AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


İdarəetmə mədəniyyəti    351 Fəsil 2. “Klassik” və “ siyasi bürokratiya”



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

 

İdarəetmə mədəniyyəti 

 

351



Fəsil 2. “Klassik” və “ siyasi bürokratiya” 

Milli idarəetmə və milli bürokratiyanın vəzifələri haqqında 

 

Bürokratiyanın “ideal” və müasir modeli haqqında 

 

Bürokratiya və ya administrasiya peşəkar qulluqçuların təşkili sis-

temi kimi: hakimiyyət səlahiyyətləri, imkanlar, məsuliyyət, bürokratiya 

hakimiyyətinin dörd amili. Hüquqi dövlətin icra hakimiyyətinin forma-

laşmasına yardım edən amillər. Demokratik idarəetmə mədəniyyətinə 

aid tələblər. XX əsrin sonu və müasir (İ.A.Vasilenko) inzibati-dövlət 

idarəçiliyi üslublarının müqayisəli qiymətləndirilməsi; qabaqcadan 

xəbər vermə və innovativ fəaliyyət. Bürokratiyaya aid tələblərin dəyiş-

məsi. “Klassik” və “siyasi” bürokratiyanın xüsusiyyətləri. 

 

Sərt iyerarxiya hakimiyyəti üzərində qurulan, peşəkar qulluqçuların təş-



kili sistemi olan bürokratiya və ya administrasiya - ictimai rifah maraqları-

na cavab verən, dövlətin siyasi qərarlarının yerinə yetirilməsinə yönəldilmiş 

fəaliyyəti həyata keçirir. Bu iyerarxiyaya uyğun olaraq məmurlar və onla-

rın, həm də “inzibati-dövlət idarəçiliyi” adlandırılan institutları  tərəfindən 

dövlət qərarlarının icra keyfiyyətinə görə  məsuliyyət yuxarıdan aşağıya 

enir. Müasir demokratik ölkələrdə inzibati-dövlət idarəçiliyi hakimiyyətin 

qanunvericilik, icraedici və məhkəmə sahələrini birləşdirir. Bəzi qərb alim-

ləri güman edirlər ki, müasir şəraitdə bu idarəçilik, nəinki dövlət siyasətinin 

formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır, həm də siyasi prosesin 

bir hissəsi olur.  

Bürokratiyanın fəaliyyəti onun qanunlara tabeliyi və səlahiyyətli orqan-

lara hesabat verməli olması ilə  şərtlənir. Bununla belə, məmurların malik 

olduğu hakimiyyət səlahiyyətlərinin yerinə yetirilməsi praktikada böyük 

yaradıcı, yaxud dağıdıcı qüvvəyə çevrilərək, həm qanuni (rasional), həm də 

qeyri-qanuni (volyuntarist, irrasional) səciyyə daşıya bilər.  

Xarici alimlər hesab edirlər ki, bürokratiyanın qeyri-məhdud hakimiyyə-



tə can atması müxtəlif amillərlə şərtlənir, müxtəlif formalarda və şəraitlər-

də meydana çıxır. Birinci amil, fəaliyyətin universal xarakteri və inzibati 

hakimiyyətin qeyri-məhdud imkanları, onun iqtisadi gücü, informasiya re-

sursları, icbari vasitələrin böyük arsenalının olması ilə bağlıdır. Onun haki-

miyyət imkanları arasında, həmçinin qərarların qəbulunda obyektiv zəruri-

liklə  şərtlənən və qanunla möhkəmləndirilmiş, fövqəladə hallarda kəskin 

şəkildə artan, operativ müstəqilliyi təmin edən “sərəncam azadlığı” hüququ 

vardır. İkinci amil, hakimiyyətin bölüşdürülməsi prosesi ilə şərtlənən, icra 


Fuad Məmmədov

 

 

352



hakimiyyəti səlahiyyətlərinin məhdudlaşdırılması, bunun əksinə olaraq, bü-

rokratiyanın yaranmış  ənənələr, baxışlar və strukturlardan istifadə edərək, 

siyasətçilərin nəzarətindən azad olmaq və öz qüdrətini saxlamağa can atma-

sı ilə bağlıdır. Üçüncü amil, hakimiyyətin digər sahələrinin dövlət icra ha-

kimiyyətindən asılılığı ilə şərtlənir. Dördüncü amil, təbii fəlakətlər, mühari-

bələr və qəzaların baş verməsi, onların meydana çıxmasının fövqəladə reji-

min müəyyən edilməsinə imkan verdiyi fövqəladə halların yaranması şəra-

itində icra hakimiyyətinin rolu və  səlahiyyətlərinin kəskin  şəkildə artması 

ilə şərtlənir.  

İnzibati dövlətin hüquqi dövlətin icra hakimiyyətinə çevrilməsinə səbəb 

olan amillər bunlardır: hakimiyyətin bölüşdürülməsi; demokratik mədəniy-

yətin inkişafını  təmin edən qanunvericilik; yüksək demokratik idarəetmə 

mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi; vətəndaş cəmiyyəti 

mədəniyyətinin inkişafına imkan yaradan sosial-mədəni siyasət. Demokrati-

ya prinsipləri və demokratiya dəyərlərinə əsaslanan güclü və müstəqil qa-

nunverici və  məhkəmə hakimiyyətinin yaradılması, qanunların işlənib ha-

zırlanması və icrası - idarəetmə fəaliyyətini tənzimləməyə, demokratlaşdır-

mağa, istiqamətləndirməyə  və  əlaqələndirməyə imkan verir. Səlahiyyətli 

orqanlar qanunlar vasitəsi ilə icraçı-sərəncamçı aparatın fəaliyyətini istiqa-

mətləndirir, məmurlar tərəfindən səlahiyyətlər və xidməti vəzifələrin icra-

sından qanuni istifadə edilməsinə imkan yaradır, idarəetmə subyektlərinin 

dövlətin maraqlarına ziyan vuran qeyri-qanuni xidməti fəaliyyətlərinə görə 

məsuliyyəti müəyyən edirlər.  

Yüksək demokratik idarəetmə mədəniyyəti dövlət qulluqçularında dün-

ya mədəniyyəti və sivilizasiyasının tarixi təcrübəsi və inkişaf qanunauyğun-

luqlarını əks etdirən yüksək bilik səviyyəsinin, idarəetmə tarixi və nəzəriy-

yəsi, peşəkar vərdişlər, praktik idarəetmə təcrübəsi, siyasi və hüquqi mədə-

niyyət, demokratik etika və xalqın mədəni ənənələrini bilmə sahəsində xü-

susi elmi biliklərin olmasını nəzərdə tutur. Demokratiya mədəniyyətinin hə-

yat norması olduğu hüquqi dövlətlərdə, dövlət administrasiyasının fəaliyyə-

tində şəxsiyyətə və xalqın nümayəndələrinə hörmət, ictimai rəyi nəzərə al-

maq, öz işlərinə görə sosial məsuliyyət mədəniyyəti, öz hakimiyyətinin 

həddini duymaq, hakimiyyətin cəmiyyətə xidməti prinsipinə  sədaqət kimi 

siyasi və hüquqi dəyərlərə xüsusi əhəmiyyət verilir. Bu ölkələrin dövlət ida-

rəçiliyində, məmurlar arasında qanuna tabeçiliyin, səlahiyyətli orqanlar qar-

şısında məsuliyyətin və  vətəndaşların hüquqlarına hörmətin dərk edilmiş 

zəruriliyi formalaşır.  

Siyasi və sosial dəyişikliklərin dinamikası rəhbər və liderlərdən univer-

sal kulturoloji biliklər, müasir demokratik idarəetmə metodları və texnolo-

giyalarını mənimsəmək, innovativ fəaliyyəti həyata keçirmək və qloballaş-


İdarəetmə mədəniyyəti 

 

353



ma şəraitində dövlətin rəqabət qabiliyyətini təmin edən düzgün qərarlar qə-

bul etmək bacarığını tələb edir. Yüksək demokratik idarəetmə mədəniyyəti-

nin təmin edilməsi və adı çəkilən prinsiplər və dəyərlərin dövlət həyatı nor-

masına çevrilməsi məqsədi ilə demokratik ölkələrdə bütün səviyyələrdə 

olan peşəkar dövlət qulluqçularının xüsusi hazırlığı həyata keçirilir.  

Müasir dövlət idarəçiliyi modeli və üslubu XX əsrin əvvəllərində Maks 

Veberin yaratdığı  və o dövrdə idarəçilik modeli kimi tətbiq edilən “ideal 

bürokratiya modelindən”  əhəmiyyətli dərəcədə  fərqlənir. Müasir modelin 

mürəkkəbliyi və çoxölçülü olması dünya mədəniyyəti və sivilizasiyasının 

sürətli inkişafı, elm və texnikanın tərəqqisi, informasiya texnologiyaları ilə 

əlaqədar olan intellektual inqilab, tarixi prosesi müşayiət edən sosial, siyasi 

və hüquqi dəyişikliklərlə şərtlənir. İ.A.Vasilenko XX əsrin axırında inzibati 

dövlət fəaliyyətini aşağıdakı kimi ifadə etmişdir: 

  diaqnostika, eyniləşdirmə, informasiyanın müəyyən edilməsi və 

kompüter emalınının müasir metodlarının, həmçinin idarəetmə qərarlarının 

işlənilməsi zamanı sosial proseslərin riyazi modelləşdirilməsi metodların-

dan istifadə etməklə, dövlət proqramlarının işlənib hazırlanması, həyata ke-

çirilməsi və qiymətləndirilməsi;  

  praktik fəaliyyətdə ictimai hadisələrin inkişafının pozitiv və neqativ 

tendensiyalarının proqnozlaşdırılması  və  nəzərə alınması, nöqsanların lo-

kallaşdırılması  və aradan qaldırılması üzrə  tədbirlərin hazırlanması, dəyi-

şikliklər və yeniliklərin tətbiqində tələbatların müəyyənləşdirilməsi və onla-

rın reallaşdırılması üzrə praktik işlərin həyata keçirilməsi; 

  rayonun, regionun, ölkənin vəziyyətini xarakterizə edən sosial, si-

yasi və iqtisadi göstəricilərin təhlili, ümumiləşdirilməsi və şərhi;  

  optimal idarəetmə  qərarlarının axtarışı  və  qəbul edilməsi məqsədi 

ilə sosial-siyasi, sosial-iqtisadi proseslərin öyrənilməsi üzrə empirik tədqi-

qatların təşkili və keçirilməsi; 

  zəruri sosial, siyasi, iqtisadi və elmi informasiyanın axtarışı, emalı, 

saxlanması və istifadəsi. 

Alimin göstərdiyi  idarəetmə üslublarının  müqayisəli xarakteristikası 

köhnə və yeni məmurlar korpusu üçün səciyyəvi olan prinsiplər və davranış 

dəyişiklikləri dinamikasını qiymətləndirməyə imkan verir. Buradan bu nəti-

cə çıxır ki, XX əsrin əvvəlinin məmuru təsəvvürlərində və fəaliyyətin özün-

də konservatizmi ilə  fərqlənirdi, səhvlərdən özünü gözləmək üçün risk və 

dəyişikliklərdən çəkinir və yenini öyrənməyi arzulamırdı. “Veberin bürok-

ratiyası” ona xas olan vətəndaşların “üzüyolalılıq” səviyyəsi ilə avtoritar 

cəmiyyətdə  işləyirdi. O dövrün nisbi statik və “steril” şəraitində qüvvədə 

olan müəyyənliyi və gələcəyi qabaqcadan bilməsi buradan irəli gəlirdi. Bu-

nun əksinə olaraq XX əsrin sonunun məmuru üçün innovativ fəaliyyət - də-



Fuad Məmmədov

 

 

354



yişikliklərə və risqə, ixtisasını artırmağa, yeni yaradıcılıq imkanlarının aş-

kar və istifadə edilməsinə can atma, öz işinin son nəticəsinin yüksəldilməsi-

nə istiqamətlənmə xarakterik oldu. 

Demokratik mədəniyyətin inkişafı Köhnə  və Yeni Dünya demokratik 

dövlətlərində ciddi sosial və siyasi dəyişikliklərə səbəb oldu. Bu dəyişiklik-

lər səbəbindən müasir məmur, artıq əhəmiyyətli dərəcədə fəaliyyət azadlı-

ğına malik olur, konkret proqramın məzmunu və  şərtlərindən asılı olaraq, 

qeyri-ordinar qərarlar qəbul edə, improvizasiya edə bilər. Bununla bərabər 

məlum olduğu kimi demokratik ölkələrdə  həm parlament üzvləri, həm də 

sıravi vətəndaşlar administrasiya fəaliyyətinin şəffaflığını və ictimai moni-

torinqini tələb edir, onun fəaliyyətini tənqid edir, “etimadsızlıq rəyi” kimi 

üsuldan istifadə edir, yüksək vəzifəli məmurların fəaliyyətinin ölkənin milli 

maraqlarına uyğunluğunu aydınlaşdırmaq üçün komissiyalar yaradırlar.  

Bununla yanaşı son onillikdə dövlət idarəçiliyinin dəyər təsisatları  də-

yişmiş, bu da inzibati prosesin siyasiləşməsinə  səbəb olmuşdur. XX əsrin 

70-ci illərinin ikinci yarısında dünyanın bir çox ölkələrində dövlət qulluğu 

xarakterinin dəyişməsi inzibati fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstər-

mişdir. Əgər 70-ci illərin ortalarına kimi məmurların peşə səriştəliliyi və si-

yasətə münasibətdə neytrallığı başlıca tələb kimi qalırdısa, sonrakı dövrdə 

məmurların fəaliyyətinin siyasiləşməsi baş verdi. Dövlət qulluqçularının 

dəyər meyarı, bilik və bacarıqlarla yanaşı, siyasi loyallıq, bir sıra hallarda 

isə həm də siyasətdə fəal iştirak və hətta qərarların qəbulunda yüksək mə-

murların müstəqilliyi oldu. Bununla bağlı alman politoloqları Q. Şmidt və 

X. Trayber “klassik” və “siyasi” bürokratiyaya müqayisəli xarakteristika 

vermişlər. “Klassik” bürokratiya üçün: ictimai maraqlara meyllilik; siyasi 

neytrallıq; qaydalara və prosedurlara ciddi bağlılıq; siyasi-plüralistik yanaş-

madan imtina və kütlələrin siyasətdə və idarəetmədə iştirak etmə imkanları; 

siyasi məqsəd kimi, bərabərlik prinsipinə sədaqət; intellektual və etik mə-

dəniyyətin daşıyıcısı olan bürokratların elit həmrəyliyi  xarakterikdir.  “Si-

yasi bürokratiya” üçün: müxtəlif siyasi qruplar, maraqlar və  məqsədlərə 

meyllilik; siyasi danışıqlara və güzəştlərə tərəfdarlıq; siyasi və dövlət qərar-

larının reallaşdırılmasına siyasi-plüralistik yanaşma; kütlələrin siyasi fəallı-

ğına loyallıq; siyasətçilərlə fəal əməkdaşlıq; elit həmrəyliyin əhəmiyyətsiz-

liyi; fəaliyyətin proqram və problem metodlarına istiqamətlənmə.  

Bir çox müəlliflər onunla razıdırlar ki, müasir bürokratiya dövlətin real 

siyasi qüvvəsidir. Bununla belə, bəzi politoloqlar bu fikri mütləqləşdirirlər. 

Belə ki, Qərbin demokratik ölkələrində inzibati prosesin siyasiləşməsini 

tənqid edərək, ingilis politoloqu B. Hidey təsdiq edir ki, müasir bürokratiya 

siyasətçilərə rəhbərlik etməyə, çox vaxt onların əvəzinə qərarlar qəbul edə-

rək, nazirlərin siyasətinə təsir göstərməyə cəhd edirlər. İş hətta o yerə çatır 


İdarəetmə mədəniyyəti 

 

355



ki, “ali administrasiya mütəşəkkil  şəkildə müəyyən siyasət uğrunda çıxış 

edir və onu hökumətə diqtə etməyə çalışır”, iri məmurlar isə qərarların qə-

bulunu təxirə salmaq manevrlərindən istifadə edərək nazirin siyasətinə 

obstruksiya tətbiq edə bilərlər. ABŞ-ın təcrübəsinə əsaslanaraq bir sıra di-

gər politoloqlar hesab edirlər ki, administrasiyada vahid strategiya yoxdur, 

belə ki, ona dəyərlər və  məqsədlərin parçalanması xasdır, dövlət departa-

mentində yüksək postlar isə bir qayda olaraq, “patronaj metodlarla” tutulur 

ki, bu da iri məmurların vaxtaşırı dəyişilməsinə səbəb olur.  

 

Milli idarəetmə və milli bürokratiyanın vəzifələri 

 

Milli idarəetmə ictimai inkişafın güclü hərəkətverici qüvvəsidir. O, siya-

sətin işlənməsi və dəyişdirilməsini; yenidən qurmaları nəzərdə tutan institu-

sional inkişafi; maliyyə, material, xammal və insan kapitalını daxil edən re-

sursların idarə edilməsini, həmçinin yeni idarəetmə texnologiyalarının me-

todoloji işlənməsi və istifadəsini nəzərdə tutur. İdarəetmə mədəniyyəti - di-

alektik dəyişikliklərə, ayrı-ayrı ölkələrin konkret tələbatlarına və dünya si-

vilizasiyasının ümumi inkişaf tendensiyalarına uyğun olaraq, zaman və mə-

kan daxilində fasiləsiz inkişaf edir ki, bu da dəyişikliklərin aydın strategiya-

sının hazırlanmasını, “yuxarıdan” rəhbərliyi və  dəyişiklikləri idarə etmək 

qabiliyyətinə malik təcrübəli mütəxəssislərin olmasını tələb edir. Onun sə-

viyyəsi və effektivliyi bir çox amillərdən – hüquqi və motivasiya sistemi, 

qanunların icrası mədəniyyəti, əhalinin təhsili və sosial fəallığı səviyyəsin-

dən asılıdır. Effektiv demokratik idarəetməni - məqsədləri və  vəzifələri, 

metodları, texnologiyaları  və  qəbul edilən qərarları, rasional idarəetmə 

strukturu və üsullarının yararlılığını düzgün görmə qabiliyyətini təmin edən 

etimad və razılıq, idarəçilik məntiqi olmadan təsəvvür etmək çətindir. Bey-

nəlxalq təcrübə təsdiq edir ki, vətənə xidmət ən yaxşı tərzdə o yerdə təmin 

edilir ki, orada siyasətçilərin, məmurların, alimlərin və mütəxəssislərin, ic-

timai-faydalı  fəaliyyəti həyata keçirən bütün ölkə  vətəndaşlarının qabiliy-

yətləri və xidmətlərinin ədalətli qiymətləndirilməsinə əsaslanan meritokra-

tik sistem yer tutur. Belə sistemdə vəzifə deyil, məhz qabilliyyətlər, biliklər 

və xidmətlər insanın cəmiyyətdəki mövqeyini və imtiyazlarını  təyin edən 

meyarlardır. İdarəetmə sistemi effektivliyinin labüd şərti, insanın daxili və 

xarici inkişaf tələbatlarının dəyişilməsinə onun vaxtında və düzgün reaksi-

ya vermək qabiliyyətidir. 

Demokratik inkişaf yoluna qədəm qoymuş hər bir ölkə demokratik ölkə-

lərin elmi-praktik nailiyyətlərini əks etdirən və eyni zamanda öz milli ma-

raqlarına və mədəni dəyərlər sisteminə daha çox uyğun gələn xüsusi mode-

lini formalaşdırmalıdır. Dövlət idarəçiliyinin mürəkkəb problemlərinin 



Fuad Məmmədov

 

 

356



məhsuldar həlli yolları  və texnologiyalarının axtarışı,  ənənəvi problemlər 

və anlayışların dərin təhlilini və innovativ görmə bacarığını, dünya siviliza-

siyası tarixi inkişaf təcrübəsinin tənqidi istifadəsini tələb edir. Demokratik 

prinsiplərə əsaslanan milli idarəetmə, dövlətin ümumi rifah qurmaq məqsə-

dinə xidmət etməlidir. Bu sözsüz ki, düzgün qurulmuş dövlət siyasəti prio-

ritetləri, balanslaşdırılmış hüquqi sistem, vətəndaşların yüksək etik mədə-

niyyəti və bütün səviyyələrdə idarəetmə  mədəniyyəti  əsasında cəmiyyətin 

və dövlətin həyat fəaliyyətinin elmi əsaslanmış və real nizama salma mexa-

nizmlərini tələb edir. Xalqın sosial-mədəni həyatının, dövlətin siyasi və iq-

tisadi inkişafının yüksək səviyyəsinə nail olmuş Qərb ölkələrində idarəetmə 

mədəniyyəti nəzəriyyəsi və praktikasının müqayisəli təhlili bu məsələlərin 

həlli üçün mühüm əhəmiyyətə malikdir.  

Demokratik ölkələr özlərinin dövlət idarəçiliyi sistemini, ictimai inkişa-

fın tələbatlarına uyğun dəyişərək, müntəzəm olaraq təkmilləşdirirlər. Bu in-

zibati dəyişikliklər şəffaf və yaradıcı siyasətdə, yerli və regional bərabərli-

yin inkişafı yolu ilə sağlam cəmiyyət formalaşdırılmasında, ictimai fikri nə-

zərə almaqda, bir sıra inzibati funksiyaların daha aşağı səviyyəli idarəçiliyə 

ötürülməsini nəzərdə tutan desentralizasiyada ifadə olunur. Lakin demokra-

tik idarəetmə sisteminə keçid bir sıra obyektiv və subyektiv xarakterli prob-

lemləri və çətinlikləri aşkar edir. İdarəetmə fəaliyyəti effektivliyinin təmin 

edilməsi üçün nailiyyətlərin və nöqsanların düzgün qiymətləndirilməsi, ob-

yektiv və subyektiv maneələri müəyyən etmək və aradan qaldırmağı bacar-

maq çox vacibdir. Bu reallıqları nəzərə alaraq, daha effektiv idarəetmə mo-

deli formalaşan inkişaf etmiş demokratik ölkələrin dövlət idarəçiliyi nəzə-

riyyəsi və praktikası sahəsindəki nailiyyətlər, inkişaf etməkdə olan ölkələr-

də yüksək ixtisaslı dövlət qulluqçuları və ekspertlərin hazırlığı üçün yüksək 

dəyərə malikdir. ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya və 

digər ölkələrdə böyük dövlət idarəçiliyi təcrübəsi toplanmış, dövlət qullu-

ğunun daha effektiv demokratik modelləri formalaşdırılmışdır. Bu təcrübə-

nin təhlili və tənqidi surətdə dərk edilməsi yeni milli bürokratiyanın forma-

laşdırılmasına düzgün yanaşma, müstəqil postsovet respublikalarında de-

mokratik dövlət idarəçiliyinin innovativ modellərinin yaradılması  və  tək-

milləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyır.  

Milli bürokratiya (məmurluq) – qüvvədə olan qanunvericiliyə və millə-

tin etik mədəniyyətinə  əsaslanan, dövlət siyasətini həyata keçirən, başlıca 

funksiyası dövlət idarəçiliyi olan, peşəkar hazırlıqlı dövlət qulluqçularının 

xüsusi kateqoriyasıdır. Xalqın hakimiyyətə inamı, cəmiyyətdə yekdillik və 

həmrəylik, insanların rifahı və həyat keyfiyyəti, ölkənin davamlı inkişafı və 

beynəlxalq təhlükəsizliyi bürokratiyanın idarəetmə  mədəniyyətindən daha 

çox asılıdır. Bunu nəzərə alaraq ölkənin və onun vətəndaşlarının taleyinə 



İdarəetmə mədəniyyəti 

 

357



biganə olmağa, milli maraqlara cavab verən yaradıcı vətəndaş innovasiyala-

rı və təkliflərini nəzərə almamağa məmurun mənəvi haqqı yoxdur. Yüksək 

idarəetmə mədəniyyəti siyasi, sosial və beynəlxalq problemlərin məmurlar 

tərəfindən güc ilə deyil, həqiqətə, elmi biliklərə  və  bəşəriyyətin humanist 

dəyərlərinə əsaslanan inandırma ilə həllini tələb edir. Qaydalara əsaslanan 

idarəetmə sistemi biliklər və  təcrübə  tələb edir. “Vəzifə hakimiyyətinin” 

müddəti onunla problemlidir ki, tələbatlar və vəzifələr daim dəyişir, işçilə-

rin təhsil səviyyəsi yüksəlir. Bu, milli bürokratiya qarşısında yüksək tələb-

lər qoyur. Bunlara: idarəetmə  mədəniyyəti sahəsindəki bilikləri (o cümlə-

dən, idarəetmə sistemi və texnologiyaları, hüquq, etika, dövlətçilik xüsusiy-

yətləri, yerli və dünya mədəniyyəti və sivilizasiyası tarixi sahəsindəki), 

məntiqi, tənqidi təhlil qabiliyyətini, mütəşəkkilliyi, məsuliyyəti, dürüstlüyü, 

erudisiyanı, yaradıcı qabiliyyətləri, elmi tədqiqatlara  əsaslanan innovativ 

fəaliyyəti, təmkini, ünsiyyət mədəniyyətini, insanlarla işləməyi və inandır-

mağı, liderlik keyfiyyətlərini və idarəetmə təcrübəsini aid etmək olar. Milli 

idarəetmə sisteminin rəqabət qabiliyyətini təmin etmək üçün idarəetmə mə-

dəniyyətinə dair beynəlxalq tələblərə cavab verən universal kulturoloji bi-

liklərə malik idarəçi kadrların formalaşdırılması çox əhəmiyyətlidir. Bu, 

dünya elminin ən yeni nailiyyətlərini, habelə dünya siyasəti və iqtisadiyya-

tındakı dəyişiklikləri nəzərə almaqla, bürokratiya hazırlığı təlim proqramla-

rının daim təkmilləşdirilməsini tələb edir. Universal kulturoloji biliklərsız, 

idarəetmə prosedurları üzrə konkret biliklərsiz, dövlət orqanları işinin rolu, 

strukturu və effektivliyini düzgün qiymətləndirmədən siyasətin təkmilləşdi-

rilməsi mümkün deyil. Siyasətçi və bürokratların, bütün səviyyələrdən li-

derlər və menecerlərin xüsusi kulturoloji təlimi və yenidən hazırlığı, inte-

raktiv kulturoloji treninqlərin sistematik keçirilməsi - onların təfəkküründə 

və davranışında proqressiv dəyişikliklərə, dünya mədəniyyəti və sivilizasi-

yasının ən yeni, ilk növbədə idarəetmə elmi və texnologiyalarının nailiyyət-

lərinə qoşulmağa imkan yaradır. Bununla bərabər təcrübə göstərir ki, de-

mokratik idarəetmə sahəsində bürokratiyanın yalnız orta həlqəsinin hazırlı-

ğı ilə kifayətlənərək, dövlətin yüksək vəzifəli simalarının, ilk növbədə na-

zirliklər, icra hakimiyyətləri, parlament komissiyaları rəhbərlərinin müntə-

zəm yenidən hazırlığı olmadan, dövlət idarəçiliyində mütərəqqi dəyişiklik-

lər əldə etmək mümkün olmaz. Əgər ali həlqə rəhbərlərinin, universal kul-

turoloji biliklərə əsaslanan müasir “hərəkətli” idarəetmə texnologiyaları sa-

həsində öz biliklərini daim dərinləşdirmək imkanı yoxdursa, onlarda bu bi-

liklərin strateji əhəmiyyətinin dərk edilməsində, düzgün qiymətləndiriməsi 

və praktikaya məhsuldar tətbiq edilməsində çətinliklər əmələ gəlir.  

Avropa ölkələrində dövlət idarəçiliyi sistemi inzibati-amirlik metodları 

ilə deyil, peşəkar biliklər, texnologiyalar, qanunlar və monitorinq sistemi 



Fuad Məmmədov

 

 

358



ilə  tənzimlənir. Bunu nəzərə alaraq, Avropa idarəetmə sisteminin tətbiqi 

postsovet ölkələri siyasi sistemlərinin ardıcıl demokratlaşmasını tələb edir. 

Dövlət idarəçiliyi sahəsində demokratik islahatların həyata keçirilməsi 

mümkün olan şərtlər: qanunun aliliyi, məmurların peşəkarlığı və səriştəlili-

yidir. Qərb mütəxəssisləri hesab edirlər ki, demokratik inkişaf yolunu seç-

miş ölkələrdə bu şəraitin yaranma prosesi ən azı 15 il tələb edir.  

Dövlətçiliyi unitar siyasi sistemə əsaslanan inkişaf etməkdə olan ölkələr 

üçün strateji vəzifə - milli mədəniyyətin bundan sonrakı demokratlaşdırıl-

masıdır. Onun həyata keçirilməsi dövlət idarəçiliyi sisteminin demokratlaş-

dırılması və dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında effektiv 

əməkdaşlıq və partnyorluq metodlarının axtarışını tələb edən vətəndaş cə-

miyyəti institutlarının inkisaf etdirilməsidir. Bu vəzifənin yerinə yetirilməsi 

və dövlət qərarlarının qəbul edilməsi prosesində ictimai və fərdi maraqların 

zəruri tarazlığının əldə edilməsində rus alimi İ.A.Vasilenkonun dövlət qul-

luğunu hakimiyyətlə xalqın həyatının əlaqə institutu kimi nəzərdən keçirən 

konsepsiyası cəlbedici görünür. Müəllif vətəndaş  cəmiyyətinin dövlət ida-

rəçiliyinə  təsirinin üç əsas vəzifəsini ifadə edir: inzibati dövlət idarəçiliyi 

sistemi üzərində ictimai nəzarətin həyata keçirilməsi; qeyri-hökumət təşki-

latları qüvvələri tərəfindən sosial problemlərin öyrənilməsi yolu ilə vətən-

daş cəmiyyəti tələbatlarının aşkar edilməsi və tədqiqi; islahat layihələrinin 

açıq müzakirələrində, danışıqlarda və ilkin cazişlərin bağlanmasında iştirak 

etmə.  


 

Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin