AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

 

Qədim Hindistan 

 

B.e.ə. III minilliyin axırıncı üçdə bir hissəsi ilə tarixi göstərilən, b.e.ə. 

təxminən XVIII əsrdə mövcudluğunu dayandıran Hind sivilizasiyası, yazılı 

mənbələrin olmamasını  nəzərə alaraq təəssüf ki, öz dövlətçiliyinin, siyasi 

hakimiyyətin təşkil edilmə formalarının və idarəetmə sisteminin sirlərini 

hələlik bizə açmamışdır. Əsasən müasir Pakistan ərazisində yerləşən, onun 

üçün səciyyəvi şəhərlərin inşası və yerli mənşəli yazısı olan Harap və Mo-

hencodaro sivilizasiyasının tənəzzülünü, - səmərəsiz suvarma əkinçiliyinin 

aparılması və meşələrin qırılması ilə həyatın ekoloji amillərinin pisləşməsi-

nə, xüsusilə, təbii şəraitin dağıdılmasına səbəb olan, daha geridə qalmış qə-

bilələrin Hind vadisinə girməsi ilə əlaqələndirirlər. Şəhərlərin kənd yerləri 

ilə  əvəz edilməsi və  mədəniyyətin barbarlaşması, cəmiyyətin intellektual 

səviyyəsinin aşağı düşməsinə və buna uyğun olaraq, iqtisadiyyatın və eko-

loji təhlükəsizliyin tənəzzülünə  səbəb olmaya bilməzdi. Görünür, ehtimal 

etmək olar ki, hind sivilizasiyasının tənəzzül səbəblərindən biri dövlət ida-

rəçiliyinin az effektivli sistemi də ola bilərdi.  

Şimali Hindistanda sivilizasiyanın təşəkkülü b.e.ə. II minilliyin ikinci 

yarısından başlamışdı  və Ari hind-avropa tayfalarının buraya girməsi ilə 

əlaqədar idi. Hindistanda erkən dövlətlərin əmələ gəlməsinin “Vedi dövrü” 

b.e.ə. XIII-VII əsrləri  əhatə edir. Qədim hind sivilizasiyasının  əsası b.e.ə.    



Fuad Məmmədov

 

 

144



I minilliyin ortalarında yaranmışdır. Bu dövrdə Hindistanda iyirmiyə yaxın 

iri dövlət təxmin edilirdi. Məlum olduğu kimi, tərcümədə “alicənab” məna-

sını verən “ari” sözü, qədim hind və qədim  İran tayfa birliklərində hakim 

qəbilələrin öz-özünə verdiyi ad idi. Sonrakı vedi dövründə hind-ari hökm-

darları (racələr) ilk əvvəl əsasən hərbi başçılar idi. Ənənəvi olaraq bütün sa-

ray əyanlarının çoxu racənin qohumları idi və bu, dövlətdəki qarşılıqlı mü-

nasibətlərə ailə əlaqələri xarakteri verirdi. Qohumların dəstəyi hakimiyyəti 

əldə etmək və “anadangəlmə  bərabər” olan rəqiblər üzərində  qələbə üçün 

lazım idi. Hakimiyyət xalqdan vergi yığmaq imkanı kimi nəzərdən keçiri-

lirdi ki, onun bir hissəsi böyük qurbanlara sərf edilirdi. Şimali Hindistanın 

böyük siyasi qurumlarının hökmdarları özlərini “ali” və “mütləqiyyət” pad-

şahları adlandırırdılar. “Şahların ən yüksək siyasi uğuru“ atın qurban kəsil-

məsi mərasimi hesab edilirdi, onun köməyi ilə qurbanlıq atın ayağı hara də-

yirdisə, o torpaqlarda padşahlar öz ali hakimiyyətinin tanınmasına nail olur-

dular. Ənənələrin qoruyucuları və qeyri-adi müdriklər sayılan kahinlər, mü-

əyyən edilmiş ictimai qaydaların mühafizəsini təmin edən tayfaların hakim-

ləri funksiyasını yerinə yetirirdilər.  

Sonrakı vedi dövründə sosial-iqtisadi münasibətlərdə və hind dövlətçili-

yində əhəmiyyətli dəyişikliklər müşahidə edilir, onun xüsusiyyəti bu idi ki, 

o, fasiləsiz xarakter daşımırdı. Tam hüquqlu mülkədar-icmaçılar yerli ida-

rəetmə məsələlərini toplanışlarda müzakirə edirdilər. Yerli icma özünüida-

rəsinin hüquqi əsasını adi hüquq təşkil edirdi. Kəndin başında, dövlət haki-

miyyəti qarşısında icmanı təmsil edən ağsaqqal dururdu. Hər vilayətin hü-

dudları dairəsində eyni ictimai statusun ailələri qapalı birliklər - daxili vəh-

dəti iqtisadi maraqlar və dini adətlərlə  şərtlənən kastalar yaradırdılar. Hər 

kateqoriya simalarının statusu irsi və dəyişməz idi, onların öz aralarındakı 

ənənəvi münasibətləri isə  əmək bölgüsünün, hind kəndinə sosial sabitlik 

verən qarşılıqlı hüquq və vəzifələrin öz sistemini nəzərdə tutan kasta iyerar-

xiyası formasında həyata keçirilirdi.  

Struktur baxımından kasta münasibətləri cəmiyyətin, müxtəlif sosial nü-

fuza malik dörd varnaya bölünən sosial təşkilatına uyğun gəlirdilər. Mülkə-

darların ən yüksək kastası brahmanlara və ya kşatrilərə, ticarət-sələmçi his-

sə - vayşyamlara, sənətkarlar və kəndlilər - şudralara, ən ağır və çirkli mə-

rasimi işlərlə məçğul olanlar isə - “toxunulmazlar” kastasına aid edilirdilər. 

Hind cəmiyyətində muzdlu və icbari əmək geniş tətbiq olunurdu, köləliyin 

müxtəlif formaları vardı, bu səbəbdən Qədim Hind dövlətçiliyi quldarlıq 

xarakteri daşıyırdı. Xəzinənin doldurulma mənbələri vergilər idi. Alim 

brahmanlara, məbəd və monastırlara aid olan torpaqlar, bir qayda olaraq, 

vergi ödənişindən azad edilirdi.  


İdarəetmə mədəniyyəti 

 

145



Qədim Hindistanda dövlətçiliyin formalaşması prosesində qəbilə başçı-

ları və nəsli əyanlar, sahiblik səlahiyyəti adətən ali hakim tərəfindən təsdiq-

lənən ictimai sərvətləri öz əllərində  cəmləşdirmişdilər. Bununla bərabər 

mərkəzi hakimiyyət varislik hüquqlarını rejimə daha artıq loyal nümayən-

dələr üçün təsbit etməyə cəhd edirdi. Öz hakimiyyətini möhkəmləndirmək 

məqsədi ilə çox vaxt hökmdarlar öz qohumlarını və tərəfdarlarını yerli ha-

kimlərin əvəzinə irəli çəkərək, onların yerli əhali ilə qurulan münasibətləri-

ni zəiflədən yerdəyişmə siyasəti aparırdılar. Yeni məmurlara müvəqqəti 

olaraq verilən torpaqlar hər vaxt geri alına bilən “yemləmə” mənbəyi kimi 

nəzərdən keçirilirdi. Bu, əks prosesi – şahın yüksək mənsəb sahibləri üçün 

ayrılmış torpaqları irsi mülkiyyətə çevirmək cəhdini stimullaşdırırdı. Bu re-

allıqlar sosial ziddiyyətlər və siyasi sabitsizliyə səbəb olurdusa da, Qədim 

dövrün sonunda Hindistanda iri mülkədarlığın inkişafı müşahidə olunurdu. 

Bu proses Hindistanda feodal dövlətçiliyi əsaslarının tədricən formalaşma-

sına yardım edirdi.  

Qədim Hindistanda dövlət idarəçiliyi xüsusiyyətlərini başa düşmək üçün 

nəzərə almaq lazımdır ki, cəmiyyətin idarə edilməsi sisteminə din böyük tə-

sir göstərirdi. Əyanların zənginliyinin əsasının hakimiyyətə sahiblik oldugu 

vedi dövründə qurban kəcməyə böyük dini əhəmiyyət verilirdi, çünki hesab 

edilirdi ki, “allah ... onu mədh edənləri mükafatlandırır”. Budda dövründə 

mərasim və qurbandan imtina ilə  əlaqədar olan ənənəvi dünyagörüşünün 

dəyişməsi baş verdi. Qurbanlıq ayininin məqsədinin ailələrin və icmaların 

rifaha yetişməsi olduğu vedi dinindən fərqli olaraq, budda dini təlimi dini 

azad olmanın insanın sosial mövqeyindən asılı olmağını elan edərək, əsas 

məqsəd kimi şəxsiyyətin azadlığını bildirirdi. Hökmdarların buddizmi hi-

mayə etməsi həm də onunla şərtlənirdi ki, bu din “möminlik şahlığının” 

əsasının asılı olduğu dünyanın hömdarı idealını irəli sürdü, möminliyin ya-

yılması (“dxarma çarxının dönməsi”) isə eyni zamanda bu dini ideala cavab 

verən hökmdarın hakimiyyətinin güclənməsi demək idi. Kuşan hökmdarla-

rının himayəsi nəticəsində buddizm şərqi İranda, Mərkəzi Asiyada, Çində, 

Yaponiyada, Tibetdə  və Monqolustanda yayıldı.  Əsasını çoxsaylı  Qədim 

Hindistan xalqlarının arxaik inamları – təbiət və heyvan ayinləri, ilahə-ana-

ya və kainatın əsası olan, hər yerdə mövcud Yaradan Allaha (Vişnuya və ya 

Şivaya) sitayiş təşkil edən ənənəvi hinduizm də dövlət idarəçiliyində müəy-

yən rol oynayırdı. Hinduizm üçün səciyyəvi cəhət insanın əsli ilə təyin olu-

nan əxlaqın nisbiliyi haqqında müddəa idi (hər bir insan özünün irəlicədən 

təyininə və vəzifəsinə malikdir, və biri üçün yaxşılıq olan bir şey, başqası 

üçün günah ola bilər). Buddizmi tədricən sıxışdırıb aradan çıxaran hinduiz-

min xüsusiyyəti onun ideyalarının müxtəlif və ziddiyyətli olması, başlıca 



Fuad Məmmədov

 

 

146



mahiyyətinin isə - dini təlim deyil, hind cəmiyyətinin sosial konservatizmi-

nə yardım edən mərasim qaydalarına və sosial normalara riayət etmək idi.  

Suvarma əkinçiliyi və dəmir əmək alətlərinin yayılması ilə bağlı istehsal 

vasitələrində inkişaf b.e.ə. VI-III əsrləri əhatə edən buddizm dövründə şə-

hərlərin intensiv tikilməsinə, Şimali Hindistanın iqtisadi və siyasi inkişafına 

yardım edirdi. Əgər vedi dövründə idarəetmə “çoxqütblü” xarakter daşıyır-

dısa və tayfa sülalələrinin əlində idisə, hakimlər isə tayfa ərazilərinin siyasi 

mərkəzlərini təşkil edən qalalarda başçılıq edirdilərsə  də, budda dövründə 

həm strateji, həm də yerli xarakterli şəhərlərin tikintisi adi hal almışdı. Bu-

na əmək bölgüsündəki tərəqqi, əmtəə-pul münasibətlərinin inkişafı və sosi-

al təbəqələşmə imkan verirdi. Dövlət idarəçiliyi prosesində, başçılarının şə-

hər özünüidarəsi tərkibinə daxil olduqları tacir birlikləri və  sənətkarların 

birləşdikləri sex təşkilatları mühüm rol oynayırdılar. Peşə vərdişləri varis-

liklə ötürüldüyünə, nigahlar isə sosial dairə hüdudunda bağlandığına görə, 

belə birliklərin üzvləri patriarxal xarakterə malik çox böyük “ailələr” və ya 

klanlar əmələ gətirirdilər.  

Ailənin idarə edilməsi ənənəsi də öz xüsusiyyətlərinə malik idi. Ailə rifahı-

nın əsası dini qurbanlar, ailəni birləşdirən ideoloji amil isə - ata-baba ibadəti 

hesab edilirdi. Ailələrin həyat fəaliyyətinin ən vacib məsələləri daha nüfuzlu si-

maların başçılıq etdikləri qohumların yığıncaqlarında həll olunurdu. İcmaların 

qarşılıqlı yardım ənənələrinin möhkəmliyi ilə fərqlənən “böyük ailə” və ya qə-

bilə çərçivəsində daha mötəbər ailələr digərlərinə hımayədarlıq edirdilər, əvə-

zində isə onların xidmətlərindən geniş istifadə edirdilər.  

Qədim hind cəmiyyətində baş verən sosial dəyişmələr dövlətin təşkili və 

idarəçiliyində  dəyişikliklər prosesinə  səbəb olurdu. Əvvəllər tayfaların ki-

çik hökmdarlarına istinad edən dövlətçiliyin inkişafı nəticəsində b.e.ə. I mi-

nilliyin ortalarında  Şimali Hind dövləti hakimlərinin dayağı xidmətdə ol-

muş zadəganlar və formalaşan inzibati aparat oldu. İrsi aristokratiya tədri-

cən mərkəzdə hakimlik edən sülalənin “adamları”, o cümlədən, “xalqın” 

nümayəndələri - vayşlar kastası tərəfindən sıxışdırılırdı. Formalaşan dövlət 

idarəçiliyi sisteminin xüsusiyyətlərindən biri o idi ki, dövlətdə insanın zən-

ginliyi və onun nüfuz dərəcəsi yüksək varnalardan əmələ  gəlməsindən az 

əhəmiyyət daşımırdı. Lakin bütövlükdə cəmiyyətin sosial sürət qabiliyyəti 

iyerarxiya kasta sisteminin saxlanılması ilə məhdudlaşdırılırdı. Silki ideolo-

giya nöqteyi-nəzərindən əsaslandırılmadan cəmiyyətdə insanın sosial statu-

sunun dəyişilməsi mümkün deyildi.  

Şimali Hind dövlətlərinin  əksəriyyətində padşah sülalələri hakimlik 

edirdi, baxmayaraq ki, başlıca olaraq, periferiyalarda – şimal-qərbdə - Pən-

cəbdə və uzaq şimal-şərqdə - Himalay dağlarına yaxın rayonda oliqarxiya 

dövlətləri də mövcud idi. Hindistanın oliqarxiya dövlətləri də öz xüsusiy-



İdarəetmə mədəniyyəti 

 

147



yətlərinə malik idilər. Burada hakimiyyət əyanların məhdud dairəsinə məx-

sus idi ki, onun içərisindən dövlət başçısını seçirdilər. Dövlət ayrı-ayrı 

knyazlıqlar federasiyasından ibarət idi ki, onların hər biri mərkəzi idarəet-

mə orqanında “racə” padşah titulu daşıyan sima ilə təmsil olunurdu. Racə-

lər “Şurası” bürokratik idarəetmə aparatının yerinə yetirməli olduğu siyasi 

qərarlar qəbul edirdi. Dövlətçilik forması həmin regionun sosial münasibət-

lərinin səviyyəsi və xarakterindən asılı idi. Hökmdarların hakimiyyətinin 

dayağı, dövlət idarəçiliyi aparatı kimi, kənd  əhalisindən toplanan vergilər 

hesabına saxlanılan peşəkar ordudan ibarət idi.  

B.e.ə. VI əsrin sonunda Qəndhar və Hindu Əhəmənilər imperiyasının 

satraplıqlarına çevrildi. B.e.ə. I minilliyin ikinci yarısında Hindistanın döv-

lətçilik mədəniyyətinin inkişafına ellinizm monarxiyaları ilə Mərkəzi Asiya, 

Parfiya, Roma və Çin xanlığı tayfalarının  əlaqələrinin genişlənməsi  əhə-

miyyətli təsir göstərdi. Digər xüsusiyyət, siyasi xəritənin ifrat rəngarəngli-

yinə və siyasi tarixin dəyişkənliyinə, iri Hind dövlətləri arasında siyasi he-

gemonluq uğrunda gedən fasiləsiz mübarizəyə baxmayaraq yaranan Hindis-

tanın mədəni ənənələrinin sabitliyidir. Yadelli istilalar və mədəni mübadilə 

Hindistanda yaranmış  mədəni  ənənələri pozmurdu, amma onun möhkəm-

lənməsinə və zənginləşməsinə kömək edirdi. Çin sivilizasiyası kimi, Hind 

sivilizasiyası da qədimdə yaranmış  mədəniyyətinin bütövlüyünə görə orta 

əsrlər ərzində və Yeni dövrdə qüvvədə qalmışdır. 

Hindistanın  şərq regionlarında siyasi hegemonluq uğrunda dörd ən iri 

mərkəz – Mahadha, Koşala, Vatsa və Avanti arasında mübarizə davam 

edirdi. B.e.ə. III əsr üçün Mahadhada Nandlar sülaləsi tərəfindən ilk ümum-

hind dövləti yaradıldı. Tezliklə onu Pəncabdan Benqala qədər Şimali Hin-

distanı, habelə Dekanı özünə tabe edən Maurilər sülaləsi (b.e.ə. 317-180) 

əvəz etdi. Mauri dövləti  ən yüksək tərəqqiyə b.e.ə. III əsrin ortalarında 

Aşok padşahın dövründə yetişdi. Ona daxil olan ölkələr bir neçə geniş əya-

lətlər yaratdılar. Mauri dövlətçiliyi zəif, desentralizasiya olunmuş idi. Döv-

lətin ayrı-ayrı vilayətlərinin idarəçiliyi yerli sülalələr və ya oliqarxiya bir-

likləri tərəfindən həyata keçirilirdi. Dövlət hakimiyyəti nümayəndələri çox 

vaxt tayfa başçılarını dövlət qulluğüna dəvət etməyə  məcbur olurdular. 

Hökmdarın hakimiyyəti, qohumlardan və dövlət idarəçiliyi aparatında  ən 

yüksək vəzifələri tutan daha məşhur nəslin nümayəndələrindən ibarət olan 

şahın şurası ilə məhdudlaşırdı. Artıq b.e.ə. II əsrdə Mauri dövləti dağıldı. 

Güman edilir ki, iri hind dövlətlərinin padşahları (Nandlar və Mauri süla-

lələri) bürokratik aparatın formalaşdırılması prosesində maliyyə idarəçiliyini 

öz əlində cəmləşdirmək məqsədilə idarəetməyə özlərinin daha az tanınan irəli 

çəkilmiş adamlarını cəlb edərək, qədim aristokratların (kşatrilərin) imtiyazla-

rını  məhdudlaşdırırdılar. Onların siyasətində  və idarəetmə sistemində dini 



Fuad Məmmədov

 

 

148



ideologiyaya xüsusi yer ayrılırdı. Aşoka və digər şahlar qeyri-ənənəvi dinlərə, 

xüsusilə, möminlik və doğruluq dini olan buddizmə himayədarlıq edirdilər, 

ona tərəfdarlıq hakimiyyətin siyasi loyallığı kimi nəzərdən keçirilirdi. Mö-

minlik bütün dünyanın fəth edilməsi vasitəsi kimi elan edilirdi.  

İlk hind dövlətinin tarixi əhəmiyyəti onunla şərtlənirdi ki, dövlət idarə-

çilyinin zəifliyinə baxmayaraq, orada bərqərar olan dövlətçilik və buddiz-

min mədəni rolu Cənubi Asiya ölkələrinə təsir göstərən qədim hind sivili-

zasiyasının inkişafına yardım etdi. Bu dövrdə yaranan hind mədəni birliyi 

əsrlərlə qorundu. Zəbt edilmiş ölkələrdə əvvəlki idarəçilik və inzibati idarə-

çilik aparatı qorunurdu. Yalnız 3-5 il ərzində hökmdarlar onlara tabe olan 

ərazilərdə öz hüquqlarının nümayişi və yerlərdəki vəziyyətin nəzarəti üçün 

əyalətlərə xüsusi məmurlar göndərirdilər.  

Mərkəzi Asiyadan Hindistana saks tayfalarının girməsi nəticəsində b.e.ə. 

I əsrdə bir sıra hind-türk dövlətləri yarandı. Qonşu dövlətlər üzərində hege-

monluq əldə edən bu dövlətlərin hökmdarları özlərini “şahlar şahı” adlandı-

rırdılar. Bu dövlətlərdə canişinlik sistemi – satraplıqlar tətbiq edilmişdi. 

Satraplar böyük idarəetmə müstəqilliyindən faydalanırdılar. Yeni eranın 

hüdudunda Şimal-Qərbi Hindistanın bir sıra vilayətləri parfiyalılar tərəfin-

dən istila edildi. Yeni eranın ilk əsrlərində Hindistanın Şimal-Qərb hissəsi 

sonralar öz hakimiyyətini Qanq vadisində böyük ərazilərə də yayan Kuşan 

dövlətinin tərkibinə daxil oldu. Bu dövrdə hind mədəniyyətinin  İran, türk 

və yunan-Roma mədəniyyətləri ilə qarşılıqlı əlaqəsi olurdu. IV-V əsrlərdə 

Hindistanda, Şimali Hindistanın əsas ərazisini öz hakimiyyəti altında birləş-

dirən Qupt sülaləsinin bərqərar olduğu Maqadha gücləndi. Lakin bütövlük-

də siyasi vəziyyət çox qeyri-sabitlıiyi, vaxtaşırı müxtəlif dövlətlərin yaran-

ması və dağılması ilə fərqlənirdi ki, bu da, son olmayaraq, dövlət idarəçiliyi 

sisteminin siyasi effektivliyinin kifayət olmayan göstəricilərindən biri idi. 

Buna baxmayaraq iqtisadi inkişafın uğurları göz önündə idi, bunu yüksək key-

fiyyətli polad

14

 istehsalı və Kuşan şahlığından keçən Böyük İpək yolunun sə-



bəb olduğu beynəlxalq ticarət sahəsindəki nailiyyətlər təsdiqləyir.  

Milyonlarla savadsız hindlilərin dünyagörüşünə hinduizmin əsl ensiklo-

pediyası olan “Mahabharata” və “Ramayana” kimi epik mədəniyyət abidə-

ləri böyük təsir göstərmişdir. Hind mədəniyyətinin özünəməxsus inkişafın-

da dini qaydaları, Budda fəlsəfəsi və psixologiyasını, həmçinin Buddanın 

kəlamlarını, onun həyatı haqqında ibrətli hekayələri və əfsanələri saxlayan 

Budda ədəbiyyatının “Tipitaki” kimi abidələri çox mühüm rol oynamışdır.  

                                                            

14

 Məlum olduğu kimi, Şah Çandranın yazısı olan məşhur dəmir sütunda 1,5 min il ərzində 



heç bir pas aşkar olunmamışdır.  

İdarəetmə mədəniyyəti 

 

149



Qədim hind mədəniyyəti xəzinəsində - ilk abidələri hökmdar Aşoka aid 

olan qədim hind yazısı, b.e.ə. V-IV əsrlərdə Panini tərəfindən tərtib edilmiş 

sanskrit qrammatikası, əsasən müqəddəs mətnlərin şərhinə, riyaziyyatda sı-

fır rəqəminin tətbiqinə və “ərəb rəqəmlərinin” kəşfinə həsr olunmuş, bir ne-

çə rəqabət aparan məktəblərin daxil olduğu qədim hind fəlsəfəsi, Aryabhat-

tanın (V əsr) Yerin öz oxu ətrafında fırlanması və onun Günəş ətrafındakı 

hərəkəti haqqında fərziyyəsi, qədim hind təbabətindəki nailiyyətlər, antik 

dövrün sonuna aid edilən təbiyyat elmləri üzrə xüsusi elmi əsərlər və s. ki-

mi nailiyyətlər vardır. Fonetika, etimologiya, dilçilik kimi qədim hind elm-

lərinin inkişaf xarakterinə bədii mətnlərin öyrənilməsinin və dəqiq əks etdi-

rilməsinin  ənənəvi brahman sistemi mühüm təsir göstərmişdir. Çoxsaylı 

özünəməxsus memarlıq və incəsənət əsərləri arasında Kalidasanın “Şakun-

tala” faciəsi, “Pançatatra” təmsilləri kimi qədim hind ədəbiyytının yeni era-

nın birinci əsrlərinə aid abidələrini qeyd etmək lazımdır. Siyasi idarəetmə 

bacarığı haqqında ən qiymətli mənbə “Arthaşastra” elmi əsəridir.  

 

Qədim Çin və Qədim Koreya 

 

Uzun müddət nisbi təcrid edilmə şəraitində inkişaf edən dünya mərkəz-



lərindən biri Çin olmuşdur. B.e.ə. ikinci minillikdə burada ibtidai-icma qu-

ruluşunun dağılması  və çox qədim dövlətlərin yaranması baş vermiş, bu 

prosesdə, ehtimal ki, hər birinin öz dövlətçiliyini formalaşdırdığı İn və Çjou 

etnik birllikləri yaranmışdır. Dövlətin başında ali hökmdar - van dururdu. 

Bu dövrdə İn və Çjou etnik birliklərinin qarşılıqlı əlaqəsi nəticəsində Xuan-

xe çayının orta axarında Qədim Çin etnosu yarandı. B.e.ə. II minilliyin so-

nunda Çjou istilası İn dövlətini süquta uğratdı. Kitab şəklində bu günümüzə 

qədər gəlib çıxan tarixi əsərlər Çin dövlətçiliyi inkişafının b.e.ə. I minillik-

də də davam etdiyini, nəticədə ilk mərkəzləşdirilmiş dövlət - Sin imperiyası 

(b.e.ə. 221-207 illər), sonralar isə - Xan imperiyası ( b.e.ə. III-I əsrlər) ya-

randığını təsdiqləyir.  

Çin dövlətçiliyi və dövlət idarəçiliyinin tarixini izləməyə  və anlamağa 

“Çunsyu” qədim Çin salnaməsi, Sıma Tsyanın (b.e.ə. 145-90-cı illər) “Şan-

şu” (“Şuszin”), “Şiszin”, “Tarixi qeydlər” kitabları, epiqrafik mənbələr, ilk 

növbədə, b.e.ə. XIV-XI əsrlərdə fal üçün işlədilən yazılar kömək edir. Bəzi 

müasir alimlər hesab edirlər ki, ənənəvi Çin tarix elmi üçün Çində miflərin 

tarixi faktlarla eyniləşdirilməsi ilə  şərtlənən dövlətçilik mənbələrinin qa-

nunsuz olaraq qədimləşdirilməsi xarakterik idi. “Qədim dövrün kamil 

hökmdarları” haqqında əfsanəyə görə, Çində seçkili vəzifələrin əvəzinə təd-

ricən ali irsi hakimiyyət gəldi. İlk Qədim Çin sülaləsi Syanın banisi böyük 

Yuyanın oğlu, - Çini daşqından xilas etməsi sayəsində hökmdar olan Si he-


Fuad Məmmədov

 

 

150



sab olunur. B.e.ə. XVII əsrdə Sya sülaləsinin tiran hakimiyyəti yeni şan sü-

laləsinin əsasını qoyan, sonralar İn adını alan, b.e.ə. XIV əsrdə adı Şan-İnə 

dəyişdirilən şan tayfasının başçısı tərəfindən devrildi. B.e.ə. XIV-XI əsrlər-

də  Şan-İn dövrünə sivilizasiyanın bütün əsas  əlamətləri xas idi – yazının 

meydana gəlməsi,  şəhərlərin yaranması, tuncun istifadəsi, sənətkarlığın 

əkinçilikdən ayrılması, ixtisaslaşdırılmış istehsalın yaranması, cəmiyyətin 

mürəkkəb sosial strukturunun formalaşması. Bu dövrdə “dövlətin əsas işləri 

qurbankəsmələr və müharibələr” idi. Hökmdarın iqamətgahı Çinin mərkə-

zində, böyük Şan  şəhərində yerləşirdi. Dövlətin  ərazi bölgüsü nəsli-tayfa 

xarakteri daşıyırdı. Dövlətin hökmdarı olan van – inlərin siyasi birliyini 

təmsil edirdi və eyni zamanda allahın iradəsini müəyyənləşdirən baş kahin 

idi. O, Çinin ali mülkiyyətçisi, ölkənin bütün insanları isə - onun xidmətçi-

ləri idi. Vanın təkbaşına hakimiyyətinin bərqərarlıq tendensiyasını İn vanla-

rının “Mən insanlar arasında yeganəyəm!” ifadəsi təsdiqləyir. Vanın haki-

miyyəti onun torpaqlarında olan hər hansı bir insana əmr vermək hüququn-

da ifadə olunurdu. Vanın hakimiyyətini qəbul edən tayfalar İn koalisiyası-

nın üzvləri olurdular və vanın himayəsi və müdafiəsindən faydalanırdılar. 

B.e.ə. II minilliyin sonunda İn dövləti inlilərin mədəni nailiyyətlərini sürət-

lə  mənimsəyən çjoustlar tərəfindən zəbt edildi. Çjou cəmiyyətində sözün 

müasir mənasında şəxsi mülkiyyət mövcud deyildi. Dövlət idarəçiliyi sosial 

dərəcələr sistemində möhkəmləndirilmiş  cəmiyyətin sosial təbəqələşməsi 

ilə şərtlənirdi. Bu sistemin mahiyyəti bütün azad əhalinin bölündüyü iyerar-

xiya cəhətdən qarşılıqlı  əlaqəli beş sosial qrupun müəyyənləşdirilməsində 

idi. Ali pilləni müstəbid hökmdar - van təmsil edirdi. İkinci qrup irsi mül-

kiyyət hakimləri, ali çjou aristokratiya nümayəndələri - çjuxou  tərəfindən 

təmsil olunurdu. Üçüncü - dafu - çjuxounun irsi mülkünə daxil olan nəsli-

tayfa qruplarının başçıları (tszu) ilə. Dördüncü – şi – tszunun tərkibinə da-

xil olan böyük ailələrin başçıları ilə. Beşinci– rəiyyətlərlə. Sosial dərəcələ-

rin iyerarxiya strukturları torpaq sahibliyi və torpaqdan istifadənin iyerarxi-

ya sistemi ilə sıx bağlı idi. Cəmiyyətin sosial təşkilinin və idarəetmə siste-

minin “hüquqi” əsası vanın “vərəsə bəxşişləri” idi ki, ona uyğun olaraq, ha-

kimin qohumları və bəzi zadəgan nümayəndələri əhali ilə birlikdə torpağa 

sahiblik əldə edirdilər. Ona daxil olan nəsli-tayfaların (szu) sayı ilə müəy-

yənləşdirilən bəxşişin böyüklüyündən asılı olaraq, onların sahiblərinə (çju-

xoy) uyğun gələn titul verilirdi. Beləliklə, beş ictimai qruplardan birinə aid 

olan sosial dərəcə həmin adamın faydalandığı maddi nemətlərin cəmini mü-

əyyənləşdirirdi. Əhalinin həyat fəaliyyətinin sosial reqlamentə tabe edilmə-

si tam mənası ilə hər şeydə özünü büruzə verirdi - geyimdə, qidalanmada, 

evin ölçüləri və bəzəklərində və dəfndə. Bu, Qədim Çin dilinin leksikasında 

da öz əksini tapmışdır, çünki eyni bir anlayışın ifadə edilməsi üçün danışa-



İdarəetmə mədəniyyəti 

 

151



nın bu və ya digər dərəcəyə aid olmasından asılı olaraq müxtəlif sözlər işlə-

dilirdi.  

B.e.ə. VIII-VII əsrlərdə  qədim çinlilərin cəmiyyətdə mövqeyində  əhə-

miyyətli dəyişikliklər baş verdi: “biz-onlar” qarşıdurması mərkəzi hakimiy-

yətin loyallığının siyasi meyarlarına deyil, yad etnos nümayəndələrini təm-

sil edən, qohumluğa əsaslanan, əslində Çin etnik birliyini ifadə edən “bar-

barlara” - “xuasa” yönəlməyə başladı. Paytaxtın Şərqə köçürülməsi, b.e.ə. 

VII-VI  əsrlərdə  mərkəzi hakimiyyətin zəifləməsi və köçərilərin təcavüzü 

ölkəyə hegemonluq uğrunda daha iri çjuxouların mübarizəsini stimullaşdır-

dı. B.e.ə. 650-ci ildə Qədim Çin şahlığının hakimi Tsi çjuxou hakimlərinin 

qurultayında orta çin düzənliyində hegemon elan edildi. Tezliklə Szin şahlı-

ğı belə bir hegemon oldu, o da b.e.ə. 403-cü ildə, hegemonluq üğrunda 

uzunmüddətli mübarizədən sonra, döyüşən  şahlıqlar (Çjanqo) dövrünün 

əsasını qoyan üç müstəqil şahlığa bölündü: Çjao, Vey, Xan. Dəmirin və ye-

ni kənd təsərrüfatı texnologiyalarının inkişafı ilə b.e.ə. I minilliyin ortala-

rında Qədim Çin dövlətçiliyinin sosial-iqtisadi əsasları dəyişməyə başlayır. 

Əkinçilik texnikasındakı inqilab sayəsində, şumluq torpaqların genişlənmə-

si və irriqasiya yenilikləri nəticəsində əldə edilmiş ümumi ictimai məhsulun 

artması, b.e.ə. XI- VI əsrlərdə çjou Çinində mövcud olan sosial dərəcələr 

iyerarxiyasına  əsaslanan torpağa sahiblik və torpaqdan istifadənin köhnə 

sisteminin böhranına səbəb oldu. B.e.ə.VI əsrdə Çində alqı-satqı vasitəsi ilə 

torpağı zəbt etməyə əsaslanan xüsusi mülkiyyət yarandı, onunla bərabər isə 

- istehsal olunmuş  məhsulun yeni özgəninkiləşdirilmə forması - becərilən 

torpaq sahəsindən alınan torpaq vergisi yarandı. Eyni zamanda sosial iye-

rarxiyanın nüfuzlu olmayan təbəqəsinin maddi rifahının inkişafına yardım 

edən və onun tədricən köhnə əyanlar üzərində maliyyə üstünlüyünə imkan 

verən sənətkarlıq və ticarətin inkişafı baş verirdi. Bütün bu sosial dəyişik-

liklər dövlətçilik və dövlət idarəçiliyi strukturunda ideoloji əsaslanmanın və 

təşkilati-siyasi islahatların aparılmasını tələb edirdi.  

Yeni tarixi şəraitdə Çinin dövlət idarəçiliyinin həyatın adekvat tələbləri-

nə uyğun üsullar və metodlarının axtarışı, insanların qarşılıqlı münasibətlər 

mədəniyyətini nizamlamalı  və ictimai ziddiyyətlərin həllinə kömək etməli 

olan zəruri prinsiplərin işlənib hazırlanması bir sıra Çin fəlsəfə məktəbləri-

nin dərketmə obyektinə çevrildi. Onların arasında ən əhəmiyyətliləri keçmi-

şin “ideal” qaydalarına qayıtmağı müdafiə edən konfutsilər, köhnə idarəçi-

lik sisteminin dağılması uğrunda çıxış edən moistlər və legistlər məktəbləri 

idi. Konfutsiya (Kun-Tsyu, b.e.ə. 551-478-ci illər)  əxlaq və  vəzifə (borc) 

prinsiplərinə  əsaslanan etik-siyasi doktrinasında mərkəzi yeri mənfəətə  və 

zənginləşməyə can atan varlıların yeni sosial təbəqəsinin ideallarının yad 

olduğu “nəcib insan” haqqında təlim tuturdu. Konfutsi doktrinası, insanlar-



Fuad Məmmədov

 

 

152



da dövlət idarəçiliyi üçün mühüm əhəmiyyət daşıyan – humanistlik (jen), 

sədaqət (çjun), böyüklərə hörmət (syao) və insanlar arasında qarşılıqlı mü-

nasibət normalarına riayət etmə (li) kimi bəşəri dəyərlərin tərbiyə edilməsi 

və formalaşdırılmasını  zəruri hesab edir. Köhnə  həyat tərzinin bərpa edil-

məsinin tərəfdarı olaraq, Konfutsi dövlətlə ailə arasında prinsipial fərq gör-

mürdü. O, ailə üzvləri arasındakı “hökmdar – atadır, oğul - oğuldur” formu-

lu üzrə patriarxal qarşılıqlı münasibətlər modelini dövlətə tətbiq etmək tək-

lifini irəli sürürdü. Konfutsinin əksinə olaraq, digər görkəmli Çin mütəfək-

kiri Mo Tszı ( Mo Di, b.e.ə. V-IV əsrlərin hüdudu) hesab edirdi ki, bütün 

sosial bəlalar konfutsilər tərəfindən təbliğ edilən “xüsusiləşmədən” törəyir. 

İdarəetmənin əsasında insanlar arasında qarşılıqlı məhəbbətin durmalı oldu-

ğunu güman edən Mo Di, Çində nizam-intizam yaratmağa imkan verən 

“ümumi məhəbbətin” zəruriliyi haqqında tezis irəli sürdü. Mo Di cəmiyyə-

tin ailə-qohum və klan xüsusiləşməsinə qarşı çıxaraq, “müdriklərə ehtiram 

etməyə çağıraraq” imtiyazların və vəzifələrin vərəsəliklə ötürülməsi adətini 

kəskin tənqid edirdi. Cəmiyyətdə sosial etikanın təkmilləşdirilməsini uğurlu 

dövlət idarəçiliyinin mühüm şərti adlandıran konfutsilərdən fərqli olaraq, 

”legistlərin” Çin fəlsəfə  məktəbi qanunu idarəetmənin  əsas vasitəsi hesab 

edirdi. Legistlər  əmin idilər ki, yalnız mükafat və  cəzada özünü göstərən 

qanun nizam-intizamı  təmin edə  və  hərc-mərcliyin qarşısını ala bilər. Bu 

zaman onlar qanunun son məqsədini xalqın itaət etməli olduğu hökmdarın 

mütləq hakimiyyətinin təmin edilməsində görürdülər. Birinci üç məktəbdən 

fərqli olaraq, banisinin Lao Szı hesab edildiyi “daos məktəbinin” nümayən-

dələri aqnostisizm və əvvəlcədən müəyyənetmə mövqelərində dayanırdılar. 

Onlar hesab edirdilər ki, dünyada hər şey insanın iradəsindən asılı olmayan 

və onun tərəfindən dərk edilməsi mümkün olmayan nə isə bir “yolla” (dao) 

müəyyən edilir. Buna görə daoçular hökmdarın “fəaliyyətsiliyini”, onun ge-

dişatı qabaqcadan müəyyən olunmuş tarixi hadisələrə fəal müdaxilədən im-

tina etməsini dövlət idarəçiliyində  səhvə yol verməməyin  ən yaxşı üsulu 

hesab edirdilər.  

B.e.ə. IV əsrdə öz ideyalarının əməli tətbiqinə can atan legistlər dövrü 

keçmiş ictimai münasibətlər sisteminin dəyişdirilməsi yolu ilə dövlət idarə-

çiliyinin effektivliyini yüksəltmək iqtidarında olan sosial-siyasi islahatların 

təşəbbüskarı kimi çıxış edirdilər. Sıma Tsyanın “Tarixi qeydlər”inə görə 

“Şan hökmdarının kitabı”  əsərinin müəllifi hesab edilən  Şan Yan b.e.ə. 

359-cu və 350-ci illərdə Sin şahlığında belə bir islahatların keçirilməsinə 

nail olmuşdur. Şan Yanın ictimai inkişafın tələblərinə cavab verən islahat-

ları dövlətin sosial iyerarxiyanın ənənəvi sisteminin dəyişdirilməsi hesabına 

möhkəmləndirilməsinə yönəldilmişdir. Şan Yan tərəfindən tətbiq edilən ye-

ni dərəcələr sistemi sosial dərəcələrin vərəsəlik hüququ əsasında deyil, hər-



İdarəetmə mədəniyyəti 

 

153



bi xidmətlərə görə verilməsini nəzərdən keçirirdi. Sonralar dərəcələrin pulla 

əldə edilməsinə icazə verildi. Torpağın alqı-satqısının leqallaşdırılması, re-

allaşdırılması, irsi zadəganlıq imtiyazlarının ləğvi, böyük ailələrin məcburi 

parçalanması və vahid inzibati bölgünün tətbiqi nəticəsində Sin şahlığı Qə-

dim Çinin aparıcı quldarlıq dövlətlərindən biri oldu. Köhnə Çin aristokrati-

yasının hökmranlığına birdəfəlik son qoyaraq və şəxsi mülkiyyətin və əm-

təə-pul münasibətlərinin inkişafı üçün güclü təkan olaraq, islahatlar, əsilli 

olmayan, lakin varlanmış insanlar üçün hakimiyyətə və yüksək sosial möv-

qeyə yol açaraq, əsillik və zənginlik arasındakı ziddiyyətlərin aradan qaldı-

rılmasına imkan yaratdı.  

B.e.ə. 221-ci il üçün Sin şahlığı digər altı şahlıqları darmadağın edərək, öl-

kənin birləşməsi prosesini başa çatdırdı. Sin Şinxuan (“Sin sülaləsinin Birinci 

imperatoru”) titulunu qəbul edən İn Çjen, imperiyanı 14 il idarə etdikdən sonra, 

onun yaratdığı imperiya xalq üsyanının həmlələri altında süqut etdi. Buna bax-

mayaraq, Sin imperiyası qədim dövrün və orta əsrlərin sonrakı Çin imperiyala-

rı üçün nümunə olaraq, tarixə ilk mərkəzləşdirilmiş müstəbid dövlət kimi daxil 

oldu. Yetərincə düzgün qurulmuş bürokratik struktura əsaslanan effektiv dövlət 

idarəçiliyi sisteminin yaradılması nəticəsində Sin Şinxuan ölkənin siyasi və iq-

tisadi parçalanmasının qarşısını ala bildi. Dövlət, sərhədləri əvvəlki şahlıqların 

təbii-coğrafi sərhədləri ilə uyğun gəlməyən 36 iri inzibati dairələrə bölünürdü. 

Dairələr qəzalara, sonuncular isə - bir neçə icmanın daxil olduğu nahiyələrə 

bölünürdü. Dairələrə birbaşa imperator tərəfindən təyin edilmiş rəislər başçılıq 

edirdilər. Dairə idarəçiliyinə daxil olan, dairə rəisi yanında fəaliyyət göstərən 

məmurlar mərkəzi idarəyə tabe idilər. Öz növbəsində dairə rəisinin səlahiyyəti-

nə qəza rəislərinin və onların müavinlərinin təyin edilməsi daxil idi. Ərazi böl-

güsünün ilkin həlqələrində inzibati hakimiyyət seçkili ağsaqqallara məxsus idi 

ki, bu da icma özünüidarəsi ənənəsinin saxlanmasına imkan verirdi. İmperator 

ölkənin tamhüquqlu irsi hökmdarı idi. İmperatorun qərarları  və  fərmanları 

onun - hərbi, məhkəmə, maliyyə və digər mərkəzi idarələrin onlara tabe olduğu 

iki məsləhətçisi tərəfindən həyata keçirilirdi. Dövlət hakimiyyətinin xüsusi 

mərkəzi aparat idarəsi imperatorun və onun ailəsinin şəxsi ehtiyaclarına xidmət 

edirdi. Xüsusi idarə dövlət arxivinin qorunması ilə  məşğul olur və dairələrin 

yoxlanılmasını yerinə yetirirdi, bunun sayəsində imperator monitorinqi və yerli 

hakimiyyət orqanlarının qiymətləndirilməsini həyata keçirirdi. İmperiyanın 

möhkəmlənməsinə Sin Şinxuanın ölkənin mədəni-iqtisadi konsolidasiyasına 

yardım edən - dövlətçilik islahatı, vahid qanunçuluğun tətbiqi, yazının unifika-

siyası, ölçülər və çəkilər, həmçinin pul islahatı kimi islahatları səbəb olmuşdur. 

Dövlətin xarici təhlükəsizliyini təmin etmək məqsədilə Sin Şinxuan tərəfindən 

Böyük Çin səddinin tikilməsi haqqında qərar qəbul edilmişdir. Özünün həm 

təşkilatçılıq qabiliyyətləri və həm də qəddarlığı ilə fərqlənən imperatorun ölü-



Fuad Məmmədov

 

 

154



mündən sonra, imperiya, xalqın öz hüquqları uğrunda mübarizəsi və köhnə irsi 

aristokratiyanın keçmiş qaydaları yenidən bərpa etmək cəhdi ilə  əhəmiyyətli 

dərəcədə şərtlənən böhran vəziyyətinə düşdü.  

Antisin üsyanlar nəticəsində b.e.ə. 202-ci ildə  Qədim Çinin ərazisində, 

əsası keçmiş  xırda məmur, Hao-tszu imperatoru titulunu qəbul edən Lyu 

Bann tərəfindən qoyulmuş yeni - Xan imperiyası yarandı. Daxili siyasi sa-

bitlik və ölkə iqtisadiyyatının bərpası məqsədilə imperator Hao-tszu aşağı-

lara güzəşt etmək, vergi mükəlləfiyyətini azaltmaq siyasətini həyata keçir-

məyə başladı, həmçinin Sin inzibati sistemindən əhəmiyyətli dərəcədə fərq-

lənən, lakin müəyyən ikitərəflilik büruzə verən yeni dövlət idarəçilik siste-

mini tətbiq etdi. İdarəetmə yeniliklərindən biri, yeddi iri sərkərdəyə van ti-

tulunun, və özünün – “xou” adlandırılmağa başlanan 130 arxadaşına irsi 

mülklərin verilməsi idi. Bununla yanaşı Sin inzibati sistemi bərpa olundu. 

Nəticədə bir tərəfdən Sin zamanı mövcud olan, yenidən bərpa edilmiş mər-

kəzi inzibati aparat fəaliyyət göstərirdi, digər tərəfdən isə - birlikdə imperi-

yanın yarısını təşkil edən irsi mülkiyyətin hər biri öz xüsusi hakimiyyət oq-

ranlarına malik idilər. Vanlara (baş nazir üstisna olmaqla) məmurları təyin 

etmək və vəzifədən kənarlaşdırmaq, əhalidən vergi toplamaq və öz mükəl-

ləfiyyət sistemini qurmaq hüququ verilmişdi. Bu, mərkəzi hakimiyyətin zə-

ifləməsinə və separatçılıq tendensiyalarının inkişafına səbəb oldu.  

Bu dağıdıcı proseslərin öhdəsindən gəlmək - idarəçiliyi Xan imperiyası-

nın ən yüksək tərəqqi dövrü hesab edilən imperator U-diyə (b.e.ə. 140-67-ci 

illər) müyəssər oldu. Xan quldarlıq cəmiyyəti hakim sinfinin ali təbəqəsini 

titullu  əyanlar təşkil edirdilər. Ölkədə zadəganlığın, dövlət imtiyazlarının 

uyğun səviyyələri ilə təmin olunan 20 dərəcəsi var idi. Bu sistemin xüsusiy-

yəti ondan ibarət idi ki, zadəganlıq titulu xidmətlərinə görə yalnız imperator 

tərəfindən verilmirdi, onu həm də satın almaq olurdu, bunun sayəsində sadə 

insanlar özlərinin sosial statusunu dəyişə və cəmiyyətin imtiyazlı təbəqələ-

rinin tərkibinə daxil ola bilərdilər. Bununla yanaşı imperatorun narazılığına 

səbəb olan əyanlar və onların qohumları qullara döndərilə bilərdilər. Döv-

lətçiliyin möhkəmləndirilməsi və hakimiyyətin mərkəzləşdirilməsi məqsədi 

ilə U-di vanların və xouların irsi statusunun yeni qaydasını tətbiq etdi, nəti-

cədə  vərəsəlik mülklərinin ölçüsü kəskin  şəkildə azaldı  və vanlar, praktik 

olaraq, real hakimiyyətdən məhrum oldular. Eyni zamanda imperator döv-

lət idarəçilik aparatının mərkəzləşdirilməsini asanlaşdıran, müfəttişlik ida-

rəsinin bərpası kimi bir sıra digər islahatlar tətbiq etdi. Çox güman ki, başlı-

ca “demokratik” yenilik məmurların vəzifəyə təyin edilməsi sisteminin dəyiş-

dirilməsi oldu. Yeni qaydaya görə məmur vəzifələrinin əvəz edilməsi daha qa-

biliyyətli gənclərin içərisindən namizədlərin tövsiyə edilməsi əsasında həyata 

keçirilməyə başladı. Paytaxtda başlıca olaraq məmur kadrların hazırlanmasının 



İdarəetmə mədəniyyəti 

 

155



həyata keçirildiyi Akademiya yaradıldı. Dövlət idarəçiliyi aparatının yüksək 

vəzifəli şəxslərinin səlahiyyətlərinə, baş məsləhətçinin hüququnu məhdudlaşdı-

ran dəyişikliklər daxil edildi. Xüsusi imperator dəftərxanasının yaradılması, 

dövlət başçısına, ölkənin inzibati idarəçilik sistemi idarəsinin müxtəlif subyekt-

lərinin fəaliyyətinə şəxsən özünün nəzarət etməsi imkanını verdi. Hakimiyyətin 

mərkəzləşdirilməsi məqsədilə, həmçinin dövlət idarəçiliyinin mühüm vasitəsi 

olan ideologiyanın unifikasiyası cəhdinə təşəbbüs edilmişdir. Vahid dövlət ide-

ologiyası kimi konfutsiçilik qəbul edilmişdir. Xüsusilə, “idarəetmə birliyini, 

qanunların  şəffaflığını  və onun vəzifələrinin xalq üçün aydınlığını” ehtimal 

edən “altı incəsənət” konfusiya konsepsiyasından istifadə edilirdi. Bununla bə-

rabər ölkəni idarəetmə vasitəsi kimi, qanunun əhəmiyyəti haqqında legizmin 

bəzi müddəaları tətbiq edilmişdir. Daxili siyasətdəki nailiyyətlərə baxmayaraq 

qonşularla uzunsürən müharibələr iqtisadiyyata mənfi təsir göstərirdi. Özünün 

siyasi və iqtisadi qüdrətinin apogeyini yaşayan Xan imperiyası b.e.ə. I əsrin 

ikinci yarısında böhran vəziyyəti qarşısında qaldı.  

Qədim Çin dövlətçiliyinin inkişafında elm, texnika, ədəbiyyat və incəsə-

nət sahəsində  əldə edilən nailiyyətlərlə  zənginləşən ruhi mədəniyyət mü-

hüm rol oynamışdı. Artıq b.e.ə. XIV-XI əsrlərdə məlum olan, b.e.ə. II-I əsr-

lərdə Xan yazısına dəyişdirilmiş  İn yazısı, prinsipcə, müasir yazıdan az 

fərqlənirdi. Yeni eranın hüdudunda kəşf edilən və istifadəyə daxil edilən 

kağız - təhsilin, təsərrüfat həyatının və dövlət kargüzarlığının imkanlarını 

xeyli genişləndirdi.  İdarəetmənin mühüm ideoloji aləti konfutsiçilik, bud-

dizm və daosizm, Səma sitayişinə dəyişdirilmiş ali səcdəgah Diyə inam idi. 

Xüsusən riyaziyyatın inkişafında böyük nailiyyətlər var idi. B.e.ə. II əsrdə 

tərtib edilmiş “Riyaziyyat doqquz kitabda” elmi əsəri riyazi biliklərin zən-

gin xülasəsini təşkil edirdi. Astronomiya, təqvim tərtibi və tibbin inkişafı 

sahəsində  əhəmiyyətli müvəffəqiyyətlər  əldə edilmişdi. Hələ b.e.ə. IV-III 

əsrlərdə Çin təbibləri ənənəvi Çin təbabətinin məhək daşı olan iynəbatırma-

nı tətbiq etməyə başladılar.  

Baxmayaraq ki, ilk Qədim Koreya dövləti b.e.ə. III əsrdə formalaşmışdı, 

b.e.ə. V-I əsrlərə aid olan Koqure, Stilla və Pyakçe dövlətləri daha çox inki-

şaf əldə etmişdilər. B.e.ə. II-I əsrlərdə Koqure dövlətində idarə, cəmiyyətin 

siniflərə bölünməsini və xüsusi mülkiyyəti müdafiə edən hakim sinfin imti-

yazlarını möhkəmlədən qanunlara əsaslanmışdı. Van hökmdarın bütün ha-

kimiyyətindən faydalanırdı. Cəmiyyətdə  qəbilə  cəmiyyəti sonunun hərbi 

demokratiya  ənənələri aradan qaldırılmışdı. Dövlətin bürokratik aparatını 

12 dərəcəyə bölünən hərbi-xidməti zadəganlar təşkil edirdi.  


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin