Fəsil 8. Unitar və federal idarəetmə sistemləri:
strukturu, funksiyaları, xüsusiyyətləri və modelləri
Unitar və federal idarəetmə sistemləri
Unitar sistemin mahiyyəti, üstünlükləri və çatışmamazlıqları. Fe-
deral sistemin seçilmə səbəbləri. İdarəetmənin üç səviyyəsi, federal
sistemdə inzibati funksiyaların paylanmasının hüquqi və faktik əhə-
miyyəti. Federal sistemin üstünlükləri və nöqsanları.
Müasir dünyada inzibati-dövlət institutlarının müxtəlif modelləri mövcud-
dur. Bu və ya digər ölkələrin dövlət idarəçiliyi sisteminin təşkili və fəaliyyət
formaları arasında fərqlər, əsasən həyat rifahı və keyfiyyətində ifadə olunan
sosial-mədəni və iqtisadi inkişaf səviyyəsi, siyasi rejim və dövlətin ərazi təş-
kili tipi ilə şərtlənir. Sənaye və aqrar dövlətlər, bir qayda olaraq, nisbətən
müxtəlif dövlət idarəçiliyi sistemlərinə malikdirlər. Eyni zamanda sosial-iqti-
sadi yanaşmada demək olar ki, eyni olan ölkələrdə ideologiya və siyasi rejim-
dən asılı olaraq müxtəlif inzibati-dövlət idarəçiliyi sistemləri ola bilər.
Qərb ölkələrində inzibati dövlət idarəçiliyinin unitar və federal sistemlə-
ri daha geniş yayılmışdır.
Unitar idarəetmə sistemi, dövlətin tərkibinə daxil olan ərazilərə çox az
muxtariyyətin verildiyi mərkəzləşdirilmiş idarəçiliyi ifadə edir. Belə ki,
Fransada (departamentlər), İtaliyada (əyalətlər) və İsveçdə (qraflıqlar) ərazi
bölmələrinin əsas təyinatı - inzibati idarəçiliyin əlverişliliyidir. Unitar döv-
lətlərdə fərqləndirici xüsusiyyət, bütün ölkə ərazisinin hər yerində qanunla-
İdarəetmə mədəniyyəti
441
rın yerinə yetirilməsidir. Bu zaman bütün səviyyələrdə inzibati idarəetmə
orqanlarının statusu vahid qanunla müəyyən edilir.
Unitar idarəetmə sistemi eyni bir dövlət qulluğu modelini və mərkəzi
administrasiyanın yerli hakimiyyətlər üzərində nəzarəti şərtini təşkil edir.
Mərkəzləşdirilmə və unifikasiya təhsilə, hüquq mühafizə orqanlarına və cə-
miyyətin digər sosial mədəni institutlarına təsir göstərir. Etatik Fransada
mərkəzi nazirliklər vahid ibtidai təhsil planı müəyyən edirlər. Milli höku-
mət vahid milli polis qüvvələrini yaradır və ölkə departamentlərində vahid
məhkəmə sistemi işçilərini təyin edir.
Unitar sistemin nisbi sərtliyinə baxmayaraq, bu modeli seçmiş dövlətlər-
də mərkəzi hakimiyyət yerli səviyyədə olan bütün məsələləri həll edə bil-
məz. Son dövrdə milli-tarixi ərazi hüquqlarının genişlənməsi prosesinin
müşahidə edildiyi unitar Böyük Britaniyada yerli idarəetmə orqanları əhə-
miyyətli hakimiyyətə malikdirlər. Qraflıqlar və şəhərlər (büro) təhsil, səhiy-
yə, sosial siyasət və nizam-intizamın qorunması məsələlərini idarə edən öz
şuralarını seçirlər. Şuralar tərəfindən konkret idarəetmə sahəsinə məsul olan
daimi komitələr yaradılır. Adətən yerli muxtariyyət bütün məsələləri müstə-
qil həll edir. Mərkəzin müdaxiləsi yalnız müstəsna hallarda ola bilər.
Təcrübə göstərdi ki, unitar dövlətlərdə hakimiyyətin mərkəzləşdirlməsi, cə-
miyyətin mürəkkəb sosial problemlərinin həlli zamanı əhəmiyyətli üstünlük
ola bilər. Bu onunla şərtlənir ki, mərkəzi hakimiyyətin və administrasiyanın
çox böyük iqtisadi resursları vardır və planlaşdırma və inkişaf proseslərinin ko-
ordinasiyasını həyata keçirmək, sosial proqramların səmərəli maliyyələşdiril-
məsi naminə vergi siyasətini tənzimləmək imkanına malikdirlər.
Unitar sistemin nöqsanı kimi onu hesab etmək qəbul edilmişdir ki, inzi-
bati hakimiyyətin mərkəzdə təmərküzləşməsi regionlarda yaşayan vətən-
daşların sosial passivliyinə və onların hökumətdən və administrasiyadan
uzaqlaşmasına səbəb olur. Bu, dövlət siyasəti effektivliyinə pis təsir göstərə
bilər. Bunu nəzərə alaraq, BMT-nin inzibati-dövlət idarəçiliyi məsələləri
üzrə ekspertləri tərəfindən hökumət funksiyaları və qərarlarının desentrali-
zasiyasına və səpələnməsinə, yerli hakimiyyət orqanlarının hüquqi və mad-
di-texniki bazasının möhkəmləndirilməsinə dair tədbirlər görülməsi milli
hökumətlərə tövsiyə edilmişdir.
Dövlət idarəçiliyinin federal idarəetmə sistemi qanun əsasında, mərkəzi
hakimiyyət tərəfindən sərbəst şəkildə dəyişdirilə və ya ləğv edilə bilməyən,
nisbətən müstəqil siyasi vahidlərdən ibarətdir. Federal dövlətlərdə yerli ida-
rəetmə orqanları qraflıqlarda və şəhərlərdə, adətən, ştatlar, ərazilər və ya
əyalətlərin hakimiyyətləri tərəfindən formalaşdırılır. Onların inzibati məsu-
liyyət strukturu ştat qanunvericiləri tərəfindən işlənib hazırlanan xartiyalar-
Fuad Məmmədov
442
la müəyyən edilir. Onların tərəfindən də xartiyaya, zəruri yeniliklərin hüqu-
qi təminatına imkan verən düzəlişlər daxil edilə bilər.
Dövlət idarəçiliyi federal sisteminin seçilməsi tarixən aşağıdakı səbəb-
lərlə şərtlənir: dövlət təhlükəsizliyini möhkəmləndirmək cəhdi ilə; bir neçə
kiçik dövlətlərin təcavüzkar ekspansiyası üçün qüvvələri birləşdirmək cəhdi
ilə; müəyyən sosial sinfin iqtisadi üstünlük əldə etmək cəhdi ilə; milli vəh-
dətin qorunması cəhdi ilə. Daha güclü qonşulardan qorunmaq məqsədilə bir
neçə kiçik dövlətlərin resurslarının birləşdirilməsi, federal idarəetmə sis-
temli ölkələrin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə imkan verir. Be-
lə dövlətlərin tarixi nümunəsi kimi (birinci tip) adətən Braziliya və İsveçrə
göstərilir. İkinci tip nümunə kimi, pərakəndə alman ərazilərinin hərbi və
diplomatik resurslarını birləşdirən və XIX əsrin sonunda dünyanın aparıcı
dövlətlərindən birinə çevrilən Bismark Almaniyası göstərilir. Üçüncü tip
nümunə ABŞ-dır ki, burada 1787-ci il Konstitusiyası mərkəzi hakimiyyətin
statusunu möhkəmləndirməklə, dövlətin təsisçi-banilərinin əmlak maraqla-
rını qanunvericiliklə müdafiə etdi. Dördüncü tip nümunə (Böyük Britaniya-
nın müstəmləkə hökmranlığı başa çatdıqdan sonra) - Benqal, Pəncab, Ma-
rathastan, Racastan kimi öz milli muxtariyyətini qoruyan kiçik hind dövlət-
lərinin vahid federal milli dövlətdə birləşməsidir.
Federal sistemdə prinsip etibarilə bir-birindən asılı olmayan üç pirami-
daşəkilli idarəetmə səviyyəsi yaradılır ki, onların hər biri müəyyən sahə
məsələlərinə cavab verir: milli (mərkəzi və ya federal), regional (əyalətlə-
rin, ərazilərin və ştatların idarə edilməsi), yerli. Bu zaman dövlətin inzibati
funksiyaları federasiya və federasiyanın subyektləri arasında bölünür. Bu
bölünmənin hüquqi və faktik əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci-
si, dövlət aparatının müəyyən müxtəlifliyi yaradılır, belə ki, federasiyanın
hər bir üzvü dövlət idarəçiliyinin daha üstün tutulan strukturunu sərbəst
seçməkdə haqlıdır. İkincisi, administrasiyanın bir-biri ilə üzvi əlaqəsi olma-
yan iki səviyyəsi yaradılır. İkisəviyyəli sistemin xüsusiyyətləri ondan iba-
rətdir ki, əgər funksiyalar mərkəzi səviyyəyə və federasiya subyektinə aid
olarsa, o hallarda çətinliklər yaranır, çünki mərkəzi səviyyə problemlərin
həllinə birbaşa təsir etmək imkanından məhrumdur. Üçüncüsü, müxtəlif
idarəetmə orqanlarında iş üçün qulluqçu kadrların seçilməsi sahəsində
problem yaranır, xüsusilə mərkəzi aparatda bu və ya digər regionu təmsil
edən qulluqçuların monopoliyasına gətirib çıxaran, vəzifələrin ədalətsiz
bölgüsü şəraiti yaranır.
Federal idarəetmə sistemi bir sıra üstünlüklərə malikdir. Birincisi, bu,
rayon vətəndaşlarının rəyini nəzərə almaqla, yerli səviyyədə operativ qərar-
lar qəbul etmək imkanıdır. İkincisi, bu, yeni sosial-mədəni, o cümlədən, iq-
tisadi, ekoloji və digər proqramların işlənib hazırlanmasında və həyata ke-
İdarəetmə mədəniyyəti
443
çirilməsində eksperiment aparmağa imkan verən daha yüksək mobillik sə-
viyyəsidir. Bununla bərabər federal idarə sisteminin çatışmamazlıqlarına,
yerli səviyyədə qərarların qəbulunun müəyyən çətinlikləri aiddir. Birincisi,
bu, sosial proqramların maliyyələşdirilməsi üçün vəsaitlərin azlığıdır. İkin-
cisi, yerli idarəetmə aparatının vəzifəli şəxslərinin təlim və peşəkar ixtisas
hazırlığının kifayət qədər yüksək səviyyədə olmamasıdır. Üçüncüsü, bu,
yerli səviyyədə qərarların qəbul edilməsi ilə bağlı xidmətlərin və yaramaz
koordinasiyanın ikiqat artması ehtimalıdır.
Unitar sistemin bir sıra obyektiv üstünlüklərini nəzərə alaraq, bəzi fede-
ral dövlətlər, xüsusilə, ABŞ və Almaniya, idarəetmənin mərkəzləşdirilməsi
siyasətini tətbiq etməyə başladılar. Bu, milli iqtisadi siyasətin aparılmasın-
da və ümummilli maraqlara cavab verən sosial proqramların maliyyələşdi-
rilməsində öz ifadəsini tapır.
Dövlət idarəçiliyinin səviyyələri
İdarəçiliyin üç səviyyəsi: milli (federal), regional və yerli. İdarəçi-
liyin milli səviyyəsi. Yeni nazirliklərin yaradılması məqsədləri. İdarə-
çiliyin regional səviyyəsi. Federal qanunların həyata keçirilməsinin
iki səviyyəsi. Yerli idarəçilik səviyyəsinin altı əsas funksiyası. İnzibati
orqanların təsnifatları. Qərargah, köməkçi və operativ xidmətlər.
İdarəetmə modelindən asılı olmayaraq, müasir demokratik dövlətlərdə,
bir qayda olaraq, üç idarəetmə səviyyəsi fəaliyyət göstərir: milli, regional
və yerli. İnzibati idarəçiliyin hər bir səviyyəsi müəyyən kompetensiyalara
malikdir və qanuna uyğun olaraq, siyasi cəhətdən parlamentə, hökumətə,
icma nümayəndəliyinə və ya dövlət orqanlarına tabedir.
Demokratik ölkələrin çoxunda milli və ya federal idarəetmə səviyyəsi prezi-
dent administrasiyası, hökumət aparatı, parlament aparatı və Ali məhkəməni
daxil edir. Struktur baxımdan mərkəzi idarəetmə orqanları - hökumətin əvəz
edilməsi, nazirliklərin yenidən təşkili və ya yeni nazirliklərin yaranması ilə ya-
xud sadəcə zamanın tələbləri ilə tez-tez dəyişmələrə məruz qalırlar.
Yeni nazirliklərin yaradılması aşağıdakı məqsədlərlə şərtlənir:
Nazirliyin bir nəfər tərəfindən rəhbərlik üçün əlverişli dinamik
struktura yenidən təşkili vasitəsilə idarəetmə effektivliyinin təmin
edilməsi ilə.
Xüsusi təyinatlı vəzifələrin yerinə yetirilməsi ilə.
Koalisiya kabinetlərinin siyasi maraqlarının təmin edilməsi ilə.
Fuad Məmmədov
444
Hər hansı bir şəxsiyyətin şöhrətpərəstliyinin təmin edilməsi yaxud
mühüm mənsəb görünüşüylə onun aktiv fəaliyyətdən kənar edilmə-
si zəruriliyi ilə şərtlənən, şəxsi xarakterli mülahizələrə görə ilə.
Hökumətdə özünün nazir dərəcəsindəki nümayəndəsi vasitəsi ilə öz
korporativ maraqlarının müdafiəsi məqsədini qoyan bir və ya bir
neçə təzyiq qruplarının cəhdlərinin təmin edilməsi ilə.
Müxtəlif ölkələrdə bütün səviyyələrdə inzibati islahatların əksəriyyəti-
nin əsasını, səlahiyyətlərin toqquşmasına səbəb olan funksiyaların nazirlik-
lər və müəssisələr arasında yenidən bölünməsi təşkil edir.
Regional idarəetmə səviyyəsi (respublikalar, ştatlar, ərazilər, əyalətlər)
federal və unitar idarəçilikli ölkələrdə özünəməxsus xüsusiyyətlərə malik-
dir. Federal dövlətlərdə inzibati idarəetmə məsələlərinin çox hissəsi, fede-
ral qanunların əksəriyyətinin və öz hüququnun reallaşdırılması - regional
səviyyəyə aiddir. Federal qanunların həyata keçirilməsinin iki səviyyəsi
məlumdur. Birinci - federasiyanın tapşırığı ilə idarə etmədir ki, bu zaman
regionun inzibati orqanları federal hakimiyyətin sərəncamlarına tabe olur
və onun tərəfindən hüquqi və xüsusi nəzarət olunur. İkinci – federal hüqu-
qun öz məsuliyyəti ilə həyata keçirilməsidir ki, bu zaman regionun inzibati
oqranlarına yalnız hüquqi nəzarət olunur.
Federal sistem regional idarəetmə orqanlarının həmin regionun qanunla-
rına uyğun olaraq yaradılmasını nəzərdə tutur.
Yerli idarəetmə səviyyəsi (qraflıq, şəhər) dövlət tipindən asılı olmayaraq,
altı əsas funksiyanın yerinə yetirilməsini nəzərdə tutur. Bu - polis, yanğın-
dan mühafizə və səhiyyə xidməti təminatını nəzərdə tutan ictimai təhlükə-
sizlik; yaşlı insanlara, əlillərə və uşaqlara yardım proqramları; zonalaşdır-
ma yol təhlükəsizliyi və istehlakçıların müdafiəsi ilə bağlı tənzimləyici
funksiyalar; ictimai quruculuğun planlaşdırılması; ictimai xidmətlər (mək-
təblər, kitabxanalar, parklar); dövlət müəssisələrinə sahib olma və onları
idarə etmədir.
Demokratik ölkələrdə inzibati orqanların müxtəlif təsnifatları mövcud-
dur. Leonard Uaytın klassik modelinə görə təşkilatların və ya xidmətlərin
üç kateqoriyası hamı tərəfindən qəbul olunmuş hesab edilir: qərargah xid-
mətləri, köməkçi xidmətlər və operativ xidmətlər.
Qərargah xidmətləri – strateji idarə ilə bağlı fəaliyyəti həyata keçirən
məmurlardır. Onlar mühüm qərarların qəbul edilməsi prosesində yaranan
məsələlərin işlənib hazırlanması ilə məşğul olurlar. Nazirliklər və idarələrin
aid edildiyi qərargah xidmətləri fəaliyyətinin əsas istiqamətləri bunlardır:
1. Təşkilatın siyasətinin formalaşdırılması üçün zəruri olan elmi tədqi-
qatların və işləmələrin həyata keçirilməsi, həmçinin onun rəhbərlə-
rinin konsultasiya alması.
İdarəetmə mədəniyyəti
445
2. Təşkilatın gələcək inkişafının mümkün istiqamətləri haqqında hi-
potezlərin, həmçinin xarici təsir amillərinin işlənib hazırlanması.
3. Təşkilatın planlar, layihələr və tədbirlər proqramlarının işlənib ha-
zırlanması.
4. Proqramların və qəbul edilmiş qərarların yerinə yetirilməsi monito-
rinqi, köməkçi və operativ xidmətlər fəaliyyətlərinin koordinasiyası.
5. İş metodlarının təkmilləşdirilməsi və struktur yenidən qurulması
üzrə tədbirlərin işlənib hazırlanması.
Köməkçi xidmətlər – son məqsədləri olmayan inzibati strukturlardır, on-
ların fəaliyyəti digər qulluqlara müxtəlif vasitələr və xidmətlər yolu ilə yar-
dım göstərmədən ibarətdir. Hər şeydən əvvəl, onlara kadrlar sahəsində ida-
rəçilik və ya xidmətlər göstərən qulluqlar, (kadrlar məsələlərinin icrası, qul-
luqçuların təliminin təşkili, ştatların komplektləşdirilməsinin təmin edilmə-
si), hüquqi şöbələr, maliyyə, mühasibat, təchizat və tədarük xidmətləri, ma-
kinaçılıq büroları aid edilir.
Fəaliyyət funksiyaları şəbəkəsinin artması və müxtəlif inzibati xidmətlə-
rin situativ vəzifələrinin bir-biri ilə kəsişməsindən yaranan çətinliklərin ara-
dan qaldırılması məqsədilə bir neçə müəlliflər tərəfindən, qərargah xidmət-
lərini yardımçı xidmətlərlə vəhdətdə nəzərdən keçirmək təklif olunur ki,
bunun üçün “üfqi xidmət” anlayışı daxil edilmişdir.
Operativ xidmətlər - əhaliyə müəyyən xidmətlərin təqdim edilməsi ilə
bağlı məsələləri yerinə yetirən inzibati strukturlardır. Onlara prefekturada
şəxsiyyəti təsdiq etmə bürosu, poçt şöbələri, bələdiyyə kitabxanaları və s.
aid edilir.
İnzibati idarəetmə orqanlarının funksiyaları
Müasir bürokratiya - nüfuzlu siyasi qüvvə kimi. Qərarların icrası.
Xidmət. Tənzimləmə. Lisenziyalaşdırma. İnformasiya toplanması.
Kommunal təsərrüfat. Ekspertiza. Diskresion fəaliyyət.
Üçüncü minilliyin əvvəli üçün dövlət bürokratiyası Maks Veber büro-
kratiyasının “ideal model” qaydaları və çərçivələrini çoxdan adlamış nüfuz-
lu siyasi qüvvə oldu. O, müstəqilliyin və ixtisaslaşmanın yüksək səviyyəsi-
nə çatmışdır. Bu səbəbdən müasir bürokratlardan nəinki peşəkir inzibati,
politoloji, iqtisadi və texniki biliklər, həm də universal kulturoloji biliklər
tələb olunur. Bu onunla əlaqədardır ki, inzibati fəaliyyət üçün bu gün eks-
pert və diskresion fəaliyyət təyinedici əhəmiyyət qazanmışdır. Bu gün döv-
lət idarəçiliyinin əsas funksiyalarna yalnız icra deyil, prinsip etibarilə yeni
Fuad Məmmədov
446
vəzifə – qərarların qəbulu da daxildir. Məmurlar milli inkişaf proqramlarını
işləyib hazırlamaq və dövlətin mühüm siyasi qərarlarının qəbul edilməsi ilə
bağlı problemlərin müzakirəsində iştirak etmək imkanına malikdirlər.
Müasir dövlət aparatı fəaliyyətinin mahiyyətini və xüsusiyyətlərini başa
düşmək üçün inzibati-dövlət idarəçiliyi funksiyalarının təhlili mühüm əhə-
miyyətə malikdir. Amerika politoloqları Maykl Roskin, Robert Kord və
Uolter Cons inzibati-dövlət idarəçiliyinin xarakteristikasını və daha ümumi
funksiyalarını göstərirlər. Onlar tərəfindən dövlət administrasiyasının altı
əsas fəaliyyət istiqaməti müəyyən edilmişdir: qərarların icrası, xidmət, tən-
zimləmə, lisenziyalaşdırma, məlumat toplanması və kommunal təsərrüfat.
Əslində həyatın dialektik mürəkkəbləşməsi və idarəçilik fəaliyyətinin per-
manent inkişafı ilə əlaqədar olaraq, hazırkı dövrdə belə qarşılıqlı əlaqəli
funksiyalar daha çoxdur.
Dövlət administrasiyasının birinci və əsas funksiyası - icra hakimiyyəti
tərəfindən işlənib hazırlanan siyasətin və qəbul edilmiş qərarların icrası və
həyata keçirilməsidir. Bununla yanaşı o, idarəetmə prinsiplərinin işlənib
hazırlanması ilə də məşğul olur. Birləşmiş Krallıqda administrasiya nazir-
liklərin fəaliyyətində, qanun layihələrinin işlənib hazırlanmasında yardım
göstərir, xüsusi korporasiyalar vasitəsilə iqtisadiyyatda dövlət sektorunun
idarə edilməsini həyata keçirir. Böyük Britaniyanın Milli səhiyyəsi vətən-
daşların azad tibbi təminatı siyasətini həyata keçirir, tibbi hazırlığın, tibb iş-
çilərinə patent verilməsinin, hospitalların idarə edilməsinin nəzarətini tətbiq
edir. ABŞ-da Səhiyyə və tibbi yardım departamenti ştatları federal fondlar-
la təmin edir və onların təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata ke-
çirir.
Administrasiyanın ikinci mühüm funksiyası - xidmətdir, bu məqsədlə
əhaliyə xidmət üzrə xüsusi dövlət agentlikləri yaradılır. Demokratik ölkə-
lərdə əhaliyə hökumət xidmətləri göstərilməsinin əsas sahələri arasında sə-
hiyyəni, mədəniyyəti, meteoroloji xidməti, kənd təsərrüfatı xidmətini, işə
düzəltməni və s. göstərmək olar.
Üçüncü funksiya - əhalinin rifahının qorunmasına istiqamətlənən həyat
fəaliyyətinin tənzimlənməsidir. Almaniyada milli qanunverici hakimiyyətin
Ali palatası – Bundesrat, federal qanunvericiliyin ölkənin ərazi hökumətləri
tərəfindən yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Almaniyanın Federal
inzibati məhkəmələri ərazi hökumətlərini milli qanunlara tabe olmağa məc-
bur etmək hüququ almışlar. Bir sıra Qərb ölkələrində xüsusi hökumət ko-
missiyaları, agentlikləri və departamentləri fabriklərdə iş şəraitinin, birja fə-
aliyyəti təhlükəsizliyinin tənzimlənməsi, həmkarlar ittifaqına seçkilərə nə-
zarət və s. ilə məşğul olurlar. Bu zaman tənzimləmə müəyyən ictimai fəa-
İdarəetmə mədəniyyəti
447
liyyətləri dayandırmaq və ya kəsmək hüququnda ifadə edilən qüvvələr po-
tensialı ilə müdafiə edilir.
Administrasiyanın dördüncü funksiyası - lisenziya fəaliyyətidir. Bu
funksiyanın təyinatı, hökumət tərəfindən insan fəaliyyətinin müəyyən sahə-
lərində standartların və minimal məhdudiyyətlərin təyin edilməsidir. Bu və
ya digər fəaliyyət növü ilə məşğul olmaq istəyən vətəndaşlar hökumət tərə-
findən təyin edilən standarlara əsaslanmalıdırlar. Unitar dövlətlərdə belə
standartlar və meyarlar milli hökumətlər tərəfindən təyin edilir. Federal
dövlətlərdə isə əhəmiyyətindən asılı olaraq, standartların bir hissəsi ştatlar,
əyalətlər və ya dövlət departamentləri tərəfindən təyin edilə bilər. Bu - icti-
mai məktəblərdə müəllimlik fəaliyyətinə, daşınmaz əmlakın satılmasına,
xüsusi praktikaya, sürücülük hüquqlarının verilməsinə və s. aiddir. Bütün
ölkələrdə tele- və radio yayımı lisenziyaları mərkəzi və ya federal hökumət
tərəfindən verilir.
Dövlət administrasiyasının beşinci funksiyası - informasiya toplanmasıdır.
İnformasiyanın əsas təyinatı: qanun pozuntusunun aşkar edilməsi və obyektiv
məlumatlar əsasında düzgün siyasi qərarın qəbul edilməsidir. Əsas vəzifə hadi-
sələr, faktlar və insanlar haqqında obyektiv informasiyanın hazırlanmasıdır.
Obyektiv informasiyanın alınması və milli inkişaf proqramlarının işlənib hazır-
lanması üçün bütün müasir dövlətlər tərəfindən agentliklər, federal bürolar, na-
zirliklər və ya xüsusi komissiyalar səviyyəsində faktik dəlillərə əsaslanan xüsu-
si tədqiqatlar aparılır. Bu - enerjiyə, əhalinin tibbi təminatına, ətraf aləmin mü-
hafizəsinə, vətəndaşların hüquqlarının müdafiəsinə və s. olan milli tələbatlara
aiddir. Məsələn, ABŞ-da vətəndaşların hüquq məsələləri üzrə lazımi qərarın
qəbul edilməsindən əvvəl Ədliyyə departamenti daxilində Vətəndaş hüquqları
şöbəsi tərəfindən xüsusi tədqiqatlar aparılır. FTB (Federal Təhlükəsizlik Büro-
su) ölkənin milli maraqlarına və ya şəxsiyyətin hüququna qarşı təxribatçılıq fə-
aliyyəti ilə bağlı tədqiqat aparır.
Altıncı funksiya - vətəndaşların həyat fəaliyyətini təmin edən əsas şərtlərdən
biri olan kommunal təsərrüfatın lazımi fəaliyyətinin təmin edilməsidir.
Dövlət bürokratiyasının yeddinci funksiyası - ekspertizadır. Mütəxəssis-
lərin məmurlar tərəfindən təmin edilən elmi və texniki ekspertizası, qanun-
verici və icraçı hakimiyyətin fəaliyyətində, ictimai və dövlət inkişafının
mürəkkəb problemlərinin həllində istifadə edilir. Müasir demokratik döv-
lətlərdə bu funksiya bürokratların ictimai siyasətə ən mühüm təsir vasitəsi
olmuş, bürokratiyanın müşavirəçi rolunun qanunverici və icraedici fəaliy-
yətin ayrılmaz hissəsinə çevrilməsini şərtləndirmişdir. Ekspertlər, müşavir-
lər və konsultantlar qanunların hazırlanmasında, siyasətin formalaşdırılma-
sında və hökumət qərarlarının qəbulunda böyük rol oynayır, onlara görə
yüksək məsuliyyət daşıyırlar. Ekspertiza cəmiyyətin və konstruktiv xarici
Fuad Məmmədov
448
siyasətin sabit və təhlükəsiz inkişaf şərtlərini müəyyən etməyə imkan verir.
Bu, dövlət qanunlarının interpretasiyasına, ideologiyaya və siyasətə, idarə-
etməyə, sənayedə işlərin aparılması təhlükəsizliyinə, beynəlxalq münasibət-
lərə və s. aiddir. Bizim günlərdə universal biliklərin, sistemli və situativ
təhlilin istifadəsini nəzərdə tutan “geniş görüş dairəsi” əsasında (F.M.) düz-
gün siyasi, sosial-mədəni və iqtisadi hökumət qərarlarının qəbul edilməsinə
imkan verən kulturoloji ekspertiza mühüm əhəmiyyət qazanır.
Dövlət inzibatçılığının səkkizinci funksiyası - diskresion fəaliyyətdir.
Diskresion fəaliyyət - qanunla, məqsədlərlə şərtlənən, qanunların yerinə ye-
tirilməsi və müvəffəqiyyətə nail olma üçün zəruri olan qərarların çıxarılma-
sında bürokpatların hüququ və məsuliyyəti ilə bağlıdır. Diskresion fəaliyyə-
tin inkişafı hakimiyyət agentliklərinin yalnız nümayəndəliklərin deyil, həm
də siyasi hakimiyyətin daşıyıcıları olmasına imkan yaratdı. Dövlət qanunu-
nu necə yerinə yetirmək və ya siyasəti necə həyata keçirmək haqqında müs-
təsna qərar qəbul etmək hüququna malik olan agentlik, ictimai qanunları,
qaydaları və nizam-intizamı müəyyən etmək imkanı qazanır. Bu, əhalinin
sağlamlığının qorunmasına, qiymət siyasətinə, gəmiçilik qaydalarına və cə-
miyyətin həyat fəaliyyətinin digər sahələrinə aid edilir.
XX əsrin axırında Böyük Britaniyada dövlət idarəçiliyi sisteminin mo-
dernləşdirilməsinə Marqaret Tetçer məlum töhfələr daxil etmişdir. Onun
təklif etdiyi proqramın reallaşdırılması müxtəlif səviyyəli məmurların funk-
sional vəzifələrinin daha dəqiq bölünməsinə imkan verdi və ölkənin admi-
nistrasiya personalı sayının əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çı-
xardı. Bununla yanaşı qeyri-hökumət təşkilatları statuslu və onların özəlləş-
dirilməsi hüququ ilə “kvanqo” idarə sisteminin keyfiyyətcə yeni agentliklə-
ri yaradıldı. Bu yeniliklər Britaniya sisteminin bazar şəraitinə yaxınlaşdırıl-
ması və mülki əhalinin dövlətin inzibati xidmətlərinə ehtiyacının daha tam
şəkildə ödənilməsi hesabına dövlət idarəçiliyi effektivliyini yüksəltməyə
imkan verdi.
Dövlət idarəçiliyi prosesi dinamik xarakter daşıyır və hər bir ölkənin
konkret tələblərinə və dünya sivilizasiyasının çağırışlarına uyğun olaraq, di-
alektik dəyişikliklərə, islahata və təkmilləşməyə məruz qalır.
Dostları ilə paylaş: |