AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Fəsil 2. Mədəniyyət, kulturologiya, idarəetmə mədəniyyəti və



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

 

Fəsil 2. Mədəniyyət, kulturologiya, idarəetmə mədəniyyəti və 

sosial-mədəni siyasət anlayışlarına müəllifin yanaşmaları 

Metodologiya və metodlar 

 

 Kulturologiya anlayışı. Kulturologiyanın funksiyaları. Mədəniy-



yət anlayışı. Mədəniyyət - bütöv sosial sistem kimi. Mədəni insan for-

mulu. Mədəniyyətin inkişafının obyektiv-tarixi amilləri. Mədəniyyətin 

effektivlik formulu. Mədəniyyətin faydalı iş əmsalı və entropiyası. So-

sial-mədəni tərəqqi formulu. İdarəetmənin effektivlik formulu. İdarə-

etmənin müvəffəqiyyət formulu. Demokratik idarəetmə effektivliyinin 

tərkib hissələri. Demokratik idarəetmə vəzifələri. Demokratik idarə-

etmə effektivliyinin yüksəldilməsi şərtləri. Metodologiya və metodlar. 

Sistemli kulturoloji təhlilin başlıca prinsipləri. Effektiv innovativ ida-

rəetmə modellərinin qurulması üçün “kulturoloji piramida” univer-

sal metodu. Milli və beynəlxalq sosial-mədəni siyasət. 

Fuad Məmmədov

 

 

238



Kulturologiya anlayışı 

 

Kulturologiya – insanın yaradıcı həyat fəaliyyəti haqqında, onun mahiyyəti, 

xüsusiyyətləri, tarixi, nailiyyətləri, inkişaf qanunları, texnologiyaları və dəyiş-

dirici imkanlarını aşkarlayan elmdir. Bu - özünəməxsus çoxpilləli öyrənmə pi-

ramidasıdır ki, onun pillələri ilə qalxarkən, insan tədricən xüsusi elmi biliklərin 

sahibi olur və indini pozitiv idarə etmək və dəyişmək, daha yaxşı gələcəyi gör-

mək və qurmaq bacarığını dəfələrlə artıran müdrikliyə yaxınlaşır. Bu - insanın 

yaradıcı həyat fəaliyyətinin yaranmasını, inkişaf təcrübəsini və qanunauyğun-

luqlarını, vəhşilik, barbarlıq və sivilizasiya dövrünün minillikləri ərzində top-

lanmış ideologiyası, nailiyyətləri və üsullarını əks etdirən bir çox tarixi və nə-

zəri biliklərin elmi sintezatorudur.  

Kulturologiya elm və tədris fənni kimi cəmiyyətin inkişafı üçün universal 

strateji və konkret praktik əhəmiyyətə malikdir. Bu əhəmiyyət onunla şərtlənir 

ki, kulturologiya müxtəlif sosial institutların və  mədəniyyət sahələrinin təka-

mülünü onların tarixi qarşılıqlı əlaqəsində görmə qabiliyyətini aşkar edir və za-

manın tələblərindən asılı olaraq, bütövlükdə cəmiyyətin sosial sistem mədəniy-

yətinin effektiv inkişafı üçün taleyüklü əhəmiyyətə malik olan prioritetləri təs-

hih edərək, onları müəyyən etməyə imkan verir. Müasir elmin nailiyyətlərinə 

istinad edərək, kulturologiya idarəetmə fəaliyyətinin strukturu və texnologiya-

larının təkmilləşdirilməsi məqsədi ilə cəmiyyətin inkişafının həm tələbatlarını, 

həm tendensiyalarını düzgün qiymətləndirməyə imkan verir. Sistemli kulturo-

loji təhlil mədəni hadisələrin real həyat dialektikasından ayrılıqda ideoloji trak-

tovkası və abstrakt interpretasiya imkanını aradan qaldırır, onları real qiymət-

ləndirməyə, milli inkişaf tələbatları və maraqlarını, dünya sivilizasiyası tərəqqi-

sinin tarixi qanunauyğunluqları  və tendensiyalarını  nəzərə alaraq, cəmiyyətin 

və dövlətin inkişafını effektiv idarə etməyə və düzgün qurmağa imkan verir.  



Mədəniyyət tarixi qədim dövrlərdən bizim günlərədək dünya mədəniyyəti 

və sivilizasiyasının təşəkkül və inkişaf tarixini əhatə edir. Buraya bəşəriyyətin 

yaradıcı tarixinin bütün tarixi dövrlərinin tədqiqi, texnologiyalarının, inkişaf 

qanunauyğunluqlarının təhlili,  ən  əhəmiyyətli nailiyyətlərin, görkəmli  şəxsiy-

yətlərin lokal və dünya sivilizasiyasının inkişafına töhfəsinin aşkar edilməsi və 

qiymətləndirilməsi daxildir.  

 Mədəniyyət nəzəriyyəsi mədəniyyətin metodologiyasını, mədəniyyət və si-

vilizasiyanın tarixi inkişaf təcrübəsinin elmi-nəzəri ümumiləşdirilməsini, mə-

dəni antropologiya, sosial antropologiya, etnologiya, mədəniyyətin fəlsəfəsi, 

mədəniyyətin sosiologiyası, mədəniyyətin psixologiyası, mədəniyyətin teologi-

yası, mədəniyyətin sinergetikasını, sosial-mədəni inkişaf modelləri, layihələri 

və texnologiyalarının işlənib hazırlanmasını, dünya mədəniyyəti və sivilizasi-

yasının gələcəyinin qurulmasını daxil edir. 


İdarəetmə mədəniyyəti 

 

239



Kulturologiyanın funksiyaları 

 

Kulturologiyanın tədqiqat, maarifçilik, metodoloji, istehsal, ideoloji, 

idarəçilik və quruculuq funksiyaları vardır.  

Tədqiqat funksiyası - məkan və zaman daxilində tarixin, mədəniyyətin 

və sivilizasiyanın nailiyyətlərinin dərk edilməsinə, təzahürlərin, hadisələrin, 

faktların və insanın inkişaf proseslərinin mahiyyəti və xüsusiyyətlərinin 

düzgün başa düşülməsinə imkan verən  əsas qanunauyğunluqların kəşfi və 

ruhi və maddi həyatın müxtəlif sahələrində daha effektiv həyat fəaliyyəti 

texnologiyalarının aşkar edilməsidir.  



Maarifçilik funksiyası - müxtəlif ixtisaslara, yaşa, cinsə və dinə malik 

insanların təhsilinə və maariflənməsinə, yüksək ixtisaslı mütəxəssislərin ha-

zırlanmasına, cəmiyyətin müxtəlif ruhi və maddi mədəniyyət sahələri üçün 

şəxsiyyətlərin və liderlərin formalaşdırılmasına imkan verən, dünya mədə-

niyyəti və sivilizasiyası inkişafının tarixi və nəzəriyyəsi sahəsində universal 

biliklərin yayılmasına yardımdır.  



Metodoloji funksiya - öyrənilən obyektlərin daha tam dərk edilməsinə, on-

ların təbiəti və inkişaf qanunlarının düzgün başa düşülməsinə, texnologiyaları-

nın dəyişdirilməsi və təkmilləşdirilməsinə, inkişafın alternativ modelləri və in-

novativ imkanlarının yaradılmasına imkan verən, sistemli kulturoloji yanaşma 

prinsiplərinə əsaslanan metodologiya və metodların hazırlanmasıdır.  

İstehsal funksiyası - bəşəriyyətin sosial-mədəni təcrübəsinin başa dü-

şülməsi, insanın, insan münasibətləri və beynəlxalq münasibətlər mədəniy-

yətinin təkmilləşdirilməsi, sosial və dövlət fəaliyyətinin, dövlət quruculuğu, 

milli və beynəlxalq idarəetmənin müxtəlif sahələri üzrə mütəxəssislərin ha-

zırlığı üçün zəruri olan universal kulturoloji biliklərin istehsalıdır.  

İdeoloji funksiya - dövlətin maraqlarına cavab verən, elmin ən yeni nai-

liyyətlərinə  və milli mədəniyyət dəyərlərinə  əsaslanan, insanların mənəvi, 

hüquqi və estetik tərbiyəsinə, ictimai münasibətlərin tənzimlənməsinə, milli 

inkişaf məqsədlərinə nail olunmasında  əhalinin yüksək sosial fəallığı  və 

mobilliyinə yardım edən proqressiv ideologiyanın formalaşdırılmasıdır. 

İdarəçilik funksiyası - insanların maddi rifahı və həyat keyfiyyətinin tə-

min edilməsinə, ictimai tərəqqiyə, daxili və beynəlxalq təhlükəsizliyə nail ol-

ma məqsədilə cəmiyyətin istehsal və sosial həyat fəaliyyətinin təşkil edilməsi 

üzrə dövlət aparatının effektivliyinin yüksəldilməsinə imkan verən kulturolo-

ji idarəetmə texnologiyalarının yaradılması və təkmilləşdirilməsidir.  

Quruculuq funksiyası  - yoxsulluğun aradan qaldırılmasına, ekoloji təhlü-

kəsizlik və davamlı inkişafa nail olmağa yardım edən, əvvəlki nəsillərin təcrü-

bəsini, bəşəriyyətin müasir elmi və texnoloji nailiyyətlərini nəzərə alan, gələ-


Fuad Məmmədov

 

 

240



cəkdə milli və qlobal inkişafın kreativ ssenariləri və effektiv modellərinin yara-

dılmasıdır. 



Mədəniyyət anlayışı 

 

Mədəniyyət – ikinci süni təbiətdir, insanın ağlı, hissi və fiziki əməyi ilə 

yaradılan bütün pozitivlərdir. Bununla yanaşı o, tarixi yaradıcı prosesdir, 

xaos və cahillikdən – biliyə, nizama, inkişafa və rifaha doğru yoldur. Mədə-

niyyətin inkişafının əsasını təşkil edən əsas motiv - insan həyatının qorunub 

saxlanması və yaxşılaşdırılması haqqında qayğıdır.  

Rifahın texnoloji yüksəldilmə amili kimi, insanların ruhi və maddi tələ-

batlarının təmin edilməsi üçün lazım olan həyat fəaliyyəti və effektiv məh-

sul istehsalı texnoloğiyalarının yaradılmasına yönəldilmiş  fəaliyyət kimi, 

mədəniyyətin rolunu anlamaq, onun düzgün elmi dərkinə kömək edir.  



Elmi anlamda mədəniyyət – üçlükdür: təbiətin, insanın özünün və  cə-

miyyətin dərk edilməsi və dəyişdirilməsi prosesi, nəticədə yaradılan ruhi və 

maddi dəyərlər və normalar, həmçinin onların istehsal, qorunma, istifadə və 

translyasiya texnologiyaları.  



Kontekstual anlamda mədəniyyət – hər hansı bir hadisənin, fəaliyyət sa-

həsinin, fərdi və sosial münasibətlərin və ya insanın özünün inkişaf səviy-

yəsinin keyfiyyət xarakteristikasıdır. Bu anlayış insanın, millətin, cəmiyyə-

tin və bütövlükdə bəşəriyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinə mü-

nasibətdə tətbiq edilə bilər.  

Məhdud və adi anlamda mədəniyyət – bu, başlıca olaraq incəsənət, folk-

lor, ənənələr, mədəni irs, etik normalardır.  

 

Mədəniyyət - bütöv sosial sistem kimi 

 

Bədii şəkildə mədəniyyəti - cəm halında müasir cəmiyyətin sosial struk-

turunu təşkil edən, sosial institut və mədəniyyət hadisələrinin öz aralarında 

qarşılıqlı əlaqəli üzvi şəkildə inkişaf etdiyi kürə kimi təsəvvür etmək olar. 

Onlara aiddir: təhsil, maarif və tərbiyə; elm və texnologiyalar; iqtisadiyyat 

və maliyyə vəsaitləri; ideologiya; təşkil etmə və idarə etmə; hüquq və qa-

nunvericilik; etika; bədii mədəniyyət (incəsənət) və mədəni irs

23

; həyat tər-



zi

24 


; həyat təminedici sistemlər

25

;



 

informasiya və mətbuat; daxili və xarici 

siyasət; beynəlxalq münasibətlər; din. 

                                                            

23

 Ədəbiyyat və publisistika, musiqi incəsənəti, təsviri incəsənət, folklor incəsənəti, 



dekorativ-tətbiqi incəsənət, teatr incəsənəti, kino incəsənəti, memarlıq incəsənəti, sirk 

incəsənəti, zərgərlik işi, xalçaçılıq, dizayn, şifahi, yazılı və maddi mədəniyyət abidələri və s. 

24

 Dil,  adətlər,  ənənələr, din, etika, hüquq, əmək, məişət, istirahət və  əyləncə, davranış, 



idman məşğələləri, hobbi, sosial-mədəni həyatda iştirak. 

İdarəetmə mədəniyyəti 

 

241



Mədəni insan formulu 

 

Hər bir ölkənin başlıca milli sərvəti insanlardır. Bu sərvətin dəyəri, stra-

teji resurs olan, son nəticədə, sivil dövlətin tərəqqisi, qüdrəti və rəqabət qa-

biliyyətliliyinin asılı olduğu mədəni insanların kəmiyyəti və keyfiyyəti ilə 

müəyyən edilir. Şəxsiyyətin mədəni keyfiyyətləri nə qədər yüksək olarsa, o 

daha yüksək sosial pillədə dayanmalıdır. İnsanın yüksək mədəniyyəti onun 

öz rifahı  və cəmiyyətin rifahı üçün peşə  və yaradıcı imkanlarını müəyyən 

edir. Bu sosial kapitalın hərəkətverici qüvvəsi intellektual və etik mədəniy-

yətdir.  

Tərəfimizdən hazırlanmış mədəni insan formulu aşağıdakı keyfiyyətləri 

birləşdirir: 

1.  Bilik.

26

 

2.  Bacarıq – həyat fəaliyyəti vərdişləri və texnologiyaları.



27

 

3.  Mütəşəkkillik - nizam-intizama bağlılıq, müstəqillik, məsuliyyət, iradə, 



enerji. 

4.  Mənəviyyat - humanizm, məhəbbət, dostluq, vicdan, ləyaqət, dürüstlük, hə-

qiqətə bağlılıq, ədalət, xeyirxahlıq, inam, vətənpərvərlik.

28

 



5.  Yaradıcı fəaliyyət.

29 

 

İnsanın mədəniliyini səciyyələndirən ilk üç keyfiyyət, mənəviyyatlılığın 

olmadığı halda, dağıdıcı, destruktiv qüvvəyə xidmət edə bilər. Birinci dörd 

keyfiyyət birlikdə şəxsiyyətin pozitivlik göstəricisi olsa da, bu, passiv mə-



dəniyyəti təsdiq edir. Yaradıcı fəaliyyət daxil olmaqla, bu keyfiyyətlərin be-

şinin də mövcud olduğu halda insan fəal mədəniyyət daşıyıcısı olur.  

 

Mədəniyyətin obyektiv-tarixi inkişaf amilləri 

 

Mədəniyyətin inkişafı – əsasən bir sıra daxili və xarici amillərdən asılı 



olan mürəkkəb tarixi prosesdir. Bu – təbiət, hava, ətraf mühit, qidalanma, 

ənənəvi təsəvvürlər,  əhalinin psixoloji, intellektual, emosional xüsusiyyət-

ləri, dini əqidə, dövrün xarakteri, inkişaf motivasiyası, qonşuların təsiri, hə-

yatın, ekologiyanın, siyasətin dəyişilməsi və s.-dir.  

                                                                                                                                          

25 


Mənzil, qidalanma, geyim, əmək, kommunal-təminat sistemi (su, qaz, işıq), tibb, cismani 

tərbiyə, idman, ekologiya, tikinti, tele-radiokommunikasiya, rabitə, ticarət, müdafiə, hüquq-

mühafizə orqanları, təhlükəsizlik xidməti, nəqliyyat. 

26

 Mühüm mənbələr – elm və təhsil. 



27 

Mühüm mənbələr

 

– bilik və təcrübə. 



28 

Mühüm mənbə – tərbiyə.

 

29

 Bilik  səviyyəsi, bacarıq, mütəşəkkillik, pozitiv mənəviyyatla müəyyən olunur və çox 



zaman mədəni insanın yaradıcı qabiliyyətlərindən asılı olan şüurlu tələbatıdır. 

Fuad Məmmədov

 

 

242



Bir çox daimi və  dəyişən  şəraitlərin təhlili  əsasında tərəfimizdən beş 

əsas amil ayrılmışdır: 

1.  Təbii-coğrafi şərait. 

2.  Mədəniyyətin genetik kodu (anadangəlmə mədəni keyfiyyətlər). 

3.  Sosial mühit.

30 


 

4.  Tarixi şərait. 

5.  Mədəni mübadilə. 

Beş amilin hamısı son dərəcə vacibdir. Belə ki, təbii şəraitdən asılı ola-

raq, insanın xarakteri və qabiliyyətləri ilə bağlı müəyyən xüsusiyyətlər 

əmələ gəlir. Məsələn, uzaq şimal və uzaq cənub ölkələrində təbii şəraitdən 

asılı olaraq, inkişafın ilk mərhələlərində intellektual mədəniyyət tədriclə in-

kişaf edirdi. Yer kürəsinin  əlverişli təbii  şəraitli orta zonasında (xüsusilə, 

allüvial çay vadilərində), zehni əməyin fiziki əməkdən daha erkən ayrılma-

sına imkan verən mədəni tərəqqi tempi əvvəldən daha yüksək idi. Bununla 

yanaşı “ifrat zərurət lazımi effekti doğurur” məntiqinə əsasən, yaşama məq-

sədilə əqli qabiliyyətlərin inkişafını tələb edən daha sərt şəraitlər olan yerə 

nisbətən, planetin orta zonasında mədəni inkişaf  əhəmiyyətli dərəcədə sü-

rətlə gedirdi. Bu, bir sıra ada dövlətlərinin, ilk növbədə İngiltərə və Yaponi-

yanın misalında daha yaxşı görünür. Sözsüz ki, millətin, müəyyən sosial-ta-

rixi və siyasi şəraitində əmələ gələn genetik kodu bu inkişafda həlledici rola 

malikdir. Ölkənin sosial-mədəni, həmçinin siyasi inkişafının mütərəqqi də-

yişikliklərinin mümkün olmadığı tarixi şəraitlə də iş analoji vəziyyətdədir. 

Mədəni mübadiləsiz, həm fərdi səviyyəsində, həm də ayrı-ayrı ölkələr sə-

viyyəsində sosial-mədəni inkişafın qeyri-bərabərliyi qarşılıqlı anlaşmada, 

milli mədəniyyətlərin və vahid dünya sivilizasiyasının inkişafında dəfedil-

məz maneə ola bilərdi.  

 Beş amilin xüsusi əhəmiyyəti ilə yanaşı, bunlardan ən mühümü, əsasən, 

dövlətin siyasi rejimindən asılı olan sosial mühitdir. Tarix göstərir ki, insa-

nın və cəmiyyətin sosial-mədəni inkişafı üçün daha əlverişli olan – şəxsiy-

yətin formalaşması və onun qabiliyyət və nailiyyətlərinin fərdlərin, cəmiy-

yətin və dövlətin rifahı maraqlarında istifadəsi üçün bərabər hüquq və im-

kanlar yaratmağa kömək edən demokratik quruluşdur. Dövlətin siyasi reji-

mi və dövlət idarəçiliyi mədəniyyəti ilə şərtlənən sosial mühitin əhəmiyyəti 

haqqında Almaniya Federativ və Demokratik Respublikaları və bir sıra di-

gər ölkələrdəki nailiyyətlərin, sosial üstünlüklərin, həyat rifahı və keyfiyyə-

                                                            

30

 Sosial mühit üç səviyyədə formalaşır: ailə, kollektiv, cəmiyyət. O, dövlətin siyasi 



rejimindən, sosial-mədəni siyasətin düzgünlüyindən və elmin, təhsilin və tərbiyənin inkişaf 

səviyyəsindən asılıdır. 

 


İdarəetmə mədəniyyəti 

 

243



tinin komparativ təhlili əsasında fikir söyləmək olar. Eyni bir genetik kod, 

lakin müxtəlif ideologiyalar və siyasi sistemlərdə biz fəaliyyətin müxtəlif 

inkişaf imkanlarını və müxtəlif nəticələrini görürük. Sözsüz ki, bu xüsusiy-

yətlər ruhi mədəniyyət, xüsusən elmi-texniki tərəqqi və informasiya mədə-

niyyətinin inkişafı nəticəsində müəyyən dərəcədə dəyişilir. Bu mühakiməni 

mütləqləşdirmədən qeyd edək ki, bizim təsəvvürlərimizə görə hər bir konk-

ret hadisənin və bütövlükdə həyat fəaliyyəti mədəniyyətinin təkmilləşdiril-

məsi imkanlarının obyektiv qiymətləndirilməsini dərk etməyə Lütfi Zadə-

nin qeyri-səlis məntiq nəzəriyyəsinə və Piter Çeklandın “yumşaq təfəkkür” 

sisteminə müraciət kömək edir.  

 

Mədəniyyətin effektivlik formulu 

 

Qədim dövrlərdən bizim günlərə  qədər həyatın qorunması, saxlanması 



və yaxşılaşdırılması, fasiləsiz olaraq artan insan tələbatlarının ödənilməsi 

barədə qayğı bəşəriyyətin mədəni inkişafının əsasıdır. Burada sosial-mədə-

ni tərəqqinin sürət və keyfiyyəti mədəniyyətin effektivliyi ilə müəyyən edi-

lir. Cəmiyyətin mədəniyyət effektivliyi nə qədər yüksəkdirsə, iqtisadi inki-

şafın səviyyəsini xarakterizə edən ümumi ictimai məhsul göstəriciləri bir o 

qədər yaxşıdır, insanın inkişaf indeksi, həyat rifahı və keyfiyyətinin səviy-

yəsi daha yüksəkdir.  

              

                                                     Həyat fəaliyyəti keyfiyyəti (Q) 

Mədəniyyətin effektivliyi (F) = ------------------------------------------ 

                                                    Məxariclər (N) x Zaman (T) 

 

  Həyat fəaliyyəti keyfiyyəti – həyat fəaliyyətinin əlamətləri, xüsusiy-

yətləri və faydalılıq ölçüsünün cəmi, onun fərdi və ictimai tələbatları təmin 

etmək qabiliyyətinin dərəcəsidir. O, birbaşa olaraq, cəmiyyətin ruhi və hər 

şeydən əvvəl, intellektual səviyyəsindən, həmçinin mədəni fərdlərin kəmiy-

yəti və keyfiyyətindən asılıdır.  

  Məxariclər – təhsilə, tərbiyəyə, elmə, idarəetməyə, texnologiyaya, 

istehsala, incəsənətə, səhiyyəyə, ekologiyaya və s. maliyyə və əmək xərclə-

ridir. 

  Zaman – yeni həyat fəaliyyəti keyfiyyətinin əldə edilməsini təmin 

edən ruhi və maddi dəyərlər və normalar istehsalına sərf edilən vaxtdır.  

Həyat fəaliyyəti keyfiyyətinin inkişafı, xərclərin və inkişaf müddətinin 

azaldılması aşağıdakılarla müəyyənləşdirilir: 

 Elmin və yüksək texnologiyaların səviyyəsi ilə; 



 Şəxsiyyətin mədəniyyəti və onun yaxşı işləmək istəyi ilə;  



Fuad Məmmədov

 

 

244



 Əmək və bölgü münasibətləri mədəniyyəti ilə; 

 Milli gəlirin və ümumi ictimai məhsulun səviyyəsi ilə; 



 İntensiv amillər hesabına (yəni işçilərin sayını və məsrəflərin həcmini 

artırmadan) əmək məhsuldarlığının (effektivliyinin) artırılması ilə; 

 İqtisadiyyatın struktur təkmilləşdirilməsi ilə; 



 İctimai əməyin təşkili və stimullaşdırılması ilə; 

 Dövlətin hüquqi və etik sisteminin effektivliyi ilə; 



  Səhiyyə, ekologiya, cismani tərbiyə və idmanın səviyyəsinin inkişaf 

etdirilməsi ilə; 

 İstehlak mədəniyyəti ilə və s. 



 

Mədəniyyətin faydalı iş əmsalı və entropiyası 

 

Müasir cəmiyyətlərin və dövlətlərin mədəniyyətinin inkişaf səviyyəsi və 



effektivliyi haqqında mülahizə yeritməyə imkan verən başlıca parametrlər-

dən biri - insanın həyati tələbatlarını ödəyən, əhalinin zəruri maddi və ruhi 

nemətlərlə - əşyalarla, xidmətlərlə  və  şəraitlə  təminatını  nəzərdə tutan ri-

fahdır.  Rifah – müəyyən dövr ərzində yaradılmış ruhi və maddi nemətlər, 

əşyaların və xidmətlərin dəyərinin qiymətləndirilməsi ilə ölçülür.  

Mədəniyyətin inkişaf səviyyəsi və effektivlik göstəricisi olan rifah - 



əmək məhsuldarlığından, mədəniyyətin faydalı iş əmsalı və entropiya dərə-

cəsindən asılıdır.  

Enerjinin çevrilməsinə (dövri prosesdə işə çevrilən) münasibətdə fəaliy-

yət texnologiyalarının effektivliyini xarakterizə edən  mədəniyyətin faydalı 

iş əmsalı faydalı istifadə olunan enerjinin fəaliyyət prosesində istifadə olu-

nan enerjinin ümumi miqdarına nisbəti ilə təyin olunur:  

 

                                            Sərf olunmuş faydalı enerji (iş) 



      Mədəniyyətin FİƏ =  ------------------------------------------- 

                                           Sərf olunmuş ümumi enerji (iş) 

 

Ruhi və maddi dəyərlərin istehsalı prosesində mədəniyyətin entropiyası - 



“səpələnməsi” faydalı nəticəyə çevrilməyən ümumi enerjinin (işin) bir his-

səsinin itirilməsi baş verir. Bunu aşağıdakı formulla ifadə etmək olar:  



 

                                    Sərf olunmuş ümumi enerji (iş) 

 Mədəniyyətin entropiyası =  

                                                     Sərf olunmuş faydalı enerji (iş) 

 


İdarəetmə mədəniyyəti 

 

245



Məhsul vahidinin istehsalına sərf olunan, zamanın miqdarı ilə ölçülən 

əmək məhsuldarlığı müəyyən dərəcədə intellektual mədəniyyətin inkişaf sə-

viyyəsi və elmi nailiyyətlərin texnoloji tətbiqindən asılıdır.  

 

Sosial-mədəni tərəqqi formulu 

 

Dünya mədəniyyəti və sivilizasiyası tarixi belə bir qanunauyğunluq çı-

xarmağa imkan verir ki, ona uyğun olaraq, ölkənin sosial-mədəni tərəqqi 

templəri və keyfiyyəti intellektual mədəniyyətin inkişaf səviyyəsi ilə düz 

mütənasib və cəmiyyətin cahillik səviyyəsi ilə tərs mütənasibdir.  

Bu qanunauyğunluğu aşağıdakı formulla izah etmək olar:   

  

                                    İntellektual mədəniyyət 



                   S K = 

 , 


                                           Cahillik 

 

burada SK - cəmiyyətin sosial-mədəni tərəqqi templəri və keyfiyyətidir.  

 Sosial-mədəni tərəqqi templərinə və keyfiyyətinə təsir edən amillər: 

elm, təhsil, maarif, siyasət, idarəetmə, iqtisadiyyat, mənəviyyat, hüquq, din, 

dəyərlər sistemi, maraqlar, fəaliyyət keyfiyyətidir.  


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin