Fuad Məmmədov
156
Qədim Yunanıstan
Balkanlarda ilk dövlətçilik mərkəzləri b.e.ə. III minilliyin sonu - II minil-
liyin əvvəlinə aiddir. Onlar pelasqların yunan mədəniyyətinə qədər olan
mədəniyyəti ilə, Krit (Minoy) mədəniyyəti, Kiklad (ada) mədəniyyəti və
Ellada (əslində yunan) mədəniyyəti ilə bağlıdırlar. Dunayın o tayından Bal-
kanlara girən axey-yunanlar, Kritin Minoy mədəniyyətini mənimsəyib və
yaradıcılıqla inkişaf etdirib, artıq b.e.ə. II minillikdə Miken mədəniyyətini
yaratdılar. Orta minoy dövründə Kritdə siyasi birliklər strukturu öz xarakte-
rinə görə böyük Şərq istibdad hakimiyyətlərini xatırladırdı. Ehtimala görə
baş kahin vəzifəsini şahın özü həyata keçirirdi, amma müəyyən mərasim
funksiyalarını həm də kahin “iyerurq” və kahinə “kla-vi-fo-ros” yerinə yeti-
rirdi. Məbədlərin və dini birliklərin maddi əsasını onların sərəncamında
olan torpaq və qullar təşkil edirdi.
B.e.ə. 1700-cü ilə yaxın Krit mədəniyyətinin təsiri altında axeylər tərə-
findən miken dövlətçilik mədəniyyəti təşəkkül tapmağa başladı. Miken gil
lövhələri təsdiq edir ki, dövlətin başında, eyni zamanda iri mülkədar olan
“va-na-ka” titulunu daşıyan hökmdar dururdu. Var-dövlətin mənbəyi torpaq
və əhalidən toplanan natural vergilər idi. İdarəetmə kifayət qədər inkişaf et-
miş administrasiya və saray bürokratiyası tərəfindən həyata keçirilirdi. İrsi
torpaq mülkiyyətinə, ehtimal ki, ordu komandanı olan “la-va-ge-tas” da
malik idi. İmtiyazlı yuxarı təbəqənin tərkibinə müxtəlif statuslu torpaq sa-
hələrinə malik “te-re-ta”lar da daxil idilər. Daha bir imtiyazlı qrup (yəqin
ki, şahın yaxın əhatəsi, onun svita üzvləri (müşayiətçiləri) “e-kve-ta” (yol-
daşlar) adlanırdı. Paytaxtdan uzaqda olan rayonlar canişinlər və yerli mə-
murlar tərəfindən idarə edilirdi, bəzi vilayətlərdə isə hökmdarlara tabe olan
kiçik xanlar mövcud idi ki, onların yanında “ke-ro-siya” (Ağsaqqallar şura-
sı) fəaliyyət göstərirdi.
B.e.ə. XII-VIII əsrlərdə Yunanıstanda qəbilə quruluşundan polis tipli
dövlət təşkilatına keçid baş verdi. Bu dövrün əvvəlindən yunan qəbilələri-
nin başında seçkili başçıla - basilevslər dururdu. F. Engels hesab edirdi ki,
qədim Yunanıstandakı basilevslər hökumət səlahiyyətinə, bu sözün müasir
mənasında, malik deyildilər. Qəhrəmanlıq dövründə, hərbi demokratiya şə-
raitində Basilevs sərkərdə, hakim və ali kahin idi. Qəbilə (fratriyalar) və qə-
bilə (filalar) birlikləri, basilevslərin öz hakimiyyətlərinin bir hissəsini gü-
zəştə getdikləri filobasilevslər tərəfindən idarə edilirdi. Şəhərlərin əmələ
gəlməsi, sosial təbəqələşmə və şəxsi mülkiyyətin inkişafı ilə əlaqədar tədri-
cən qəbilə hakimiyyətindən azad olmuş, filobasilevslərin hakimiyyətini
məhdudlaşdırmağa və idarəni öz əllərinə almağa cəhd edən yeni zadəgan
nümayəndələri meydana çıxdı. Ali hökmdarın irsi üstünlüklərini məhdud-
İdarəetmə mədəniyyəti
157
laşdıran aristokratiya irsi monarxiyanı seçkili ilə əvəz etməyə can atırdı.
Məsələn, Afinada, dövlət idarəçiliyində basilevslərlə yanaşı ali sərkərdə –
“polemarx”, regent – “arxont” və altı hakim – “fesmofetlər” iştirak edirdi-
lər. Bir müddətdən sonra irsi hökmdarın hakimiyyəti “arxont-basilevs” ad-
landırılan seçkili vəzifəli şəxsin hakimiyyəti ilə əvəz edildi.
B.e.ə. I minilliyin əvvəlindən etibarən aristokratiya tərəfindən idarə edi-
lən şəhər-dövlətlər (polislər) Qədim Yunanıstanda əsas dövlətçilik forması
oldu. Artıq bu dövrdə yunan mədəniyyətinin səciyyəvi xüsusiyyəti müəy-
yən rasional təfəkkür idi. Onun əsası yunanların bütpərəstlik dini idi, təsəv-
vürlərə görə, yunan allahları insanları öz əmrlərini kor-koranə yerinə yetir-
məyə məcbur etmirdilər, əməl etməyə inandıraraq, onları dərrakəyə çağırır-
dılar. Bu, xalqın təfəkküründə rasionallığın formalaşdırılması üçün ilkin şə-
rait yaradırdı və intellektual mədəniyyətin inkişafının əsasını qoyurdu.
B.e.ə. VIII-VI əsrləri əhatə edən arxaik dövrdə təsərrüfat sistemindəki
dəyişikliklər şəraitində yunan cəmiyyətində maraqların ziddiyyətləri və
konfliktlər kəskinləşdi. Çox vaxt inqilabi xarakter alan sosial-siyasi mübari-
zə, xalqın çiyinlərində qaldırılan diktator-tiranlar tərəfindən hakimiyyətin
tutulmasına gətirib çıxardı. Köhnə nəsli əyanları hakimiyyətdən sıxışdırıb
çıxarmağa və siyasi həyatın başında durmağa cəhd edən varlı tacir və sənət-
karların yeni təbəqəsinin təşəbbüsləri aristokratik idarə sistemindən, əslza-
də mənşəyi üstünlüklərini zənginlik üstünlükləri ilə əvəz edən timokratik
idarə sisteminə keçidə gətirib çıxardı. Aristokrat oliqarxiya idarəetmə ixti-
yarını tiranlara güzəştə getməyə məcbur oldu. Aristokratiya mühitindən çı-
xanlar, tiranlar ənənəvi zadəganların və xalq nümayəndələri idarəsinin qəti
əleyhdarları kimi çıxış edirdilər. Tiranlar öz hakimiyyətinin sosial bazasını
yaratmaq üçün müflis olmuş əhaliyə qazanmağa imkan verən ictimai işlər
proqramları yaradırdılar, rifah halının əsasını təşkil edən ticarətin, sənətkar-
lığın və kənd təsərrüfatının inkişafına yardım edirdilər. İdarəçiliyin mühüm
aləti tiranlar tərəfindən xalqın yaradıcı enerjisini stimullaşdıran xalq ayinlə-
rinin tanınması və rəğbətləndirilməsi idi.
Tiranlar siyasi və mədəni həyatın təşkilatçıları rolunda çıxış edir və çox
vaxt Qədim Yunanıstanın dövlətçilik mədəniyyətinin inkişafında yenilikçi
olurdular. Belə ki, b.e.ə. VII əsrdə tiran Periandrın hakimiyyəti dövründə
Korinf ən yüksək tərəqqiyə çatdı. Periandr nəsli qəbilə əyanlarının nüfuzu-
nu sarsıtmaqdan ötrü, onlar üçün əvvəlki qəbilə filalarına bölgünü əvəzlə-
yərək, şəhərin ərazi bölgüsünü tətbiq etdi. Əldə edilmiş rifah səviyyəsi və
sosial münasibətlərin effektiv tənzimlənməsinin saxlanılması üçün onun tə-
rəfindən, kənd əhalisinin şəhərə köçməsini, şəhər əhalisinin məsrəfini məh-
dudlaşdıran yeniliklər həyata keçirildi, istifadəsi kəndlilərin şəxsi əməyinə
rəqabət təhlükəsi törədə biləcək qulların alınmasına qadağa qoyuldu. Bu-
Fuad Məmmədov
158
nunla belə, tiranlar respublika quruluşunun zahiri formasını saxlasalar da,
qədim yunanlar onlara hakimiyyət qəsbkarları kimi baxırdılar. Yeni hökmdar-
lar bütün vəzifələrə özlərinin qohumlarını və dostlarını keçirmək istəyirdi-
lər. Onların hakimiyyət dayağı muzdlu ordu idi. İrsi aristokratiya oliqarxi-
yasını hakimiyyətdən uzaqlaşdıraraq, onlar öz şəxsi hakimiyyətlərini irsi
hakimiyyətə çevirməyə çalışırdılar. Buna görə Yunanıstanda öz banisindən
çox yaşayan tiran hökuməti azdır. İki əsr sonra tiranların dövlət idarəçiliyi-
nin avtoritar üslubunu tənqid edən Aristotel yazırdı: “Öz iradəsi ilə belə ha-
kimiyyətə dözə biləcək azad insan yoxdur.” Qədim Yunanıstanda tiranlar
və aristokratiya arasında gedən mübarizə nəticəsində tez-tez hakimiyyət də-
yişmələri baş verirdi. Tiranlar mesenatlıqla məşğul olurdular, şairləri, rəs-
samları, həkimləri, memarları - onlardan bəzilərinə xüsusi təqaüdlər ödəyə-
rək dəstəkləyirdilər. Tiranlardan bəziləri, məsələn, Lesbosda Pittak kimi,
yeni qanunlar tətbiq edərək, könüllü olaraq hakimiyyətdən imtina edirdilər.
Bu dövrdə Yunanıstanda dövlət idarəçiliyinin inkişafında hüquqi isla-
hatlar mühüm rol oynamışdı. Onlar sosial həyatın tənzimlənməsində dövlə-
tin rolunun yüksəlməsinə yardım edirdilər. Dövlət vətəndaşların təhlükəsiz-
liyinin və hüquqlarının təmin edilməsini öz əlinə almışdı. Yaxşı bilənləri və
qoruyanları zadəgan nəsilləri başçıları olan yazılmamış qanunların əvəzinə
yazılı qanunlar gəldi. Polis təşkilatı məhkəmə funksiyalarını dövlət hakim-
lərinin əlində cəmləşdirərək, onları qəbilələrdən aldı. Adi hüququn yazıl-
ması və kodifikasiyası yeni sosial münasibətləri tənzimləyən və aristokrati-
ya hakimlərinin özbaşınalığına son qoymağa iqtidarı olan məcburi normalar
sisteminin işlənib hazırlanması ilə müşayiət olunurdu. Yeni qanunvericilik
yunanların real həyat şəraitinə cavab verirdi. Adi hüququn yazılmasını və
yeniləşdirilməsini yunan polislərinin sakinləri ümumi hörmət qazanmış və
ədalətliliyi ilə fərqlənən müdrik hökmdarlara etibar edirdilər. Arxaik Yuna-
nıstanın ən nüfuzlu qanunvericiləri Afina arxontları (yüksək vəzifəli şəxs)
Drakont (b.e.ə. VII əsr) və Solon (b.e.ə. VI əsr) hesab olunurdular. Hakim-
lərdən bəziləri bütün polis vətəndaşlarının ümumi səsverməsi yolu ilə seçi-
lirdi. Xüsusi hallarda xalq yığıncağına apellyasiya verərək, çıxarılmış qəra-
ra görə etiraz etmək olardı.
Arxaik Yunanıstanda dövlət idarəçiliyi mədəniyyətinin ən parlaq nümu-
nəsi Solonun dövlətçilik fəaliyyətidir. B.e.ə. 594-cü ildə Solon Afinanın ar-
xontu seçilmiş və dövlət islahatları keçirmək üçün qeyri-məhdud səlahiy-
yətlər almışdı. Bu hökmdar qədim yunan dövlətçiliyi tarixinə demokratik
idarəetmənin əsaslarının təşəkkülünə yardım edən islahatçı kimi daxil ol-
muşdur. Attikada siyasi həyatın demokratlaşmasına doğru atılan zəruri ad-
dımlar kimi baxılan - attika əhalisinin borclarının silinməsi, borc əsarətinin
ləğvi, iri mülkədarlığın məhdudlaşdırılması, “geliyeyanın” – prisyajnılar
İdarəetmə mədəniyyəti
159
məhkəməsinin tətbiqi onun adı ilə bağlıdır. Dövlətin məhkəmə funksiyala-
rının bir hissəsinin geniş xalq təbəqələrinə verilməsini ifadə edən məhkəmə
iclasçılarının tətbiqi, yeni yaranmaqda olan Afina demokratiyası üçün xüsu-
si əhəmiyyətə malik idi. Solon dövründə Afinanın siyasi quruluşu əmlak tə-
bəqələşməsi üzərində qurulmuşdu. Cəmiyyət dörd sinfə bölünmüşdü: “pen-
takosiomedimnlər” - daha varlı vətəndaşlar, “hippeylər” - atlılar, “zevgit-
lər” - ağir silahlı piyada döyüşçüləri, “fetlər”- sənətkarlar. Yalnız ilk üç si-
nif dövlət vəzifələrinə keçə bilərdilər, birinci sinif isə arxont vəzifəsinə id-
dia edə bilərdi. Bununla yanaşı dördüncü sinif də siyasi hüquqlar əldə etdi.
Xalq yığıncağı - “ekklesiyada”, əhalinin aşağı təbəqələri vəzifəli şəxslərin
seçilməsinə və dövlət siyasətinin ümumi kursunun müəyyən edilməsinə tə-
sir göstərə bilərdilər. Nəhayət, məhkəmə iclaslarında iştirak etməklə, xırda
sənətkarlar və tacirlər vəzifəli şəxslərin sui-istifadə hallarını təcrid edə bi-
lərdilər. Solonun dövründə dövlətçilik mədəniyyəti özündə ənənəvi mədəni
qaydaları və adətlərlərinin gələcək Afina demokratiyasının yeni idarəetmə
formaları ilə sintezini ifadə edirdi. Solonun islahatları kompromis xarakter
daşıyırdı və heç bir sosial problemi həll etmirdi. Buna baxmayaraq zadəgan
institutlarının rolu, polislərin qəbilə filalarına köhnə bölgüsü saxlansa da,
Solonun bir sıra yeni qanunları qəbilə hüququnun əsaslarını sarsıtdı, sənət-
karlığın və ticarətin inkişafını stimullaşdırdı. Klisfenin dövründə siyasi isla-
hatlar, demokratik elementlərin inkişafına və siyasi sabitləşməyə imkan verən
yeni inzibati bölgü hesabına davam etdi. Buna baxmayaraq ali inzibati or-
qan - şura islahat yolu ilə dəyişdirildi. Klisfen islahatlarının əhəmiyyətini
qiymətləndirən Herodot, afinalıların farslar üzərindəki qələbəsini demokra-
tik ruhun təsiri ilə izah edirdi, çünki ordu tiran uğrunda deyil, öz vətəndaş-
larının azadlığı uğrunda döyüşməsi ilə ruhlanırdı.
İdarəetmə mədəniyyətində dinə və etikaya mühüm əhəmiyyət verilirdi.
Dövlətin siyasi quruluşundakı dəyişikliklər köhnə qəbilə təşkilatına xas
olan qanunçuluq, ədalətlik və mənəviyyat prinsiplərinin itirilməsinə səbəb
oldu. Rasional təfəkkürün formalaşması ilə sıx bağlı olan, dinin və allahla-
rın missiyalarının yeni görmə imkanı yaranır. Əgər Olimpin Homer allahla-
rı mənəviyyat prinsiplərilə əlaqəli deyildilərsə, artıq Zelevkin hüquq kodek-
sində deyilirdi ki, allahlara qurbanlar deyil, yaxşılıq və ədalət əzmi gərəkdir.
Məlum olduğu kimi, Yunanıstanda rasional təfəkkürün inkişafına, burada
elmin və fəlsəfənin dindən ayrılması prosesini sürətləndirən qapalı kahin
kastasının və sabit dini ehkamların olmaması da səbəb olmuşdur.
Cox güman ki, Qədim Yunanıstanda demokratik idarəetmə mədəniyyə-
tinin formalaşması proseslərinin başa düşülməsi üçün daha maraqlı dövr -
Afinanın qədim yunan sivilizasiyası mərkəzinin olduğu klassik dövrdür. Bu
dövrün yunan-İran müharibələrinə baxmayaraq, kontunental Yunanıstan
Fuad Məmmədov
160
demokratik dövlətçilik inkişafında əhəmiyyətli nailiyyətlər əldə edə bilmiş-
di. B.e.ə. V əsrin əvvəllərində yaradılmış Afina ittifaqı Afina “arxesinə” -
ilahə Afinanın şəhərinin hakimiyyəti altında polislər birliyinə çevrildi. B.e.ə.
462-461-ci illərdə Afinada islahat keçirildi, ona uyğun olaraq, əsilzadə are-
opaqın (ali məhkəmənin) siyasi rolu Beşyüzlərin şurasına və gelieyə verildi.
Areopaqın ixtiyarında yalnız kriminal və dini cinayətlərlə bağlı bir neçə
məhkəmə funksiyası qaldı. B.e.ə. V əsrdə, Periklin hakimiyyəti dövründə
Afina demokratiya mədəniyyəti əsaslarının formalaşdırılmasının ən yüksək
tərəqqisinə nail oldu. Beşyüzlər şurasının vasitəsi ilə dövlət idarəçiliyinə
azad insanların ən yoxsul təbəqələri cəlb edilmişdi, şəhər əhalisinin orta tə-
bəqələri isə arxont vəzifəsinə seçilməyə imkan əldə etmişdilər. Bu dövrdə
xalq yığıncaqlarında dövlətin taleyini müəyyən edən tacirlər, sənətkarlar və
dənizçilər dövlət idarəçiliyində aparıcı mövqe tutmuşdular.
Məlum olduğu kimi, Afina demokratiyası yalnız dövlət əhalisinin azlığı-
nı təşkil edən, tam hüquqlu Afina vətəndaşları sayılan, azad doğulmuş 20
yaşdan yuxarı kişilərin demokratiyası idi. İcra hakimiyyəti – bütün dövlət
qərarlarını qəbul edən xalq yığıncağı, məhz bu vətəndaşlardan formalaşırdı.
Bütün vəzifəli şəxslərin funksiyasına yalnız, yığıncaqda ifadə olunmuş qa-
nunun və xalqın iradəsinin tələblərinin həyata keçirilməsi daxil idi. Arxont-
ların hakimiyyəti ailə və irsi hüququn gözlənilməsinə nəzarət, dini mahiy-
yətli funksiyaların yerinə yetirilməsi və məhkəmə proseslərində sədrliklə
məhdudlaşırdı. Silahlı orduya rəhbərlik - seçilmiş 10 strateq (mahir sərkər-
də, komandan) tərəfindən həyata keçirilirdi. Vəzifəli adamların səlahiyyət-
lərinin məhdudluğu həm də onda ifadə olunurdu ki, başlarındakı mərsin ta-
cından başqa, onlar öz hakimiyyətlərinin heç bir nişanəsinə malik deyildilər.
Vəzifədən sui-istifadəyə yol verməmək üçün eyni bir adamın ikinci dəfə
həmin vəzifəyə seçilməsi qanunla qadağan edilirdi. Bu dövrün dövlət idarə-
çiliyi mədəniyyətinin ən başlıca xüsusiyyətlərindən biri - Xalq Yığıncağın-
da filaların proporsional nümayəndəliyində ifadə olunan idarəetmənin kol-
legiallığı idi. Beşyüzlər şurası dövlət həyatının ən mühüm məsələləri üzrə
qərarlar qəbul edən Xalq yığıncağının müzakirəsinə çıxarılacaq qanun layi-
hələrini hazırlayırdı. O, həmçinin vəzifəli şəxslərin köməyi ilə icra orqanı
rolunu həyata keçirirdi. Şuranın vəzifələrinə, həm də ictimai işlərin təşkili,
dövlət maliyyəsi üzərində nəzarət, beynəlxalq münasibətlərin tənzimlənmə-
si, vətəndaşlığın verilməsi, daimi Afina ordusunun döyüş qabiliyyəti haq-
qında qayğısı da daxil idi. Beşyüzlərin şurasına daxil olan filalar, dövləti
növbə ilə, ilin müəyyən vaxtında, hər bir filadan 50 nümayəndə olmaqla –
“printanlar” vasitəsi ilə idarə edirdilər.Vətəndaşların siyasi hüquqlarının
əsasını “ekklesiyalarda” (yığıncaqlarda) ciddi şəkildə riayət edilən üç əsas
prinsip təşkil edirdi: “iseqoriya” prinsipi – söz azadlığı, “isotimiya” prinsipi
İdarəetmə mədəniyyəti
161
– vəzifə tutmaqda bərabərlik və “isonomiya” prinsipi – qanun qarşısında
bərabərlik. Təkhakimiyyətliliyin qurulması üçün öz nüfuzundan istfadə et-
məyə can atan tanınmış və mötəbər afinalılar demokratik ölkə üçün təhlü-
kəli elan olunurdular və yığıncaq tərəfindən sürgünə məhkum edilə bilərdi-
lər. Yığıncaqlarda danışmağı bacaran və xalqı bu və ya digər qanunu qəbul
etməyə və ya qəbul etməməyə inandıra bilən istedadlı natiqlər – “demaqoq-
lar” böyük şöhrətə malik idilər. Onlardan ən məşhurları - Perikl, Kleon
(b.e.ə.V əsr) və Demosfen (b.e.ə. IV əsr) idi.
İdarəetmənin əsas vasitələri azad inkişaf və yaradıcı əmək üçün əlverişli
şərait yaradılmasına istiqamətlənmiş hüquqi və etik sosial təsisatlar idi. De-
mokratik idarəetmə mədəniyyəti sayəsində, təqribən, b.e.ə. V əsrin ortala-
rından Afina cəmiyyətində “attik maarifçilik” adı almış mədəni yüksəliş
qeyd edilirdi. Cəmiyyətin demokratlaşması vətəndaş özünüdərkinin və şəx-
siyyətin hərtərəfli inkişafının formalaşdırılması üçün böyük imkanlar açan
əlverişli mühit oldu. Öz demokratik institutlarının inkişaf etdirilməsi məq-
sədi ilə afinalılar cismani mədəniyyəti də, zadəganların imtiyazlarından bü-
tün vətəndaşlarının hüququna çevirdilər. Cismani mədəniyyətin inkişaf et-
dirilməsi məqsədi şəxsiyyətin hərtərəfli inkişafı və yaxşı döyüşçülərin ha-
zırlanması idi. Afinada idman – insanın özünü idarə etməyə, düzgün oyun
qaydalarına riayət etməyə, öz ruhunu yüksəltməyə öyrətmək vasitəsi kimi
nəzərdən keçirilirdi. Bu dövrdə digər xalqlarda mədəni mübadilənin təsiri
altında mədəniyyətlərin müqayisəli təhlili, bəzi dünyagörüşü müəyyənliklə-
rinin yenidən qiymətləndirilməsi, ənənəvi yunan dininə tənqidi münasibətin
formalaşması baş verir, bunda Sokrat və sofistlər də mühüm rol oynayırdı-
lar. Qanunların və dövlət qaydalarının “allahların iradəsi ilə müqəddəsləşdi-
rilməsi” haqqındakı təsəvvürlərdən imtina edilməsi, vətəndaşların teokratik
dünyagörüşündən dünyəvi dünyagörüşünə tədrici keçidinə səbəb oldu.
Sofistlər təhsil sisteminə cəmiyyətin siyasiləşdirilməsi və dövlət idarəçi-
liyi vərdişlərinin inkişafında böyük rol oynayan yeni tədris fənni - ritorika-
nı daxil etdilər. İdarəetmə elminin vacib komponenti və demokratik idarəet-
mə üsulunun formalaşdırılması vasitəsi olan ritorika xalq yığıncaqlarında
kütlənin əhval-ruhiyyəsini idarə etmək, insanları inandırmaq bacarığını, in-
sanları bu və ya digər qərara meylləndirmək məharətini yetişdirirdi. Lakin
ritorika yalnız zəngin insanlar üçün əlçatan idi. Yalnız imkanlı gənclər adi
məktəb fənlərindən – oxu, yazı, hesab, musiqi və gimnastikadan əlavə, dü-
şünmək bacarığını, natiqlik istedadını, etika və fəlsəfəni, qədim ədəbi əsər-
lərin məzmununun tənqidi təhlili əsasında onların elmi izahını sofistlərdən
pulunu ödəməklə öyrənə bilərdilər. Belə təhsilli insanlar vacib insan kapita-
lı olurdular, onlardan düzgün istifadə dövlətçiliyin demokratik mədəniyyə-
tinin inkişafına və cəmiyyətin sosial həyatının demokratlaşmasına xidmət
Fuad Məmmədov
162
edə bilərdi. Konservativ afinalıların müqavimətinə, həmçinin cahil və möv-
humatçı adamlar tərəfindən izlənmələrə və təqiblərə baxmayaraq, novator-
filosoflara – Sokrat, Anaksaqor, Demokrit və başqalarına, son hesabda, in-
sanların təfəkkürünü dəyişmək və aralarında – Platon, Ksenofont, Antisfen,
Aristotel və qədim yunan mədəniyyətinin qürur obyektlərinin adı olan digər
filosofların elmi elitasının formalaşdırılmasına imkan yaratmaq müyəssər
oldu. Filosofların fəaliyyəti Yunanıstanda demokratik dövlətçilik və idarə-
etmə mədəniyyətinə böyük təsir göstərən intellektual və etik mədəniyyətin
inkişafına səbəb oldu. Məsələn, universal yunan mütəfəkkiri, “gülən filo-
sof” Demokritin etik təlimi izah edirdi ki, ağlı əldə rəhbər tutaraq və xoş-
bəxtliyi dərk edərək, insan məmnun olur və ruhi sakitlik əldə edir. O yazır-
dı: “Demokratiyada yoxsulluq - şahların dövründəki rifahdan, azadlığın kö-
ləlikdən yaxşı olduğu qədər yaxşıdır”. Sofistlərdən fərqli olaraq, obyektiv
həqiqətin mövcudluğuna inanan Sokrat hesab edirdi ki, yüksək və mütləq
nemət - xeyirxahlıq, insanın həyat məqsədinə çevrilməlidir, çünki yalnız o,
xoşbəxtliyə aparır. Xeyirxahlıq bilik tələb edir, onsuz xeyrin və şərin ma-
hiyyətinin dərk edilməsi mümkün deyil. Beləliklə, Sokrat, ləyaqətli həyata
və rifaha nail olmanın şərti kimi biliyin və etikanın cəmi olan ruhi mədə-
niyyətin əsas mahiyyətini açıqladı. Bununla belə, alimlər və filosoflar döv-
lət idarəçiliyi sahəsində diqqəti peşəkar biliklərin zəruriliyinə yönəldirdilər.
Belə ki, görünür, oliqarxiya dövlət quruluşuna rəğbət bəsləyən Sokrat, döv-
ləti idarə etmək bacarığını az sayda bilikli və ləyaqətli insanlar üçün müm-
kün olan “şahlıq məharəti” adlandırırdı.
15
Sofistlərin təbiətin sirləri və insanın inkişaf problemlərinin təhlili ilə bağlı
intellektual fəaliyyəti mədəniyyətin inkişafına inqilabi təsir göstərdi, yunanla-
rın ənənəvi təfəkkürünü dəyişdi. Protaqorun “Hər şeyin meyarı insandır...”
müddəasını yada salmaq kifayətdir. Protaqor tərəfindən ifadə edilmiş idrak nə-
zəriyyəsində nisbilik prinsipi düzgün, cəmiyyət üçün faydalı və həyatın tələblə-
rinə daha çox cavab verən qərarları seçmək bacarığının təkmilləşdirilməsinə
imkan verirdi ki, bu da şübhəsiz, demokratik idarəetmə mədəniyyətinin inkişafı
üçün mühüm əhəmiyyətə malik idi. Demokratik dünyagörüşünün formalaşdı-
rılmasına, Protaqor tərəfindən Abderadan olan yunanların dialektikaya - istəni-
lən əşyanın müxtəlif tərəflərdən (o cümlədən əks tərəfdən) nəzərdən keçirilmə-
si bacarığına öyrətməsi kömək etdi. Sözləri düzgün işlətmək, yığıncaqda və ya
məhkəmədə dəlillər və sübutlar sistemini tərtib etmək vərdişləri və bacarıqları
vətəndaşların inkişafı və ictimai həyatın demokratlaşması üçün geniş imkanlar
15
Onun sözlərini yada salaq: “Əgər mən fleytanı düzəltdirmək istəyirəmsə, fleyta ustasının
yanına gedirəm, gəmini təmir etdirmək istəyirəmsə, gəmiqayıranın yanına gedirəm, dövlətin
düzəldilməsi üçün isə hər kəs özünü yararlı hesab edir”.
İdarəetmə mədəniyyəti
163
açırdı. Protaqorun sayəsində dövlətin və hüququn, allahların iradəsinin deyil,
insanların arasında razılaşma nəticəsi kimi yeni, demokratik görmə imkanı ya-
randı. Əvvəllər ilahi qanun hesab edilən təbii və müqavilə hüququnun bir-birin-
dən fərqləndirilməsi onun dərkinə gətirib çıxardı ki, təbiət heç kəsi kölə yarat-
mayıb və insanlar bərabərdirlər, qul sahibliyi isə ədalətsizdir. Təbii hüquqa plü-
ralistik yanaşmadan çıxış edərək, bəziləri aristokratların imtiyazlarına qarşı
mübarizənin mümkünlüyünü, digərləri - daha güclünün daha zəiflər üzərində
hakimiyyət və hökmranlıq hüququnu əsaslandırırdılar.
Yunanlara yeni idrak, təhlil və tənqid metodları verən, inqilabi təfəkkür
daşıyıcıları olan sofistlər, qanunların və dövlətin ilahi mənşəyini şübhə altı-
na aldılar, dinin tarixi mənşəyini izah etməyə cəhd etdilər. Öz tənqidi və
təhlili təfəkkürünə görə Sokrat, Anaksaqor və Demokritə yaxın olan və in-
sanın davranış amillərini dərindən dərk etməsi ilə fərqlənən, b.e.ə. V əsr
Afina tarixçisi Fukidid iddia edirdi ki, tarix allahlar tərəfindən deyil, öz ma-
raqlarına uyğun hərəkət edən insanlar tərəfindən istiqamətləndirilir və in-
sanların təbiəti həmişə qanunlardan və müqavilələrdən daha güclü olur.
Buna görə də Fukidid belə bir nəticəyə gəlir ki, cəmiyyətin qanunlarının
dərk edilməsi üçün insanın təbiətini və onun təzahürlərini bilmək zəruridir.
Bütövlükdə, yunan alimlərinin cəmiyyətin diaqnostikası və sosial terapiya-
sına yol açan elmi-fəlsəfi müşahidələri və təcrübəsi insan həyatının qanuna-
uyğunluqlarının düzgün başa düşülməsi, sosial harmoniyanın əldə edilməsi
və dövlət idarəçiliyi texnologiyalarının təkmilləşdirilməsi üçün mühüm
praktik əhəmiyyət daşıyırdı.
Dövlətin daxilində sosial və siyasi mübarizə ilə, habelə yunan şəhər-
dövlətləri arasındakı müharibələrlə şərtlənən ənənəvi polis təşkilatının böh-
ranı, antik Yunanıstanda dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin
təkmilləşdirilməsi zəruriliyini yaratdı. Yunanların sosial-siyasi həyatının
mühüm amillərindən biri natiqlik sənəti idi. B.e.ə. 391-ci ildə Afinada so-
fistlərin ənənələrinin davamçısı natiq İsokrat tərəfindən mütəmadi təlimli
ilk ritorik məktəb açıldı. Məktəb siyasi hərəkatların başında durmağa və
xalqı arxasınca aparmağa iqtidarlı olan, siyasi həyatın və psixologiyanın
yaxşı bilicilərini hazırlayırdı. Məktəbdə insanların xarakterinin, siyasi həya-
ta təsir göstərmək, yunan hakimlərinə məsləhətlər hazırlamaq imkanı verən
dövlət qanunlarının və natiqlik istedadı qaydalarının öyrənilməsi təşkil edil-
mişdi. Yunanıstanın intellektual elita nümayəndələri, üzərində yunan döv-
lətçiliyinin qurulmalı olduğu məntiqi və elmi prinsiplərə, hökmdarların
keyfiyyətlərinə müəyyən diqqət ayırırdılar. Sokratın şagirdi, tarixçi Kseno-
font Afinalı özünün “Kiropediya” əsərində iran şahı Böyük Kiri monarxiya
tipli ideal dövlət quruluşu yaradan və ölkəni və insanları bacarıqla idarə
edən istedadlı hökmdar kimi xarakterizə etmişdir. O, idarəetmə üçün adam-
Fuad Məmmədov
164
ların püşk atmaqla sadə vətəndaşlar arasından seçildiyi deyil, “anadangəlmə
hökmranlıq etmək hüququna və zəruri hakim istedadı və bacarıqlarına ma-
lik” aristokratların seçildiyi dövlətçilik mədəniyyətinin üstünlüyünü qeyd
edirdi. Məlum olduğu kimi, Ksenofont qədim, hələ Likurq tərəfindən yara-
dılmış Spartanın aristokratiya qaydalarını dövlət quruluşunun idealı hesab
edirdi. O hesab edirdi ki, dövlət iqtisadi həyata fəal müdaxilə etməlidir. Za-
dəganların pərəstiş etdikləri Sokratın təkzibedilməz dəlillərinə istinad edən
Ksenofont, özünün “Gəlirlər haqqında” əsərində, - düzgün təşkil olunmuş
dövlət necə olmalıdır, vətəndaşların məişətini necə qurmaq və onların həyat
rifahını necə təmin etməyin lazım olması haqqında tövsiyələr verir. Periklə
qədərki Afinanın aristokratiya quruluşunun siyasi təbliğini aparan İsokratın
əksinə olaraq, onun şagirdi, böyük natiq Demosfen demokratik Yunanısta-
nın və onun Makedoniyadan asılı olmamasının müdafiəsinə çıxdı.
Görünür ki, antik dövlət idarəçiliyi elminin formalaşdırılmasına gör-
kəmli yunan alimləri Platon və Aristotel tərəfindən daha əhəmiyyətli töhvə
verilmişdir. Platon Afinada ilk dəfə “Akademiya” - qəhrəman Akademin
şərəfinə belə adlanan - fəlsəfə məktəbini yaratdı. O, fəlsəfi idealizm siste-
mini işləyib hazırladı ki, ona uyğun olaraq, insanın hissləri ilə qavranılan
dünya, – bütün şeylərin hissən duyulmaz, dəyişməz, təkcə filosofun təfək-
kürü ilə dərk olunan obrazların - sərbəst surətdə mövcud olan real “ideya-
lar” dünyasının yalnız zəif inikasıdır. Əsası bu konsepsiya üzərində qoyul-
muş Platon Akademiyası Aralıq dənizinin hər tərəfindən alimləri özünə
cəlb edirdi və təqribən 900 il - b.e. VI əsrinə qədər mövcud oldu. Demokri-
tin mexanistik materializminin əksinə olaraq, Platon idealizminin etik siste-
mi insan həyatını rifah və xeyirxahlıq anlayışları baxımından nəzərdən ke-
çirərək, dünyanı şüurlu başlanğıc tərəfindən nizamlanmış, ruhlandırılmış
(ruh verilmiş) təsəvvür edirdi. Platon etikası onun qəlbin üç tərkib hissəsi:
ağıl, iradə və hiss haqqında təliminə əsaslanır ki, buna da üç məziyyət uy-
ğun gəlir: ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiy-
yatı cilovlama – ağılın və ya özünü ələ almanın
16
əsası kimi. Bu məziyyətlə-
rin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır.
Bu dövrdə Afina demokratiyası, idarəetmənin təlim görməmiş və qabi-
liyyəti olmayan adamlar tərəfindən həyata keçirildiyi dövlət quruluşunu
ağılsız hesab edən aristokratların tənqidinə məruz qaldı. Aristokratlar hesab
edirdilər ki, belə rejimdə böyük azadlığa malik avam xalq gah cahillərin rə-
yinə, gah qara camaata yaltaqlanmağı və ya onları pulla ələ almağı bacaran
mənfəətgüdən demaqoqların rəyinə qulaq asaraq, dövlət işlərini kortəbii
16
Ola bilsin, Azərbaycan dilində “mənəvi mədəniyyət” kimi öz əksini tapan, ağıl haqqında
qəlbin komponenti kimi yayılan təəsəvvür ənənəsi başlanğıcını buradan götürüb.
İdarəetmə mədəniyyəti
165
həll edir. Belə dövlət mükəmməl deyil, çünki burada hər kəs ümumi fayda
haqqında deyil, şəxsi mənfəət barədə düşünür və “heç kəs idarəetmə elminə
yiyələnməyə can atmır”. Zamanın tələblərinə cavab verərək, Platon ideal
dövlətin utopik konsepsiyasını hazırladı. O, xalq hakimiyyətinə deyil, müx-
təlif sosial qrupların maraqlarının razılaşdırılması və bərabər tabeliyi ilə
şərtlənən “ədalətə” əsaslanmanı nəzərdə tuturdu. Filosofların idarə etməli
olacaqları bu dövlətin iqtisadi əsası əkinçilikdən gələn gəlir ola bilərdi; o öz
dövlət sistemindən ticarətin və pul tədavülünün çıxarılmasını nəzərdə tutur-
du. Cəmiyyətin sosial strukturu üç təbəqə ilə təqdim olunurdu: filosoflar,
intizamı təmin edən hərbi-keşikçilər, hərəsi öz funksiyalarını yerinə yetirən
əkinçilər və sənətkarlar. Dövlətin ədalətli idarəsi filosof hökmdarların müd-
rikliyi ilə təmin edilməli idi. Belə dövlətdə filosoflar və keşikçilər ayrı-ayrı
bərabərhüquqlu qruplarla yaşayırlar və ümumi əmlaka malikdirlər, çünki
ailə kimi şəxsi mülkiyyət də eqoizm doğurur və ümumi işə zərər yetirir.
Buna görə də uşaqları ailə deyil, Likurqun dövründə Spartada qəbul edildi-
yi kimi, dövlət tərbiyə edir. Belə dövlətin məqsədinin elmlərin, xüsusilə də,
fəlsəfənin inkişafı sayəsində əldə edilən mənəvi kamillik haqqında qayğı
olduğu bildirilirdi. Dövlət idarəçiliyi iqtisadiyyatın, incəsənətin, hərbi işin,
gənclərin təlim və tərbiyəsinin inkişaf proseslərinin düşünülmüş təşkilini və
dəqiq nizamlanmasını nəzərdə tuturdu. Bununla bərabər Platonun konsepsi-
yası Yunanıstanın aristokratiya və ya monarxiya quruluşu ənənələrinə qa-
yıtmasını nəzərdə tuturdu ki, bu da azad vətəndaşların əksəriyyətinin öz si-
yasi hüquqlarından məhrum olmalarına səbəb ola bilərdi.
Platon Akademiyasından gəlmə, onun çox böyük şagirdlərindən biri -
Aristotel idi. Antik dünyanın universal biliklər sisteminin yaradılmasındakı
böyük xidmət, yüksək mədəniyyət daşıyıcısı olan Aristotelə məxsusdur. Öz
dövrünün fəlsəfi biliklərinin sistemləşdirilməsi nəticəsində Aristotel fəlsə-
fəni riyaziyyat, fizika, metafizikanı da ona əlavə etməklə - nəzəri, və etika-
nı, siyasəti, ritorika, iqtisadiyyat və poetikanı aid etdiyi - praktik fəlsəfəyə
ayırdı. Aristotelin hazırladığı elmi təfəkkürün qanunları və qaydaları, tədqi-
qatlar və dəlillər metodları, məntiqin müstəqil elm kimi ayrılması, nəzəri
anlayışların və incəsənətlərin ümumi təsnifatı, heyvanların mənşəyi haqqın-
da təlim - dünya mədəniyyəti xəzinəsinə daxil olmuş və dünya xalqlarının
çoxunun varına çevrilmiş antik Yunan ruhi mədəniyyətinin böyük elmi irsi-
nin yalnız bir hissəsidir. Platonun idealizm sistemində ümidi boşa çıxan
Aristotel, Likey adlandırılan (Apollon Likeylinin şərəfinə) “peripatetik” -
yeni elmi məktəbin əsasını qoydu. Platonun əksinə olaraq, Aristotel, “ideya-
ların” müstəqil mövcudluğunu inkar edirdi və empirik dərk olunan “şeylə-
rin” reallığını təsdiq edirdi. O, ideya (onun terminologiyasına görə, forma)
və əşyanın ayrılmazlığına, biliklərin hisslərdən əmələ gəlməsinə inanırdı.
Fuad Məmmədov
166
Aristotelə görə imkan hərəkət sayəsində gerçəkliyə çevrilir: ideya (forma)
maddiləşir, materiya formalaşır. Hərəkəti bilməmək təbiəti bilməməklə nə-
ticələnir. Təmiz, yəni materiyadan ideya ilə ayrılan - (bütün şeylərin forma-
sı) fikirdir, şüurdur. “Öz-özünü düşünən” şüur – allahdır. Allah – tək və
əbədi olan, hərəkətsiz təkanverici qüvvə rolunu oynayır. Aristotelin entele-
xiya (“bütün formaların forması”) haqqında təlimi bütün varlıqların başlan-
ğıc məqsədəuyğunluğunun etirafına əsaslanır. Ona uyğun olaraq, bütün ha-
disələrin son səbəbi və eyni zamanda onların məqsədi “ilk təkanverici qüv-
və” – hərəkətsiz, dəyişməz, mükəmməl, materiya ilə bağlı olmayan Dünyə-
vi Şüurdur. Maddi dünyanın dərk edilməsinin mümkünlüyü haqqında danı-
şarkən, Aristotel qeyd edir ki, ümuminin ayrı-ayrı şeylərdə dərk edilməsi
təfəkkür sayəsində, empirik duygulara əsaslanan nəzəri anlayışların köməyi
ilə əldə edilir. Xoşbəxtliyə nail olma ilə bağlı Aristotelin ideal dövlət quru-
luşu konsepsiyası düşünülmüş yanaşma və realizmi ilə fərqlənir. Xoşbəxtlik
- insanın bütün səylərinin məqsədidir. Xoşbəxtliyə aparan yol - xeyirxahlı-
ğa əməl etməkdən ibarət olan şüurlu fəaliyyətdən keçir. Yaxşılıq – ifratlar
arasında orta vəziyyətdir. Onun dövlətçilik modelinin əsasını qədim dünya-
da mövcud olan hakimiyyət formalarının və onların həyata keçirildiyi
konkret tarixi şəraitlərin ciddi təhlili təşkil edirdi. Özünün məşhur “Siyasət”
elmi əsərində alim yunan dövlətlərinin hakimiyyət formalarını və qanunla-
rını tənqid etmişdir. Onun tərəfindən dünyanın 158 dövlətinin siyasi təşkilat
tipləri tədqiq edilmişdir ki, onların müqayisəli təhlili əsasında alim, aristok-
ratik, müstəbid və demokratik quruluşdan azad, dövlət quruluşunun ən yax-
şı forması kimi “politiyanı” - orta qızıl həddi təklif etmişdir.
Uzunsürən müharibələr nəticəsində yaranan böhranla şərtlənən, torpaq
mülkiyyətinin, sənətin və ticarətin azsaylı varlı təbəqənin əlində cəmləşmə-
si, istehsalatda əməyin bölünməsi, uzunmüddətli müharibələr nəticəsində
yaranan böhran b.e.ə. V əsrin sonu - IV əsrin birinci yarısında azad vətən-
daşlar arasında artan sosial təbəqələşməyə səbəb oldu. B.e.ə. IV əsrin so-
nunda tarixin səhnəsində yeni fəaliyyət göstərən sima – Makedoniya mey-
dana çıxdı. Bacarıqlı hökmdar kimi şöhrət qazanmış II Filippin, İskəndərin
atasının dövründə, Makedoniya - öz siyasi və ictimai qaydalarına görə arxa-
ik, güclü iqtisadi əsasını Frakiyadakı qızıl mədənlərinin təşkil etdiyi yarım-
barbar ölkə idi. II Filippə, Fars dövlətinə qarşı onun tərəfindən formal ola-
raq yaradılmış yunan şəhər-dövlətlərinin Korinf ittifaqının köməyi ilə Yu-
nanıstanda öz hegemonluğunu təsdiqləmək müyəssər oldu. Bu dövrdə de-
mokratik idarə etməyə düşmən münasibətində olan aristokratiya, II Filipp
Makedoniyalını öz siyasi mövqelərinin və bütün Yunanıstanın sabitliyinin
siyasi dayağı kimi görərək, ümidlə nəzərlərini ona yönəltdilər. Məlum oldu-
ğu kimi, Yunanıstan, Makedoniya və Fars dövlətini özündə birləşdirən
İdarəetmə mədəniyyəti
167
ümumdünya monarxiyası yaratmağa can atan Makedoniyalı İsgəndərin ölü-
mündən və iyirmi illik daxili müharibələrdən sonra İsgəndərin sərkərdələri
b.e.ə. IV-III əsrlərin hüdudunda, onun keçmiş imperiyasının ərazisində öz
padşahlıqlarının əsasını qoydular. Bu, Ptolemeylərin – Misirdəki, Selevki-
lərin – Suriyadakı, Antiqonidlərin – Makedoniya və Yunanıstandakı elli-
nizm şahlıqları, Frakiyada və Kiçik Asiyanın şimal hissəsində özünüidarəni
saxlayan Lisimax dövlətləri idi. Yunanıstanın siyasi müstəqilliyinin itiril-
məsi dövlətçiliyin və siyasi quruluşun polis formasının mövcudluğuna son
qoydu. Şəhər-dövlətlər yerli özünüidarə vahidlərinə çevrildilər. Ellin dün-
yasının mərkəzləri yeni ellinizm şahlıqlarının mərkəzləri oldu. Bu dövrdə
yeni, şərq elementlərini mənimsəyən yunan mədəniyyəti kosmopolit ellin
mədəniyyətinə çevrilirdi. B.e.ə. III əsrdə Misirdəki İsgəndəriyyə, b.e.ə. II
əsrdə isə Perqam da mədəni fəaliyyət mərkəzi oldu. Ellin dünyasında yara-
nan elmi müəssisələrin örnəyi Aristotelin məktəbi idi. III əsrin əvvəlində
Aristotelin şagirdi Demetri Falerskinin təklifi ilə Ptolemey Soter İsgəndə-
riyyədə Museyonun (muzalar məbədi) – antik dünyada altı yüz il mövcud
olmuş, ən iri elmi-təhsil mərkəzinin əsasını qoydu. Museyonun tərkibinə:
alimlərin yığıncağı üçün çox geniş iclas zalı, unikal kitabxana, nəbatat bağı,
zoopark, astronomiya rəsədxanaları, cərrahiyyə laboratoriyaları daxil idi.
Museyonun tərkibində fəaliyyət göstərən kitabxanada 100-dən 700 minə
qədər əl yazması kitabları sayılırdı. Burada alimlərin işi üçün çox gözəl şə-
rait, həmçinin onlara verilən təqaüdlər bir çox təhsil almış yunanları, fizika,
riyaziyyat, astronomiya, tarix, coğrafiya, filologiya sahəsindəki mütəxəssis-
ləri İsgəndəriyyəyə cəlb edirdi.
Bu dövrdə Afina elm, təhsil, incəsənət mərkəzi kimi öz əhəmiyyətini
saxlamışdı. Mədəni həyatda özünün natiqlik məktəbi, həkimlərin “Kos
məktəbi”, yerli heykəltəraşlıq məktəbi ilə məşhur olan Rodos adası da mü-
hüm rol oynayırdı. Lakin ellinizm dövründəki demokratik dövlətçilik mək-
təbi həmişəlik itirilmişdi. Yerli əhalinin sosial idarə edilməsinin başlıca
mənbəyi din oldu ki, onun vasitəsi ilə ellin hökmdarları xalqın psixologiya-
sına və şüuruna təsir göstərirdilər. Avtoritar idarəetmə üslubuna görə ellin
dövlətlərinin hökmdarları şərq müstəbid ölkələrinin şahlarını xatırladırdılar.
Makedoniyalı İskəndərin artıq özü üçün ilahi ehtiram müəyyən etməsini xa-
tırlamaq kifayətdir. “Proskünesis” yeniliyinə görə rəiyyətlər öz hökmdarla-
rının qarşısında səcdə etməli idilər. Ellinistik Misirdə Ptolemey II Filadelf
ailə sitayişi və öz şəxsi adamlarının ilahiləşdirilməsini tətbiq etməklə, istila
edilmiş ölkə üzərində ptolemeylər sülaləsinin hakimiyyətinə dini sanksiya
verməyə can atırdı. III Ptolemey və onun həyat yoldaşı Berenika da özlərini
“Allahlar-xeyirxahlar” elan etmişdilər. Şərq ayinlərinin təşviqi siyasətini
yeridərək, selevkilər özlərini Babilistan və digər dövlətlərin qədim hökm-
Fuad Məmmədov
168
ranlarının qanuni varisləri kimi təqdim edirdilər. Yunan filosoflarının siyasi
əsərlərində şöhrətləndirilmiş Selevkilər dövlətində şah hakimiyyəti hökm-
darların sitayişinə əsaslanırdı. Onlardan biri olan Antiox özünə “Teos”
(“Allah”) ləqəbini götürmüşdü. Ellin dövlətlərində yerli əhalinin geniş küt-
lələrini idarə edən yunan-makedon əyanlarının imtiyazlı mövqeyi, onlar tə-
rəfindən müəyyən edilmiş vergi yükü insanların sosial etirazını artırırdı.
İnsanın dəyər meyarı - mənşəyi və etiqadı deyil, zənginliyi, sosial vəziyyəti
və təhsili idi.
Ellinizm dövründə insanların əqli əhvalına və idarə olunmalarına o za-
man mövcud olan yunan fəlsəfə məktəbləri müəyyən təsir göstərirdi. Bu
dövr qarışıqlıq, şəxsi və sosial sabitsizlik, sabaha inamsızlıq və insanın xoş-
bəxtlik yollarının axtarışı dövrü oldu. Həyatın bir çox suallarına b.e.ə. III
əsrin - stoik, epikür və skeptik fəlsəfə məktəbləri cavab verməyə çalışırdılar.
Stoiklərin idealının sosial-etik əsasını insanların yüksək rifahı və bərabərli-
yi kimi, xeyirxahlığın etik ideyaları təşkil edirdi. Stoiklər şüurlu başlanğıc-
lara əsaslanan polietnik “dünyəvi dövlət” modelini yaratmışdılar. Belə döv-
lətdə hər şey hər kəsin özünün, doğmalarının, yoldaşlarının, vətənin və bü-
tün bəşəriyyətin qarşısında mənəvi borcunun dərk edilməsinə əsaslanır. Tə-
biəti loqos (əzəli qüvvə) tərəfindən nizamlanmış ilahi və şüurlu başlanğıc
kimi qavrayaraq, stoiklər insanları təbiət qanunlarını gözləməyə, xeyirxah-
lığa və xoşbəxtliyə nail olmaq üçün - “apateyə” - sərvətə, fiziki gözəlliyə,
sosial mövqeyə və hətta sağlamlığa qarşı qərəzsiz olmağa çağırırdılar. Sto-
iklərdən fərqli olaraq, xoşbəxtliyi mükafat kimi qəbul edən epikürçülər xe-
yirxahlığı xoşbəxtliyə nail olmaq vasitəsi kimi görürdülər. Xoşbəxtliyi izti-
rabların olmaması kimi dərk edərək, onlar aktiv həyatı – xəyalpərəst həyat
idealı ilə müqayisə edirdilər. Epikürçülər insan tələbatlarının məhdudlaşdı-
rılmasına çağırır və güman edirdilər ki, “kimin tələbatı azdırsa, onun həzzi
çoxdur”. Bununla yanaşı onlar ən yüksək ruhi zövq olan məhəbbət ayininə
etiqad edirdilər. Epikürçülərin - allahların insanların həyatına qarışmadığını
fərz edən təlimi - allah qarşısındakı qorxunu, həmçinin hissiz vəziyyət olan
ölüm qarşısındakı qorxunu dəf etməyə imkan verdi. Skeptik məktəb fəlsə-
fəsinin əsasını dərkedilməzlik ideyası təşkil edirdi. Skeptiklər güman edir-
dilər ki, gerçək mülahizələr olmur, onlar yalnız həqiqətə uyğun, az və ya
çox həqiqi ola bilərlər. Bunu nəzərə alaraq skeptiklər mülahizələrdən çəkin-
məyə çağırırdılar, çünki bu - sakitlik, şübhələrdən azad olma, kədərə və se-
vinclərə qarşı biganəlik verir.
Ellin dünyasında xeyli inkişaf etmiş dəqiq və təbiət elmləri müəyyən də-
rəcədə dövlətçiliyə xidmət edirdi. Ən görkəmli alimlərin, mühəndis-mexa-
niklərin və həkimlərin yaradıcılıq fəaliyyətləri bu dövrə aiddir. Onların ara-
sında: Herakteydən – Feofrast, Heraklit, Lampsakdan - Straton, Evklid,
İdarəetmə mədəniyyəti
169
Arximed, Perqadan - Apolloni, Strabon, Meqalopoldan - Polibi, Aristarx
Samosski, Kirendən - Eratosfen, mühəndislər: Diadet, Ktesibi, Filon, İskən-
dəriyyəli Heron, həkimlər: Halkedondan - Herofil, Erasistrat Keosski var-
dir. Belə ki, Evklidin “Həndəsənin başlanğıcı” əsəri yüz illər ərzində bir
çox ölkələrdə həndəsə üzrə mütləq dərs vəsaiti idi. Görkəmli yunan alimi
Arximedin yaradıcılıq fəaliyyəti son dərəcə səmərəliliyi ilə fərqlənirdi.
Onun tərəfindən müxtəlif həndəsi fiqur və cisimlərin səthinin sahəsi və həc-
minin təyin edilməsinin yeni metodları işlənib hazırlanmış, çevrənin uzun-
luğunun hesablanması düsturu təklif edilmiş, hidrostatika və nəzəri mexani-
kanın təməli qoyulmuş, planetari, suqaldırıcı maşın, atıcı döyüş topları və s.
düzəldilmişdir. Məşhur “Coğrafiya” əsərinin müəllifi Strabonun fikrincə,
coğrafiya – hökmdarlara və sərkərdələrə xidmət etmək kimi mühüm praktik
funksiyanı yerinə yetirməlidir. Coğrafi biliklərin inkişafı astronomiya ilə sıx
bağlı idi. İsgəndəriyyəli alim-astronom Aristarx Samosski, onu elmi sübut-
suzluqda və allahsızlıqda günahlandıran elmi mühitin sərt müqavimətinə
baxmayaraq, Kopernikdən 1800 il əvvəl Yerin və digər planetlərin Günəşin
ətrafında dövr etməsi barədə fərziyyə irəli sürmüşdü. Həm də istedadlı mü-
həndislər və konstruktorlar olan ellin dövrünün alimləri tərəfindən su dəyir-
manı, müdafiə maşınları - katapultlar (daş atan alətlər), petrabollar, “aeroto-
ton” (pnevmatik təsirli atıcı əl qumbarası), su saatı, nasoslar, hidravlik or-
qan, yanğın nasosu, su turbinləri, buxar turbinlərinin prototipi, uzağıölçən,
nivelirlər, mexaniki oyuncaqlar, avtomatlar və konstruksiyalar ixtira edil-
mişdir. B.e.ə. III əsrdə kitabxana işinin praktik ehtiyaclarından yeni elm -
filologiya əmələ gəldi. B.e.ə. II əsrin görkəmli tarixçisi Meqalopoldan olan
Polibi idi. Onun xidmətləri, alimin, (müasirlərinin etdiyi kimi) tarixi əyləndi-
rici-hekayə təsviri kimi deyil, dövlət idarəçiliyində nəzəri əhəmiyyətə malik
olan, cəmiyyətin inkişaf qanunlarını və gələcəyi görməni başa düşməyi öyrə-
dən praktik faydalı elm kimi nəzərdən keçirməsindən ibarət idi.
İnsanların taleləri əsas etibarilə insanın davranışına və sosial münasibət-
lərin nizamlanmasına təsir edən insan qəlbinin qarşısıalınmaz istəkləri ilə
müəyyənləşdirilirdi. İncəsənət cəmiyyətdə innovativ ideyaların və elmi nai-
liyyətlərin yayılmasına yardım edən güçlü maarifçi, etik və didaktik vasitə
idi. Doğulan Afina demokratiyasının ideyaları, Esxilin, Sofoklun, Evripidin
və digər görkəmli yunan şairlərinin bədii sənətinin böyük gücü sayəsində
xalq içərisində təsdiqlənir və yayılırdı.
Dostları ilə paylaş: |