AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


IV HİSSƏ  İdarəetmə mədəniyyəti: demokratik ölkələrdə peşə-



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

IV HİSSƏ 

İdarəetmə mədəniyyəti: demokratik ölkələrdə peşə-

kar dövlət, sosial və iqtisadi idarəçilik bilikləri,  

texnologiyaları və etik normaları 

Liderlik mədəniyyəti, şəxsiyyətin özünüidarə mədə-

niyyəti və ailə mədəniyyəti 

 

Fəsil 1. İdarəetmə mədəniyyəti: 



anlayışı, effektivliyi, elmi idarəetmə prinsipləri və 

təşkilati mədəniyyət tipləri 

 

İdarəetmə mədəniyyəti anlayışı. Dövlət idarəçiliyi mədəniyyətinin 

mahiyyəti və xüsusiyyətləri. Elmi idarəetmə prinsipləri. Təşkilati mə-

dəniyyət tipləri. Dövlət idarəçiliyinin üç mərkəzi problemi. Cəmiy-

yətin inkişafının elmi idarəçilik vəzifələri. Əsas demokratik idarəetmə 

prinsipləri. Monitorinq. 

 

İdarəetmə mədəniyyəti 

 

Məlum olduğu kimi, sosial mədəniyyətin mühüm institutlarından biri 



olan idarəetmə - nizamlamaq, inkişaf etdirmək və təkmilləşdirmək məqsədi 

ilə müəyyən obyektə təsir edilməsini təmin edən, həmçinin qoyulmuş mə-

sələlərin yerinə yetirilməsi maraqlarında müxtəlif obyektlərin səylərinin ko-

ordinasiyasını ifadə edən prosesdir. Belə obyektlər – insan, ailə, kollektiv, 

cəmiyyət, dövlət ola bilər. İdarəetmə - məqsədlər, istiqamətlər və prioritet-

lərin müəyyən edilməsini, fəaliyyət prinsipləri və metodologiyaların, texno-

logiyalar və metodların seçilməsini, proqramlar və layihələrin işlənib hazır-

lanmasını, qərarların qəbul edilməsi və yerinə yetirilməsini daxil edən fəa-

liyyəti nəzərdə tutur. O, insanın və cəmiyyətin, dünya mədəniyyəti və sivi-

lizasiyası obyektiv inkişaf qanunauyğunluqlarının elmi dərk edilməsi və ya-

radıcı istifadəsi əsasında qurulur.  

İdarəetmə  mədəniyyəti  – rifahın yüksəldilməsi, insanın, cəmiyyətin, 

dövlətin və dünya birliyinin mütərəqqi və  təhlükəsiz inkişafına nail olun-

ması, ictimai və beynəlxalq münasibətlərin tənzimlənməsi, insanların mə-

nafelərinin uyğunlaşdırılması maraqlarında həyata keçirilən xüsusi elmi bi-

liklər, texnologiyalar, mütəşəkkillik, etika və rəhbər fəaliyyətdir. O, həm də 

idarəetmə fəaliyyəti və onun nəticələrinin keyfiyyət göstəricisidir. İdarəet-



Fuad Məmmədov

 

 

342



mə mədəniyyəti - insanın, sosial qrupların, cəmiyyətin, dövlətin və ya bey-

nəlxalq birliyin fəaliyyətinə rəhbərlik üzrə dəyişən dünya şəraitində onların 

inkişafı gedişatını istiqamətləndirən və sosial-mədəni tərəqqini təmin edən 

şüurlu humanist fəlsəfəni və  fəaliyyətin optimal texnologiyasını  nəzərdən 



keçirir. O, qoyulmuş məqsədlərə nail olunması və idarə edilən obyektin in-

kişafında effektivliyin əldə edilməsi üçün lazım olan, düzgün siyasi, iqtisa-

di və ya sosial qərarların qəbul edilməsinə imkan verən dərin peşəkar bilik-

ləri, bacarıqları, hüquqi savadı, siyasi və mənəvi məsuliyyəti nəzərdə tutur. 



Tədris fənni kimi idarəetmə mədəniyyəti - demokratik cəmiyyət və hüquqi 

dövlət  şəraitində, cəmdə  tələbə  və dinləyicilərin effektiv idarə edilməsi 

üçün zəruri olan biliklər və vərdişlərlə təchiz edən, universal kulturoloji və 

xüsusi idarəetmə bilikləri və  nəzəriyyələrinin sintezini ifadə edir. Dövlət, 

beynəlxalq, iqtisadi və sosial idarə etmə, liderlik mədəniyyəti, insanları idarə-

etmə bacarığı, özünüidarə və ailənin idarə edilməsi - idarəetmə mədəniyyəti 

kursunun mühüm komponentləridir. O, ümumi idarəetmə nəzəriyyəsi, inziba-

ti-dövlət idarəçiliyi nəzəriyyəsi, biznes idarəçiliyi nəzəriyyəsi, bələdiyyə ida-

rəçiliyi və “üçüncü” sektorun idarə edilməsi nəzəriyyələri, liderlik, insan mü-

nasibətləri və beynəlxalq münasibətlər, şəxsiyyətlərarası və işgüzar münasi-

bətlər nəzəriyyələri sahəsindəki bilikləri özünə inteqrasiya edir.  

Hər bir ölkə üçün dövlət idarəçiliyi mədəniyyəti başlıca əhəmiyyət daşı-

yır. Dövlət idarəçiliyi mədəniyyəti - strateji məsələlərin həllinə, cəmiyyətin 

proqressiv, davamlı və təhlükəsiz inkişafına, ölkə daxilində sosial münasi-

bətlərin nizamlanmasına və dövlətin qarşılıqlı faydalı beynəlxalq münasi-

bətlərinin təmin edilməsinə yönəldilmiş, müəyyən peşəkar biliklər, dəyər-

lər, normalar, proseslər və texnologiyalarda təcəssüm olunan təşkilati-idarə-

etmə fəaliyyətidir. O, xalqın rifahının təmini, cəmiyyətin həyat keyfiyyəti-

nin yüksəlişi, həyat qabiliyyətinin təmin edilməsi və dövlət məqsədlərinə 

nail olunması üçün insanların şüuruna, davranışına və fəaliyyətinə təsir et-

mək yolu ilə müəyyən elmi, ideoloji, təşkilati, hüquqi və etik prinsiplər əsa-

sında hakimiyyəti təmsil edən səlahiyyətli şəxslər tərəfindən həyata keçiri-

lir. Bu və ya digər ölkənin dövlət idarəçiliyi, onun məzmununu, məqsədlə-

rini və prinsiplərini müəyyən edən sosial-siyasi quruluşla şərtlənir. 

Demokratik dünya sivilizasiyalarında dövlət, şəxsiyyətin ləyaqətli həyat 

fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədi ilə mövcuddur. Ölkə 

vətəndaşlarının milli, sosial və ümumbəşəri dəyərlər və maraqlarının  əsas 

birləşdirmə forması olan demokratik dövlətdə, dövlətin məqsədləri və ira-

dəsi inzibati dövlət idarəçiliyi sistemi vasitəsilə reallaşdırılır. Ayrı-ayrı və-

təndaşların və ya ictimai təşkilatların məqsədləri, maraqları və hüquqlarının 

həyata keçirilmə vasitəsi olan mülki qulluqdan fərqli olaraq, dövlət qulluğu 


İdarəetmə mədəniyyəti 

 

343



cəmiyyətin, sosial tərəqqinin və dövlətin özünün həyat qabiliyyətinin rifah 

və təhlükəsizliyinin asılı olduğu strateji məsələlərin həllini həyata keçirir.  



Kulturoloji ölçmədə dövlət idarəçiliyi mədəniyyəti aşağıdakıları nəzərdə 

tutur: 

  Universal və xüsusi biliklərin, bacarıq, mütəşəkkillik, mənəviyyat 

və ictimai proseslərin, insanın şüuru, davranışı və fəaliyyətinin bi-

lavasitə idarə edilməsinə istiqamətlənən məqsədyönlü fəaliyyəti. 

  Dövlət tərəfindən qoyulan məqsədlərə nail olunması, vətəndaşların 

ruhi və maddi tələbatlarının ödənilməsi, ideallar, dəyərlər və məq-

sədlərin həyata keçirilməsi naminə  cəmiyyətin həyat fəaliyyətinə 

hüquqi dövlətin təsir texnologiyalarının işlənib hazırlanması və re-

allaşdırılmasını. 

  Səlahiyyətli şəxslər tərəfindən insanların davranış və fəaliyyət qay-

dalarının müəyyən edilməsi, həyat tələbatlarına və  cəmiyyətin və 

dövlətin inkişaf maraqlarına cavab verən ictimai münasibətlərin 

tənzimlənməsini. 

  Müxtəlif funksiyalar və  səlahiyyətlərə malik olan idarəetmə sub-

yektləri və obyektlərinin məcmusu kimi, daim inkişaf etməkdə olan 

dövlət idarəçiliyi sisteminin effektiv fəaliyyətini. 

  Dövlət idarəçilik sisteminin həyat qabiliyyəti və effektivliyini, 

onun zamanın çağırışlarına cavab vermək və ölkənin rəqabətə da-

vamlılığı və təhlükəsizliyini təmin etmək qabiliyyətinin permanent 

inkişafını təmin edən idarəçilik qərarlarının qəbul edilməsi və yeri-

nə yetirilməsini, innovativ fəaliyyətin həyata keçirilməsini.  

Dövlət idarəçiliyi mədəniyyəti siyasətçilər və məmurların universal elmi 

biliklərə, idarəetmə texnologiyalarına, təcrübəyə, mütəşəkkilliyə, nizam-in-

tizama və hüquq qaydalarına, müstəqilliyə, siyasi və  mənəvi məsuliyyətə, 

möhkəm iradəyə, dürüstlüyə və yüksək peşə etikasına sahib olmaları, onla-

rın mədəniyyəti harmonizasiya etmək və maraqları təmin etmək bacarığı ilə 

şərtlənmişdir. Onun ən mühüm göstəricisi düzgün qərarların qəbul edilmə-

sini təmin edən yeni kulturoloji texnologiyalarla əməliyyat aparmaq bacarı-

ğıdır. Elmtutumlu kulturoloji texnologiyalar real nəticələrə əsaslanaraqic-

timai prosesdəki dağıdıcı, destruktiv prosesləri ölçmək, qiymətləndirmək, 

minimuma endirməyin mümkün olduğu sosial-mədəni dəyişikliklərin mütə-

rəqqi xarakterinə yardım edir. Onlar qazanılmış nailiyyətlərin və toplanmış 

təcrübənin saxlanması, istifadəsi və ötürülməsini təmin edən yeni idarəetmə 

keyfiyyətinin yaradılmasına, innovativ metodlar və islahatlar vasitəsilə əldə 

olunanın yaxşılaşdırılması  və  təkmilləşdirilməsinin həyata keçirilməsinə 

imkan verir. Lakin yeni kulturoloji idarəetmə texnologiyalarının işlənib ha-

zırlanması və tətbiqi - hüquqi təminatı, dövlətçilik mədəniyyətinin təkmil-



Fuad Məmmədov

 

 

344



ləşdirilməsinin universal elmi əsası kimi, kulturologiyanın institutlaşdırıl-

ması haqqında müvafiq qanunun qəbul edilməsini, inkişaf etməkdə olan öl-

kələrdə dövlət idarəçiliyi sisteminin və insanların həyat fəaliyyətinin yük-

səldilməsini tələb edir. 

Demokratik inkişaf yoluna qədəm qoymuş ölkələrdə dövlət idarəçiliyi mə-

dəniyyətinin əhəmiyyətinin artması aşağıdakı aktual tələbatlarla şərtlənir: 

  Dövlət quruculuğunda dövlət administrasiyasının siyasi rolunun 

artması, beynəlxalq münasibətlərin tənzimlənməsində  cəmiyyətin 

davamlı və təhlükəsiz inkişafının təmin edilməsinə yönəldilən milli 

proqramın hazırlanması ilə. 

  Müstəqil respublikaların dövlət, iqtisadi və sosial idarəçilik sistemi-

nin permanent inkişafı və təkmilləşdirilməsi ilə. 

  Dövlət istehsal müəssisələrinin effektivliyi və  rəqabət qabiliyyəti-

nin artırılması ilə.  

  Liderlik mədəniyyəti, ailə idarəçiliyi mədəniyyəti və özünüidarə 

bacarığının təkmilləşdirilməsi ilə. 

  Vətəndaş  cəmiyyətinin inkişafı  və sosial və dövlət idarəçiliyində 

onun rolunun gücləndirilməsi tendensiyaları ilə.  

   İnkişaf etməkdə olan ölkələrin “biliklər cəmiyyətinə” tədrici keçidi ilə. 



Dövlət idarəçiliyi mədəniyyətinin  əsas elmi problemlərinə  aşağıdakılar 

aiddir: dövlət idarəçiliyinin təşkili və fəaliyyəti, dövlət aparatı vəzifələrinin 

formalaşdırılması və harmonizasiyası, alternativ idarəetmə modellərinin iş-

lənib hazırlanması, dövlət qərarlarının hazırlanması və qəbul edilməsi, ida-

rəçilik fəaliyyətinin struktur və mexanizmlərinin təkmilləşdirilməsi və isla-

hatı, sistemin institutlarının fəaliyyət koordinasiyası, ideoloji və etik prob-

lemlər, ictimaiyyətlə əlaqələr, siyasi proqnozlaşdırma, liderlik problemləri, 

məmurların seçilməsi, hazırlığı və yenidən hazırlığı, dövlət qulluğu heyəti-

nin idarə edilməsi, münaqişələrin və böhranların idarə edilməsi texnoloği-

yaları  və başqaları. Bütün bu problemlər cəmiyyətin sosial mədəniyyəti, 

dövlətin konkret məqsədləri və dünya mədəniyyəti və sivilizasiyasının inki-

şaf qanunauyğunluqları kontekstində nəzərdən keçirilir.  

 

Elmi idarəetmə prinsipləri 

 

İdarəetmə  mədəniyyəti - idarəçilik strategiyası, texnologiyası, etikası, 

sosiologiyası və estetikasını daxil edən, elmi əsaslanmış idarəçilik fəaliyyə-

tini nəzərdə tutur.

37 

                                                            



37

 Bu  yanaşma demokratik ölkələrdə yayılan istehsalın idarə edilməsi elminə  əsaslanır. 

İkinci dünya müharibəsindən sonrakı dövrdə Yaponiyanın inkişafının  əsas amillərini təhlil 


İdarəetmə mədəniyyəti 

 

345



1.  Strategiya – dövlətin və ya təşkilatın fəaliyyətinin düzgün 

planlaşdırılması və proqnozlaşdırılması məqsədi ilə bütün vəsait 

mənbələri növlərinin sistemli kulturoloji təhlilidir.  

2.  Texnologiya  –  insan, maddi və informasiya resurslarının 

effektiv idarəetmə və ya istehsal fəaliyyəti üçün düzgün elmi isti-

fadəsidir. 

3.  Etika (psixologiya) – insanlarla işləmək bacarığıdır. Effek-

tiv işin təşkili məqsədi ilə işçilərin xarakterinin intellektual, mə-

nəvi və digər xüsusiyyətlərinin öyrənilməsi, onların mədəniyyət 

və maraqlarının harmonizasiyasıdır.  

4.  Sosiologiya (public relations) – dövlətin və ya təşkilatın 

missiyasının effektiv həyata keçirilməsi məqsədi ilə müxtəlif in-

san qrupları və təşkilatlar arasında maraqların və münasibətlərin 

xarakterinin nəzərə alınması, onlarla, eləcə də KİV-lə fəal qarşı-

lıqlı fəaliyyətdir.  

5.  Estetika  (dizayn)  –  istehsal məhsulunun estetik formaları 

və xarici görünüşünün təşkilatın xarakterinə və təyinatına uyğun 

sosial-mədəni layihəsinin hazırlanmasıdır. Dizayn təşkilatın (ida-

rəetmə subyekti) fəaliyyətində cəmiyyətin marağına səbəb olur.  

 

Təşkilati mədəniyyət tipləri 

  

Uğurlu təşkilat idarəçiliyi - mədəni eynilik, dəyərlər sistemi, inkişaf ma-



raqları  və  məqsədləri  əsasında kollektiv üzvlərinin vəhdəti və  həmrəyliyi-

nin təmin edilməsini nəzərdə tutur. Təşkilatın peşəkarlığı və etikasını əhatə 

edən mədəni səviyyəsi onun effektivliyinin təyinedici amilidir. Bu və ya di-

gər təşkilatın mədəniyyəti onun xarakteri, davranış psixologiyası və motiv-

lərində, ideyaları, əqidələri, ənənələrində, rəhbərin və işçilərin aurası və iş 

metodlarında əks olunur. Təşkilat mədəniyyəti keyfiyyəti bir çox cəhətdən 

insanların sosial mənşəyi və dəyərlər sistemindən, onların həyat fəaliyyəti 

fəlsəfəsi və texnologiyalarından asılıdır.

38

 

 



                                                                                                                                          

edərək, N.İ.Konrad ölkənin dövlət həyatında Qərbin kapitalist iqtisadiyyatı  şəraitində 

yaranan istehsal idarəçiliyi elminin mühüm strateji yer tutduğuna xüsusi diqqət yetirdi. Bu 

elmin  əsas komponentləri: sənaye mühəndisliyi (İndustrial Engineering), operativ tədqiqat 

(Operations Reshearch), işin idarəetmə psixologiyası (Management Psychology), ictimai 

münasibətlər (Public Relations) və dizayndır (Design). İnkişaf etmiş ölkələrdə bu elmin 

sürətli inkişafı, həm elmi-texniki inqilabın inkişaf tələbləri, həm də demokratlaşma 

proseslərinin dərinləşməsi ilə  şərtlənmişdi.  İdarəetmə fakultəsi müharibədən sonrakı 

Yaponiyada ən məşhur və geniş yayılmış fakultə oldu.         

38

 Bu mövzu Ç.Hendi, R.Harrison, A.Minkeviç, B.Tomilov, M.Suxorukova, A.Raduqin, 



R.Kriçevski, M.İvanov, D.Şusterman, Vilkins, T.Piters, R.Uoterman, U.Ougi, D.Sink, 

Fuad Məmmədov

 

 

346



Təşkilati mədəniyyətin dörd tipi məlumdur:  hakimiyyət mədəniyyəti 

(Zevs), rol mədəniyyəti (Apollon), vəzifə  mədəniyyəti (Afina) və  şəxsiyyət 

mədəniyyəti (Dionisi).  

 “Hakimiyyət mədəniyyəti” bir qayda olaraq, sərt iyerarxik strukturlu 

təşkilatı xarakterizə edir. Hakimiyyət mədəniyyəti liderin xüsusi rolu, onun 

şəxsi keyfiyyətləri və qabiliyyətləri ilə əlaqədardır. Belə təşkilatda hakimiy-

yət mənbəyi həm liderin şəxsiyyəti, həm də müəyyən dərəcədə onun malik 

olduğu vasitələrdir. Bu cür təşkilatlarda kadr siyasəti çox zaman əməkdaş-

ların rəhbərə şəxsi sədaqəti prinsipləri əsasında qurulur. Təşkilat mədəniy-

yəti tipi kimi, hakimiyyət mədəniyyəti kifayət qədər mobildir. O, daxili və 

xarici dəyişikliklərə operativ reaksiya verərək, qərarların tez qəbul edilməsi 

və onların praktik həyata keçirilməsinə imkan verir.  

  “Rol mədəniyyəti” - rolların ciddi funksional bölüşdürülməsi və  iş 

sahələrinin ixtisaslaşdırılması ilə xarakterizə olunur. Rol mədəniyyətli təş-

kilatların fəaliyyətinin effektivliyi, fəaliyyət sisteminin qoyulmuş qayda, 

prosedur və standartlarının dəqiq gözlənilməsi ilə təmin edilir. Burada haki-

miyyət mənbəyi vasitələr və liderin şəxsi keyfiyyətləri deyil, təşkilatın iye-

rarxik strukturunda əməkdaşın tutduğu xidməti mövqeyidir. Rol mədəniy-



yətli  təşkilatlar daxili və xarici amillərin stabilliyi şəraitində kifayət qədər 

effektiv işləməyə iqtidarlıdırlar.  

  “Vəzifə  mədəniyyəti” – bazarın, cəmiyyətin və dövlətin tələbatları ilə 

şərtlənən, ilk növbədə müəyyən proqramlar və layihələrin yerinə yetirilməsi ilə 

bağlı olan təşkilatları xarakterizə edir. Bu tip təşkilatlar öz effektivliyini müəy-

yən problemlər və məsələlərin həlli üçün yüksək peşəkarlıq və səylərin düzgün 

kooperasiyası qabiliyyəti hesabına təmin edirlər. Onlarda hakimiyyət elmi bi-

liklərə, praktik vərdişlərə, informasiyaya və uyğun iş təcrübəsinə malik, bu və 

ya digər sahədə ekspertlər olan liderlərin əlində cəmləşir.  

 “Şəxsiyyət mədəniyyəti” başlıca olaraq, yaradıcı, innovativ fəaliyyət-

lə bağlı müəyyən missiyaları yerinə yetirən insan birliklərini xarakterizə 

edir. Belə təşkilatlarda hakimiyyət peşəkarlığa, vəsaitlərin və üfqi əlaqələ-

rin mümkünlüyünə, fəaliyyət koordinasiyası və qarşılıqlı faydalı razılaşma-

lara nail olma bacarığına əsaslanır.  

Real həyatda bir qayda olaraq, Lütfi Zadənin qeyri-səlis məntiqinə uy-

                                                                                                                                          

R.Rüttinqer, Y.Hents, A.Kamel və digər Qərb və Rusiya müəlliflərinin, effektiv idarəetmədə 

təşkilat mədəniyyətinin mühüm rolunu aşkarlayan elmi maraqlarının mövzüsü olmuşdur. 

Mədəniyyətin dörd müxtəlif ideologiyası əsasında Rocer Harrison və professor Çarlz Hend 

tərəfindən təşkilati mədəniyyətin dörd tipini daxil edən, aşağıda nəzərdən keçirilən model 

işlənib hazırlanmışdır: hakimiyyət mədəniyyəti (Zevs), rol mədəniyyəti (Apollon), vəzifə 

mədəniyyəti (Afina) və şəxsiyyət mədəniyyəti (Dionisi). 

 


İdarəetmə mədəniyyəti 

 

347



ğun olaraq bu və ya digər mədəniyyət tipinin daimi və ya müvəqqəti üstün-

lüyü ilə müxtəlif tip təşkilat mədəniyyətlərinin qarışması yer tutur.  

Tipindən asılı olmayaraq təşkilati mədəniyyətdə böyük yer - onun fəlsə-

fəsi və mədəni siyasətini, təşkilatın prinsipləri, dəyərləri və normalarını əks 

etdirən, onun əsas məqsədlər məcmusunu təmsil edən - təşkilatın  işgüzar 



kredosuna məxsusdur.  

Təşkilati mədəniyyətin mühüm göstəricisi - təşkilatın etik aurasını əks et-

dirən  ünsiyyət dilidir. Bu prinsiplər, təşkilat rəhbərliyinin praktik fəaliyyəti 

ilə həm formal, həm də qeyri-formal səviyyədə nümayiş olunan və dəstəklə-

nən təşkilatın mədəni ənənələrində əks olunmalıdır. İnnovativ fəaliyyətlə bir-

ləşmədə bu ənənələrin təzələnməsi, həm təşkilatın həyat fəaliyyətinin varisli-

yi, həm də onun mütərəqqi inkişafı üçün mühüm əhəmiyyətə malikdir.  

Hər bir təşkilati mədəniyyət tipi əsas etibarilə liderin, özündə  mədəni 

dəyərləri və idarəetmə texnologiyalarını təcəssüm etdirən idarəetmə mədə-

niyyətini əks etdirir.  

 

Dövlət idarəçiliyinin üç mərkəzi problemi 

 

·  Sosial-mədəni inkişafın strateji istiqamətlərinin müəyyən edilməsi və 

dövlət prioritetlərinin təyin edilməsi;  



·  Ruhi və maddi mədəniyyətin müxtəlif sahələri üçün mütəxəssislərin 

hazırlanması və tərbiyə edilməsi, onların həyat fəaliyyəti üçün maddi-texni-

ki və sosial şəraitin yaradılması; 

· Sosial-mədəni, o cümlədən, iqtisadi tərəqqi məqsədlərilə, mövcud mü-

təxəssislərin və onların fəaliyyət nəticələrinin qiymətləndirilməsi və effek-

tiv istifadəsi.  

 

  Cəmiyyətin inkişafının elmi idarəçilik vəzifələri 



  

  Siyasət subyektləri və obyektlərinin fəaliyyət maraqları, vasitələri 

və üsullarının təhlili; 

  Cəmiyyət institutlarının mövcud təşkilati formalarının ölkə və dün-

ya sivilizasiyasının dəyişən maraqlar və yeni inkişaf tələbatlarına 

uyğunluğunun aşkar edilməsi; 

  Cəmiyyətin fasiləsiz modernləşdirilməsini təmin edən yeni fəaliy-

yət növləri layihələrinin hazırlanması və yeni idarəetmə modelləri-

nin yaradılması. 

 

 



Fuad Məmmədov

 

 

348



Əsas demokratik idarəetmə prinsipləri 

 



 İdarəetmə sisteminin çoxmərkəzliliyi; 



 Sosial-mədəni fəaliyyətin formaları və iqtisadi modellərinin müxtəlifliyi; 



  Maliyyə sisteminin desentralizasiyası  və demokratlaşdırılması, onun 

proqram-məqsədli yanaşmaya yönəldilməsi; 



  Dövlət və qeyri-hökumət təşkilatları arasında müqavilələr və milli 

maraqların prioriteti şərtləri  əsasında  əməkdaşlıq və partnyorluğun təmin 

edilməsi.  

 

Monitorinq 

 

Dövlət və ya sosial idarəetmə effektivliyi - prosesin, layihənin, proqra-

mın, təşkilatın və dövlətin fəaliyyətinin və təhlükəsizlik effektivliyinin tə-

min edilməsinin informasiya-analitik funksiyasını yerinə yetirən idarəetmə 

fəaliyyəti monitorinqinin həyata keçirilməsini tələb edir. Monitorinq nəzər-

də tutur: monitorinqin predmeti üzrə vaxtaşırı informasiya toplanmasını; 

monitorinq obyektlərinin idarə edilməsinin effektivlik vəziyyətinin müşahi-



də olunması, müntəzəm təftişi və qiymətləndirilməsini; monitorinq obyekt-

lərinin sosial-mədəni, iqtisadi, maliyyə, hüquqi, texnoloji, istehsal-texniki, 

ekoloji vəziyyəti  tendensiyalarının təhlilini;  monitorinq obyektlərinin ma-

liyyə-iqtisadi vəziyyətinin ölkənin ruhi mədəniyyəti və iqtisadiyyatının in-

kişafına təsirinin proqnozlaşdırılmasını; uyğun tövsiyələrin hazırlanmasını. 

Monitorinqin predmeti – monitorinq obyektlərinin sosial-mədəni, kadr, ma-

liyyə və iqtisadi mövqeyi; monitorinq obyektlərinin əsas fondlarının vəziyyəti

təşkilatın və dövlətin həyat fəaliyyətinə qabaqcıl sosial-mədəni, istehsal və in-

formasiya texnologiyalarının tətbiqi; monitorinq obyektlərinin investisiya fəa-

liyyəti; ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadə edilməsi; 

işçilərin sosial-mədəni və əmək hüquqlarının müdafiəsi; hüquqi məsələlərdir.

39 

Vətəndaş  cəmiyyətində ictimai monitorinq hökumət tərəfindən qanunçuluğun 

və öz üzərinə götürdüyü kursun həyata keçirilməsinin gözlənilməsinə nəzarət 

prosesi, həmçinin mərkəzi və ya yerli hakimiyyət orqanlarının üzərinə götür-

dükləri sosial və siyasi öhdəliklərin nə  dərəcədə adekvat həyata keçirdikləri 

haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.  

Monitorinqin məqsədi – təşkilat və ya dövlət proseslərinin, layihələri və 

proqramlarının həyat və rəqabət qabiliyyətinə, təhlükəsizliyin möhkəmlən-

dirilməsinə, onların sabit inkişafına təhlükə törədə bilən, əlverişli olmayan 

daxili və xarici şərait və amillərdən müdafiəsinə yardım etməkdir.  

                                                            

39

 Monitorinq, onun predmetinə aid olan bir və ya bir neçə, ayrı-ayrı və ya bütün məsələlər 



üzrə keçirilə bilər.  

İdarəetmə mədəniyyəti 

 

349



Monitorinqin vəzifələri: 

  monitorinq obyektləri insan kapitalının intellektual, etik, idarəetmə, 

hüquqi, peşəkar, kadr, maarifləndirici, informasiya, psixoloji, sosial-mədəni 

vəziyyəti və potensial imkanlarının təhlili; 

  monitorinq obyektlərinin sosial-iqtisadi, maliyyə, hüquqi, texnoloji, 

istehsal-texniki, ekoloji və idarəetmə vəziyyətinin təhlili; 

  monitorinq obyektlərinin effektiv idarə edilməsinə mane olan prob-

lemlərin aşkar edilməsi; qeyri-effektiv idarə etməyə gətirib çıxara bilən sə-

bəblərin və şəraitin qarşısının alınması;  

  monitorinq obyektlərinin fəaliyyət nəticələrinin təşkilatın və ya 

dövlətin inkişaf perspektivlərinə təsirinin qiymətləndirilməsi; 

  təşkilata və milli iqtisadiyyata investisiya axınına yardım üçün şə-

raitin yaradılması; 

  monitorinq məsələləri üzrə mərkəzi və yerli icra orqanları və qeyri-

hökumət sektoru ilə qarşılıqlı fəaliyyət; 

  obyektlər tərəfindən dövlət idarəçilik formaları və metodlarının tək-

milləşdirilməi üzrə hökumət, mərkəzi və yerli icra orqanları və monitorinq 

obyektləri üçün tövsiyələrin hazırlanması; 

  monitorinq üzrə  məlumatların elektron bazasının yaradılması  və 

aparılması. 

  Müşahidə həyata keçirilir: 

  baza göstəriciləri – ilkin məlumatlara görə (monitorinq iştirakçıları-

na təqdim edilən statistik hesabat, informasiya və materiallar); 

  dəyişiklikləri qeyd edən operativ göstəricilərə görə; 

  dövri keçirilən monitorinqlərin vaxtları üzrə göstəricilərə görə (mü-

əyyən vaxtdan bir müşahidə). 

 Monitorinq obyektləri tərəfindən idarəetmənin effektivlik vəziyyətinin 

təhlili, onun predmeti üzrə ilkin məlumatların monitorinq nəticəsində 

əldə edilmiş məlumatlarla müqayisə edilməsi yolu ilə həyata keçirilir.  

 Monitorinqin yoxlanılan obyektlərinin idarəetmə effektivliyinin qiy-

mətləndirilməsi və inkişaf tendensiyaları haqqında proqnozun tər-

tib edilməsi,  təqdim olunan materialların sistemli təhlili  əsasında 

səlahiyyətli orqan tərəfindən həyata keçirilir.

40

  



 Tərtib edilmiş proqnoz əsasında müəssisə, təşkilat və idarələrdə ne-

qativ proseslərin xəbərdarlığı və aradan qaldırılması üzrə tövsiyələ-



rin hazırlanması həyata keçirilir. 

                                                            

40

 Monitorinq  obyektlərinin idarəetmə effektivliyinin vəziyyəti haqqında nəticələr, 



monitorinqin keçirilməsi üzrə qrupun səlahiyyətli orqanlara təqdim etdiyi hesabatlarda 

möhkəmləndirilir.  

 


Fuad Məmmədov

 

 

350



Monitorinqin iştirakçıları: səlahiyyətli dövlət orqanı; mərkəzi və yerli icra 

orqanları; qeyri-hökumət təşkilatları; yoxlanılan layihələr, proqramlar, təşki-

latların rəhbərləri; müəyyən edilmiş qanunverici qaydada monitorinqin keçi-

rilməsinə səlahiyyətli orqan tərəfindən cəlb edilmiş konsaltinq xidmətlər gös-

tərmə sahəsində ixtisaslaşmış təşkilatlar, məsləhətçilər və ekspertlərdir . 

 Monitorinqi həyata keçirən orqan: 

  monitorinqə aid olan obyektləri müəyyən edir; 

  monitorinqin keçirilmə planını və proqramını təsdiq edir; 

  monitorinqin keçirilməsinə konsaltinq xidmətlərin göstərilməsinə gö-

rə, işlərin yerinə yetirilmə növləri və müddətini, hesabatların təqdim 

edilmə qaydasını, əldə edilmiş informasiyalar və materialların məxfili-

yinin gözlənilməsi üzrə öhdəlikləri ifadə edən müqavilə bağlayır;  

  monitorinqin keçirilməsi üzrə qrupun tərkibinə daxil edilməsi üçün 

nümayəndələrin namizədliyini mərkəzi və yerli icra orqanları ilə 

razılaşdırır; 

  monitorinqin keçirilməsi üzrə  səlahiyyətli orqan nümayəndəsinin 

başçılıq etdiyi qrupu təsdiq edir; 

  monitorinqin keçirilməsi üzrə qrupun üzvlərinə monitorinqin ob-

yekti və predmeti, yoxlanılan obyektə  gəlmə vaxtı, dövlət, kom-

mersiya və xidməti sirlərin yayılmaması haqqında vəzifələr göstəri-

lən məktub verir; 

  monitorinqin keçirilməsi üzrə qrup üzvlərini metodik vəsaitlər, töv-

siyələr və informasiya materialları ilə təmin edir; 

  monitorinq obyektlərinin rəhbərlərini, mərkəzi və yerli icra orqan-

larını monitorinqin keçirilməsi haqqında xəbərdar edir, onlarla qar-

şılıqlı fəaliyyət göstərir; 

  mövcud qanunvericiliyin tələblərini nəzərə almaqla, informasiya-

nın, materialların toplanmasını həyata keçirir və monitorinq iştirak-

çılarını onlarla təchiz edir; 

  keçirilmiş monitorinqin nəticələrini ümumiləşdirir və monitorinqin 

keçirilmə  nəticələri üzrə inkişaf proqnozlarını  və tövsiyələri ifadə 

edən məlumatları hökumətə, mərkəzi və yerli icra orqanlarına təq-

dim edir; 

  monitorinq məlumatlarının elektron bazasını formalaşdırır, onun 

yeniləşməsini, qorunmasını  təmin edir, informasiya xidmətini hə-

yata keçirir. 

Dövlət monitorinqinin keçirilməsi büdcə vəsaitləri hesabına maliy-

yələşdirilir.  

 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin