AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Yapon “iqtisadi möcüzəsinin” sirləri



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   36   37   38   39   40   41   42   43   ...   53
Yapon “iqtisadi möcüzəsinin” sirləri 

 

Təhlil göstərir ki, Yaponiyanın milli inkişafında görkəmli nailiyyətlərin 

əsasını: intellektual mədəniyyətin prioriteti, sağlam milli ideya və milli mə-

dəniyyətin demokratlaşması  təşkil edir. Ölkənin sosial-iqtisadi inkişafında 

əldə edilə bilən inkişaf məqsədlərinə yönəldilmiş, elmi əsaslanmış və uzaq-

görən milli strategiyanın olması mühüm rol oynayır. Yapon iqtisadiyyatının 

xarakterik cəhəti ümumi dəyərlər, ideologiya və milli ideya əsasında rəh-

bərlərin və tabelikdə olanların birliyinə imkan yaradan korporativ mədəniy-

yətdir. O, işçi qüvvəsinə minimal məsariflərlə yüksək əmək məhsuldarlığı-

nı, yüksək borc, vətənpərvərlik və qürur hissini, işçi kollektivlərində inti-

zamlılığı və nizamı təmin edir. Siyasi və iqtisadi praqmatizm, müdriklik və 

iqtisadi siyasətin çevikliyi öz ifadəsini vahid milli məqsədlər və dövlət sti-

mulları sisteminin istifadəsi  əsasında hakimiyyət və iqtisadiyyat arasında 

sıx əməkdaşlıqda tapır.  

Bununla yanaşı yapon “iqtisadi möcüzəsinə” təsir göstərən başlıca şərt-

lərə aşağıdakıları aid etmək lazımdır: 



Fuad Məmmədov

 

 

492



 Yaxşı  təhsilə  və  təşkilatçılıq qabiliyyətinə malik olan rəqabət qabi-

liyyətli rəhbər işçilərin düzgün seçilməsi və yerləşdirilməsi. 

  İstehsalat kollektivlərində  işçilərin bir-birini əvəz etməsini təmin 

edən universal biliklər və bacarıqlar. 

 Müəssisə administrasiyasının həmkarlar ittifaqı ilə qarşılıqlı  əmək-

daşlıq və hörmət prinsipləri əsasında birgə fəaliyyəti. 

 Xarici partnyorlarla bərabərhüquqlu müqavilələr, qarşılıqlı faydalı 

sazişlər əsasında azad ticarətin tənzimlənməsi. 

 Xüsusi prioritet sahələrin düzgün təyin edilməsində hökumətin eks-

pert köməyi və elmi-tədqiqat və konstruktor-təcrübə  işlərinin həyata keçi-

rilməsində onlara yardım edilməsi.  

  İqtisadiyyatın zəruriyyət məntiqi ilə  şərtlənən, tam olmayan dövlət 

tənzimlənməsi. 

  Əsas elmi prinsiplərin və iqtisadiyyatı idarəetmə  məharətinin dəqiq 

yerinə yetirilməsi.  

  Əmək məhsuldarlığının yuxarı  səviyyəsinə nail olmağa səbəb olan 

yüksək məsuliyyət mədəniyyəti. 

 İqtisadiyyatın təşkil və idarə edilməsində dünya təcrübəsinin sistemli 

öyrənilməsi və yaradıcı istifadəsi.  

 Elmi tədqiqatlara və texnoloji işləmələrə prioritet kapital qoyuluşu.  

 Eksport məhsulu və onun xarici bazarlarda cəlbediciliyinin maya də-

yərinin enməsinə səbəb olan milli pul vahidinin süni surətdə saxlanılan aşa-

ğı valyuta kursu.  

 Hərbi xərclərin aşağı səviyyəsi ilə əlaqədar az miqdarda vergilər. 

      Etibarlı və dolğun məlumatın olması. 

Bu şərtlərin əhəmiyyətinin daha dərindən dərk edilməsi üçün yapon iqti-

sadiyyatı idarəetmə təcrübəsinin kulturoloji təhlilinə müraciət edək.  

 

İqtisadiyyatın inkişafının yapon  

idarəçiliyi təcrübəsinin xüsusiyyətləri 

 

Müasir Yaponiya demokratik mədəniyyətinin həyat gücü və yaradıcı 

imkanlarının ən parlaq göstəricilərindən biri - yapon xalqının maddi rifahı-

nın əsasını təşkil edən, mədəniyyətin mühüm sosial institutu olan iqtisadiy-

yatın inkişafıdır. Yapon təcrübəsi təsdiq edir ki, iqtisadiyyatın inkişafının 

effektiv idarəçiliyinin  əsasını  - iqtisadi inkişafın strategiyası, taktikası  və 

prioritetlərinin düzgün müəyyənləşdirilməsi, yüksək effektli istehsalın əsası 

olan elmin və  təhsilin qabaqlayıcı inkişafı, Qərb ölkələri nailiyyətlərinin 

yaradıcı istifadəsi, milli mədəniyyət xüsusiyyətlərinin nəzərə alınması, iqti-

sadiyyatın inzibati deyil, bazar mexanizmləri ilə planlaşdırılmanın harmo-



İdarəetmə mədəniyyəti 

 

493



nik uyğunluğunu nəzərdə tutan yalnız iqtisadi metodlarla dövlət tənzimlən-

məsi, kiçik və orta biznesin inkişafına yardım təşkil edir.  

Yapon iqtisadiyyatının uyğunlaşma imkanları, onun elmi-texniki tərəq-

qini qavrama qabiliyyəti və ölkənin həyati vacib problemlərinin həlli üçün 

milli resursların, ilk növbədə xalqın iradəsi və enerjisinin sürətli mobilizasi-

ya (səfərbərlik) bacarığı, əsas etibarilə yaponların yüksək həyat qabiliyyəti-

nin əsasını təşkil edən ruhi mədəniyyətlə izah olunur. Yapon iqtisadiyyatı 

inkişafının təhlili, elmi-texniki tərəqqinin  ən yeni dünya nailiyyətlərinə 

onun nəinki son dərəcə uyğunlaşmaq qabiliyyətini, həm də onları müəyyən 

etmək qabiliyyətini aşkar edir. Yaponiyanın iqtisadi inkişaf konsepsiyası - 

planlaşdırma və eksperiment, etibarlılığın təhlili və proqnozlaşdırılması 

metodlarının müntəzəm istifadəsini,  əsas qüvvələrin keyfiyyətin ilkin for-

malaşdırılması mərhələlərinə keçirilməsini və preventiv (ehtiyat) xarakterli 

ölçülər sisteminin yaradılmasını nəzərdə tutur. Yaponiyada iqtisadi menec-

ment xüsusiyyətləri bunlardır: ömürlük muzd; uzunmüddətli oriyentasiya 

(istiqamət); “yuxarıdan-aşağıya” idarə etmə; koordinasiya və əməkdaşlığın 

xüsusi nəzərə çarpdırılması; razılaşdırılmış  qərar; qeyri-rəsmi nəzarət; iş 

tapşırığının qarışıq təsviri; kollektiv məsuliyyət; ödəmə və təyinatlarda bö-

yüklük prinsipi; yeni ali təhsil müəssisələri məzunlarının cəlb edilməsi; is-

tehsalatdan ayılmadan təlim. 

İkinci Dünya müharibəsindən sonra yapon iqtisadiyyatı bərbad vəziyyə-

tə düşdü. Onun istehsal-texniki bazası hərbi əməliyyatlardan az zərər çəksə 

də, o, istehlak mallarının kəskin çatışmamazlığı, maliyyə kəsiri və böhranla 

xarakterizə olunurdu. 1946-cı ilin yanvarında sənaye istehsalının səviyyəsi 

müharibədən  əvvəlki orta səviyyədən 14%-dək endi. Ölkədə  ərzaq və  iş, 

xammal və enerji resursları çatışmırdı. Vətəndaşların sosial vəziyyəti yox-

sullaşma ilə, həyat üçün elementar şəraitin olmaması ilə xarakterizə edilir-

di. Xammal, yanacaq və  ərzaq idxalı praktik olaraq dayanmışdı. Sənaye 

müəssisələrinin əksəriyyəti işləmirdi. Ölkədə kəskin böhran tüğyan edirdi: 

1945-ci ildən 1947-ci ilədək kağız pulların miqdarı dörd dəfə artdı. 1945-ci 

ilin sonunda fəhlələrin real əmək haqqı müharibədən  əvvəlki səviyyənin 

yalnız 13%-ni təşkil edirdi. Hərbi istehsalın dayandırılması, ordu və donan-

manın tərxis edilməsi, keçmiş müstəmləkə və işğal edilmiş ərazilərdən ya-

ponların repatriasiyası nəticəsində kütləvi işçizlik 10 milyona yaxın insanı 

əhatə edirdi. Gəlirin, xammalın olmaması, pul vəsaitinin çatışmaması ucba-

tından bir çox zavodlar bağlanırdı. Müharibədən sonrakı ilk iki il ərzində 

Yaponiyada sənaye istehsalı müharibədən əvvəlki səviyyənin üçdə birindən 

yuxarı qalxmırdı.  

XX əsrin 50-ci illərinin əvvəlindən Yaponiya gücləndirilmiş sənayeləş-

dirmə dövrünə qədəm qoydu. Amerika ilə hərbi-siyasi ittifaq sayəsində ida-



Fuad Məmmədov

 

 

494



rəçilik, marketinq, keyfiyyət üzərində nəzarət Amerika konsepsiyaları, əmək 

və kapitalın əməkdaşlığı nəzəriyyələri Yaponiyanın var-dövləti oldu ki, bu 

da ona xas əməksevərlik və kollektivçiliklə yapon korporativ mədəniyyəti-

nin xüsusiyyətlərinə yaradıcılıqla adaptasiya edildi. 50-ci illərin əvvəlindən 



Yaponiya ABŞ-dan və digər ölkələrdən son dərəcə aşağı qiymətlərlə funda-

mental biliklər,  ən yeni texnologiyalar və xammal (hər  şeydən  əvvəl neft) 

idxal etmək imkanı qazandı. ABŞ-ın  hərtərəfli  köməyi Yaponiyaya strateji 

baxımdan mühüm maddi və maliyyə resurslarını, ən başlıcası isə - elmi təd-



qiqatları aparmaq və yüksək texnologiyaları yaratmaq üçün vaxta qənaət 

etməyə imkan verdi.  

Müharibədə məğlubiyyət və onun ardınca gələn kəskin iqtisadi böhran 

özünün yaşaması, ölkənin dirçəlməsi və tərəqqisi uğrunda yaponların mü-

barizəsinə güclü təkan verdi. Yüksək həyat qabiliyyəti və effektiv idarəçilik 

sayəsində artıq 1951-ci ildə Yaponiya müharibədən əvvəlki səviyyəni bərpa 

etdi, XX əsrin 60-cı illərinin ikinci yarısında isə iqtisadi inkişaf səviyyəsinə 

görə o, Böyük Britaniya, Fransa və AFR-nı ötüb keçməyə müvəffəq oldu. 

Yer əhalisinin 2,5%-nin yaşadığı, 0,3% quru sahəni tutan Yaponiya, feodal 



qalıqlarından imtina etməsi,  milli mədəniyyəti fəal demokratlaşdırması  və 

qərb menecment modelini effektiv istifadə etməsi sayəsində keçən əsrin 80-

ci iillərin  əvvəli üçün  ümumdünya məhsulunun 10%-dən artığını istehsal 

edirdi.  

Yapon iqtisadi mədəniyyətinin xüsusiyyətlərindən biri “ömürlük muzd” sis-

temidir. Milli gəlirin sürətli inkişafı məqsədi ilə Yaponiyada ixtisaslı işçi  qüv-

vəsi formalaşmağa başladı. Ölkənin iqtisadi müəssisələrində iş sabitliyinin tə-

minatı üçün iş stajının artması ilə əmək haqqının artmasını təmin edən fəhlə və 

qulluqçuların “ömürlük muzd” sistemi tətbiq edildi. Bu sistem Yapon “iqtisadi 

möcüzəsinin” sosial əsası oldu. Bu sistemin fəlsəfəsi ondan ibarətdir ki, işə yal-

nız fiziki və əqli deyil, həm də ruhi qüvvəsini sərf edərək işçi nəzərə alır ki, 

onun tərəfindən böyük ailə kimi baxılan kompaniyanın tərəqqisi onun şəxsi ri-

fahının yüksəlməsinə də imkan verəcək. Əməklə kapitalın əməkdaşlığına real 

əmək haqqının artım dinamikası səbəb olur ki, onun inkişafı ölkədə pərakəndə 

satış qiymətinin qabaqlanmasını  nəzərdə tutur.

50 


“Ömürlük muzd” sisteminin 

demokratlığı onda aşkar olur ki, ildə iki dəfə, təqribən yarımillik əmək haqqı 

miqdarında ödənilən bonuslar (mükafatlar) fəhlədən müəssisə  rəhbərinə kimi 

bütün personala bərabər şamil edilir.  

Ölkənin iqtisadi inkişafının balanslaşdırılmış strategiya və taktikasının 

işlənib hazırlanmasına imkan yaradan effektiv dövlət idarəçiliyi, bazar iqti-

                                                            

50

 Keçən yüzilliyin 80-ci illərində yapon iqtisadiyyatında əmək məhsuldarlığının yüksəlməsi 



əmək haqqı artımını qabaqlayırdı.  

İdarəetmə mədəniyyəti 

 

495



sadiyyatı üstünlüklərinin dövlət tənzimlənməsi ilə bacarıqla uyğunlaşdır-

ması nəticəsində, yapon iqtisadi modelinin yüksək həyat qabiliyyətini təmin 

etdi. Yəni XX əsrin sonunun “qarışıq” yapon iqtisadiyyatı planlı prinsiplər 

əsasında, dövlət tənzimlənməsi elementləri ilə yüksək effektli bazar iqtisa-

diyyatını təşkil edirdi. Dövlətin təsir vasitətəri inzibati deyil, iqtisadi idarə-

etmə metodları – vergi və kredit siyasəti, subsidiyalar, faiz stavkaları, gü-

zəştlər və tariflərdir. Dünya bazarı konyunkturasının dəyişmələrinə uyğun-

laşdırılan planlaşdırmanın cevikliyini təmin etmək üçün enerji resursları 

qiymətlərinin və valyuta kurslarının dəyişməsini nəzərə almağa imkan ve-

rən çoxvariantlı plan modeli işlənib hazırlanmışdır.  

Əmək məhsuldarlığının sürətli inkişafı sayəsində əksər Qərbi Avropa öl-

kələrinin səviyyəsinə qalxmış yapon iqtisadi inkişafı, keçən əsrin 50-60-cı 

illərində tarixə gücləndirilmiş sənayeləşdirmə dövrü kimi daxil oldu. Onun 

üçün 1955-ci ildən 1973-cü ilədək olan müddətdə istehsalın 5,1%-ni təşkil 

edən ən yüksək orta illik inkişaf tempi xas idi. Yapon iqtisadi nailiyyətləri-

nin  əsasını elmi-texniki tərəqqi təşkil edir. Ölkənin elmi-texniki siyasəti 

həm milli tədqiqatların təşkilini, həm də xarici ölkələrin elmtutumlu texno-

logiyalarının istifadəsini, o cümlədən sənayedə əmək məhsuldarlığının yük-

sək stabil artımını təmin edən istehsalın təşkil və idarə edilməsinin innova-

tiv metodlarını daxil edirdi.

51

 Əldə edilmiş uğurlar əsasında hökumət tərə-



findən Yaponiyanın güclü elmi-texniki dövlətə çevrilməsi, xammal və ener-

ji məhdudiyyətlərinin aradan qaldırılması, xalqın rahat həyatının təmin edil-

məsi, “böyük iqtisadi ölkə” kimi, dünyanın inkişafı  uğrunda Yaponiyanın 

məsuliyyətinin artırılması vəzifələri qoyulmuşdu. Toplanmış təcrübə, enerji 

tutumlu istehsalların əhəmiyyətli dərəcədə azaldılması, öz xərcini tez çıxa-

ran tətbiqi texnologiyalara əsaslanma sayəsində keçən əsrin 80-ci illərinin 



ortalarında Yaponiya dünyanın iqtisadi liderləri sırasına çıxdı. Bu dövrdə 

inkişafın yeni strategiyası  qəbul edildi: informatika, materialşünaslıq, gen 

mühəndisliyi, tibb, ekologiya, atom və istilik-nüvə energetikası, kosmos, 

okean resurslarının mənimsənilməsi və digər sahələrdə rəqabət qabiliyyətli 

milli texnologiyaların yaradılmasını təmin edən fundamental tədqiqatların 

prioritet inkişafına istinad edildi. Kiçik və orta biznesdə tədqiqat prosesi öz 

ifadəsini çoxlu sayda vençur müəssisələrin yaradılmasında tapdı. Bununla 

yanaşı iqtisadi inkişafın  əsasına dövlətin rəqabət qabiliyyətini və beynəl-

xalq nüfuzunu təmin edən amil kimi ümummilli əhəmiyyət qazanmış məh-



sulun yuksək keyfiyyət mexanizmi qoyulmuşdu. Yaponiyada yaradılan, işçi-

                                                            

51

 1950-ci ildən 1978-ci ilə qədər Yaponiya 26 minə qədər xarici patent və lisenziyalar əldə 



etmişdir ki, onların tətbiqi yalnız 50-60-cı illər  ərzində onun əsas kapitalının ümumi 

toplanmış məbləğinin 25% -ni təmin edirdi

 


Fuad Məmmədov

 

 

496



lərin fərdi məsuliyyətinə əsaslanan keyfiyyətə nəzarət sistemi istehsal pro-

sesinin bütün mərhələlərində qüsurların aradan qaldırılmasına istiqamətlən-

mişdi. Müəssisələrdə yaradılmış, administrasiya tərəfindən dəstəklənən kö-

nüllü “keyfiyyət dərnəkləri” üç ümumi məsələni həll etməyə kömək edirdi: 

məhsulun keyfiyyətinin yaxşılaşdırılması, əmək şəraitinin yaxşılaşdırılması 

və onun məhsuldarlığının artırılması. 

Yapon iqtisadiyyatının idarəçilik sistemində məhsulun keyfiyyəti isteh-

salın  əsas effektivlik amili kimi nəzərdən keçirilir. Yapon iqtisadi menec-

ment sistemi “Kanban” istehsal və məhsul satışı idarəçiliyinin səmərəli təş-

kil edilməsindən ibarətdir. Bu zaman keyfiyyətin idarə edilməsi müəssisə-

nin ümumi idarəçilik sisteminin ayrılmaz hissəsidir. O, istehsal prosesində 

bütün növ itkilərin aradan qaldırılmasını təmin edir və idarəçilərin, qulluq-

çuların və fəhlələrin idarəetmə metodları və keyfiyyətə nəzarət prosedurla-

rına kütləvi ayrılması təlimi üzərində qurulur. Onun diqqət mərkəzində - in-

san resurslarıdır. Buna görə də keyfiyyət - idarəetmə sisteminin effektivliyin-

dən, konkret situasiyaların tələblərinə müvafiq olaraq onun təshihindən 

birbaşa asılılıqdadır. Keyfiyyətin idarə edilməsi fəlsəfəsinə uyğunluqda, 

sənaye müəssisələrinin mərkəzləşdirilmiş keyfiyyəti idarəetmə şöbələri ona 

nəzarət edirlər ki, istehsal prosesində hər bir növbəti istehsal əməliyyatı ic-

raçısına istehlakçı kimi baxılsın. Bu zaman bütün iqtisadi məsuliyyət, funk-

sional xarakteristikaların və məhsulun keyfiyyətinin onun qiymətinə və is-

tehlakçının maraqlarına uyğunluğu prinsiplərinə riayət etməyə borclu olan 

istehsal heyətinin üzərinə düşür.  

Siyasi, iqtisadi və sosial dəyişikliklər tələblərini nəzərə alaraq, artıq mü-



haribədən sonrakı ilk illərdə ölkədə yapon cəmiyyəti və yapon iqtisadiyyatı-

nın demokratlaşdırılmasına istiqamətləndirilmiş bir neçə islahat keçirilmiş-

dir. Demokratlaşma yoluna qədəm qoyaraq, yapon hökuməti əməyin və ka-

pitalın  əməkdaşlığı siyasətini daha fəal surətdə  həyata keçirməyə başladı. 

Katayama hökuməti tərəfindən qəbul edilmiş istehsalın bərpasına dövlət 

subsidiyaları siyasəti özünü doğrultmadığı üçün yeni Asida hökuməti 1948-

ci ilin fevralından  xarici kapitalın cəlb edilməsi vasitəsi ilə iqtisadi prob-



lemlərin həll edilməsi istiqamətini aldı. Lakin bu dövr üçün Qərbi Almani-

ya və İtaliyanın müharibədən əvvəlki səviyyəsi praktik olaraq bərpa olun-

duğu halda, Yaponiyanın sənaye istehsalı 1937-ci il səviyyəsinin yalnız ya-

rısını təşkil edirdi. Yaponiyada tüğyan edən böhran iqtisadiyyatın dirçəldil-

məsinə mane olurdu. 1948-ci ilin payızında iri kapitalın əhəmiyyətli maliy-

yə  dəstəyini alan Yosida hökuməti  formalaşdı.  O, ölkənin effektiv dirçəliş 



yolunun Amerikanın iqtisadi inkişaf modelinə  əməl edilməsi olduğunu qə-

bul etdi. Bu vaxtdan etibarən ABŞ ilə Yaponiya arasında strateji əməkdaş-

lıq maraqlarına cavab verən, yapon iqtisadiyyatının bərpasına ABŞ-ın diq-



İdarəetmə mədəniyyəti 

 

497



qətinin gücləndirilməsi baş verir. Bu istiqamət Yosidanın doktrinası əsasın-

da qurulmuşdur ki, ona uyğun olaraq, ən qüdrətli imperialist dövləti olan 

ABŞ-ın dəstəyi ilə Yaponiya, dəniz dövləti kimi, beynəlxalq ticarətdə öz 

mövqeyini alternativsiz olaraq bərpa etməli idi. Belə yanaşma - gətirilmə 

xammal, ən yeni elmi nailiyyətlərin və yüksək texnologiyaların idxalı, həm-

çinin yapon məhsulunun eksportu üçün geniş bazarların tapılması hesabına 

Yaponiyanın iqtisadi inkişafının geniş imkanlarını açdı.  

1949-cu il yapon iqtisadiyyatının bərpası və inkişafının ciddi mərhələsi 

oldu. 1949-cu ilin əvvəlindən ABŞ-ın işğalçı hakimiyyəti və Yosida hökumə-



ti Docun “iqtisadi sabitləşdirmə planının” həyata keçirilməsinə başladılar. 

1949-cu maliyyə ilinə Yaponiyanın parlament tərəfindən bəyənilmiş dövlət 

büdcəsi layihəsi dövlət xərclərinin kəskin şəkildə azaldılmasını və eyni za-

manda gəlirlərin artırılmasını  nəzərdə tuturdu. Qiymətlərin saxlanmasına 

və ən əhəmiyyətli məhsul növləri istehsalının bərpasına dövlət subsidiyala-

rını  ləğv etmək təklif edilirdi. Əvəzsiz dövlət subsidiyaları kommersiya 

bankları kreditləri ilə əvəz edilməli idi. Dövlət gəlirlərinin başlıca artırılma-

sı yolu vergilərin kəskin şəkildə (62%) artırılmasını tələb edirdi. Plan Ya-

poniyaya Amerika iqtisadi yardım sisteminin dəyişdirilməsini də  nəzərdə 

tuturdu – Amerika mallarının Yaponiyada satışından doldurulan “ekviva-

lent fondu” yaradıldı ki, bu da yardım üsulu hesab edilirdi. Yapon eksportu-

nun, o cümlədən azlığı Yaponiyanın özündə də kəskin hiss edilən məhsulla-

rın eksportunun genişləndirilməsi üçün də müəyyən ölçülər  götürüldü.        

1 Amerika dolları üçün 360 iyen nisbətində sabit mübadilə məzənnəsi mü-

əyyən edildi.  



Planın mühüm hissəsi, 1949-cu ildə  Şoupun başçılığı ilə Amerika eks-

pert qrupunun layihəsi üzrə Yaponiyaın vergi sistemi islahatının həyata ke-

çirilməsi oldu. İslahatın mahiyyəti “böhranın aradan qaldırılması və iqtisa-

diyyatın sabitləşdirilməsi məqsədi ilə” vergilərin artırılmasında idi. Eyni 

zamanda vergi yükünün yenidən bölüşdürülməsi baş verdi – sabit kapital 

dəyərinin yenidən qiymətləndirilməsi yolu ilə korporasiyalara qoyulan ver-

gilər azaldıldı,  əməkçilərin vergisinin artırılması hesabına üstəlik qazanc 

vergisi ləğv edildi. Bununla kapitalın sürətli toplanması və iqtisadi inkişaf 

tempinin yüksəldilməsi üçün əlverişli şərait yaradıldı. Lakin iqtisadiyyatın 

başlamaqda olan inkişafı dar bazaya malik idi, çünki geniş zəhmətkeş təbə-

qələrinin alıcılıq tələbatı son dərəcə məhdud idi. Bundan başqa, qiymətlərin 

sabitləşdirilməsinə dövlət subsidiyalarının ləğv edilməsi, onların sürətlə art-

masına gətirib çıxardı, kiçik və orta müəssisələrin əksəriyyətinin müflisləş-

məsinə  səbəb oldu. Bu şəraitdə sahibkarların istehsal xərclərini azaltmaq 

cəhdi onun, əməyin intensivləşdirilməsi, kütləvi surətdə işdən azad etmələr, 

əmək haqqının azalması ilə müşayiət olunan “rasionallaşmasına” gətirib çı-



Fuad Məmmədov

 

 

498



xardı. Docun tövsiyəsi üzrə Yapon hökuməti, inzibati aparatın qaydaya sa-

lınması  və müəssisələrin yenidən təşkil edilməsi planını hazırladı ki, ona 

uyğun olaraq, 1949-cu il ərzində yarım milyondan artıq işçi və qulluqçu iş-

dən azad edildilər. 

Bu dövrdə ciddi böhran həddində qalan Yaponiya iqtisadiyyatının bər-

pasında Koreyadakı müharibə mühüm rol oynadı. Müharibə nəticəsində si-

lahlanmaya və hərbi materiallara, hərbi daşınmalara və xidmətlərə, ərzağa 

və s. artan kəskin tələbat yapon iqtisadiyyatında hərbi-inflyasiya süni can-

lanmasını yaratdı. 1950-1953-cü illərdə Amerikanın “xüsusi sifarişlərin-

dən” daxil olan gəlir təqribən 2,5 milyard dollara çatdı. Onlar Yaponiyaya 

xarici kəsir xərclərini ödəmək və xammal idxalını genişləndirmək imkanını 

verdi.  İşğalçı hakimiyyətlərin  İkinci Dünya müharibəsindən dərhal sonra 

sənaye və xarici ticarət sahəsində qoyulmuş məhdudiyyətləri tamamilə ləğv 

etməsi də  əhəmiyyətli rol oynadı. Bütün bu səbəblər nəticəsində 1949-

1951-ci illər ərzində sənaye istehsalının həcmi, müharibədən əvvəlki səviy-

yəni aşaraq, bir yarım dəfə artmışdı. 1950-1954-cü illər ərzində Yaponiya-

nın xarici ticarət dövriyyəsi 1945-1949-cu illər dövrünə nisbətən, demək 

olar ki, 10 dəfə artıq idi.  

1952-ci ildə Yaponiyada sənaye istehsalı müharibədən əvvəlki səviyyə-

yə çatdı, kənd təsərrüfatı istehsalı və milli gəlir isə bu səviyyəni aşdı. Lakin 

yapon sənayesi o zaman texniki cəhətdən geridə qalırdı. İri və orta müəssi-

sələrin dəzgah parkının 70%-dən çoxu 10 ildən artıq yaşa malik idi. Kənd 

təsərrüfatı ölkəni ərzaqla təmin etmirdi, onun xeyli hissəsini idxal etmək la-

zım gəlirdi. Yapon iqtisadiyyatının inkişafı üçün Amerika yardımının mü-

hüm maliyyə  vəsaitləri mənbəyi kimi qalması davam edirdi. 1952-ci ildə 

“ekvivalent fondu” “sənaye investisiyaları üçün xüsusi hesab” kimi yenidən 

təşkil edildi. Yapon valyutasında bu hesabdan vəsaitlər yapon hökuməti tə-

rəfindən Amerika mallarının, başlıca olaraq, kənd təsərrüfatı məhsullarının 

ödənilməsi üçün, sonra isə ABŞ tərəfindən – yapon sənayesinin maliyyələş-

dirilməsi üçün istifadə edilirdi. Yarımdövlət bankların: Eksport-import ban-

kı, İnkişaf bankı, Uzunmüddətli kreditlər bankı və 1951-1952-ci illərdə ya-

radılmış digər bankların kapitalının xeyli hissəsi bu fonddan yaradılmışdır. 

1952-ci ilin sonunda ABŞ Ekvivalent fondunun vəsaitlərini müstəqil surət-

də sərf etmək hüququnu Yaponiyaya verdi.  

İşğal dövrü başa çatdıqdan sonra, 1953-cü ildən iri kompaniyalar və on-

ların törəmə müəssisələri arasındakı əlaqələrə qoyulan məhdudiyyətlər ara-

dan qaldırıldı. Əvvəllər dzaybatsu monopolist konsernlərinə daxil olan, iş-

ğalın ilk illərində parçalanan kompaniyaların birləşdirilməsi  əks prosesi 

başlandı. Monopolist kompaniyanın konsolidasiyasında,  əvvəllər dzaybat-

sunun tərkibinə daxil olan iri banklar mühüm rol oynadılar. Onlar 1952-


İdarəetmə mədəniyyəti 

 

499



1953-cü illərdə yaranan Mitsubisi, Mitsui, Sumitomo monopolist maliyyə-

sənaye qruplarının mərkəzlərinə çevrildilər. Yeni monopolist maliyyə-səna-

ye qruplaşdırmaları müharibəyə qədərki dzaybatsuların sadə təqlidi deyildi. 

Dövlət-monopolist kapitalizminin inkişafına uyğunlaşmaq məqsədi ilə on-

ların strukturu müharibədən sonrakı iqtisadi şəraitə uyğun yenidən təşkil 

edilmişdi. Monopolist konsernlərinə rəhbərliyin ailə formasını, maliyyə-sə-

naye qrupuna daxil olan ən mühüm kompaniyaların prezidentlərinin müşa-

virəsi formasında olan kollektiv idarəetmə təcrübəsi əvəz etdi.  

50-ci illərdə yapon hökuməti əsasən xarici iqtisadi əlaqələrin inkişafına 

xüsusi əhəmiyyət verirdi. 1952-ci ildə Yaponiya Beynəlxalq valyuta fondu-

na daxil oldu. Böyük miqdarda xammal, yanacaq və ərzaq idxal etmək zə-

rurəti, ixracat resurslarının məhdudluğu və bir sıra yapon sənaye məhsulla-

rının aşağı rəqabət qabiliyyətliliyi Yaponiyanın xarici ticarət balansının de-

fisitini artırırdı. Yaponiya hökuməti ölkənin xarici bazarlardan asılılığını 

zəiflətmək və xarici ticarət defisitini proteksionizm tədbirlərinin gücləndi-

rilməsi yolu ilə azaltmağa cəhd edirdi. Valyuta və xarici investisiyalar üzə-

rində  nəzarət qanunlarına uyğun olaraq, eksport-import əməliyyatları üzə-

rində ciddi nəzarət qoyulmuşdu. İmport lisenziyaları avadanlıq və sənaye-

nin bərpa olunması üçün xammal alınmasına verilirdi. Yaponiyaya xarici 

kapitalın daxil olması məhdudlaşdırılmışdı.  

1953-cü ilin yayında Koreyada müharibənin bitməsi ilə əlaqədar olaraq, 

Yaponiyada iqtisadi tənəzzül başlandı. İqtisadi böhrana yol verməmək üçün 

iqtisadi siyasətdə  dəyişikliklər edilməsi, müvafiq prioritetlərin müəyyən 

edilməsi tələb olunurdu. Monopolist kapitalına istinad edərək hökumət, hü-

quqi tənzimləmə vasitəsilə, müasir texnika əsasında Yaponiya sənayesinin 

başlıca sahələrinin yenidən qurulmasına başladı. 1952-ci ilin martında mü-

əssisələrin təkmilləşdirilməsinə yardım haqqında qanun qüvvəyə mindi. 

İstehsalın modernləşdirilməsi və avadanlığın yeniləşdirilməsini həyata ke-

çirən müəssisələrə dövlət yardımı göstərilir, vergi və digər maliyyə güzəşt-

ləri edilirdi. Ölkə infrastrukturunun inkişafına əhəmiyyətli dövlət vəsaitləri 

ayrılırdı. Belə modernləşdirmə və irimiqyaslı yenidənqurma nəticəsində ar-

tıq 1955-1957-ci illərdə yapon iqtisadiyyatında, 15 ildən çox vaxt ərzində 

inkişafın yüksək templərinin əldə edilməsini təmin edən yüksəliş başlandı. 

1957-1958-ci illər dövrü istisna olmaqla, o, ölkənin sonrakı iqtisadi inkişa-

fına pozitiv təsir göstərdi. Onun əsasını xarici elmi-texniki nailiyyətlərin və 

yüksək texnologiyaların geniş istifadəsi, əsas kapitalın yeniləşdirilməsi, aq-

rar islahat nəticəsində daxili bazarın genişləndirilməsi, insan amilinin inten-

sivləşdirilməsi - əməyin, intizamın, məsuliyyətin və maksimum gücün daha 

yaxşı təşkil edilməsi hesabına əmək məhsuldarlığının artırılması sayəsində 



idarəetmə effektivliyinin yüksəldilməsi təşkil edirdi. Lakin iqtisadi inkişafın 

Fuad Məmmədov

 

 

500



artım tempi fonunda yapon iqtisadiyyatının zəif cəhətləri əmələ gəldi. Əsa-

sən, idxalın kəskin artması xarici ticarət balansı defisitinin yüksəlməsinə 

gətirib çıxardı. Əsas kapitalın yeniləşdirilməsi iri və xırda sənaye müəssisə-

ləri arasında qeyri-mütənasibliyin artması ilə müşayiət olunurdu.  

Özünün idarəçilik strategiyasında Yaponiya hökuməti, ölkənin milli ri-

fahının inkişafına yönəldilmiş, getdikcə yeni təəşəbbüslər irəli sürərək, da-



xili və xarici iqtisadi siyasətə ciddi diqqət ayırırdı. 50-ci illərin ikinci yarı-

sında daxili iqtisadi siyasətin əsasını, 1956-cı ildə baş nazir İsibasi tərəfin-

dən irəli sürülən “rifah dövlətinin” yaradılmasıməşğulluğun genişləndiril-

məsi və vergilərin azaldılması şüarları təşkil edirdi. Xarici iqtisadi siyasətin 

əsasını isə 1957-ci ilin yanvarında baş nazir Kisinin ifadə etdiyi Yaponiya 

“xarici siyasətinin üç prinsipi” təşkil edirdi - “BMT-yə  tərəfdarlıq, azad 

dünya ilə əməkdaşlıq və Asiya ölkəsi olan Yaponiyanın mövqelərinin möh-

kəmləndirilməsi”. Yaponiya iqtisadi diplomatiyaya” əl ataraq, yapon mo-

nopoliyasının Asiya dövlətlərinə daxil olması üçün əlverişli şərait yaratdı. 

Bunun üçün Yaponiya (siyasi) təzminat sazişinə “iqtisadi əməkdaşlıq haq-

qında” maddə daxil etməklə, maşınların və avadanlıqların hazırlığı, yapon 

mütəxəssislərinin xidmətlərinin göstərilməsi formasında ödənilən (siyasi) 

təzminatdan geniş surətdə istifadə etdi. Kisi hökuməti tərəfindən işlənib ha-

zırlanmış Yaponiyanın Cənub-Şərqi Asiya ölkələrinə iqtisadi kök salması – 

avadanlığın, texniki heyətin və s. göndərildiyi bu ölkələrin resurslarının ha-

zırlanması üçün Amerika banklarının kreditlərindən istifadə edən yapon fir-

malarının nüfuz etməsi yolu ilə həyata keçirilirdi.  

1955-1960-cı illərdə  sənaye məhsulunun orta illik artımı 16,1% təşkil 

edirdi, Yaponiyanın ümummilli məhsulu (ÜMM) isə 1956-1960-cı illərdə il 

ərzində orta heabla 9,75% artdı. Bu illərdə iqtisadiyyatın  ənənəvi sahələri 

ilə yanaşı - elektroradiotexnika, neft kimyası, sintetik materialların istehsalı 

və s. kimi yeni sahələr də sürətlə inkişaf etməyə başladı. Lakin iqtisadiyya-

tın  əhəmiyyətli uğurlarına baxmayaraq, Yaponiya ABŞ  və  Qərbi Avropa 

ölkələrindən, xüsusilə,  əmək məhsuldarlığı  və  əhalinin adambaşına düşən 

milli gəlirin həcminə görə hələ də geridə qalırdı. İqtisadiyyatın “ikili struk-

turu” (müasir iri və geridə qalan xırda və orta müəssisələrin birgə mövcud-

luğu) istismar səviyyəsinin artırılması hesabına iqtisadi inkişafın sürətləndi-

rilməsi üçün nisbətən əlverişli şərait yaratsa da, eyni zamanda ölkə iqtisa-

diyyatında qeyri-mütənasibliyi artırırdı.  

1957-ci ildə başlanan dünya iqtisadi böhranı yapon məhsullarının eks-

portunu çətinləşdirərək, bazarda rəqabət mübarizəsini kəskinləşdirdi. İdxa-

lın kəskin şəkildə artması Yaponiyada, hökuməti xammal idxalını məhdud-

laşdırmağa məcbur edən valyuta böhranına səbəb oldu. Bu, əhalinin alıcılıq 

qabiliyyəti imkanlarını onsuz da ötüb keçən istehsalın azalmasına gətirib çı-


İdarəetmə mədəniyyəti 

 

501



xardı. İstehsalın müntəzəm məhdudlaşdırılması, ümumi inkişaf templərinin 

aşağı düşməsi, investisiyaların azalması, əmtəə ehtiyatlarının artması yapon 

iqtisadiyyatını tənəzzül vəziyyətinə gətirdi. Bu şəraitdə yapon iqtisadiyyatı-

nın möhkəmlənməsinə ABŞ-la yaxınlaşma istiqaməti, xüsusilə, 1960-cı ilin 

yanvarında iki ölkə arasında imzalanmış “Təhlükəsizlik haqqında müqavi-

lə” yardım etdi. Bu siyasət ABŞ-dan ən yeni texnologiyalar və xammal, çe-

şidin genişləndirilməsi və Amerika bazarında yapon sənaye məhsullarının 

satışı üzrə  əlavə imkanlarin əldə edilməsi imkanını  aşkar etdi.  Müqavilə, 

Amerika kapitalından asılılıqda olan Asiya ölkələrində Yaponiyanın iqtisa-

di mövqeyinin möhkəmlənməsinə  və  rəqabət mübarizəsinin güclənməsinə 

də yardım etdi.  

1960-cı ilin iyulunda Yaponiyada İkedanın başçılığı ilə iqtisadiyyatın 

inkişafına böyük diqqət ayıran yeni hökumət formalaşdırıldı. Siyasi və sosi-

al sabitliyin möhkəmlənməsinə doğru yolu iqtisadi inkişafın sürətləndiril-

məsində görərək, İkeda 60-cı illərdə “milli gəlirin ikiqat artırılması planı-



nı” irəli sürdü. Onillik müddət ərzində milli gəlirin ikiqat artırılması məq-

sədilə plan, istehsalın hər ilki həcminin 9% artırılmasını  nəzərdə tuturdu, 

həmçinin kənd təsərrüfatının, kiçik və orta sənayenin modernləşdirilməsi, 

geridə qalmış regionların inkişafı, dünya bazarında Yaponiyanın rəqabət 

qabiliyyətinin artırılması  vəzifələrini qoymuşdu.  Kənd təsərrüfatının mo-

dernləşdirilməsi kursu 1961-ci ilin iyununda qəbul olunan Əsas kənd təsər-

rüfatı Qanununda öz əksini tapdı. Qanunda təcəssüm olunan əsas vəzifə, 

dünya səhnəsində Yaponiyanın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün 

zəruri olan kənd təsərrüfatı istehsalının xırda əmtəədən kapitalist əmtəəsinə 

keçməsi idi.  

1961-1962-ci illərdə Yaponiya iqtisadiyyatında ABŞ-la “Tekstil mühari-

bəsi” kimi məlum olan iqtisadi ziddiyyətlərin kəskinləşməsi şəraitində növ-

bəti tənəzzül baş verdi. Onun ardınca 1964-1965-ci illərdə yeni tənəzzül ya-

pon iqtisadiyyatına zərbə endirdi. Onun aradan qaldırılması üçün hökumət - 



dövlət-monopoliya tənzimlənməsi, istehsalın məhdudlaşdırılması  məqsədi 

ilə kartellərin yaradılması, həmçinin istehsalın təmərküzü və kapitalın mər-

kəzləşdirilməsi tədbirlərinə əl atdı. Hökumət yapon ixracatının artırılması-

na, dünya bazarında yapon mallarının rəqabət qabiliyyətinin möhkəmləndi-

rilməsinə böyük diqqət ayırırdı: ixrac məhsulu istehsal edən korporasiyalar-

dan vergi azaldılırdı, ixrac məhsullarının istehsalı üçün istifadə olunan 

xammal və yarımfabrikatların idxalına gömrük tarifləri azaldılırdı, eksport-

çular üçün güzəştli dövlət kreditləri verilirdi. Tənəzzülün aradan qaldırıl-

masının digər istiqaməti ehtiyac üçün lazım olan ilkin əşyalara, həmçinin 

kommunal xidmət tariflərinə istehlak qiymətinin artırılması idi. Tənəzzül 

şəraitində, sosial quruluşundan asılı olmayaraq müxtəlif ölkələrlə əlaqələrin 


Fuad Məmmədov

 

 

502



inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb etdi. Hökumət “iqtisadiyyatın si-

yasətdən ayrılması” xəttinin yeridilməsinə istiqamətləndi.  Yaponiya Cə-

nub-Şərqi Asiya, SSRİ  və Çin ilə ticarət  əlaqələrinin genişləndirilməsinə 

cəhdlər etdi.  

İnkişafının qeyri-bərabərliyinə baxmayaraq, 1951-1970-ci illər  ərzində 

Yaponiya, rəqəmlərlə kifayət qədər aydın xarakterizə edilən, iqtisadiyyatın 

inkişafının yüksək templərinə nail oldu. 1951-1970-ci illərdə sənaye isteh-

salının orta illik artımı AFR və İtaliyada - 7,4%, Fransada – 6,2%, ABŞ-da 

4,0%,  İngiltərədə - 3,0% olduğu halda, Yaponiyada 15,2% təşkil edirdi. 

1950-ci ildə kapitalist dünyasının sənaye istehsalında Yaponiyanın xüsusi 

çəkisi 1,7%, 1970-ci ildə isə 10,1% təşkil edirdi. 1961-1970-ci illərdə 

ümummilli məhsulun orta illik artım sürəti Yaponiyada – 11%, Fransada – 

5,8%,  İtaliyada - 5,6%, AFR-də - 4,9%, ABŞ-da 4,1% , İngiltərədə 2,8% 

təşkil edirdi. Sürətli iqtisadi inkişaf 60-cı illərin sonu üçün dünya kapitalist 

sistemində Yaponiyanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. 

60-cı illər  ərzində Yaponiya ÜMM həcmi üzrə  əvvəl  İtaliya və Fransanı, 

sonra isə İngiltərə və AFR-i ötüb keçdi və 1968-ci ildə kapitalist dünyasın-

da ABŞ-dan sonra ikinci yerə çıxdı. 1969-1970-ci illərdə, o, sənaye istehsa-

lının həcmi üzrə də kapitalist dünyasında ikinci yerdə bərqərar oldu. 1970-

ci ildə Yaponiya dünya kapitalist ixracatında dördüncü yeri tuturdu, ABŞ-

ın payına -15,5%, AFR-in payına -12,5%, İngiltərənin payına - 7,1% düş-

düyü halda, onun payına 7% düşürdü. Artıq 60-cı illərin ortalarında yapon-

amerika ticarətində çevriliş baş verdi: Yaponiya üçün xroniki passiv saldo 

(qalıq) dəyişməz fəala çevrildi. Belə  vəziyyət yapon monopoliyalarının 

amerika bazarlarına artan ekspansiyasını əyani şəkildə əks etdirirdi. Yapo-

niya kapital yığımı səviyyəsinə görə də inkişaf etmiş digər kapitalizm ölkə-

lərini ötüb keçdi. Əsas kapitala investisiyaların payı ÜMM-a nisbətdə 

1969-cu ildə Fransada – 25,4%, AFR-də 24,3%, İtaliyada – 20,5 %, İngiltə-

rədə - 17,4%, ABŞ-da 14,1% olduğu halda, Yaponiyada 35,2% təşkil edir-

di.  İri kapital yığımı iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi 

məqsədi ilə avadanlığa böyük investisiyaları reallaşdırmağa imkan verdi. 

1950-1970-ci illərdə Yaponiyada sənaye investisiyaları İngiltərədə, Fransa-

da və AFR-də olduğundan 2,6 dəfə tez, ABŞ-dan 4 dəfə tez artdı. 1968-ci 

ildə ABŞ-da 14% ilə müqayisədə, Yaponiyada əsas kapitala investisiyalar 

ÜMM-un 34,7% -ni təşkil edirdi.  

60-cı illərdə Yaponiyada sürətli iqtisadi inkişafın mühüm amillərindən 

biri, inkişaf etmiş kapitalizmin digər ölkələri ilə müqayisədə, fəhlə sinfinin 

daha yüksək istifadə səviyyəsi idi. Bu dövrdə Yaponiyada istismar norması 

ABŞ-a nisbətən təxminən iki dəfə artıq idi. 1969-cu ildə Yaponiyanın emal-

ledici sənayesində  fəhlələrin bir saatlıq real məvacibi ABŞ-dan dörd dəfə 


İdarəetmə mədəniyyəti 

 

503



az, İngiltərə və AFR-dən 40% az idi. İqtisadi inkişaf templəri sürətinin art-

masına Yaponiyanın hərbi xərclərinin nisbətən aşağı  səviyyəsi də  səbəb 

olurdu. Nəhayət, Yaponiya üçün əlverişli amil - maşınlara, avadanlığa və 

digər yapon eksport mallarına yüksək qiymətlərə nisbətən, Yaponiya tərə-

findən idxal olunan neft və digər xammal növlərinə aşağı qiymətlərin uzun 

müddət  ərzində saxlanması idi. 60-cı illərdə iqtisadiyyatın yüksək inkişaf 



templəri yüksək bölgü münasibətləri mədəniyyəti ilə vəhdətdə yapon xalqı-

nın ümumi rifah səviyyəsinin artmasına yardım edirdi. 

İqtisadi inkişaf uğurları sayəsində, XX əsrin 70-ci illərinin  əvvəlləri, 

dünya kapitalist sistemində Yaponiyanın mövqelərinin möhkəmlənməsi ilə 

əlamətdar oldu. Lakin bununla yanaşı bu dövrdə Yaponiya ilə ABŞ arasın-

da iqtisadi ziddiyyətlər nəzərə çarpacaq dərəcədə kəskinləşdi. 1971-ci ildə 

Yaponiya ABŞ tərəfindən “iki şok zərbə” aldı. Onlardan biri – dollar böh-

ranının aradan qaldırılması  və ödəmə balansının tarazlaşdırılması üçün 

ABŞ hökuməti tərəfindən qəbul edilən sərt valyuta-maliyyə  tədbirləri idi. 

Kennedi administrasiyası tərəfindən elan edimiş “dolların müdafiəsi” ABŞ-

da yapon eksportuna zərər vurdu, ölkəyə Amerika məhsullarının gətirilmə-

sinin məhdudlaşdırılması isə Yaponiyanın xarici ticarət balansı defisitini ar-

tırdı. Dolların qızıl paritetinin ləğv edilməsi və idxala əlavə 10% vergi qo-

yulması ABŞ-ın bütün əsas rəqiblərinə qarşı yönəldilmişdi, lakin onların 

əsas hədəfi Yaponiya idi. O, iyenin “üzən” kursunun tətbiqi ilə razılaşmalı, 

sonra isə iyenin təqribən 17%-lik revalvasiyasını keçirməli və “könüllü” su-

rətdə öz toxuculuq məhsullarının ABŞ-a eksportunu məhdudlaşdırmalı ol-

du. İkinci şok zərbə Niksonun Pekinə səfəri oldu.  

Müəyyən depressiya vəziyyətinə baxmayaraq, Yaponiya bir-birinin ar-



dınca yeni iqtisadi təşəbbüslər generasiya edirdi. 1972-ci ilin iyulunda xa-

rici ticarət və sənaye naziri Tanaka “yapon adalarının dəyişdirilməsi” kon-



sepsiyasını irəli sürdü. Sürətli iqtisadi inkişaf prosesində yapon iqtisadiyya-

tında yaranan daha dərin disproporsiyaların aradan qaldırılması iqtidarında 

olan bu proqram, ətraf aləmin çirklənməsinə, yaşayış və nəqliyyat böhranı-

na səbəb olan sənayenin və əhalinin iri şəhərlərdə həddən artıq təmərküz-

ləşməsinin ləğv edilməsini nəzərdə tuturdu. O, ölkənin daha az inkişaf edən 

hissələrində yeni sənaye rayonlarının yaradılmasını və köhnə sənaye zona-

larından oraya bir çox müəssisələrin köçürülməsini; təqribən 250 min nəfər 

əhalisi ilə yeni şəhərlərin, böyük sürətlə  işləyən dəmir və  şosse yollarının 

salınmasını və s. nəzərdə tuturdu. Proqramın əsas məqsədi, 70-ci illərdə ya-

poniya iqtisadiyyatına zərbə vurmuş və bir çox məhsul növlərinin təkrar is-

tehsalı nəticəsində iqtisadi inkişaf tempinin kəskin şəkildə azalması ilə xa-

rakterizə edilən depressiyanın aradan qaldırılması idi. Lakin “yapon adala-

rının dəyişdirilməsi” planının elan edilməsi iqtisadiyyatda böhran proseslə-


Fuad Məmmədov

 

 

504



rinə daha artıq təkan verdi. Yeni şəhərlərin, sənaye müəssisələrinin, dəmir 

və şosse yollarının tikinti perspektivləri torpaq sahələri ilə güclü alverə, tor-

pağın qiymətlərinin və ümumi qiymətlərin görünməmiş səviyyədə qalxma-

sına səbəb oldu. Məsələn, 1973-cü ilin sentyabrında, istehlak qiymətləri 

1972-ci ilin həmin dövrünə nisbətən 20%-dən yuxarı idi. Kəskin böhran, 

hökuməti bu proqramın -, eyni zamanda zəhmətkeşlərin həyat şəraitini pis-

ləşdirərək, hər şeydən əvvəl monopolist kapitalın maraqlarına xidmət etdi-

yini göstərən, demokratik ictimaiyyətin kəskin tənqidinə səbəb olan “yapon 

adalarının dəyişdirilməsi” proqramının həyata keçirilməsini ləngitməyə 

məcbur etdi.  

Yaponiya xarici iqtisadi əlaqələr sahəsində ardıcıl çevik siyasət həyata 

keçirirdi. Çinlə münasibətlərin bərpa edilməsi ilə əlaqədar, Tayvanın iqtisa-

diyyatında kifayət qədər möhkəm mövqe tutan yapon monopoliyaları onları 

itirmək istəmirdilər. Tayvanda Yaponiya səfirliyi və Yaponiyada Tayvan 

səfirliyi öz fəaliyyətlərini rəsmən dayandırdıqda, Yaponiyada və Tayvanda 

qeyri-hökumət təşkilatları yaradıldı ki, onlara “xüsusi əsas” üzərində ikitə-

rəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri ilə məşğul olmaq tapşırığı 

verildi.  

Yaponiyada sürətli iqtisadi inkişafın mühüm amillərindən biri, ilk növ-

bədə neftin aşağı salınmış qiymətləri sayəsində xammal və enerji daşıyıcı-

larına xərclərin aşağı səviyyəsi idi. Praktik olaraq öz resurslarına malik ol-

mayan Yaponiya, əhəmiyyətli hissəsi nisbətən yüksək qiymətlərlə ixrac 

olunan sənaye məhsulunun istehsalı üçün çox böyük miqdarda idxal olunan 

xammal və yanacaq istehlak edirdi. Lakin yapon iqtisadiyyatının inkişafı ilə 

onun zəifliyi və qeyri-sabitliyi artırdı. 1974-1975-ci illərin iqtisadi böhranı 

Yaponiyanın inkişafına hiss olunacaq dərəcədə  zərbə vurdu. 1973-cü ilin 

payızında Yaxın Şərqdəki hərbi toqquşma, Yaponiyanı istehlak etdiyi nef-

tin 70%-i ilə təchiz edən bu rayondan əldə edilən neftin və onun ixracatının 

azalmasına gətirib çıxardı. Bu, Yaponiyada neft və neft məhsulları qiymət-

lərinin nəinki kəskin surətdə qalxmasına səbəb oldu, həm də ölkədə iqtisadi 

böhranın başlanmasını sürətləndirərək, onun iqtisadi mexanizminin normal 

fəaliyyətini pozdu. Bununla bərabər böhran, yapon iqtisadiyyatında müxtə-

lif sahələrin qeyri-bərabər inkişafının sürətlənməsi ilə yaranan ziddiyyətlə-

rin kəskinləşməsi ilə əlaqədar dərin daxili səbəblərə də malik idi. 1974-cü 

ildə Yaponiyanın müharibədən sonrakı bütün tarixi ərzində, üstəlik görün-

məmiş inflyasiya ilə mürəkkəbləşən,  ən dərin iqtisadi böhranı başlandı: il 

ərzində pərakəndə satış qiymətləri 31,1% artdı. Tənəzzülün fasiləsiz inflya-

siya ilə birləşməsi iqtisadi böhranın təsirini gücləndirdi. Böhranın nəticəsi 

kütləvi işsizlik oldu. 1974-cü ildə  şəhərlərdəki  əməkçi ailələrində istehlak 

1,9% azaldı. İşsizliyin artmasına, əsasən ötən illərin ən yüksək səviyyəsini 


İdarəetmə mədəniyyəti 

 

505



əhəmiyyətli dərəcədə aşaraq, 1974-cü ildə 11681 kiçik və orta müəssisələ-

rin müflisləşmə sayının artması da səbəb oldu. İqtisadi vəziyyətin pisləşmə-

si, zəhmətkeşlərin həyat səviyyəsinin aşağı düşməsi - kapitalla əmək arasın-

dakı ziddiyyəti kəskinləşdirdi. 1974-1975-ci illərdəki iqtisadi böhran nüma-

yiş etdirdi ki, o dövr üçün formalaşan iqtisadi struktur artıq saxlana bilməz. 

Neft və bir çox xammal növlərinin qiymətinin sürətlə artması şəraitində ya-

pon sənayesinin – alümin, neft-kimya istehsalı kimi və bütöv bir sıra digər 

enerji- və materialtutumlu sahələri öz rəqabət qabiliyyətini itirdi.  



70-ci illərin ortalarından etibarən, böhran Yaponiyanı, onu intensiv in-

kişaf yoluna döndərmək iqtidarında olan, öz iqtisadiyyat strukturunun kəs-

kin surətdə yenidən qurulmasına başlamaq zərurəti  qarşısında qoydu.  Bu 

yenidənqurma, enerji- və materialtutumlu istehsalın azaldılması və çox bö-



yük xammal, enerji və işçi qüvvəsi tələb etməyən elmtutumlu istehsal priori-

tetinin təmin edilməsi hesabına həyata keçirilirdi. Bununla yanaşı toxucu-

luq sənayesi, gəmiqayırma və xarici rəqabətin güclənməsi nəticəsində ağır 

böhran keçirən digər sahələrin yenidən qurulması gedirdi. Yapon iqtisadiy-

yatı strukturunun yenidən qurulması 80-ci illərin əvvəllərindən etibarən, is-

tehsalatların və elmin, texnika və texnologiyanın proqresi ilə meydana gə-

lən - mikroelektron texnikanın, böyük və çox böyük inteqral sxemlərin, he-

sablama-ölçmə və tibb aparatlarının yeni növlərinin, rabitə vasitələri, səna-

ye robotları, biotexnologiyanın və s. istehsalı kimi bütöv sahələr yaranan 

zaman xüsusilə geniş miqyas aldı. Yapon iqtisadiyyatı strukturunun yeni-

dənqurma xarakteri canlı  əmək payı  və  həcminin azalmasına, məşğulluq 

probleminin kəskinləşməsinə gətirib çıxarırdı. Yeni sahələrin yaranması bu 

tendensiyaların aradan qaldırılmasını deyil, onların müvəqqəti olaraq zəif-

ləməsini göstərirdi.  

Yapon cəmiyyətinin sosial ziddiyyətlərini kəskin surətdə gərginləşdirən 



iqtisadi böhran, iqtisadiyyat üzərində monopolist nəzarət tendensiyalarının 

güclənməsinin hüquqi tənzimlənməsini tələb etdi. O, ölkə iqtisadiyyatının 

bütöv sahələri üzərində monopolist nəzarətinə mane olan yeni antimonopo-

liya qanunvericiliyinin qəbul edilməsində öz əksini tapdı. Eyni zamanda 

yaranan sosial ziddiyyətləri nəzərə alaraq, 1974-cü ilin dekabrında forma-

laşdırılmış Miki hökuməti ağırlıq mərkəzini iqtisadi inkişafın yüksək tempi-



nin təmin edilməsindən təxirəsalınmaz sosial problemlərin həllinə keçirə-

rək,  öz fəaliyyətini,  iqtisadi siyasəti dəyişmək cəhdlərindən  başladı.  İlkin 

vəzifə kimi inflyasiya ilə mübarizə elan olunmuşdur ki, bu da dövlət-mono-

polist tənzimlənmə metodlarına, hər şeydən əvvəl, iri kapitalın gücünü sar-

sıtmamaq üçün tələbatın saxlanmasına əsaslanırdı. Baş nazir korrupsiya ilə 

mübarizə aparmağı, iri kapitalın siyasətə müdaxiləsini məhdudlaşdıran qa-

nunların qəbul edilməsinə nail olmağı vəd etdi, liberal-demokratlar tərəfin-



Fuad Məmmədov

 

 

506



dən tətbiq edilən əvvəlki konfrontasiya taktikasından fərqlənən “müxalifət-

lə dialoq” şüarını irəli sürdü. 1976-cı ilin yazından etibarən Yaponiya ağır 

iqtisadi böhrandan çıxmağa başladı. Yeni Fukuda hökuməti artıq 1976-cı 

ilin dekabrında monopolist kapitalın yardımı ilə “köklü islahatlar”, “milli 



iqtisadiyyatın canlandırılması” istiqamətini elan etdi. Onun xarici-siyasi 

fəaliyyətinin başlıca istiqamətlərindən biri kimi, Yaponiya üçün mühüm 

xammal və yanacaq təchizatçıları  və yapon sənaye məhsullarının bir çox 

növlərinin alıcısı olan Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasına 

(CŞADA) daxil olan – Filippin, Tayland, Malayziya, Sinqapur və İndonezi-

ya ölkələri ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi seçilmişdi. Fukuda si-



yasəti 1978-ci ildə başlanan iqtisadi yüksəlişə kömək etdi.  

80-ci illərin əvvəlindən etibarən Sudzuki hökuməti inzibati-maliyyə isla-



hatının həyata keçirilməsini özünün iqtisadi siyasətinin başlıca vəzifələrin-

dən biri olduğunu elan etdi. Bu islahatın bilavasitə məqsədi dövlət büdcəsi-

nin, onun ümumi məbləğinin 40%-nə çatmış xroniki defisitinin ləğv edil-

məsi idi. İslahat, həm də ölkənin iqtisadi və sosial strukturunun böyük dəyi-



şiklikləri şəraitində idarəçiliyin dövlət-monopolist sisteminin təkmilləşdiril-

məsinə nail olunmasına istiqamətlənmişdi.  Məsləhət komitəsi tərəfindən 

hazırlanan tövsiyələr sosial ehtiyaclara dövlət xərclərinin azaldılması hesa-

bına “qənaəti”, dövlət müəssisələrinin - dəmiryolları, telefon-teleqraf kor-

porasiyası və dövlət monopoliyası sahəsini təmsil edən tütün məhsulları və 

spirtli içkilərin istehsalı və satışı üzrə korporasiyaların yenidən qurulması, 

özəl  əllərə verilməsini və “rasionallaşdırılmasını” nəzərdə tuturdu. Lakin 

artıq 1982-ci ildə baş nazir Sudzuki “maliyyə sahəsində fövqəladə  vəziy-

yət” elan etdi, çünki dövlət borcu 100 trilyon iyenə çatırdı ki, bu da iqtisadi 

siyasətin uğursuzluğu demək idi.  

İqtisadiyyatın inkişafı üçün Yaponiyanın demokratiya dəyərlərinə yönəl-

dilən xarici siyasətinin böyük əhəmiyyəti var idi. 1982-ci il noyabr ayının 

sonunda Nakasone tərəfindən formalaşdırılmış yeni hökumət Məsləhət şu-

rası təkliflərini tezliklə tətbiq etməklə inzibati-maliyyə islahatını həyata ke-

çirmək qətiyyətini ifadə etdi. Artmaqda olan iqtisadi qüdrətə istinad edərək, 

Nakasone hökuməti “müharibədən sonrakı siyasətin nəticələrinə yekun vu-

rulması” şüarini irəli sürdü və bu məğlubiyyətin yaratdığı bütün institut və 

sistemlərin ləğv edilməsinə başlamaq qərarına gəldi. Bu dövrdə ABŞ, Ya-

poniya ilə ticarətdə sürətlə artan defisitlə əlaqədar Amerika bazarlarına ya-

pon məhsullarının axınını məhdudlaşdırmağa və Yaponiyaya Amerika eks-

portu üçün əlverişli şərait yaradılmasına nail olmağa çalışırdı. Yaranmış və-

ziyyətdə ABŞ ilə ticarət-iqtisadi münasibətlərə mühüm əhəmiyyət verərək, 

Yaponiya hökuməti ona istiqamətləndi ki, siyasi və hərbi sahələrdə güzəşt-



lərə getmək yolu ilə ticarət sahəsindəki ziddiyyətləri yumşaltmağa çalışsın. 

İdarəetmə mədəniyyəti 

 

507



Nakasone bəyan etdi ki, “Yaponiya və ABŞ eyni komandanın bərabər hü-

quqlu üzvləri oldu və ümumi tale ilə bağlıdırlar”. 1983-cü ilin oktyabrında 

AFR-in federal kansleri H.Kolun Yaponiyaya səfəri zamanı “Tokio bəyana-

tı” qəbul edildi ki, burada ABŞ, Yaponiya, Qərbi Avropa, həmçinin digər 

azad dünya ölkələrinin “həmrəyliyi və birliyinin” zəruriliyi göstərilirdi. Xa-

rici iqtisadi siyasətdə üçüncü dünya ölkələrinə münasibətdə Yaponiya on-

larla öz ticarətinin fəal saldosunu sabit saxlayırdı, eyni zamanda yapon ka-

pitalının bu ölkələrə daha dərindən nüfuz etməsi üçün şərait yaradırdı. Ya-

pon iqtisadiyyatının genişmiqyaslı ekspansiyası (yayılması) ona gətirib çı-

xardı ki, neft eksportçuları istisna olmaqla, əksər ölkələrlə ticarətdə Yapo-

niya iri və daim artan saldoya malik oldu. Ən iri kapitalist dövlətləri – 

ABŞ, Qərbi Avropa ölkələri də istisna təşkil etmirdi. Məsələn, ABŞ ilə ti-

carətdə Yaponiyanın fəal saldosu 1985-ci ildə 49,7 milyard dollar idi. Ümu-



miyyətlə, Nakasone hökuməti Yaponiyanın dünyada siyasi rolunun artması-

na, dünya iqtisadiyyatında onu ölkənin möhkəmləndirilmiş mövqeləri ilə 

uyğunluğa gətirməyə nail oldu.  

Müharibədən sonrakı dövrdə yapon iqtisadiyyatı inkişafının idarəçilik 

təcrübəsini əks etdirən, nəzərdən keçirilmiş materialı yekunlaşdıraraq, qeyd 

edək ki, “yapon möcüzəsinin” əsasını bir sıra siyasi, iqtisadi və digər sosi-



al-mədəni səbəblər təşkil edir. İkinci dünya müharibəsindəki məğlubiyyə-

tindən sonra Yaponiya mədəniyyətinin geniş surətdə demokratlaşdırılması, 

imperator hakimiyyətinin feodal qalıqlarının və yarımfeodal institutlarının 

ləğv edilməsi, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının yara-

dılması - ölkənin ənənəvi, əsasən feodal sistemdən yeni - demokratik icti-

mai-siyasi və iqtisadi sistemə keçidinə imkan yaratdı. Ölkənin, xüsusən 

İkinci Dünya müharibəsindən sonrakı iqtisadi inkişaf səbəblərinin tədqiqi, 

yapon iqtisadiyyatının son dərəcə yüksək mobilliyini və adaptasiya qabiliy-

yətini aşkar edir. Bu, mürəkkəb iqtisadi problemlərin həlli üçün həm xalqın 

enerji və resurslarını tez və effektiv mobilləşdirmək bacarığında, həm də el-

mi-texniki tərəqqinin dəyişikliklərinə və dünya bazarının tələblərinə uyğun-

luqda iqtisadiyyatı sürətlə yenidən qurmaq qabiliyyətində meydana çıxır. 



Yaponiyanın  İkinci Dünya müharibəsindəki məğlubiyyətindən 40 il sonra 

ölkə  nəinki özünün keçmiş iqtisadi qüdrətini bərpa etdi, həm də müasir 

dünyanın liderlərindən biri oldu. İxrac-yönümlü iqtisadiyyat nəticəsində 

Yaponiyaya çox böyük valyuta axını, ona 1985-ci ildə təqribən 50 milyard 

dollara çatmış kapital ixracını kəskin şəkildə artırmağa imkan verdi. Xarici 

investisiyaların ümumi həcminə görə ABŞ və İngiltərədən sonra üçüncü ye-

ri tutaraq, Yaponiya “dünya bankirinə” çevrildi.  

Yaponiyanın iqtisadi nailiyyətlərini onun iqtisadi siyasətinin təhlili ol-

madan başa düşmək mümkün deyil. Müasir yapon dövləti iqtisadi siyasətini 


Fuad Məmmədov

 

 

508



vergilər, kreditlər, faiz stavkası, subsidiyalar, tariflər və güzəştlər kimi iqti-

sadi vasitələri məharətlə kombinə etməklə  həyata keçirir. Keçən  əsrin so-

nunda Yaponiyanın iqtisadi siyasətinin dövlət idarəçiliyi Xarici Ticarət və 

Sənaye Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadi planlaşdırma idarəsi tərəfin-

dən həyata keçirilirdi. Bu dövlət orqanları istehsalın effektivliyi və iqtisadi 

inkişaf tempi, iqtisadiyyatın strukturu və onun yenidən qurulması, xarici iq-

tisadi əlaqələr, istehsalatın kadr, elmi və texnoloji təminatı, rəqabət və mo-

nopoliya, iri və  xırda mülkiyyətin qarşılıqlı  əlaqəsi,  əhalinin məşğulluq 

problemi, əməklə kapitalın əməkdaşlığı, maliyyə və qiymətyaratma və s. bu 

kimi məsələlərin həllinə  təsir göstərirdilər.  İqtisadi inkişafın strategiya və 

taktikasının  ən mürəkkəb və taleyüklü problemlərindən biri planlaşdırma 

və maliyyələşdirmə mexanizmlərinin köməyi ilə bazar üstünlüklərinin məh-

dud dövlət tənzimlənməsi ilə düzgün uyğunlaşdırılmasıdır. Yapon iqtisadiy-

yatını, özündə yüksək rəqabətli bazar iqtisadiyyatı ilə dövlət orqanlarının 

həyata keçirdiyi ilkin planlaşdırmanın güclü elementlərini birləşdirən “qarı-

şıq” iqtisadiyyat kimi müəyyənləşdirmək qəbul edilmişdir. Yapon yanaş-

ması, bazarla plan arasında harmoniyaya imkan verən, onların arasındakı 

dağıdıcı ziddiyyətləri maksimal surətdə aradan qaldıran və sabit inkişafı tə-

min edən “tənzimlənən derequlyasiya” metodu ilə  əldə olunan planlaşdır-

manın yüksək çevikliyindən ibarətdir. Bu strategiyanın reallaşmasında ya-

ponların hazırladığı, enerji resursları  və valyuta kurslarına qiymətlərin ar-

tıb-azalmasının nəzərə alınması ilə hazırlanan “çoxvariantlı planı” nəzərdə 

tutan planlaşdırma metodikası mühüm rol oynayır. 

Davamlı yüksək iqtisadi inkişaf tempinə nail olunması  nəticəsində  XX 



əsrin sonunda Yaponiyada, kapitalist dünyasında miqyasına görə ikinci iq-

tisadi potensial yarandı. Yaponiyanın “iqtisadi möcüzəsinin”  əsasını iki 

fundamental prioritet təşkil edir: elmi-texniki tərəqqi və yüksək keyfiyyət 

uğrunda mübarizə.  Yaponiya iqtisadiyyatının yüksək inkişaf templəri, sə-

viyyəsinə görə Yaponiyanın yalnız ABŞ-dan geri qaldığı əmək məhsuldar-

lığının sürətli artımının nəticəsidir. Belə ki, həmin göstəricinin artım tempi-

nə görə dünyada onun tayı-bərabəri yoxdur. Əmək məhsuldarlığının durma-

dan yüksəlməsi sosial inkişaf imkanlarını artırırdı. 1955-ci ildən 1975-ci 

ilədək pərakəndə qiymətlər indeksinin yalnız 3,2 dəfə qalxması ilə zəhmət-

keşlərin real əmək haqqı 6,4 dəfə artdı. Əməklə kapitalın əməkdaqşlığı ya-

pon siyasəti öz təcəssümünü  əmək haqqının ardıcıl surətdə artmasında ta-

pırdı.  Əmək məhsuldarlığı artımının başlıca mənbəyi elmi-texniki tərəqqi 

oldu. 1950-1960-cı illərdə xarici patentlərin tətbiqi və lisenziyaların istifa-

dəsi hesabına  əsas kapitalın bütün ümumi yığım məbləğinin 25%-i əldə 

edilmişdir ki, bu da 70 milyard dollar təşkil edirdi. 1950-1978-ci illər ərzin-

də Yaponiya 10 milyard dollardan artıq məbləğə 26 minə yaxın xarici pa-



İdarəetmə mədəniyyəti 

 

509



tent və lisenziya əldə etmişdi. Elmi-texniki tərəqqiyə istiqamətlənmə, elmi-

texniki nailiyyətlərin, eyni zamanda material tutumlu və enerji tutumlu tex-

noloji proseslərin azaldılması hesabına istehsalın effektivliyini dəfələrlə ar-

tırmağa imkan verirdi. Müharibədən sonrakı yapon iqtisadiyyatı üçün qa-

nunauyğun hal olan elmi-texniki tərəqqiyə istinad ona imkan yaratdı ki,  

80-ci illərin sonu üçün Yaponiya sənayesində əmək məhsuldarlığının illik 

artımı sabit olaraq 2,8-3% təşkil edirdi. 

Yaponiyanın dövlət elmi-texniki siyasəti iki əsas yanaşmanı özündə har-

monik  şəkildə birləşdirir:  xarici elmi-texniki innovasiyaların mənimsənil-



məsi və yapon tədqiqatlarının özünün inkişaf etdirilməsi. İnnovativ fəaliy-

yət, ən yeni texnologiyaların lisenziyalaşdırılmış idxalını, birgə müəssisələ-

rin yaradılmasını və transmilli tədqiqat layihələrində iştirakı daxil edən üç 

istiqamətdə qurulmuşdu. Müharibədən sonrakı birinci onillikdə prioritet ki-

mi, böyük məxaric və vaxt tələb edən elmi tədqiqatlar deyil, dünya bazarın-

da yüksək rəqabət qabiliyyətinə malik və investisiyaların xərclərinin sürətlə 

ödənilməsini təmin edən elmtutumlu xarici texnologiyaların mənimsənil-

məsi müəyyən edilmişdir. Bu dövrdə yapon mütəxəssisləri istehsalın təşkil 

və idarə edilməsinin qabaqcıl qərb təcrübəsini fəal şəkildə mənimsəyirdilər. 

Bu məsələnin həllində vasitələrin təmərküzləşməsi - Yaponiyanın silahlan-

ma xərclərindən imtina etməsi ilə asanlaşdı. 80-ci illərin ortaları üçün müs-

təqil milli elmi-texniki və texnoloji bazanın yaradılmasına yeni strateji isti-

qamət müəyyən edildi ki, o, 80-ci illərin sonunadək Yaponiyanı dünya iqti-

sadiyyatı liderləri sırasına çıxarmağa müvəffəq oldu. Bu kurs 1984-cü ildə 

Xarici Ticarət və  Sənaye Nazirliyinin xüsusi məruzəsində ifadə edilən üç 

əsas məsələdə  əksini tapmışdır:  xammal və enerji məhdudluğunu aradan 

qaldırmaq xalqın rahat həyatını təmin etmək və “Böyük iqtisadi dövlət” ki-

mi, dünyanın inkişafında Yaponiyanın məsuliyyətini artırmaq. O, yeni nəsil 

sənaye texnologiyalarının inkişafına yönəldilmiş milli elmin qabaqlayıcı in-

kişafını və fundamental və tətbiqi elmi tədqiqatları nəzərdə tuturdu. Priori-

tet tədqiqat sahələri qismində: informatika, biotexnologiya, gen mühəndisli-

yi, tibb, ekologiya, materialşünaslıq, atom və nüvə-istilik energetikası, ae-

rokosmik kompleks və okean resurslarının mənimsənilməsi müəyyən edil-

mişdir.  

Elmi-texniki inqilaba səbəb olan irimiqyaslı tədqiqat proqramlarının hə-

yata keçirilməsi üçün zəruri olan resursların strateji əhəmiyyətini və nüfuz-

edici həcmini nəzərə alaraq, çox da böyük olmayan kompaniyalar və firma-

lar üçün imkansız olan bu fundamental xərcləri dövlət öz üzərinə götürür. 

Özəl kompaniyaların innovativ siyasətinə dövlətin təsiri üç əsas istiqamətdə 

həyata keçirilir. Birincisi - vergi, gömrük və patent siyasətinin dövlət tən-

zimlənməsini, həmçinin qanunverici bazanın təkmilləşdirilməsini nəzərdə 



Fuad Məmmədov

 

 

510



tutan “əlverişli” mühitin formalaşdırılması yolu ilə; ikincisi – elmi tədqiqat-

lar infrastrukturunun yaradılması da daxil olmaqla, maliyyə və texniki yar-

dımın göstərilməsi vasitəsilə “təklifin” formalaşdırılması ilə, və üçüncüsü – 

yeni məhsul növlərinin tədqiqinə və alınmasına dövlət müqavilələrinin hə-

yata keçirilməsi - “tələbin” formalaşdırılması yolu ilə. Bu iqtisadi siyasətdə, 

elmi-texniki inkişafın sürətlənməsini daha yaxşı təmin edən iri və xırda mü-

əssisələrin sənayedə payının artması tendensiyaları ilə iri və  xırda biznes 

arasında optimal qarşılıqlı  əlaqələrin qurulmasını  nəzərdə tutan istehsalın 

təmərküzü mühüm rol oynayırdı. Bu zaman iqtisadiyyatda, elmi-texniki tə-

rəqqinin sürətlənməsini təmin edən, iri və orta müəssisələrin payının artma-

sı tendensiyası əsas götürülür.  

Öz iqtisadi siyasətini həyata keçirərək, Yaponiya daha bir problemlə üz-

ləşdi. Həyat göstərdi ki, innovativ fəaliyyət olmadan kəskin rəqabət şərai-

tində yaşama mümkün deyil: texnologiyaları və məhsullarının daim yeniləş-

məsini həyata keçirməyən kiçik müəssisələr rəqabət mübarizəsində  məhvə 

məhkumdurlar. Bununla bərabər iri və orta müəssisələrlə müqayisədə, xırda 

müəssisələr lazımi elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin keçirilməsi 

üzrə öz imkanlarında məhduddurlar. Yaponiyada 7 mindən çox vençur mü-

əssisələrinin yaradılması ilə çıxış yolu tapıldı. Bu müəssisələrin effektivliyi 

bir sıra amillərlə şərtlənirdi ki, onların arasında aşağıdakıların adlarını çək-

mək olar: yapon iqtisadiyyatının bütövlükdə elmtutumlu olması; vençur 

əməkdaşlarının yüksək təhsil və peşə səviyyəsi; müstəqil yaradıcı fəaliyyə-

tin yeridilməsində mütəxəssislərin imkanlarını genişləndirən çeviklik; is-

tehlak sahəsində  məhsulun reallaşdırılmasını asanlaşdıran tələbatın diffe-

rensasiyası və fərdiləşdirilməsi; mütəxəssislərin, cəmiyyətdəki mövqelərinə 

pozitiv təsir göstərən öz müəssisələrinin müvəffəqiyyətində maraqlılığı.  



Yapon iqtisadiyyatının inkişafında ikinci strateji istiqamət - məhsulun, 

ümummilli xarakter daşıyan yüksək keyfiyyəti uğrunda daimi mübarizədir. 

Dövlətin ideoloji konsepsiyasına görə, yapon sənayesində eksporta istiqa-

mətlənən məhsulun keyfiyyəti nəinki milli sərvətin artırılması mənbəyi ki-

mi, həm də digər ölkələrin xalqları arasında yaponların milli nüfuzunun 

əsası kimi nəzərdən keçirilir. İnkişafın maddi və mənəvi stimullarını özün-

də inteqrasiya edən bu ideologiyaya əsaslanaraq, Yaponiyada buraxılan 

məhsulun keyfiyyətinə görə hər bir fəhlənin fərdi məsuliyyəti hesabına, is-

tehsal prosesinin bütün mərhələlərində qüsurları istisna edən, məhsulun 

keyfiyyətinə nəzarətin total sistemi yaradıldı.  

Yaponiyada istehsalın yüksək effektivliyini təmin edən başlıca amillər 



sırasına iqtisadi idarəçiliyin yüksək mədəniyyətini aid etmək lazımdır. Ya-

poniyanın bazar iqtisadiyyatında  istehsal idarəçiliyi iki əsas sistemi əhatə 



edir: keyfiyyətin idarə edilməsi sistemini və insan resurslarının idarə edil-

İdarəetmə mədəniyyəti 

 

511



məsi sistemini. Yaponiyanın bazar konsepsiyası  məhsulun funksional xa-

rakteristikası və keyfiyyətinin onun qiymətinə uyğunluğunun təmin edilmə-

sinə yönəldilmişdir ki, bu da inflyasiya şəraitində malların yüksək rəqabət 

qabiliyyətinin saxlanmasına imkan verir. Məmulata keyfiyyətin əsası alıcı-

nın gələcək məmulata qoyduğu tələblərin təhlili zamanı qoyulur və başlıca 

rəqabət malların qiymətinə görə deyil, məhz onun keyfiyyətinə görə aparı-

lır. Yaponiyada istehsalın effektivliyi keyfiyyətin xərclərə nisbəti kimi nə-

zərdən keçirilir. Bunu nəzərə alaraq, ölkənin iqtisadi inkişafında yüksək 

keyfiyyət  əsas prioritetdir, istehsalın təşkilinin başlıca prinsipidir. Yaponi-

yanın menecment sistemi “Kanban”, kompaniya rəhbərliyinin maraqlılığını 

yaradaraq, müəssisənin bütün personalının idarəetmə metodları  və keyfiy-

yətə  nəzarət prosedurlarına kütləvi və differensİal təlimini nəzərdə tutur. 

Bu, istehsalın rasional təşkili və məhsulun satışının idarə edilməsinə, isteh-

sal və daşınma prosesində bütün növ itkiləri aradan qaldırmağa imkan verir. 

Nümunəvi haldır ki, 70-ci illərin əvvəllərindən yapon iqtisadiyyatında “sıfır 

qüsur” prinsipi hakimlik etməyə başladı. Proqram - məqsədli yanaşma key-

fiyyətin yaxşılaşdırılmasına görə sistemli fəaliyyəti və personalın keyfiyyə-

tə görə yüksək məsuliyyətini təmin edir. İstehsalçılar və istehlakçıların psi-

xologiya və maraqlarını maksimal dərəcədə nəzərə alan istehsalın təşkil və 

idarə edilməsinin elmi formaları, keyfiyyətin effektiv idarəçilik sistemi ya-

pon xalqının gəliri və rifahının artmasını təmin edir. Effektiv iqtisadi idarə-



çilikdə “insan amili” böyük rol oynayır – xalqın kifayət qədər yüksək ümu-

mi mədəniyyət səviyyəsi, onun təhsilliyi, yapon xalqının ənənəvi əməkse-

vərliyi, onların kollektivçilik prinsiplərinə bağlılığı, yapon mütəxəssisləri 

və  işçilərinin stabilliyi və yüksək peşəkarlığı. Sabitliyin təmin edilməsi 

üçün istehsalatda ixtisaslı işçilərin, yapon “iqtisadi möcüzəsinin” sosial əsa-

sı olan və işçinin şəxsi rifahını kompaniyanın tərəqqisi maraqları ilə sıx əla-

qələndirən “ömürlük muzd” sisteminin tətbiq edilməsi mühüm əhəmiyyət 

daşıyırdı.  



Yaponiyanın sürətli inkişafına səbəb olan mühüm amil - ABŞ-ın çoxtə-

rəfli yardımından  şüurla istifadə edən  yapon dövlətinin konstruktiv xarici 



siyasəti oldu. Fayda yalnız böyük maddi və maliyyə resurslarının deyil, 

həm də elmi işləmələr və yeni texnologiyaların yaradılması üçün lazım olan 

vaxta qənaətdə idi. Yaponiya sənaye istehsalı, menecment və marketinq, 

məhsulun keyfiyyətinə nəzarət sahəsində ən yeni texnologiyaları mənimsə-

yərək, mədəni inkişafın Amerika təcrübəsini fəal surətdə öyrənir və istifadə 

edirdi. Bu texnologiyaları, özünün milli maraqları prioritetinə yönəldilmiş 

ənənəvi korporativ ruhi mədəniyyətinə bacarıqla uyğunlaşdıraraq, Yaponi-

ya öz sosial-iqtisadi inkişafında böyük tərəqqiyə nail oldu. Sözsüz ki, mü-

haribədən sonrakı dövrdə yapon iqtisadiyyatının sürətli inkişafına neft və 


Fuad Məmmədov

 

 

512



digər xammalın aşağı qiymətlərlə idxalı səbəb oldu ki, bu da nəinki müasir 

neft-kimya sənayesini yaratmağa, həm də aşağı enerji məxaricləri hesabına 

məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. Be-

ləliklə, ölkə məxaricləri azaldaraq, eyni zamanda elm və yüksək texnologi-

yalar hesabına məhsulun keyfiyyətini yüksəldərək istehsalın yüksək effek-

tivlik artımını və dünya bazarında yapon mallarının rəqabət qabiliyyətini tə-

min edirdi. Məhdud təbii-coğrafi resurslara və keçən  əsrin 90-cı illərində 

ölkənin keçirdiyi “İtirilmiş onillik” adını almış iqtisadi böhrana baxmaya-

raq, yüksək idarəetmə mədəniyyəti, çevik sosial-mədəni və iqtisadi siyasəti 

sayəsində Yaponiya bu gün də dünyada yüksək rifahlı ölkələrin ən yüksək 

göstəricili nümunələrindən biridir.  

Yapon təcrübəsinin təhlili bir daha o nəticəni təsdiq edir ki, müasir döv-

lətin, onun milli maraqlarına cavab verən daxili siyasətində əsas prioritet-

lər – intellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin qabaqlayıcı in-

kişafı olmalıdır. Yüksək idarəetmə mədəniyyəti - ölkənin davamlı inkişafı-

nın maddi əsası olan milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, xalqın 

yüksək rifahını və dövlətin təhlükəsizliyini təmin edir.  

 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin