədəni dəyər-

lər, onların formalaşdırılması prosesi və iyerarxiya. Mədəniyyətin 

milli xarakteri. Elitar və kütləvi mədəniyyət. 

 

Kulturologiyanın baza anlayışları və kateqoriyaları 

L.A. Uaytın mədəniyyət konsepsiyası 

 

Qeyd etmək lazımdır ki, mədəniyyəti tədqiq edən elmin qeyd edilməsi 



üçün “kulturologiya” terminini, hələ 1909-cu ildə ilk dəfə Nobel mükafatı 

laureatı, görkəmli alman fiziki Vilhelm Ostvald tətbiq etmişdir. Alim 1915-

ci ildə XX əsrin elmlər sistemi arasında kulturologiyanın yerini müəyyən 

etmişdir. V. Ostvald həyat fəaliyyətini təbii enerjinin transformasiya edil-

miş forması kimi nəzərdən keçirirdi. O, energetizm ideyasını irəli sürərək, 

təbiət və mədəniyyətin əsas fəlsəfi mahiyyətini bu enerji ilə əlaqələndirirdi 

və diqqəti materiyanın hərəkət ölçüsü olan enerjinin əbəs yerə sərf edilmə-

dən, düzgün istifadə edilməsinin vacibliyinə yönəldirdi.  

Lakin kulturologiyanın müstəqil elm kimi formalaşması XX əsrin ortala-

rından başlamışdır. Ondan əvvəl - insanı  və insan dünyasını  tədqiq edən 



antropologiyanın, sonra isə XIX əsrin sonunda sosiumun öyrənilməsi nəti-

cəsində yaranan sosiologiyanın  daha erkən nailiyyətləri olmuşdur. Buna 

məkan və zaman daxilində öz xüsusi fəaliyyətinə və inkişaf qanunauyğun-


Fuad Məmmədov

 

 

228



luqlarına malik bütöv sistem kimi, bəşər mədəniyyəti haqqında formalaşan 

təsəvvürlər də yardım etmişdir.  

Mədəniyyət haqqında elm olan kulturologiyanın banisi, haqlı olaraq 

Amerika antropoloqu Lesli Alvin Uayt hesab edilir. Uaytın 1949-cu ildə 

çapdan çıxmış “Mədəniyyət haqqında elm” kitabı  mədəniyyətin və onun 

qeyri-məhdud dəyişdirici imkanları haqqında təsəvvürlərin inkişafında key-

fiyyətcə yeni, inqilabi səviyyə idi. O, ictimai elmlərin inkişafına, humanitar 

biliklərin yeni ənənələrinin təşəkkülünə ciddi töhfə idi.  

Uayt mədəniyyətin enerji konsepsiyasını yaratdı ki, bu konsepsiyaya gö-

rə, fenomenlərin müəyyən nizamı olan mədəniyyət öz xüsusi prinsiplərinə 

və qanunlarına əsaslanaraq təsvir edilə bilər. Mədəni elementlərin və ya bü-

tövlükdə mədəni sistemlərin qarşılıqlı təsir prinsiplərini təhlil edərək o, mə-



dəni fenomenlər və sistemlər qanununu ifadə etdi ki, buna uyğun olaraq, in-

sanın mədəniyyəti müxtəlif mədəni  ənənələrin vəhdəti kimi inrerpretasiya 

edilir.  Bu, insana xas olan mədəniyyətin  əsas tarixi inkişaf qanunauyğun-

luqlarını izləməyə imkan verir.  

Mədəniyyəti bütöv, mütəşəkkil və inteqrasiya olunmuş sistem kimi nə-

zərdən keçirərək, Uayt onun qarşılıqlı  təsirin qeyri-bərabər qüvvələri ilə 

bağlı olan, bir-birindən asılı üç altsistemini ayırır: texnoloji, sosial və ideo-

loji.  

  •Texnoloji altsistem (ilkin, əsas, baza) insanın ətraf aləmə uyğunlaşma-

sı ilə şərtlənir. Buraya - istehsal vasitələri, mövcudluq vasitələri, evlər tik-

mək üçün materiallar, hücum və müdafiə üçün vasitələr və s. daxildir. 

  • İdeoloji altsistemə - ideya, bilik və etiqadlar daxildir. 

  • Sosial altsistemə - kollektiv davranış tipləri daxildir.  

Mədəniyyətin yüksəlişinin və inkişafının dərk edilməsi üçün açar olan 



texnoloji subsistemin fəaliyyəti dinamikdir və enerji sərfi ilə bağlıdır, bu-

nun sayəsində mədəniyyəti, materiya və enerji anlayışlarını nəzərə alaraq 

təsvir etmək olar. Uayta görə həyat tələbatlarının təmin edilməsi ilə bağlı 



mədəniyyətin başlıca funksiyası - lazım olan enerji miqdarının texnoloji ha-

sili və onun insanın maraqlarında istifadə edilməsidir.  

Uayt mədəniyyətin inkişafının ildə əhalinin adambaşına istehlak olunan 

enerjinin miqdarı ilə yaxud vasitəsi ilə bu enerjinin istifadə edildiyi əmək 

alətlərinin (texnologiyaların - F.M.) effektivliyinin artması ilə düz mütəna-

sib olduğu qanunauyğunluğunu aşkar edir.  

Uayt mədəniyyətin inkişaf səviyyəsini xarakterizə edən üç universal ami-



li ayırır: 

 ildə adambaşına işlədilən enerjinin miqdarı; 

 insanın inkişafı məqsədilə, vasitəsilə enerji əldə edilən texnoloji və-

saitlərin effektivliyi; 


İdarəetmə mədəniyyəti 

 

229



 insanın tələbatlarının təmin edilməsi üçün istehsal obyektləri və 

xidmətlərinin həcmi. 

Bu amillərin təhlili əsasında onun tərəfindən mədəniyyətin rolunu rifa-

hın yüksəldilməsinin texnoloji amili kimi aşkar edən mədəniyyətin təkamül 

qanunu və ya “Uayt qanunu” formulə edildi. Bu qanuna görə  əhalinin 

adambaşına istehsal olunan malların və insanın tələbatlarının ödənilməsi 

üçün xidmətlərin sayına  əsasən ölçülən  mədəniyyətin inkişaf səviyyəsi - 

əhalinin adambaşına istehsal edilən enerji ilə və vasitəsilə bu enerjinin isti-

fadə olunduğu texnoloji vəsaitlərin effektivliyi ilə müəyyən edilir.  

Uayt tərəfindən mədəniyyətin yeni dünya”, ekstrosomatik (yəni insanın 

bioloji təbiəti üzərində duran) dünya kimi kəşf edilməsi elmdə əhəmiyyətli 

addım oldu. O, mədəniyyətin düzgün dərk edilməsi və onun əsasında duran 

imkanların insanın inkişafı maraqlarında istifadəsi üçün zəmin yaratdı. 

Uaytın tədqiqatlarının fundamental nəticələrindən biri – mədəniyyətinin də-

yişməsi ilə insanın davranışının dəyişilməsi haqqında xülasə idi (B=f(C)). 

Müəllif əmin idi ki, o nə vaxtsa elm tarixində Kopernikin heliosentrik nəzə-

riyyəsi və ya bütün həyat formalarının hüceyrə əsasının kəşfi kimi yüksək 

qiymətini qazanacaqdır.  

Əsərləri sosial təkamül nəzəriyyəsinin başlanğıcı olan antik müəlliflərin, 

həmçinin Teylor, Morqan, İbn Haldun, Kant, Herder, Kont və digər alimlə-

rin yanaşmalarına əsaslanaraq, Uayt, mədəniyyətin tədqiqi üçün ardıcıl, pil-

ləli inkişaf prinsipinə əsaslanan yeni metodologiya yaratdı. Tarixi, məntiqi 

və təkamül təhlilinin prinsiplərini əldə rəhbər tutaraq, o, mədəniyyətin bütöv 



sistem kimi tədqiqində üç prosesi ayırd etdi:  

1.  Zaman prosesi, tək-tək hadisələrin nadirliyi ilə  fərqlənən xronoloji 

ardıcıllıq; 

2.  Formal proses, burada hadisələr zamandan xaric, struktur və funksi-

onal aspektlərdə təqdim edilir; 

3.  Formal-zaman prosesi, burada hadisələr, onların ümumi xüsusiyyət-

lərini, universallıqlarını aşkar etməyə imkan verən proqressiv dəyi-

şən formaların zaman ardıcıllığı halında təqdim edilir.  

Buna uyğun olaraq o, mədəniyyətin təfsirinin üç üsulunu təklif edir: ta-

rixi, funksional və təkamül. 

Həyat Uaytın kəşfinin düzgünlüyünü və onun yaratdığı elmin - mürək-

kəb elmi və praktik problemlərin, ənənəvi humanitar və sosial elmlərin im-

kanları çərçivəsindən kənara çıxan, keyfiyyətcə yeni səviyyədə məntiqi həl-

linə qabil olan kulturologiyanın yüksək dəyərini təsdiq etdi.  

Etnoloji, antropoloji, psixoloji və sosioloji materialların məntiqi analizi 

və sintezi əsasında, Uayt lokal mədəniyyətlərin komparativ təhlilindən - 

ümumbəşəri mədəniyyətin inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə 



Fuad Məmmədov

 

 

230



yol açdı. Amerika aliminin xidmətləri ondan ibarətdir ki, mədəniyyətin yeni 

anlayışı ilk dəfə onun tərəfindən elmi tədavülə daxil edildi, kulturologiya-

nın predmet sahəsi müəyyən olundu, mədəniyyət haqqında elm üçün “kultu-

rologiya” termininin istifadəsi əsaslandırıldı, təkamül konsepsiyası yenidən 

mənalandırıldı və bəşər mədəniyyətini bütöv sistem kimi tədqiq etməyə im-

kan verən sistemli yanaşma təklif edildi.  

 

A.

 

 Maslounun mədəniyyət və insan konsepsiyası 

 

“Mədəniyyət və insan” humanist konsepsiyasının müəllifi, mədəniyyə-



tin öyrənilməsinin yeni metodu olan transpersonal psixologiyanın banisi, 

Amerika alim-psixoanalitiki Abraham Maslou (1908-1970) mədəniyyəti in-



sanın tələbatları prizmasından təhlil edir.  

Lesli Uaytın əsas ideyalarını inkişaf etdirərək və tamamlayaraq, A.Mas-

lou mədəniyyətin təkmilləşdirilməsi ölçüsü kimi, onun insanın tələbatlarını 

təmin etmək və şəxsiyyətin potensial bacarıqlarının sosial reallaşdırılması 

üçün əlverişli şərait yarada bilmək qabiliyyətini müəyyən etdi.  

Maslounun məntiqi baxımdan qüsursuz konsepsiyası onun tərəfindən 

mədəniyyətin müxtəlif sosial institutlarının dərk edilməsinə imkan verən 

universal həyat fəlsəfəsi kimi təklif edilmişdir. Xolizm fəlsəfəsini əldə rəh-

bər tutan alim, tələbatların beş səviyyəsini nəzərdən keçirir: 

• fizioloji tələbatlar; 

• özünü qoruma, təhlükəsizlik və sülh tələbatları; 

• məhəbbət və əlbir olma tələbatları; 

• özünütəsdiq və tanınma tələbatları; 

• yaradıcılıq vasitəsi ilə özünü aktuallaşdırma və təkmilləşdirmə tələbat-

ları. 


Maslou tərəfindən işlənib hazırlanmış “ideal cəmiyyət” modeli, mədə-

niyyətin sosial institutlarının humanist dəyişdirilməsi və insanların şüuru-

nun dəyişdirilməsi yolu ilə - insanın harmoniyası, təhlükəsizliyi, qabiliyyət-

lərinin maksimal inkişaf imkanı və özünü reallaşdırma prinsipləri üzərində 

qurulmuşdur.  

 

Kulturogenez 

 

Kulturogenez - mədəni yeniliklərə və ya innovasiyalara, nəsillərin həyat fə-

aliyyəti ideyaları və vasitələrinin varisliyinə əsaslanan mədəni irsin sintezi pro-

sesidir. Ənənəvi və yenilikçi mədəniyyət bu prosesdə mühüm rol oynayır.  

Kulturogenezi yeniliklərin, innovasiya mənbələri və onların təzahür sa-

hələrinin üç əsas tipi üzrə nəzərdən keçirmək qəbul edilmişdir. 



İdarəetmə mədəniyyəti 

 

231



Yeniliklərin üç əsas tipləri bunlardır: 

• daxili səbəblərdən törəyən transformasiya (mutasiya); 

• stimullaşdırılmış transformasiya; 

• bilavasitə götürülmə.  

İnnovasiyaların üç əsas mənbəyi bunlardır: 

• konvergent inkişaf (mədəniyyətlərin uyğunluğu, yaxınlaşması); 

• diffuziya (mədəniyyətlərin qarşılıqlı nüfuzu); 

• mədəniyyətlərin mənşə vahidliyi. 

İnnovasiyaların təzahürünün üç əsas sahəsi bunlardır: 

• texnologiya; 

• adi şüur mədəniyyəti; 

• ideologiya. 

 

    Mədəniyyətin “Şaqulisi” və “Üfqisi”  

 

Sosial-mədəni inkişaf proseslərini başa düşmək və effektiv idarə etmək 



üçün onları mədəniyyətin “şaquli” və “üfqi” prizmasından nəzərdən keçir-

mək çox vacibdir.  

Mədəniyyətin “şaqulisi” irəliyə hərəkət enerjisini, yenini və qeyri-adini, gələ-

cəyə yaradıcı ruhi (intellektual və mənəvi) yol açmanı simvollaşdırır. Mədəniy-

yətin “şaqulisinin” hərəkətverici qüvvəsi yenilikçi ruha malik, ətraf aləmin dəyiş-

dirilməsi və təkmilləşdirilməsinə motivasiya edilmiş “yaradıcı ziyalılardır”.  

Məlum olduğu kimi, yeni ideya ardıcıl olaraq üç mərhələdən  keçir:       

a) inkar etmə; b) şübhə etmə; c) təsdiq etmə. N. Borun fikrincə, yeninin ic-

timai şüura tətbiq edilməsi aşağıdakı psixoloji pillələrdən keçir: 1. “Bu ola 

bilməz”; 2. “Ola bilsin, burada nə isə var.”; 3. “Bu, şəksiz, doğrudur.” Bu 

üç pilləni keçdikdən sonra “şaquli” “üfqiyə” çevrilir. Lakin cəmiyyətdə 

mövcud olan ənənəvi təfəkkür stereotiplərinə görə, adətən yeni olan (xüsu-

sən  ənənəvi cəmiyyətlərdə) müasirləri tərəfindən layiqincə qiymətləndiril-

mir, bəzən ona qarşısıalınmaz müqavimət göstərilir.

22 

Mədəniyyətin “üfqisi” – ziyalıların yaradıcı olmayan, nisbətən mühafi-



zəkar hissəsi, həmçinin xalq mədəniyyəti, əsasən adi şüurun, mədəni nailiy-

yətlərin passiv seyrinin və istehlakının xarakterik olduğu cəmiyyətin bir 

hissəsidir. Mədəniyyətin “üfqisi” mədəni nailiyyətlərin zaman və  məkan 

                                                            

22

 Qərarların razılaşdırılması  və onların praktik həyata keçirilməsinə vaxtın səmərəsiz 



itirilməsi, dünya təcrübəsində daha elmtutumlu texnologiyaların yaranması ilə  əlaqədar, 

proqressiv yeniliklərin aktuallığının itirilməsinə gətirib çıxara bilər. Bunun nəticəsində, sərf 

olunmuş maliyyə, xammal, enerji, əmək və idarəçilik resurslarının planlaşdırılmış müddətdə 

gözlənilən nəticələri verməyən böyük iqtisadi və siyasi itkilər baş verə bilər. 

 

 


Fuad Məmmədov

 

 

232



daxilində mənimsənilməsinin nəticəsi, kütlələr içərisində elitar mədəniyyə-

tin yayılması, həmçinin təhsil və maarif, mədəni mübadilə və milli mədə-

niyyətlərin qarşılıqlı zənginləşməsi prosesinin nəticəsidir.  

Mədəniyyətin – yaradıcı proses, sivilizasiyanın isə onun praktik təcəssü-

mü olduğu yerdə, mədəniyyətin “şaqulisi” və “üfqisini” mədəniyyət və si-

vilizasiyanın uyğun rəmzləri kimi də səciyyələndirmək olar.  

Mədəniyyətin “şaqulisi” və “üfqisi” problemi, ölkənin mütərəqqi inkişa-

fının kulturoloji texnologiyası kimi, “şaqulinin” “üfqiyə” çevrilmə sürəti 

haqqında məsələni kəskin şəkildə qoyur. Mədəniyyətin “şaqulisinin” “üfqi-

yə” çevrilməsinin effektiv sosial texnologiyalarının ən parlaq nümunələrin-

dən biri, 1867-1868-ci illərdə Yaponoyada “yuxarıdan” həyata keçirilən 

“Meydzi maarifçi hakimiyyəti” adını almış Meydzi mədəni inqilabıdır. Bu 

mədəni inqilab nəticəsində, bir neçə onillik ərzində feodal-avtoritar Yapo-

niya yoxsul samuray ölkəsindən inkişaf etmiş  zəngin bir dövlətə, artıq 

1919-cu ildə dünyanın sənaye cəhətdən inkişaf etmiş beş ən qabaqcıl dövlə-

tindən biri kimi beynəlxalq tanınmaya nail oldu. Ölkədə köhnə feodal (pira-

midaşəkilli) sosial-siyasi sistemdən yeni - demokratik (rombşəkilli) sosial-

siyasi sistemə keçid prosesi başlandı.  İkinci dünya müharibəsindən sonra 

intensiv inkişafa malik düzgün sosial-mədəni siyasət sayəsində Yaponiyada 

cəmiyyətin geniş şəkildə demokratlaşdırılması həyata keçirildi, intellektual 

mədəniyyətin və onun inkişafı ilə  əlaqədar, istehsalatda və idarəetmədə 

yüksək rəqabət qabiliyyətli texnologiyaların və  cəmdə, cəmiyyətin sosial 

strukturunda orta sinfin üstünlüyünə, vətəndaşların yüksək rifahına və həyat 

keyfiyyətinə imkan verən prioriteti təmin edildi.  

 

Sosial mədəniyyətin beş sistemyaradıcı komponenti 

 

Mədəniyyəti bütöv sosial sistem kimi görmənin ən geniş yanaşmaların-



dan biri - cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrini əhatə edən, onu 

yaradan qarşılıqlı əlaqəli komponentlər prizmasından baxılmasıdır. Onlara 

aiddir:  

 Ailə  və nigahın, səhiyyə, ekologiya və cismani mədəniyyətin təşkil 



edilməsi sahələrini  əhatə edən - bioloji istehsal sistemi. Bu sistemin əsas 

funksiyası insan nəslinin qorunması və davam etdirilməsidir;  

 İntellektual, emosional, estetik, hüquqi və mənəvi sahələri birləşdirən 



ruhi istehsal sistemi. Bu sistemin funksiyası – sosial fərdlər kimi, insanla-

rın ruhi formalaşması və inkişafının təmin edilməsi, cəmiyyətin və dövlətin 

ruhi və maddi fəaliyyətinin elmi, etik, hüquqi, estetik, texnoloji əsaslarının 

yaradılmasıdır; 



İdarəetmə mədəniyyəti 

 

233





 Təbiətin dəyişdirilməsinə və insanın, cəmiyyətin və dövlətin həyat fə-

aliyyətini təmin edən məhsulun yaradılmasına yönəldilmiş - maddi istehsal 



sistemi;  



 Cəmiyyətin və dövlətin formalaşdırılması və inkişafı funksiyasını ye-

rinə yetirən, onun institutlarının həyat fəaliyyətini əlaqələndirən - təşkiletmə 

və idarəetmə sistemi



  Cəmiyyətin daxili sosial strukturunu formalaşdıran və bütöv sistem 

kimi onun fəaliyyətini təmin edən - ictimai münasibətlər sistemi

Görmək çətin deyil ki, bütün bu sistemlər mədəniyyətin mahiyyət təcəs-

sümüdür, ruhi mədəniyyətə  əsaslanmışdır və onun inkişaf nəticələridir. 

Cəmdə onların hamısı yaradıcı həyat fəaliyyətinin həm prosesi, həm nəticə-

si, həm üsullarını ifadə edir. 

 

“Ruhi istehsal” sistemləri 



 

Yaradıcı proses kimi mədəniyyətin ən mühüm funksiyası “ruhi istehsaldır”, 

yəni ruhi dəyərlərin istehsalı, onların qorunması, istifadəsi və yayılmasıdır. 



 Ruhi dəyərlərin istehsal sistemi gerçəkliyin mənimsənilməsi nəticələ-

rinin dörd təcəssüm növünü birləşdirir:  

  elmi idrakla və ona əsaslanan ictimai şüur və ideologiya ilə, o cümlə-

dən din ilə və qeyri-elmi şüur və ideologiyanın digər növləri ilə bağlı 

olan - konseptual-nəzəri; 

  müəyyən ictimai və şəxsiyyətlərarası münasibətlərin dərk edilməsini və 

bu münasibətləri tənzimləyən mənəvi və hüquqi normaların hazırlan-

masını nəzərdə tutan - etik  

  gerçəkliyin konkret-hissi (obrazlı) dərk edilməsi və  əks etdirilməsini 

ifadə edən - bədii-estetik; 

  fərdlərin adətləri, vərdişləri və şüurunu formalaşdıran, insanların gün-

dəlik praktik həyat təcrübəsinin toplanması ilə bağlı olan - praktik növ. 



  Ruhi dəyərlərin qorunması sistemi - mənəvi dəyərlərin qorunması, 

toplanması və ötürülməsini iki tip saxlanma vasitəsi ilə təmin edir:  

  bəşəriyyətin yaratdığı biliklər, təsəvvürlər, vərdişlərin qorunduğu, xü-

susi işarə sistemlərində möhkəmləndirilən, insanların canlı hafizəsini 

ifadə edən - bioloji saxlanma; 

  kitabxanalar, arxivlər, muzeylər, qalereyalar, kino-, foto-, video-, fono-

tekalar, elektron internet-fayllar və  işarə sistemlərini toplayan və sis-

temləşdirən digər strukturlar - süni saxlanma; 



 Ruhi dəyərlərin yayılması, istifadəsi və mənimsənilməsi sistemi, ger-

çəkliyin mədəni dəyərlərdə təcəssüm olunan ruhi mənimsənilmə nəticələri-

nin insanlara ötürülməsini iki səviyyədə təmin edir: 



Fuad Məmmədov

 

 

234



  dəyərlərin bilavasitə, qeyri-institusional, mikromühit səviyyəsində - ailə, 

əmək kollektivi və digər mikrososiumlar vasitəsi ilə ötürülməsi 

  institusional təhsil və  tərbiyənin  məktəbəqədər uşaq müəssisələri, bütün 

növ və  səviyyələrdən olan məktəblər, maarif müəssisələri və  təşkilatlar, 

kütləvi kommunikasiya sistemləri – nəşriyyat, kino, radio, televiziya, vi-

deo-audio vasitələri, internet vasitəsi ilə ötürülməsi. 

 

Mədəniyyətin yaradıcıları  

 

Mədəniyyətin formalaşdırılması  və inkişafı prosesində xüsusi rol onun 



yaradıcılarına – yüksək şüur, istedad, humanizm daşıyıcıları, həyat fəaliy-

yəti,  ənənələr və ictimai münasibətlər mədəniyyətinin yeni sahələrinin tə-

şəbbüsçüləri və qanunvericilərinə, alimlərə, müəllimlərə, mütəxəssislərə, 

incəsənət xadimlərinə, ruhi və maddi istehsal təşkilatçılarına, siyasi, hüqu-

qi, dini təlimlərin yaradıcılarına, şəhər və dövlətlərin əsasını qoyanlara, ida-

rəetmə sistemləri və modellərinin, daxili siyasət və beynəlxalq münasibətlə-

rin mütərəqqi sistemlərinin “memarları” və “inşaatçılarına” məxsusdur. 

Mədəni yaradıcılığın subyektləri kimi həm ziyalıların ayrı-ayrı nüma-

yəndələri və ya onların kollektivləri, həm də bütövlükdə xalq kütlələri çıxış 

edirlər. Cəmiyyətin ruhi mədəniyyətinin yaradılması mexanizmi iki “təbə-

qənin” qarşılıqlı təsiri nəticəsində yaranır – xalqın adi şüuru (“aşağı  təbə-

qə”) və ziyalılar tərəfindən (“yuxarı təbəqə”) həyata keçirilən peşəkar “ruhi 

istehsal”. Xalqın adi şüuru dilləri, həmçinin onun maraqlarını və tələbatları-

nı, dəyərli oriyentasiyalarını,  əxlaq normalarını, baxışlarını  və ideallarını 

ifadə edən, elmi nəzəriyyələri, bədii surətləri və ideoloji doktrinaları qida-

landıran zəmin yaradır. Yaradıcı proses olan mədəniyyətin inkişafının başlı-



ca hərəkətverici qüvvəsi - intellektual, texnoloji, idarə, hüquqi, etik və bədii 

mədəniyyətin daşıyıcıları - ziyalılardır. 



 

Mədəni dəyərlər 

 

Mədəni dəyərlər insanın həyat fəaliyyətini tənzimləyən və dövlət siyasə-



tinin ideoloji əsasını təşkil edən sabit mədəni oriyentirləri ifadə edir. Ruhi 

həyatın müxtəlif hadisələri, amilləri və proseslərinə insanın münasibətini 

ifadə edən mədəni dəyərlər, həm fərdi həyat yolunu, həm də insanların 

qruplar halında fəaliyyətinin istiqamətini müəyyən edir.  

Mədəniyyətə toxunan dəyişikliklər, hər  şeydən  əvvəl, dəyərlər, - ideallar, 

etika, təhsil sistemi, sosial, istehsal və məişət normativləri, hüquq, incəsənət sa-

həsində, həmçinin ruhi mədəniyyətin maddi təcəssümündə baş verir.  


İdarəetmə mədəniyyəti 

 

235



Müxtəlif insanlar eyni mədəni dəyərlərə müxtəlif dərəcədə üstünlük ve-

rirlər. İnsanın mədəni potensialının inkişafında intellektual və humanist də-

yərlər mühüm rol oynayır. Cəmiyyətin nailiyyətlərinin qiymətləndirmə me-

yarı - hər şeydən əvvəl, ölkənin intellektual potensialı ilə müəyyən olunan 

həyat səviyyəsi və insana humanist münasibətdir. Avisennə  (İbn-Sinaya) 

görə, cəmiyyətin rifahı - elmi biliklərə əsaslanan düzgün, xeyirxah siyasətlə 

əldə edilir.  

Mədəni dəyərlər  təfəkkürə, psixologiyaya, dünyagörüşünə, intellektə, 

motivlərə, davranışa, əxlaqa, xarakterə, taleyə təsir göstərir.  



Mədəni dəyərlər sisteminə intellektual, mənəvi, estetik, siyasi, etno-mil-

li, dini, bədii, hüquqi, ideoloji, maddi və digər dəyərlər aiddir.  



Mədəni dəyərlər mədəni norma və qaydalardan onunla fərqlənir ki, bi-

rincilər üstün tutmalar xarakteri daşıdığı halda, ikincilər - sosial göstəriş gü-

cünə malikdir və normativ sənədlərlə tənzimlənən sosial zəruri fəaliyyətlər 

tələb edir. 

Həyat fəaliyyəti prosesində, xüsusilə, sosial-mədəni mühitin dəyişməsi 

şəraitində, çox zaman dəyərlərin  dialektik  yenidən qiymətləndirilməsi baş 



verir. İnsanın biliklərinin və təcrübəsinin inkişafı ilə, onun mədəniyyətinin 

artması ilə dünyanı yeni görmə imkanı, özünün və ətraf mühitin dərk edil-

məsi və təkmilləşdirilməsində yeni imkanlar yaranır.  

Mədəni dəyərlərin formalaşdırılması üç səviyyədə baş verir: fərdi, sosi-

al və dövlət: 

1.  Dəyərli oriyentasiyalar və ideyalar, predmetlər, həyat tərzi və fəaliy-

yət növlərinin seçim üstünlüyü əsasında şəxsiyyətin fərdi mədəni mühitinin 



formalaşdırılması; 

2.  İnsanların tələbatları və qabiliyyətləri ilə şərtlənən ruhi və maddi də-

yər və normalar halında ideyaların və predmetlərin yaradılması yolu ilə cə-

miyyətin mədəni mühitinin formalaşdırılması. Bu - elmi əsərlər, fəlsəfi sis-

temlər, etik baxışlar, hüquqi normalar, bədii  əsərlər, istehsal avadanlığı, 

məişət əşyaları və mədəniyyət və sivilizasiyanın digər komponentləridir; 

3.  Dövlətin strateji cəhətdən mühüm, sosial-mədəni tərəqqi və cəmiy-

yətin təhlükəsizliyini təmin edən, millətin və  bəşəriyyətin  ən  əhəmiyyətli 

elmi, mənəvi və texnoloji nailiyyətlərini özündə toplayan mədəni dəyərləri-



nin yaradılması.  

Mədəni dəyərlərin iyerarxiyası: çox zaman ümumbəşəri ilə üst-üstə dü-

şən ümumsosial (ümuməhəmiyyətli); müəyyən siniflərin maraqları ilə üst-

üstə düşən və sinfi ideologiyanın əsasını təşkil edən sinfi; mədəniyyət sahə-

sində bəzi sosial-tipik üstünlükləri əks etdirən lokal-qrup (ailə daxil olmaq-

la); ayrı-ayrı şəxsiyyətlərin ətraf sosial mühitdən seçdikləri və ya onlar tərə-


Fuad Məmmədov

 

 

236



findən yaradılan fərdi ideya və predmetləri əks etdirən fərdi-şəxsi dəyərləri 

əhatə edir. 

Ümumisosial dəyərlər özündə  həm ümumbəşəri, həm də milli mədəni 

dəyərləri birləşdirə bilər. Ümumbəşəri dəyərlər – həyat və məhəbbət, huma-

nizm, insan ləyaqəti və insan həmrəyliyi, azadlıq və bərabərlik dəyərləridir. 

Mədəniyyətin milli (etnik) xarakteristikasına aiddir: işarə sistemi (dil); ruhi 

və maddi dəyərlər sistemi; həyat tərzi – adətlər, ənənələr, məişət; milli ge-

yim; milli mətbəx; milli bayramlar; etiqad, dini əqidələr; milli psixologiya; 

milli xarakter; milli özünüdərk; milli mentalitet; əxlaq;  ənənəvi davranış 

normativləri; milli dünyagörüşü; milli ideologiya; sosial etika; gerçəkliyin 

ruhi mənimsənilməsində toplanmış  təcrübə; milli incəsənət; milli folklor; 

mədəni irs. Milli özünəməxsusluğu ilə intellektual, etik, hüquqi, estetik, sa-

hibkarlıq mədəniyyəti, idarəetmə mədəniyyəti və s. fərqlənə bilərlər. 



 

Elitar mədəniyyət 

 

Hər bir ölkənin mədəniyyəti şərti olaraq, kütləvi və elitar mədəniyyətə   

bölünür. Elitar mədəniyyət – ruhi aristokratlıqla xarakterizə edilən ziyalı və 

digər imtiyazlı qrupların seçilmiş nümayəndələrinin mədəniyyətidir. Mədə-



ni elita: 

 Ruhi dəyərlər və yüksək etik, estetik, intellektual və dini mədəniyyət 

normaları ilə birləşən ziyalı nümayəndələridir.  

 Ruhi mədəniyyətin seçilmiş, imtiyazlı yaradıcıları və ekspertləri, so-

sial-mədəni tərəqqinin başlıca hərəkətverici qüvvəsi missiyasını yerinə yeti-

rən, xüsusi elmi biliklərə sahib olanlar.  

  Mədəniyyətin böhran vəziyyətinin aradan qaldırılmasına daxilən 

motıvasiya edilmiş və ictimai tərəqqiyə səbəb olan, öz dövrünü qabaqlayan 

modernistlər. 

 Çox zaman cəmiyyətin sosial və siyasi tələbləri çərçivəsindən çıxan, 

xüsusi özünütənzimləmə  mexanizmlərini və həyat fəaliyyətinin dəyər-mə-

na meyarlarını yaradan, yeni ənənələrin təşəbbüsçüləri və “böyük üslub” 

paradiqmalarının yaradıcıları.  

  Elitar mədəniyyətin mənbəyi və institutları: elmi müəssisələr, ali mək-

təblər, dini idarələr, mason lojaları, fəlsəfi yığıncaqlar, mədəni cəmiyyətlər 

və assosiasiyalar, ədəbi-bədii strukturlar, yaradıcı ittifaqlar və fondlar, elmi 

məktəblər, parlament yığıncaqları, ictimai-siyasi birliklər və s.-dir.  

        

 

 


İdarəetmə mədəniyyəti 

 

237



Kütləvi mədəniyyət 

 

Kütləvi mədəniyyət – KİV-nin köməyi ilə yayılan, başlıca olaraq əylən-

cə, istehlak və kommersiya xarakteri daşıyan, kütləvi istehlakçıya istiqa-

mətlənən mədəniyyət növüdür. Kütləvi mədəniyyət istehlakçının adi təfək-

kürünə və sadə zövqünə hesablanan ruhi və maddi dəyərlərin yayılmasına 

təsir göstərir. Kütləvi mədəniyyətin mahiyyəti  şəxsləşdirilmiş inkulturasi-

yadan, yəni, dünyagörüşü və davranış normalarının öyrədənin şəxsi təcrü-

bəsinin öyrənənə ötürmə yolu ilə translyasiyası, - insanların kütləvi akkul-

turasiyası, yəni elitar mədəniyyət nailiyyətlərinin adi mədəniyyət dilinə 

çevrilməsi və cəmiyyətdə onların kütləvi tirajlanması ilə şərtlənir.  

Sosial mədəniyyət tipi olan kütləvi mədəniyyət - Yeni dövrdə urbanizasiya 

və  sənayeləşdirmə, silki cəmiyyətlərin milli cəmiyyətlərə transformasiyası, 

əhalinin ümumi savadlılığının təşəkkülü, sənayeyə qədərki adi ənənəvi mədə-

niyyət tipinin bir çox formalarının tənəzzülü, texniki tirajlanma vasitələrinin in-

kişafı və informasiyanın ötürülməsi prosesində tamamilə formalaşmışdır. Küt-

ləvi mədəniyyətin müasir inkişaf mərhələsi informasiya texnologiyalarının in-

tensiv inkişafı və onun, informasiya “istehsalçısı” maraqlarında kütləvi isteh-

lakçının  şüurunun effektiv manipulyasiya alətinə çevrilməsi ilə bağlıdır. XX 

əsrin ikinci yarısında sosial-mədəni modernləşmə  və  sənaye cəmiyyətindən 

postsənaye (informasiya) cəmiyyətinə keçid şəraitində, kütləvi mədəniyyət 

müasir xalqların həyatında xüsusi yer tutmuşdur.  


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin