AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


İdarəetmə mədəniyyəti    267 Fəsil 4. Etik, hüquqi və siyasi mədəniyyət



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

 

İdarəetmə mədəniyyəti 

 

267



Fəsil 4. Etik, hüquqi və siyasi mədəniyyət 

 

 Etik mədəniyyət anlayışı və mahiyyəti. Etikanın elm kimi vəzifəsi. 



Etik mədəniyyətin dünyagörüşü dəyəri, dini və kübarlıq xarakteri. 

Etika - əxlaq haqqında təlim kimi. Peşəkar etikası. Məsuliyyət mədə-

niyyəti. Hüquq mədəniyyəti anlayışı və mahiyyəti. Şəxsiyyətin hüquq 

mədəniyyətinin səviyyəsi. Cəmiyyətin hüquq mədəniyyəti səviyyəsinin 

ənənəvi göstəriciləri. Hüquqi intizam və hüquqi sistem. Siyasi mədə-

niyyət - kulturologiyanın tədqiqat obyekti kimi. Siyasi mədəniyyət an-

layışı. Cəmiyyətin siyasi mədəniyyəti. Dövlətin siyasi mədəniyyəti. 

Dövlətin siyasi institutlarının funksiyaları.  

 

Etik mədəniyyət 

 

Etik mədəniyyət (Yunan dilindən tərcüməsi əxlaq, xarakter, adət mənası-

nı verir) cəmiyyətin sosial-mədəni inkişafı  və dövlətin təhlükəsizliyinin 

mühüm şərtidir. Etik mədəniyyətin əsasında insanların tələbatları, maraqla-

rı, bilikləri və xarakteri ilə şərtlənən dəyərlər sistemi durur. Etik mədəniyyət 

- şüurun və biliyin məcmusunu, lazımi olanın dərk edilməsini, dəyərlər sis-

temini, əxlaqi davranış və münasibətləri, insanların mənəvi həyatını və fəa-

liyyətini ifadə edir. Bu, nailiyyətlərin səviyyəsi və mənəvi inkişafda insanın 

və cəmiyyətin keyfiyyəti, həmçinin əsas etibarilə: vətəndaşların anadangəl-

mə keyfiyyətləri, təhsili və tərbiyəsindən, bütövlükdə cəmiyyətin maddi ri-

fah halından asılı olan ictimai şüur formasıdır. Etik mədəniyyət - ictimai 

quruluşun, rəsmi ideologiyanın, sinfi maraqların və dəyərlərin maddi və so-

sial-siyasi həyat şəraitinin dəyişməsindən asılı olaraq, məkan və zaman da-

xilində dəyişən təfəkkürün və davranışın mütəhərrik kateqoriyasıdır. O, bir 

çox nəsillərin dini və kübarlıq təcrübəsini, insanların tarixi tələbatlarını və 

həyati maraqlarını, mənəvi inkişafını müəyyənləşdirən və tənzimləyən ob-

yektiv qanunauyğunluqları  əks etdirir. Etik mədəniyyət quldarlıq, feoda-

lizm, kapitalizm, sosializm cəmiyyətlərində ayrı-ayrı sosium və  fərdlər 

üçün müxtəlifdir.  



Elm kimi, etikanın vəzifəsi - insanların əxlaqi cəhətdən təkmilləşdirilmə-

sinə, Xeyirin və Şərin düzgün dərk edilməsinə, şəxsiyyətin mənəvi seçimi-

nin müəyyənləşdirilməsinə kömək edən, insanın və cəmiyyətin mənəviyyat 

problemlərinin öyrənilməsidir. Etika gerçəklik haqqında düzgün təfəkkür 

və təsəvvürlərin, onlarla şərtlənən, həyatda və fəaliyyətdə müsbət nəticələrə 

nail olmağa imkan verən düzgün məqsəd və  hərəkətlərin formalaşmasına 

kömək edir.  


Fuad Məmmədov

 

 

268



Etik mədəniyyətin dünyagörüşü dəyəri ondan ibarətdir ki, o, lazımi olan 

haqqında, insanın nəsibi və həyatının mənası, ailədə, kollektivdə və cəmiy-

yətdə  əxlaq prinsipləri və davranış normaları haqqında aksioloji ideyaları 

formalaşdırır. Xeyir və Şərin qiymətləndirilmə meyarları kontekstində “ne-

cə hərəkət etməli” sualına cavab verərkən, bəzi nəzəriyyələr insan təbiətini 

lazımınca qiymətləndirməyərək, əxlaqın sosial xarakterindən, digərləri - əx-

laqın ictimai şüur forması olduğunu unudaraq, “insan təbiətinin” dəyişməz-

liyindən çıxış edirlər. Etikanı fərdlərin xoş məramı, tələbatları və meylləri 

arasında harmoniyaya nail olma vasitəsi kimi nəzərdən keçirən Kant, mənə-

viyyatın qorunması üçün allahın varlığının və ruhun ölməzliyinin qəbul 

edilməsini zəruri sayırdı.  

Etika hən dini, həm də dünyəvi xarakterə malik ola bilər. Dini etika ilahi 

qaydalarla şərtlənən yüksək aprior prinsiplərə əsaslanmışdır. Dünyəvi etika 

- tarixi hadisədir, insanların sosial mənşəyindən, möminlik dərəcəsindən, 

sinfi, qrup və şəxsi maraqlarından, həyat tərzi və dəyərlər sistemindən asılı-

dır.  


Mahiyyət etibarı ilə  etika - əxlaq haqqında, onun mənşəyi və inkişafı, 

insanın davranış qaydaları və normaları, ailəyə, bir-birinə, cəmiyyətə, vətə-

nə, dövlətə, bəşəriyyətə qarşı münasibətdə onların vəzifələri  haqqında tə-

limdir. Onu iki əsas ölçüdə nəzərdən keçirmək qəbul olunur: insanın müəy-

yən davranış norma və qaydalar kodeksini ifadə edən normativ etika kimi 

və əxlaqın fəlsəfi nəzəriyyəsini ifadə edən metaetika kimi. Bütün şəraitlər 

üçün vacib olan, əbədi həqiqətlər məcmusu kimi əxlaq tarixən əlaqələndiri-



lirdi 

• Antik cəmiyyətdə - insanların ruhi və cismani həzzə təbii can atma-

ları ilə (Epikur); hissən qavranılmaz “rıfah” ideyası ilə (Platon); təlim 

və adətlə şərtlənən “intellektual” və iradəyə əsaslanan “vətəndaş xe-

yirxahlığı” ilə (Aristotel).  



• Feodal cəmiyyətində - allaha məhəbbət və ilahi iradə ilə. 

• İntibah və Maarifçilik dövründə - insanın və insan şüurunun başlıca 

dəyər kimi qəbul edilməsi ilə. 



Burjua cəmiyyətində - azadlıq və bərabərlik ideyaları ilə. 

• Sosialist cəmiyyətində - sosial ədalət ideyaları ilə. 

• Kapitalist (demokratik) cəmiyyətində - insan iradəsinin müstəqilliyi 

ideyası ilə.  

 

Peşəkar etikası 

 

Peşəkar etikası - əmək fəaliyyəti prosesində insanlar arasındakı qarşılıqlı 

münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir. Peşəkar 


İdarəetmə mədəniyyəti 

 

269



etikasında öz peşə borcunu vicdanla yerinə yetirməsi və insanlara vicdanla 

xidmət etməsinə görə  cəmiyyət qarşısında mütəxəssisin mənəvi, sosial və 

siyasi məsuliyyət hissi təcəssüm etdirilmişdir. Peşəkar etikası - mənəvi tə-

ləblərin ümumi xarakteri, bəşəriyyətin mənəvi tərəqqisi ilə şərtlənən bu və 

ya digər peşə fəaliyyəti üçün spesifik humanist davranış normalarıdır. Bu, 

əməyin spesifikliyinə uyğun olaraq konkretləşdirilmiş ümumi mənəvi prin-

siplərdir. Peşəkar etikası - ruhi mədəniyyətin, cəmiyyətin sosial-mədəni hə-

yatına daha çox təsir göstərən sahələri ilə bağlı davranış normalarından irəli 

gələn xüsusi mənəvi məsuliyyət və borcda zəruriliklə şərtlənir. Bu, pedaqo-

ji, elmi, tibbi, hüquqi, idarəetmə, bədii, jurnalist, parlament və insanın inki-

şafında və ictimai münasibətlərin tənzimlənməsində aparıcı rol oynayan di-

gər fəaliyyət növlərinə də aiddir.  



Siyasətçi və məmurun peşəkar etikası qanunun ruhuna və hər hərfinə sa-

diqliyi, vətənin milli maraqlarına xidməti, dövlətin nüfuzunun möhkəmlən-

dirilməsini, sosial tərəqqinin, ölkə vətəndaşlarının həyat keyfiyyəti və təh-

lükəsizliyinin təmin edilməsini nəzərdə tutur. O, hadisələr, proseslər, fakt-

lar və insanlar haqqında informasiyanın obyektivliyinə, həmçinin ölkə rəh-

bərliyi tərəfindən qəbul edilən siyasi və inzibati qərarların sosial nəticələri-

nə görə, ona bərabər qəbul edilən qərarların əsasını təşkil edən şərhə görə 

məsuliyyəti nəzərdə tutur. Bürokratların peşəkar etikası, həmçinin dövlət 

qulluqçularının fəaliyyətini, “şaquli” və “üfqi” xidmət  əlaqələri, müxtəlif 

strukturlar, bölmələr, ayrı-ayrı  məmurlar, rəhbərlər və tabeçilikdə olanlar, 

müxtəlif dərəcələr və ixtisas nümayəndələri arasında qarşılıqlı  təsirin ni-

zamlanmasını təmin edən mənəvi münasibətləri daxil edir.  

 

Məsuliyyət mədəniyyəti 

 

  İnsan münasibətlərinin formalaşdırılmasında, müxtəlif mədəniyyət və 



xarakterlərin qarşılıqlı  təsirində  şəxsiyyətin ümumi mədəniyyəti ilə  şərtlə-

nən məsuliyyət mədəniyyəti mühüm rol oynayır. Məsuliyyət – siyasi, vətən-

daş, sosial, iqtisadi, milli, dini və s. ola bilər. Məsuliyyətli insan öz fikirləri-

nə, hərəkətlərinə  və  işlərinə    şüuru ilə mütləq nəzarət edir. Hər bir insan 

üçün  ən mühüm olan sosial məsuliyyətdir.  Sosial məsuliyyət,  etikanın  öz-

özünə qiymət vermək tələbləri, borc hissi və başqa insanlara, kollektivin, cə-

miyyətin və ya dövlətin maraqlarına münasibətdə şəxsiyyətin qərarlarını və 

fəaliyyətini nizamlayır. İnsanın məsuliyyəti, həmçinin hamı tərəfindən qə-

bul edilmiş mədəni dəyərlər və ictimai faydalı nailiyyətlərin əhəmiyyəti ba-

xımından, fərdlər, kollektiv və ya cəmiyyət tərəfindən onun davranışı, prin-

sipləri, meyarları  və  fəaliyyət nəticələrinin  qiymətləndirilməsi  imkanından 

asılı olaraq formalaşır. Məsuliyyət mədəniyyəti kollektivdə insanların davra-


Fuad Məmmədov

 

 

270



nışını və fəaliyyətini nizamlayan müəyyən qarşılıqlı münasibətləri saxlamaq 

imkanı verir. Bu münasibətlər həm etik, həm də hüquqi xarakter daşıya bilər.  



Məsuliyyət mədəniyyəti idarəetmə mədəniyyətinin ən mühüm göstərici-

lərindən biridir. Dövlət idarəçiliyi sistemində məsuliyyətin yüksək əhəmiy-

yəti onunla şərtlənir ki, yüksək səlahiyyətlərə və imkanlara malik, siyasi və 

ya inzibati qərarlar qəbul edən  rəhbərlərin fərdi mədəniyyəti, ayrı-ayrı in-

sanların taleyinə, cəmiyyətin inkişafına və dövlətin təhlükəsizliyinə böyük 

və uzunmüddətli təsir göstərən amildir. Rəhbərlər idarəetmənin inkişafında 

əldən buraxılmış imkanların, istifadə edilməyən ehtiyatların və vəsaitlərin, 

cəmiyyətə  və dövlətə vurduqları, düzəldilməsi mümkün olmayan zərərin 

həm siyasi, həm də mənəvi məsuliyyətini bütün tamlığı ilə daşımalıdırlar. 

Bununla yanaşı kollegial orqanlarda da verilən tapşırıqların yerinə yetiril-



məsinə görə fərdi məsuliyyət müəyyən edilməlidir, hər kəs məhz öz işlərinə 

görə cavab verməlidir. Məsuliyyətli siyasi iş olan dövlət idarəçiliyi prosesi-

ni yalnız etik mədəniyyət prinsipləri və normalarının və ölkənin mövcud 

qanunlarının  şüurlu olaraq pozulmasına yol verməyən ləyaqətli insanlar 

apara bilər. Dövlət idarəçiliyi üzrə tanınmış mütəxəssis olan prof. Q.V.Ata-

mançuk siyasi, peşə  və  mənəvi məsuliyyət kontekstində Rusiyada dövlət 

idarəçiliyinin vəziyyətini tənqidi təhlil edərək qeyd edir ki, “… hakimiyyə-

tə can atan siyasətçiləri və siyasət üçün həqiqətən hazırlıqlı olan insanları 

fərqləndirməyi öyrənmək lazımdır və müvafiq surətdə siyasi məsuliyyət 

mexanizmlərini və prosedurlarını hazırlamaq lazımdır … yalnız tarixi kate-



qoriyalarla hiss edən və düşünən insan, mühüm dövlət vəzifələrini tuta bi-

lər və onların imkanlarına söykənərək ictimai inkişafa kömək edə bilər”.  

 

Hüquq mədəniyyəti 

 

 Mədəni insanın əsas keyfiyyətlərindən biri - mütəşəkkillik, şəxsiyyətin 



hüquqi mədəniyyətinin  müəyyən səviyyəsini, onun qaydaya, intizama, hü-

quqa, məsuliyyətə, qanunun aliliyinə tərəfdarlığını nəzərdə tutur. Şəxsiyyə-



tin hüquqi mədəniyyət səviyyəsi üç əsas: hüquqi biliklər və yuridik informa-

siya səviyyəsi ilə şərtlənən intellektual; hüquqi əqidələrdə təcəssüm olunan 



emosional-psixoloji;  biliklərə,  əqidələrə  və mövcud qanunlara əsaslanan, 

davranışda əks olunan davranış göstərici ilə ölçülür. 

 Hüquq - cəmiyyət mədəniyyətinin ən mühüm sosial institutlarından biri-

dir. O, şəxsi və ictimai həyat fəaliyyətinin qaydaya salınmasında insanların 

iradə, maraq və tələbatları ilə əlaqədardır. Hüquq özündə sosial ədalətə can 

atma və ümidi, öz hüquqları və azadlıqlarının müdafiəsini, zəmanətli əmə-

yin təmin edilməsini, sabit və təhlükəsiz həyatı təcəssüm etdirir. Müasir de-

mokratik dövlətdə hüquq insanın şüuru, davranışı, fəaliyyəti, sosial münasi-


İdarəetmə mədəniyyəti 

 

271



bətlərinin ayrılmaz hissəsidir. Hüquq düşüncəsində və ya dövlət hakimiyyə-

ti aktı və yuridik qüvvəyə malik olan qanunda ifadə olunmasından asılı ol-

mayaraq,  hüquq insanlar arasında,  onların cəmiyyətə  mənsub olduqlarını 

təsdiqləyən və onların həmrəyliyinə  və  əməkdaşlığına kömək edən  əlaqə-



ləndirici həlqədir.  

Hüquq mədəniyyəti – insanların cəmiyyətdəki həyat fəaliyyətininin sosi-

al-hüquqi nizamlama funksiyasını yerinə yetirən normalar, dəyərlər, yuridik 

institutlar, proseslər və formaların məcmusudur. O, azadlığın, hüquqların 

və məsuliyyətin vəhdətini, sosial müdafiəni və insan ləyaqətinə hörməti tə-

min edir. Cəmiyyətin hüquq mədəniyyəti  özündə ümumbəşəri və milli də-

yərləri ifadə edən ümumi sosial mədəniyyətin bir hissəsidir. O, şəxsiyyətin 

keyfiyyətli hüquqi vəziyyətini, həmçinin cəmiyyətin və dövlətin təşkil edil-

mə səviyyəsini əks etdirir. Hüquqi və etik mədəniyyət bir medalın iki tərəfi 

kimi, şəxsiyyətlərarası, ictimai və beynəlxalq münasibətlərdə çox böyük rol 

oynayır. Hüquq bu və ya digər davranış normalarını  təyin edir və dövlət 

idarəçiliyinin  əsasıdır,  əxlaq  isə insanın vicdanı ilə  nəzarət edilən mənəvi 

seçimi müəyyən edir.  



Hüquq mədəniyyəti qanunların müvafiq keyfiyyətini, sosial hüquq qay-

dasının stabilliyini, vətəndaşların dövlət və  cəmiyyət qarşısında öz hüquq 

və vəzifələrini bilmələrini, xalqın dəyər təsisatı kimi, onların qayda-qanuna 

hörmətini, savadlı və yuridik cəhətdən əsaslanmış tərzdə danışmaq qabiliy-

yətini nəzərdə tutur. O, həmçinin azadlığı, digər insanlara hörməti, öz söz-

ləri,  əməlləri və üzərinə götürdüyü öhdəliklərə görə  şəxsi məsuliyyəti, in-

sanlarda qanunilik və ədalət hissinin tərbiyə edilməsini də nəzərdə tutur. Bu 

prosesdə peşəkar hüquq təhsili ilə yanaşı, kütləvi informasiya vasitələri və 

bədii ədəbiyyat da əhəmiyyətli rol oynayır.  

Cəmiyyətin hüquq mədəniyyətinin əsas komponentləri bunlardır: dövlət 

qanunlarını ifadə edən normalar sistemi olan hüquq;  hüquqla nizamlanan 

ictimai münasibətlər sistemi olan hüquqi münasibətlər; hüquqi nəzarəti, hü-

ququn nizamlanmasını  və icrasını  təmin edən dövlət orqanları  və ictimai 

təşkilatlar sistemi olan hüquq idarələri; hüquqi fəaliyyətin ruhi əksetmə sis-

temi olan hüquqi şüur; həm qanunauyğun, həm də qanuna zidd hüquqi dav-



ranış; qanunyaradıcı fəaliyyət; hüquq elmi; hüquqa uyğun fəaliyyət; qanu-

nilik; hüquq qaydası. 

Cəmiyyətin hüquq mədəniyyəti səviyyəsinin ənənəvi göstəriciləri bunlar-

dır: qanunvericiliyin sosial əsaslandırılması,  normativ aktların məzmunu-

nun xalqın milli mədəniyyət ənənələrinə, psixologiyasına, milli xarakter və 

ideallarına, həmçinin cəmiyyətin inkişaf tələbatlarına, dünya inkişafının 

mütərəqqi nailiyyətləri,  qanunauyğunluqları  və tendensiyalarına uyğunlu-

ğu;  qanunların reallaşdırılmasının hüquqi mexanizminin tədqiqini, hüquqi 



Fuad Məmmədov

 

 

272



termin və təriflərin aydınlığını, boşluqların olmamasını, qanunun mənası və 

hər hərfinin, onların sərbəst şərhini istisna edən bütövlüyünü nəzərdə tutan



qanunvericiliyin mükəmməlliyi;  mövcud qanunların təyinatının real gözlə-

nilən sosial nəticələrə uyğunluğu, qanunların real icrasına  əhalinin  şüurlu 

hazırlığını nəzərdə tutan, qanunvericilik effekti.  

Demokratik ölkələrdə dövlət və hüquqi münasibətlərdə hüquq prioritet-

dir. Qanunun üstünlüyü hamı üçün, ilk növbədə dövlət orqanları üçün əsas 

prinsipdir. Hüquq, yuridik normalar şəxsiyyətin yüksək hüquqi statusunun, 

insanın ayrılmaz hüquqlarının yerinə yetirilməsinin, dövlət və sosial idarə-

çiliyin demokratik metodlarının zaminidir. Demokratik ölkələrdə  hüquq 



mədəniyyətinin  əlamətlərinə, hüquqi münasibətlərdə olan subyektlərin hü-

quq və vəzifələrinin ekvivalentliyi və tarazlığı kimi, bərabərliyi, azadlığı və 

ədaləti aid edirlər.  

Demokratik cəmiyyətdə  hüquq mədəniyyətinin effektivliyi aşağıdakı 

şərtlərdən asılıdır: 

  Hakimiyyətin müxtəlif  şaxələrinin qarşılıqlı  nəzarətini nəzərdə tu-

tan demokratik sistemin olması ilə; 

  Hakimiyyət və  cəmiyyət arasındakı münasibətləri nizamlayan və 

aşağıdakı funksiyaları yerinə yetirən ombudsman institutunun ol-

ması ilə: 



•  vətəndaşların hüquqlarının müdafiəsi,  şikayətlərinə  və  ərizələrinə 

baxılması; 



• illik və xüsusi məruzələrin hazırlanması; 

•  insan hüquqlarının müdafiəsi üzrə qanunvericiliyin təkmilləşdiril-

məsinə yardım; 



• hüquqi maarif və vətəndaş təhsilinin inkişafına yardım. 

 Demokratiya dəyərlərinə  və prinsiplərinə  əsaslanan effektiv sosial və 

dövlət idarəçiliyini təmin edən hüquqi, etik və idarəçilik vəzifələri arasında 

aşağıdakıları qeyd etmək lazımdır: 

  vətəndaşları və qanunun aliliyini təmin etməyə iqtidarı olan vəzifəli 

şəxslər tərəfindən qanunvericiliyin və qanunların icra mədəniyyəti-

nin müntəzəm olaraq təkmilləşdirilməsi;  

  baza siyasi və inzibati sənədlərin şəffaflığı və idarəetmə sistemində 

onlardan düzgün istifadə edilməsi; 

  vətəndaşların hüquqlarının ədalətli müdafiəsi, vəzifəli şəxslər tərə-

findən hakimiyyətdən sui-istifadənin, proteksionizm, monopolizm 

və korrupsiya hallarının aradan qaldırılması, bölgü münasibətləri 

mədəniyyətinin inkişaf etdirilməsi; 



İdarəetmə mədəniyyəti 

 

273



  ölkə  vətəndaşları, həmçinin dövlət strukturları  və  vətəndaşlar ara-

sındakı ziddiyyətlərin, münaqişələrin və mübahisələrin ombudsman 

institutunun köməyi ilə yüksək hüquqi və etik tənzimlənməsi; 

  dövlət quruculuğu və idarəçiliyi prosesləri effektivliyinin ictimai 

monitorinq proqramlarının işlənib hazırlanması və reallaşdırılması; 

  demokratiya, sülh və vətəndaş cəmiyyəti mədəniyyəti, hüquqi, etik, 

idarəetmə, istehsal, məişət və gender mədəniyyəti problemləri üzrə 

məmurlar və əhali üçün daim fəaliyyət göstərən kulturoloji maari-

fin təşkil edilməsi.  

Bütövlükdə  cəmiyyət mədəniyyəti kimi, hüquq mədəniyyəti də,  qiymət-

ləndirmə prinsipləri və meyarlarındən asılı olaraq, yüksək, orta və aşağı hü-

quq mədəniyyəti kimi interpretasiya edilə bilər. Yüksək hüquq mədəniyyəti - 

hüququn, ədalətin və hüquqi qanunların faydalılığının məntiqə uyğunluğunu 

və labüdlüyünü dərk etməyə, hüquqi biliklərin  əqidəyə çevrilməsinə  səbəb 

olur. Hüquqi intizam vətəndaşların hüquqi əqidəsi ilə rəsmi hüquq normaları-

nın eyniliyini tələb edir.  

Cəmiyyətin hüquqi sistemi, bir çox cəhətdən siyasi-hüquqi firkin və hü-

quq elminin yaradıcı nailiyyətlərinin inkişaf səviyyəsindən, daxili və xarici 

tələbatlara uyğun dəyişən dövlət və hüquq nəzəriyyəsinin, həmçinin əhali-

nin hüquqi təhsili və maarifinin səviyyəsindən asılıdır. 



 

Siyasi mədəniyyət 

 

Müasir kulturologiyanın elmi maraq obyektlərindən biri cəmiyyətin və 



dövlətin siyasi mədəniyyətidir.  Sistemli kulturoloji təhlilin görüş dairəsinə 

elmi biliklər və metodlar, dövlət quruculuğu və idarəçiliyinin təcrübə  və 

texnologiyaları, siyasi həyatı nizamlayan və dövlət hakimiyyətinin effektiv 

fəaliyyətini təmin edən institutlar sisteminin fəaliyyəti, dövlət müəssisələri, 

siyasi partiyalar və ictimai təşkilatların fəaliyyətinə toxunan ziddiyyətlər və 

dəyişikliklər daxildir.  



Siyasi mədəniyyət - müəyyən məqsədlərə nail olma maraqlarında sosial 

qruplar, millətlər və dövlətlər arasında münasibətlərin nizamlanmasına yö-

nəldilmiş xüsusi elmi biliklər, texnologiyalar və fəaliyyətdir. O, vətəndaşla-

rın siyasi biliyi, bacarığı, mütəşəkkilliyi, etikası, fəaliyyəti və hərəkətlərinin 

qiymətləndirmə keyfiyyəti, səviyyəsi və xarakterinihəmçinin siyasi müna-

sibətləri və siyasi həyatı nizamlayan siyasi dəyərlər, normalar və ənənələrin 

məcmusunu əks etdirir. Siyasi mədəniyyət, mühüm sosial-siyasi funksiyala-

rı yerinə yetirən dövlət, konstitusiya, ölkə qanunları, siyasi partiyalar, icti-

mai təşkilatlar kimi və permanent inkişaf etmiş institutların fəaliyyətində 


Fuad Məmmədov

 

 

274



ifadə olunur. Onun əlavə sahəsi həm də millətlər, etnoslar, dini konfessiya-

lar, “maraq qrupları”, beynəlxalq cəmiyyətdir. 

Dövlət institutlarını, siyasi partiya və ictimai təşkilatları daxil edən cə-

miyyətin siyasi sistemi, dövlət hakimiyyətinin fəaliyyətini təmin edir və öl-

kənin siyasi həyatını  tənzimləyir.  Cəmiyyətin siyasi mədəniyyəti - Dövlət 

Konstitusiyası və milli qanunvericilikdə möhkəmləndirilmiş hüquq norma-

ları çərçıvəsində, həmçinin milli və ümumbəşəri mədəniyyətin dəyərlər sis-

teminə, beynəlxalq hüquq və beynəlxalq hüquqi aktlara uyğun olaraq inki-

şaf edir. Siyasi mədəniyyət  onun daşıyıcıları rolunda çıxış edən insanların 

siyasi tələbatları və maraqlarının, onların siyasi hakimiyyətin mövcud me-

xanizminə münasibətinin ümumiliyini nəzərdə tutur. Cəmiyyətin siyasi mə-



dəniyyəti çox zaman ümummədəni keyfiyyətlərlə, cəmiyyət və dövlət qarşı-

sında duran vəzifələrin həllində vətəndaşların siyasi mövqeyi, təşəbbüsü və 

fəallığı,  müstəqilliyi, məsuliyyəti və  mobilliyi ilə, onların öz davranışını 

könüllü olaraq demokratik dövlətin siyasi norma və institutlarına tabe etmə 

bacarığı və arzusu ilə müəyyən edilir. Siyasi xarakterli insan münasibətləri-

nin əsasında fərdi, ictimai, milli, dövlət, partiya, kommersiya, iqtisadi, dini, 

qrup və digər maraqlar durur.  



Dövlətin siyasi mədəniyyəti, dövlət hakimiyyətinin yerinə yetirilməsinin 

sabitliyi və effektivliyinin, qanunvericiliyin və dövlət idarəetmə aparatının 

davamlı olaraq təkmilləşdirilməsinin, düzgün siyasi qərarların qəbulu və 

onların cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinə vaxtında tətbiqi-

nin, xalqın özünüidarə  mədəniyyətinin inkişafı, cəmiyyətin sabit inkişafı, 

təhlükəsizliyi və tərəqqisinin təminatçısı olan dövlətin möhkəmləndirilmə-

sini  nəzərdə tutur.  Onun  əsas problemi dövlət quruculuğu və idarəçiliyi 

məqsədlərinin, fəaliyyət məzmununun, elmi və ideoloji əsaslarının, forma 

və texnologiyalarının təyin edilməsi, daxili və xarici siyasətin, xarici ölkə-

lərlə beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı olan dövlət ha-

kimiyyətinin təşkil edilməsidirCəmiyyətin inkişaf tələblərinə, daxili və xa-

rici dəyişikliklərə, dünya mədəniyyəti və sivilizasiyasının çağırışlarına uy-

ğun olaraq, demokratik dövlət, vətəndaşların, milli maraqların təmininə yö-

nəldilmiş, dövlət quruculuğu və idarəçiliyi proseslərinə geniş surətdə  cəlb 

edilməsini, dövlət və ictimai işlərin idarə edilməsində həmkarlar ittifaqları 

və qeyri-hökumət təşkilatlarının rolunun artırılmasını nəzərdə tutur.  



Dövlətin siyasi institutlarının əsas funksiyaları bunlardır: tərbiyəvi, tən-

zimləyici və qoruyucu. Tərbiyəvi funksiya - dövlət və sosial idarəetmə pro-

sesində iştirak edən vətəndaşların siyasi mədəniyyət və siyasi şüurunun, sə-

riştəliliyinin lazımi səviyyəsinin formalaşdırılmasını nəzərdə tutur. Tənzim-

ləyici funksiya - idarəetmə orqanlarının fəaliyyətinə monitorinq yolu ilə və-

təndaşların siyasi prosesə pozitiv təsirinin təmin edilməsini nəzərdə tutur. 



İdarəetmə mədəniyyəti 

 

275



Qoruyucu funksiya - cəmiyyət tərəfindən müdafiə olunan dövlət quruluşu-

nun siyasi dəyərlərinin qorunmasını nəzərdə tutur.  



Demokratik dövlətin siyasi mədəniyyətinin mühüm vəzifəsi - cəmiyyətin 

rifahı  və  həyat keyfiyyətinin  əsası olan rəqabət qabiliyyətli iqtisadiyyatın 

inkişafı, habelə ölkədə idarəetmə, hüquqi, etik, intellektual və informasiya 

mədəniyyətinin qabaqlayıcı inkişafının təmin edilməsidir. Siyasi demokrati-



ya mədəniyyətinin effektivliyinə - siyasətdə kortəbii, idarə olunmayan pro-

seslərin və müvəffəqiyyətsizliyin güclənməsinə  səbəb olan bürokratizm, 

avtoritar idarəetmə üslubu, volyuntarizm, favoritizm, təmtəraqlılıq, qeyri-

mütəşəkkillik, boşboğazlıq, təkəbbür, özbaşınalıq və avanturizm kimi amil-

lər neqativ təsir göstərir. 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin