Jan Jak Russo dövlət idarəçiliyi haqqında
Yaradıcı irsi qərb ölkələrinin dövlət quruculuğu və idarəçiliyinə müəy-
yən dərəcədə təsir göstərmiş görkəmli fransız filosofu Jan Jak Russo (1712-
1778) dövlət idarəçiliyinin məqsədini - ümumi rifah, prinsipini isə ümumi
iradə hesab edirdi. XVIII əsrin adətlərini - idarəetmə, ənənələr və maddi
həyat tərzini özündə birləşdirən anlayış kimi nəzərdən keçirərək, o, “bütün
qüsurların, ümumiyyətlə, insana deyil, pis idarə olunan insana xas olduğu-
nu” qeyd edərək, dövlət idarəçiliyinin hakim rolunu xüsusi fərqləndirir.
Ümuminin xüsusi üzərində üstünlüyünü qeyd edərək, Russo zənn edir ki,
məqsədi ümumi rifah olan demokratik dövlətin idarə edilməsi xalqın ümu-
mi iradəsini əks etdirməlidir. Belə idarəetmənin əsasında ictimai münasi-
bətlərin əlaqələndirici həlqəsi və cəmiyyətin özünün mövcudluq şərti olan
müxtəlif mənafe birliyi durmalıdır. O həmçinin, demokratik idarəçiliyin
mühüm vəzifələrindən birini - vətəndaşların tərbiyə edilməsində, gerçəklik
haqqında onlarda obyektiv təsəvvürlərin formalaşdırılmasında görür ki, on-
suz ümumi rifaha nail olmaq mümkün deyil. Etik mədəniyyət və hüquq mə-
sələlərinə toxunaraq o, qanun “pisləri müəyyən dərəcəyə qədər dayandıra
bilər, lakin heç vaxt onları xeyirxah edə bilməz”
19
- deyərək, xalqın mənə-
viyyatının qorunması üçün milli ənənələrin mühüm rolunu qeyd edir.
Russo feodal cəmiyyətinin və onun qanunlarının təbii hal sərbəstliyini
məhv etdiyini, bərabərsizlik, mülkiyyət, köləlik və yoxsulluq haqqını dai-
miləşdirdiyini hesab edərək, sosial bərabərsizliyə və siyasi təzyiqə qarşı çı-
xış edirdi. O, qüvvələr bərabərsizliyinin və insan qabiliyyətlərinin əhəmiy-
yətini inkar etmədən, bəzi insanların digərləri üzərində üstünlüyünün “tə-
bii” mənşəyi haqqında tezisi qətiyyətlə rədd edirdi. Sivilizasiya nemətləri-
nin xalqın yoxsul təbəqələri üçün əlçatmaz olaraq qaldığını güman edərək,
o guya qabiliyyətlərin bərabərsizliyi ilə şərtlənən əmlak bərabərsizliyini
müdafiə edən XVIII əsr burjuaziyasının iqtisadi doktrinasını tənqid edirdi.
19
Bu, tamamilə düzgün fikirdir, çünki bizim dərin inamımıza görə, insanın “xilası” yalnız
yüksək ruhi mədəniyyətdədir.
İdarəetmə mədəniyyəti
219
Əgər Volter və digər maarifçilər zənn edirdilər ki, xüsusi mülkiyyət insanın
bütün uğurlarının əsasıdır, qabiliyyətlərin bölünməsində bərabərsizlik və bu
bərabərsizlikdən asılı olan müvəffəqiyyət fərqi isə tamamilə təbiidir, Russo,
əksinə, hesab edirdi ki, sosial bərabərsizliyin mənbəyi məhz xüsusi mülkiy-
yətdir. O, mülkiyyəti - hüdudları demokratik dövlət tərəfindən tənzimlən-
məli olan və “ümumi rifah” maraqlarına cavab verən hüquq kimi nəzərdən
keçirirdi. Radikal əhval-ruhiyyəli demokratik mütəfəkkir kimi, Russo hesab
edirdi ki, şəxsi mülkiyyət, ilk əvvəl hiylə ilə yaradılmışdır və onu “ilkin gü-
nah” adlandırırdı. Bir tərəfdən o etiraf edir ki, şəxsi məziyyətlər insanın sər-
vətinin, əzəmətinin və onun tutduğu mövqeyinin əsasıdır, digər tərəfdən isə
insanlar arasındakı bütün fərq növlərinin “ən sonda var-dövlətə apardığını”
bildirir ki, onun vasitəsilə qalan hər şeyi almaq mümkündür.
“İctimai müqavilənin” müəllifi, Didronun “ümumi iradə” anlayışını hü-
ququn əsası və ədalətin meyarı kimi mənimsəyirdi. O, qanunlara əsaslanan
və bütün cəmiyyətin rifaha nail olması yolu ilə vətəndaşların şəxsi maraqla-
rının təmin edilməsinə yönəldilən idarəetmənin başlıca prinsipini onda gö-
rürdü. Bununla bərabər Didronun “maariflənmiş mütləqiyyət” konsepsiya-
sının əksinə olaraq, Russo hesab edirdi ki, düzgün olmayan sosial qanunlar,
şəxsiyyətin tənəzzülünə və uzaqlaşmasına aparan zor və hiylə, yalan və
qorxunun üstünlük təşkil etdiyi cəmiyyətin nöqsanlılığına bais olur. Russo
vətəndaş etikasının yeni anlayışı kontekstində xeyirxahlığın tərifini, “bir
nəfərin iradəsinin ümumi iradəyə uyğunluğu” kimi ifadə etmişdir.
Demokratik mədəniyyətin ifadəçisi olan Russo hesab edir ki, yaxşı idarəet-
mə həyatın diktə etdiyi dəyişiklikləri, idarəetmə sisteminin təkmilləşdirilməsini
nəzərdə tutur. Əgər hökumətin fəaliyyəti ümumi rifahın maraqlarına cavab ver-
mirsə, onu dəyişdirmək lazımdır, cünki hökumət tərəfindən anarxiya, oliqarxi-
ya, tiraniya və ya istibdad formasında yol verilən sui-istifadələr son nəticədə
dövlətin dağılmasına səbəb olur. Demokratiya mədəniyyətinə öz tərəfdarlılığını
nümayiş etdirərək, o, üç növ aristokratiyanı nəzərdən keçirir: təbii, seçkili və ir-
si. İlk cəmiyyətlər təcrübə nüfuzuna malik zadəgan ailələrinin başçıları tərəfin-
dən idarə olunurdu. Sərvət və ya qüdrət yaş qarşısında üstünlük qazandıqca,
aristokratiya seçkili oldu. Sonralar hakimiyyət də var-dövlət kimi atadan oğula
irsi olaraq ötürülməyə başlandı. Patrisian ailələrinin idarə edilməsi bu cür irsi
oldu. O qeyd edir ki, cəmiyyətin müdriklər tərəfindən qaydaya salınmış və
vaxtında idarə edilməsini təmin edən seçkili aristokratiya daha yaxşıdır. Belə
idarəetmənin effektivliyi onunla şərtlənir ki, o, cəmiyyətin və dövlətin xidməti-
nə verilmiş, idarəetmə bacarığına, düzgünlüyə, elmliliyə və təcrübəyə malik
məmurların məhdud sayını nəzərdə tutur. Bununla yanaşı idarəçilərin seçilmə
formalarının qanunla müəyyən edilməsi, idarəetməyə yalnız boş vaxta deyil,
həm də bunun üçün zəruri olan məziyyətlərə malik insanların cəlb edilməsini
Fuad Məmmədov
220
nəzərə almalıdır, həmçinin hakim aristokratiyanın irsi transformasiyasına yol
verməməlidir.
Russo üçün ikili dünyagörüşü xarakterik idi. Bir tərəfdən o, feodal-müt-
ləqiyyət quruluşuna, bərabərsizliyə və istismara, yalan və ikiüzlülüyə qarşı,
demokratiya mədəniyyəti prinsipləri əsasında qurulmuş yaxşı dövlət idarə-
çiliyi uğrunda çıxış edirdi. Digər tərəfdən - elm və incəsənət imkanlarına
olan inama qarşı çıxaraq, onlara dəbdəbə, əmlak bərabərsizliyi və burjua
münasibətləri mənbəyi kimi baxırdı. Mülayimlik və vətəndaş etikası məziy-
yətlərinin tərəfdarı kimi o, rasionalizmə və ensiklopedistlərin insanın şəxsi
maraqlarına prioritet əhəmiyyət verən “şüurlu eqoizm” konsepsiyasına qar-
şı da çıxırdı. Demokratik idarəçiliyin çətinliklərini və nöqsanlarını təhlil
edərək, Russo ona diqqət yetirirdi ki, demokratik dövlətə, - onun mahiyyə-
tini təhrif edən və demokratik islahatları mümkünsüz edən - şəxsi maraqla-
rın ictimai işlərə təsiri, qanunların tətbiqi və qanunvericilərin pulla ələ alın-
ması kimi neqativ hallar dağıdıcı nəticələr göstərir. Müxtəlif idarəçilik for-
malarını müəyyən edən prinsip haqqında danışarkən o, məmurlar arasında
iradənin üç mühüm fərqli növünü ayırırdı: öz şəxsi mənfəətinə can atan
məmurun fəal fərdi iradəsi, dövlətə münasibətdə xüsusi olan, məmurların
(hökumətin) korporativ iradəsi və hökumətə və dövlətə münasibətdə ümu-
mi iradə olan bütün xalqın passiv iradəsi. Bu zaman Russo ona diqqət yeti-
rir ki, adətən şəxsi maraqlar korporativ, korporativlər isə - ictimailərdən üs-
tün olur. Buna görə o, mükəmməl qanunlar əsasında milli maraqların prio-
ritetini təmin etməyi təklif edirdi.
XVIII əsrin ortalarında mövcud olan iqtisadi təfəkkür, cəmiyyətin, azad
rəqabətə və iri burjua mülkiyyətinin iqtisadi üstünlüyünə əsaslanan iqtisadi
münasibətlərə maraqların harmoniyasına inamını ifadə edirdi. Bu konsepsi-
ya tərəqqini - şəxsi maraqlılığı gücləndirən xüsusi mülkiyyətə və kapital yı-
ğımına əsaslanan istehsalın yüksəlişi ilə əlaqələndirirdi. Bir para adamların
varının onların istedadları və cəmiyyət qarşısındakı xidmətləri hesabına de-
yil, xalqın əsarəti sayəsində millətin sərvətinin onların əlində cəmləşməsi
yolu ilə əmələ gəldiyini zənn edərək, Russo bu konsepsiyanın əksinə çıxış
edirdi. O hesab edirdi ki, cəmiyyətin tərəqqisi və xoşbəxtliyi üçün iqtisadi
fəaliyyətin nəticələrinin bölünməsinin sosial ədalətli xarakterini əks etdirən
bölgü münasibətləri mədəniyyəti həlledici əhəmiyyətə malikdir.
Sosial bəlanı “cəmiyyətin siyasi təşkili və yaramaz idarəçiliyində” görən
Russo, bunu cəmiyyətdəki bərabərsizliklə əlaqələndirirdi və onu iki: insa-
nın fitri qabiliyyətləri, onun ağlı və fiziki sağlamlığı ilə şərtlənən - təbii, və
sosial qanunlar, şəxsiyyətin statusu, bəziləri üçün imtiyazlar, digərləri üçün
məhdudiyyətlərlə şərtlənən - siyasi növə ayırırdı. Russo ona da diqqət yeti-
rir ki, ayrı-ayrı ölkələrdə müxtəlif idarəetmə sistemləri ola bilər və zamanın
İdarəetmə mədəniyyəti
221
tələbindən asılı olaraq, hər bir ölkənin dövlət quruluşu təkmilləşdirilə və ya
dəyişdirilə bilər və təkmilləşdirilməli və ya dəyişdirilməlidir. Lakin eqalita-
rizm və demokratizm bayrağı altında çıxış edən Russo, bununla yanaşı xe-
yirxahlıq və ədalət prinsiplərinə zidd olan, “daha güclünün qanununu” ifadə
edən, hökmdarın iradəsinə əsaslanan despotizmi mühakimə edirdi. O, ma-
raqların ziddiyyətində “zorakılıqların, xəyanətlərin və riyakarlığın zərərli
mənbəyini“ görərək, hesab edirdi ki, ictimai ziddiyyətlər vətəndaşların, şəx-
si mülkiyyətin doğurduğu silki, siyasi, sosial və əmlak bərabərsizliyi ilə
şərtlənir. Təbii bərabərsizliyin mənşəyini və inkişafını insan şüurunun ardı-
cıl proqresi ilə əlaqələndirən Russo, bərabərsizliyi, - insanların adətlərinin kor-
lanmasına və maraqlarının barışmazlığına səbəb olan şərin, sərvətin, tüfeylili-
yin əsas mənbəyi kimi nəzərdən keçirirdi. Bu səbəbdən demokrat kimi o, icti-
mai rifaha, millətin tərəqqisinə və dövlətin möhkəmliyinə imkan verən şüurlu
idarəetmə vəzifəsi kimi - “həddən artıq bərabərsizlik vəziyyətinin” qanunveri-
ciliklə qarşısının alınması və cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasında
görürdü.
20
Vətənpərvər kimi o, vətənin, ana yurdun, onun bir hissəsinin deyil,
bütün vətəndaşların “ümumi anası” olması uğrunda çıxış edirdi, humanist kimi
o, sulh, xalqların birliyi və dostluğu mövqeyini tuturdu.
Russonun dövlət idarəçiliyinə dini mədəniyyət kontekstində yanaşması
maraqlıdır. Qobbsun nəzər-nöqtəsini müdafiə edən Russo güman edir ki,
orta əsrlərin xristian dövlətləri, dini hakimiyyət kimi dövlət hakimiyyəti ilə
rəqabət aparan kilsənin yüksək müstəqillik statusu ilə şərtlənən “ikihaki-
miyyətliliklə” əlaqədar olaraq, yaxşı dövlət idarəçilyi sisteminə malik de-
yildilər.
21
Cəmiyyətdə dinin rolunu təhlil edərək, Russo onu iki növə ayırır: insa-
nın dini və vətəndaşın dini. Birincini o, saf və sadə Yevangeliya dini, “mə-
bədsiz, mehrabsız, mərasimsiz” din, “uca Allaha daxili inamı və əbədi mə-
nəviyyat vəzifələrini” nəzərdə tutaraq, “həqiqi teizm”, “təbii ilahi haqq” ad-
landırırdı. İkincini o, “ilahi vətəndaş haqqı və ya müsbət haqq” adlandırır.
Bu başqa dinlərə etiqad edən etnosları və xalqları yabançı və barbar elan
edən, özünün ehkamları, mərasimləri, ayinləri olan ölkənin rəsmi dinidir.
Bununla bərabər güman edərək ki, bu növ dindarların üzərinə “qarşılıqlı is-
tisna vəzifələri” qoyaraq onları sarsılmaz vətəndaş əsaslarından məhrum
20
Ola bilsin, Norveçin və bir sıra demokratik ölkələrin dövlət idarəçiliyi prinsiplərinin
əsasında məhz bu ideyalar dayanmışdır.
21
Russo hesab edir ki, Xilafət dövründə həm dünyəvi (dini olmayan), həm də dini
hakimiyyəti öz əlində cəmləşdirən müsəlman idarəçiliyi daha effektli idi, çünki ruhanilərin
və dövlətin maraq ziddiyyətlərini aradan qaldıran siyasi birliyi təmin edirdi.
Fuad Məmmədov
222
edir, Russo hələ qeyri-monoteist dinləri, həmçinin “keşiş dini” adlandırdığı
Roma xristianlığını aid etdiyi üçüncü növü də göstərir.
Dövlət idarəçiliyi maraqlarını nəzərə alaraq, Russo belə nəticəyə gəlir ki,
“cəmiyyətin birliyini pozan bütün şeylər heç nəyə yaramaz, insanı öz-özü ilə
qarşı-qarşıya qoyan bütün qanunlar heç nəyə dəymirlər”. Bu kontekstdə o, gü-
man edir ki, bütün pozitiv mənəvi imperativləri ilə, birinçi növ, cəmiyyətin ru-
huna ziddir, Allaha məhəbbəti Vətənə məhəbbətdən yüksək hesab edir, vətən
naminə döyüş şücaətini pozur, vətəndaşları dövlətdən ayırır və şöhrətpərəst
hökmdarlar tərəfindən hakimiyyətdən sui-istifadə üçün şərait yaradır. Dinin
ikinci növünü dövlətçilik mövqeyindən qiymətləndirərək, Russo qeyd edir ki,
o, “özündə allaha inamı, qanunlara məhəbbəti birləşdirir, ana yurdu vətəndaşlar
üçün ehtiram predmeti edərək, onlara dövlətə xidmət etməyi öyrədir...”. Lakin
o bu növü ideallaşdırmayaraq, onun nöqsanları qismində göstərirdi ki: “...mə-
nasız mərasimlərlə Allaha həqiqi inamı puç edir və dövlətin təhlükəsizliyi üçün
qorxu yarada biləcək mövhumatçılıq, müstəsnalıq, dözülməzlik və digər key-
fiyyətlər yaradır.” “Müsbət” ehkamları – Allaha inamı, İctimai müqavilənin və
qanunların müqəddəsliyini nəzərdə tutan “vətəndaş dinini” müdafiə edərək
Russo cəmiyyətdə ilahiyyatın və vətəndaş dözümlülüyünün təmin edilməsinin
zəruriliyini qeyd edir. Bu zaman dini ehkamlar vətəndaş borcuna zidd olmama-
lıdır, hökmdarın təbəələri üzərində hüququ isə onun fəaliyyətinin bütün cəmiy-
yət üçün faydası ilə şərtlənməlidir.
Mirzə Fətəli Axundzadənin ictimai tərəqqiyə,
insan münasibətləri mədəniyyəti və
idarəetmə mədəniyyətinə baxışları
Bizə elə gəlir ki, dövlətçilik mədəniyyətinin tarixi və nəzəriyyəsi kon-
tekstində inkişaf etməkdə olan ölkələr üçün azərbaycan xalqının intellektu-
al və mənəvi inkişafına əhəmiyyətli töhfələr vermiş, XIX əsr görkəmli
Azərbaycan demokratı və maarifçisi M.F.Axundzadənin ictimai tərəqqi və
dövlət idarəçiliyinə baxışları müəyyən maraq doğura bilər.
M.F.Axundzadə “elmlərin öyrənilməsini və mədəniyyətə yiyələnməyi”
yalnız rifahı yüksəltmək vasitəsi kimi deyil, həm də insanların xasiyyətləri-
nin, davranışlarının və hərəkətlərinin yaxşılaşdırılması yolu kimi də baxır-
dı. Sosial mədəniyyətin demokratlaşdırılmasının ədalətli cəmiyyətin, azad,
təmin olunmuş və xoşbəxt həyatın yaradılması üçün zəruri olduğuna dərin-
dən inanaraq o, əhalinin bütün sosial kateqoriyalarının təhsilinə geniş yol
açılması uğrunda çıxış edirdi, məktəblərin, teatr və xəstəxanaların açılması-
na, xalqın savadsızlığının aradan qaldırılması məqsədilə əlifbanın dəyişdi-
rilməsinə çağırırdı.
İdarəetmə mədəniyyəti
223
M.F.Axundzadə feodal-istibdad qaydalarına qarşı, “millətin təhsilliliyini
və onun mövhumatdan azad olmasını” nəzərdə tutan cəmiyyətin yeni de-
mokratik əsaslar üzərində dəyişdirilməsi uğrunda çıxış edirdi. O, əqli qabi-
liyyətlərin inkişafını, elmin öyrənilməsi, yayılması və praktik tətbiqini öz
yurdunun sosial-mədəni tərəqqisinin mühüm şərti kimi nəzərdən keçirərək,
Azərbaycan xalqını elmə, maarifə cəlb etməyə səy göstərirdi. Bununla bə-
rabər o, dövlət idarəçiliyi mədəniyyətinə böyük siyasi əhəmiyyət verərək
qeyd edirdi ki, idarəetməni “qorxu deyil, məhəbbət üzərində”, eqoist məq-
sədlərlə deyil, xalqın rifahı naminə quran “müdrik xalq hakimləri” olma-
dan, xalqın maariflənməsi və cəmiyyətdə proqressiv islahatlar mümkün de-
yil. M.F.Axundzadə zülmkarlıqdan, fanatizmdən, köləlikdən, yaltaqlıq və
özbaşınalıqdan imtina etməyə, vətənpərvərlik göstərməyə, “ədalətə, xalqa
və Vətənə məhəbbətə əsaslanan idarəçilik üsulunun” qurulmasına, dövlətin
rifahının və təhlükəsizliyinin yüksəldilməsinə çağırırdı. O, Fars hakimləri
və siyasi elitasının təhsilliliyinin, onlar tərəfindən “idarə və siyasət haqqın-
da” qərb elminin öyrənilməsinin, bu sahədə geriliyin aradan qaldırılması-
nın zəruriliyini qeyd edirdi.
Azadlıq və demokratiya uğrunda mübarizəni o, istibdaddan azad olmaq,
insan münasibətlərinin və ətraf aləmin dərk edilməsi vasitəsi kimi nəzərdən
keçirirdi. Qərbin liberal dəyərləri kontekstində o, azadlığı - mülkiyyət, şəx-
siyyətin inkişafı və vicdan azadlığı hüququ, demokratik təşkilatların və cə-
miyyətlərin təsis edilməsi hüququ kimi başa düşürdü. Bununla yanaşı ob-
yektiv olaraq və demokratik dövlətçiliyi ideallaşdırmayaraq, M.F.Axund-
zadə siyasətdə ikili standartlardan imtina etməyin vacibliyini qeyd edirdi.
O, öz dövrünün siyasətçilərinə və məmurlarına demokratiya yoluna qə-
dəm qoymuş qabaqcıl ölkələrin inkişaf təcrübəsinə nəzər yetirməyi, elm, ta-
rix, dünya mədəniyyəti və sivilizasiyasının nailiyyətləri haqqında təsəvvürü
olmayan savadsız müsəlmanların rifahına qayğı göstərməyi, müsəlman xalq-
larının geriliyinin səbəblərini aydınlaşdırmağı və onları irəliləməyə və inkişa-
fa aparan vasitələr yaratmağı məsləhət görürdü. Dünyanın fani və həyatın
mənasının “özündən sonra yalnız xeyirxah əməllərlə mümkün olan yaxşı ad
və şöhrət” şərtli olmasını göstərərək, M.F.Axundzadə cəmiyyətin proqressiv
dəyişdirilməsini və mədəni, o cümlədən, intellektual, siyasi və iqtisadi inki-
şafda geriliyin aradan qaldırılmasını təmin edən sosial-siyasi islahatlara, rifa-
ha, tərəqqiyə və xalqların firavanlığına aparan yolların axtarışına çağırırdı.
Azərbaycan demokratı intellektual və etik mədəniyyətin inkişafı məsələləri-
nə geniş diqqət ayırırdı. “Adəmiyyət” kitabında tərəqqipərvər Azərbaycan mü-
təfəkkiri və vətənpərvəri, təbiətin yeganə nümayəndəsi olan, (heyvanlardan
fərqli olaraq) daimi əqli, mənəvi və estetik inkişafa məruz qalan insanın xüsusi
missiyası haqqında danışır. Bununla yanaşı M.F.Axundzadə insanın yeddi so-
Fuad Məmmədov
224
sial vəzifəsini tərtib etmişdir. Bu: pis əməllərdən qaçmaq, xeyirxahlıq etmək,
zülmkarlıqla mübarizə, başqa insanlarla birlikdə və vəhdətdə yaşamaq, elmin
arxasınca getmək və onu yaymaq, qanunların və insan hüquqlarının müdafiəsi
uğrunda mübarizə aparmaq tələbləridir. M.F.Axundzadə dərindən inanırdı ki,
xalqın azadlığına və xoşbəxtliyinə yol, onun zülmdən, cahillikdən və mövhu-
matdan qurtuluşu - mədəniyyətdən, elmin, tərəqqinin və sivilizasiyanın inkişa-
fından və yayılmasından keçir.
Demokratik ideyaların daşıyıcısı və demokratik idarəçilik tərəfdarı olan
M.F.Axundzadə cahil hökmdarların qarşısında əyanların və xalqın alçalmasını
ifşa edirdi. O göstərirdi ki, istibdad rejimi, islamın doqmatik şərhi və xurafat,
uşaqların düzgün tərbiyə edilməməsi - xalqın kütləşməsinə, cahilliyin, qanun-
suzluğun və özbaşınalığın inkişafına, gənclərin nəcibliyinin, şərəf hissinin və
əqli inkişafının sıxışdırılmasına gətirib çıxarır. İntellektual mədəniyyətin aşağı
səviyyəsi çox zaman yazı mədəniyyəti və kargüzarlığın, arxiv işi və sənədləş-
dirmə mədəniyyətinin, dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin aşağı
səviyyəsini şərtləndirirdı. Bununla əlaqədar M.F.Axundzadə hakimiyyət nüma-
yəndələrinin müəyyən imtiyazlarının və üstünlüklərinin əsası ola biləcək prin-
siplər və meyarlar haqqında danışırdı. Bu meyarlar onların ruhi mədəniyyəti –
elmliliyi, alicənablığı və ədaləti, xalqın rifahı naminə yaradıcı fəaliyyəti ilə
bağlı olmalıdır.
Feodal-istibdad dövlətçiliyini və idarəetmə sistemini - Şərq xalqlarının
mədəni-iqtisadi geriliyinin əsas səbəbi, sosial əsarətin, ədalətçizlik və özba-
şınalığın mənbəyi kimi nəzərdən keçirən M.F.Axundzadə dövlət hakimiy-
yəti nümayəndələrinin neqativ cəhətlərini, hər şeydən əvvəl, insanın ləya-
qətini alçaldan, dövlətin mənəvi dayaqlarını dağıdan və onun iqtisadiyyatını
sarsıdan cahilliyi və tamahkarlığı tənqid edirdi. İstibdad rejiminin formalaş-
dırdığı sosial mühitin insanların anadangəlmə nəcib keyfiyyətlərini məhv
etdiyini və xalq arasında – alçaqlıq, hərislik, yaltaqlıq, ikiüzlülük, hiyləgər-
lik, qorxaqlıq, namərdlik, nankorluq kimi yaramaz meyllər doğurduğunu gü-
man edərək, o, cəhalətə, zülmkarlığa və fanatizmə qarşı mübarizə aparırdı.
M.F.Axundzadə dünyanın və insan təbiətinin proqressiv dəyişdirilməsi,
xudbinlik, yalan və alcaqlıqdan imtina uğrunda, xoş məramın və ədalətin,
silki imtiyazların ləğvi və vətəndaşların qanun qarşısında bərabərliyi kimi
dərk etdiyi insanlar arasında hüquq bərabərliyinin təsdiqlənməsi uğrunda
çıxış edirdi. XIX əsrin 60-cı illərində o, ictimai tərəqqini ləngidən feodal-
istibdad idarə üsulundan imtinanı və tərəqqipərvər sosial-iqtisadi islahatla-
rın keçirilməsini nəzərdə tutan maarifçi monarxiyanın qurulması konsepsi-
yası ilə çıxış etdi. O deyirdi ki, “monarx hisslərdə və fikirlərdə xalqla bir-
ləşməli, dövləti müstəsna olaraq öz şəxsi mülkiyyəti hesab etməməli, millə-
ti və yurdu idarə etmək üçün özünü onun müvəkkili saymalı, onun iştirakı
İdarəetmə mədəniyyəti
225
ilə qanunlar yaratmalı, parlament təsis etməli, özünün bütün fəaliyyətində
qanunları əldə rəhbər tutmalı və heç bir özbaşına hərəkətə haqqı olmamalı-
dır...” Maraqlıdır ki, təqribən bundan yüz il sonra bu ideyanın əks-sədasını
fransız alimi M. Düverjenin və XX əsrin 70-ci illərinə aid olan digər müəl-
liflərin dövlət konsepsiyalarında aşkar etmək olar. Dövlət nəzəriyyəsinin
inkişafında mühüm addım olan dövlətin institusional konsepsiyasının ma-
hiyyəti ondadır ki, hökmdar ali hakimiyyətin mütləq sahibliyindən onun
agentinə çevrilir, onun mütləq səlahiyyəti olan şəxsi hakimiyyəti hüquqi
çərçivəyə salınır, yəni əslində mütləq hakimiyyətdən hüquqiyə çevrilir. La-
kin əgər M.F.Axundzadə XIX əsrin 60-cı illərində monarxın hakimiyyətini
nümayəndəli idarələrlə məhdudlaşdırmağı təklif edərək, konstitusiyalı mo-
narxiya uğrunda çıxış edirdisə, 70-ci illərdə o, istibdad dövlətçiliyi ilə xal-
qın maraqları arasındakı ziddiyyəti qeyd edərək, zamanın tələbatlarından
çıxış edərək və Avropa ölkələrinin təcrübəsinə istinad edərək artıq monar-
xiya hakimiyyətinin devrilməsinə çağırırdı, demokratik respublika və de-
mokratik idarəetmə sisteminin qurulması ideyasını irəli sürürdü.
Tomas Boklya istinad edərək M.F.Axundzadə, rəvayətlərə deyil, rifaha
aparan qiymətli allah verğisi olan şüura əsaslanmağın məntiqli olduğunu
qeyd edir. O - əgər din elmə, şüura və fəlsəfəyə deyil, təxəyyülə, cəhalətə və
mövhumata əsaslanan rəvayətlərə istinad edirsə, - onun səmərəsizliyi haqqın-
da, allahın iradəsinin düzgün olmayan izahından, ictimai rifahın maraqlarına
və dövrün tələblərinə cavab verməyən köhnəlmiş qaydalar və adətlərdən im-
tina etməyin zəruriliyi haqqında danışır. O, dinin təfsir ziddiyyətləri təhlilini
nəzərə alaraq onun reformasiyasına, təfəkkürdəki, həyat tərzindəki və fəaliy-
yətdəki geriliyi dəf etmək naminə proqressiv yeniliklərdən istifadəyə, allahın
və ilahi mənəviyyat prinsiplərinin düzgün başa düşülməsinə çağırırdı. Bu za-
man M.F.Axundzadə dinin əksinə deyil, onun bu və ya digər müddəalarını və
qaydalarını yanlış (və ya qərəzli məqsədlərlə) şərh edən, beləliklə, şüurun və
insan mədəniyyətinin hüdudsuz imkanlarının dərk edilməsi və istifadəsini
məhdudlaşdıran, insanların intellektual geriliyinə səbəb olaraq, onu nüfuzdan
salanlara qarşı çıxırdı. O, Şərq və Qərb mədəniyyətlərinin müqayisəli təhlilini
apararaq, müsəlman dinində tənqidi təfəkkürün formalaşdırılmasına, təhsilın
və elmin inkişafına azad keçidə, gender bərabərliyininin yaradılmasına, Şərq
istibdadını aradan qaldırmağa və müsəlman sivilizasiyasının tərəqqisinə im-
kan verən islahatın keçirilməsini məqsədəuyğun hesab edirdi.
Şüurun mövhumat və cəhalət buxovlarından azad olunmasını o, xalqın
yaradıcı qüvvələrinin əsarətdən azad edilməsi kimi nəzərdən keçirirdi, on-
suz xoşbəxt həyata nail olmaq mümkün deyil. Özünün hind şahzadəsi Kə-
malüddövlənin fars şahzadəsi Cəlalüddövlə ilə yazışmasında ifadə olunmuş
fəlsəfi polemikasında azərbaycan filosofu, ağlın və təcrübənin əvəzsiz əhə-
Fuad Məmmədov
226
miyyətini, sərbəst təfəkkürün və əqidənin sübutlar üzərində qurulmuş gücü-
nü göstərən ingilis alim-rahibi Rocer Bekonun, Rene Dekartın və digər av-
ropa alimlərinin mövqeyini təsdiq edir. O göstərmişdir ki, ona xas avtoritar
idarəçilik və tənqidi təfəkkürə malik olmayan azsavadlı əhalisi ilə feodal
cəmiyyəti şəraitində, azadlıqsevər ideyaları, konsepsiya və nailiyyətləri feo-
dal hakimiyyəti maraqlarına zidd olan mütərəqqi alimlərə və mütəfəkkirlərə
münasibətdə ictimai rəydə şüurlu olaraq, bu şəxsiyyətlərin neqativ adını
əsaslandırmaq məqsədilə, onların nüfuzunu qıran və cəmiyyətə təsirinə ma-
ne olan “əvvəlcədən nəzərdə tutulmuş obraz” və ya “psixoloji göstəriş” fik-
ri formalaşdırılır. Rocer Bekonun və Tomas Boklun ən ali ilahi töhfə olan
insan şüurunun dini inam əfsanələrindən üstün tutulmasının lazım olmama-
sı barədə fikirləri Böyük Britaniya, Almaniya və bir sıra digər ölkələrin mə-
dəniyyəti üçün səciyyəvi idi. Onlar tarixi rəvayətlərə və onlara əsaslanan
sosial qanunlara tənqidi münasibət bəsləyən kalvinizmdə və lüteranlıqda öz
parlaq əksini tapmışdır. Belə dünyagörüşü artıq yeni dövrdə elm, texnologi-
ya, iqtisadiyyat və sosial-hüquqi mədəniyyətin inkişafında görkəmli nailiy-
yətlər əldə etmiş “dumanlı Albion” vətəndaşlarının ideologiyası, siyasəti,
yaradıcı və əmək həyatının və fəaliyyətinin əsasını təşkil edirdi.
M.F.Axundzadə şərq xalqlarının ən yaxşı gələcəyini əqli və mənəvi mə-
dəniyyətin inkişafında, zülmkarlığın aradan qaldırılmasında, qanunların və
parlament idarəçiliyinin qərb ölkələrinin idarəetmə modeli əsasında qurulma-
sında görürdü. Bu zaman o, insanın, cəmiyyətin və dövlətin maraqlarına ca-
vab verən, insanların enerjisini və iradəsini ümumi rifahın əldə edilməsinə sə-
fərbər edən ağıllı və humanist fəlsəfi ideyaların təcəssüm edildiyi konstitusi-
yaya əsaslanan Avropa dövlətçilik mədəniyyətinin üstünlüklərini xüsusi qeyd
edirdi.
Dünya sivilizasiyasının tarixi və onun inkişaf qanunları göstərir ki, de-
mokratik dövlətlərin real həyatında rejissorlar (alim-ideoloqlar – F.M.) siyasi
teatr səhnəsinin arxasında dayanırlar, lakin məhz onlar siyasətçilərin fəaliy-
yətini müəyyən məqsədlərə yönəldirlər. Qərb ölkələrinin bütün sosial-mədəni
nailiyyətləri və bütövlükdə bəşəriyyətin sosial-mədəni nailiyyətlərinin əksə-
riyyəti, daha yüksək intellekt və praktik olaraq həyata keçirilmiş biliklərin
qələbəsi olmuş və olacaqdır. Dünyanı iki əsas ruhi mədəniyyət komponentlə-
rindən birincisi və təyinedicisi - yüksək intellekt idarə etmiş və edəcəkdir.
Demokratik ölkələrdə toplanmış idarəetmə fəaliyyətinin mahiyyəti, xüsu-
siyyətləri, tarixi, nailiyyətləri, texnologiyaları, imkanları və təcrübəsinə mü-
raciət etməzdən əvvəl, idarəetmə mədəniyyətinin əsasını təşkil edən kulturo-
loji anlayışları, formulları və metodoloji xüsusiyyətləri nəzərdən keçirək.
İdarəetmə mədəniyyəti
227
Dostları ilə paylaş: |