Fəsil 10. Federal tipli dövlət idarəçiliyi olan ölkələrdə
dövlət qulluğu mədəniyyəti
ABŞ
XIX əsrdə Amerika federativ sisteminin təşəkkülü xüsusiyyətləri.
ABŞ-da dövlət idarəçiliyinin mərkəzləşdirilməsi prosesini stimullaş-
dıran əsas amillər. ABŞ-da hakimiyyətin “balkanlaşdırılması”. Ame-
rikada dövlət idarəçiliyi strukturları və funksiyaları. ABŞ-da federal
bürokratiyanın təşkilinin milli xüsusiyyətləri. Federal agentliklər, fe-
deral korporasiyalar və müstəqil daimi agentliklər. Karter administ-
rasiyasının işləyib hazırladığı, 1978-ci il Dövlət qulluğunun islahatı
haqqında qanun. Personalı idarəetmə bürosu və xidmətlər sisteminin
müdafiəsi üzrə Şuranın prinsipləri. Vəzifələrin Baş sxeminin 18 kate-
qoriyası. “Xüsusi xidmətin” mahiyyəti. “Hamilik sistemi və ya əldə
İdarəetmə mədəniyyəti
463
etmə sistemi”. Xidməti fəaliyyət nəticələrinin qiymətləndirməsi rolu-
nun artması. Qulluqda irəliyə çəkilmə və ixtisas standartları. Dövlət
qulluqçularının seçilməsi zamanı favoritizmin və diskriminasiyanın
qarşısının alınması. Vəzifələrin müsabiqədənkənar tutulması şərtləri.
Hüquqi institut olan inzibatçıların təyinat sistemi (1978-ci il). 1978-ci il
Mülki qulluq islahatı haqqında qanunla icazə verilmiş siyasi fəaliy-
yətlə bağlı məmurların fəaliyyəti. Xidmətlər sisteminin müdafiəsi üz-
rə Şuranın inzibati ədliyyə funksiyaları
. ABŞ-da dövlət qulluğunun etik
məcəlləsi.
Məlum olduğu kimi, tarixən Amerika federativ sistemi, müəyyən iqtisadi
muxtariyyət və ştatların geniş siyasi səlahiyyətlərini nəzərdə tutan, güclü
yerli özünüidarə ənənələrinə malikdir. Bu onunla şərtlənir ki, tarixən ştatlar
Amerika İttifaqının yaranmasından əvvəl olmuşlar və, geniş sənayeləşmə-
nin başlanğıcına və Şimalın Cənub üzərindəki qələbəsinədək ölkənin böyük
bir ərazisində ştatlar və qraflıqlar dövlət hakimiyyəti orqanlarını təmsil
edirdilər. XIX əsrdə “azad kapitalizm” şəraitində ABŞ-ın inzibati idarəçilik
aparatı təsərrüfat tələbatlarının məhdudluğunu və dövlət təsərrüfat fəaliyyə-
ti mexanizminin desentralizasiyasını əks etdirirdi: dövlətin mədaxilini təşkil
edən maliyyə gəlirlərinin əsas hissəsi ştatların və yerli hakimiyyətlərin büd-
cələri vasitəsi ilə reallaşdırılırdı. Konstitusiyaya əsasən ştatların xüsusiləş-
miş hakimiyyətlərini birləşdirən siyasi sistemin yaradılması ideyası - müs-
təmləkə dövrünün sonunda ölkədə federalizmin inkişafı üçün güclü mühaki-
mə oldu. Ölkədə genişlənən kəskin siyasi debatlar nəticəsində qəbul edildi
ki, milli hökumət və federal administrasiya - milli iqtisadiyyatın tənzimlən-
məsi, xarici siyasət, müdafiə, əhalinin vətəndaş hüquqlarının qorunması ki-
mi strateji problemlərlə məşğul olacaqdır. Mərkəzlə ştatlar arasındakı səla-
hiyyətlər bölgüsünün konstitusiya qeyri-müəyyənliyinə görə uzun müddət
müstəqil dövlətə xas olan bir sıra funksiyalar, o cümlədən - pul nişanları-
nın emissiyası hüququ, vergi qoyulması, hərbi birləşmələrin formalaşdırıl-
ması, xarici ticarət üzərində nəzarət ştatlarda qaldı. 1781-ci ildə Konfede-
rasiya maddələrinin Amerikanın bütün ştatları tərəfindən siyasi təsdiqi nəti-
cəsində dövlətin ən mühüm funksiyaları konqresə verildi. Ştatlar isə ticarə-
tin tənzimlənməsi, vergi qoyulması, konstitusiya və inzibati hüquq kimi
müstəsna səlahiyyətləri özündə saxladı. ABŞ konstitusiyasına 1868-ci ildə
qəbul edilən 10 və 11-ci əlavə düzəlişlərlə federasiyalar və ştatlar arasında
hüquqların və səlahiyyətlərin daha aydın bölgüsü qeyd edildi. Buna baxma-
yaraq Amerika regional ənənələri, hal-hazırda da dövlət siyasətinin hazır-
lanmasına güclü təsir göstərir.
Fuad Məmmədov
464
Güclü desentralizasiya olunmuş dövlət aparatının təkamülünə XIX əsrin
sonu - XX əsrin əvvəlində istehsal qüvvələrinin inkişafı böyük təsir göstər-
mişdir. Ölkədə dövlət idarəçiliyinin mərkəzləşdirilməsi prosesini stimullaş-
dıran başlıca amilləri - əmək və kapitalın ümummilli bazarının formalaşdı-
rılması, bank sistemi, vahid pul tədavülü, milli standartların işlənib hazır-
lanması, ştatlar arasında dəmir yollarının və ticarətin inkişaf etdirilməsi idi.
Vahid milli bazarın inkişafına can atan iri kapitalın maraqları, həmçinin
ştat hökumətlərinin artmaqda olan milli miqyaslı problemləri həll etməyə
qabil olmaması inteqrasiya tendensiyalarının xeyrinə idi. Mərkəzləşmə tə-
ləbatları ilə idarəetmə parçalanması arasındakı əlaqənin kəsilməsini 1929-
1932-ci illərin “böyük depressiyası” təsdiqlədi. O, dövlət aparatının büdcə
və idarəetmə resurslarının mərkəzləşdirilmə səviyyəsinin sosial-iqtisadi
problemlərin miqyası və kapitalın mərkəzləşdirilmə dərəcəsi ilə uyğunsuz-
luğunu göstərdi. Bu tarixi şəraitdə ABŞ prezidenti Franklin Rezvelt tərəfin-
dən hazırlanmış “yeni kurs”, iqtisadiyyata dövlət müdaxiləsinin və federal
hökumət çərçivəsində, mühüm büdcə, inzibati və idarə vasitələri və resurs-
larının təmərküzləşdirilməsi miqyasının genişləndirilməsi imkanlarını açdı.
Konstitusiyaya edilən 16-cı əlavə düzəlişə uyğun olaraq, Vaşinqton vergi
qoyma sahəsində böyük səlahiyyətlər əldə etdi, mərkəzi administrasiya isə
öz fəaliyyətini geniş surətdə sosial proqramlara, iqtisadi tənzimləmə və və-
təndaş qanunvericiliyinə şamil etdi. Dövlət idarəçiliyinin mərkəzləşdirilmə-
sinə yönəldilmiş bu yeniliklər nəticəsində 1940-cı ildə Vaşinqtonun büdcəsi,
Amerikada ştatların və yerli hakimiyyət orqanlarının yekun məsariflərini
ilk dəfə ötüb keçdi, yerli hakimiyyətlər isə, 1982-ci il üçün onların ümumi
gəlirinin artıq dörddə birini təşkil edən federal dotasiyalardan asılı olmağa
başladılar. Belə dövlət siyasətinin qanunauyğun nəticəsi, nəinki büdcənin
əsas bölüşdürücüsünə, həm də ölkədə həyat fəaliyyəti standartlarını müəy-
yən edən subyektə çevrilən federal administrasiyanın gücünün və nüfuzu-
nun artması oldu. Buna baxmayaraq, ABŞ-ın dövlət idarəçiliyi mədəniyyə-
tində mərkəzi dövlət administrasiyası ilə ştatların hakimiyyətləri arasında
hakimiyyət balansının tapılması problemi indiyə qədər açıq qalır. Yerli tə-
ləbatları nivelirləmənin (tarazlamanın) öhdəsindən gəlmək üçün hələ prezi-
dentlər R. Nikson və R. Reyqan “məqsədli” dotasiyalardan yerli hakimiy-
yətlərin “gəlirlərində iştiraka” keçidin təmin edilməsi vasitəsilə inzibati ha-
kimiyyətin və nəzarətin bir hissəsinin ştatların özünə qaytarılmasını nəzər-
də tutan, azeffektli olan “yeni federalizm” proqramları qəbul etmişdilər.
Ştatların ehtiyacları üçün vəsaitlərin bölüşdürülməsi texnologiyaları haq-
qında məsələ, Amerikanın ümumdövlət probleminin - federal sistemdə mər-
kəzi administrasiya ilə ştatların hakimiyyətləri arasında balans problemi-
nin həll edilməməsini özündə əks etdirərək, bu gün də aktual olaraq qalır.
İdarəetmə mədəniyyəti
465
Hakimiyyət strukturlarının çoxluğu ilə şərtlənən, federasiyada hakimiyyətin
“balkanlaşdırılması” problemi, ABŞ-ın dövlət idarəçiliyi sistemi üçün az
aktual olmayan problemdir. Belə vəziyyət yurisdiksiya xüsusunda, kimin
inzibati hakimiyyətinin və hansı situasiyalarda tətbiq edilməsi haqqında
münaqişələrə gətirib çıxarır.
Amerikada dövlət idarəçiliyi strukturu və funksiyaları aşağıdakı şəkildə
görünür. Hökumət departamentlərinin əsas funksiyası qanunverici və icrae-
dici siyasətin həyata keçirilməsidir. Bu zaman hər bir departament, bir qay-
da olaraq, daha çox ümumi siyasi neytral terminlərlə ifadə edilən, konqre-
sin təsislərini interpretasiya edən və konkretləşdirən qərarları özünün müs-
təqil qəbul etmək hüququna malikdir. Belə qərarlar bir çox hallarda bürok-
ratiyanın özünün yaxud dövlətin ali icra hakimiyyəti nümayəndələrinin ma-
raqlarını əks etdirir. Hökumət departamentləri, adətən peşəkar məmurların,
az-az hallarda - təyin edilmiş simanın rəhbərlik etdiyi bürolara bölünür.
Büro rəhbərləri mövcud qanunvericilik və inzibati siyasət çərçivəsində fəa-
liyyət göstərməyə borclu olsalar da, onlar böyük diskresion hakimiyyətə
malikdirlər. Hökumət departamentləri yerli hakimiyyət orqanlarını dəstək-
ləyir və bütün idarələr səviyyəsində vahid inzibati siyasətin reallaşdırılma-
sına yardım edirlər. Ölkədə ümumi struktura malik, lakin özünün funksiya-
ları və ölçüləri ilə fərqlənən 14 hökumət departamenti fəaliyyət göstərir.
Məsuliyyətli məmurların daimi dövlət qulluqçuları olduğu Birləşmiş Krallı-
ğın dövlət qulluğundan fərqli olaraq, ABŞ-da müvafiq məmurlar siyasi tə-
yinat alırlar. Hər bir departamentin başında senatın təqdiri ilə prezident tə-
rəfindən təyin edilmiş katib durur. Katibin müavinləri və köməkçiləri də si-
yasi təyinat alırlar.
ABŞ-da federal bürokratiyanın təşkil edilməsi özünün milli xüsusiyyətlə-
rinə malikdir. Amerikanın dövlət siyasəti federal agentliklər, federal korpo-
rasiyalar və müstəqil daimi agentliklərlə reallaşdırılır. Federal agentliklər
bir qayda olaraq sosial mədəniyyətin konkret sahəsinin fəaliyyəti və inkişa-
fının, insanın həyat fəaliyyətinin müəyyən sahəsininin təmin edilməsi ilə
bağlı hər hansı strateji vəzifəni yerinə yetirir. Agentliyin funksiyaları siyasi,
ideoloji, elmi, informativ, beynəlxalq və ya digər xarakter daşıya bilər.
Onlara, məsələn, ABŞ-ın Açıq İdeoloji İnformasiya Agentliyi və ya siyasi
cəhətdən neytral Aeronavtika və Kosmik Məkanın Tədqiqi üzrə Milli
Agentliyi (NASA) və başqaları aiddir. Hər bir agentliyə administrator baş-
çılıq edir ki, onu da ABŞ prezidenti təyin edir və vəzifədən götürür. Höku-
mətin federal korporasiyaları dövlət agentlikləri və dövlətdən maddi yar-
dım alan xüsusi biznes müəssisələrinin birgə strukturudur. Onlara ABŞ-ın
Milli Poçt xidməti, Eksport-import bankı və digərləri aiddir. Korporasiya
başçıları da senatın razılığı ilə prezident tərəfindən təyin edilirlər. Bununla
Fuad Məmmədov
466
bərabər onlar nisbi muxtariyyətə malikdirlər və müəyyən fəaliyyət sahəsi
üçün qanunverici hakimiyyət tərəfindən ayrılan fondları necə və nə üçün
bölməyi təyin edən qərarlar qəbul edə bilərlər. Müstəqil daimi agentliklər
ictimai rifahın inkişaf maraqları ilə bağlı olan xüsusi biznesin iqtisadi tən-
zimlənməsi funksiyasını yerinə yetirirlər. Bu, ilk növbədə konqres tərəfin-
dən əhəmiyyətli səlahiyyətin verildiyi və məhkəmələrin dəstəklədiyi nüvə,
energetika və digər komissiyalardır.
Amerika bürokratlarının fəaliyyəti Dövlət qulluğu haqqında Qanunla
tənzimlənir. Ölkənin ali hökumət məmurları tərəfindən dövlət idarəçiliyinin
qeyri-effektivliyinin etiraf edilməsindən sonra, XX əsrin 70-ci illərinin so-
nunda ABŞ-ın dövlət qulluğu institutu ciddi islahatlara məruz qaldı. 1978-
ci ildə konqress, Karter administrasiyasının işləyib hazırladığı Dövlət qullu-
ğunun islahatı haqqında qanun qəbul etdi. Buna uyğun olaraq, mülki qul-
luq Komissiyası ləğv edildi, onun funksiyaları isə 1979-cu il yanvarın
1-dən fəaliyyətə başlayan Personalı idarəetmə Bürosu və Xidmətlər sistemi-
nin mühafizəsi üzrə Şura arasında bölüşdürüldü. Personalın idarə edilməsi
Bürosunun əsas funksiyası kimi inzibati-dövlət idarəçiliyi aparatında kadr
işinin mərkəzləşdirilməsi və koordinasiyasının təmin edilməsi müəyyən
edilmişdi. Büronun kompetensiyasına qulluqçuların vəzifəyə təyin edilməsi
və onların xidməti irəliləyişi, onların əməyinin qiymətləndirilməsi, ixtisası-
nın artırılması, təşviqi və tənbehi, kadr işinin təkmilləşdirilməsi üzrə tövsi-
yələrin işlənib hazırlanması daxildir. Xidmətlər sisteminin mühafizəsi üzrə
Şuranın kompetensiyasına - işə ğötürmə, işdən azad etmə və xidmətin keçilmə-
si sahəsində aşağıdakı qanunvericiliklə möhkəmləndirilmiş “xidmətlər sistemi-
nə” uyğun olaraq, qanunların gözlənilməsinin təmin edilməsi daxildir:
ədalətli və açıq yarışda seçilmə və biliklər, bacarıqlar və qabiliyyət-
lər əsasında irəli çəkilmə ilə cəmiyyətin bütün seqmentlərindən
qulluqçuların işə cəlb edilməsi;
siyasi baxışlarından, irqindən, dərisinin rəngindən, dinindən, milli
mənşəyindən, cinsindən, ailə statusundan, yaşından və əlilliyindən
asılı olmayaraq, şəxsi həyatın məxfiliyinə və konstitusiya hüquqla-
rına lazımi hörmətlə, personalın idarə edilməsi prosesində ədalətli
və qərəzsiz münasibət;
özəl sektor işçilərinin, təşviqlə və işin çox yaxşı icrasının etirafı ilə
birləşmədə, həm milli, həm də yerli səviyyəli ödəməni nəzərə al-
maqla, bərabər dəyərli işə görə bərabər ödəniş;
düzgün davranışın və ictimai maraq haqqında qayğının yüksək
standartları;
federal işçi qüvvəsinin aktiv və effektiv istifadəsi;
İdarəetmə mədəniyyəti
467
yaxşı çalışan qulluqçuların saxlanması, fəaliyyəti adekvat olmayan-
ların işinin yaxşılaşdırılması, və tələb olunan standartları yerinə ye-
tirə bilməyənlər və istəməyənlərlə - ayrılma;
effektiv təlim və hazırlıq yolu ilə işin yaxşılaşdırılması;
əsassız fəaliyyətlərdən, şəxsi tərəfkeşlik və ya siyasi təhrikdən qul-
luqçuların qorunması;
informasiyanın qanuni açıqlanmasına görə qulluqçuların cəzalardan
müdafiə edilməsi. “Həyəcan siqnalı” vermiş qulluqçuya cəza tətbiq
edilə bilməz.
İşin mürəkkəbliyindən və məsuliyyətindən asılı olaraq, həmçinin qərar-
ların qəbul edilməsi və idarəetmə prosesindəki iştirak dərəcəsinə görə Ame-
rika məmurları iyerarxik qaydada Baş vəzifələr sxemininin 18 kateqoriyası
üzrə bölünmüş vəzifələri tuturlar. 1-4-cü kateqoriyalar - inzibati idarələrdə
bilavasitə və ümumi nəzarət altında gündəlik adi işi yerinə yetirən aşağı
personaldır. Onlardan müstəqil mülahizələrin aparılması ya ümumiyyətlə
tələb edilmir, ya da “müəyyən edilmiş siyasət və ya prosedurlara uyğun
olaraq” məhdud şəkildə yol verilir. Dövlət idarəçiliyi aparatında belə işçilə-
rin sayı 1980-ci ildə bütün qulluqçuların ümumi sayının 21,1%-ni təşkil
edirdi. 5-8-ci kateqoriyalar – ali təhsil müəssisələrinin diplomlarına malik
və fərdi işə xüsusi biliklər və hazırlıq, qabiliyyətlər tələb edən işi yerinə ye-
tirən yüksək ixtisaslı icraçı personaldır. Onlar özləri inzibati rəhbərlik üzrə
funksiyaları yerinə yetirməyərək, ümumi nəzarət altında işləyirlər. Dövlət
idarəçiliyi aparatında belə işçilərin sayı 1980-ci ildə qulluqçuların ümumi
sayının 31,1%-ni təşkil edirdi. 9-14-cü kateqoriyalar - fəaliyyəti ümumi in-
zibati nəzarət və rəhbərlik altında keçən orta rəhbər personaldır. 11-ci kate-
qoriyanın qulluqçuları qərarlar çıxarmağı bacarmalıdırlar, 12-ci kateqoriya-
nın – rəhbərlik qabiliyyəti göstərməlidirlər, 13-cü kateqoriyanın – kiçik
bölmə rəhbərlərinin köməkçiləri ola bilərlər, 14-cü kateqoriyanın qulluçula-
rı – bölmələrə və büroya rəhbərlik edə bilərlər. Dövlət idarəçiliyi aparatında
belə işçilərin sayı 1980-ci ildə məmurların ümumi sayının 46,6%-ni təşkil
edirdi. 15-18-ci kateqoriyalar – dövlət müəssisələrinin ali rəhbər tərkibidir.
Bu, bir qayda olaraq büro və şöbələrin rəhbərləridir. Onların funksiyalarına
ixtisaslaşdırılmış xüsusi çətinlik və məsuliyyət proqramlarının planlaşdırıl-
ması və rəhbərliyi aiddir. Dövlət idarəçiliyi aparatında belə işçilərin sayı
1980-ci ildə məmurların ümumi sayının 2,35%-ni təşkil edirdi. Bu qulluq-
çuların məvacibi aşağı kateqoriyalı qulluqçuların məvacibindən orta hesab-
la 750% yüksəkdir.
Bütün təyinatların müsabiqə imtahanları əsasında həyata keçirilməsini
nəzərdə tutan “müsabiqəli” xidmətlərdən başqa, ABŞ-ın mülki qulluğunda
ölkə məmurlarının 10%-nin aid olduğu “xüsusi” xidmət də mövcuddur.
Fuad Məmmədov
468
“Xüsusi” xidmət ölkənin mülkü qulluq haqqında Qanun fəaliyyətindən xa-
ric edilmiş vəzifələri əhatə edir. Onlara Milli Təhlükəsizlik Agentliyinin,
MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi), FTB-nun (Federal Tədqiqat Bürosu),
Dövlət departamentinin, beynəlxalq təşkilatlarda ABŞ nümayəndəliklərinin
qulluqçuları aiddirlər. Bu xidmətlərin təşkili dövlət maraqlarının təmin edil-
məsində xüsusi mühüm rol oynayan, məmurlar üçün daha yüksək məvacib-
də ifadə olunan, siyasi dairələrin imtiyazlı status yaratmaq cəhdi ilə bağlı
xüsusi prinsiplər üzərində qurulur.
ABŞ-da dövlət idarəçiliyi mədəniyyəti özünün bir sıra göstəricilərinə gö-
rə Almaniyanın dövlət idarəçiliyi mədəniyyətindən fərqlənir. Belə ki,
Almaniyadan fərqli olaraq, Amerikada məmurların əksəriyyətinin siyasi fə-
allığı məhdudlaşdırılmışdır. Yalnız ölkə prezidentinin yaxın ətrafını təşkil
edən ali vəzifəli şəxslər istisna təşkil edirlər. ABŞ-ın dövlət qulluğu təcrü-
bəsində “hamilik sistemi və ya hasilat sistemi” mövcuddur. O, siyasi xid-
mətlərinə görə yüksək inzibati vəzifələrə təyin edilməni nəzərdə tutur və tə-
rəfdarı olduqları partiya nümayəndəsinin Ağ evdə olduğu müddətdən asılı
olaraq, yüksək məmurların dövri əvəzlənməsi ilə fərqlənir. Hamilik metodu
ilə 5% xüsisi mühüm vəzifələr - icraçı idarələr və agentliklərin başçıları, sə-
firlər, konsullar təyin edilirlər. Onlar ölkənin prezidenti tərəfindən “senator
nəzakəti” adəti əsasında, yəni senatın məsləhəti və razılığı ilə təyin edilir.
Bununla yanaşı bəzi təyinatlar prezident tərəfindən senatın razılığı olmadan
həyata keçirilir. Bu - hökumət proqramlarının rəhbərləri, məsləhətçilər, kö-
məkçilər və prezidentin şəxsi katibləridir.
“Xidmətlər sistemi” prinsipinə uyğun olaraq Amerika məmurlarının ək-
səriyyəti ya müsabiqə imtahanları yolu ilə ya da onların xidməti fəaliyyət
nəticələrinin illik qiymətləndirilməsi əsasında xidməti pillələrlə irəliləyirlər.
Bu zaman müsabiqə imtahanları yalnız sıravi vəzifələr üçün tətbiq olundu-
ğu halda, dövlət aparatında kadr siyasətinin əsas vasitəsi əməyin vaxtaşırı
qiymətləndirilməsi olmuşdur. Xidməti fəaliyyət nəticələrinin qiymətləndiril-
məsinin rolunun yüksəldilməsi onunla şərtlənirdi ki, 1978-ci il Qanununa
uyğun olaraq o, dövlət qulluqçusunun yenidən hazırlığı, təhsili, təltif edil-
məsi, endirilməsi, əvvəlki vəzifəsində saxlanılması və ya kənar edilməsi
haqqında qərarın qəbul edilməsi üçün əsas olmuşdur. Qanun, əgər bu, milli
təhlükəsizlik məqsədilə lazımdırsa, hər bir işçinin administrasiya tərəfindən
ona işdən azad edilməsi haqqında vaxtında bildiriş təqdim etmə şərti ilə,
dövlət qulluğundan azad edilə bilməsini tətbiq edərək, məmurların işdən
azad edilməsi prosedurunu da asanlaşdırdı. Əgər 1979-cu ilə qədər məmu-
run əməyinin üç qiymətləndirilməsi - əla, qənaətbəxş və qeyri-qənaətbəxş -
tətbiq edilirdisə də, qanun qəbul edildikdən sonra qiymətləndirmə meyarla-
rının təkmilləşdirilməsində hər bir idarədə qulluqçuların özlərinin iştirakı
İdarəetmə mədəniyyəti
469
ilə işlənib hazırlanmış öz sistemi istifadə edilməyə başlandı. İşçinin vəzifə-
də endirilməsinə yönəldilmiş müəyyən tədbir görənədək, rəhbər işindəki
nöqsanlar barədə qulluqçunu yazılı formada xəbərdarlıq etməyə borcludur.
Əgər işçi bir il müddətində öz iş göstəricilərini yaxşılaşdırırsa, onda xəbər-
darlıq geri götürülür.
Qulluqda irəli çəkilmə planına uyğun olaraq, əgər müəyyən bir vəzifəyə
öz təşkilatından namizəd kifayət deyilsə, dövlət qulluğu müəssisəsi müsabi-
qə elan edir. Bu zaman dövlət qulluğuna qəbul üçün müəyyən edilmiş me-
yarlar işləyir, namizədlərin testdən keçirilməsi isə arzuolunmaz hesab edilir.
Hər bir idarə özünün ixtisas standartlarını hazırlayır ki, onun əsasında mü-
vafiq işin müvəffəqiyyətlə yerinə yetirilməsinin minimum tələbləri müəy-
yən edilir. Standartlara və qanunun tələblərinə cavab verən namizədlər mü-
vafiq vəzifə iddiasında ola bilərlər. Daha yüksək ixtisasa malik 3-5 nəfərin
namizədliyi, yekun qərarı qəbul edən xüsusi məmur tərəfindən nəzərdən
keçirilir. ABŞ-da Mülkü qulluq islahatı haqqında qanunda qulluqda irəliyə
çəkilmə zamanı “xidmətlər sistemi” prinsiplərini pozan rəhbərlərə qarşı
əsaslı surətdə inzibati ölçülər işlənib hazırlanmışdır. Qanun dövlət qulluq-
çularının seçilməsi zamanı tərəfkeşliyi və ayrı-seçkiliyi qadağan edir və
rəhbərlərə qarşı inzibati ölçülərin tətbiqini tələb edir, əgər onlar - namizəd-
lərdən birinin hüququnu tapdalayırlarsa; özü bunu xahiş edən və ya haqqın-
da kadr dəyişikliyi planlaşdırılan işçi üçün - bu şəxs tərəfindən işin yerinə
yetirilməsinin, onun qabiliyyətlərinin, meyllərinin, ümumi ixtisası və ya xa-
rakterinin, loyallığı və yararlılığının qiymətləndirilməsini təqdim edən ma-
teriallar istisna olunmaqla, hansısa tövsiyələri tələb edir və ya nəzərdən ke-
çirirlərsə; rəsmi səlahiyyətini siyasi fəaliyyətə təhrik üçün istifadə edirlərsə;
dövlət qulluğuna daxil olmaq üçün insanı şüurlu olaraq aldadır və ya onun
müsabiqədə iştirak etmək hüququna mane olurlarsa; hər hansı bir namizə-
din şansını pisləşdirmək və ya yaxşılaşdırmaq məqsədi ilə müsabiqədə işti-
rak etməkdən imtina etmək üçün qulluqçuya təsir göstərirlərsə; hər hansı
bir vəzifəyə namizədə yaxud qulluqçuya qanunda nəzərdə tutulmayan xü-
susi üstünlük edir və ya imtiyaz verirlərsə; öz agentliyində qohumlarını və-
zifəyə təyin edir və ya vəzifədə irəli çəkirlərsə; öz apellyasiya hüququndan
istifadə edərək siyasi fəaliyyətlə məşğul olmaqdan imtina edən və ya qanu-
nun, qaydalar və təlimatların pozulmasınu, fondların israf edilməsini, haki-
miyyətdən sui-istifadə edilməsini və ya ictimai sağlamlığa yaxud təhlükə-
sizliyə əhəmiyyətli və spesifik təhlükəni qanuni şəkildə açıqlayan işçiər
üçün cəza kimi kadr işi həyata keçirir və ya görməyə çalışırlarsa; personala
qarşı münasibətdə xidmətlər sistemi prinsipinə birbaşa aid olan qanunun,
qaydaların və təlimatların pozulması olan işləri həyata keçirir və ya görmə-
yə çalışırlarsa.
Fuad Məmmədov
470
ABŞ-da bəzi hallarda vəzifələrin müsabiqədən kənar tutulmasına da yol
veilir. Bu, stajçılar, şagirdlər, müvəqqəti (120 gün) xarakter daşıyan vəzifə-
lər, ştatların ixtisarına görə əvvəlki vəzifəsini itirən və digər müəssisələrə
keçirilən qulluqçulardan söhbət getdiyi hallarda tətbiq edilir. Məşhur Ame-
rika hüquqşünası və politoloqu O. Stalın qiymətləndirmələrinə görə, təşki-
latda effektiv idarəçilik fəaliyyətinə nail olma məqsədilə, müxtəlif məmur
kateqoriyaları üçün vəzifə ixtisasları sistemi və “rütbələr sistemi” (yaxud
administratorları təyinetmə sistemi) düzgün istifadə edilməlidir. Vəzifə ix-
tisasları sisteminin köməyi ilə, vəzifə öhdəlikləri həcminin və bu vəzifədə
maraqlı olan namizədlərin düzgün təyin edilməsi və seçilməsi vasitəsilə
aşağı və orta məmur kateqoriyaları üçün xidməti fəaliyyətin kifayət qədər
effektiv təşkilinə nail olmaq olar. Yüksək inzibati mövqelərdə effektiv fəa-
liyyətin təmin edilməsi üçün prinsipial baxımdan başqa sistem – “rütbələr
sistemi” lazımdır. Əgər birinci sistem əməyin maksimal məhsuldarlığını tə-
min edirsə, onda ikinci sistem administrator keyfiyyətlərinin inkişafına və
işə yaradıcı münasibətə səbəb olur. Siyasi rəhbərliyə yaxın olan Amerika
administratorlarının yüksək eşelonunun formalaşdırılmasının əsasını qoy-
muş administratorları təyinetmə sistemi, prezident Conson tərəfindən 1960-
cı illərin axırında tətbiq edilmişdir. 16-18-ci kateqoriyaya daxil olan yüksək
administrasiya məmurlarına xüsusi hüquqi status verilmişdir ki, ona üyğun
olaraq, bu kateqoriyanın istənilən vəzifəli siması bir idarədən digərinə azad
şəkildə keçirilə bilər. Bütün “ali korpusu” öz ixtiyarına alaraq siyasi rəhbər-
lik kadrları öz mülahizəsinə əsasən yerləşdirə bilərdi ki, bu, administrator-
ların “yüksək təbəqəsini” siyasi rəhbərliyə yaxınlaşdırmalı idi. Bu ona gəti-
rib çıxardı ki, müasir Amerikada yüksək administratorların xidməti, yalnız
16-18-ci kateqoriyalardan olan qulluqçulardan deyil, həm də qismən “hami-
lik” mövqelərini tutan şəxslərdən formalaşan “məmurların qapalı korpusu-
nu“ ifadə edir. Bu kateqoriya məmurlarının xüsusiləşməsi həm də onlar
üçün xüsusi maddi stimulların - yüksək məvacib, mükafat sistemi, karyera
üçün daha geniş imkanların müəyyənləşdirilməsi ilə şərtlənir. Beləliklə, ad-
ministratorların yüksək eşelonunun müəyyən siyasi oriyentasiya proqram-
laşdırılması təmin edilir. Vətəndaş qulluğunun islahatı haqqında 1978-ci il
Qanunu Amerika məmuruna, siyasi fəaliyyətlə bağlı, aşağıdakı hərəkətləri
həyata keçirməyə icazə verir: istənilən seçkilərdə qeydiyyatdan keçməyə və
səs verməyə; siyasi idarəetmədə və ya namizədlərdən birinin tərəfdarı kimi
siyasi kampaniyalarda fəal iştirak edənədək, xüsusi sima kimi məhdud çər-
civədə və açıq şəkildə bütün siyasi məsələlər və namizədlər üzrə öz rəyini
ifadə etməyə; siyasi rəmzli nisanlar və ya düymələr daşımağa və ya qeyri-iş
şəraitində öz şəxsi avtomobilinə etiketlər yapışdırmağa; siyasi partiya və ya
təşkilatın könüllü kompaniyalarına töhfələr verməyə; əgər bu münaqişə ya-
İdarəetmə mədəniyyəti
471
ratmırsa və ya xidməti vəzifənin yerinə yetirilməsinə mane olmursa, ictimai
təşkilatda vəzifə tutmağa, hər hansı ictimai təşkilatlara yardım etməyə; ştat qa-
nunvericiliyinə və ya yerli qanunvericiliyə uyğunluqda, seçkilər zamanı partiya
xarakteri daşımayan dəftərxana və ya məhkəmə funksiyalarını yerinə yetirmə-
yə; bu və ya digər partiya ilə əlaqəli olmayan məsələlər üzrə, məsələn, konsti-
tusiyaya əlavə düzəlişlərin müzakirəsində, referendumlarda, bələdiyyə fərman-
larının bəyənilməsində siyasi fəallıq göstərməyə; siyasi partiyanın və ya digər
siyasi təşkilatın üzvü olmağa, onun iclaslarında iştirak etməyə, ayrı-ayrı məsə-
lələrə görə səs verməyə, lakin bu təşkilatın idarəçiliyində fəal iştirak etməmə-
yə; siyasi qurultaylarda iştirak etməyə (lakin nümayəndə və ya namizəd kimi
deyil), partiya fondlarının artırılması tədbirlərində və digər siyasi yığıncaqlarda
iştirak etməyə, lakin onların hazırlanması və keçirilməsində fəal iştirak etmə-
məyə; öz senatoru və ya konqresmeninə bu və ya digər məsələ üzrə necə səs
verməli olacağı barədə öz nöqteyi-nəzərini bildirməyə. Mülki qulluq islahatı
haqqında Qanunun pozulmasına görə məmur öz işindən, əməyi ödənilmədən
30 gün müddətinə uzaqlaşdırıla bilər, fəal siyasi fəaliyyətinə görə isə dövlət
qulluğundan azad edilə bilər.
ABŞ-da inzibati ədliyyə funksiyaları Xidmətlər sisteminin müdafiəsi üzrə
Şura tərəfindən yerinə yetirilir. Şuranın başlıca vəzifəsi qulluqçuların sui-istifa-
dədən və özünü doğrultmayan kadr fəaliyyətlərindən qorunmasıdır. Şura dövlət
qulluqçularının şikayətləri üzrə qərar və zərurət yarandığı halda məmura və ya
müəssisəyə münasibətdə islah edilmə və ya intizam tədbirləri haqqında əmrlər
qəbul edir. Xidmətlər sisteminin müdafiəsi üzrə Şuranın fəaliyyəti ilə Xüsusi
Şura xidmətinin (büro) işi sıx əlaqəlidir ki, onun da vəzifələrinə, qanunla qada-
ğan edilmiş müəyyən kadr siyasəti haqqında təkliflərin aşağıdakı hallarda təd-
qiq edilməsi daxildir: əgər federal idarələrdə qadağan olunmuş kadr siyasəti
yer almışdırsa; əgər federal qulluqçu qanunun pozulması, düzgün olmayan ida-
rəetmə, israfçılıq, hakimiyyətdən sui-istifadə və ya ictimai rifaha təhlükə haq-
qında “həyəcan siqnalı” verirsə; əgər federal qulluqçular siyasi təzyiqə məruz
qalırsa, qadağan olunmuş siyasi fəaliyyətə cəlb edilirsə və ya əksinə, onların si-
yasi fəaliyyəti əsassız olaraq məhdudlaşdırılırsa. Xüsusi şuranın fəaliyyəti, ya-
yılması qanunla qadağan edilmiş məxfi informasiyanın açıqlanması hallarından
başqa, “həyəcan siqnalı” verdiyinə görə hər bir qulluqçunun cəzadan müdafiə-
sini nəzərdə tutur. Xüsusi şura konqresə və prezidentə tədqiqatın nəticələri haq-
qında yazılı hesabat təqdim edir. Bu hesabatın surəti “həyəcan siqnalı” verən
qulluqçuya verilir.
Mülki qulluq islahatları haqqında 1978-ci il Qanununa dövlət qulluğu-
nun etik kodeksi də daxildir ki, ona uyğun olaraq, ABŞ-ın hər bir dövlət
qulluqçusu:
Fuad Məmmədov
472
yüksək mənəvi prinsiplərə və öz ölkəsinə sədaqəti ayrı-ayrı şəxsə,
partiyaya və ya dövlət departamentinə qarşı loyallıq münasibətindən üstün
tutmalıdır;
ABŞ Konstitusiyasını və ölkənin bütün dövlət orqanlarının qanun-
ları və qərarlarını müdafiə etmək, onların pozulmasında heç vaxt iştirak et-
məməli və ya onların yerinə yetirilməsindən boyun qaçırmamalıdır;
tam çəkili günlük ödənişə ğörə tam çəkili günlük iş göstərməli, öz
öhdəliklərinin yerinə yetirilməsi üçün maksimal dərəcədə fiziki və əqli qüv-
və sərf etməlidir;
tapşırıqların yerinə yetirilməsinin daha effektiv və əlverişli yollarını
axtarmağa və istifadə etməyə cəhd etməlidir;
mükafatlandırmaya ğörə və ya onsuz bəzilərinə xüsusi fayda və im-
tiyazlar verərək, başqalarının hüquq bərabərliyini heç vaxt ədalətsiz olaraq
pozmamalı; dövlət vəzifələrinin icrasına təsir göstərmək üçün müəyyən in-
sanlar tərəfindən yaradıla biləcək şəraitdə heç bir rifah və üstünlükləri özü
və ailəsinin üzvləri üçün heç vaxt qəbul etməməlidir;
öz xidməti vəzifəsi ilə bağlı heç bir şəxsi vədlər etməməlidir, çünki
dövlət qulluqçusu ictimai borcla əlaqəli ola biləcək özünün şəxsi sözünə
malik deyil;
xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı məxfi olaraq alın-
mış informasiyanı heç vaxt şəxsi mənfəət əldə etmə vasitəsi kimi istifadə
etməməlidir;
nə birbaşa, nə də dolayısı ilə hökumətlə heç bir biznesə cəlb edil-
miş olmamalıdır, belə ki, bu, xidməti vəzifələrin şüurla yerinə yetirilməsi
ilə bir araya sığışmır;
korrupsiya aşkar edilən hər yerdə onu ifşa etməlidir;
dövlət qulluğunun – etibar olduğunu dərk edərək, bu prinsiplərə sə-
daqətli olmalıdır.
Amerika məmurlarının əxlaq kodeksi bütün dünyada qəbul edilmiş,
ümumbəşəri humanist ideallara cavab verən yüksək mənəvi prinsipləri əks
etdirir. O, dövlət idarəçiliyi mədəniyyətində, cəmiyyətin və dövlətin mənə-
vi sağlamlığında əks olunan korrupsiya və proteksionizm kimi neqativ təza-
hürlərin qarşısının alınması və aradan qaldırılması üçün təyin edilmişdir.
Almaniya
Prussiyada dövlət idarəçiliyinin prioritet dəyərləri. Müasir Alma-
niya bürokratiyası - imtiyazlı siyasi qrup kimi. Almaniyanın mərkəzi
administrasiyası və torpaq hakimiyyətlərinin fəaliyyət sahəsi. “Rəsmi
İdarəetmə mədəniyyəti
473
qulluq” vəzifə kateqoriyalarının formalaşdırılması. Alman “dərəcə-
lər cədvəli”. Siyasi və fəxri məmurlar. Almaniyada məmurların ha-
zırlığına olan tələblər. 1953-cü il qanunu ilə “hüquqi monopoliya-
nın” pozulması. Vəzifədə irəli çəkilmə sisteminın prinsipləri. İnzibati
ədliyyə - əsas nəzarət forması kimi.
Almaniya federal tipli dövlət-inzibati idarəçiliyinə malik Avropa ölkələ-
ri arasında ən nüfuzlu hesab edilir. Ölkənin keçmişinə səyahət edərək qeyd
edək ki, Almaniya bürokratiyasının tarixi öz kökləri ilə ona xas olan itaət-
karlıq, işgüzarlıq və zəhmətsevərlik cəhətlərilə Prussiya aristokrat yunkerli-
yinin tarixi ilə sıx bağlıdır. Bürokrat hazırlığı üçün ilk universitetlər artıq
XVIII əsrin əvvəlində Prussiya kralı Böyük Fridrix tərəfindən təşkil edilmiş-
dir. Almaniyanın Prussiya hakimiyyəti altında birləşdirilməsi nəticəsində
Prussiya inzibati üslubu ölkədə dövlət idarəçiliyinin əsası oldu. Almaniya-
da prioritet dəyər demokratiya prinsipləri deyil, imperatora sədaqət idi.
Almaniya imperiyasında vətəndaş qulluqçuları “xüsusi təbəqə”, ”ictimai
maraqları obyektiv və qərəzsiz həll edənlər” imicinə malik idilər. Dövlət
aparatı üçün “müstəqillik və partiyadan kənarlılıq” xarakterik idi. Hesab et-
mək qəbul edilmişdir ki, Veymar respublikasının (1919-1933) iflasa uğra-
ma səbəblərindən biri alman bürokratiyasının demokratik mədəniyyət də-
yərlərinə qarşı nifrəti idi. Vəziyyət yalnız Hitler Almaniyasının məğlubiy-
yətindən sonra dəyişdi ki, onun nəticəsində ölkə demokratik mədəniyyətin
inkişafı yolu ilə getdi.
Müasir Almaniya bürokratiyası, peşəkar səriştəlilik və maliyyə müstəqil-
liyinin xarakterik olduğu imtiyazlı siyasi qrupdur. Bir çox Qərb ölkələrin-
dən fərqli olaraq, Almaniyada məmur karyerası siyasi xadim karyerasına
alternativ deyil, əksinə, uğurlu siyasi fəaliyyət üçün ilkin şəraitdir. Beləlik-
lə, Bundestaqa və ya Torpaq parlamentinə seçilən bürokratlar, seçki kom-
paniyası müddətinə iki aylıq məzuniyyət hüququndan istifadə edirlər. De-
putat təminatı ilə yanaşı, onlara öz əsas məvacibinin xeyli hissəsini, həmçi-
nin dövlət qulluqçuları üçün təqaüd almaq hüququ verilir. İkinci dünya mü-
haribəsindən sonra Almaniyada bürokratiyanın inkişafı siyasi partiyaların
təsiri altında həyata keçirilməyə başladı. Buna aşağıdakı amillər təsir gös-
tərdi: nasizm dövründə “partiyadan kənarlılıq” və siyasi neytrallıq” prinsi-
pinin nüfuzdan salınması; dövlət administrasiyasına münasibətdə “partiya
hamiliyi” fenomeninin yaranması; partiya üzvlərinin dövlət qulluğunda gö-
rünməsi bürokratiyanın siyasi rejimə loyallıq təminatı kimi; partiyaların
qərb müttəfiqləri tərəfindən ən “etibarlı” institut kimi müdafiə edilməsi.
Dövlət administrasiyası orqanlarına təsir uğrunda partiyaarası mübarizə şə-
Fuad Məmmədov
474
raitində, müharibədən sonrakı Almaniyada “partiya hamiliyi” prinsipləri
inkişaf əldə etdilər. Onların arasında dövlət idarəçiliyi orqanlarında partiya-
ların proporsional nümayəndəliyi prinsipinə xüsusi yer məxsusdur. Siyasi
və inzibati sahələrin sıx qarşılıqlı təsirini bununla izah etmək lazımdır.
Alman məmurları siyasi partiyaların fəaliyyətində iştirak etməyin və parla-
ment karyerası əldə etməyin qanuni hüququna malikdir.
Almaniyada inzibati dövlət idarəçiliyi həm federal səviyyədə, həm də
ərazilər səviyyəsində həyata keçirilir. Güclü federal administrasiyanın mə-
suliyyət sahəsinə sosial təminat proqramları, vergilərin toplanması, nəqliy-
yat, müdafiə, xarici işlərə nəzarət, kəşfiyyat fəaliyyəti daxildir. Lakin fede-
ral hökumət praktik olaraq yalnız daha ümumi daxili proqramlara nəzarət
edir. Daxili proqramların böyük hissəsini və hətta vergilərin yığımını mər-
kəzi administrasiya ərazi hökumətləri ilə birgə həyata keçirir. Torpaqların
inzibati strukturu federasiyanın müvafiq müəssisələri ilə vahid sistem yarat-
sa da, Almaniyanın hər bir 16 ərazisindən biri öz konstitusiya və idarəçilik
təşkilatına malikdir. Ərazilərin fəaliyyət sahəsi təhsil, səhiyyə, sosial təmi-
nat, yerli təsərrüfat və polisi əhatə edir. İyerarxik baxımdan, ərazilər dairə-
lərə, onlar isə öz növbəsində - qəzalara, sonuncular isə - icmalara bölünür.
Ərazi hökuməti dairəyə rəhbərlik üçün regirunqs-prezidenti və dairə admi-
nistrasiyası regirunqs-rəyasətinin üzvlərini təyin edir. Qəzada icra hakimiy-
yəti orqanı vergilər, yerli büdcə və qəzanın kommunal təsərrüfatını idarə
edən landratdır. Şəhər icmasının icra hakimiyyəti başında peşəkar məmur –
burqomistr və yaxud şəhər şurasının 8-12 il müddətinə təyin etdiyi kollegial
magistrat durur.
Almaniyada “rəsmi qulluq” (lakin dövlət qulluğu yox) anlayışı funksio-
nal mənada - ümumdövlət vəzifələrinin yerinə yetirilməsinə yönəldilən fəa-
liyyət kimi, institusional mənada - peşəkar açıq fəaliyyətlə məşğul olan si-
maların müəyyən dairəsi kimi nəzərdən keçirilir. Alman “rəsmi qulluğu”:
məmurların, qulluqçuların və fəhlələrin, müxtəlif hüquqi təyinat formaları-
na malik üç vəzifə kateqoriyasından ibarətdir. Məmurlar hakimiyyət tərə-
findən dərc edilən təyinat aktına uyğun olaraq vəzifəyə başlayırlar. Onlar
idarəetmə funksiyalarını yerinə yetirən və xüsusi hüquqi və siyasi status ve-
rilmiş xüsusən etibarlı şəxslər qrupunu təşkil edirlər. Qulluqçular və işçilər
qulluğa başlamaq haqqında dövlət orqanı ilə bağlanmış müqavilə əsasında
vəzifəyə təyin edilirlər.
Almanların “dərəcələr haqqında cədvəli” məmurların: aşağı vəzifələri
(yardımçı-texniki, A1-A5); orta vəzifələri (hökumət katibləri, ober-katiblər,
qaupt-katiblər A6-A9); I dərəcənin ən yüksək vəzifələrini (hökumət inspek-
torları, regirunqs-atamanlar, A10-A13); II dərəcənin ən yüksək vəzifələrini
(yüksək hökumət müşavirləri, A14-A16) əhatə edən 16 qrupu nəzərdə tu-
İdarəetmə mədəniyyəti
475
tur. Məmurlara ödəmələrin ölçüsü, strukturu və dinamikası ödəniş haqqın-
da xüsusi qanunla təyin edilir. Məmurların maddi təminatı əsas məvacib-
dən, ərazi əlavəsindən, uşaqlara əlavələrdən, uzunmüddətli xidmətə görə,
rütbəyə görə əlavələrdən ibarətdir. Məmur haqqında federal qanuna uyğun
olaraq, 1971-ci ildən dövlət aparatının məmurlarından başqa, hakimlər, orta
və ali təhsil müəssisələrinin müəllimləri, hərbi qulluqçular, dövlət bankları,
poçt, dəmiryol xidməti işçiləri də məmur hesab edilirlər.
Almaniya məmurları sinfində siyasi və fəxri məmurlar xüsusi qrup təşkil
edirlər. Siyasi məmurlara: federal nazirliklərdə, federal kansler və federal
prezident idarələrində stats-katiblər; nazirliklərin, federal kansler və federal
prezident idarələrinin, federal mətbuat və informasiya idarələrinin, Bundes-
taq və Bundesrat administrasiyaları şöbələrinin rəhbərləri, torpaq nazirliklə-
ri və dəftərxanaların rəhbərləri (dövlət müşavirləri) aiddirlər. Hələ XIX
əsrdə yaranan siyasi məmurlar institutunun mahiyyəti ondan ibarətdir ki,
hökumətlə və ya ayrıca götürülmüş nazirlə birlikdə, administrasiya əmək-
daşları vəzifəyə gəlirlər və onların platformaları ilə əlaqədar olan vəzifələ-
rindən gedirlər. Belə yanaşma hökumət kabinetinin dəyişdirilməsinin səbəb
olduğu siyasi təsislər və inkişaf proqramlarının reallaşdırılmasını təmin
edir. Bürokratiya ilə hökumət arasında daha yaxşı qarşılıqlı əlaqələrin tə-
min edilməsi məqsədi ilə Almaniyada, dövlət administrasiyasının ali həlqə-
sində “sakit inqilab” adlandırılan personal yerdəyişmələri praktikası tətbiq
edilir. Bu praktika siyasi oriyentasiyası bu və ya digər hökumətə uyğun gəl-
məyən məmurlar arasında lazımi yerdəyişmələrin həyata keçirilməsinə im-
kan verir. Fəxri məmurlara daimi və seçilmiş konsullar aid edilirlər. Fəxri
məmurlar institutu mülki peşəyə malik simalardan ibarətdir ki, onları ödə-
nişsiz və xüsusi sosial təminata iddia etmək hüququ olmadan, fəxri vəzifəyə
təyin edirlər.
Müasir Almaniyada mülki işçilər ölkənin müxtəlif universitetlərinin sonun-
cu kurslarında hazırlıq keçirlər. Almaniyada məmurların hazırlığı və onların
vəzifədə gələcək irəliləməsi sistemi ənənəvi alman doktrinasına əsaslanır ki,
ona uyğun olaraq, məmur - dövlət qulluqçusu, orqanı və nümayəndəsi, onun
ideyaları kimi nəzərdən keçirilir. Hər bir almanın dövlət fəaliyyəti ilə məşğul
olmağa konstitusiya hüququna baxmayaraq, məmur haqqında qanun bu vəzifə-
yə iddia etmək üçün lazım olan xüsusi keyfiyyətləri nəzərdə tutur. Bu xüsusi
keyfiyyətlərə aşağıdakılar aiddir: alman vətəndaşlığı, siyasi etibar, hər şeydən
əvvəl, konstitusiya quruluşunun müdafiəsi uğrunda çıxış etməyə hazır olmaq,
müvafiq peşə hazırlığı. Belə hazırlığın növü və formatı xidməti iyerarxiya sə-
viyyəsindən asılı olaraq müəyyən edilir.
Müxtəlif vəzifə dərəcələrinə müxtəlif hazırlıq tələbləri təqdim edilir.
Aşağı səviyyədə qulluq üçün xalq məktəbinin müvəffəqiyyətlə bitirilməsi
Fuad Məmmədov
476
və hazırlıq xidmətinin keçilməsi lazımdır. Orta səviyyəli vəzifəyə daxil ol-
maq üçün xalq məktəbini müvəffəqiyyətlə bitirməklə yanaşı bir il ərzində
xidməti hazırlıq keçilməsi və orta səviyyənin tələbi üzrə xüsusi imtahanın
verilməsi də tələb olunur. I dərəcənin ən yüksək səviyyədə xidmətinə orta
məktəbi müvəffəqiyyətlə bitirən, 3 illik xüsusi hazırlıq keçən və bu səviy-
yənin tələbi üzrə imtahan verən şəxslər buraxılırlar. Nəhayət, II dərəcənin
ən yüksək səviyyədə xidmətinə - birinci dövlət imtahanını verən, 2 il ərzində
hazırlıq xidməti keçən və 2-ci imtahanı verən ali təhsilli şəxslər buraxılırlar.
1968-ci ilin xüsusi qətnaməsi ilə, bir çox xidmət növləri üçün yaş həddi 50
yaş müəyyən edilmişdir. Nazirlik administrasiyalarına məmurların qəbul
edilməsinin prioritet ixtisasları ədliyyə, iqtisadiyyat və sosial elmlərdir.
Əgər XIX əsrdən başlayaraq Almaniyanın dövlət idarəçiliyi sistemində bir
qayda olaraq hüquqşünas peşəsi üstünlük təşkil edirdisə də, bu gün bu ənə-
nə çox dəyişmişdir. 1953-cü il qanunu “hüquqi monopoliyanı” pozaraq,
dövlət qulluğunda rəhbər vəzifələri tutmaq üçün iqtisadiyyat və ictimai
elmlər sahəsində təhsili qənaətbəxş hesab etdi. Almaniyanın ali məmurları
partiyaların, müxtəlif birliklərin, ictimai və iqtisadi təşkilatların rəhbərli-
yində geniş təmsil olunurlar ki, bu da nəinki cəmiyyətin müxtəlif strukturla-
rının fəaliyyət koordinasiyasına, həm də informasiya mənbələrinin geniş-
lənməsinə və dövlət administrasiyasında aparıcı vəzifələrə personalın seçil-
məsinə imkan yaradır. Sosial mənşə nöqteyi-nəzərindən, dövlətin rəhbər iş-
çilərinin sırası 2/3 hissə “yuxarı orta təbəqə” – ali məmurlar və rəhbər qul-
luqçular, azad peşə nümayəndələri və zəngin kommersantlar, 1/4 hissə
“aşağı təbəqə” - orta və aşağı kateqoriyalı məmurlar, qulluqçular, sənətkar-
lar, kəndlilər içərisindən tamamlanır.
Qulluqda irəliləmə sistemi Almaniya qanunları ilə ciddi şəkildə qaydaya
salınmışdır. O, iki prinsip üzərində qurulur: ixtisasartırma və qulluqda təd-
riclə irəliləmə. İxtisas ya xüsusi yoxlama və müvafiq qiymətləndirmə ilə
yaxud xüsusi imtahan verilməsi ilə təsdiq edilməlidir. Tədriclə irəliləmə
prinsipi iyerarxiya pillələrindən ötüb keçmək imkanını aradan qaldırır. Bu
qaydalardan istisnalar yalnız Federal komissiyanın kadrlar üzrə xüsusi ica-
zəsi ilə ola bilər. Bürokratların orta və ali qruplarında qulluqda irəliləmə
hər bir vəzifə üçün ayrıca tənzimlənir. Əgər məmurun fəaliyyəti “çox yax-
şı” kimi qiymətləndirilirsə, burada qəbul edilmiş qaydalardan kənara çıx-
malar ola bilər. Aşağı vəzifə qruplarında iş “tam qənaətbəxş” kimi qiymət-
ləndirildiyi halda, yüksəlmə 8 ildən sonra, “yaxşı” qiymətləndirildiyi halda
- 6 ildən sonra həyata keçirilir. Əgər vəzifəyə təyin edilən iddiaçının 40 ya-
şı yoxdursa, o, nazirin xüsusi icazəsi ilə yüksəldilə bilər. Qulluqda irəliləmə
və ya məmurların əməyinin ödənilməsində dövlət tərəfindən öz öhdəlikləri-
nin yerinə yetirilmədiyi halda, sonuncular müvafiq Mülki Məcəllədə nəzər-
İdarəetmə mədəniyyəti
477
də tutulan zərərin ödənilməsini tələb edə bilərlər. Qulluqda irəliləmə zama-
nı bürokratların siyasi statusu xüsusi əhəmiyyətə malikdir. Məmur haqqın-
da qanuna görə siyasi məmurlar dövlət üçün xüsusi əhəmiyyətlidirlər. Siya-
si məmurun qulluqda irəliləməsində əsas meyar, onun tərəfindən ayrıca
partiyaya deyil, bütün xalqa xidmət kimi başa düşülən “sədaqət (sadiqlik)
öhdəliklərinin” həyata keçirilməsidir. Siyasi məmur partiya maraqlarını de-
yil, ümummilli maraqları əldə rəhbər tutmalı və ümumi rifahın qayğısına
qalmalıdır.
Bürokratların fəaliyyətinə nəzarətin əsas forması inzibati ədliyyədir ki,
onun fəaliyyəti Almaniyada qanunun üstünlüyü və dövlətin demokratlaşdı-
rılmasının siyasi əhəmiyyətlilik amili kimi nəzərdən keçirilir. 1960-cı ildən
etibarən o, xüsusi inzibati məhkəmələr sistemi kimi fəaliyyət göstərir. Üç
instansiyalı struktura malik inzibati məhkəmələrin kompetensiyasına bü-
rokratların statusu, onların təyinatı, hüquqları, maliyyə ödənişi borcu, sosial
təminatı, işdən azad edilməsi və təqaüd məsələlərinin nəzərdən keçirilməsi
daxildir. Birinci instansiya məhkəmələri bir qayda olaraq böyük şəhərlərdə
yaradılır. İşlər, müxtəlif idarələrin cəlb edilmiş bürokratlarından, üç peşəkar
hakim və iki iclasçı heyətində məhkəmə kollegiyaları tərəfindən nəzərdən
keçirilir. İkinci instansiya məhkəmələri - ali inzibati ərazi məhkəmələridir.
Onlar - hər birinə sədr, iki hakim və üç iclasçı daxil olan bir sıra palatalar-
dan ibarətdir. Bunlar birinci instansiya məhkəmələrinin qərarına münasibət-
də təftiş məhkəmələridir. Üçüncü instansiya məhkəməsi bir neçə senatdan
ibarət Federal inzibati məhkəmədir. Bu instansiyanın bütün hakimləri, fede-
ral daxili işlər nazirinin sədrliyi ilə xüsusi komissiya tərəfindən peşəkar ha-
kimlərdən seçilir.
Dostları ilə paylaş: |