AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Fəsil 3. Mədəniyyət və sivilizasiya



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

Fəsil 3. Mədəniyyət və sivilizasiya 

 

Sivilizasiya anlayışı. Sivilizasiya haqqında təsəvvürlərin inkişafı. 

İlk sivilizasiyaların əlamətləri. Lokal-tarixi sivilizasiyaların fərqlən-

dirici xüsusiyyətləri. Şərqin və Qərbin mədəniyyət və sivilizasiyasının 

inkişaf xüsusiyyətləri. O. Şpenqler və A.Toynbiyə görə lokal siviliza-

siyalar. Mədəni tərəqqi və mədəni tənəzzül. Antik dünyada mədəni tə-

rəqqini görməyə üç yanaşma. Sosial-mədəni inqilab.  

 

Sivilizasiya – şəhər həyat tərzi, dövlətçilik və dövlət idarəçiliyinın  əmələ 

gəlməsi, təhsilin, təşkil olunmuş maddi istehsalın və pul tədavülünün, hüquq və 

beynəlxalq münasibətlər institutlarının inkişafı ilə bağlı olan, mədəniyyətin in-

kişafının müəyyən tarixi pilləsidir. Sivilizasiya həyat fəaliyyətinin forma və 

texnologiyalarının nisbətən statikliyi və sabitliyi ilə fərqlənən, yaradılmış bir sı-

ra sosial mədəniyyət institutlarını özündə təcəssüm etdirir. Sivilizasiyanın mə-

dəniyyətdən  əsas fərqi ondadır ki, sivilizasiya çərçəvəsi daxilində insanın və 

cəmiyyətin irəliləyən inkişafını təmin edən mədəniyyətlə, onun qabaqcıl xarak-

teri ilə yanaşı, həm də destruktiv proseslər yer alır.  

Antik tarixi konsepsiyalarda mədəni tərəqqi ideyası ardıcıl olaraq irəli 

sürülürdüsə də, bu təkamül sırasında sivilizasiyanın formalaşması ilə bağlı 

sərhədin aydın göstərilməsi hələ yox idi. “Mədənəiyyət” sözü kimi, “sivili-

zasiya” sözünü də ilk dəfə qədim romalılar işlətmişlər. Bu terminlə onlar, 

öz inkişaf səviyyəsinə görə barbarların primitiv səviyyəsinı və yaşayış tər-

zini üstələyən şəhər həyat tərzini ifadə edirdilər. Yaradıcı və qurucu prosesi 

ifadə edən “mədəniyyət” anlayışından fərqli olaraq “sivilizasiya” anlayışı, 

bəşər tarixinin müxtəlif dövrlərində ona xas olan neqativ, dağıdıcı proseslə-

ri dialektik olaraq özündə birləşdirən tarixi sosial-mədəni birliyi göstərir. 

Ötən minilliklərdə sivilizasiyanın zirvələrinə aparan çətin yolu qan selləri al 

qana boyamışdı, zorakılıq, amansızlıq və dağıntılar, “antimədəniyyət” təza-

hürləri kimi, müasir sivilizasiyalı dünyada da yer almışdır. Bununla yanaşı 

cəmiyyətin keyfiyyət vəziyyəti və səviyyəsini, ona daxil olan mədəniyyət-

lərin inkişaf tarixinin qeyri-bərabərliyini əks etdirən sivilizasiya, tərəqqi yo-

lu ilə irəliləyişin ümumi tendensiyalarına malik bəşəriyyətin mədəni inkişaf 

prosesinin ümumdünya-tarixi vəhdətini təsdiqləyir.  

“Sivilizasiya” sözünün kökü latın mənşəlidir, “civis” – vətəndaşlıq, şə-

hər  əhalisi, vətəndaşlar, cəmiyyət mənasını ifadə edir. O, Avropa elmi və 

ədəbiyyatının istifadəsinə yalnız XVIII əsrdə daxil olmuşdur və ilk əvvəl 

mədəni inkişafın ümumi səviyyəsini ifadə edirdi. Bu anlayışa, əhəmiyyətli 

dərəcədə davranış,  ədəb, nəzakət normaları da daxil edilirdi ki, bu, bizim 



Fuad Məmmədov

 

 

260



günlərdə  də “sivil insan” ifadəsində saxlanmışdır.  İ.Kant, O.Şpenqler, 

A.Toynbi, M.Veber, F.Koneçnı, L.Qumilev, L.Meçnikov və digər alimlər, 

sivilizasiyanın mahiyyətini, onun mədəniyyətdən əsas fərqlərini göstərməyə 

cəhd edərək, müxtəlif cür nəzərdən keçirirdilər.  

XIX  əsrin 20-30-cu illəri üçün “sivilizasiya” anlayışı böyük dövrlərin, 

xalqların çox böyük nailiyyətlərinin, insan tərəfindən yaradılan hər  şeyin 

sintetik ifadəsi üçün daha tez-tez istifadə olunmağa başladı. Bu anlayışın 

yayılması və möhkəmlənməsi fransız tarixçisi F.Gizonun əsərləri, həmçinin 

ingilis tarixçisi Q.Boklun Avropa, Fransa və İngiltərədə sivilizasiya tarixinə 

həsr olunmuş  əsərləri böyük rol oynamışdır. XIX əsrin  əvvəlində F. Gizo 

tərəfindən, bütövlükdə bəşəriyyətin sosial-mədəni nailiyyətlərinin cəmi ki-

mi vahid ümumbəşəri sivilizasiyanın və ayrı-ayrı xalqların, ölkə və region-

ların etno-milli nailiyyətlərini və xüsusiyyətlərini əks etdirən lokal siviliza-

siyaların real həyatda eyni zamanda mövcud olduğunu göstərmək məqsədi-

ni daşıyan, sivilizasiyanın etno-tarixi konsepsiyası formulə edildi. XX əsrdə 

üç əsas: unitar, stadial (mərhələli) və lokal-tarixi yanaşma qəbul edildi. Bu 

dövrdə sivilizasiyanın “etnoqrafik” konsepsiyası formalaşmağa başladı ki, 

onun mahiyyəti, hər bir xalqın öz sivilizasiyasına malik olması haqqında tə-

səvvürlərə aparırdı. 

Sivilizasiyaların dövriləşdirilməsinə də müxtəlif alimlər və mütəfəkkir-

lər - H.V.F.Hegel, S.Solovyov, K.Marks, K.Yaspers, M.Veber, P.Çaada-

yev, N.Berdyayev, R.Genon, M.Petrov və başqaları tərəfindən çoxsaylı ya-

naşmalar mövcuddur. Bunların arasında  ən geniş yayılanı  K.Yaspersin 



“məhvər sivilizasiyalar” konsepsiyasıdır ki, o, b.e.ə. I minilliyin ortalarını 

arxaik dövrün mifoloji təfəkkürünü  əvəz edən fəlsəfənin dominantasına 

əsaslanan yüksək ruhi mədəniyyət səviyyəli “məhvər” sivilizasiyaların baş-

lanğıc nöqtəsi hesab edirdi.  

Q. Çayld ilk sivilizasiyaların on əlamətini formulə etdi. Onlara aşağıda-

kılar aid edilirdi: şəhərlər; monumental ictimai tikililər; vergi və ya xərac; 

ticarəti daxil etməklə, intensiv iqtisadiyyat; sənətkar-mütəxəssislərin ayrıl-

ması; yazı; elmin rüşeymləri; inkişaf etmiş incəsənət; imtiyazlı siniflər; 

dövlət. K.Klakxon ilk sivilizasiyaların yalnız üç əsas əlamətini ayırmışdır: 

monumental memarlıq; şəhərlər; yazı. 



Lokal-tarixi sivilizasiyaların fərqli xüsusiyyətlərinə aiddir: təbii-coğrafi 

şərait; cəmiyyətin sosial-mədəni kodu; din; həyat tərzi; elmi-texnoloji inki-

şafın xarakteri; təşkilat və idarəçilik texnologiyaları; hüquqi sistem; etnik 

tarixin xüsusiyyətləri. Şərq və Qərb özünün mədəni inkişaf xüsusiyyətlərinə 

malikdir.  Şərqdə  mədəniyyət simvolu - ənənəvi mədəniyyət,  ruhi ikişafın 

əsası  (Hegelə görə)  – din, Şərq sivilizasiyasının  əsası isə  dövlətdir.  Şərq 

ənənəvi-mühafizəkar mədəniyyət dayaqlarının ilk dəfə formalaşdığı dünya 



İdarəetmə mədəniyyəti 

 

261



sivilizasiyasının və insan mədəniyyətinin beşiyi hesab edilir. Sosial və dini 

normalar, əxlaqi və hüquqi standartlar çox vaxt padşahın, fironun və ya im-

peratorun  şəxsiyyətində  cəmləşirdi. Bununla yanaşı kollektivçi və  əsasən 

ənənəvi və dini mədəniyyətin xarakterik olduğu Şərqdə əksər hallarda mə-

nəvi (ailə), bədii, ekoloji, həmçinin sosial-iqtisadi və sahibkarlıq dəyərləri-

nə üstünlük verilirdi. Qərbdə  mədəniyyət simvolu - yenilikçi mədəniyyət, 

ruhi inkişafın əsası – fəlsəfə, Qərb sivilizasiyasının  əsası – insandır.  Qərb 

ölkələrində etik mədəniyyətin prioritet dəyərləri – şəxsiyyətə hörmət, məsu-



liyyət və dürüstlükdür, Şərq ölkələrində - böyüyə hörmət, sədaqət və dö-

zümdür.  Qərbdə, ona xas fərdiyyətçi, yenilikçi və dünyəvi mədəniyyətlə, 

bir qayda olaraq intellektual, texnoloji, hüquqi, etik, siyasi, sosial-iqtisadi 

və ekoloji dəyərlərə üstünlük verilir. İnsana yönəldilmiş Qərb mədəniyyəti-

nin ardıcıl inkişafının nəticəsi - azad şəxsiyyətin və demokratiyanın forma-

laşmasıdır, ən mühüm nailiyyəti isə - insanın inkişafına, texnoloji və sənaye 

tərəqqisinə imkan verən elmin, - mədəniyyətin müstəqil sosial  institutu ki-

mi təşəkkül tapmasıdır. Bəşəriyyətin müasir inkişaf dövrü qanunauyğun-

luqlarından biri ondan ibarətdir ki, Şərq ilə Qərb arasındakı mədəni müba-

dilənin daimi dialektik prosesi, dünya mədəniyyəti və sivilizasiyasının de-

mokratlaşması və qloballaşması müxtəlif ölkələr, xalqlar və fərdlərin mədə-

ni paradiqmalarının dəyişməsinə təsir göstərir.  

O. Şpenqler tərəfindən lokal sivilizasiyalara: Antik, Qərbi Avropa, Ərəb, Mi-

sir, Babil, Hind, Çin, Mayya mədəniyyətləri aid edildi. A. Toynbi tərəfindən aşa-

ğıdakı lokal sivilizasiyalar ayrılmışdır:  Şumer-Akkad, Misir, Suriya, İnd, Çin, 

Hind, Egey, Antik, Qərbi, Pravoslav, İslam, And, Mərkəzi Amerika. A.Toynbi-

nin sivilizasiyaların tarixi dövranı konsepsiyasına uyğun olaraq, lokal sivilizasi-

yaların əsasında etnik və ya dil mənsubiyyəti deyil, dini mənsubiyyət dururdu.  

Dünya sivilizasiyası üçün mədəni inkişafın həm zaman, həm də məkan 

daxilində  təbii qeyri-bərabərliyi  xarakterikdir. Bəşəriyyətin sosial-mədəni 

inkişafının tarixi prosesi dialektik ziddiyyətlə  fərqlənərək, mədəni tərəqqi 

və mədəni tənəzzül hadisələrinin məcmusunu təcəssüm etdirir, onların bir-

ləşməsi konkret cəmiyyətin və ya sivilizasiyanın proqressiv inkişaf templə-

rini müəyyən edir. Mədəni tərəqqi daha az kamildən daha artıq kamilə doğ-

ru inkişaf prosesini əks etdirir. Mədəni tərəqqinin səviyyəsi yaradılan mə-

dəni dəyərlərin keyfiyyəti və kəmiyyəti, onların cəmiyyətdə yayılma miq-

yası  və  mənimsənilmə  dərinliyi ilə ölçülür. Tərəqqinin vəziyyəti ilə  həm 

bütövlükdə mədəniyyət sistemi, həm də onun ayrı-ayrı altsistemləri xarak-

terizə oluna bilər. Bütövlükdə mədəniyyət prosesi, onun ayrı-ayrı sahələri-

nin geriləməsi, hətta tənəzzülü ilə müşayiət oluna bilər ki, bu, həmin prose-

sin dialektik xarakteri ilə izah olunur. Tarixən mədəni tərəqqi ilk növbədə 

insanın intellektual fəaliyyətinin inkişafında və onun nəticələrinin istehsal 



Fuad Məmmədov

 

 

262



qüvvələrinin inkişafı üçün istifadə olunmasında görünürdü. Bu, insanın ef-

fektiv enerji mənbələrinin: insan enerjisindən – heyvan enerjisinə, su ener-

jisinə, külək enerjisinə, faydalı qazıntılar enerjisinə, atom enerjisinə, günəş 

enerjisinə qədər axtarışlarındakı tarixi müvəffəqiyyətləri nümunəsində daha 

aydın izlənilir. Mədəni tənəzzül - yuxarıdan aşağıya enmə, geriləmə, təşki-

lat səviyyəsinin aşağı düşməsi, öz dövrünü keçirmiş forma və strukturlara 

qayıdış prosesi kimi xarakterizə olunur. Mədəni tənəzzülün klassik nümu-

nəsi kimi, Hindistanda harappa və Yunanıstanda krito-miken yazı sistemi-

nin itməsi ilə müşayiət olunan qədim sivilizasiyaların tənəzzülünü göstər-

mək olar. Bu şəraitdə müəyyən mədəni varisliyin qorunması üçün əlverişli 

mühiti xüsusi sabitlik və regenerasiya qabiliyyətinə malik olan icmalar ya-

radırdı.  

Mədəni inkişafın qeyri-bərabərliyi ayrı-ayrı insanların, həyat fəaliyyəti-

nin müxtəlif sahələrinin,  şəhərlərin və  kəndlərin, xalqların və dövlətlərin 

müxtəlif inkişaf səviyyəsində öz əksini tapır. O praktik olaraq bütün – fərdi 

(müxtəlif həyat fəaliyyəti sahələrində qabiliyyətlərin və inkişafın müxtəlif 

səviyyəsi), yerli, regional, milli, beynəlxalq səviyyələrdə yer tutur. İnsanın 

mədəni qeyri-bərabərliyi – müxtəlif həyat fəaliyyəti sahələrində (təhsil, 

elm, incəsənət, sənətkarlıq, etika, dilləri bilmək) insanın bilikləri, bacarıqla-

rı, mütəşəkkilliyi, mənəviyyatlılığının səviyyəsi ilə bağlı olan sosial ölçü-

dür. Ölkənin mədəni qeyri-bərabərliyi – kəndlərin, regionların,  şəhərlərin, 

habelə fərdlərin sosial-mədəni inkişafının müxtəlif səviyyələri ilə bağlı olan 

sosio-coğrafi ölçüdür. Dünya birliyinin mədəni qeyri-bərabərliyi, - konti-

nentlər, regionlar, ölkələr, xalqlar, millətlər, etnosların sosial-mədəni inki-

şafının müxtəlif səviyyəsi ilə bağlı sosial-coğrafi ölçüdür.  

Milli mədəniyyətlərin inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün 



“aşağı mədəniyyətlilik həddi” anlayışı da istifadə olunur. Bu, insanın həya-

ta, onun gündəlik formalarına yaradıcı-passiv adaptasiyasıdır. Lakin mədə-

niyyətin əsl mahiyyəti insanın yaradıcı qabiliyyətlərini həyat, sosial tərəqqi 

və inkişaf maraqlarında reallaşdıran yaradıcı  fəaliyyətdədir. Yaradıcı  fəa-

liyyətsiz və mədəni mübadiləsiz mədəniyyət məhv olur.  

Dünya sivilizasiyası tarixində vaxtaşırı olaraq, “mədəniyyət böhranları” 

yer tutmuş və yer tutur. Bu, sosial-mədəni inkişafın sabit formalarının da-

ğılmasına gətirib çıxaran kəskin, sərt dönüşlərdir, mənəvi, intellektual, bə-

dii və digər dəyərlərin pozulması, adətlərin və həyat səviyyəsinin zəifləmə-

si ilə  təhsildə, iqtisadiyyatda və insan münasibətləri mədəniyyətində dep-

ressiyalarla müşayiət olunur. Pis tərəfə dəyişən ictimai inkişaf şəraiti mədə-

ni dəyərlər və həyat reallıqları arasında ziddiyyətə, millətin yaradıcı ruhu-

nun zəifləməsinə gətirib çıxarır.  


İdarəetmə mədəniyyəti 

 

263



Qeyri-bərabər inkişafın antonimi, o cümlədən, insanlar, xalqlar və onla-

rın mədəniyyətləri arasındakı təbii fərqləri də istifadə etməklə, ona can atıl-

malı olan harmonik inkişafdır. Mədəni tərəqqisiz və sosial inqilablarsız har-

monik inkişaf mümkün deyil. Mədəni tərəqqi ideyası antik dövrün Avropa 

tarixi konsepsiyalarında müxtəlif cür əks olunmuşdur. Birinci yanaşma yeni 

eranın birinci minilliyinin əvvəllərinə aiddir, ibtidai demokratizmin hüquq 

qaydalarının dağılması şəraitində qədim yunan mifoloji təfəkkürü üçün bə-

şəriyyətin mədəni inkişafı haqqında yaxşıdan pisə doğru enməsi haqqında 

təsəvvür xarakterik idi. Belə ki, Gesiod bəşəriyyət tarixini bir-birini ardıcıl 

əvəz edən beş dövrə bölür: qızıl, gümüş, mis, qəhrəmanlıq və dəmir. Gesio-

dun təsəvvürünə görə bu, insanların mənəviyyatının tədricən pozulduğu, 

yoldan çıxdığı və daha da pis olduğu, tərzinə görə əks işarəli təkamül idi.  



İkinci yanaşma  I minilliyin ortalarında Yunanıstanda stsientist təfəkkü-

rün inkişafı ilə əlaqədardır ki, onun çərçivəsi daxilində əvvəlki bədbin mən-

zərə, bəşəriyyətin birbaşa təkamülü prinsipi üzrə qurulmuş görmə ilə əvəz 

olunur. Bu fəlsəfi baxışı biz Esxilin “Zəncirlənmiş Prometey” əsərində, 

Prometeyin bəşər övladını öyrətdiyi, ibtidai primitivizmdən sənətlərə  və 

elmlərə döğru inkişaf yolunun salınmasında tapırıq. Burada mədəni dəyi-

şikliklərin yaradıcısı ilahi mənşəli mədəni qəhrəman idi. İnsan mədəniyyə-

tinin təkamülünü belə görməyə biz, bütün mədəni nemətlərin allahın və 

qəhrəmanların bəxşişi kimi nəzərdən keçirildiyi Protaqorun “İnsan cəmiy-

yətinin ilkin vəziyyəti haqqında” əsərində şərh olunan Platonun fəlsəfəsin-



də də rast gəlirik.  

Üçüncü yanaşma yenə də yeni eranın birinci minilliyinin ortalarına təsa-

düf edən, mədəni tərəqqini insanın özünün yaradıcıılığı kimi nəzərdən ke-

çirən  əks baxışları nümayiş etdirir. B.e.ə. V əsrin  əvvəllərində Ksenofan 

təsdiqləyirdi ki, “Başlanğıcdan allahlar insanlara hər şeyi aşkar etməmişlər, 

lakin insanlar tədricən, axtararaq, daha yaxşını tapırlar.” Bu fikir qədim 

dünyanın dahi materialisti, atomistika nəzəriyyəsinin banisi, qədim yunan 

filosofu Demokrit tərəfindən öz ardıcıl inkişafını tapmışdır. Ümumi kosmik 

və insan tarixini nəzərdən keçirərək,  Demokrit cəmiyyətin inkişafının  əsas 



hərəkətverici qüvvəsinin ehtiyac, zərurət və tələbat olduğunu hesab edirdi. 

İnsanın heyvani həyat tərzi səviyyəsindən, onun müasiri olduğu Yunanıstan 

mədəniyyəti səviyyəsinə  qədər insan təkamülünə Demokritin baxışları ta-

rixçi Diodor tərəfindən  şərh edilmişdir, bunun ardınca isə Lukretsi Karın 

“Şeylərin təbiəti haqqında” poemasında öz parlaq təcəssümünü tapmışdır. 

Bu məşhur əsərdə zooqoniya və antropoqoniyadan sonra ibtidai insanın hə-

yatı və mədəniyyətinin - dil, hüquq və din kimi mühüm təzahürlərinin mən-

şəyi xarakterizə edilmişdir.  



Fuad Məmmədov

 

 

264



Qeyri-bərabər inkişafın daimi dialektik prosesini ifadə edən bəşəriyyətin 

mədəni təkamül prosesində  hərdənbir, öz mahiyyətinə, mənasına və  bəşə-

riyyətin tarixi taleyinə təsirinə görə müxtəlif olan sosial-mədəni inqilablar 

baş verir. Qlobal (epoxal), regional və ya lokal xarakter daşıyan bu inqilab-

lar, hər şeydən əvvəl, ideoloji, maarifçi və texnoloji xarakterli vəzifələr qo-

yur və həll edir. Onlara: milli maraqlara, zamanın tələblərinə cavab verən 

və dünya mədəniyyəti təcrübəsi, elm, texnika və texnologiyanın tərəqqisini 

labüd olaraq nəzərə alan yeni ideologiyanın yaranması; iqtisadi inkisafı və 

bütün cəmiyyətin rifahını  təmin edən dövlət idarəçiliyinin yeni formaları; 

şəxsiyyətin elmi dünyagörüşünün formalaşmasına səbəb olan, xalq kütlələ-

rinin təhsili, tərbiyəsi və maarifində yeniliklər və s. aiddir. Bu vəzifələrın 

yerinə yetirilməsi dövlət tərəfindən uyğun hüquqi sənədlər, təşkilati tədbir-

lər və maliyyə şəraiti ilə təmin edilir. Sosial-mədəni inqilabların ümumi xü-



susiyyəti odur ki, onların hamısı bu və ya digər formada insan şüurunun, in-

tellektinin inkişaf məhsuludur, insan dühasının nailiyyətləridir. Dünya mə-

dəniyyəti tarixində, bu və ya digər intellektual və mənəvi yeniliklərə əsasla-

nan, paleolit, aqrar, intellektual, dini-mənəvi, elmi, sənaye, elmi-texniki və 

digər inqilablar məlumdur.  

50-40 min il bundan əvvəl olan paleolit inqilab, antropogenezdən sosio-

genezə keçid və “Homo Sapiens” tipli insanın yaranması ilə xarakterizə 

edilmişdir.  

B.e.ə. 8-5-ci minilliklərdə baş verən  aqrar (neolit) inqilab müəyyən 

fərqli  əlamətlərə malikdir. Onlara aiddir: qida məhsullarının istehsalı  və 

yığmadan (meyvə və s.) istehsal iqtisadiyyatına keçid; təsərrüfat və sosial 

təşkiletmə və idarəetmə təcrübəsinin toplanması; sosial institut olan elmin 

ilk rüşeyminin formalaşması; sosial-siyasi şəraitin dəyişməsini əks etdirən 

yeni ideoloji qanunların yaradılması; mədəniyyətin epoxal tipini parlaq ifa-

də edən və bəşəriyyətin inkişafında tarixi qanunauyğunluq kimi, keyfiyyət-

cə yeni mərhələnin - sivilizasiyanın yaradılmasına gətirib çıxaran aktiv kul-

turogenez prosesinin başlanğıcı. 

B.e.ə. IV-III minilliklərdəki qlobal sosial-mədəni inqilab, tarixən öz in-

kişaf formasını keçirmiş ibtidai cəmiyyətdən bəşəriyyətin ilk sivilizasiyala-

rının yaranmasına keçidə - Şumer, Misir, Çin, Hindistan və digər sivilizasi-

yalarda dünya mədəniyyətinin qızıl fonduna daxil olan yazı sisteminin 

meydana çıxmasına gətirib çıxarmışdır. O, informasiya və yazının (ilk intel-



lektual (informasiya) inqilab) inkişafı və yayılması, sinfi cəmiyyət və dövlət 

kimi sosial mədəniyyət institutlarının yaranması, sosial iyerarxiyaya əsasla-

nan hakimiyyətin institutlaşdırılması və dövlət idarəçilik sisteminin yaradıl-

ması ilə müşayiət edilirdi. Bu inqilabi prosesdə: təlim və təhsilin təşkili, hü-

quqi sistemlərin və dini dünyagörüşü qanunlarının yaradılması, elmin rü-


İdarəetmə mədəniyyəti 

 

265



şeymləri, incəsənət, dini ayin, tibbi fəaliyyət, xarici siyasət və s. institutları-

nın yaradılması baş verirdi. Onun mühüm göstəriciləri aşağıdakılar idi: me-

tallurgiya, tikinti, istilik texnikası, dulusçuluq istehsalında və iqtisadiyyatın 

digər sahələrində texnoloji tərəqqinin tətbiq edilməsi; ictimai istehsalın təş-

kili və idarə edilməsinin gələcək inkişafı – kooperasiya, əmək bölgüsü və 

ixtisaslaşma; daxili və beynəlxalq  əlaqə vasitələrinin, hər  şeydən  əvvəl, 

çarxlı (təkərli) miniklərin və  gəmiqayırmanın genişləndirilməsi hesabına 

əsaslı surətdə yaxşılaşdırılması. İlk sivilizasiyaların yaranması ilə nəticələ-

nən qlobal inqilab üçün: əməyin ardıcıl bölünməsi - əqli  əməyin fiziki 

əməkdən, sənətin əkinçilikdən ayrılması; mübadilə və ticarətin genişləndi-

rilməsi; təcrübənin toplanması, möhkəmləndirilməsi və ötürülməsi, onun 

fərdidən sosiala çevrilməsi; yenilikçi mədəniyyətin mühafızəkar mədəniy-

yətdən üstünlüyü də xarakterik idi. 

B.e.ə. II minilliyin sonunda ilk dini-mənəvi inqilabların rəmzləri bunlar 



idi: Mərkəzi Asiyada, İranda və Qafqazda Zərdüştlüyün təşəkkülü; Misirdə 

Exnaton dini islahatı; Babilistanda arxaik dini təsəvvürlərin kökündən dəyi-

şilməsinə və yeni dini sistemlərə keçidə səbəb olan monoteizmin meydana 

çıxması.  



Kitabın kəşfi ilə əlaqədar ikinci informasiya inqilabı əvvəlcə Çində, ye-

ni eradan əvvəl, təqribən 1300-cü ildə baş vermişdir. 

B.e.ə. I minilliyin əvvəlinə aid edilən dəmir inqilabı bəşəriyyət tərəfin-

dən dəmirin kəşfi və istifadəsinə gətirib çıxarmışdır.  

I minilliyin ortalarına aid olan intellektual inqilab, arxaik dövrün mifo-

loji təfəkkürünü əvəz edən fəlsəfənin dominantasına əsaslanan ruhi mədə-

niyyətin yüksək səviyyəsinin yaranmasına imkan yaratmışdır. 

B.e.ə. I minillikdən bizim eranın I minilliyinə qədər olan dövrə aid olan 

yəhudi dini, buddizm, xristianlıq və islamın yaranması ilə nəticələnən dini- 

mənəvi inqilablar, dünya xalqlarının əksəriyyətinin monoteizmə qəti surət-

də keçidini ifadə etmişdir. 

Kitab çapı üçün orta əsrlər Çin qurğusunun yaradıcılıqla istifadəsi əsa-

sında XV əsrdə Almaniyada baş vermiş kitab çapı sahəsində inqilab (üçün-



cü informasiya inqilabı),  İohan Quttenberq tərəfindən kitabların mətbəə 

nəşrinin və tirajının yayılmasını mümkün edən əl çap dəzgahının və punso-

nun ixtirası  və praktikaya tətbiqi - kütlələrin akkulturasiyası, təhsilin, el-

min, dinin və incəsənətin cox dəyərli inkişaf vasitəsi olmuşdir. 

XVII  əsrdə Avropada elmi inqilab, elmin sosial institut kimi təşəkkül 

tapmasına və gerçəklik haqqında obyektiv biliklərin işlənməsi və nəzəri cə-

hətdən sistemləşdirilməsi ilə məşğul olan müasir elmlərin əsasının yaradıl-



masına gətirdi. O, elmin strukturunun, dəkretmə prinsipləri, kateqoriyaları, 

metodları və təşkili formalarının dəyişdirilməsinin əsasını qoymuşdur.  



Fuad Məmmədov

 

 

266



XVII-XX əsrlərdə Avropa və Asiyadakı sosial-mədəni (burjua-demokra-

tik) inqilablar müasir dünyanın mühüm siyasi institutu olan demokratiyanın 

əsasını qoymuşdur.  

XVIII əsrın sonunda İngiltərədə buxar mühərriklərinin ixtirası ilə əlaqə-

dar olan sənaye inqilabı, bütün dünyada elmi-texniki tərəqqi üçün geniş im-

kanlar açmışdır. 

XIX əsrin axırı - XX əsrin əvvəlində nüvə fizikası sahəsindəki kəşflərlə 

bağlı olan təbiətşünaslıq sahəsində inqilab, bəşəriyyətin mikroaləm haqqın-

da təsəvvürlərini dəyişmiş, təbiətin insanın mənafeyi naminə dərk edilməsi 

və  dəyişdirilməsinin böyük imkanlarını  aşkarlamış, sosial-iqtisadi həyatda 

əsaslı keyfiyyətli dəyişikliklərin başlanğıcına gətirib çıxarmışdır.  



SSRİ-də  XX  əsrin 20-30-cu illərində yer alan mədəni inqilab, keçmiş 

Sovet İttifaqı respublikalarında əhalinin savadsızlığının aradan qaldırılması, 

ziyalı kadrların hazırlanması, elmin, ali təhsilin və incəsənətin güclü poten-

sialının formalaşdırılması ilə nəticələnmişdir. 



XX  əsrin 50-ci illərinin ortalarında  olan  elmi-texniki inqilab, istehsal 

qüvvələrinin keyfiyyətcə dəyişdirilməsində elmin aparıcı amilə çevrilməsi-

nə səbəb olmuşdur. 

XX əsrin ikinci yarısının texnoloji inqilabı yüksək texnologiyaların ya-

radılmasında fundamental tədqiqatların rolunun artmasına səbəb olmuşdur.  

XX əsrin ikinci yarısının dördüncü informasiya inqilabı elmi əməyin və 

bəşəriyyətin sosial həyatının kompüterləşməsinə  səbəb olmuş, sənaye cə-

miyyətindən informasiya cəmiyyətlərinə və ya “biliklər cəmiyyətlərinə” ke-

çidi göstərmişdir.  

XX-XXI  əsrlərin  qlobal sosial-mədəni inqilabı  yeni elmi kəşflərin art-

ması, yüksək idarəetmə texnologiyaları və metodlarının yaradılması və tək-

milləşdirilməsinin, müxtəlif xalqların mədəniyyətləri və sivilizasiyalarının 

qarşılıqlı  təsiri və sintezinin inkişafı ilə xarakterizə edilir. O, iqtisadiyyat, 

siyasət, təhsil, incəsənət, ticarətdə inteqrasiyalı proseslərlə, dünya mədəniy-

yəti üzrə vahid mədəni-informasiya məkanının formalaşması, mədəni müx-

təlifliyin qorunması  və yeni translokal mədəniyyətlərin yaradılması, lokal 

və qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın inkişafı ilə müşa-

yiət edilir. 

 İntellektual və  mənəvi tərəqqiyə  əsaslanan sosial-mədəni nailiyyətlər 

mədəniyyətlərin yeni tarixi tiplərinin formalaşmasına təsir göstərirdi, onla-

rın tərkibində isə öz növbəsində dünya mədəniyyəti və sivilizasiyasının gə-

ləcək tərəqqisi üçün ilkin şərtlər formalaşırdı.  

 

 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin