AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Fəsil 9. Unitar tipli dövlət idarəçiliyi olan



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

Fəsil 9. Unitar tipli dövlət idarəçiliyi olan  

ölkələrdə dövlət qulluğu mədəniyyəti 

 

Dövlət idarəçiliyinin ən mühüm özəyi dövlət qulluğudur. Müasir dövlət 

idarəçiliyinin qərb təcrübəsi üçün dövlət qulluğunun iki modeli daha xarak-

terikdir:  karyera və pozisiya. Karyera modeli  əsasən Fransa, Almaniya, 

Avstriya, Yaponiya, Macarıstan, Polşa və digər ölkələrdə yayılmışdır. 


İdarəetmə mədəniyyəti 

 

449



Onun üçün vəzifəyə ömürlük təyinatı, məmurların karyerasını, kadrların 

xüsusi hazırlığını və müsabiqə yolu ilə seçilməsini nəzərdə tutan mühafizə-

karlıq və ciddi bürokratik iyerarxiya xarakterikdir. Meritokratik sistem 

prinsiplərinə əsaslanan, ən çox Böyük Britaniya, ABŞ, Kanada, Hollandiya, 

Avstriya, Yeni Zellandiya və Skandinaviya ölkələrində geniş yayılmış pozi-

siya  modeli - yüksək mobilliyi və karyera sabitsizliyi ilə  fərqlənir. O, işə 

qəbulun müqavilə formasını, daxil olan zaman müsabiqəli seçimi və qul-

luqda gələcək irəliləməni nəzərdə tutur. Hər iki sistemdə başlıca tələb - 

özündə peşəkar bilikləri, texnologiyaları, mütəşəkkilliyi, qanuna istinadı, 

məsuliyyəti və yüksək insan münasibətləri mədəniyyətini birləşdirən - yük-

sək idarəetmə mədəniyyətidir.  

Qərb ölkələri dövlət qulluğunun müasir inkişaf tendensiyası  əhaliyə 

dövlət xidmətlərinin təşkilini təmin edən  modernləşdirmədir.  Bu, dövlət 

sektorunun daha çox aşkarlığının təmin edilməsində  və  cəmiyyətə  təqdim 

edilən dövlət qulluqları keyfiyyətinin yüksəldilməsində, onların informasi-

ya tələbatlarının və hökumətin fəaliyyətindən gözləmərinin daha dolğun şə-

kildə təmin edilməsində, cəmiyyətdə və dövlətdə, həmçinin beynəlxalq mü-

nasibətlər mədəniyyəti sahəsində aparılan proqressiv dəyişikliklərdə öz ifa-

dəsini tapır. O, yeni srukturların yaradılması, tədqiqatların, təhsilin, maari-

fin, dövlət qulluğu ilə bağlı konsultativ xidmətlərin genişləndirilməsi ilə 

müşayiət olunur. Xidmətlərin göstərilməsi üzrə belə fəaliyyətin daha geniş 

yayılmış formaları – “sərbəst daxilolma mərkəzləri" (məsələn, internet-re-

surslara) və “telefonlaşdırma mərkəzləri” (Kanada), “elektron hökumət” 

proqramları (Almaniya, Macarıstan), “informasiya mərkəzləri” (Macarıs-

tan, Polşa), “keyfiyyət proqramlarıdır” (Yunanıstan). 

 

Birləşmiş Krallıq 

  

Daimi mülki qulluq institutunun yaradılması. Norkkot-Trevelyan 

islahatı. İnzibati-dövlət idarəçiliyinin mərkəzi və yerli səviyyələri. Si-

yasi və inzibati idarəetmə sahələrinin bölünməsi səbəbləri. Fulton is-

lahatı. Dövlət qulluğunun menecer modeli. Siyasi və inzibati rəhbər-

lər qrupu. İnzibati qrup. Elmi-peşəkar işçilər və texniki mütəxəssislər 

qrupu. “Ceneralistlərin” hazırlanmasının üstünlükləri. D. Stilin dörd 

arqumenti.  İnzibati-dövlət sistemi idarəçiliyinə tarixən formalaşmış 

dörd nəzarət forması. Mülki qulluğa qəbul və qulluqda irəli çəkilmə. 

Məmurların yenidən hazırlanması sistemi.  

 


Fuad Məmmədov

 

 

450



Tarixən ilk nazirliklər Böyük Britaniyada hələ XVIII əsrin ikinci yarı-

sında meydana çıxmışdır. Bu nazirliklərin ştatlarını ilk əvvəl klerklər təşkil 

edirdilər ki, onların kral patentlərinin sahibləri tərəfindən öz şəxsi mülkiy-

yəti kimi mənimsənilən vəzifələri satılır və alınırdı. Məmurlar, Taxtda vəzi-

fə sahibinin patentdən gələn gəlirin bir hisəsini alan şəxsi köməkçiləri he-

sab edilirdilər. Belə bir şəraitdə ölkədə nepotizm inkişaf edirdi. Dövlət və-

zifələrinin təqdim edilmə qaydası hamilik idi, imtahanlar və ya müsabiqələr 

sistemi isə yox idi.  



Daimi peşəkar mülki qulluq institutu Böyük Britaniyada yalnız XIX əs-

rin ikinci yarısında meydana çıxdı. 1850-1870-ci illərdə İngiltərədə daimi 

peşəkar dövlət qulluğunun  əsasını qoyan və XX əsrin 70-ci illərinə  qədər 

konstruktiv dəyişikliklərə  məruz qalmayan Norkkot-Trevelyan islahatı  hə-



yata keçirildi. İslahat görkəmli siyasi xadimlər – iri məmur Ç.Trevelyan və 

İcmalar palatasının üzvü S.Norkkot tərəfindən hazırlanmış  və reallaşdırıl-

mışdır. Norkkot-Trevelyan islahatının mahiyyəti hamilik sisteminin ləğvi və 

açıq müsabiqə imtahanları sisteminin tətbiqi idi. Norkkot-Trevelyan islaha-

tını İngiltərədə, bürokratiyanın simasında, hakim sinfə inzibati-dövlət idarə-

çiliyi aparatına nəzarət aləti yaratmağa imkan verən mühüm töhfə kimi nə-

zərdən keçirmək qəbul edilmişdir. Yenilik həm də o idi ki, bütün nazirliklə-

rin personalı vahid mülki qulluqda birləşdirildi. Vəzifədə irəliləmədə, təqa-

üdlərin ödənilməsi və təyin edilməsində də yeni qaydalar müəyyən edildi. 



1855-ci ildə namizədlər üçün müsabiqələr keçirən Mülki qulluq işləri üzrə 

komissiya yaradıldı.  Buna baxmayaraq, məxfi hamilik nəzarətini müdafiə 

edən mühafizəkar dairələrin müqaviməti ilə əlaqədar, islahatın praktik tət-

biqi illərlə uzandı. 1870-ci ildə açıq imtahanların məcburiliyini tətbiq edən 

və məmurların qəbulunun bütün yeni sisteminə rəhbərliyi Komissiyaya ve-

rən əmrin dərc edilməsi ilə vəziyyət dəyişdi.  



Birləşmiş Krallıq unitar tipli inzibati-dövlət idarəçiliyi tipinə malik ölkə-

dir. Dünya praktikası göstərir ki, federal tiplə müqayisədə, unitar tipli ölkə-

lərin hökuməti və mərkəzi administrasiyası cəmiyyətin həyatına daha dərin 

təsir göstərirlər. Buna əsas etibarilə, milli polis qüvvələrinin olması, yerli 

polisə ciddi nəzarət, həmçinin  əməkdaşları adətən mərkəzi administrasiya 

tərəfindən təyin edilən vahid məhkəmə sistemi imkan verir.  

Böyük Britaniyada inzibati-dövlət idarəçiliyinin iki əsas – mərkəzi və 

yerli səviyyəsi mövcuddur. Britaniya hökumətinin mərkəzi administrasiya-

sına peşəkar administrator olan daimi katib rəhbərlik edir. Onun rəhbərliyi 

altında çoxlu köməkçilər, müavinlər və inzibati idarəçiliyin daha aşağı sə-

viyyəli qulluqçuları çalışırlar. Bürokratlar öz nazirinin siyasi xəttinə loyal-



lığı və sadiqliyi ilə fərqlənirlər, şəxsi təşəbbüs isə ümumiyyətlə, onların fəa-

liyyhəti üçün xarakterik deyil.  

İdarəetmə mədəniyyəti 

 

451



Böyük Britaniyanın milli keyfiyyətlərindən biri - unitar sistem çərçivə-

sində güclü özünüidarə  ənənələrinin saxlanmasıdır.  Ölkədə inzibati haki-

miyyətin müəyyən desentralizasiyasına Britaniya hökumətinin XIX əsrdə 

yer alan yerli səviyyədə gücləndirilməsi səbəb oldu. Böyük Britaniyanın 

bütün qraflıqları və şəhərləri öz Şurasını seçir. Şuraların hər biri müəyyən 

idarəetmə sahəsi: təhsil, səhiyyə, polis və sosial məsələlər üzrə məsuliyyət 



daşıyır. Mərkəzi administrasiyanın yerli işlərə qarışmaq kimi müstəsna hü-

ququ praktikada az təsadüf ediləndir, belə ki, britaniyalılar yerli muxtariy-

yəti yüksək qiymətləndirirlər.  



Birləşmiş Krallıqda  XX  əsrin  əvvəlində formalaşan  dövlət idarəçiliyi 

sisteminin xüsusiyyəti siyasi və inzibati sahələrin bölünməsi idi. Mülki qul-

luq Taxtın siyasi (parlament) qulluğundan ayrılıqda mövcud idi. İngilis po-

litoloqlarının fikrincə, ölkədə qeyri-siyasi mülki qulluq institutunun bərqə-



rar olması və inkişafı iki əsas səbəblə şərtlənmişdir. Birincisi - ingilis mə-

murlarının vəzifəyə, tarixən  şəxsi mülkiyyətə formalaşan münasibəti ilə, 

ikincisi - inkişaf etməkdə olan ingilis burjuaziyasının kralın parlamentə tə-



sirini məhdudlaşdırmaq cəhdi ilə. Parlamentdə üzvlülüklə Taxtda ödənişli 

vəzifədə olmağın bir araya sığışmazlığı hələ 1701-ci ildə vəliəhdlik haqqın-

da aktda müəyyən edilmişdir.  

İngilis mülki qulluğunun bu fərqli xassələrinə baxmayaraq, onun inkişa-

fı Dövlət qulluğunun tədricən siyasiləşməsilə möhkəmlənən Qərbi Avropa 

ölkələri və ABŞ-ın dövlət idarəçiliyi sisteminin inkişaf tendensiyaları ilə 

sıx əlaqəli idi. XIX əsrin axırından etibarən yüksək dövlət məmurları siyasi 

məsələlər üzrə təkliflər irəli sürürdülər. Nazirə siyasi məsləhətlər verməyin 

nazirliklərin ali məmurlarının öhdəsinə qoyulması zərurəti 1940-cı ildə təs-

diqləndi.  

Birləşmiş Krallıqda  müasir Mülki qulluq institutunun təşəkkülündə XX 

əsrin 70-ci illərində həyata keçirilən Fulton islahatı çox böyük rol oynadı. 

Mülki qulluq islahatı üzrə Komitə başçısı lord Fulton tərəfindən hökumətə 

təqdim edilən “Mülki qulluq” haqqında məruzədə islahatın əsası kimi qəbul 

edilən 158 novator tövsiyə ifadə edilmişdir.  Fulton Komitəsi tərəfindən 

mülki qulluğun prinsipial cəhətdən yeni – “menecer” modeli təklif edildi. 

Bu modelin mahiyyəti, biznesdə müvəffəqiyyətlə istifadə edilən, dövlət 

idarəçiliyi sistemində rasional və effektiv rəhbərlik metodlarının yaradıcı-

lıqla tətbiqindən ibarət idi. Böyük Britaniyanın yeni mülki qulluq sistemi-

nin yaradılmasının  əsasını inzibati-dövlət idarəçiliyinin Amerika modeli 

təşkil edirdi.  



İslahatın keçirilməsinin 1971-ci ildə başlanan birinci mərhələsi  siniflərin 

ləğv edilməsi və məmurların üç əsas qrupunun yaradılması oldu: siyasi və in-



zibati rəhbərlər qrupları; inzibati qruplar; elmi-peşəkar işçilər və texniki mütə-

Fuad Məmmədov

 

 

452



xəssislər qrupları. Birinci qrup – mülki qulluq heyətinin zirvəsidir. Bu qrupun 

üzvləri öz idarəçilik sahələri üzrə rəhbərliyə görə nazir qarşısında şəxsi məsu-

liyyət daşıyırlar. Qrup, inzibati sinfin müavin köməkçisi, daimi katibin müavi-

ni, daimi katib dərəcəsində olan məmurları ilə təmsil edilmişdir. İkinci qrup - 

dövlət idarəçiliyi aparatının fəaliyyət koordinasiyası və nazirlərin işinə rəhbər-

likdən adi dəftərxana vəzifələrinin icrasına qədər olan geniş məsələlər dairəsini 

həll edir. Bu qrup iki pillədən ibarətdir: administratorun şagirdi və baş icraçı. 

Üçüncü qrup - məmurların təhsili və peşə hazırlığı problemləri ilə məşğul olan 

alim və mütəxəssislərdir. Buraya - alimlər, mühəndislər, memarlar daxildirlər. 

İcra işlərini yerinə yetirən kargüzarlar və çertyojçuların daxil olduğu texniki iş-



çilərin köməkçi qrupu da fəaliyyət göstərir. 

Dövlət qulluğunun meneceral modeli, nazirliklərin həm gündəlik, həm 

də uzunmüddətli siyasətinə aid siyasi qərarların hazırlanması və qəbul edil-

məsi prosesində inzibati aparatın fəal iştirakını nəzərdə tutur. Bu səbəbdən 

Böyük Britaniya nazirliklərinin təşkilati strukturu, onların siyasi qərarların 

həllinə yaxınlaşdırılmasını  nəzərə almaqla qurulmuşdur. Bu məqsədlə na-

zirliklərdə siyasətin planlaşdırılması  şöbələri yaradılmışdır ki, onlara gün-

dəlik siyasi qərarların uzunmüddətli siyasi perspektivini nəzərə almaqla qə-

bul edilməsi həvalə edilmişdir. Mülki işçilərə aid olmayan şəxsin təyin edil-

diyi, siyasi məsələlər üzrə nazirin baş müşaviri vəzifəsi daxil edilmişdir. 

Nazirlərə müvəqqəti  əsasda müvafiq ekspertləri işə götürmək hüququ da 

verilmişdir.  

Fulton kabineti tərəfindən təklif edilən model, nazirə, onun kabinetini 

təşkil edən siyasi rəhbərləri özü ilə gətirmək hüququnun verildiyi Amerika 

və fransız modellərinə yaxındır. Bu zaman nazirin kabinetini təşkil edən, 

dövlət qulluqçuları sırasından olan siyasi müşavirləri onunla birlikdə istefa-

ya gedirlər. Bununla bərabər onun özünəməxsusluğu həm də onunla əlaqə-

dardır ki, burada dövlət qulluğunun “neytrallığı” konsepsiyası mövcud ol-

maqda davam edir ki, ona uyğun olaraq, D.Qarnerin ifadəsinə görə, “mülki 

işçilər” hakimiyyətdə olan hökumətə sadiq olmalı və müxtəlif siyasi əqidə-

lərin tərəfdarı olan hökumətlərə vicdanla xidmət etməlidirlər”. Böyük Bri-

taniyanın mülki işçilərə əsas tələblərdən biri – loyallıq, siyasi məsələlərdə 

təmkinlilikdir. Siyasi fəaliyyətdə  iştirak üçün aşağı pillə qulluqçuları  rəh-

bərlikdən xüsusi icazələr almalıdırlar. “Sol” partiyalara üzvlük loyallığın 

pozulması kimi nəzərdən keçirilir.  

Muzdluluq sistemi, təlim və xidmətdə irəli çəkilmə sistemi - universal 

kulturoloji biliklərə malik “ceneralistin” – geniş profilli peşəkar idarəçinin 

yaradılmasına yönəldilmişdir. Tanınmış ingilis politoloqu D.Stilin qiymət-

ləndirməsinə görə, Böyük Britaniyada inzibati iş üçün birtərəfli “mütəxəs-



sislər” deyil, məhz geniş profilli administratorlar uyğundurlar. D. Stil ona 

İdarəetmə mədəniyyəti 

 

453



əsaslanır ki, dövlət idarəçiliyini - ayrı-ayrı nazirliklərin ekspert qiymətlən-

dirmələrində təqdim edilən xüsusi maraqlar və təzyiq qruplarının arqument-

lərində təcəssüm etdirilmiş xarici maraqlar arasındakı qərarların razılaşdı-

rılmış qəbulu prosesi kimi nəzərdən keçirmək lazımdır.  

Özünün universal bilikləri və  iş  təcrübəsi sayəsində  məhsuldar məmur 

olan  ceneralist, müxtəlif maraqlar arasında balans tapmaq qabiliyyətinə 

malikdir. Buna görə  də Britaniya nazirliklərinin siyasi rəhbərləri cenera- 

listləri xüsusi qiymətləndirirlər.

44

 Dövlət idarəçilik sistemi effektivliyinin 

təmin edilməsi üçün, peşəkar ceneralistlərin üstün tutulan istifadəsi xeyri-

nə,  D.Stil tərəfindən irəli sürülmüş  dörd arqument məlumdur.

45 


Birincisi, 

onlar ekspertlərin mülahizələrinin düzgün dərk olunması  və nazirə aydın 

təkliflərə  və layihələrə transformasiya edilməsi üçün geniş imkanlara ma-

likdirlər. İkincisi, universal kulturoloji biliklərə malik ceneralistlərin istifa-

dəsi, ümumi idarəetmə koordinasiyası  məsələsini asanlaşdırır.  Üçüncüsü, 

dar profilli mütəxəssislər və ya ayrıca götürülmüş ənənəvi sosial və ya hu-

manitar elmlərə tabe olmayan dövlət idarəçiliyinin ümumi vəzifələrinin sis-

temli kulturoloji təhlilini həyata keçirməyə imkan verir. Dördüncüsü, əgər 

konkret fəaliyyət sahələrində ekspertlərin funksiyalarının yerinə yetirilməsi 

dayanarsa, ceneralistlər bütün dövlət mexanizmi təcrübəsinin ümumiləşdi-

rilməsinə qabildirlər. Birləşmiş Krallıqda, dövlət administrasiyasında mütə-

xəssislərin amerikan modelinə istiqamətlənmiş rolunun gücləndirilməsi tə-

rəfdarları da az deyil. Onlar belə yanaşmanı müasir şəraitdə dövlət idarəçi-

liyi proseslərinin mürəkkəbləşməsi, həmçinin  bütün idarəetmə sisteminin 



təkmilləşdirilməsinə diqqətin artırılmasının konkret istiqamətlərə  və  məq-

sədli vəzifələrə zərər yetirməsi ilə izah edirlər ki, fikrimizcə, bu kifayət qə-

dər  əsaslı deyil. Britaniya praktikasında ali məmurların ümumi rəhbərliyi 

altında ceneralistlərin və mütəxəssislərin birgə işini nəzərdə tutan “inteqral 

iyerarxiya”  da istifadə edilir. XX əsrin sonuna doğru Birləşmiş Krallığın 

dövlət idarəçiliyi sisteminin məmurları arasında elmin, texnikanın, hüquq 

və iqtisadiyyatın müxtəlif sahələri üzrə 25%-ə yaxın mütəxəssislər çalışır-

dılar. Onlar dövlət aparatı bölmə  rəhbərlərinin 60%-ni təşkil edirdilər. 

Ümumiyyətlə isə Böyük Britaniyanın inzibati-dövlət idarəçiliyi sistemində 

ölkədə məmurların ümumi sayının 75% -ni təşkil edən ceneralistlər üstün 



idilər.  

                                                            

44

 Bununla  əlaqədar müasir elmi nailiyyətlər mövqeyindən diqqəti, ceneralistlərin hazırlığı 



və inkişaf etməkdə olan ölkələr üçün universal kulturoloji biliklərin xüsusi roluna yönəltmək 

istərdik.  

45

 Şübhəsiz, Böyük Britaniyada yüksək effektivli dövlət idarəçiliyinin inkişafı üçün tanınmış 



Britaniya kulturoloqu Arnold Toynbinin əsərləri fundamental əhəmiyyətə malik idi.  

 


Fuad Məmmədov

 

 

454



Birləşmiş Krallıqda dövlət inzibati idarəetmə sistemi üzərində  tarixən 

formalaşmış dörd nəzarət növü mövcuddur. Bu - parlament və  məhkəmə 

nəzarəti, inzibati tribunal sistemi və parlament müvəkkili institutudur. Par-

lament nəzarəti nazir məsuliyyəti doktrinasına əsaslanır ki, ona uyğun ola-

raq, nazirliyin fəaliyyətinə görə  məsuliyyəti öz üzərinə götürmüş nazir, 

İcmalar Palatası tərəfindən ona etimadsızlıq rəyi göstərildiyi halda, istefaya 

getməlidir. Lakin bu formanın az effektivliliyi onunla şərtlənir ki, ikiparti-

yalı sistem şəraitində nazir hökumət çoxluğunun müdafiəsindən istifadə 

edir. Böyük Britaniyada normalar və prinsiplərin ayrıca sistemi kimi xüsusi 

inzibati hüququn olmaması  səbəbindən mülki işçilər və dövlət təşkilatları 

arasındakı mübahisələr adi məhkəmələr tərəfindən nəzərdən keçirilir, inzi-

bati-dövlət idarəçiliyi üzərində məhkəmə nəzarəti isə ümumi hüquq doktri-

nasından çıxarılır. Britaniya məhkəmələrinin yurisdikdiyası səlahiyyətlərin 

artırılması doktrinası üzərində qurulur ki, ona uyğun olaraq, məmurların 

yalnız parlament tərəfindən verilən səlahiyyətlər daxilində icra edilən fəa-

liyyətləri həqiqi hesab edilir. Parlament müvəkkili institutunun funksiyası 

Taxtın adından icra edilən inzibati fəaliyyətlərin nəzərdən keçirilməsindən 

ibarətdir. Bu institutun cüzi praktik effektivliyi onunla əlaqədardır ki, inzi-

bati funksiyaların həyata keçirilməsi zamanı nazirliklərin və idarələrin fəa-

liyyəti nəzarət obyekti olur.  

Böyük Britaniyanın müasir Dövlət Qulluğu Sistemində mühüm yeri 

mülki qulluğa seçilmə və qulluqda irəli çəkilmə təşkil edir. Qulluğa seçilmə 

ilə hələ 1855-ci ildə yaradılmış Mülki qulluq işləri üzrə Komissiya məşğul 

olur. Birinci qrupa qulluğa başlıca daxilolma şərti - ümumi tipli yazılı im-

tahanın verilməsidir. İmtahan aparıcı universitetlərin - Oksford və Kembri-

cin proqramları  əsasında keçirilir ki, o səbəbdən, rəhbər vəzifələrə nami-

zədlərin əksər hissəsinin təchizatçıları məhz bu universitetlərdir. İkinci qru-



pa qəbul (inzibati sinif) üç pilləni daxil edən imtahan əsasında həyata keçi-

rilir: ümumi fənlər üzrə yazılı məruzələr, idarələrdə mülki işçilərin son se-

çimi üzrə keçirilən testlər və müsahibə. İkinci qrupa qəbul üçün 20-dən 28 

yaşadək universitet məzunlarının ərizələri qəbul edilir. Üçüncü qrupa qəbul 



ilə təhsil standartları nəzərdə tutulmamışdır, lakin yalnız imtahanın proqra-

mına uyğun təhsil alanlar müvəffəqiyyətə ümid edə bilərlər. 



Böyük Britaniyada məmurların yenidən hazırlığına ciddi diqqət ayrı-

lır.  O, 1970-ci ildə  əsası qoyulmuş mülki qulluqçuların təlimi üzrə Kol-

lecdə keçirilir. Burada nazirliklərin qulluqçuları və dövlət sektorunda ça-

lışan digər vəzifəli şəxslər ixtisasartırma keçirlər. Kollec mülki qulluq iş-

ləri üzrə nazirliyin rəhbərliyi altında fəaliyyət göstərir. Kollecin işi inzi-

bati idarəçilik fəaliyyətində ixtisaslaşmanın gücləndirilməsi ümumi vəzi-

fəsinə əsaslanaraq qurulur.  



İdarəetmə mədəniyyəti 

 

455



Qulluqda irəli çəkilmə  müxtəlif səviyyələrdə həyata keçirilir. Siyasi və 

inzibati rəhbərlər mülki qulluq işləri üzrə nazirlik tərəfindən təyin edilirlər. 

Bu məqsədlə nazirlikdə, gizli seçim əsasında işləyən, rəhbər heyətin təyin 

edilməsi üzrə seçim komitəsi fəaliyyət göstərir. Bu komitənin xüsusi qrupu 

ali administratorların xidmətdə irəli çəkilməsi üzrə təkliflərin işlənib hazır-

lanması ilə  məşğul olur. Digər məmurların qulluqda irəli çəkilməsi üzrə 

təkliflər isə onların fəaliyyətinin ayrı-ayrı nazirliklər səviyyəsində  tərtib 

edilən illik hesabatlar əsasında qiymətləndirilməsi yolu ilə formalaşdırılır. 

Hesabatlar, nazirliyin xidməti iyerarxiyasında qulluqda irəli çəkilməyə təq-

dim edilənlərdən bir-iki pillə yuxarıda dayanan məmurlar tərəfindən tərtib 

edilir. Təqdimat məmurların irəli çəkilməsi üzrə nazirlik Şurası tərəfindən 

nəzərdən keçirilir. Qulluqda irəli çəkilmə haqqında son qərarı nazir qəbul 

edir. Böyük Britaniyada qulluqda irəli çəkilmə prosesi üçün xarakterik cə-



hət, məmurların peşə xidmətlərinə görə deyil, böyüklüyünə (stajına) görə 

nazirlik iyerarxiyasında onlara verilən ənənəvi üstünlükdür. Qulluqda irəli 

çəkilmə bir qrupdan və ya bir nazirlikdən digərinə keçmənin məhdudluğun-

da ifadə edilən sərtliyi ilə fərqlənir.  

 

Fransa 



 

XVIII  əsrdə dövlət aparatının mərkəzləşdirilməsi və ayrılmasına 

doğru sərt kurs. Napoleonun tətbiq etdiyi institutlaşdırma və mərkəz-

ləşdirmə prinsipləri. XIX əsrin əvvəlində Fransada məmurların mü-

sabiqə yolu ilə işə qəbul sistemi. Namizədlərin ümumi mədəniyyətinə 

və sosial mənşəyinə verilən  əhəmiyyət. XIX əsrdə fransız bürokrati-

yasının ilk böhran səbəbləri. “Meritokratik” sistemin prinsipləri. 

“Məmurun ümumi statusu haqqında” 1946-cı il qanunu. Məmurlar 

dərəcəsində dörd iyerarxik səviyyə. 1981-ci ildən sonra Fransa döv-

lət idarəçiliyinin desentralizasiyası. Vəzifəyə iddiaçı namizədlərin 

qiymətləndirilmə və seçim meyarları. Pillələrlə irəliləmə və rütbədə 

yüksəlmə. Siyasi məmurlar institutu. Nəzarət sistemi: inzibati ədliyyə 

və vasitəçi institutu.  

 

Unitar tipli müasir avropa dövlətlərinin əksəriyyəti, strukturu fransız nü-

munəsinə əsasən qurulmuş bürokratiyaya malikdir. Tarixən dövlət idarəçili-

yinin mərkəzləşdirilməsi prosesi, dövlət aparatının vətəndaş cəmiyyətindən 

ayrılması, funksiyaların spesifikasiyası əsasında peşəkar bürokratiyanın ya-

radılması,  əməyin bölüşdürülməsi və rolların differensiasiyası - Fransada 

Avropanın digər ölkələrindən daha əvvəl baş vermişdi.  Bu proses artıq 



Fuad Məmmədov

 

 

456



XVIII əsrin ortalarında fransız mütləqiyyəti şəraitində başlanmışdı. Peşəkar 

bürokratiya, bələdiyyə imtiyazlarının tədricən ləğv edilməsinə  səbəb olan 

kral hakimiyyətinin dayağı oldu. Dövlət aparatının mərkəzləşdirilməsi və 

ayrılmasına yönəldilən sərt kurs Böyük Fransız inqilabı dövründə də davam 

etmişdir. Belə ki, 1789-cu ildə dövlət qulluğunda bütün feodal imtiyazları 

ləğv edildi, 1790-cı ildə əyalətlərin adı departamentlərə dəyişdirildi, 1791-

ci ildə Le Şapelye qanunu dövlətlə vətəndaşlar arasında hər hansı bir könül-

lü birliklərin yaradılmasını qadağan etdi. Dövlət aparatının institutlaşdırıl-

masında və mərkəzləşdirilməsində I Napoleona xüsusi rol məxsusdur. Na-

poleon Vatikanla konkordat (Roma papası ilə hər hansı bir hökumət arasın-

da bağlanan müqavilə) bağlayaraq, dövlətin kilsə üzərində effektiv nəzarə-

tini təmin etdi, vətəndaş  məcəlləsini işləyib hazırladı, prefektlər və supre-

fektlər institutunu yaratdı, jandarmeriya təşkil etdi və Fransanın bütün şə-

hərlərində polis komissarları təyin etdi. O, yalnız ictimai maraqlara xidmət 



edən məmurlar korpusunun yaradılması  məsələsini qoydu. Onların fəaliy-

yətinin lazımi motivasiyasını təmin etmək məqsədi ilə o, məmurlara imti-

yazların verilməsini gərəkli hesab edirdi, lakin bu zaman onların nazirlər-

dən və imperatordan müəyyən siyasi asılılıqda olmamasının təmin edilməsi 

zərurətini qeyd edirdi. “Yarımhərbi tipli” Napoleon bürokratiyası: iyerarxi-

ya, intizam və unifikasiya kimi üç prinsip üzərində qurulmuşdur. Bu onunla 

şərtlənirdi ki, fransız bürokratik sisteminin əsas elementləri Napoleon tərə-



findən ordu və kilsə kimi iki sosial institutun mədəniyyətindən götürülmüş-

dü.  Fransız dövlətinin başçısı güman edirdi ki, idealda imperiya məmuru 

“qismən hərbçi, qismən ruhani” olmalıdır. Dövlətin əsas sosial institutları-

nın yaradılması  və fransız bürokratiyası  ənənələrinin formalaşdırılması 

Fransız  İmperiyası dövrünə  təsadüf etdi. Napoleon  ən istedadlı insanlar 



üçün dövlət qulluğu açmağı təklif etdi. Onun əmri əsasında Parisdə məmur-

ların, Fransada peşəkar dövlət qulluqçuları hazırlığının aparıcı milli mərkə-

zi olan ali elitar məktəb - “Ekol politeknik” yaradıldı. Milli bürokratiya pe-

şəkarlığının inkişafına, onun mühitində yeni dövlətçilik təsəvvürləri, dəyər-

ləri və normalarının yayılmasına Fransada XIX əsrin əvvəlində məmurların 

müqabiqə yolu ilə işə qəbul sisteminin tətbiq edilməsi səbəb oldu. Ölkənin 

inzibati elita hazırlığını həyata keçirən “Ekol Politeknik”, Mədən məktəbi, 

Yollar və körpülər məktəblərində fəaliyyətin ideoloji əsası kimi, ümumi ri-

faha və dövlət maraqlarına xidmət ideyaları  elan edildi. Dövlətə xidmət 

ideyasını təbliğ edən ali hökumət məmurları özlərinə ictimai maraqların qo-

ruyucuları kimi baxmağa başladılar. Fransız politoloqlarının fikrincə, bu 

yeniliklər əsasında peşəkar bürokratiyanın onu doğuran sosial mühitdən ay-

rılması baş verdi, “ikinci növ” fəaliyyət sahəsi kimi fərdi sahibkarlığa qarşı 

fransız məmurlarının qərəzi yarandı. XIX əsrdə fransız bürokratiyasının ha-



İdarəetmə mədəniyyəti 

 

457



zırlığının fərqli xüsusiyyəti məmur vəzifəsinə namizədlərin ümumi mədəniy-

yətinə verilən əhəmiyyət idi. Qəbul müsabiqə imtahanında ruhi mədəniyyətə 

- namizədin  əqli və etik mədəniyyətinə, onun klassik fənləri, ilk növbədə, 

şəxsiyyətin təhsillilik meyarlarından biri olan latın dilini bilməsinə xüsusi 

diqqət yetirilirdi. Məmurun şəxsi işində peşəsi və peşə xidmətlərinin göstə-

rilməsi ilə yanaşı, onların sosial davranış xarakteristikaları da ifadə edilirdi.  

XIX  əsrdə ali fransız bürokratiya mədəniyyəti üçün xarakterik cəhət 

onun həddən ziyadə yüksək siyasi loyallığı idi ki, bu səbəbdən hakimiyyət 

dövlətin məmur aparatını nazirlərin və deputatların seçilmə  mənbəyi kimi 

nəzərdən keçirirdi. Bu zaman hakimiyyət məmurların sosial mənşəyinə bö-



yük diqqət yetirirdi. Fransanın hakim sinfi məqsədyönlü sosial seleksiya və 

siyasi nəzarətin köməyi ilə siyasi elitaya xalq arasından çıxanların daxil ol-

masına imkan vermirdi. Bu siyasət nəticəsində dövlət müsabiqə sisteminin 

mövcud olmasına baxmayaraq demokratlaşdırma, ölkənin praktik olaraq 

bütünlüklə  cəmiyyətin yalnız imtiyazlı  təbəqələrindən, başlıca olaraq iri 

burjuaziya nümayəndələrindən formalaşan ali administrasiyasına demək 

olar ki, toxuna bilmədi. Belə ki, 1851-1876-cı illərdə nazirliklərin şöbə mü-

dirlərinin 95%-i, prefektlərin 82%-i, dövlət müşavirlərinin 87%-i burjuazi-

yadan və ya aristokratiyadan çıxmışdı. 1871-1940-cı illərdə “böyük korpus-

ların” 546 üzvündən yalnız 10%-i “xalq siniflərindən” və xırda burjuaziya-

dan çıxmışdı.  Məmurların peşəsi irsi oldu. Nəsildən-nəslə  oğullar ataları 

əvəz edirdilər. Belə ki, 1840-cı ildə Dövlət şurası üzvlərinin 68%-i iri mə-

murların oğulları idi. Bürokratlığa namizədlərin öhdəsinə uyğun zəmanətlə-

rin təqdim edilməsi qoyulurdu. Vəzifəyə təyin edilərkən “qohumluq əlaqə-

ləri, xidmətlər mübadiləsi, rüşvətlərdən geniş istifadə edilirdi”. Bütün bun-

ların nəticəsi, iyul monarxiyası dövründə (1830-1848) yer alan fransız bü-

rokratiyasının ilk böhranı oldu. Fransız politoloqlarının qiymətləndirməsi-

nə görə, böhran nepotizmin və siyasi favoritizmin, dövlət qulluğuna məmur-



ların seçimi zamanı administrasiya özbaşınalığının, bürokratların hüquqi 

zəmanətlərinin olmamasının, yuxarı  və  aşağı  məmurların məvacibindəki 

çox böyük fərqlərin, sıravi qulluqçuların  əmək haqqının aşağı olmasının 

qanunauyğun nəticəsi idi. Yaranmış şəraitdə, kral Lui Filippin (1773-1850) 

hakimiyyəti dövründə ölkənin hətta ali məmurları arasında bütün sosial tə-



bəqələrdən seçilən, daha istedadlı insanların idarəçiliyini təmin etməyə ça-

ğıran “meritokratik” sistem prinsiplərinin dövlət aparatına tətbiq edilməsi 

tələbləri irəli sürüldü. Bu tələblər  siyasi cəhətdən neytral bürokratiyanın 

yaradılmasını və daha layiqli namizədlərin obyektiv seçilməsinə imkan ve-

rən müsabiqə sisteminin hər yerdə tətbiqini nəzərdə tuturdu. Dövlət qulluq-

çuları şəxsi həyatlarında təmkinli olmağa və inzibati sirləri qorumağa borc-

lu idilər. Onlara işə toxunan məsələlər üzrə polemika aparmağın arzuolun-


Fuad Məmmədov

 

 

458



mazlığı ilə əlaqədar, bəzi təşkilatlarda isə – iş yerini tərk etməyə, qəzet və 

ya xarici kitablar oxumağa müəyyən məhdudiyyətlər də qoyulmuşdu.  

XIX əsrin ikinci yarısında Fransada dövlət qulluğu sosial müdafiə sahəsi 

kimi nəzərdən keçirilirdi. Dövlət aparatında vəzifə sosial prestij, stabillik və 

irəliləyiş amili kimi nəzərdən keçirilirdi. Bürokratlar minimal təhsil səviyyə-

sinə malik olmalı, onların “ağ yaxalıqlılara” aid olduqlarını simvollaşdıran 

mundir yaxud münasib kostyum geyməli idilər. 1853-cü ildə dövlət qulluq-

çularının təqaüd təminatı tətbiq edildi. Dövlət qulluğuna qəbul unifikasiyası 

problemini müzakirə edərək, Dövlət  şurası 1874-cü ildə  məmurların vahid 

status tətbiqini qəbul etmədi və inzibati idarələrin özlərinin reqlamentini və 

bürokratları seçmə qaydalarını yaratmaq hüququnu təsdiq etdi. Ali administ-

rasiya iyerarxiya və qeyri-məhdud hakimiyyət prinsipini saxladı.  



Birinci Dünya müharibəsindən sonra Fransada inzibati fəaliyyətin nüfu-

zu kəskin şəkildə azaldı. Bu, məmurların hazırlıq səviyyəsinin aşağı düşmə-

si, dövlət aparatının ekstensiv inkişafı, idarəetmə fəaliyyətinin bəzi növləri-

nin feminizasiyası, özəl sektorla müqayisədə sıravi məmurların əmək haq-

qının azalması ilə şərtlənirdi. İkinci Dünya müharibəsindən sonra, idarəçi-

lik islahatları nəticəsində Fransada, məmurların əsas və xüsusi statusları və 

sinifləri, imtahanların keçirilməsi qaydalarının, vəzifəyə namizədlərin seçil-

məsi və təyin edilməsi, pillələrlə irəliləmə və rütbədə yüksəlmə meyarları-

nın, mülki xidmət strukturu və məmurların əməyini ödəmə sisteminin aydın 

müəyyən edildiyi, müasir dövlət qulluğunun əsasını qoyan bir sıra qərarlar 

qəbul edildi, müvafiq anlayışlı aparat tətbiq olundu.  

1946-cı ildə  vətəndaş qulluğu strukturunu və  məmurların  əmək haqqı 

sistemini reqlamentləşdirən “Məmurun ümumi statusu haqqında qanun” 

qəbul edildi. Qanunla mülki qulluq sisteminə “məmur”, “kadr”, “məmur-

lar sinfi” anlayışları daxil edildi. Hüquqi baxımdan,  “məmur” anlayışı 

dövlət xidmətinə aid olan şəxsləri nəzərdə tutur, yəni bu - “dövlət qulluqçu-

sudur”. 1959-cu ildə Ordonans tərəfindən bu qanuna məmurların hakimiy-

yətə iyerarxik tabeliyini gücləndirən bəzi əlavələr daxil edildi. “Kadr” an-



layışı  mülki xidmətçilər tərəfindən tutulan bütün eyni dərəcəli vəzifələrin 

birləşdirilməsi deməkdir.  “Məmurlar sinfi” anlayışı  məmurların, müvafiq 

olaraq, A, B, C, D hərfləri ilə işarə olunan, iyerarxiya cəhətdən aşağı salı-

nan dörd sinfə bölünməsini nəzərdə tutur. Hər bir sinif üçün müəyyən vəzi-

fələr dairəsi və zəruri təhsil səviyyəsi müəyyən edilmişdir. İnzibati - dövlət 

idarəçiliyi məmurlarının ümumi sayının 20%-ni təşkil edən A sinfinin funk-



siyası idarəçilik qərarları və göstərişlərinin işlənib hazırlanmasıdır. A sinfi-

nə müsabiqə imtahanları vermə üçün namizədlər geniş ümumi və texniki 

biliklərə, intellektual qabiliyyətlərə və möhkəm xarakterə, həmçinin ali təh-

sil haqqında diploma malik olmalıdırlar. Məmurların 40%-ni təşkil edən    



İdarəetmə mədəniyyəti 

 

459



B sinfinin vəzifəsi, bu qərarların yerinə yetirilməsidir. Bu səviyyəyə iddialı 

olanlar yüksək səviyyəli ümumtəhsil və peşə biliklərinə, ona hesabat ver-

məli olan personalın fəaliyyətini müəyyən etmək, qiymətləndirmək və həll 

etmək bacarığına malik olmalıdırlar. A sinfi ilə müqayisədə bu sinfin müsa-

biqə imtahanları daha texniki xarakter daşıyır. Məmurların 32%-ni təşkil 

edən C sinfinin funksiyası - vəzifələrin ixtisaslaşdırılmış icrasıdır. C sinfinə 

iddialı olanlardan şəxsi təşəbbüs qabiliyyəti tələb olunmur, müsabiqə imta-

hanları isə onlarda icraçı-texniki vərdişlərin aşkar edilməsinə yönəldilmiş-

dir. Öz statusuna görə C sinfindən az fərqlənən D sinfinin vəzifəsi - tapşı-

rıqların sadə texniki icrasıdır. Bu kateqoriyaya iddialı olanlardan xüsusi pe-

şə ixtisası  tələb olunmadığına görə, onların müsabiqə imtahanları  məktəb 

proqramı çərçivəsi ilə məhdudlaşdırılmışdır. 1946-cı ildə müəyyən edilmiş 



məmurların status qanunu ilə yanaşı - hakimlərə, hərbçilərə, iqtisadi və ti-

carət xarakterli dövlət qulluğu əməkdaşlarına, həmçinin polislərə tətbiq edi-

lən xüsusi statuslar da vardır.  

Fransız qanunvericiliyinə uyğun olaraq, dövlət vəzifələrinə  təyin olun-



manın zəruri tələbləri bunlardır: fransız vətəndaşlığının olması; vətəndaş 

hüquqlarına malik olma və əxlaqi davranış tələblərinə təminat; hərbi qul-

luq haqqında qanunvericiliyin gözlənilməsi. Seçimin ümumi meyarı, nami-

zədlərin - peşə ixtisasının qiymətləndirilməsi ilə müəyyən edilən, onlara hə-

valə edilmiş vəzifələri yerinə yetirmək qabiliyyətidir. Müsabiqə yazılı və şi-

fahi imtahanları daxil edir. Yazılı imtahan anonimlik prinsipinin gözlənil-

məsi şərti ilə müxtəlif formatda keçirilə bilər. Namizədlərin şifahi imtaha-



nın başlıca meyarı - onların ümumi mədəni səviyyəsi, xüsusi bilikləri və öz 

fikirlərini məntiqi ifadə etmək qabiliyyətidir. Zəruri hallarda testləşdirmə də 

keçirilir. Müsabiqə komissiyası bitərəf səlahiyyətli, administrasiyadan asılı 

olmayan mütəxəssislərdən seçilir. 

Fransada  xarici və daxili müsabiqə  mövcuddur.  Xarici müsabiqə  yeni 

məmurların seçilməsi üçün keçirilir, daxili müsabiqə - bürokratların iyerar-

xik pillə ilə irəliləməsi məqsədi ilə keçirilir. Kadrların seçilməsi və hazırlı-

ğına  fransız yanaşmasının başlıca xüsusiyyətlərindən biri ondan ibarətdir 

ki, vəzifəyə iddialı olanların əsas qiymətləndirmə və seçilmə meyarı peşə-



karlıq keyfiyyətləri deyil, klassik humanitar təhsilə əsaslanan ifadə üslubu-

nun ümumi erudisiyası  və  zərifliyidir.  Birləşmiş Krallıqda olduğu kimi, 

Fransa dövlət qulluğunda da ən müxtəlif vəzifələri yerinə yetirmək qabiliy-



yəti olan, ümumi mədəniyyətin yüksək səviyyəsinə malik namizədlərin seçil-

məsinə xüsusi diqqət yetirilir. Hər iki Avropa ölkəsində personalla iş kon-

sepsiyası həm inzibati, həm də texniki funksiyaların yerinə yetirilməsi üçün 

zəruri olan universal biliklərə malik qulluqçuların geniş hazırlığı tələbləri 

üzərində qurulur. Qeyd etmək maraqlıdır ki, Fransa və Birləşmiş Krallıq-

Fuad Məmmədov

 

 

460



dan fərqli olaraq, Almaniya və ABŞ-da dövlət idarəçiliyi aparatında qulluq-

çuların ixtisaslaşması konsepsiyası üstünlük təşkil edir.  

Fransız məmurlarının vəzifə artımının obyektiv qaydasına pillələrlə irə-

liləmə və rütbədə yüksəlmə aiddir. İş stajından asılı olaraq, məvacibin art-

masında ifadə olunan pillələrlə irəliləmədən fərqli olaraq, rütbədə yüksəlmə 



iki yolla həyata keçirilir. Birinci – inzibati paritet komissiyası  tərəfindən 

uzunmüddətli xidməti nəzərə alınmaqla, məmurun əldə etdiyi illik qiymət-

ləndirmələr əsasında formalaşan, onun illik yüksəlmə siyahısına daxil edil-

məsi vasitəsilə seçilməsidir. İkinci – xüsusi peşə imtahanı əsasında seçilmə-

dir. Beləliklə, xidməti pillə ilə avtomatik irəliləmənin olmadığı ABŞ-ın ək-

sinə olaraq, Fransada bürokratın karyerası, uzunmüddətli xidmətə və ya hə-



min idarədə olma stajına görə tədriclə, lakin düzgün irəliləmə zəmanəti ilə 

şərtlənmişdir. Obyektiv qayda ilə yanaşı Fransada sinifdə və ya sinifdaxili 

vəzifədə xüsusilə  nəzərə çarpan məmurların xidmətdə sürətli irəliləməsi 

üçün nəzərdə tutulan – bürokratların komplektləşdirilməsinin subyektiv, 

”müstəsna qaydası” da mövcuddur. Burada da iki əsas yanaşma müəyyən 

edilmişdir. Birinci, perspektivli qulluqçuya müsabiqə imtahanlarına vaxtın-

dan əvvəl hazırlaşmağa xüsusi imkan verən şəraitin yaradılmasıdır. Bu za-

man təşkilatın rəhbəri belə  işçi üçün uyğun vəzifəni  əvvəlcədən ehtiyatda 

saxlayır.  İkinci  yanaşma,  bürokratın vəzifədə irəliləmə hüququnu saxlaya-

raq, onun xaricə və ya beynəlxalq təşkilata xidmətə ezam edilməsindən iba-

rətdir.  

Fransanın dövlət qulluğu sistemində, inzibati-dövlət idarəçiliyi iyerarxik 

sisteminin rəsmən neytral bürokratik aparatı üzərində qurulmuş imtiyazlı 

siyasi “üstqurumu” təşkil edən  “siyasi” məmurlar institutuna mühüm yer 



ayrılır. Bu siyasi elita bütün məmur aparatının fəaliyyətinə rəhbərlik edən 

ideoloji rəhbər rolunu oynayır. Belə insanların təyinatı ya hökumətin qəra-

rı ilə, ya da əlaqədar nazirlik tərəfindən həyata keçirilir. Qəbul edilmiş 

qaydalara görə siyasi məmurlar istefaya hökumətlə birlikdə gedirlər. Fran-

sada siyasi məmurlar sırasına nazirlər kabinetlərinin direktorları və üzvləri, 

inzibati departamentlərin direktorları, baş komissarlar, departamentlərin baş 

katibləri daxildir. Fransa dövlət aparatının ali kadrlarının formalaşdırılma-

sında Milli administrasiya məktəbi - “Ekol Nasional d`Administrasyon” xü-

susi yer tutur. Ali inzibati və siyasi məmurlar elitanı – Fransa mülki qullu-

ğunun ali korpusunu təşkil edirlər. Bu elitanın üzvləri, bir qayda olaraq, ey-

ni tədris müəssisələrindən çıxanlardır, yüksək həmrəylik hissinə malikdir-

lər, eyni “mədəniyyət dilində” danışırlar ki, bu da fransız siyasi elitasının 

“ailə” təşkilatına çevrilməsinə  səbəb olur. Bu elitanın sayının artması  sərt 

seçmə yolu ilə  məhdudlaşdırılır ki, bunda yalnız kompetentlik haqqında 

qayğı deyil, həm də nüfuzun qorunması cəhdi ifadə edilir ki, onun saxlan-



İdarəetmə mədəniyyəti 

 

461



ma vasitəsi simaların məhdud sayı hesab edilir. Qapalı ali qrupa mənsubiy-

yət müvafiq vəzifə mövqeyi və  vəzifə  məvacibini təmin edir. Ali inzibati 

aparatın elitarlığını tənqid edərək, Mişel Krozye qeyd edir ki, fransız mə-

murlarının əsas kütləsi elitanın baxışları ilə həmfikir deyillər ki, bu da fran-

sız məmurluğunun ayrılmasına səbəb olur. Fransa dövlət qulluğu və inziba-

ti islahatlar naziri, sol qüvvələr hakimiyyətini təmsil edən Le Por, dövlət 

qulluqçularının yuxarı  təbəqələrinin millətin sosial reallığını  əks etdirməli 

olduqları inamına  əsaslanaraq, 1981-ci ildə  fəhlə  uşaqlarının,  şagirdlərin 

ümumi sayının yalnız 3%-ni təşkil edən MAM (Milli Administrasiya mək-

təbi) şagirdləri heyətində böyük bərabərsizliyin aradan qaldırılması zərurili-

yini göstərirdi. Buna baxmayaraq XX əsrin sonu üçün Fransa ali administ-

rasiyası əvvəlki kimi elitar qapalılıqla fərqlənirdi.  

Fransanın xüsusiyyətlərindən biri də odur kiAvropanın digər ölkələri 

və ABŞ-ın dövlət qulluqçularındansa, fransız məmurları böyük siyasi hü-

quqlardan və azadlıqlardan istifadə edirlər. Fransada loyallıq dövlətə de-

yil, millətə  və konstitusiyaya sədaqət kimi başa düşülür. Fransız hüquqi 

doktrinası dövlət qulluqçularının siyasi fəaliyyətinə münasibətdə onlara si-

yasi, fəlsəfi və dini baxışların tam azadlığını verərək, onların siyasi haki-

miyyətə loyallıq zəruriliyini istisna edir. Bu azadlıq yalnız özünün siyasi, 

fəlsəfi yaxud dini baxışlarının açıq şəkildə ifadə edilməsindən imtinanı nə-

zərdə tutan, “qulluq zamanı  təmkinli olmaq vəzifəsi”  ilə  məhdudlaşdırılır. 

Dövlətə münasibətdə məmurun “ümumi loyallıq” prinsipi onun hakim par-

tiyaya daxil olmasını və ya hökumət kursunu dəstəkləməsini tələb etmir. Si-

yasi konformizm yalnız yüksək mənsəbli vəzifəli  şəxslərdən tələb olunur. 

Müqayisə üçün qeyd edək ki, ABŞ-da, Birləşmiş Krallıqda və Almaniyada 

inzibati hüquq məmurların dövlət hakimiyyətinə sadiqlik borcunu tələb 

edir, yəni onların yalnız peşəkar fəaliyyətini deyil, həm də siyasi loyallığını 

tənzimləyir.  



İnzibati dövlət idarəçiliyinə  nəzarət sistemi inzibati ədliyyə  və vasitəçi 

institutu daxil edir. Fransa – 1953-1964-cü illərin islahatlarından əmələ gə-

lən inzibati ədliyyə sistemini yaradan ilk ölkədir. Ölkənin inzibati ədliyyə-



sində əsas rolu, səlahiyyətləri həm inzibati, həm də məhkəmə xarakteri da-

şıyan Dövlət Şurası oynayır. Dövlət şurasına baş nazir rəhbərlik edir, lakin 

real olaraq, o, ədliyyə naziri olan sədr müavini tərəfindən idarə edilir. Şura-

ya birinci instansiya məhkəmə hüquqlarında məmurların işlərini nəzərdən 

keçirmək, aşağı ədliyyə administrasiyası orqanlarına münasibətdə apellya-

siya məhkəməsi rolunda çıxış etmək, administrasiya üçün rəy vermək, inzi-

bati islahatların keçirilməsi zəruriliyi haqqında qərarlar çıxarmaq səlahiy-

yətləri verilmişdir. Əslində administrasiya tərəfindən hüquq pozuntularının 

tədqiqat orqanı olan vasitəçi institut, 1973-cü ildə baş nazir P.Mesmerin tə-



Fuad Məmmədov

 

 

462



şəbbüsü ilə yaradılmışdır. Vasitəçi, respublika prezidentinin dekreti (qərarı) 

ilə 6 il müddətinə təyin edilir. Onun funksiyasına administrasiyanın fəaliy-

yəti haqqında ölkə parlamentindən daxil olan şikayətlərə baxılması daxildir. 

Vasitəçi, dövlət aparatı  fəaliyyətində  aşkar edilmiş nöqsanlar haqqında 

Fransa hökumətini məlumatlandırmağa borcludur.  

Fransada inzibati-dövlət idarəçiliyinin əsas səviyyələri ilə tanışlıq aşağı-

dakı mənzərəni aşkar edir. 1981-ci ilə qədər burada dövlət idarəçiliyi mə-

dəniyyəti mərkəzi administrasiyanın güclü hakimiyyət fəaliyyəti ilə  şərtlə-

nirdi. Etatizm prinsiplərinə sadiq olan Fransız hökuməti və onun administ-

rasiyası, ölkənin bütün bürokratik şəbəkəsinə  sərt  şəkildə  nəzarət edirdi. 

İstənilən bürokratik qərarların həlli zamanı yerli problemlər, xüsusiyyətlər 

və təşəbbüslər ikinci plana çəkilirdi. Dövlət idarəçiliyinin sərt şəkildə mər-

kəzləşdirilməsini, məqsədi inzibati idarəçilik koordinasiyasının yaxşılaşdı-

rılması olan prezident de Qollun 22 regionun təşkil edilməsi haqqında dek-

reti də pozmadı.  1981-ci ildə Fransa dövlət idarəçiliyi mədəniyyətində 

əsaslı dönüş qeyd olundu. Ölkədə desentralizasiya keçirildi ki, onun nəticə-

sində iqtisadi və sosial planlaşdırma səlahiyyətlərinin bir hissəsi mərkəzi 

administrasiyadan regionlara verildi. Regionlar və departamentlər admi-

nistrasiyasının səlahiyyət sahəsi vergiqoyma, təhsil, səhiyyə və iqtisadi in-

kişaf oldu. 1982-ci il qanununa uyğun olaraq, Parisin təyin etdiyi prefektlə-

rin adları Respublikanın xüsusi müvəkkillərinə  dəyişdirildi, onların haki-

miyyəti isə polis və yanğından mühafizə hakmiyyətini əhəmiyyətli dərəcə-

də ötüb keçdi.  

 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin