Fəsil 6. Dövlət idarəçiliyinin
hüquqi tənzimlənməsi və informasiya təminatı
Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi
Hüquqi tənzimlənmənin mahiyyəti və ona verilən tələblər. Hüquqi
tənzimləmə predmeti: mexanizmlər, hakimiyyətin və səlahiyyətlərin
bölünməsi, iradəyə əsaslanan münasibətlər. Dövlət orqanının hüquqi
statusu. Ümumi yol verilən, icazə verilən və məcburi-səlahiyyətdarlıq
Fuad Məmmədov
416
qaydası. Tənzimləyici, qoruyucu və xüsusiləşdirilmiş (ümumi qadağa-
nedici, definitiv, deklarativ, operativ, kollizion təlimatlar) normaların
təsnifatı. Hüquqi tənzimləmə metodu - hüquqi üsullar, vasitələr və təsir
qaydalarının məcmusu kimi. Hüquqi normaların subyekti, mahiyyəti
və məzmunu - metodun ölçülmə vasitələri kimi. Subyekt: mərkəzləşmiş
(subordinasiya) və desentralizasiya olunmuş (koordinasiya) tənzimlə-
mə. Mahiyyət və məzmun - pozitiv təhrik etmə, qadağa və icazə - hüqu-
qi tənzimləmə vasitələri kimi. Hüquqi formalar: konstitusiya, qanunlar
və qanundan irəli gələn aktlar (ümumdövlət, müəssisə, yerli və lokal),
hüquqi normativ aktlar - dövlət idarəçiliyinin əsası kimi. Hüquqi tən-
zimləmə vasitələri sistemi. Ölkə prezidentinin səlahiyyətləri. Xüsusiy-
yət: hüquqi tənzimləmənin tipikliyi (universallığı) və unikallığı. Hüqu-
qi tənzimləmənin strukturu (qanunverici, daxili altsistem, normativ,
özünüidarə, hüquq-mühafizə tənzimləməsi və normativ qərar). Dövlət
idarəçiliyini təmin edən maddi və prosessual normalar, hüquqi mexa-
nizmlər. Hüquqi tənzimləmə keyfiyyəti və həyatda normaların təsirinin
reallıq dərəcəsi - dövlət idarəçiliyinin hüquqi tənzimləmə effektivliyi-
nin səviyyə göstəriciləri kimi. Siyasətçilər, dövlət qulluqçuları və ölkə
vətəndaşları tərəfindən qanunların icra edilməsi mədəniyyəti. “Qa-
nunvericilik - qanunauyğunluq və hüquqi intizam” zəncirində qanuni-
liyin yeri. İdarəetmə orqanlarının fəaliyyəti üzərində iyerarxik ümumi
və xüsusiləşdirilmiş (antiinhisar, gömrük, sanitar-epidemioloji, ekoloji
və s.) xarici nəzarət. Qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları,
kütləvi informasiya vasitələri və ayrı-ayrı fərdlərin rolu. Qanunilik və
hüquq intizamı. Həll edilməsindən ölkədə qanunilik və hüquq intizamı
dərəcəsinin asılı olduğu problemlər. İntizamın üç əsas qaydası və növü.
Dövlət aparatının imkanları və ictimai rəy ilə təmin edilən, insanların
hüquqi davranış normaları icrasının məcburi istehsalı üzrə dövlət fəaliyyə-
tini ifadə edən dövlət idarəçiliyi fəaliyyətinin hüquqi tənzimlənməsinin,
dövlət idarəçiliyi mədəniyyətində mühüm yeri vardır. Cəmiyyətə hakim
idarəedici təsir kimi, dövlət idarəçiliyi - dövlətin, cəmiyyətin və vətəndaşla-
rın şəxsi inkişaf problemlərinin həllinə yönəldilmiş fəaliyyətlərin həyata
keçirlməsi məcburiliyini nəzərdə tutur. İdarəçilik fəaliyyəti, idarə olunan
obyektlərin obyektiv tələbatları ilə müəyyən edilir və idarəetmə münasibət-
ləri iştirakçılarının azad iradəsinin təzahürü deyil. Bu səbəbdən o öz mahiy-
yəti və hüquqi sərhədlərinin yuridik əsaslanmasını tələb edir. Sosial, nor-
mativ və praktik aspektlərin vəhdətini ifadə edən hüquqi tənzimlənmənin
İdarəetmə mədəniyyəti
417
mahiyyəti ictimai münasibətlərin nizamlanmasında insanların həyati tələba-
tı ilə şərtlənir. Buna görə idarəçilik fəaliyyətinin hüquqi tənzimlənməsi sis-
temli surətdə təşkil edilməli, sosial baxımdan effektiv və praktik cəhətdən
reallaşdırılan olmalıdır.
Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi konstitusiya, qanunlar və
qanundan irəli gələn hüquqi normativ aktlar əsasında həyata keçirilir ki, on-
larda dövlət idarəçiliyi orqanlarının status xarakteristikası möhkəmləndiri-
lir. Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsində ölkədə ali yuridik qüvvə-
nin normativ hüquqi aktını təşkil edən dövlət konstitusiyası başlıca əhəmiy-
yətə malikdir. Konstitusiya cəmiyyətin və dövlətin inkişafına böyük təsir
göstərən, ictimai münasibətlər sisteminin, məqsəd və dəyər cəhətdən qarşı-
lıqlı əlaqəli yuridik sistemin hüquqi mahiyyətini özündə təcəssüm etdirən
əsas qanun, sənəddir. O, hakimiyyət strukturunu, formalaşdırma və fəaliy-
yət prinsipləri və mexanizmlərini, dövlət idarəçiliyi hüquqi tənzimlənməsı-
nın əsas status və digər əsasnamələrini əks etdirir.
Əhəmiyyətinə görə konstitusiyadan sonra ikinci yer - hüquqi tənzimlə-
mənin mühüm forması olan və idarəçilik fəaliyyətinin status mövqeyini və
yuridik qaydasını müəyyən edən qanunlara məxsusdur. Qanun - bilavasitə
dövlətin ümumi iradəsini ifadə edən və ali hüquqi qüvvəyə malik, dövlət
həyatının əsas məsələləri üzrə xüsusi qaydada qəbul edilmiş normativ hü-
quqi aktdır. Qanun, onun baza məzmununu və əhəmiyyətini açıqlayan həm
maddi əlamətlərə, həm də qanunun özünün və hüquqyaradıcı prosedurun
yuridik xüsusiyyətlərini əks etdirən hüquqi əlamətlərə malikdir. Qanunveri-
ci formaya əsaslanan hüquqi tənzimləmə dövlətin sərəncamında olan vasi-
tələr sistemi ilə təmin edilir. Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi
üzrə geniş səlahiyyətlər dövlətin prezidentinə məxsusdur ki, onun fərmanla-
rı normativ xarakterə malikdir. Yuridik xassənin qanundan irəli gələn akt
olmasına baxmayaraq, uyğun qanunlar olmadığı halda, prezidentin fərman-
ları ilkin, normativ hüquqi aktları “müəyyən edən” xarakter daşıyır.
Hüquqi tənzimlənmədə əhəmiyyətinə görə üçüncü yer qanundan irəli gə-
lən hüquqi normativ aktlara məxsusdur. Onlar səlahiyyətli hakimiyyət or-
qanlarının, qanuna əsaslanan və mahiyyəti etibarilə ona zidd olmayan hü-
quqi normativ aktlarını ifadə edirlər. Normativ aktlar: ümumdövlət, idarə,
yerli və lokal (təşkilatdaxili) olur. Ümumdövlət aktlarına hüquqi statusları
və idarəçilik fəaliyyəti qaydalarını müəyyən edən hökumət qərarları aiddir.
Ayrı-ayrı nazirliklərin və statusuna görə onlara bərabər, buna dövlət səla-
hiyyətləri olan icra hakimiyyəti orqanlarının qərarları da hüququ qüvvəyə
malikdir. İdarə normativ aktları xüsusi səlahiyyətli orqanlar tərəfindən ve-
rilir və uyğun altsistem strukturları və vəzifəli şəxslərə münasibətdə qüvvə-
yə malikdirlər. Yerli normativ aktlar, uyğun nizamnamələrin də aid olduğu
Fuad Məmmədov
418
yerli özünüidarə aktları daxil olmaqla, öz səlahiyyətləri və ərazi yurisdiksi-
yası hədlərində yerli dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən
verilir. Reqlamentlərin, müddəaların, vəzifə təlimatlarının və s. aid olduğu
lokal normativ aktlar, daxili həyat fəaliyyəti idarəçiliyinin qaydaya salın-
ması məqsədilə dövlət orqanları və yerli özünüidarə orqanları tərəfindən
verilir.
Dövlət idarəçiliyinin hüquqi tənzimlənmə predmeti kimi - hüquqi-dövlət
institutları, insanların şüuru, davranışı və fəaliyyəti çıxış edir, metodu kimi
- dövlət orqanları və vəzifələrinin hüquqi statusuna, həmçinin onların fəa-
liyyət proseslərinə legitimlik, müəyyənlik, məqsədyönlülük və ardıcıllıq ve-
rən norma üsulları, vasitələri, tərzləri, strukturları və anlamları istifadə edi-
lir. Dövlət idarəçiliyinin hüquqi tənzimləmə predmeti, dövlət orqanlarının
məqsədqoyma, funksiyalar, təşkilati strukturlar və idarəçilik fəaliyyətinin
nizamlanması, idarəetmə proseslərində dövlət hakimiyyətinin reallaşdırılma
vasitələri, üsulları və prosedurlarının yuridik müəyyənləşdirilməsi ilə şərt-
lənir. Ona: a) cəmiyyət tərəfindən dövlət idarəçiliyinin həyata keçirilməsi-
nin hüquqi mexanizmləri; b) dövlət orqanları arasında dövlət hakimiyyətinin
və səlahiyyətlərin bölünməsi, onların hüquqi statusunun müəyyən edilməsi;
c) dövlət idarəçiliyi proseslərinə cəlb edilmiş insanlar arasında iradəyə
əsaslanan münasibətləri əhatə edən yanaşmaları aid etmək qəbul edilmiş-
dir. Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsində mərkəzi yeri dövlət or-
qanının hüquqi statusu tutur. O, elementlərin üç qrupundan ibarətdir: hüqu-
qi-dövlət mahiyyəti və dövlət idarəçiliyi sistemində uyğun orqanın yerin-
dən; ayrı-ayrı idarəetmə obyektlərinə münasibətdə dövlət orqanının idarəçi-
lik funksiyaları və səlahiyyətləri məcmusunun hüquqi ifadəsi olan - dövlət
orqanının səlahiyyətindən; dövlət orqanının təşkilati strukturunun, habelə
onun fəaliyyətinin formaları, metodları və prosedurlarının hüquqi cəhətdən
möhkəmləndirilməsindən. Dövlət hakimiyyətinin tənzimləyici qüvvəsindən
istifadə edilən zaman məmurların azad fəaliyyəti qanunlar və onlara dövlət
tərəfindən verilmiş səlahiyyətlər əsasında və çərçivəsində həyata keçirilmə-
lidir. Dövlət orqanlarının hüquqi statusunun müəyyənləşdirilməsi zamanı
ümumi yol verilən, icazə verilən və məcburi-səlahiyyətdarlıq idarə üsulu is-
tifadə edilir.
Hüquqi tənzimləmə metodu, dövlət idarəçiliyi sisteminin sosial-hüquqi
sahəyə hüquqi təsir üsulları, yolları və vasitələrinin məcmusunu ifadə edir.
Hüquqi tənzimləmə metodunun ölçü vasitəsi kimi çıxış edir: hüquq norma-
larını dərc etməyə müvəkkil olan hüquqi tənzimləmə subyekti və hüquq
normalarının özünün mahiyyəti və məzmunu. Hüquqi tənzimləmə subyekti
idarəçilik sahəsində hüquq normalarının dərc edilməsi üzrə müəyyən dövlət
orqanlarının xarakterini və fəaliyyət hüdudlarını müəyyən edir. Subyektin
İdarəetmə mədəniyyəti
419
səlahiyyətindən asılı olaraq, mərkəzləşmiş və desentralizasiya olunmuş tən-
zimləmə mövcuddur. Mərkəzləşmiş, imperativ tənzimləmə, subordinasiya
metodunu nəzərdə tutur ki, bu zaman tənzimləmə, dövlət hakimiyyəti or-
qanları tərəfindən onların səlahiyyətləri və yurisdiksiya obyektləri çərçivə-
sində yuxarıdan aşağıya hökm-imperativ əsasda həyata keçirilir. Belə me-
tod idarəçilik prosesində davranış normaları və qaydalarını müəyyən və tə-
min etmək qabiliyyəti ilə şərtlənən dövlət hakimiyyəti atributlarının reallaş-
dırılması imkanını verir. Desentralizasiya olunmuş, dispozitiv tənzimləmə -
razılaşma, müqavilələr, birgə aktların qəbul edilməsi, bir neçə dövlət haki-
miyyəti orqanları tərəfindən aşağıdan gələn təşəbbüsün dəstəklənməsi yolu
ilə həyata keçirilən koordinasiya metodunu nəzərdə tutur.
Dövlət orqanları və vəzifəli şəxslərin hüquqi və praktik reallaşdırma və-
ziyyətinin müəyyən edilməsi məqsədilə hüquqi formalar istifadə olunur ki,
onlarda normalar hüquqi cəhətdən əks etdirilir və möhkəmləndirilirlər.
Dövlət-idarəçilik təzahürləri, prosesləri və münasibətlərinin daha yaxşı
qaydaya salınması üçün dövlət idarəçiliyinin hüquqi tənzimlənmə formala-
rına - sabitliyi və möhkəmliyi, tamlığı və daxili yekdilliyi, hüquq normala-
rının vaxtında qəbulunu və onların məna aktuallığını təmin etmək iqtidarın-
da olan bir sıra tələblər irəli sürülür.
Dövlət idarəçiliyi əsasən konstitusiya və inzibati hüquq normaları ilə
tənzimlənir. Onlar fəaliyyət strukturunun qurulması, rasionallığı və idarəet-
mə strukturlarının qarşılıqlı təsir sistemliyi proseslərində katalizator rolunu
oynayır. Hüquqi formaların xarakterinə və məzmununa görə uyğunluğu
dövlət idarəçiliyinin hüquqi tənzimlənmə sisteminin formalaşdırılmasına
imkan verir. Hüquqi tənzimləmənin keyfiyyəti əsasən vətəndaşların həyat
fəaliyyətinin bu və ya digər problemlərinın həlli zamanı insanların davranış
və fəaliyyət mexanizmini ifadə edən hüquqi norma tələblərinin aydınlığı,
məna dəqiqliyi, əsaslanmış olmasından asılıdır. Həyatda normanın təsirinin
reallıq dərəcəsi, onun praktik tətbiqini təmin edən dövlət strukturunun im-
kanları və səlahiyyətindən asılıdır. Dövlət idarəçiliyinin hüquqi tənzimləmə
effektivliyinin səviyyəsi məhz hüquq normalarının praktik tətbiqi dərəcəsi,
onların insanların şüuruna və davranışına, fəaliyyətinə və qarşılıqlı münasi-
bətlərinə real təsiri ilə müəyyən edilir. Dövlət idarəçiliyinin hüquqi tənzim-
lənməsində maddi normalara (onun elementlərini təsvir edən, qeyd edən və
möhkəmləndirən), prosessual normalara (praktikada idarəetmə elementlə-
rinin tətbiqi qaydası, mərhələləri və formalarını açıqlayan) və onların real
həyata keçirilməsini təmin edən hüquqi mexanizmlərə mühüm yer ayrılır.
Sonunculara aiddir: idarəçilik fəaliyyətinin qaydaları və standartları, dövlət
orqanları və yerli özünüidarə orqanlarının fəaliyyətinin nizama salınması.
İdarəetmə proseslərində davranışı müəyyən edən hüquq normalarının məna
Fuad Məmmədov
420
və məzmunu, iştirakçılara qarşılıqlı idarəedici təsir normasının mahiyyətini
əks etdirən hüquqi tənzimləmə üsullarından asılıdır. Belə üsullara: pozitiv
məcbur etmə, qadağa və icazə aiddir. Onların arasında pozitiv məcbur etmə
dominant rol oynayır, belə ki, dövlət orqanı kompetensiyasında bütün yazı-
lanlar məcburi icraya aiddir.
Dövlət idarəçiliyinə, müəyyən dərəcədə, bütövlükdə hüquqi tənzimlə-
mədə istifadə edilən hüquqi normaların təsnifatı aiddir. Bu - tənzimləyici,
qoruyucu və xüsusiləşdirilmiş normalardır. Tənzimləyici normalar - iştirak-
çılara hüquqlar vermək və onların üzərinə öhdəliklər qoymaq yolu ilə icti-
mai münasibətləri tənzimləyən göstərişlərdən ibarətdir. Qoruyucu normalar
hüquqi məsuliyyət ölçülərinin nizamlanması və icbari-dövlət ölçülərinin -
sanksiyaların tətbiq edilmə qaydasına yönəldilmişdir. Tənzimləyici və qoru-
yucu normaları tamamlayan və inkişaf etdirən xüsusiləşdirilmiş normalar:
ümumi qadağanedici (ictimai münasibətlərin bəzi elementlərini müəyyən
edən), definitiv (verilmiş hüquqi kateqoriyanın əlamətlərini möhkəmləndi-
rən), deklarativ (verilmiş hüquqi normalar məcmusunun hüquqi prinsipləri
və məsələlərinin xülasəsini ehtiva edən), operativ (qüvvədə olan normativ
müddəaları ləğv edən və ya qüvvədə olan normaları ictimai münasibətlərin
yeni dairəsinə yayan), kollizion (normalar arasında seçimi tənzimləyən) tə-
limatları daxil edir.
Hüquqi tənzimləmə metodunun xüsusiyyəti odur ki, onda eyni bir prob-
lemlər üzrə müxtəlif qərarlar tətbiq edilə bilər. Dövlət idarəçiliyinin hüquqi
tənzimlənməsi məzmununu şərtləndirən proseslər və münasibətlərin xarak-
teri əsas etibarilə tipiklik (universallıq) və unikallıqla əlaqədardır. Dövlət
idarəçiliyinin universal komponentləri idarəetmə prosesində və dövlət siya-
sətinin həyata keçirilməsində daha aktual və təyinedicidirlər. Unikal kom-
ponentlər, konkret idarəetmə situasiyası tələbatlarının diktə etdiyi yaradıcı
təşəbbüs və müstəqilliyin üzə çıxması, konstruktiv imkanların reallaşdırıl-
ması şəraitini tələb edir. Müstəqil idarəetmə fəaliyyətində qanuniliyin həya-
ta keçirilməsi müəyyən məzmun, məsuliyyət, hüdudlar və miqyaslar tələb
edir ki, bu da hüquqi tənzimləmə strukturu haqqında məsələni aktuallaşdı-
rır. Hüquqi tənzimləmə strukturu elə qurulmalıdır ki, idarəetmənin hər bir
altsistemi onun mahiyyəti və təyinatına daha uyğun formaya malik olsun və
onun fəaliyyətinin effektivliyini təmin etsin. Hüquqi tənzimləmə strukturu-
na daxildir: qanunverici, daxili altsistem, normativ, özünüidarə, hüquq mü-
hafizə tənzimlənməsi, həmçinin normativ qərar. Qanunverici tənzimləmə ilə
dövlət idarəçiliyinin daha tipik elementləri - əsas prinsiplər, yanaşmalar,
metodoloji əsaslar və ümumi başlanğıclar təyin edilir. İdarəetmə prosesləri-
nin daxili altsistem normativ tənzimlənməsi ümumi və xüsusi konpetensiya-
lı icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Özünüidarə tənzim-
İdarəetmə mədəniyyəti
421
lənməsi xalqın iradəsinin ifadəsidir və məhdud ərazilər daxilində qüvvədə
olur. Hüquq mühafizə tənzimləməsi dövlət hakimiyyətinin müəyyən edilmiş
prinsipləri və institutlarını, vətəndaşların hüquqları və azadlıqlarını təmin
və müdafiə etməyə qabil olan nəzarət və hüquq mühafizə orqanları tərəfin-
dən həyata keçirilir. Normativ qərar şəhər, rayon hakimiyyəti və yerli özü-
nüidarə orqanları tərəfindən müvafiq kompetensiyaya uyğun olaraq həyata
keçirilir.
Hüquqi tənzimləmənin ən mühüm vəzifəsi yalnız qanunları təkmilləş-
dirmək deyil, həm də siyasətçilər, dövlət qulluqçuları və ölkə vətəndaşları
tərəfindən onların yüksək icra mədəniyyətinin formalaşdırılmasıdır. “Qa-
nunvericilik – qanunilik – hüquq qaydaları” zəncirində “qanuniliyə” əhə-
miyyətli yer ayrılır. Dövlət idarəçiliyi sistemində qanuniliyin qorunması ic-
ra hakimiyyətinin özü tərəfindən, həmçinin məhkəmə hakimiyyətinin fəa-
liyyəti, prokurorluq, ictimai təşkilatlar və ayrı-ayrı şəxsiyyətlər tərəfindən
təmin edilir. Qanuniliyi qorumaq məqsədilə, dövlət tərəfindən müxtəlif sə-
viyyəli idarəçilik fəaliyyəti üzərində iyerarxik ümumi və xüsusiləşdirilmiş
xarici nəzarət, habelə idarəçilik orqanlarının özündə daxili nəzarət həyata
keçirilir. Nəzarət mexanizmləri idarəetmə qərarları və fəaliyyətlərini onla-
rın qanunlara və digər hüquqi normativ aktlara uyğunluq nöqteyi-nəzərin-
dən izləməyə imkan verir. Ümumi nəzarət, hər bir dövlət orqanı və yerli
özünüidarə orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətlərin qanuniliyinə
və reallaşdırılmasına nəzarətdən ibarətdir. İdarəetmə fəaliyyətinin müəyyən
növləri üzərində xüsusiləşdirilmiş nəzarət səlahiyyətli orqanlar və onların
altsistemləri tərəfindən həyata keçirilir. Buraya: antiinhisar, gömrük, sani-
tar-epidemioloji, ekoloji, radiasiya nəzarəti, əmək qanunvericiliyinə riayət
edilməsinə, ərzaqların və xalq istehlakı mallarının keyfiyyətinə nəzarət, yol
hərəkətinə nəzarət və s. aiddir. Təşkilatlarda vəzifəli şəxslər tərəfindən hə-
yata keçirilən daxili nəzarətin effektivliyi nəzarət edən şəxslərin məsuliyyət
mədəniyyətindən asılıdır. Demokratik dövlətdə mühüm nəzarət funksiyala-
rını özlərinin konstitusiya ilə təmin olunmuş hüquqları, azadlıqları və ma-
raqlarını müdafiə etməyə qadir olan qeyri-hökumət təşkilatları, həmkarlar
ittifaqları, kütləvi informasiya vasitələri və ayrı-ayrı fərdlər yerinə yetirir-
lər.
İnsanın qərarları və fəaliyyətlərində nizamlılığın, sabitliyin və perspek-
tivliyin saxlanması vasitəsi olan qanunilik, cəmiyyətdə və dövlətdə mövcud
sabit hüquqi əlaqələr və münasibətlər sistemini ifadə edən hüquqi intizamda
öz təcəssümünü tapır. Hüquqi intizam sosial-hüquqi mədəniyyət atributu
kimi, insanların tələbatlarını və məqsədlərini təmin edir, mədəniyyət və ma-
raqların harmonizasiyasına, vətəndaşların hüquqlarının reallaşdırılmasına
yardım edir. Hüquqi intizam cəmiyyətin intellektual, hüquq və etik mədə-
Fuad Məmmədov
422
niyyəti ilə bağlıdır. Hüquqi intizam səviyyəsi qanunun və qanuniliyin in-
sanların şüuruna, davranışına və fəaliyyətinə təsir dərəcəsi, həmçinin ölkə-
də mövcud olan hüquq müəssisələrinin fəaliyyəti ilə bağlıdır. Dövlət idarə-
çiliyinin hüquqi intizama neqativ təsir edən əsas nöqsanları sırasına hüquqi
nihilizm, bürokratizm, dövlət qulluqçularının peşə hazırlığı, məsuliyyəti və
etik mədəniyyətinin qeyri-qənaətbəxş səviyyəsi aid edilir. Dövlət idarəçili-
yində qanuniliklə məqsədəuyğunluq arasındakı ziddiyyəti nəzərdən keçirər-
kən, mütəxəssislər qeyd edirlər ki, “məqsədəuyğunluq” adı altında çox vaxt
“mənfəət güdən motivlər, səriştəsizlik və subyektivizm özbaşınalığı” gizlə-
nir. Rusiya dövlətçiliyi təcrübəsini təhlil edərək və dövlət idarəçiliyində qa-
nuniliyin və hüquqi intizamın personalı birləşdirdiyini və dövlət aparatının
rasionallığını artırdığını qeyd edərək, Q.V.Atamançuk aşağıdakı problemlə-
ri ayırır ki, ölkədə qanuniliyin və hüquqi intizamın səviyyəsi onların həllin-
dən asılıdır: dövlətin baza hüquqi sənədi olan konstitusiyanın rolunun yük-
səldilməsi; qanunyaratma metodologiyası və texnikasının, hüquqi aktların
qəbul edilmə metodologiyası və texnologiyasının təkmilləşdirilməsi; qanu-
niliyin, onun təşkilati, informasiya, mənəvi və digər mexanizmlərə müvafiq
mühafizəedici, təsdiqedici və təminedici sisteminin formalaşdırılması; po-
zulmuş hüququn bərpası üçün məcburiliyin tətbiq edilməsi ilə əlaqədar hü-
qiq mühafizə orqanlarının möhkəmləndirilməsi; dövlətin və cəmiyyətin
ümumi səyi ilə qanun pozuntularının xüsusi çəkisinin azaldılması; beynəl-
xalq normativ aktların və milli qanunvericiliyin yaxınlaşdırılması, qabaqcıl
ölkələrin qanunvericilik, qanunilik və hüquqi intizamının müqayisəli səviy-
yəsini dəstəkləyən unifikasiya edilmiş hüquqi standartlara keçid; dövlət
aparatı kadrlarının hüquq və idarəetmə mədəniyyətinin xüsusi nəzərə çarp-
dırılması ilə əhalinin hüquqi şüurunun artırılması.
İctimai əlaqə formasını və razılaşdırılmış qaydaların, normaların, prose-
durların, davranışın, ünsuyyətin, müəyyən işlərin, vəzifələrin və rəhbərliyin
tapşırıqlarının aparılmasının insan tərəfindən qəbuluna və riayət edilməsinə
əsaslanan fəaliyyətini ifadə edən intizam - dövlət idarəçiliyində qanuniliyin,
rasionallığın və hüquqi intizamın təmin edilməsində mühüm rol oynayır.
İntizamın əhəmiyyəti onunla şərtlənir ki, o, dövlət idarəçiliyində sistemlili-
yi, rasionallığı və effektivliyi formalaşdırır ki, bunlarla sıx qarşılıqlı əlaqə,
qüvvələrin və resursların istifadəsi məhsuldarlığı, habelə idarəetmə prose-
sində insanlara idarəedici təsirlərin harmoniyası təmin edilir. Dövlət idarə-
çiliyində intizam münasibətləri ilə üç əsas qayda nəzərdə tutulmuşdur:
1) xidməti iyerarxiyadakı mövqeyindən asılı olmayaraq, dövlət idarəçiliyi
sisteminin istisnasız olaraq bütün işçiləri üçün bütün normalara, prosedur-
lara, adətlərə, ənənələrə və mənəvi tələblərə riayət edilməsi məcburiliyi;
2) vəzifə iyerarxiyasında işçinin rütbəsinin artması ilə, intizama olan tələb-
İdarəetmə mədəniyyəti
423
lərin artması; 3) idarəetmə prosesləri effektivliyinin mühüm şərti olan inti-
zamın permanent təkmilləşdirilməsi. İdarəetmə fəaliyyətinin müəyyən sahə-
lərində davranış məzmunu və tələblərindən asılı olaraq, dövlət idarəçiliyin-
də intizamı: planlaşdırma, müqavilə, maliyyə, xidməti, ştat, hesablama-sta-
tistik, əmək, təlim və digər növlərə bölmək qəbul edilmişdir. Planlaşdırma
intizamı - dövlət idarəçiliyinin əsaslandırılmış planlaşdırma, proqramlaşdır-
ma və proqnozlaşdırma məqsədlərinin formalaşdırılması prosesini və onlara
nail olmaq üçün razılaşdırılmış fəaliyyətlərin həyata keçirilməsini təmin et-
məyə yönəldilmişdir. O, müxtəlif idarəetmə subyektləri və obyektləri ara-
sındakı fəaliyyət müddəti və qaydasının razılaşdırılması, ehtimal edilən
proqramların və vəzifələrin yerinə yetirilməsində resurs təminatının davam-
lılığı məsələlərinin qarşılıqlı əlaqəli və koordinasiyalı həllini nəzərdə tutur.
Demokratik dövlətdə ictimai inkişafın mühüm amillərindən biri, dövlət or-
qanları arasında və yerli özünüidarə orqanları, sahibkarlıq strukturları və
qeyri-hökumət təşkilatları arasında üfqi qarşılıqlı əlaqəni əks etdirən müqa-
vilə intizamıdır. Dövlət idarəçiliyində başlıca yeri pul tədavülü, əmək haq-
qı, vergilər, kreditlər, investisiyalar, bank fəaliyyəti, büdcə prosesi, gömrük
rüsumları, pensiya təminatı və cəmiyyətin və dövlətin həyat fəaliyyətinin
digər sahələri ilə əlaqədar olan maliyyə intizamı tutur. Dövlətin və cəmiyyə-
tin rifahı, bir çox cəhətdən maliyyə intizamının vəziyyətindən asılıdır. Döv-
lət idarəçiliyinin rasionallığı və effektivliyi “dövlət qulluğu üzrə vəzifələrin
və qaydaların, tutduğu dövlət vəzifəsinə görə funksiyaların və səlahiyyətlə-
rin vicdanlı və məsuliyyətli icrasını” ifadə edən xidməti intizamdan cox ası-
lıdır. Ştat intizamı müvafiq orqanların müəyyən tipik modellərlə təşkilinə
uyğun olaraq, qulluqçuların işə qəbul edilmə və işdən azad olunma qayda-
larına riayət edilməsində rəhbərlərin məsuliyyətini nəzərdə tutur. Hesabla-
ma-statistik intizam, idarəetmə fəaliyyətinin, informativliyi və doğruluğu
təmin edən statistik göstəricilərinin dürüst və ixtisaslaşdırılmış formada
aparılmasını nəzərdə tutur. Əmək intizamı, əmək müqaviləsi və əmək qa-
nunvericiliyi şərtlərinə uyğun olaraq, dövlət idarəçiliyi sistemi işçilərinin
davranışını nəzərdə tutur. Təlim intizamı, dövlət idarəçiliyi sistemi persona-
lının öyrədilməsi üçün müvafiq tədris müəssisələrində qoyulmuş daxili təş-
kilati və metodik qaydaların gözlənilməsi ilə əlaqədardır.
Dövlət idarəçiliyinin informasiya təminatı
İnformasiya mədəniyyəti – elmi biliklərin, metodologiya, metodika və
texniki vasitələrin məcmusu kimi. Qlobal İnformasiya Cəmiyyəti Xarti-
yası. İdarəçilik informasiyasına qoyulan tələblər. Obyektiv idarəçilik in-
Fuad Məmmədov
424
formasiyasını doğuran səbəblər. Problemli, münaqişəli və ekstremal si-
tuasiyalar. İnformasiyanın aktuallığına, gerçəkliyinə, yetərliliyinə, əlça-
tanlığına və autentikliyinə (mötəbərliyinə, əslinə uyğunluğuna) qoyulan
tələblər. İdarəçilik qərarlarına aid informasiyaya qoyulan tələblər. İda-
rəçilik qərarlarının informasiya səviyyəsini təmin edən şərtlər. İdarəçi-
lik informasiyası təşkilinin əsas təkmilləşdirilmə prinsipləri. Qanuniliyin
informasiya təminatı. İnformasiya təminatının vəziyyəti: informasiyanın
paylanması və keyfiyyəti. İnformasiya üzərində nəzarət. Müasir infor-
masiya sisteminin komponentləri. İnformasiyanın saxlanması sisteminin
formalaşdırılması və bu sahədə fəaliyyətin əsas istiqamətləri üzrə
Q.V.Atamançukun tövsiyələri. “Biliklər cəmiyyətinin” təşəkkülü dövrün-
də bilmək və həll etmək zəruri olan problemlər.
İdarəetmə fəaliyyətinin əsas vasitələrindən biri predmetlər, təzahürlər, hadi-
sələr, insanlar, proseslər, münasibətlər haqqında toplanmış və müəyyən qayda-
da sistemləşdirilmiş məlumatlar məcmusunu ifadə edən informasiyadır. Dövlət
idarəçiliyinin müasir informasiya sistemi - informasiya materialının özü, onun
formaları, metodları, texniki emal vasitələri və informasiya axınına qoşulan in-
sanları daxil edir. O ən yeni hesablama texnikasını, EHM şəbəkələri və proq-
ramlarının tətbiqini, mikroelektronika, informatika, mikroprosessorlar, robotlar
və effektiv informasiya texnologiyalarının yaradılması imkanlarını açan digər
xidmət vasitələrinin həyata keçirilməsini nəzərdə tutur. M.Kastelsin fikrincə,
“müasir informasiya iqtisadiyyatının“ dəyəri, onun məhsuldarlığı və rəqabət
qabiliyyətinin əsası kimi çıxış edən, biliklərə əsaslanan informasiyanı generasi-
ya etmək, emal etmək və effektiv istifadə etmək qabiliyyəti ilə şətrlənir. Bu,
“informasiya cəmiyyətinə” aparan yoldur ki, onun formalaşmasında mühüm
rol - demokratik mədəniyyətin prinsip və dəyərlərinə yönəldilən dövlət idarəçi-
liyinin bütöv informasiya sisteminə məxsusdur.
Dövlət idarəçiliyinin informasiya təminatının əsasını, informasiya işi-
nin bütün istiqamətlərində elmi biliklərin, metodologiya və metodikanın
ən yeni texniki vasitələrlə üzvi surətdə birləşdirilməsini nəzərdə tutan in-
formasiya mədəniyyəti təşkil edir. Dünya sivilizasiyasında yer tutan,
transmilli informasiya-telekommunikasiya şəbəkələrinin yaradılması ilə
müşayiət olunan informasiya texnologiyaları inqilabı bilik cəmiyyətinin
təşəkkül tapmasında mühüm rol oynayır. 2000-ci ilin iyul ayında Okina-
vada qəbul edilmiş Qlobal İnformasiya Cəmiyyəti Xartiyasında aşkar edi-
lən mənbələrin aşağıdakı mənimsəmə istiqamətləri müəyyən edilmişdir:
1) rəqəmsal texnologiyaların imkanlarından istifadə etmək; 2) elektron-rə-
qəmsal uyğunsuzluğunun aradan qaldırılması; 3) ümumi iştiraka yardım;
İdarəetmə mədəniyyəti
425
4) gələcək inkişaf. Demokratik ölkələrin “informasiya cəmiyyətlərinə”
keçidi - insanın həyat fəaliyyəti və dövlət idarəçiliyində informasiyanın
rolunu müqayisə edilməz dərəcədə artırmışdır. Biliyin yayılma formala-
rından biri olan informasiya, ictimai inkişaf proseslərinin təşkili və tən-
zimlənməsinə böyük təsir göstərir. Bununla bərabər reallıq ondan ibarət-
dir ki, informasiya - obyektiv aləmi yalnız əks etdirməyən, həm də onu
yaradan elmi biliyi, məhsuldar təfəkkürü, şüuru əvəz edə bilməz. Bu sə-
bəbdən dövlət idarəçiliyinin ən mühüm vəzifəsi - idarəçi kadrların infor-
masiyanı idarə etmək, onu dövlət idarəçiliyi və ictimai inkişafın milli ma-
raqlara cavab verən resursu kimi istifadə etmək bacarığıdır.
Dövlət quruculuğunda istifadə edilən idarəçilik informasiyası, xüsusi
idarəetmə məqsədləri və vəzifələrinə yararlı ümumi informasiyanın bir
hissəsidir. Məzmununa görə idarəetmə tələbatlarını təmin edən bu infor-
masiya, məmurların maraqları və məqsədlərini, konkret idarəçilik təşkilatı
mexanizmləri və vasitələrini, insanların şüuru, davranışı və fəaliyyətinin
tənzimlənməsini əks etdirir. İdarəçilik informasiyası keyfiyyətli olmalıdır
və: cəmiyyətin həyat fəaliyyəti sistemində dövlətin yeri və roluna görə;
konkret dövlət orqanlarının səlahiyyətlərinə görə; idarəçilik proseslərinin
icbari reallaşdırılmasına dair qanunların və digər normativ hüquqi aktların
xarakterinə və iyerarxiyasına görə; idarə olunan obyektlərin xüsusiyyətlə-
ri, formaları və qanunauyğunluqlarına görə; idarəedici təsirlərin və onla-
rın təsiri alrında baş verən dəyişikliklərin qavranılmasına görə istiqamət-
ləndirilməlidir. Belə yanaşma idarəçilik məsələlərinin həllini sadələşdirir,
idarəetmə proseslərində mədəniyyət entropiyasının aradan qaldırılmasına
yardım edir. Obyektiv idarəçilik informasiyasını doğuran mənbələr bun-
lardır: müəyyən istiqamətdə və müəyyən dövrdə idarəetmə qərarlarının
qəbulu və ya fəaliyyətlərin yerinə yetirilməsinin əsasını təşkil edən qa-
nunverici və digər akt normaları; öz qanuni maraqları və subyektiv hü-
quqlarının reallaşdırılmasına görə vətəndaşların dövlət orqanlarına müra-
ciəti; icrası aşağı orqanlara aid olan və dövlət idarəçiliyinin reallığını tə-
min edən, yuxarı dövlət orqanlarının vacib göstərişləri; idarə olunan ob-
yektlərin vəziyyətini, həmçinin idarəetmə subyektlərinin fəaliyyət səviy-
yəsini əks etdirən, nəzarət proseslərində aşkar edilən faktlar, münasibət-
lər; dövlət orqanları və vəzifəli şəxslərin operativ və güclü fəal müdaxilə-
sinə ehtiyacı olan problemli, münaqişəli, ekstremal və digər mürəkkəb si-
tuasiyalar.
Problemli, münaqişəli, ekstremal və digər mürəkkəb situasiyalar üçün
konkret dövlət strukturları və vəzifəli şəxslərin sürətli hərəkət modeli dü-
şünülməli və mənimsənilməlidir. Problemli situasiya həyat dialektikası
ilə şərtlənən obyektiv dəyişikliklərdən yaranır. Bu zaman idarəetmə sub-
Fuad Məmmədov
426
yektləri və ya obyektlərinin fəaliyyət parametrlərində kənara çıxmalar ya-
xud qoyulmuş məqsədlərə nail olma imkanına qarşı şübhələr ola bilər ki,
bu səbəbdən fəaliyyətin məqsədləri və parametrlərinin korreksiyası zəru-
riliyi yaranır. Bu zərurət həm də onunla şərtlənir ki, adətən, müxtəlif ida-
rəetmə səviyyələrində subyektiv interpretasiya nəticəsində ilkin informa-
siyanın təhrifi baş verir. İdarəetmə prosesləri iştirakçıları arasında yara-
nan ziddiyyətlər və bu ziddiyyətləri düzgün həll etmək bacarıqsızlığı nəti-
cəsində yaranan münaqişəli situasiya xüsusi informasiya axtarışını və isti-
fadəsini tələb edir. Belə informasiyanın məqsədi – münaqişənin aradan
qaldırılması məqsədi ilə onun aydınlaşdırılması, təhlil edilməsi və qiy-
mətləndirilməsinə obyektiv yanaşmanı təmin etməkdir. Bu zaman aşağı-
dakılar zəruridir: müstəqil ekspert qiymətləndirmələri, munaqişə tərəfləri-
nin mövqeləri və fikirlərinin səhih məlumatı, qüvvədə olan hüquq norma-
larının, universal etik prinsiplərin və tərəflərin xoş məramının istifadəsi.
Əsas məsələ ziddiyyətlərin səbəbinin aradan qaldırılmasını və onların ya-
radıcı istiqamətə yönəldilməsini, münaqişə enerjisini əməkdaşlıq enerjisi-
nə çevirməyi nəzərdə tutan münaqişəni idarə etmək bacarığıdır. Ekstremal
vəziyyət, bir qayda olaraq, qəzalar, təbii fəlakətlər, kütləvi iğtişaşlar, təşkil
edilmiş cinayətin törətdiyi informasiya qıtlığı və vaxt məhdudluğu şərai-
tində yaranan çətinliklərin aradan qaldırılması üçün dövlət orqanları və
vəzifəli şəxslərin fəaliyyətini nəzərdə tutur. Burada əsas vəzifə, yaranmış
situasiyaya uyğun tez və düzgün qərarların qəbulu üçün “isti izlərlə” düz-
gün informasiyanın operativ toplanmasıdır.
Mənbələrindən asılı olmayaraq, idarəçilik informasiyası, - aktuallıq,
etibarlılıq, kifayətlilik, əlverişlilik və autentiklik tələblərinə cavab vermə-
lidir. Aktuallıq, informasiyanın yeniliyini və günün tələblərinə uyğunlu-
ğunu, onun dövlət idarəçiliyinin aktual məsələlərinin həllinə yardım et-
mək qabiliyyətini nəzərdə tutur. Etibarlılıq, faktların və hadisələrin seçil-
məsi və sistemləşdirilməsi, müvafiq ekspertlərin və elmi prosedurların kö-
məyi ilə onların səbəbləri və qarşılıqlı əlaqələrini aşkar etməkdir. Kifayət-
lilik, idarəçiliyin modelləşdirilməsi və proqnozlaşdırılması proseslərinin
həyata keşirilməsi üçün lazım olan, tədqiq edilən idarəetmə probleminin,
onun mahiyyəti, xüsusiyyətləri, mənbələri və şəraitinin yüksək aydınlıq
səviyyəsini nəzərdə tutur. Əlçatanlıq, informasiyanın açıqlığını və onun
lazımi həcmdə və formatda operativ əldə edilməsi imkanını nəzərdə tutur.
Autentiklik, informasiyanın həqiqiliyini, əsassız şərhi istisna edən mənbə-
yə, orijinal nümunəyə onun dəqiq uyğunluğunu nəzərdə tutur.
İdarəetmə qərarlarına aid olan informasiyanın xüsusi əhəmiyyəti var-
dır. İdarəçilik qərarlarının qüvvəsi və nəticə etibarilə səmərəliliyi, idarəçi-
lik informasiyasının məzmun və keyfiyyətinin şərhindən asılıdır. Belə in-
İdarəetmə mədəniyyəti
427
formasiya idarəetmə tələbatları və məqsədləri, resursları və imkanları,
onun yaranma zəruriyyətinə səbəb olan şərait və səbəblər haqqında məlu-
matdan ibarətdir. Bununla yanaşı o, direktiv tələbləri, müddəaları, norma-
ları və qaydaları, həmçinin idarəetmə səviyyəsinin yüksəldilməsi, keyfiy-
yətinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilməsi zəruri olan fəaliy-
yətləri əks etdirir. İdarəçilik qərarlarının reallaşdırılması mərhələsində
informasiyanın məzmun keyfiyyəti informasiyanın icraçılara çatdırılma sü-
rətini və autentikliyini tələb edir, çünki müəyyən vaxtda aşağıdakı qərarın
asılı olduğu sərait və amillər dəyişə bilər: idarəetmə qərarında ifadə olu-
nan informasiyanın, onu qəbul edən orqan tərəfindən düzgün aydınlaşdı-
rılması və interpretasiyası; icraçılar tərəfindən informasiyanın necə qavra-
nıldığını müəyyən etməyə imkan verən operativ informasiya nəzarətinin
təşkili. İdarəçilik qərarlarının informasiya səviyyəsi aşağıdakı şərtlərdən
asılıdır: idarə olunan obyektin dəyişdirilməsi üçün nəzərdə tutulan idarə-
çilik qərarının təsdiqedici və yekun hissələrində təhlil, qiymətləndirmə və
sonrakı dəyişikliklər haqqında informasiyanın dolğunluğundan; nəzərdən
keçirilən məsələyə, ifadə dilinin konkretliyi və lakonikliyinə, sənədin ün-
vanlılığına birbaşa aidiyyəti olan informasiya qeydinin dolgunluğu və
düzlüyündən; xarici dillərdə tərtib edilmiş, idarəçilik situasiyasının bir və-
ziyyətdən digərinə keçmə mexanizmini düz şərh etməyə imkan verən an-
layışların, terminlərin və sözlərin, sənədlərin məna dəqiqliyinin düzgün
interpretasiyasından (icraçılar, məzmun, həcm, müddət, nəzarət qaydaları
və formaları haqqında, nəticələrin yekunlaşdırılması və qiymətləndirilmə-
si, işin keyfiyyətinə və vaxtında icrasına görə stimullaşdırma haqqında
yekun hissədəki informasiyaya xüsusi əhəmiyyət verilir); konkret infor-
masiya üslubu ardıcıllığı və vahidliyi ilə əldə edilən, hər bir idarəçilik qə-
rarında informasiyanın daxili uyğunluğundan; informasiya materialının
bərabər yerləşdirilməsi, icraçılardan xüsusi diqqət tələb edən informasiya-
nın əsas hissəsinin xüsusi qrafika vasitəsilə ayrılmasından; informasiya
əlaqəsinin məzmun və konseptual ardıcıllıqla ötürülməsini, onun “şaquli”
və üfqi” uyğunluğunu təmin edən, həmçinin informasiya sistemlərinin
formalaşmasına imkan yaradan - informasiyanın sistemlilik xarakterin-
dən; qoyulmuş problemin effektiv həllinə yardım edən qərarın məzmunu-
nun aydın və məntiqi formada təqdim edilməsindən.
Dövlət idarəçiliyinin informasiya təminatında, dövlət orqanlarının və
qüvvədə olan vəzifə təlimatlarının hüquqi statusuna riayət edilməsinə yar-
dım edən qanuniliyin informasiya təminatına əhəmiyyətli yer ayrılır.
Məqsəd, rəhbərlər tərəfindən qəbul edilən hüquqi normalar, onların dəyiş-
dirilməsi və əlavələr haqqında, prinsipial aktlar haqqında dövlət qulluqçu-
larının vaxtında məlumatlandırılmasından ibarətdir. Demokratik dövlətin
Fuad Məmmədov
428
xüsusiyyəti tələb edir ki, idarəetmə qərarları və fəaliyyətləri açıq, şəffaf
xarakter daşısın, cəmiyyətdə azad şəkildə müzakirə edilə bilsin və hamı-
nın qanuna bərabər tabeliyi ilə şərtləndirilsin. Bu prosesdə informasiyanın
keyfiyyəti və aktuallığının müəyyən edilməsinə, dövlət idarəçiliyinin ef-
fektivliyinə yardım edən müstəqil obyektiv ekspertiza müəyyən yer tutur.
Burada alim-kulturoloqlar, hüquqşünaslar, politoloqlar, sosioloqlar, iqti-
sadçılar və digər mütəxəssislər, elmi təşkilatlar, səlahiyyətli qeyri-höku-
mət təşkilatları və ittifaqlar, kütləvi informasiya vasitələri cəlb edilməli-
dirlər.
İnformasiya təminatının vəziyyəti, informasiyanın dövlət orqanı daxi-
lində paylanmasından və onun keyfiyyətindən daha çox asılıdır. Burada
ilk növbədə rəhbərlərin informasiya xidmətini, informasiyanın vəzifəli
şəxslər arasında bölüşdürülməsini, onun vəzifə funksiyalarının daha yaxşı
icra edilməsinə təsir göstərən əlçatanlığı, ayrı-ayrı əməkdaşlar tərəfindən
informasiyanın bir hissəsinin monopoliyasına yol verilməməsini təmin et-
mək lazımdır. İdarəçilik informasiyasına yiyələnmə - ifadə formalarının
unifikasiyası və standartlaşdırılması ilə bağlı onun rəsmiləşdirilməsi,
möhkəmləndirilməsi və istifadəsinə imkan verir. Rəsmiləşdirmə, dövlət
orqanları kompetensiyasının daha əsaslı şəkildə bölüşdürülməsi üçün la-
zım olan informasiyanın intellektual peşəkar axtarışı, məhsuldar seçimı,
təhlili və qiymətləndirilməsi üçün ilkin şərait yaradır. Bu məsələnin həlli-
nə sənədşünaslıq yardım edir. İnformasiya təminatında mühüm yer həm
də, onda qoyulmuş məqsədləri həyata keçirməyə imkan verən informasi-
yaya nəzarətə məxsusdur. Burada: informasiyanın məzmununun başa dü-
şülməsi autentikliyinə nəzarət; onun təyinat üzrə hərəkətinə nəzarət; in-
formasiyanın sosial praktikada əks olunmasına nəzarət; hesabat informa-
siyasının direktiv informasiya ilə uyğunluğuna nəzarət; informasiyanın fa-
siləsizliyinə və əks-əlaqələrin həyata keçirilməsinə nəzarət diqqət mərkə-
zində olmalıdır.
İdarəçilik informasiyasının təşkil edilməsinin əsas təkmilləşdirilmə
prinsipləri aşağıdakılardır: idarəçilik informasiyasının xarakteri və həc-
minin dövlət orqanlarının kompetensiyasına, dövlət vəzifələrinin funksi-
yaları və səlahiyyətlərinə uyğunluğu; idarəetmə qərarları üçün konkret
mahiyyəti, sosial dəyəri və aktuallığı, dövlət idarəetmə orqanlarının struk-
turu ilə uyğunluqda onun strukturluğunu əks etdirən məlumatların komp-
lektləşdirilmə keyfiyyəti hesabına, informasiya materiallarının vahid məz-
mununun zənginləşdirilməsi; informasiya axınının rəhbər həlqənin əlində
cəmlənməsi və onun müstəsna olaraq, rəhbər orqanın kompetensiyasının
reallaşdırılmasına tabe edilməsi.
İdarəetmə mədəniyyəti
429
Dövlət idarəçiliyi effektivliyinin təmin edilməsi zəruriliyindən çıxış
edərək, Q.V.Atamançuk informasiyanın saxlanması sisteminin aşağıdakı
məlumatlar hesabına formalaşdırılmasını məqsədəuyğun hesab edir: ida-
rəetmə sahəsində dövlət orqanlarının fəaliyyətini müəyyən edən material-
lar və sənədlərin; idarə olunan obyektlərin maddi, istehsal, texniki və tex-
noloji parametrlərini əks etdirən məlumatların; idarə olunan obyektlərin
fəaliyyətini tənzimləyən normalar, normativlər və stimullar haqqında mə-
lumatların; personalın kəmiyyət və keyfiyyət tərkibi, hazırlıq səviyyəsi və
peşəkarlığının artırılması haqqında məlumatların; elmi-texniki təfəkkürün
və onun ən yeni nailiyyətlərinin inkişafı haqqında, ölkədə və xaricdə qa-
baqcıl idarəetmə təcrübəsi haqqında məlumatların. Sistemin formalaşdırıl-
ması fəaliyyətin bir neçə istiqamətini nəzərdə tutur: texniki-texnoloji; ida-
rəetmə; idarə heyətinin peşəkarlıq və psixoloji hazırlığının inkişafı (o
cümlədən, hüquqi məqsədlərdə informasiyanın istifadəsi üçün); dövlət
idarəçiliyinin demokratlaşdırılması. Texniki-texnoloji istiqamət - kiberne-
tika və informatika sahəsində mütəxəssislər tərəfindən təmin edilir. İdarə-
çilik istiqaməti - idarəçilik informasiyasının standartlaşdırılması və unifi-
kasiyası yolu ilə təmin edilir. Peşəkarlıq və psixoloji hazırlığın inkişafı -
idarə heyəti tərəfindən informasiya texnologiyalarının bütün imkanların-
dan effektiv istifadə və informatikanın imkanlarına əsaslanan “elektron
hakimiyyəti” formalaşdırma qabiliyyəti üçün lazım olan bilik və bacarıq-
ların mənimsənilməsi yolu ilə həyata keçirilir. Müasir şəraitdə dövlət ida-
rəçiliyi informasiya sistemi tərkibində onlarla dövlət orqanlarına eyni
vaxtda xidməti təmin edən iri informasiya mərkəzlərinin yaradılması mü-
hüm əhəmiyyət kəsb etmişdir. Belə mərkəzlərin yaradılmasının əsasını
müasir informatikanın - informasiyanın ən yeni kompüter və periferik
qurğulara, kommunikasiya vasitələrinə və insanın informasiya ilə qarşı-
lıqlı əlaqələrinə əsaslanan avtomatlaşdırılmış toplanma, ötürülmə, emal
edilmə və istifadə nailiyyətləri, həmçinin informasiya işində insanın və
maşının qarşılıqlı əlaqəsinin reallaşdırılmasına kompleksli yanaşma təşkil
edir. İnformasiyanı inkişaf resursu kimi nəzərdən keçirərək, alim informa-
siyalı cəmiyyətin təşəkkülü dövründə öyrənilməsi və həll edilməsi zəruri
olan aktual problemləri ayırır.
Birinci problem onunla şərtlənir ki, informativ-texnoloji inqilab insan-
ların intellektinin məhsulu, məzmunu və praktik fəaliyyətidir. Məqsəd, in-
formasiya cəmiyyəti yaratmaq maraqlarında, müxtəlif istehsal və texnolo-
giyalarda həyata keçirmək üçün lazım olan bilik və təcrübəni anlamaqdan
və almaqdan ibarətdir. Bunun üçün aşağıda göstərilənlərin: a) milli bilik-
lərin və təcrübənin və onların informasiya-texnoloji inqilab tələbləri nöq-
teyi-nəzərindən qiymətləndirilməsinin; b) belə biliklərin və təcrübənin
Fuad Məmmədov
430
mənimsənilməsi, istifadəsi və inkişaf etdirilməsinin; c) artıq mövcud olan
informasiya potensialının praktik istifadəsinə mane olan əsasların, amillə-
rin və səbəblərin, hər şeydən əvvəl mənəvi səbəblərin inventarlaşdırılması
lazımdır.
İkinci problem milli mədəniyyətin (təfəkkür, davranış, fəaliyyət, isteh-
sal, məişət və s.) informasiya cəmiyyətini yaradan ölkələrin mədəniyyəti
ilə müqayisəli təhlilindən ibarətdir. Söhbət AS (Avropa Standartları) ilə
müqayisədə adambaşına düşən ÜDM göstəricilərinin və həyat rifahı və
keyfiyyətinin digər parametrlərinin müqayisəsi haqqında gedir. “Haki-
miyyət və valyuta axınlarının meydana gələn iqtisadi və sosial institutları,
hələ tam formalaşmazdan əvvəl, onları öz qlobal şəbəkələrində dezinteq-
rasiya etmək üçün udmağa cəhd etdikləri” haqqında xəbərdar edərək
(Amerika aliminə istinadən), Q.V. Atamançuk qeyd edir ki, insan həya-
tında olan hər şey, informasiyadan asılı olan və onu yaradan şüur ilə mü-
əyyən və müşayiət edilir. O, ruhi və maddi mədəniyyətdə neqativ, dağıdıcı
proseslərin aradan qaldırılmasını, hissi-emosional, əyləncəli və mifoloji
mədəniyyətdən - intellektual, texnoloji və yaradıcı mədəniyyətə keçidi tə-
min edən yeni (mədəni - F.M.) siyasət və praktikanın yaradılması tələbatı-
nı qeyd edir.
Üçüncü problem, bir tərəfdən, insan təfəkkürünün dünyagörüşü, fəlsə-
fəsi və metodologiyasının dəyişməsi, digər tərəfdən, istehsal qüvvələrinin
- insan potensialı, maddi-texniki istehsal, təbiətə münasibət kimi kompo-
nentlərinin də keyfiyyət dəyişikliyi ilə əlaqədardır. Söhbət insanların ide-
alları, dəyərləri və həyat məqsədlərinin, onların davranışı və fəaliyyətinin
dəyişməsindən, yeni istehsal vasitələrinin, yeni texnologiyaların, yeni iş-
çilərin, beynəlxalq vəziyyətin və onun inkişaf tendensiyalarının yeni qiy-
mətləndirmə zəruriliyindən gedir. Burada müxtəlif ölkələrin və xalqların,
siniflərin və sosial qrupların mədəniyyətlərinin ümumiliyini və fərqini,
identikliyi (eyniliyi) və qarşılıqlı asılılığı, tələbatların, maraqların və məq-
sədlərin real ziddiyyətlərini nəzərə almaq lazımdır. Bu problemlərin həlli
yolu yüksək ruhi mədəniyyətdən – elmi biliklərin inkişafı və istifadəsin-
dən, insanların fiziki və psixi sağlamlığının möhkəmləndirilməsindən,
məktəb və ali təhsil sisteminin təkmilləşdirilməsindən, şüurlu həyat tər-
zindən keçir ki, onların ölçülməsi informasiyalı cəmiyyət paradiqmaları
ilə müqayisə edilməklə həyata keçirilməlidir.
Dördüncü problem, informativ-texnoloji inqilabın təsiri altında bütün
növ hakimiyyətlərin mahiyyəti, subyektləri və münasibətlərinin dəyişməsi
ilə bilavasitə bağlıdır. Burada söhbət, hüdudları daxilində bütün sərhədlə-
rin açılmasını və kapitalın azad hərəkətini tələb edən beynəlxalq oliqarxi-
ya maliyyə hakimiyyətinə məxsus olan iqtisadi hakimiyyətdən gedir.
İdarəetmə mədəniyyəti
431
Əməklə kapital arasındakı münasibətlər mühüm siyasi problemdir. Əgər
kapital, qanuna uyğun olaraq, həmişə kosmopilitikdirsə, mobildirsə və da-
imi gəlir axtarırsa da, əmək, əsasən, yaşayış yerinə və konkret istehsala
bağlıdır. Əgər kapital dövlət institutunu şübhə altına alır və əmək adamla-
rına münasibətdə onu son dərəcə siyasi funksiyalar kimi qələmə verməyə
çalışırsa da, real kapital mənbəyi olan əmək, dövlətdə maraqlıdır, onu
dəstəkləməyə, möhkəmləndirməyə və qorumağa hazırdır. Bu səbəbdən
dövlət hakimiyyəti maraqları harmonizasiya etməyi və kapitalla əmək
arasındakı ziddiyyətləri həll etməyi bacarmalıdır. Buna əsaslanaraq “döv-
lət idarəçiliyi orqanlarının strateji vəzifələri bunlardır: dövlətin möhkəm-
ləndirilməsi, əməklə kapital arasında korporativ münasibətlərin genişlən-
dirilməsi, ölkənin inkişafında milli və beynəlxalq kapitala maraq oyatmaq
üçün şəraitin yaradılması, quruculuq ideologiyasının, resursların rasional
istifadəsi yaradıcılığının formalaşdırılması”. Belə məsələlərin müvəffəqiy-
yətli həlli yeni kulturoloji təfəkkürün (siyasi və idarəedici) formalaşdırıl-
masını, intellektual və mənəvi mədəniyyətin, keyfiyyətli təhsilin inkişaf et-
dirilməsini, müasir elmin nailiyyətləri və metodologiyasının dərindən mə-
nimsənilməsini tələb edir. Bu, effektiv dövlət idarəçiliyi maraqlarında
kulturoloji təfəkkürə sahib olmağın və müasir kulturoloji metodologiya və
nailiyyətlərdən düzgün istifadə etməyin həyati vacib olduğu idarəçi kadr-
ların peşəkarlıq hazırlığına münasibətdə xüsusilə aktualdır.
Beşinci problem, inkişaf resursu olan informasiyanın özünün təhlili,
qiymətləndirilməsi və istifadəsi ilə bağlıdır. Bu problemin mahiyyəti
onunla şərtlənir ki, çox sürətli inkişafla xarakterizə olunan informasiya,
özündə yalnız pozitiv deyil, həm də neqativ, dağıdıcı, qeyri-əxlaqi kom-
ponentlər də daşıyır. Bu şəraitdə mühüm vəzifə, bəşəriyyətin inkişaf re-
sursu, quruculuq, əməkdaşlıq və sülh vasitəsi olan informasiyanın düzgün
istifadə edilməsidir. Burada proqressiv inkişafın qiymətli resursu olan in-
formasiyanın təhlili, qiymətləndiruilməsi və istifadəsi üçün məsuliyyət
daşiyan dövlət hakimiyyəti və onun aparatına mühüm rol məxsusdur.
Dostları ilə paylaş: |