AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Fəsil 7. Bir sıra qərb demokratik ölkələrinin



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

 

Fəsil 7. Bir sıra qərb demokratik ölkələrinin 

dövlətçilik mədəniyyəti 

 

Böyük Britaniya dövlətçilik mədəniyyətinin xüsusiyyətləri. ABŞ 

dövlətçilik mədəniyyətinin xüsusiyyətləri. Fransa dövlətçilik mədə-

niyyətinin xüsusiyyətləri. Yunanıstan dövlətçilik mədəniyyətinin xüsu-

siyyətləri.  

 

Fuad Məmmədov

 

 

432



Hər bir ölkənin daxili və xarici siyasətinin effektivliyi onun - cəmiyyətin   

intellektual, siyasi, təşkilati, hüquq, idarəetmə, etik, sosial və diplomatik 

mədəniyyətini özündə təcəssüm etdirən dövlətçilik mədəniyyəti səviyyəsin-

dən daha çox asılıdır. Bu baxımdan Qərb demokratik ölkələrinin dövlətçilik 

mədəniyyəti təcrübəsi və xüsusiyyətləri ilə tanışlıq - inkişaf etməkdə olan 

respublikalar üçün praktik əhəmiyyətə malikdir.

43

 

 



 

Böyük Britaniya 

 

Hökumətin parlament çoxluğu ilə formalaşdığı parlament dövlətçiliyinin 

klassik nümunəsini Böyük Britaniya təmsil edir. Böyük Britaniyanın dövlət-

çilik mədəniyyətində ənənəvilik və islahatçılıq, monarxiya və demokratiya, 

parlament hakimliyi və güclü icra hakimiyyəti, hakimiyyətlərin bölünməsi 

və onların əməkdaşlığı, dövlətin mərkəzləşdirilməsi və özünüidarə harmo-

nik şəkildə uyğunlaşır.  

Ciddi tarixi sarsıntılara baxmayaraq Böyük Britaniya dövlətçiliyinin in-

kişafı, bir çox başqa Avropa ölkələrindən fərqli olaraq, kifayət qədər təka-

mül, ardıcıl və üzvi surətdə baş verirdi. Əsas etibarilə ada ölkəsi şəraiti və 

bununla bağlı olan nisbi təhlükəsizliklə və mərkəzləşdirilmiş hakimiyyətə 

tələbatın azlığı ilə  şərtlənən Britaniya siyasi inkişafının xüsusiyyəti, bir 

sıra dövlət institutları fəaliyyətinin qeyri-formallığı və həyat fəaliyyətinin 

faktik presedentləri əsasında milli inkişaf idi. Ayrı-ayrı presedentlər dəfə-

lərlə təkrarlanaraq, normaya çevrilir və çox zaman mövcud qanunvericilik 

ruhuna qarşı  çıxan konvensiyalarla (konstitusiya razılaşmaları ilə) möh-

kəmləndirilirdi. Hüquq normalarının formalaşmasında məhkəmə prese-

dentlərinin nəzərə çarpan rolu ilə şərtlənən ingilis hüququnun xüsusiyyəti 

belə yaranmışdır.  

Məşhur ingilis hüquqşünasi A. Daysi tərəfindən ifadə edilmiş konvensi-

ya normalarına uyğun olaraq, ingilis monarxı hər iki palatanın təsdiq etdiyi 

qanun layihəsini qəbul etməyə bilməz. Parlament tərəfindən dəstəklənmə-

yən nazirlər istefaya getməli idilər, lordlar isə maliyyə billəri (qanun layihə-

ləri) təşəbbüsü qaldırmaq hüququna malik deyillər.  Əgər Lordlar palatası 

məhkəmə rolunu oynayırsa, orada mühakimə üsulu üçün qabaqcadan xüsu-

si təyin edilmiş “məhkəmə lordları” iclas edirlər.  

“Yazılmamış” Britaniya konstitusiyası ona yol verir ki, dövlət institutla-

rının fəaliyyəti, əsasən, konstitusiya xassəli qanun-nizamnamələri və kons-

                                                            

43

 Bu  fəslin materialları  tərəfimizdən S.V.Pronkin və O.E.Petruninanın 2001-ci ildə  nəşr 



edilmiş, bir sıra aparıcı demokratik ölkələrin dövlətçiliyinin  ətraflı surətdə açıqlandığı 

«Государственное управление зарубежных стран» (“Xarici ölkələrin dövlət idarəçiliyi”) 

kitabı əsasında kulturoloji baxımdan yenidən işlənmiş və ümumiləşdirilmişdir.  


İdarəetmə mədəniyyəti 

 

433



titusiya razılaşmaları ilə tənzimlənir. Birləşmiş Krallığın dövlətçilik mədə-

niyyətinin orijinallığı həm də onunla şərtlənir ki, dövlət hüququnun mənbə-

ləri kimi müvafiq məhkəmə qərarları və dövlətin hüquqi normalarının ma-

hiyyətini izah edən görkəmli hüquqşünasların əsərləri tətbiq edilir.  

Böyük Britaniya parlamenti üç əsas elementdən: monarx, lordlar və ic-

madan ibarətdir ki, bunlardan İcmalar palatası müasir şəraitdə real hakimiy-

yət vasitəsidır. Daysinin parlamentin üstünlüyü doktrinasına uyğun olaraq, 

parlament istənilən qanunu çıxarmaq və ya onu ləğv etmək suveren hüqu-

quna malikdir, onun aktlarını poza biləcək şəxs və ya idarə yoxdur. Hüquqi 

qüvvəsinə görə bütün qanunlar rəsmən bərabərdirlər ki, bu, əhəmiyyətinə 

görə qanunlar iyerarxiyasının olmamasını bildirir ki, bu zaman onların daha 

mühümləri müəyyən “sərtlik” qazanırlar, həmçinin konstitusiya nəzarəti 

sisteminin olmamasını göstərir.  

Böyük Britaniyanın monarxiya quruluşu öz xüsusiyyətləri ilə fərqlənir. 

Monarxın geniş  səlahiyyətləri qanunvericiliklə deyil, konstitusiya razılaş-

maları ilə məhdudlaşdırılmışdır. Hüquqi yanaşmada “taxt-tac” anlayışı həm 

monarxı, həm hakimiyyəti, həm də bütövlükdə dövlət aparatını ifadə edir.  

Nazirlərin icra səlahiyyətlərində, hələ orta əsrlərdə formalaşan “kral 

səhv edə bilməz” və deməli, mühakimə edilə bilməz - prinsipi əsas götürül-

müşdür. Lakin idarəetmənin qanunun aliliyi və məsuliyyət əsasında həyata 

keçirilməsi zəruriliyini nəzərə alaraq, monarxın əmrləri, onlara görə bütün-

lüklə siyasi və cinayət məsuliyyəti daşıyan nazirlərin imzası ilə təsdiq edi-

lir. Bu qaydanın  əsasını - “qanunun pozulmasına haqq qazandırmaq üçün 

heç kəs kralın əmrinə əsaslana bilməz” - prinsipi təşkil edirdi.  



 

ABŞ 

 

Formalaşması  və inkişafı spesifik təbii-coğrafi və tarixi şəraitdə, ciddi 



sosial-mədəni inkişaf təcrübəsinə, müstəqilliyə və özünüidarəyə malik olan, 

bir çox xalqların mədəniyyətlərinin sintezi mühitində baş vermiş ABŞ döv-

lətçilik mədəniyyəti öz xüsusiyyətləri ilə fərqlənir.  

Amerikalılar öz dövlətçilik uğurları  səbəblərindən birini, qanunverici, 

icraedici və məhkəmə hakimiyyətlərinin, federal hökumətin və ştatların hö-

kumətlərinin sərt bölgüsünü təmin edən ənənəvi konstitusiya quruluşunda, 

məşhur “nəzarət və tarazlıq” sistemində görürlər. Amerika 200 ildən artıq 

hesablanan və daha cox ehtiram edilən milli rəmzlərdən biri olan, ən qədim 

yazılı və demokratik dünyada fenomenal sabit konstitusiyaya malikdir. İlk 

demokratik konstitusiya təcrübəsi olaraq, dəfələrlə sosial-mədəni həyatın 

reallıqları ilə şərtlənən əlavə düzəlişlərə məruz qalmış Amerika konstitusi-

yası kompromisli xarakter almışdır. Burada liberalların və mühafizəkarla-



Fuad Məmmədov

 

 

434



rın, federal hökumətin güclü hakimiyyət tərəfdarları və ştatların hüquqları 

müdafiəçilərinin, azad və quldarlıq  ştatlarının maraqları  əks olunmuşdur. 

ABŞ konstitusiyasının xüsusiyyəti, ölkənin əsas qanununun bir çox müddə-

alarının qeyri-müəyyənliklə  əlaqəli problemlərindədir. Amerikada ilk dəfə 

konstitusiya nəzarəti sistemi yaradılmışdır.  

Amerika dövlətçiliyinin konstitusiya modeli, bir-birindən asılı olmaya-

raq formalaşan, icraçı (prezident) və qanunverici hakimiyyətin sərt bölgüsü, 

həmçinin məhkəmə hakimiyyətinin müstəqil fəaliyyəti ilə xarakterizə edi-

lən prezident respublikasıdır. Dövlətin siyasi təşkilat forması, ştatların, xü-

susən torpaqdan istifadə, polis, təhsil və s. sahələrdə geniş səlahiyyətlərini 

təmin edən federasiyadır. Federasiyalar və ştatlar arasındakı ixtilaflara bax-

mayaraq, federal quruluş haqlı olaraq Amerika dövlətçiliyinin müvəffəqiy-

yətliliyi səbəblərindən biri hesab edilir. Ştatların hüququnu yalnız konstitu-

siya deyil, öz ştatlarına sadiqliyini saxlayan ictimaiyyətin rəyi də qoruyur. 

Konstitusiyaya edilmiş onuncu əlavə düzəlişə uyğun olaraq (1791), bütün 

sosial səlahiyyətlərin “ştatlara yaxud xalqa” aid olması elan edildi. Höku-

mət müəssisələrinin mərkəzləşdirilməsi tendensiyaları, yerli maraqlarla sıx 

əlaqədar olan üzvlərdən ibarət Konqresin müqavimətinə rast gəlir.  

ABŞ-ın dövlətçilik mədəniyyətinin xüsusiyyəti  respublikaçılıq və libe-

ralizmdir. Respublikaçılıq, monarxiya Böyük Britaniyası ilə tarixi mübarizə 

prosesində formalaşmışdır. Öz başlanğıcını Lokkun, Monteskyenin ideyala-

rından götürən və anqlosakson fərdiyyətçiliyi ilə şərtlənən liberalizm - və-

təndaşların, “Hüquqlar haqqında bill”də  əksini tapan hüquq bərabərliyinə 

və siyasi hüquqlarına əsaslanır. İnsanın müstəqilliyinə hörmət üzərində qu-

rulan, Amerika xalqının mühacirlər milləti, “fərdlərin birliyi” kimi forma-

laşması  şəraitində o “amerikanlaşdırılmışdır.” Mühafizəkar mülkiyyətçilik 

dəyərləri əsasında yaranan, çox vaxt demokratiya ilə qarşı-qarşıya qoyulan 

bu ənənə sonralar Ruzveltin “Yeni kursu” sayəsində dövlətin sosial öhdə-

likləri ilə təkmilləşdirildi.  

ABŞ dövlətçilik mədəniyyətinin xarakterik siyasi vasitəsi “məhdud ida-

rəetmə”  prinsipinin ifadə edildiyi ”nəzarət və tarazlıq” sistemidir. Onun 

mahiyyəti – ikipalatalı qanunverici, icra və məhkəmə hakimiyyətlərinin sərt 

“şaquli” bölgüsündən, həmçinin səlahiyyətlərin federasiya və ştatların haki-

miyyətləri arasında “üfqi” bölgüsündən ibarətdir. ABŞ-ın icra hakimiyyəti 

Konqresə növbədənkənar seçkilər elan etmək hüququna malik deyil, Konq-

res isə sadə səsvermə ilə prezidentə etimadsızlıq ifadə etmək və onu istefa-

ya göndərmək səlahiyyətində deyil. Prezidentə impiçment (etimadsızlıq) 

fövqəladə xarakter daşıyır.  

Bununla bərabər hakimiyyətlər “birgə kompetensiyalar sahəsinə” malik-

dirlər: qanunverici hakimiyyət yalnız Konqresə deyil, həm də prezidentə və 


İdarəetmə mədəniyyəti 

 

435



məhkəmələrə  məxsusdur. Prezident təxirəsalma veto hüququna malikdir. 

Məhkəmələr, presedentlərin köməyi ilə hüquq normaları yaradırlar və qa-

nunvericiliyə onun konstitusiyalılığı nöqteyi-nəzərindən nəzarət edirlər. 

Prezidentin icra hakimiyyətinə Konqres tərəfindən büdcə vasitəsi ilə nəza-

rət olunur. Yüksək vəzifələrə təyinatları daxil etməklə, icra hakimiyyətinin 

bir çox aksiyaları qanunvericilərin sanksiyası ilə  həyata keçirilir, onların 

konstitusiyaya uyğunluğu isə məhkəmələr vasitəsi ilə qiymətləndirilə bilər.  

Dövlət hakimiyyəti subyektlərinə müxtəlif səlahiyyət müddətləri təyin 

edilir. Belə ki, Nümayəndələr palatası iki il, prezident – dörd, senatorlar – 

altı il, federal hakimlər, “nə qədər ki, özlərini yaxşı aparırlar” (during good 

behavior), müddətsiz təyin edilirlər ki, bu da, dövlət institutlarını daim ye-

niləşdirməyə və onların məsuliyyət və rəqabət qabiliyyətinin saxlanmasına 

imkan verir.  

ABŞ üçün xarakterik olan “nəzarət və tarazlıq” sistemi elementlərindən 

biri, prezident və Konqres palataları seçkilərinin vaxt müxtəlifliyi ilə, həm-

çinin müxtəlif siyasi partiyalar tərəfindən icraedici və qanunverici hakimiy-

yətlərə nəzarət etmə ilə şərtlənən “hakimiyyətin bölünməsidir.” 4 ildən bir 

prezidentin, Nümayəndələr palatasının və Senatın üçdə birinin eyni vaxtda 

seçildiyi “böyük çərşənbə axşamı” istisnadır. “Bölünmüş hakimiyyət” ABŞ 

prezidenti və Konqresin əməkdaşlığını çətinləşdirir. Münaqişələrin və siya-

si böhranların aradan qaldırılmasına, Konqres üzvlərinin partiya intizamı-

nın zəifliyi və Konqres üzvlərinin əsasən öz seçici dairələrinin mənafeyini 

müdafiə etmək meylliliyi ilə şərtlənən - buna da öz növbəsində, birmandatlı 

dairələrdə qurulmuş majoritar seçki sistemi imkan yaradır - regional məna-

fedə oyunlar hesabına prezidentin siyasi müxalifətlərlə razılığa gəlməsi im-

kanı kömək edir.  

ABŞ-ın parlament sistemi Konqresin hər iki palatasının – Nümayəndələr 

palatası və Senatın bərabər hüquqlu olmasından ibarət “bikameralizmi” ilə 

fərqlənir ki, Böyük Britaniyada bu yoxdur. Qanunların qəbul edilməsi yal-

nız palatalar arasında tam razılıq olduğu halda mümkündür. Bununla bəra-

bər Nümayəndələr palatası Senatın mümkün olan vetosunu aradan qaldır-

maq üçün konstitusiya hüququna malik deyil.  

Böyük Britaniyada olduğu kimi, ABŞ-da da ikipartiyalı sistem forma-

laşmışdır. Seçkilərdə qalib gəlmiş partiya “bosslarının” öz fəallarına ümumi 

vəzifələri payladıqları, əvvəlcə formalaşmış “qənimət” və ya “bossizm” sis-

temi” artan ictimai narazılıq səbəbindən sonralar ləğv edildi. Bu ənənəni, 

gələcək seçkilərdə seçicilərin özlərinə namizədləri təyin etmək imkanı ve-

rən ilkin seçkilər sistemi - “praymeriz” əvəz etdi. Praymerizin öz vəsaitləri 

hesabına üstün gəlməsi, “böyük seçkilərdə” rəsmi partiya namizədi olmağa 


Fuad Məmmədov

 

 

436



və siyasətçilərin yüksək partiya fəallarından asılılığını minimuma endirmə-

yə imkan verir. 

ABŞ Konqresində  səsvermənin xarakteri, qanun layihəsinin dairə ma-

raqlarına toxunması yaxud toxunmamasından asılıdır. Birinci halda, hər iki 

partiyadan mühafizəkarların və liberalların prinsip etibarilə az fərqlənən 

proqramları ilə  iştirak etdikləri qarışıq demokratik-respublika səsverməsi 

adi hal olur. Siyasi təcrübədə respublikaçıların və mühafizəkar demokratla-

rın birgə səsverməsini ifadə edən “konservativ koalisiya” da xarakterikdir.  

Partiyaların ictimai dəyəri onların ideoloji fərqləri ilə şərtlənmişdir. Mə-

lum olduğu kimi, “Yeni kurs”, “Yeni üfüqlər” və “Böyük cəmiyyətin“ va-

risləri olan demokratlar, dövlət siyasətinin sosial oriyentasiyası, aztəminatlı 

amerikalıların himayə edilməsi, ABŞ-da və dünyada insan hüquqlarının 

müdafiəsi uğrunda çıxış edirlər. Respublikaçılar isə azad bazar münasibət-

lərini, insanın özünə  və ailəsinə görə  şəxsi məsuliyyətini, “ucuz dövləti” 

daxil edən “ənənəvi Amerika dəyərlərinin” qorunması  tərəfdarları olaraq, 

vergilərin azaldılması ilə eyni vaxtda sosial xərclərin azaldılması  uğrunda 

çıxış edirlər. Bununla bərabər onlar demokratları etatizmdə, vergilərin və 

büdcə xərclərinin artırılmasında, sosial parazitizmin təşviqində təqsirləndi-

rirlər. Buna görə də demokratların tərəfdarları kimi, qadınlar, etnik və dini 

azlıqlar, dövlətin himayəsindən asılı olan aşağı  gəlirli vətəndaşlar çıxış 

edirlər. Respublikaçılar uğrunda orta və yüksək gəliri olan amerikalılar mü-

barizə aparırlar. Bu və ya digər partiyaya mənsub olma qanunverici orqan-

larda siyasətçilərin fəaliyyətini asanlaşdırır və onların vəzifə yüksəlişinə 

kömək edir.  

ABŞ dövlətçilik mədəniyyəti üçün, burada rəsmi dövlət-siyasi institut 

xarakteri almış  lobbizm  xarakterikdir.  Lobbizmin geniş yayılması ABŞ 

konstitusiyasına edilmiş birinci əlavə düzəlişlə şərtlənir ki, buna uyğun ola-

raq, “xalqın dinc şəkildə toplaşmaq və  şikayətlərin təmin edilməsi barədə 

ərizələrlə hökumətə müraciət etmək hüququ” təmin edilir. Lobbizmin inki-

şafına üç əsas reallıq təsir göstərmişdir: siyasi partiyaların (onların seçki 

kompaniyasını maliyyələşdirməyə qadir olan “maraq qruplardan” asılılığı 

ilə  şərtlənən) zəifliyi; hakimiyyət mərkəzlərinin (eyni vaxtda icraedici və 

qanunverici orqanlarda, mərkəzdə və regionlarda maraqları lobbiləşdirmək 

zərurəti yaradan) “üfqi” və “şaquli” yayılması; cəmiyyətdə müxtəlif dəyər-

lərə  və maraqlara malik çoxlu sayda fəal sosial qrupların (siyasi, iqtisadi, 

sosial, milli, peşəkar, dini və s.) mövcudluğu. Lobbiçilik fəaliyyətinin hü-

quqi tənzimlənməsi məqsədi ilə 1938-ci ildə xarici agentlərin qeyd olunma-

sı haqqında Qanun qəbul edildi, 1946-cı ildə lobbizmin tənzimlənməsi haq-

qında Federal qanun, 1995-ci ildə - lobbiçilik fəaliyyətinin açıqlanması 

haqqında Qanun yarandı.  



İdarəetmə mədəniyyəti 

 

437



Fransa 

 

Fransa dövlətçilik mədəniyyətinin  formalaşma və inkişaf xarakteri öz 

xüsusiyyətləri ilə Böyük Britaniyada və ABŞ-da bu prosesin xarakterindən 

kəskin surətdə fərqlənir. Bu ölkələrin keçdiyi müqayisəli təkamül yolundan 

fərqli olaraq, fransız dövlətçiliyinin ağır inkişaf yolu tarixi nöqteyi-nəzər-

dən çoxlu siyasi hadisələr və dəyişikliklərlə doludur. Qeyd etmək kifayətdir 

ki, son 200- dən artıq il ərzində Fransa 4 inqilab, 5 monarxiya, 5 respublika

konstitusiya ilə  rəsmiləşdirilməmiş 2 rejim, 4 müvəqqəti hökumət və 12 

konstitusiya yaşamışdır. Fransız siyasi rejimləri  şərti olaraq:  Burbonların 

(1791-ci il Konstitusiyasına və 1815-ci il Xartiyasına  əsasən ) və Orlean 

monarxiyasının (1830-cu il Konstitusiyasına  əsasən) aid edildiyi - dualist 

monarxiyaya; Birinci və İkinci imperiyanın aid edildiyi avtoritar monarxi-

yalara; və Birinci, Üçüncü və Dördüncü respublikaların, Amerika nümunə-

sinə yaxın, sərt hakimiyyət bölünmələri üzərində qurulmuş İkinci respubli-

kanın, və Beşinci - qarışıq respublikanın aid edildiyi - parlament respubli-

kalarına bölünmüşdür.  

Çətinliyə baxmayaraq, fransız dövlətçiliyi özündə liberal-demokratik 

institutların, həm seçki hüququnun genişlənməsi istiqamətində (ümumi seç-

ki hüququ bütünlüklə yalnız 1944-cü ildə müəyyən edilmişdir), həm də res-

publika rejiminin təşəkkül tapması istiqamətində gedən mütərəqqi inkişaf 

tendensiyasını aşkar edir. Rejimi “yarıprezident” və ya “qarışıq” adlandırı-

lan Beşinci respublika (1958-ci il Konstitusiyasına əsaslanan) güclü dövlət 

hakimiyyətinin demokratik institutlarla birləşdirilməsi cəhdini ifadə edir. 

General Şarl de Qollun dövründə yaranan, müstəsna olaraq fransız xalqına 

məxsus olan siyasi model, müstəqil dövlət başçısına, parlamentin razılığı 

ilə hökuməti təyin etmək hüququ təqdim etdi, icra hakimiyyətinin prezident 

və baş nazir arasında bölünməsini və parlament quruluşunun “rasionallığı-

nı” təmin etdi. Sonralar fransız dövlətçiliyi təcrübəsi keçmiş sosialist ölkə-

lərində yayıldı.  

Müasir Fransada regionlaşdırma siyasətinə baxmayaraq, ölkədə mərkəzi 

hakimiyyətin təşkili xüsusiyyəti əvvəlki kimi mərkəzi-bürokratik idarə sis-

temi olaraq qalır. Etatik Fransada yerli özünüidarə heç vaxt İngiltərə  və 

ABŞ-da olduğu qədər  əhəmiyyətə malik olmamışdır. Hüquq mədəniyyəti 

sahəsində Fransa – kontinental, kodeks halına salınmış roman-german hü-

ququnun klassik nümayəndəsidir. “Qarışıq” Fransız dövlət quruluşunun ef-

fektivliyi əsas etibarilə, həm də Milli yığıncağa, deməli, hökumətə də hansı 

partiyanın nəzarət etməsindən asılı olur. Fransa dövlətçilik mədəniyyətini 

qiymətləndirərkən, ayrı-ayrı mütəxəssislər hesab edirlər ki, “uzunmüddətli” 


Fuad Məmmədov

 

 

438



“inzibati qəyyumluq”, hətta  əgər o, “parlamentin müstəqilliyi” ilə uyğun-

laşsa da, cəmiyyətin sabit və dinamik inkişafı üçün zəruri şərait yaratmır.”  

 

İtaliya 

 

Roman hüquq sisteminin yayıldığı ölkələr sırasına Roma hüququnun və-



təni - İtaliya da aiddir. Orta əsrlər dövründə siyasi və ideoloji parçalanma-

nın olması səbəbindən İtaliya dövlətçilik mədəniyyəti, siyasi təşkilatın res-

publika (Venesiya), monarxiya (Siciliya krallığı) və teokratik (Vatikan) for-

malarını özündə birləşdirirdi. XIX əsrin ikinci yarısına qədər ölkə orta əsr 

parçalanması  vəziyyətində qaldı, hərçənd ki, bu vaxt üçün milli dövlətlər 

quran Avropada artıq burjua-demokratik inqilabları baş verib qurtarmışdı. 

Bunun nəticəsində  İtaliya öz milli-dövlət quruculuğunda, coğrafi və tarixi 

nöqteyi-nəzərdən daha yaxın olan, və o zaman siyasi cəhətdən ən qabaqcıl 

ölkələrdən biri hesab edilən Fransa dövlətçilik mədəniyyətini və dövlət ida-

rəçiliyi təcrübəsini mənimsəmişdir.  

Müasir İtaliya dövlətçilik mədəniyyəti üçün onun konstitusiya institutla-

rının sabitliyi xarakterikdir. Yüz ilə yaxın cəmiyyətin və dövlətin həyat fəa-

liyyəti - yalnız  ən ümumi hüquqi normaları  təyin edən və hüquqi manevr 

üçün qanunvericilərə geniş imkanlar verən, “Albertin Statutu” adlandırılan, 

kifayət qədər çevik konstitusiya ilə müəyyən edilmişdir. Albertin Statutuna 

əlavə konstitusiya düzəlişləri, konstitusiyanın özünə bərabər qüvvəyə malik 

xüsusi konstitusiya qanunları ilə daxil edilirdi.  

Hazırda ölkədə idarə forması dəyişikliyini möhkəmləndirən və konstitu-

siya nöqteyi-nəzərindən respublika və demokratik institutların sarsılmazlı-

ğını təsdiq edən 1947-ci il konstitusiyası fəaliyyət göstərməkdə davam edir. 

O, hakimiyyətin müxtəlif sahələrinin tarazlığını təmin edən, dünyada ən de-

mokratik konstitusiyalardan biri hesab edilir. Parlament razılığının olmadı-

ğı halda, konstitusiya qanunları referenduma çıxarılır.  

İtaliyanın siyasi-ərazi quruluşu üçün vilayət və yerli hakimiyyət orqan-

ları  səlahiyyətlərinin genişləndirilməsinə imkan verən federalizm xüsusiy-

yətləri xarakterikdir. Ölkənin dövlət qulluğu, bütün dövlət idarəçiliyi siste-

mi effektivliyinin yüksəldilməsinə yönəldilmiş, dövlət aparatının bürokrat-

laşmadan azad olunması ilə xarakterizə edilir.  

İtaliyanın siyasi mədəniyyət xüsusiyyətlərindən biri çoxpartiyalılıqdır. 

1993-cü ilə qədər fəaliyyət göstərən, səs çoxluğu vasitəsilə birpartiyalı hö-

kumətin formalaşdırılmasına mane olan “proporsional sistem” dövlətçilik 

mədəniyyətini hökumət sabitsizliyi fenomeninə  gətirib çıxardı. 1946-cı il-

dən başlayaraq respublikanın mövcud olduğu müddətdə ölkədə 50-dən artıq 

hökumət dəyişilmişdır. Buna o da səbəb olmuşdur ki, İtaliyanın iki ən bö-



İdarəetmə mədəniyyəti 

 

439



yük partiyası – xristian demokratlar və kommunistlər koalisiyada heç za-

man birləşməmişlər. Bu vəziyyətin aradan qaldırılması yalnız 1993-cü ilin 

seçki sistemi islahatı nəticəsində mümkün oldu. 

       

  

Yunanıstan 

 

Yunanıstanın dövlətçilik mədəniyyəti, yunan dövlətinin tarixi inkişaf şə-

raiti ilə bağlı bir sıra xüsusiyyətlərə malikdir. Yunan dövlət hüququ və siya-

si təfəkkürü Bizans imperiyasının minillik mədəni irsinin təsiri altında for-

malaşmışdır. Dünya mədəniyyəti və sivilizasiyasının inkişafında Yunanıs-

tanın böyük roluna baxmayaraq, b.e.ə. II əsrdə baş verən Roma istilasından 

başlayaraq 1830-cu ilədək yunanların milli dövləti olmamışdır. Müasir yu-

nan dövlətində, özündə “bizanslıq əlamətlərini” daşıyan konstitusiya, haki-

miyyətin bütün sahələrinin hər bir addımını, həmçinin konstitusiya dəyişik-

liyinin mürəkkəb qaydasını təfsilatı ilə qeyd edən bir çox müddəalara ma-

likdir. Hakim din - pravoslav dinidir. Kilsə əvvəlki kimi dövlətlə sıx əlaqəli 

olaraq qalır, keşişlər isə dövlət qulluqçuları kimi əmək haqqı alırlar.  

Türkiyədən siyasi asılılıq dövründə yunanlar hakim Osman elitasına fəal 

şəkildə daxil olsalar da, bəzi yerlərdə isə hətta özünüidarə elementlərini in-

kişaf etdirsələr də, yunan ziyalılarının formalaşması italyan və alman uni-

versitetlərindəki təhsil hesabına baş verirdi. Buna görə Yunanıstanın dövlət 

quruculuğunda Qərbi Avropa ölkələrinin inkişaf təcrübəsi istifadə edilmiş-

dir. Ölkənin fəal qərbləşmə siyasətini,  İngiltərə, Fransa və Rusiya tərəfin-

dən Yunanıstana monarx kimi tövsiyə edilən bavar şahzadəsi aparmışdır. 

Ölkənin formalaşdırılmasının ilkin mərhələsində dövlət aparatı və hakimiy-

yət sahələri arasındakı qarşılıqlı münasibətlər bavar nümunəsi üzrə qurulur-

du, sonrakı dövrdə isə yunan dövlət hüququndakı hakim mövqeni fransız 

sistemi tutdu.  

Bir çox cəhətdən qədim yunan dövlətçiliyi reallıqları ilə oxşar olan siya-

si quruluşun qeyri-bərabər inkişafı onda əks olunmuşdur ki, uzun müddət 

hakimlik etmiş monarxiya, nəinki mütləqdən məhduda qədər tədricən inki-

şaf etmiş, həm də dəfələrlə respublikaya yer vermiş, həmçinin iki dəfə dik-

taturanın qurulması ilə müşayiət edilmişdir.  

Müasir Yunanıstan, prezident və parlament respublikası ilə orta mövqe 

tutan unitar, qarışıq dövlətdir. 1974-cü ildə qurulmuş respublikada prezi-

dent geniş səlahiyyətlərə malik idi. Lakin zaman keçdikcə onlar parlamen-

tin xeyrinə azaldılmış və ölkənin icraçı və qanunverici hakimiyyətləri ara-

sında, bir növ kompromisə nail olunmuşdur. Yunanıstanın dövlət idarəçiliyi 

sistemində, kontinental ənənə və Fransa və digər Avropa ölkələrinin dövlət-

hüquq normaları və siyasi institutlarının təcrübəsindən birbaşa mənimsəmə 


Fuad Məmmədov

 

 

440



üstünlük təşkil edir. Avropa inkişaf təcrübəsinin təsiri altında Yunanıstanda 

dövlət hakimiyyətinin desentralizasiyası siyasəti aparılır, ombudsman insti-

tutu fəaliyyətə başlayir və s. Buna baxmayaraq ölkədə mühafizəkar model-

lər də  fəaliyyət göstərməkdə davam edirlər ki, onlardan biri yunan dövlət 

qulluğudur.  

Yunan dövlətçilik mədəniyyəti xüsusiyyətlərindən biri - Bizans imperi-

yası vaxtından irsən keçmiş, ölkənin çoxmillətli tərkibidir. Müasir Yunanıs-

tanda mövcud olan slavyan-makedon, pomak (slavyan-müsəlman) və türk 

icmaları, mədəni muxtariyyət verilməsi uğrunda mübarizə aparan öz siyasi 

təşkilatlarına malikdirlər. Ölkədə dini azlıqlar da vardır ki, onlara – katolik-

lər, uniatlar, yəhudilər və müsəlmanlar, həmçinin rus, polyak və digər dias-

poralar aid edilirlər.  

 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin